vasitəçilik funksiyası
İKT-nin meydana gəlməsi və geniş tətbiqi nəticəsində öz
mahiyyətini itirir. Vasitəçilik funksiyasının mahiyyəti ondan
ibarətdir ki, bazar təchizatçı ilə istehlakçını, satıcı ilə alıcını
bilavasitə birləşdirir, onların qiymət, tələb, təklif, alqı-satqı
barəsində müzakirələr aparmalarına, ortaq məxrəcə gəlmələrinə
imkan yaradır.
Müasir şəraitdə İnternet bazarın vasitəçilik funksiyasını öz
üzərinə götürür. Artıq peşəkar vasitəçilik fəaliyyətinə (broker,
diler) də ehtiyac qalmır. Bazar iqtisadiyyatına xas olan bu
mühüm funksiyanın deformasiya olunması iqtisadiyyatda yeni
situasiya yaradır. Belə bir şəraitdə alqı-satqı prosesinin
“Elektron dövl
ə
t quruculu
ğ
u probleml
ə
ri” I Respublika elmi-praktiki konfrans
ı
, 4 dekabr, 2014
_____________________________________________________________________________________________________
178
sadələşməsi,
müvafiq
maneələrin
aradan
qalxması,
qiymətlərin aşağı düşməsi müşahidə olunur.
ABŞ-ın keçmiş ticarət naziri U.Deyli hesab edir ki, İnternet
alıcı ilə satıcı arasında birbaşa əlaqə yaradaraq və onlardan
hər birinə digər haqqında daha çox informasiya təqdim
edərək, “konfliktsiz kapitalizm” yaratmağa kömək edə bilər.
Onun fikrincə, İnternet tranzaksiya xərclərini aşağı salır,
vasitəçi aradan çıxır və əmtəənin dəyərinin qaldırılması üçün
çalışmağa başlayır. Keçmiş nazirin qənaətinə görə, yalnız
müəyyən
təşkilatlar
ən
aşağı
qiymətlər
hesabına
müvəffəqiyyət qazana biləcəklər, ona görə də digər şirkətlər
müştəriyə göstərilən xidmətlərin keyfiyyətinin qaldırılması
strategiyasını seçməyə məcburdurlar: “Əgər siz xidmət
göstərməklə məşğul olmaq istəyirsinizsə, əməkdaşlarınızı
intellektlə silahlandırın” [2].
Amerikalı tarixçi alim C.Berk “Qarşılıqlı əlaqələr” əsərində
qeyd
edir
ki,
İnternetin
hesabına
kommersiya
sövdələşmələrinin əksəriyyəti alqı-satqı subyektlərinin
bilavasitə reallaşdırdıqları elektron tranzaksiyalar şəklində
həyata
keçiriləcək, ənənəvi vasitəçilər
ya onların
kontragentləri üçün əlavə dəyər qazandıran əlavə xidmətlər
göstərməyə başlayacaqlar, ya da sadəcə, yoxa çıxacaqlar.
Onun qənaətincə, müştərilərə xidmət göstərmək biznesin
həlledici funksiyasına çevriləcək. C.Berk əmindir ki,
müştərilərlə daha çox fərdiləşən işlərə olan tələbat şirkətləri
öz daxili fəaliyyətlərini elektron proseslərə keçirməyə vadar
edəcək [2].
IV.
BAZARIN
QİYMƏTYARATMA
FUNKSİYASININ
TRANSFORMASİYASI
Bazarın daha bir mühüm funksiyası
qiymətyaratma
funksiyasıdır
. Bu funksiya vasitəsilə bazarda tələb və təklif
münasibətləri, həmçinin mövcud pul kütləsi hesabına dəyərlə
qiymət arasında istehsalda, istehlakda və rəqabətdə baş verən
dəyişikliklərə çevik reaksiya verən əlaqə yaranır.
Lakin İnternetin imkanlarına əsaslanan informasiya
iqtisadiyyatında
qiymətin
əmələ gəlməsinin ənənəvi
prinsipləri pozulur. Yəni ənənəvi bazarda olduğundan fərqli
olaraq, tələbin artması əmtəənin və ya xidmətin qiymətinin
artmasına gətirib çıxartmır. Buna misal olaraq, İnternetə
qoşulmanı göstərmək olar. Belə ki, daha çox sayda
istifadəçinin İnternetə qoşulması tariflərin artmasına səbəb
olmur. Çünki əlavə istifadəçilərin İnternetə qoşulma
xərclərinin son həddi sıfıra yaxındır.
İstehlakçılar ənənəvi iqtisadiyyat mühitində öyrəşiblər ki,
kiçik bir təkmilləşdirmə hökmən müəyyən bahalaşmaya
gətirib çıxarır. Amma mikroprosessorların meydana gəlməsi
qiymətlərin dəyişməsi qanunauyğunluğunu tamamilə dəyişir.
İnformasiya iqtisadiyyatında cüzi qiymət artımı hesabına
keyfiyyəti əhəmiyyətli şəkildə dəyişdirmək olar. Meydana
gəldiyi 1971-ci ildən bu yana mikroprosessorlar ənənəvi
qiymət sisteminin əksinə olan reallığı nümayiş etdirir. İndi
telekommunikasiya da analoji yolla gedir: qiymətlər
yarıbayarı aşağı düşür, gücü isə ilyarımdan bir iki dəfə artır
(kompüterlərdə olduğu kimi). Mikrosxemlərin qiymətinin
düşməsi sxemi Mur qanununa, şəbəkə qiymətlərinin düşməsi
isə Qilder qanununa (Gələcəkdə - 20 ildən sonra
kommunikasiyaların həcminin hər il 3 dəfə artacağını deyən
Corc Qilderin şərəfinə adlandırılır) əsaslanır [3].
Telekommunikasiyaların artan gücünün çiplərin kiçilən ölçüsü
və qiymətlərin düşməsi ilə birləşməsi C.Qilderdə belə bir fikir
formalaşdırmışdır ki, şəbəkə sərbəst olacaq. Ötürülən bitin
dəyəri asimptotik olaraq sıfıra yaxınlaşır, amma heç vaxt ona
çatmır. İnformasiya iqtisadiyyatında digər kəmiyyətlər çoxluğu
da özünü analoji şəkildə aparır. Keyfiyyət artarkən bir
hesablamanın, informasiyanın, sənəd surətlərinin dəyəri də aşağı
düşür. Müqayisə üçün qeyd edək ki, avtomobillərin qiyməti isə
istismara başlandığı gündən fasiləsiz olaraq aşağı düşür.
Telefon danışıqlarının qiyməti də eyni qayda ilə ucuzlaşır.
Sual oluna bilər ki, belə bir şəraitdə telefon şirkətləri özlərini
necə saxlayırlar? Strukturu inkişaf etdirmək, tədqiqat aparmaq,
sistemi dəstəkləmək, üstəlik gəlir əldə etmək üçün pulu necə
qazanırlar? Cavab sadədir: telefonun özünün funksiyalarını
genişləndirməklə. Əgər istənilən xidmətin qiyməti sıfıra
yaxınlaşırsa, xidmətlərin siyahısını genişləndirmək lazımdır ki,
onların sayının qiymətə vurulması nəticəsində gəlirlər məsrəfləri
üstələyə bilsin. Yalnız yenilikçi fəaliyyət, yaradıcı təfəkkürün
reallaşdırılması sayəsində abunəçilərin sayının və onlar
tərəfindən xidmətdən istifadə müddətinin uzadılması hesabına
mənfəətlilik təmin oluna bilər.
İnformasiya iqtisadiyyatında malların qiymətləri bir çox
amillərdən asılıdır. İnternet şəbəkəsində əlavə obyektlərin
meydana gəlməsi bütün istifadəçilər üçün mühüm əhəmiyyət
daşıyır. İnformasiya iqtisadiyyatının bu cəhəti sənaye
iqtisadiyyatının iki ən fundamental aksiomu ilə ziddiyyət təşkil
edir: 1) dəyər az tapılan şeylə bağlıdır; 2) malların artıqlığı
onların dəyərini aşağı salır.
İnformasiya iqtisadiyyatında iştirak dəyəri iştirakçıların
(istifadəçilərin) sayının artımına nəzərən eksponensial olaraq
artır. İstənilən eksponensial artım “sınma nöqtəsinə” malikdir.
Həmin nöqtəyə çatandan sonra biznesin, istehsalın, yaxud
şəbəkənin özünün inkişaf prosesində əks hadisələr, geriyə
yuvarlanma baş verir. İnformasiya iqtisadiyyatına xas olan daimi
aşağı xərclər, son xərclərin əhəmiyyətli olmaması və malların
sürətlə yayılması zaman intervalını qısaldır.
İnformasiya iqtisadiyyatının əsas qanunu “artan faydalı iş
əmsalı”
(verimlilik)
qanunu
kimi
tanınır.
Sənaye
iqtisadiyyatında faydalı iş əmsalının artması ayrı-ayrı şirkətlərin
güclü səyləri nəticəsində mümkün olur və onlar bunun hesabına
mənfəət əldə edirlər. İnformasiya iqtisadiyyatında isə faydalı iş
əmsalı bütün şəbəkə iştirakçıları tərəfindən yaradılır və bunun
nəticəsində əldə olunan mənfəət hamı arasında bölünür.
Agentlər, istifadəçilər, rəqiblər şəbəkədə dəyəri birlikdə
yaradırlar, amma faydalı iş əmsalının artmasının nəticəsi onlar
arasında bərabər şəkildə bölüşdürülməyə də bilər [4].
V.
BİLİKLƏR
İQTİSADİYYATI
MÖVCUD
BAZAR
PRİNSİPLƏRİNƏ
QARŞI
Klassik təsəvvürlərə görə, bazar iqtisadiyyatı üç əsas üzərində
qurulur: özəl mülkiyyət, dəyər qanunu, tələb və təklifin qarşılıqlı
əlaqə prinsipi. Lakin informasiya cəmiyyətində bilik və ideyalar
bu əsaslara ciddi təsir göstərir.
Belə ki, insan və ya şirkət hansısa ideyaya malik ola bilər və
onu heç kimə deməyə bilər. Həmin ideyanı gizli saxlaya və şəxsi
“Elektron dövl
ə
t quruculu
ğ
u probleml
ə
ri” I Respublika elmi-praktiki konfrans
ı
, 4 dekabr, 2014
_____________________________________________________________________________________________________
179
“nou-hau” kimi istifadə edə bilər.
Lakin belə gizli sahibolma
hələ mülkiyyət deyil. Mülkiyyət və sahibolma iki müxtəlif
kateqoriyadır. Mülkiyyət ictimai münasibət və hüquq
kateqoriyasıdır. Belə ki, bu, cəmiyyət tərəfindən tanınan və
açıq şəkildə sahiblik və istifadə edilən legitim münasibətdir.
Yəni insanın bir ideyaya münasibətinin özəl mülkiyyətə
çevrilməsi üçün onun bu haqda ictimaiyyətə məlumat verməsi
gərəkdir.
Lakin şəxsi ideyanın ictimailəşdirilməsi onu kollektiv
mülkiyyətə çevirir. Əgər biliyə kapital kimi baxsaq, onda bu
kapital bütün insanlara məxsusdur. Ümumiyyətlə, kollektiv
mülkiyyət intellektual mülkiyyətin təbiətinə daha uyğun gəlir.
K.Marks intellektual əməyi “ümumi əmək” adlandırırdı [5].
Hesab edirdi ki, istənilən təfəkkür prosesində əvvəlki
nəsillərin ötürdüyü bilikdən istifadə edilir.
Hətta insanın
təklikdə çalışdığı halda da onun intellektual əməyi ictimai
əmək sayılır. Kollektiv mülkiyyəti dövlət mülkiyyəti ilə də
eyniləşdirmək olmaz. Dövlət mülkiyyəti özəl mülkiyyətin
digər formasıdır. Dövlət mülkiyyətinin yalnız qeyri-şəxsi
xarakteri onun kollektiv mülkiyyətlə oxşar cəhətidir.
Dəyər qanunu tələb edir ki, mallar əməyin kəmiyyətinə
uyğun olaraq, yəni işçinin onların istehsalı üçün adətən sərf
etdiyi vaxta proporsional olaraq mübadilə edilsin. Amma
ideyanı zamana görə dəyərləndirmək mümkün deyil. İdeyalar
zaman və məkandan asılı olmadan meydana gəlir və mövcud
olur. Ona görə də dəyər qanunu ideya mübadiləsini
tənzimləyə bilmir.
Tələb və təklifin uyğunluğu prinsipi də biliklərə
münasibətdə özünü doğrultmur. Çünki biliklər təklif qismində
tələbi dəfələrlə qabaqlayır və bu disproporsiya getdikcə
artmaqdadır. Doğrudur, bu gün “nou-hau” və patentlərə
münasibətdə tələb və təklif arasında tarazlıq mövcuddur.
Lakin ümumi biliklərin tərkibində onların xüsusi çəkisi o
qədər də çox deyil.
Göründüyü kimi, bazar iqtisadiyyatı bilik istehsalı və
mübadiləsi üçün o qədər də uyğun olmayan bir iqtisadi
sistemdir. Biliklər bazara daxil olmaqla onun uzun illərdən
bəri formalaşan əsaslarını, strukturunu dağıdır.
İnformasiya cəmiyyətində pul da iqtisadi münasibətlərin
əsas tənzimləyicisi funksiyasının öhdəsindən gələ bilmir. Belə
ki, pul, öz mahiyyətinə görə, dəyər ölçüsüdür. Biliklərin isə
dəyəri yoxdur (yaxud dəyərini ölçmək mümkün deyil). Bu
baxımdan, hesab etmək olar ki, informasiya cəmiyyətində
iqtisadi münasibətlər məhz biliklər vasitəsi ilə tənzimlənəcək.
Yəni iqtisadi münasibətlər insanın iradəsi ilə planlaşdırılacaq,
istiqamətləndiriləcək.
VI.
ÜÇÜNCÜ
SEKTOR
BAZARIN
ALTERNATİVİ
KİMİ
İKT-nin sürətli inkişafı və hərtərəfli tətbiqi ilə əlaqədar
daha bir köklü dəyişiklik bazardankənar (qeyri-bazar) istehsal
sferasınının inkişafı ilə bağlıdır. Bazardankənar istehsal
sferası dedikdə, ev təsərrüfatlarının mübadilə yox, öz
ehtiyacları üçün istehsal fəaliyyəti nəzərdə tutulur.
Evdə məşğulluğun iqtisadiyyata bir sıra təsirləri vardır.
Birincisi, evdə məşğulluq sistemi informasiya sektorunun
inkişafını və sənaye sahələrinin (neft, avtomobil, kağız sənayesi
və s.) daralmasını stimullaşdırır. İkincisi, insanlar klassik
“muzdlu işçi” statusundan imtina edərək müstəqil sahibkarlara
çevrilirlər. Bundan başqa, evdə məşğulluğun psixoloji
üstünlükləri də mövcuddur. Belə ki, sənaye iqtisadiyyatına xas
olan muzdlu işçi daim işini itirmək qorxusu ilə yaşayır. Amma
ev məşğulluğu şəraitində belə təhlükələr mövcud deyil.
Görkəmli Amerika iqtisadçısı və filosofu C.Rifkin “İşin sonu:
qlobal məşğulluğun tənəzzülü və postbazar erasının başlanğıcı”
(1995) əsərində yazır ki, biz bəşər sivilizasiyasının çox vacib
mərhələsinə yaxınlaşırıq [6]. Qlobal şirkətlər daha az işçi
qüvvəsindən istifadə edərək misli görünməyən sayda əmtəə və
xidmət istehsal etmək gücündədir. Yeni texnologiyalar, demək
olar ki, işçi qüvvəsinin olmadığı yeni istehsal mərhələsinin
əsasını qoyur, özü də bu proses dünya əhalisinin yüksək templə
artdığı bir dövrə təsadüf edir”.
C.Rifkin hesab edir ki, bəşəriyyət əmək proseslərinin böyük
hissəsinin
insanlardan
maşınlara
keçəcəyi
gələcəyə
hazırlaşmalıdır: “Nəzərə almaq lazımdır ki, insanlar öz əməyini
bazarda əmtəə kimi satmaqda davam edirlər. Artıq əməyin əmtəə
kimi əhəmiyyətinin minimuma enəcəyi dövrdə yeni yanaşmalar
düşünmək və tətbiq etmək lazımdır ki, insanları gəlirlərlə təmin
etmək və onların alıcılıq qabiliyyətini sığortalamaq mümkün
olsun”.
C.Rifkinin fikrincə, yeni texnoloji potensialın nəticəsi olan
artan istehsal imkanlarının bəhrəsi milyonlarla insanın
mülkiyyəti olmalıdır. Buna iş vaxtının qısaldılması, əmək
haqqının daim artırılması yolu ilə nail olmaq olar: “Bizi hansı
gələcəyin gözləməsi əmək məhsuldarlığının artması hesabına
əldə olunan maddi nemətlərin necə bölünəcəyindən asılı olacaq”.
Amerikalı alim hesab edir ki, bazar iqtisadiyyatında kütləvi
məşğulluğun ixtisar edilməsi, həmçinin dövlət idarəetmə
xərclərinin azaldılması “üçüncü sektora” – qeyri-bazar
iqtisadiyyatına diqqətin artırılmasını tələb edir. İnsanlar
özlərinin sosial və şəxsi tələbatlarının ödənilməsi ümidi ilə məhz
üçüncü sektora – sosial iqtisadiyyata üz tutacaqlar.
C.Rifkinin qənaətinə görə, yaxın gələcəkdə qısa iş gününə
malik olan insanlar əyləncəyə və istehlaka daha çox diqqət
ayıracaqlar. Eyni zamanda, işsizlərin və qismən işi olanların sayı
sürətlə artacaq. Həmin insanların bir çoxu üçüncü sektora üz
tutacaq. Bu insanların istedadı və enerjisini lokal cəmiyyətlərin
yaradılmasına və bazardan və dövlətdən asılı olmayan üçüncü
sektorun formalaşdırılmasına yönəltmək olar.
Üçüncü sektor bazar qanunauyğunluqlarına və ya inzibati-
hüquqi qaydalara tabe olmur. Bu sektor insanlara yeni sosial
funksiyaları və vəzifələri sınaqdan keçirməyə imkan verir.
İnsanların istehsal-bazar və ictimai sektordan qismən qeyri-
formal sosial iqtisadiyyata yönəlmə iqtisadiyyatın institusional
quruluşunda fundamental dəyişikliklərə gətirib çıxarır. Yeni
institusional və sosial quruluşu bazar quruluşundan fərqlənəcək.
Burada əsas sual doğuran məsələ odur ki, üçüncü sektor
işlərini itirən insanların tələblərini ödəyə biləcək qədər inkişaf
edə və möhkəmlənə biləcəkmi?
VII.
SOSİAL
ŞƏBƏKƏLƏR
BAZARIN
ALTERNATİVİ
KİMİ
İnternet şəbəkəsində formalaşan
azad kommunikasiya mühiti
və insanlar arasında təmənnasız informasiya mübadiləsi yeni
“Elektron dövl
ə
t quruculu
ğ
u probleml
ə
ri” I Respublika elmi-praktiki konfrans
ı
, 4 dekabr, 2014
_____________________________________________________________________________________________________
180
istehlakçı dəyərinin formalaşması mühitinə çevrilir.
İnformasiya cəmiyyəti bu və ya digər formada ekspert
informasiyasını əldə etmək üçün əlverişli şəbəkə mühiti
yaradır. Ekspert qiymətləndirməsi müasir iqtisadiyyatı dərk
etmək üçün zəruri olan anlayışdır. Bu anlayış klassik bazar
münasibətlərindən getdikcə daha çox uzaqlaşmaqdadır.
Bütün bu imkanlar hesabına iqtisadiyyatda bazar
münasibətlərinin payı tədricən azalmaqdadır. Kommunikasiya
mühitinin inkişafı cəmiyyətin qeyri-bazar funksiyalarını (ətraf
mühitin sosial dəstəyi və qorunması, korrupsiya ilə mübarizə
və s.) öz üzərinə götürərək sosiallaşmasına imkan verir.
Həmçinin istehlakçı dəyərinin
formalaşmasının bazar
mexanizmi biznesin qloballaşması və genişlənməsi hesabına
özəl sektordan sıxışdırılıb çıxarılır. Rəqabət aparan şirkətlər
ümumi mülkiyyətçilər taparaq primitiv bazar davranışlarından
daha
effektli
strategiyalar
quraraq,
yeni
tərəfdaşlıq
münasibətləri formalaşdırırlar. Qlobal kommunikasiyalar
dövründə transmilli şirkətlər başqa taktikadan istifadə edirlər
– total reklam və tərəfdaşlıq şəbəkələrinin hesabına öz əmtəə
və xidmətlərinin istehlakçı dəyərini alıcıların təsəvvürlərində
yüksəldərək onlar üçün əlavə imic formalaşdırırlar.
Əmtəə-pul münasibətlərinin şəbəkə münasibətləri ilə əvəz
olunması tədricən baş verir. Cəmiyyətin idarə edilməsinin
yeni
sistemi,
yeni
iqtisadiyyat
da
daxil
olmaqla,
kommunikasiya mühitinin təkmilləşməsi, dünyanın bütün
sakinlərinin informasiyaya sərbəst çıxış imkanının yaranması
ilə eyni vaxtda inkişaf etməlidir.
Hazırda brend, marka və məhsulların sosial şəbəkə vasitəsi
ilə tanıdılması, reytinqinin qaldırılması tendensiyası müşahidə
olunur. İqtisadiyyatın müxtəlif sahələrini təmsil edən şirkətlər
müştəriləri ilə sosial şəbəkələr vasitəsi ilə işləməyə üstünlük
verirlər. Sosial şəbəkələr şirkətlərə maraqlı isitfadəçilərlə
əlaqə qurmağa, onlarla uzunmüddətli əlaqə yaratmağa,
şirkətin reputasiyasını idarə etməyə, satış həcmini artırmağa
və digər biznes məsələlərini daha yüksək səviyyədə həll
etməyə imkan verir.
VIII.
NƏTİCƏ
İKT-nin təsiri nəticəsində bu gün bütün dünyada
dominantlıq edən iqtisadi sistemin – bazar iqtisadiyyatının
strukturunda, funksiyalarında və elementlərində ciddi
dəyişikliklərin baş verməsi bəşəriyyətin gələcəyi baxımından
mühüm əhəmiyyət kəsb edir.
İqtisadi sferada baş verən bu transformasiya prosesləri
informasiya cəmiyyəti nəzəriyyəsinin görkəmli nümayəndələri
tərəfindən
hələ
ötən
əsrin
sonlarından
etibarən
proqnozlaşdırılırdı. İndi də bu sahədə intensiv tədqiqatlar davam
etdirilir, iqtisadiyyatda baş verən transformasiya prosesləri ilə
bağlı müxtəlif fikirlər irəli sürülür, fərqli baxışlar ortaya qoyulur.
Lakin bütün bu ideyalara, tendensiyalara baxmayaraq, hələ bazar
iqtisadiyyatının hansı iqtisadi sistemlə əvəz olunmalı olduğuna
dair aydın elmi təsəvvürlər, təkliflər yoxdur.
Ənənəvi iqtisadi münasibətlərin real müstəvidən virtual
müstəviyə keçməsi qaçılmaz bir prosesdir. Amma İnternet
qlobal və virtual xüsusiyyətləri, açıqlığı və informativliyi
şəraitində ənənəvi bazar strukturlarının, funksiyalarının və
elementlərinin funksiyalarının bu mühitə necə adaptasiya
olunacağı, hansı yeni münasibətlərin formalaşması bir sıra
suallar doğurur.
Statistik məlumatlara görə, hər gün bütün İnternet
istifadəçilərinin 95%-i sosial şəbəkələrə daxil olur və mallar,
xidmətlər, şirkətlər haqqında söhbətlər aparır, öz fikir və
təəssüratlarını
bölüşürlər. Bunun nəticəsində hətta bir
istifadəçinin müsbət və ya mənfi rəyi çoxmilyonlu dövriyyəsi
olan şirkətin reputasiyasına ciddi təsir göstərə bilər. Aparılan
sorğuların nəticələrinə görə, sosial şəbəkə iştirakçılarının 87%-i
buradakı istifadəçilərin rəylərinə daha çox inanırlar, nəinki rəsmi
mənbələrdən verilən informasiyaya [7].
Ə
DƏBIYYAT
:
[1]
Пещанская И.В. Рынок как коммуникативная система и его развитие в
информационном
обществе.
Монография,
http://disserwork.narod.ru/index.html
[2]
Гейтс Б. Бизнес со скоростью мысли, ЭКСМО, 2003, 253 c.
[3]
Webb W. Wireless Communications: The Future, John Wiley & Sons,
2007, 274 p.
[4]
Гутри И.С. Сравнительный анализ теоретических концепций
информационной экономики, http://irina.guthrielife.com/
[5]
Маркс К. Капитал, Карл Маркс, 1983, 3883 c.
[6]
Rifkin J. The End of Work: The Decline of the Global Labor Force and the
Dawn of the Post-Market Era, G.P. Putnam's Sons, Business & Economics,
1995, 350 p.
[7]
Кусина О.А. Социальные сети как эффективный инструмент
маркетинга в индустрии встреч // Креативная экономика, 2013, №1,
c.118-123.
“Elektron dövl
ə
t quruculu
ğ
u probleml
ə
ri” I Respublika elmi-praktiki konfrans
ı
, 4 dekabr, 2014
_____________________________________________________________________________________________________
181
Dostları ilə paylaş: |