Xülasə Məqalənin əsas məqsədi iqtisadi artım modellərinin empirik təhlili metodları arasında



Yüklə 85,85 Kb.
Pdf görüntüsü
tarix14.05.2018
ölçüsü85,85 Kb.
#44051
növüXülasə


96 

 

 



 

 

 



 

 

 



 

 

İqt



isadi artımın empirik modelləri

 

 



Vüqar Əhmədov, Gülzar Tahirova

 



97 

 

Xülasə 

Məqalənin  əsas  məqsədi  iqtisadi  artım  modellərinin  empirik  təhlili  metodları  arasında 

geniş miqyasda tətbiq olunan üç metodun (artım uçotu, artım reqressiyası və artım diaqnostikası) 

müqayisəli  təhlilini  aparmaqdır.  Müqayisəli  təhlil  nəticəsində  hər  bir  empirik  artım  metodunun 

müsbət  və  mənfi  tərəfləri  müəyyən  edilmişdir.  Məqalədə  Azərbaycanın  yeni  empirik  iqtisadi 

artım modelinin konseptual çərçivəsi də müzakirə edilmişdir. 

 

 



 

Abstract 

The  paper  aims  to  conduct  comparative  analysis  of  the  three  widely  used  empirical 

methods  (growth  accounting,  growth  regression  and  growth  diagnostics)  for  economic  growth 

estimations.   Pros   and   cons   of   each   empirical   method   were   determined.   The   conceptual 

framework of Azerbaijan s empirical growth model was discussed too. 

 

 



 

Açar sözlər: iqtisadi artım, inkluziv artım, artım uçotu, artım reqressiyası, artım  diaqnostikası 

Key  words:  economic  growth,  inclusive growth, growth  accounting,  growth regression,  growth 

diagnostics. 

 

 

 



 

 

 



 

 

 



 

Müəlliflərin elektron ünvanları: 

Vugar_Ahmadov@cbar.az 

Gülzar_Tahirova@cbar.az

 



98 

 

Mündəricat

 

 

 



Giriş ......................................................................................................................................... 99 

 

1.  İqtisadi artımın empirik təhlili modelləri................................................................... 100 

 

1.1. 

Artım uçotu .............................................................................................................. 100 

 

1.2. 



Artım reqressiyası ................................................................................................... 101 

 

1.3. 



Artım diaqnostikası ................................................................................................. 102 

 

2.  Azərbaycanda iqtisadi artımın empirik modellərinin spesifikliyi ........................... 103 

 

Ə

dəbiyyat  ............................................................................................................................. 104 



99 

 

 



 

Giriş

 

 



 

Dünya  ölkələrinin  iqtisadi  artım  sürətləri  bir-birindən  tarixən  fərqlənmiş,  bu  fərq  XX 

əsrdə  daha  da  artmağa  başlamışdır.  Bu  səbəbdən  bir  çox  iqtisadçılar  dünya  ölkələri  üçün  sabit 

artım  sürətinə  nəzərən  müşahidə  olunan  artım  kənarlaşmasının  (divergence)  fundamental 

səbəblərini iqtisadi artım nəzəriyyələri çərçivəsində izah etməyə cəhd etmişlər. 

Fundamental  səviyyədə  ilk  nəzəri  iqtisadi  artım  modeli  1928-ci  ildə  Frank  Ramsey 

tərəfindən iqtisad elminə təqdim edilmişdir. Bir qədər sonra 1939-cu ildə Harrod və 1946-cı  ildə 

Domar sabit faktor proporsiyaları (kapital və işçi qüvvəsi) əsasında müəyyən olan Keynsin artım 

modelini təklif etmişlər. Modelin zəif cəhətlərindən biri tarazlıq səviyyəsi daim dəyişən kapitalıst 

ölkələrində iqtisadi artımın qiymətləndirilməsi zamanı  bu prosesin qeyri-stabilliklə üzləşməsidir. 

Bu  səbəbdən  Harrod-Domar  modeli  qısa  müddətli  iqtisadi  artımın  təhlillərində  geniş  istifadə 

edilməyə başlandı. 

Qısa  müddətli  artım  templərinə  əsaslanan  uzun  müddətli  iqtisadi  artımı  müəyyən  edən 

Harrod-Domar  modeli  əsasında  1956-ci  ildə  Solou  faktorların  sabit  proporsiyası  fərziyyəsini 

dəyişdirməklə  yeni  iqtisadi artım  modelinin  nəzəri çərçivəsini təklif etmişdir. Model neo-klassik 

fərziyyələri və ekzogen dəyişənləri nəzərə alsa belə, iqtisadi artım modelləri arasında sadə, lakin 

kifayət  qədər  dəqiq  təhlillər  etməyə  imkan  vermişdir.  Nəzəri  çərçivəsi  bu  gündə  geniş  tətbiq 

olunan   Solou   modelinin   bir   sıra   məhdudiyyətləri   mövcuddur:   i)   məcmu   buraxılışın   işçi 

qüvvəsinə  nisbəti  tarazlı  artımda  (steady  state)  tam  ekzogendir;  ii)  mikro  səviyyəli  qərarlar  (ev 

təsərrüfatı  və  şirkət)  nəzərə  alınmır;  iii)  ölkələrin  həyat  standardları  səviyyələrində  mövcud 

kəskin fərqləri izah edə bilmir. 

Daha  sonra  Ramseyin  nəzəri  model  çərçivəsi  əsasında  1965-ci  Kupmans  iqtisadi  artım 

modelini  bir  qədər  də  genişləndirmişdir.  Belə  ki,  onun  modelinə  Solou  modelinin 

məhdudiyyətlərindən   olan   ev   təsərrüfatlarının   və   şirkətlərin   qərarları   daxil   edilmişdir.   Bu 

yanaşma   makroiqtisadi   fundamentallarda   mikroiqtisadi   subyektlərin   iştirakını   nəzərə   alır. 

Modelin əsas məhdudiyyətlərindən biri iqtisadi artımın digər modellər kimi istehlak, işçi qüvvəsi 

və texnologiya faktorundan asılı olmasıdır. 

1950-80-ci  illərdə  geniş  miqyasda  istifadə  olunan  iqtisadi  artım  modelləri  tarazlı  artımı 

(steady  state  growth)  ekzogen  izah  etməyə  cəhd  etmişlərsə,  1986-ci  ildə  Romer  və  daha  sonra 

1988-ci  ildə  Lukasın  qurduğu  modellər  iqtisadi  artımı  endogen  olaraq  texnologiya  əsasında 

müəyyən  etmişlər.  Onların  endogen  iqtisadi  artım  modeli  texnologiyanı  tədqiqat  və  innovasiya 

əsasında  izah  etmişdir.    Bu  modellərin  nəzəri  çərçivəsi  qısa  müddətli  proqnoz  və  təhlillərin 

hazırlanması ilə yanaşı uzunmüddətli iqtisadi fluktasiyaların tədqiqinə də imkan verir. 

 

Mövcud nəzəri modellərdən istifadə edilərək müxtəlif ölkələrin iqtisadi artımı hesablanmış 



və  digərləri  ilə  müqayisə  edilmişdir  (Barro  və  Sala-i-Martin,  2003).  Modellərin 

qiymətləndirilməsindən  alınan  nəticələr  modellərin  nə  dərəcədə  nəzəri  və  empirik  çərçivəsinin 

real  iqtisadi  duruma  (verilənlərin  əks  etdirdiyi  vəziyyətə)  uyğun  olduğunu  göstərir  (Paqan, 

2003). 



100 

 

Qeyd etmək  lazımdır ki,  modellərin empirik qiymətləndirilməsi zamanı bir çox  modellər 



ölkələr  arasında  fərqli  iqtisadi  artımı  izah  edə  bilməmiş  və  bu  səbəbdə,  empirik  modellərin 

tətbiqi hələ ki, kafi hesab oluna bilməz. 

Empirik modellərin müxtəlif çatışmazlıqlara malik olmasına baxmayaraq, onların hər biri 

ayrı-ayrılıqda  iqtisadi  artımın  nəzəriyyədə  göstərilən  əsas  fundamentalları  real  faktlar  əsasında 

qiymətləndirməyə və nəticədə iqtisadi artımın həqiqi determinantlarını tapmağa yönəlmişdir. 

İqtisadi   artım   modellərinin   empirik   təhlili   metodlarını   müqayisəli   araşdıran   cari 

məqalənin  əsas  məqsədi  ən  tanınmış  empirik  metodların  hər  birini  detallı  təhlil  etmək,  onların 

müsbət  və  mənfi  tərəflərini  müzakirə  etməklə  Azərbaycanda  iqtisadi  artım  modelini 

qiymətləndirmək  üçün  adekvat  empirik  təhlili  metodunu  təklif  etməkdən  ibarətdir.  Məqalə 

girişdən, iki əsas hissədən, nəticədən, ədəbiyyat siyahısı və əlavədən ibarətdir. Məqalənin birinci 

hissəsində  iqtisadi  artım  modellərinin  təhlili  ilə  bağlı  ən  geniş  yayılmış  üç  empirik 

qiymətləndirmə  metodunun  müqayisəli  təhlili  aparılır.  İkinci  hissədə  isə  Azərbaycan 

iqtisadiyyatının  spesifikliyi  nəzərə  alınaraq,  hər  üç  metodunun  tətbiqi  ilə  bağlı  adekvat  çərçivə 

təklif edilir. 

 

 

1. 



İ

qtisadi artımın empirik təhlili modelləri

 

Qeyd  etdiyimiz  kimi,  iqtisadi  artım  modellərinin  empirik  tədqiqi  təcrübəsi  çox  yaxın 



keçmişə  (1990-cı  illər)  təsadüf  edir.  Lakin,  buna  baxmayaraq,  artıq  iqtisadi  artımın  empirik 

təhlinin geniş yayılmış üç metodu mövcuddur. Bunlara: 

 

Artım uçotu (growth accounting), 



Artım reqressiyası (growth regression) və 

Artım diaqnostikası (growth diagnostics) aiddir. 

İqtisadi  artım  modellərinin  təhlili  məqsədilə  təcrübədə  digər  empirik  metodlar  da  istifadə 

olunur.  Real  Biznes  Tsiklləri  modeli  (Real  Business  Cycles),  Tətbiqi  Ümumi  Tarazlıq 

(computable  general  equilibrium),  Dinamik  Stoxastik  Ümumi  Tarazlıq  Modeli  (dynamic 

stochastic  general  equilibrium)  kimi  makroiqtisadi  modellər,  beynəlxalq  bençkmarklama 

(international  benchmarking)  və  firma  səviyyəsində  mikroiqtisadi  təhlillər  bu  metodların 

tərkibinə daxil ola bilər. Lakin, adı  çəkilən  metodlarda   təhlil obyekti  iqtisadi artım problemi  ilə 

yanaşı digər makroiqtisadi fundamentallar (faiz dərəcəsi,  inflyasiya, məzənnə və s.) olduğu üçün 

üçün  modellər  empirik  (tam)  iqtisadi  artım  modelləri  hesab  edilmir  və  bü  səbəbdən  də  cari 

tədqiqat işi çərçivəsində araşdırılması məqsədəuyğun hesab edilməmişdir. 

 

1.1.   Artım uçotu

 

Artım  uçotu  dedikdə,  ÜDM-in  artımının  istehsal  faktorları  (kapital  və  işçi  qüvvəsi)  və 



texnologiyalar  kimi  komponentlərə  ayrılması  nəzərdə  tutulur.  Artım  uçotunun  nəzəri  əsası 

Solounun  1957-ci  ildə  çap  edilmiş  məqaləsində  əks  etdirilmişdir.  Bu  üsul  iqtisadi  artımın 

fundamental  determinantlarını  müəyyən  etmək  məqsədi  ilə  empirik  alət  kimi  geniş  istifadə 

olunur.  Bu  metod  məcmu  buraxılışda  işçi  qüvvəsi  və  kapitalın  payını  hesablamaq  məqsədilə 

aşağıdakı  standart  istehsal  funksiyası  (Kobb-Duqlas)  ilə  başlayır  və  daha  sonra  ümumi  faktor 

məhsuldarlığını (ÜFM) qalıq kimi tapmağa imkan verir: 




101 

 

 





(K  

 

()





(1) 







t 

 

 



 







(2) 



L 

A



Y



K



L

t 

 

 



 

Burada,   





Y

t 

K  

,   






t 

L   

uyğun  olaraq  ÜDM-in,  kapital  ehtiyatlarının  və  işçi 



L

t 

 

qüvvəsinin artımı, 



isə ÜFM-nin dəyişməsidir. 



A

t 

 

Hesab edirik ki, empirik tədqiqatlarda geniş istifadə edilən bu metodun texniki tərəfləri bir 



çox  iqtisadi  ədəbiyyatlarda  ətraflı  şərh  edildiyi  üçün  bu  məsələləri  təkrar  olaraq  cari  məqalədə 

əks  etdirməyə  ehtiyac  yoxdur.      Lakin,  qeyd  etmək  lazımdır  ki,  artım  uçotunun  bir  sıra 

çatışmazlıqları da mövcuddur. Bunlardan ən əsaslarına aşağıdakılar aiddir. 

 

I.   Modelin    əsas    fərziyyəsi    olan    miqyasdan    sabit    qayıdış,    bütün    endogen    artım 

modellərinin qəbul  etmədiyi  bir  fərziyyədir.  Yəni, hər  bir  istehsal  faktorunun (kapital  və 

ya işçi qüvvəsi) məcmu buraxılışda xüsusi çəkisi gəstəriciləri sabit götürülür. 



II.   ÜFM,  yəni dəyişəni qalıq kimi  iqtisadi artımda digər faktorların izah etmədiyi  bütün 

iqtisadi  əhəmiyyətli  faktorları  özündə  əks  etdirir.  Belə  ki,  ÜFM  hesabına  yüksələn 

iqtisadi artım texnologiyanın modernləşməsi, institusional islahatların səmərəliliyi, ticarət 

şərtlərinin  yaxşılaşması  ilə  yanaşı  digər  faktorlardan  da  təsirlənir.  Bu  səbəbdən,  bəzi 

iqtisadçılar  A-ni  ÜFM  deyil,  çox  amilli  məhsuldarlıq  (multiple  factor  productivity) 

adlandırırlar (Hulten, 2009). 



III.ÜFM   qalıq   kimi   hesablandığı   üçün   bir   sıra   xətalara   malikdir.   Belə   ki,   istehsal 

funksiyasının  digər  iki  faktoru  (kapital  və  işçi  qüvvəsi)  praktikada  bir  sıra  xətalarla 

hesablanır  və  bütün  bu  xətalar  yekun  olaraq  (1)  funksiyasının  qalıq  dəyişəni  olan  ÜFM- 

nin   tərkibində   oturur.   İstehsal   faktorlarının   statistik   xətaları   inkişaf   etməkdə   olan 

ölkələrdə  tez-tez  müşahidə  edildiyi  üçün  artım  uçotunun  həmin  ölkələr  üçün  aparılması 

nəticələri şübhə altına qoyur. 

 

1.2. 

Artım reqressiyası

 

Artım reqressiyası ölkələrarası və ya zaman sıralı müxtəlif ekonometrik modellər qurmaqla 



uzunmüddətli iqtisadi artımın fundamental detarminantlarını tapmağa yönəlib. Artım reqressiyası 

sahəsində  Sala-i-Martin  (1997),  Barro  (2003)  və  başqa  bu  kimi  iqtisadçılar  empirik  tədqiqatlar 

aparmışlar.  Artım  reqresiyasının  baza  metodologiyası  aşağıdakı  formada  reqressiya  tənliyinə 

əsaslanır: 

 

(3) 

 

Burada iqtisadi artım vektoru, x



1

,...,x

izahedici dəyişənlər (artımın determinantları) 

vektoru,  isə xətadır. 



102 

 

Qeyd  edək  ki,  (3)  modelinin  funksional  forması,  həmçinin  müstəqil  dəyişənləri  müxtəlif 



tədqiqatçılar  tərəfindən  fərqli  şəkildə  verilmişdir.  Lakin,  bu  tədqiqatların  əksəriyyətində 

reqressiya modelinə aşağıdakı dörd əsas qrup altında izahedici dəyişənlər daxil edilmişdir. 

 

     


Fundamentallar:  milli  gəlirin  ilkin  məbləği,  əhalinin  təbii  artım  səviyyəsi  və  investisiya 

səviyyəsi determinantları; 

     

Struktur  siyasətləri  və  institutlar:  təhsil,  maliyyə  dərinliyi,  ticarətin  açıqlığı,  hökümətin 



effektivliyi, infrastruktur, dövlət idarəetməsi determinantları; 

   


Stabilləşmə   siyasətləri:   fiskal   və   monetar   siyasətlər   (inflyasiya,   tsiklik   volatillik), 

məzənnə  siyasətləri  (məzənnənin  dəyişməsi),  faiz  dərəcələri  (yenidən  maliyyələşdirmə) 

və maliyyə transaksiyalarının tənzimləmə çərçivəs determinantları; 

   


Xarici  şərtlər:  ticarət  şokları,  qlobal  şəraitdaki  dəyişikliklər  (resessiya,  bum,  texnoloji 

innovasiya) determinantları. 

Bunlarla  yanaşı  artım  reqressiyası  bir  empirik  təhlil  metodu  kimi  bir  sıra  ciddi 

çatışmazlıqlara da  malikdir. Menkyu  (1992), Aghion  və Durlauf (2007),  Rodrik  (2006) və digər 

tədqiqatçılar aşağıdakı  çatışmazlıqları qeyd edirlər: 

 

I.   Reqressiya modelindəki  betalar (β) bir-birinin tam əvəzləyicisi kimi qəbul edilir. Bu da 

iqtisadi  artımın  fundamental  determinantlarını  prioritetləşdirməyə  və  bir-birinin 

tamamlayıcısı  kimi  istifadə  etməyə  imkan  vermir.  Digər  tərəfdən,  qiymətləndirilmiş 

parametrlər   ölkələrarası   reqressiya   modelindən   alındığı   üçün,   spesifik   ölkələrin 

timsalında  əhəmiyyətsiz  ola  bilər.  Qeyd  edilən  problemləri  ekonometrikada  endogenlik 

və  heteroskedastiklik problemi adlandırırlar. 

II.   Reqressiya modelindəki müstəqil dəyişənlərin bir çoxu bir-birilə  yüksək korrelyasiyaya 

malikdir.  Bu  da  modelin  qiymətləndirilməsi  zamanı  ciddi  xətalar  yaradır  və 

determinantlardan  hansının  uzunmüddətli  iqtisadi  artımın  həqiqi  determinantı  olması 

haqqında  yanlış  nəticə  çıxarılmasına  səbəb  olur.  Yaranmış  problemi  multikolliniarlıq 

kimi qəbul etmək olar. 

III.   Verilənlər  bazasının  kiçik  olması  da  reqresiyya  modellərinin  effektivliyini  azaldır.  Bu 

problemi ekonometrik dildə müstəqillik dərəcəsi problemi kimi adlandırmaq olar. 

 

1.3.  Artım diaqnostikası

 

Artım  diaqnostikası  dedikdə,  hər  hansı  bir  ölkənin  iqtisadi  artımını  ləngidən  həlledici 



məhdudiyyətlərinin  (binding  constraint)  tapılması  başa  düşülür.  Hausman,  Rodrik  və  Velasco 

(2005)  tərəfindən  təklif  edilmiş  bu  metod  iqtisadi  artımın  determinantlarının  bir-birinin 

əvəzləyicisi  deyil,  tamamlayıcısı  olduğu  ideyasına  söykənir.  İqtisadi  artımın  həlledici 

məhdudiyyətlərini   müəyyən   etmək   məqsədilə   artımın   qərarvermə   ağacı   qurulur   və   təhlil 

yuxarıdan aşağı prinsipi ilə aparılır. Artım diaqnostikası düsturla ifadə olunur: 

 

(4) 



 

Burada, 


rifah  səviyyəsi,  τ

i  


i-ci  fəaliyyətdə  distorsiya,  µ

i



və  µ

i

p  



i-ci 

fəaliyyətin  müvafiq 

olaraq  s-ci  cəmiyyət  və  p-ci  özəl  subyekt  tərəfindən  xalis  marjinal  təsirlənməsi,  λ

i   


isə  i-ci 


103 

 

fəaliyyətdəki  distorsiya  səbəbindən  yaranan  məhdudiyyəti  əks  etdirən  Laqranj  vuruğudur.  Ən 



yüksək vuruğa malik olan distorsiya həlledici məhdudiyyətdir. Birbaşa effekt rifaha müsbət töhfə 

verir.  Lakin,  dolayı  təsirlə  birbaşa təsir  arasındakı  fərqə əsasən  distorsiyanın  xalis  effekti  dəyişə 

bilər (dolayı təsir birbaşa təsirdən böyük və mənfi olsa xalis təsir neqativdir  və ya əksinə). 

 

Qərarvermə ağacı aşağıdakı suallar ardıcıllığında iqtisadi artım problemini araşdırır. 

 

   İqtisadi artımın səviyyəsi və keyfiyyəti qənaətbəxş və adekvatdırmı? 



Əgər deyilsə, onda: 

 

   



Bunun əsas səbəbi qeyri-qənaətbəxş investisiyalar ilə bağlıdır? 

   İnvestisiyaların səviyyəsi aşağıdırmı (xüsusən də özəl və xarici)? 

Əgər belədirsə, onda: 

 

   



Bu iqtisadi fəaliyyət növlərinin aşağı rentabellik səviyyəsi ilə əlaqəlidir? 

Əgər belədirsə, onda: 

 

  İnfrastruktur və coğrafiya kasıb, yoxsa insan kapitalı zəifdir? 



  Bu mənfəətə sahib olmanın zəif olması ilə bağlıdır? 

Əgər belədirsə, onda: 

 

  Makro risklər çoxdur? 



  Mikro risklər böyükdür? 

  Bazarlar (özəl sektor) zəifdir? 

   

Bu maliyyənin bahalı olması ilə bağlıdır? Nəyə görə maliyyə bahalıdır? 



Bütün  bunlara  baxmayaraq,  artım  diaqnostikası  bir  empirik  təhlil  metodu  kimi  bir  sıra 

çatışmazlıqlara da malikdir ki, onlardan ən əsaslarına aşağıdakılar aiddir. 

 

I.   İqtisadi artım yalnız özəl investisiyaların artımı ilə əlaqələndirilir. 

II.   Təcrübədə məhdudiyyətlərin həlledici olub-olmaması barədə birmənalı nəticə çıxarmaq 

çətindir və onları prioritetləşdirmək mümkün deyildir. 



III.   İqtisadi artımın daha çox qısamüddətli determinantlarına diqqət yetirilir. 

IV.   Məhdudiyyət həlqələrini (binding branch) bir-biri ilə əlaqələndirmək imkanı yoxdur. 

 

 



2.  Azərbaycanda iqtisadi artımın empirik modellərin spesifikliyi

 

 



İqtisadi artım  modellərinin empirik təhlil  metodları ilə tanış olduqdan sonra belə qənaətə 

gəlmək  olar ki,  bu  sahədə  hələ də  yekdilliklə qəbul  edilmiş  bir  metod  mövcud  deyildir.  Hər bir 

metodun  öz  müsbət  tərəfləri  ilə  yanaşı  bir  sıra  çatışmazlıqları  da  mövcuddur  ki,  bu  da  həmin 

metdodlardan  hər  hansı  bir  ölkənin  təcrübəsində  istifadə  edildiyi  zaman  çox  ehtiyatlı  olmağı 

tələb  edir.  Modellərin  qiymətləndirilməsi  zamanı  ölkə  spesifikası  və  fərziyyələrin  uyğunsuzluğu 

yaranır. 

 

Azərbaycan  Mərkəzi  Bankında  (AMB)  iqtisadi  artım  modellərinin  empirik  təhlili 



metodlarının  hər  üçü  vasitəsilə  iqtisadi  artım  tədqiq  edilir.  Aparılmış  tədqiqatlar  nəticəsində  hər 

bir  metod üzrə məqalənin  nəzəri  bölməsində qeyd edilən ümumi  çatışmazlıqlar  ilə  yanaşı, digər 




104 

 

spesifik məsələlərin də mövcud olması müəyyən edilmişdir. 



 

Artım uçotu  üzrə.  Müvafiq  statistik  xüsusiyyətlər və  iqtisadiyyatda struktur  dəyişikliklər 

nəzərə  alınmaqla,  aparılmış  qiymətləndirmələrə  görə  ümumi  iqtisadi  artımın  təqribən  70-80%-i 

Ümumi  Faktor  Məhsuldarlığının  (ÜFM)  payına  düşür.  Bəzi  illər  üzrə  isə  bu  göstərici  80%-lik 

səviyyədən  aşağı  enir.  Müqayisə  üçün  qeyd  edək  ki,  bu  pay  Barro  və  Sala-i-Martinin  inkişaf 

etmiş ölkələr üçün 1960-1995-ci  illər   üzrə apardığı  hesablamalarda 50%-dən də aşağıdır (Barro 

və  Sala-i-Martin,  2003).  Bu  baxımdan,  hazırkı  şəraitdə  Azərbaycanda  iqtisadi  artımın  təhlilində 

artım uçotu metodunun nəticələrini əsas götürmək məqsədəuyğun hesab edilmir. 

 

Artım reqressiyası üzrə. Ölkənin əsas  makroiqtisadi göstəriciləri  barədə  informasiyanın 

qısa  zaman  kəsiyi  üçün  mövcud  olması  və  ümumilikdə,  müstəqillikdən  bəri  iqtisadiyyatın  bir 

neçə  struktur  dəyişikliklərinə,  müxtəlif  sahələrdə  aparılan  islahatlar,  xarici  və  daxili  iqtisadi 

amillərin təsiri altında  formalaşan biznes tsikllərinə məruz qalması artım reqressiyasının statistik 

əhəmiyyətliyini    azaldır.    Reqressiya    modellərinin    müstəqillik    dərəcəsi    yüksəldikcə, 

Azərbaycanda iqtisadi artımın  fundamentallarını tapmaq  imkanları da  artacaqdır.   Bu  baxımdan, 

uzunmüddətli 

perspektivdə, 

artım 


reqressiyasına 

tədqiqatlarda 

xüsusi 

yer 


ayırmaq 

məqsədəuyğundur. 

 

Artım  diaqnostikası  üzrə.  Artım  diaqnostikası  metodikasına  görə  iqtisadi  artımın  əsas 

motivi  məhsuldar  kapitalı  yüksəltmək  olduğu  halda,  Azərbaycan  kimi  zəngin,  sürətli  iqtisadi 

artım müşahidə olunan ölkələrdə əsas vəzifə kimi dayanıqlı artım, o cümlədən sektoral, sosial və 

regional balans daha böyük aktuallıq kəsb edir. 

 

İqtisadi  artımın  həm  sürətlilik,  həm  də  dayanıqlılıq  kontekstində  diaqnostikası  məqsədilə 



inkluziv    artım          yanaşmasında    faydanlanmaq    daha    məqsədəuyğundur.    Çünki,    artım 

diaqnostikası  aparılarkən,  məqsəd  təkcə  yeni  iqtisadi  imkanların  yaradılması  deyil,  həmçinin  bu 

imkanlara  bərabər  çıxış  şəraitinin  təmin  edilməsi  də  diqqətdən  qaçmamalıdır.  Bu  baxımdan, 

inkluziv  artım  diaqnostikası  özündə  iki  böyük  həlqənin  (iqtisadi  artım  və  sosial  inkluzivlik) 

diaqnostikasını birləşdirməlidir. 

 

 



Ə

dəbiyyat

 

 



 

1.   Aghion, P. and Durlauf, S., 2007. From growth theory to policy design. Non published, 1- 

28 

 

2.   Barro,  J.R.  and  Sala-i-Martin,  X.,  2003.  Economic  Growth.  Second  edition,  Cambridge, 



Mass.: MIT Press. 

 

3.   Hausmann, R., Rodrik D., and Velasco A., 2005. "Growth Diagnostics," John F. Kennedy 



School of Government, Harvard University (Cambridge, Mass.) 

 

4.   Hulten,  R.C.,  2009.  Growth  accounting.  Working  paper  #15341,  National  Bureau  of 



Economic Research. Cambridge, Mass. 


105 

 

5.   Lucas,  E.R.,  1988.  The  industrial  revolution:  past  and  future.  In  lectures  in  economic 



growth. Cambridge, Mass.: Harvard University Press 

 

6.   Mankiw  G.,  Romer,  D.,  Weil,  D.,  1992.   A  Contribution  to  the  Empirics  of  Economic 



Growth.  Quarterly Journal of Economics, Vol. 107, 407-437. 

 

7.   Rodrik,  D.,   2006.   Goodbye   Washington   consensus,   hello   Washington   confusion?   A 



review  of  the  World  Bank s economic  growth  in  the  1990 s: learning  from  a  decade 

of reforms. Journal of Economic Literature, Vol. XLIV, 973-987 

 

8.   Romer, M.P., 1986. Increasing returns and long-run growth. Journal of Political Economy, 



Vol. 94, 1002-1037 

 

9.   Sala-i-Martin, X., 1997. I just want two million regressions. American Economic Review, 



Vol. 87, 178-183 

Yüklə 85,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə