Xülasə Məqalədə e-dövlətin formalaşdığı iqtisadi mühitdə baş verən tranfsormasiya prosesləri tədqiq olunur. Bu mühitdə



Yüklə 0,87 Mb.
Pdf görüntüsü
səhifə2/2
tarix24.01.2023
ölçüsü0,87 Mb.
#99162
növüXülasə
1   2
51R.Alg R.Mahm (1)

vasitəçilik funksiyası
İKT-nin meydana gəlməsi və geniş tətbiqi nəticəsində öz 
mahiyyətini itirir. Vasitəçilik funksiyasının mahiyyəti ondan 
ibarətdir ki, bazar təchizatçı ilə istehlakçını, satıcı ilə alıcını 
bilavasitə birləşdirir, onların qiymət, tələb, təklif, alqı-satqı 
barəsində müzakirələr aparmalarına, ortaq məxrəcə gəlmələrinə 
imkan yaradır.
Müasir şəraitdə İnternet bazarın vasitəçilik funksiyasını öz 
üzərinə götürür. Artıq peşəkar vasitəçilik fəaliyyətinə (broker, 
diler) də ehtiyac qalmır. Bazar iqtisadiyyatına xas olan bu 
mühüm funksiyanın deformasiya olunması iqtisadiyyatda yeni 
situasiya yaradır. Belə bir şəraitdə alqı-satqı prosesinin 
“Elektron dövl
ə
t quruculu
ğ
u probleml
ə
ri” I Respublika elmi-praktiki konfrans
ı
, 4 dekabr, 2014 
_____________________________________________________________________________________________________
178


sadələşməsi, 
müvafiq 
maneələrin 
aradan 
qalxması, 
qiymətlərin aşağı düşməsi müşahidə olunur. 
ABŞ-ın keçmiş ticarət naziri U.Deyli hesab edir ki, İnternet 
alıcı ilə satıcı arasında birbaşa əlaqə yaradaraq və onlardan 
hər birinə digər haqqında daha çox informasiya təqdim 
edərək, “konfliktsiz kapitalizm” yaratmağa kömək edə bilər. 
Onun fikrincə, İnternet tranzaksiya xərclərini aşağı salır, 
vasitəçi aradan çıxır və əmtəənin dəyərinin qaldırılması üçün 
çalışmağa başlayır. Keçmiş nazirin qənaətinə görə, yalnız 
müəyyən 
təşkilatlar 
ən 
aşağı 
qiymətlər 
hesabına 
müvəffəqiyyət qazana biləcəklər, ona görə də digər şirkətlər 
müştəriyə göstərilən xidmətlərin keyfiyyətinin qaldırılması 
strategiyasını seçməyə məcburdurlar: “Əgər siz xidmət 
göstərməklə məşğul olmaq istəyirsinizsə, əməkdaşlarınızı 
intellektlə silahlandırın” [2]. 
Amerikalı tarixçi alim C.Berk “Qarşılıqlı əlaqələr” əsərində 
qeyd 
edir 
ki, 
İnternetin 
hesabına 
kommersiya 
sövdələşmələrinin əksəriyyəti alqı-satqı subyektlərinin
bilavasitə reallaşdırdıqları elektron tranzaksiyalar şəklində 
həyata 
keçiriləcək, ənənəvi vasitəçilər 
ya onların 
kontragentləri üçün əlavə dəyər qazandıran əlavə xidmətlər 
göstərməyə başlayacaqlar, ya da sadəcə, yoxa çıxacaqlar. 
Onun qənaətincə, müştərilərə xidmət göstərmək biznesin 
həlledici funksiyasına çevriləcək. C.Berk əmindir ki, 
müştərilərlə daha çox fərdiləşən işlərə olan tələbat şirkətləri 
öz daxili fəaliyyətlərini elektron proseslərə keçirməyə vadar 
edəcək [2].
IV.
BAZARIN
QİYMƏTYARATMA
FUNKSİYASININ
TRANSFORMASİYASI 
Bazarın daha bir mühüm funksiyası 
qiymətyaratma 
funksiyasıdır
. Bu funksiya vasitəsilə bazarda tələb və təklif 
münasibətləri, həmçinin mövcud pul kütləsi hesabına dəyərlə 
qiymət arasında istehsalda, istehlakda və rəqabətdə baş verən 
dəyişikliklərə çevik reaksiya verən əlaqə yaranır. 
Lakin İnternetin imkanlarına əsaslanan informasiya 
iqtisadiyyatında
 
qiymətin 
əmələ gəlməsinin ənənəvi 
prinsipləri pozulur. Yəni ənənəvi bazarda olduğundan fərqli 
olaraq, tələbin artması əmtəənin və ya xidmətin qiymətinin 
artmasına gətirib çıxartmır. Buna misal olaraq, İnternetə 
qoşulmanı göstərmək olar. Belə ki, daha çox sayda 
istifadəçinin İnternetə qoşulması tariflərin artmasına səbəb 
olmur. Çünki əlavə istifadəçilərin İnternetə qoşulma 
xərclərinin son həddi sıfıra yaxındır.
İstehlakçılar ənənəvi iqtisadiyyat mühitində öyrəşiblər ki, 
kiçik bir təkmilləşdirmə hökmən müəyyən bahalaşmaya 
gətirib çıxarır. Amma mikroprosessorların meydana gəlməsi 
qiymətlərin dəyişməsi qanunauyğunluğunu tamamilə dəyişir. 
İnformasiya iqtisadiyyatında cüzi qiymət artımı hesabına 
keyfiyyəti əhəmiyyətli şəkildə dəyişdirmək olar. Meydana 
gəldiyi 1971-ci ildən bu yana mikroprosessorlar ənənəvi 
qiymət sisteminin əksinə olan reallığı nümayiş etdirir. İndi 
telekommunikasiya da analoji yolla gedir: qiymətlər 
yarıbayarı aşağı düşür, gücü isə ilyarımdan bir iki dəfə artır 
(kompüterlərdə olduğu kimi). Mikrosxemlərin qiymətinin 
düşməsi sxemi Mur qanununa, şəbəkə qiymətlərinin düşməsi 
isə Qilder qanununa (Gələcəkdə - 20 ildən sonra 
kommunikasiyaların həcminin hər il 3 dəfə artacağını deyən 
Corc Qilderin şərəfinə adlandırılır) əsaslanır [3].
Telekommunikasiyaların artan gücünün çiplərin kiçilən ölçüsü 
və qiymətlərin düşməsi ilə birləşməsi C.Qilderdə belə bir fikir 
formalaşdırmışdır ki, şəbəkə sərbəst olacaq. Ötürülən bitin 
dəyəri asimptotik olaraq sıfıra yaxınlaşır, amma heç vaxt ona 
çatmır. İnformasiya iqtisadiyyatında digər kəmiyyətlər çoxluğu 
da özünü analoji şəkildə aparır. Keyfiyyət artarkən bir 
hesablamanın, informasiyanın, sənəd surətlərinin dəyəri də aşağı 
düşür. Müqayisə üçün qeyd edək ki, avtomobillərin qiyməti isə 
istismara başlandığı gündən fasiləsiz olaraq aşağı düşür.
Telefon danışıqlarının qiyməti də eyni qayda ilə ucuzlaşır. 
Sual oluna bilər ki, belə bir şəraitdə telefon şirkətləri özlərini 
necə saxlayırlar? Strukturu inkişaf etdirmək, tədqiqat aparmaq, 
sistemi dəstəkləmək, üstəlik gəlir əldə etmək üçün pulu necə 
qazanırlar? Cavab sadədir: telefonun özünün funksiyalarını 
genişləndirməklə. Əgər istənilən xidmətin qiyməti sıfıra 
yaxınlaşırsa, xidmətlərin siyahısını genişləndirmək lazımdır ki, 
onların sayının qiymətə vurulması nəticəsində gəlirlər məsrəfləri 
üstələyə bilsin. Yalnız yenilikçi fəaliyyət, yaradıcı təfəkkürün 
reallaşdırılması sayəsində abunəçilərin sayının və onlar 
tərəfindən xidmətdən istifadə müddətinin uzadılması hesabına 
mənfəətlilik təmin oluna bilər. 
İnformasiya iqtisadiyyatında malların qiymətləri bir çox 
amillərdən asılıdır. İnternet şəbəkəsində əlavə obyektlərin 
meydana gəlməsi bütün istifadəçilər üçün mühüm əhəmiyyət 
daşıyır. İnformasiya iqtisadiyyatının bu cəhəti sənaye 
iqtisadiyyatının iki ən fundamental aksiomu ilə ziddiyyət təşkil 
edir: 1) dəyər az tapılan şeylə bağlıdır; 2) malların artıqlığı 
onların dəyərini aşağı salır.
İnformasiya iqtisadiyyatında iştirak dəyəri iştirakçıların 
(istifadəçilərin) sayının artımına nəzərən eksponensial olaraq 
artır. İstənilən eksponensial artım “sınma nöqtəsinə” malikdir. 
Həmin nöqtəyə çatandan sonra biznesin, istehsalın, yaxud 
şəbəkənin özünün inkişaf prosesində əks hadisələr, geriyə 
yuvarlanma baş verir. İnformasiya iqtisadiyyatına xas olan daimi 
aşağı xərclər, son xərclərin əhəmiyyətli olmaması və malların 
sürətlə yayılması zaman intervalını qısaldır.
İnformasiya iqtisadiyyatının əsas qanunu “artan faydalı iş 
əmsalı” 
(verimlilik) 
qanunu 
kimi 
tanınır. 
Sənaye 
iqtisadiyyatında faydalı iş əmsalının artması ayrı-ayrı şirkətlərin 
güclü səyləri nəticəsində mümkün olur və onlar bunun hesabına 
mənfəət əldə edirlər. İnformasiya iqtisadiyyatında isə faydalı iş 
əmsalı bütün şəbəkə iştirakçıları tərəfindən yaradılır və bunun 
nəticəsində əldə olunan mənfəət hamı arasında bölünür. 
Agentlər, istifadəçilər, rəqiblər şəbəkədə dəyəri birlikdə 
yaradırlar, amma faydalı iş əmsalının artmasının nəticəsi onlar 
arasında bərabər şəkildə bölüşdürülməyə də bilər [4].
V.
BİLİKLƏR
İQTİSADİYYATI
MÖVCUD
BAZAR
PRİNSİPLƏRİNƏ
QARŞI 
Klassik təsəvvürlərə görə, bazar iqtisadiyyatı üç əsas üzərində 
qurulur: özəl mülkiyyət, dəyər qanunu, tələb və təklifin qarşılıqlı 
əlaqə prinsipi. Lakin informasiya cəmiyyətində bilik və ideyalar 
bu əsaslara ciddi təsir göstərir.
Belə ki, insan və ya şirkət hansısa ideyaya malik ola bilər və 
onu heç kimə deməyə bilər. Həmin ideyanı gizli saxlaya və şəxsi 
“Elektron dövl
ə
t quruculu
ğ
u probleml
ə
ri” I Respublika elmi-praktiki konfrans
ı
, 4 dekabr, 2014 
_____________________________________________________________________________________________________
179


“nou-hau” kimi istifadə edə bilər.
Lakin belə gizli sahibolma 
hələ mülkiyyət deyil. Mülkiyyət və sahibolma iki müxtəlif 
kateqoriyadır. Mülkiyyət ictimai münasibət və hüquq 
kateqoriyasıdır. Belə ki, bu, cəmiyyət tərəfindən tanınan və 
açıq şəkildə sahiblik və istifadə edilən legitim münasibətdir. 
Yəni insanın bir ideyaya münasibətinin özəl mülkiyyətə 
çevrilməsi üçün onun bu haqda ictimaiyyətə məlumat verməsi 
gərəkdir. 
Lakin şəxsi ideyanın ictimailəşdirilməsi onu kollektiv 
mülkiyyətə çevirir. Əgər biliyə kapital kimi baxsaq, onda bu 
kapital bütün insanlara məxsusdur. Ümumiyyətlə, kollektiv 
mülkiyyət intellektual mülkiyyətin təbiətinə daha uyğun gəlir. 
K.Marks intellektual əməyi “ümumi əmək” adlandırırdı [5]. 
Hesab edirdi ki, istənilən təfəkkür prosesində əvvəlki 
nəsillərin ötürdüyü bilikdən istifadə edilir.
Hətta insanın 
təklikdə çalışdığı halda da onun intellektual əməyi ictimai 
əmək sayılır. Kollektiv mülkiyyəti dövlət mülkiyyəti ilə də 
eyniləşdirmək olmaz. Dövlət mülkiyyəti özəl mülkiyyətin 
digər formasıdır. Dövlət mülkiyyətinin yalnız qeyri-şəxsi 
xarakteri onun kollektiv mülkiyyətlə oxşar cəhətidir.
Dəyər qanunu tələb edir ki, mallar əməyin kəmiyyətinə 
uyğun olaraq, yəni işçinin onların istehsalı üçün adətən sərf 
etdiyi vaxta proporsional olaraq mübadilə edilsin. Amma 
ideyanı zamana görə dəyərləndirmək mümkün deyil. İdeyalar 
zaman və məkandan asılı olmadan meydana gəlir və mövcud 
olur. Ona görə də dəyər qanunu ideya mübadiləsini 
tənzimləyə bilmir.
Tələb və təklifin uyğunluğu prinsipi də biliklərə 
münasibətdə özünü doğrultmur. Çünki biliklər təklif qismində 
tələbi dəfələrlə qabaqlayır və bu disproporsiya getdikcə 
artmaqdadır. Doğrudur, bu gün “nou-hau” və patentlərə 
münasibətdə tələb və təklif arasında tarazlıq mövcuddur. 
Lakin ümumi biliklərin tərkibində onların xüsusi çəkisi o 
qədər də çox deyil.
Göründüyü kimi, bazar iqtisadiyyatı bilik istehsalı və 
mübadiləsi üçün o qədər də uyğun olmayan bir iqtisadi 
sistemdir. Biliklər bazara daxil olmaqla onun uzun illərdən 
bəri formalaşan əsaslarını, strukturunu dağıdır.
İnformasiya cəmiyyətində pul da iqtisadi münasibətlərin 
əsas tənzimləyicisi funksiyasının öhdəsindən gələ bilmir. Belə 
ki, pul, öz mahiyyətinə görə, dəyər ölçüsüdür. Biliklərin isə 
dəyəri yoxdur (yaxud dəyərini ölçmək mümkün deyil). Bu 
baxımdan, hesab etmək olar ki, informasiya cəmiyyətində 
iqtisadi münasibətlər məhz biliklər vasitəsi ilə tənzimlənəcək. 
Yəni iqtisadi münasibətlər insanın iradəsi ilə planlaşdırılacaq, 
istiqamətləndiriləcək. 
VI.
ÜÇÜNCÜ
SEKTOR
BAZARIN
ALTERNATİVİ
KİMİ 
İKT-nin sürətli inkişafı və hərtərəfli tətbiqi ilə əlaqədar 
daha bir köklü dəyişiklik bazardankənar (qeyri-bazar) istehsal 
sferasınının inkişafı ilə bağlıdır. Bazardankənar istehsal 
sferası dedikdə, ev təsərrüfatlarının mübadilə yox, öz 
ehtiyacları üçün istehsal fəaliyyəti nəzərdə tutulur.
Evdə məşğulluğun iqtisadiyyata bir sıra təsirləri vardır. 
Birincisi, evdə məşğulluq sistemi informasiya sektorunun 
inkişafını və sənaye sahələrinin (neft, avtomobil, kağız sənayesi 
və s.) daralmasını stimullaşdırır. İkincisi, insanlar klassik 
“muzdlu işçi” statusundan imtina edərək müstəqil sahibkarlara 
çevrilirlər. Bundan başqa, evdə məşğulluğun psixoloji 
üstünlükləri də mövcuddur. Belə ki, sənaye iqtisadiyyatına xas 
olan muzdlu işçi daim işini itirmək qorxusu ilə yaşayır. Amma 
ev məşğulluğu şəraitində belə təhlükələr mövcud deyil.
Görkəmli Amerika iqtisadçısı və filosofu C.Rifkin “İşin sonu: 
qlobal məşğulluğun tənəzzülü və postbazar erasının başlanğıcı” 
(1995) əsərində yazır ki, biz bəşər sivilizasiyasının çox vacib 
mərhələsinə yaxınlaşırıq [6]. Qlobal şirkətlər daha az işçi 
qüvvəsindən istifadə edərək misli görünməyən sayda əmtəə və 
xidmət istehsal etmək gücündədir. Yeni texnologiyalar, demək 
olar ki, işçi qüvvəsinin olmadığı yeni istehsal mərhələsinin 
əsasını qoyur, özü də bu proses dünya əhalisinin yüksək templə 
artdığı bir dövrə təsadüf edir”.
C.Rifkin hesab edir ki, bəşəriyyət əmək proseslərinin böyük 
hissəsinin 
insanlardan 
maşınlara 
keçəcəyi 
gələcəyə 
hazırlaşmalıdır: “Nəzərə almaq lazımdır ki, insanlar öz əməyini 
bazarda əmtəə kimi satmaqda davam edirlər. Artıq əməyin əmtəə 
kimi əhəmiyyətinin minimuma enəcəyi dövrdə yeni yanaşmalar 
düşünmək və tətbiq etmək lazımdır ki, insanları gəlirlərlə təmin 
etmək və onların alıcılıq qabiliyyətini sığortalamaq mümkün 
olsun”.
C.Rifkinin fikrincə, yeni texnoloji potensialın nəticəsi olan 
artan istehsal imkanlarının bəhrəsi milyonlarla insanın 
mülkiyyəti olmalıdır. Buna iş vaxtının qısaldılması, əmək 
haqqının daim artırılması yolu ilə nail olmaq olar: “Bizi hansı 
gələcəyin gözləməsi əmək məhsuldarlığının artması hesabına 
əldə olunan maddi nemətlərin necə bölünəcəyindən asılı olacaq”.
Amerikalı alim hesab edir ki, bazar iqtisadiyyatında kütləvi 
məşğulluğun ixtisar edilməsi, həmçinin dövlət idarəetmə 
xərclərinin azaldılması “üçüncü sektora” – qeyri-bazar 
iqtisadiyyatına diqqətin artırılmasını tələb edir. İnsanlar 
özlərinin sosial və şəxsi tələbatlarının ödənilməsi ümidi ilə məhz 
üçüncü sektora – sosial iqtisadiyyata üz tutacaqlar.
C.Rifkinin qənaətinə görə, yaxın gələcəkdə qısa iş gününə 
malik olan insanlar əyləncəyə və istehlaka daha çox diqqət 
ayıracaqlar. Eyni zamanda, işsizlərin və qismən işi olanların sayı 
sürətlə artacaq. Həmin insanların bir çoxu üçüncü sektora üz 
tutacaq. Bu insanların istedadı və enerjisini lokal cəmiyyətlərin 
yaradılmasına və bazardan və dövlətdən asılı olmayan üçüncü 
sektorun formalaşdırılmasına yönəltmək olar.
Üçüncü sektor bazar qanunauyğunluqlarına və ya inzibati-
hüquqi qaydalara tabe olmur. Bu sektor insanlara yeni sosial 
funksiyaları və vəzifələri sınaqdan keçirməyə imkan verir. 
İnsanların istehsal-bazar və ictimai sektordan qismən qeyri-
formal sosial iqtisadiyyata yönəlmə iqtisadiyyatın institusional 
quruluşunda fundamental dəyişikliklərə gətirib çıxarır. Yeni 
institusional və sosial quruluşu bazar quruluşundan fərqlənəcək.
Burada əsas sual doğuran məsələ odur ki, üçüncü sektor 
işlərini itirən insanların tələblərini ödəyə biləcək qədər inkişaf 
edə və möhkəmlənə biləcəkmi? 
VII.
SOSİAL
ŞƏBƏKƏLƏR
BAZARIN
ALTERNATİVİ
KİMİ 
İnternet şəbəkəsində formalaşan
 
azad kommunikasiya mühiti 
və insanlar arasında təmənnasız informasiya mübadiləsi yeni 
“Elektron dövl
ə
t quruculu
ğ
u probleml
ə
ri” I Respublika elmi-praktiki konfrans
ı
, 4 dekabr, 2014 
_____________________________________________________________________________________________________
180


istehlakçı dəyərinin formalaşması mühitinə çevrilir. 
İnformasiya cəmiyyəti bu və ya digər formada ekspert 
informasiyasını əldə etmək üçün əlverişli şəbəkə mühiti 
yaradır. Ekspert qiymətləndirməsi müasir iqtisadiyyatı dərk 
etmək üçün zəruri olan anlayışdır. Bu anlayış klassik bazar 
münasibətlərindən getdikcə daha çox uzaqlaşmaqdadır. 
Bütün bu imkanlar hesabına iqtisadiyyatda bazar 
münasibətlərinin payı tədricən azalmaqdadır. Kommunikasiya 
mühitinin inkişafı cəmiyyətin qeyri-bazar funksiyalarını (ətraf 
mühitin sosial dəstəyi və qorunması, korrupsiya ilə mübarizə 
və s.) öz üzərinə götürərək sosiallaşmasına imkan verir. 
Həmçinin istehlakçı dəyərinin 
formalaşmasının bazar 
mexanizmi biznesin qloballaşması və genişlənməsi hesabına 
özəl sektordan sıxışdırılıb çıxarılır. Rəqabət aparan şirkətlər 
ümumi mülkiyyətçilər taparaq primitiv bazar davranışlarından 
daha 
effektli 
strategiyalar 
quraraq, 
yeni 
tərəfdaşlıq 
münasibətləri formalaşdırırlar. Qlobal kommunikasiyalar 
dövründə transmilli şirkətlər başqa taktikadan istifadə edirlər 
– total reklam və tərəfdaşlıq şəbəkələrinin hesabına öz əmtəə 
və xidmətlərinin istehlakçı dəyərini alıcıların təsəvvürlərində 
yüksəldərək onlar üçün əlavə imic formalaşdırırlar.
 
Əmtəə-pul münasibətlərinin şəbəkə münasibətləri ilə əvəz 
olunması tədricən baş verir. Cəmiyyətin idarə edilməsinin 
yeni 
sistemi, 
yeni 
iqtisadiyyat 
da 
daxil 
olmaqla, 
kommunikasiya mühitinin təkmilləşməsi, dünyanın bütün 
sakinlərinin informasiyaya sərbəst çıxış imkanının yaranması 
ilə eyni vaxtda inkişaf etməlidir. 
 
Hazırda brend, marka və məhsulların sosial şəbəkə vasitəsi 
ilə tanıdılması, reytinqinin qaldırılması tendensiyası müşahidə 
olunur. İqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlər 
müştəriləri ilə sosial şəbəkələr vasitəsi ilə işləməyə üstünlük 
verirlər. Sosial şəbəkələr şirkətlərə maraqlı isitfadəçilərlə 
əlaqə qurmağa, onlarla uzunmüddətli əlaqə yaratmağa, 
şirkətin reputasiyasını idarə etməyə, satış həcmini artırmağa 
və digər biznes məsələlərini daha yüksək səviyyədə həll 
etməyə imkan verir.
VIII.
NƏTİCƏ 
İKT-nin təsiri nəticəsində bu gün bütün dünyada 
dominantlıq edən iqtisadi sistemin – bazar iqtisadiyyatının 
strukturunda, funksiyalarında və elementlərində ciddi 
dəyişikliklərin baş verməsi bəşəriyyətin gələcəyi baxımından 
mühüm əhəmiyyət kəsb edir.
İqtisadi sferada baş verən bu transformasiya prosesləri 
informasiya cəmiyyəti nəzəriyyəsinin görkəmli nümayəndələri 
tərəfindən 
hələ 
ötən 
əsrin 
sonlarından 
etibarən 
proqnozlaşdırılırdı. İndi də bu sahədə intensiv tədqiqatlar davam 
etdirilir, iqtisadiyyatda baş verən transformasiya prosesləri ilə 
bağlı müxtəlif fikirlər irəli sürülür, fərqli baxışlar ortaya qoyulur. 
Lakin bütün bu ideyalara, tendensiyalara baxmayaraq, hələ bazar 
iqtisadiyyatının hansı iqtisadi sistemlə əvəz olunmalı olduğuna 
dair aydın elmi təsəvvürlər, təkliflər yoxdur.
Ənənəvi iqtisadi münasibətlərin real müstəvidən virtual 
müstəviyə keçməsi qaçılmaz bir prosesdir. Amma İnternet 
qlobal və virtual xüsusiyyətləri, açıqlığı və informativliyi 
şəraitində ənənəvi bazar strukturlarının, funksiyalarının və 
elementlərinin funksiyalarının bu mühitə necə adaptasiya 
olunacağı, hansı yeni münasibətlərin formalaşması bir sıra 
suallar doğurur.
Statistik məlumatlara görə, hər gün bütün İnternet 
istifadəçilərinin 95%-i sosial şəbəkələrə daxil olur və mallar, 
xidmətlər, şirkətlər haqqında söhbətlər aparır, öz fikir və 
təəssüratlarını 
bölüşürlər. Bunun nəticəsində hətta bir 
istifadəçinin müsbət və ya mənfi rəyi çoxmilyonlu dövriyyəsi 
olan şirkətin reputasiyasına ciddi təsir göstərə bilər. Aparılan 
sorğuların nəticələrinə görə, sosial şəbəkə iştirakçılarının 87%-i 
buradakı istifadəçilərin rəylərinə daha çox inanırlar, nəinki rəsmi 
mənbələrdən verilən informasiyaya [7]. 
Ə
DƏBIYYAT

[1]
Пещанская И.В. Рынок как коммуникативная система и его развитие в 
информационном 
обществе. 
Монография, 
http://disserwork.narod.ru/index.html 
[2]
Гейтс Б. Бизнес со скоростью мысли, ЭКСМО, 2003, 253 c. 
[3]
Webb W. Wireless Communications: The Future, John Wiley & Sons, 
2007, 274 p.
[4]
Гутри И.С. Сравнительный анализ теоретических концепций 
информационной экономики, http://irina.guthrielife.com/ 
[5]
Маркс К. Капитал, Карл Маркс, 1983, 3883 c. 
[6]
Rifkin J. The End of Work: The Decline of the Global Labor Force and the 
Dawn of the Post-Market Era, G.P. Putnam's Sons, Business & Economics, 
1995, 350 p. 
[7]
Кусина О.А. Социальные сети как эффективный инструмент 
маркетинга в индустрии встреч // Креативная экономика, 2013, №1, 
c.118-123.
“Elektron dövl
ə
t quruculu
ğ
u probleml
ə
ri” I Respublika elmi-praktiki konfrans
ı
, 4 dekabr, 2014 
_____________________________________________________________________________________________________
181

Yüklə 0,87 Mb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə