Xülasə Məqalədə kompüter şəbəkələrinin təhlükəsizliyi, kiber


“İnformasiya təhlükəsizliyinin aktual problemləri”



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix07.04.2022
ölçüsü0,61 Mb.
#85131
növüXülasə
1   2   3   4   5   6   7   8
RS21 ETHICAL-HACKER-AND-PENETRATION-TEST-TOOLS

“İnformasiya təhlükəsizliyinin aktual problemləri” 

III respublika elmi-praktiki seminarı, 08 dekabr 2017-ci il 

94 


 

 

informasiya ötürülməsi zamanı təhlükəsizlik və gizliliyi təmin 



edən Netscape tərəfindən yaradılan protokoldur. Bu platforma 

istifadə  edilən  veb  saytların  İP  ünvanlarında,  12322  port 

vasitəsi ilə 

mysql 

verilən bazasının admin idarə etmə panelinə, 

12321 portu vasitəsi ilə sistem idarə etmə paneli, 12320 portu 

ilə  isə  veb  əsaslı  əmrlər  sətri  olan  terminala  girmək 

mümkündür.  Əgər  bu  portlar  açıq  olsa,  müxtəlif  növ  şifrəyə 

hücum  metodlarından  istifadə  edib  bu  panellərə  girmək 

mümkün olardı. 

NMAP ilə web platformada olan portların yoxlanılması. 

NMAP,  kompüter  şəbəkələri  mütəxəssisi  Gordon  Lyon 

(Fyodor)  tərəfindən  yaradılan  təhlükəsizlik  skaneridir. 

Yoxladığı  şəbəkənin  xəritəsini  yarada  bilir  və  həmçinin 

şəbəkəyə bağlı sistemlərin vəziyyətini, əməliyyat sistemlərini, 

portlarının vəziyyətini göstərir. 

Nmap istifadə edərək kompüter şəbəkəsinə bağlı hər hansı 

kompüterin  əməliyyat  sistemini,  işləmə  vaxtını,  proqramların 

hansı xidmətlərdən istifadə etdiyini, proqramların versiyalarını, 

kompüter  sistemində  şəbəkələrarası  ekranın  olub-olmadığını, 

şəbəkə  interfeysinin  hansı  şirkətə  aid  olduğunu  öyrənmək 

mümkündür.  Kali  Linux  terminalında  nmap  yazaraq  aləti 

çağırırıq.(Şək.3) 

 

 



Şəkil 3. NMAP açılışı 

İstifadə edəcəyimiz nmap 7.6 versiyasıdır, alət çağrılarkən 

kömək üçün istifadə əmrləri ilə birlikdə yüklənir (Şək.3). Biz 

sürətli port axtarışı üçün “nmap -vvv domeyn.com” əmrindən 

istifadə edirik.(Şək.4) 

 

 



Şəkil 4. NMAP axtarış nəticəsi 

Nəticə  olaraq  bütün  portların  bağlı  olduğunu  və  ancaq  2 

portunun  açıq  olduğu  aydınlaşır.  80-cı  port  http  portudur  və 

istifadəçilər  brauzerdən  veb  saytı  yığdıqda  sistem  avtomatik 

olaraq bu porta istiqamətlənir və sayt açılır. Digər port 5631-ci 

portdur,  bu  port  Symantec  pcAnywhere–nin  məsafədən 

qoşulmalar  üçün  istifadə  etdiyi  portdur. 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə