Xülasə Müasir epistemologiyada ağılla iman münasibətlərinə xüsusi şəkildə yer ay



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə1/10
tarix17.11.2018
ölçüsü0,64 Mb.
#80868
növüXülasə
  1   2   3   4   5   6   7   8   9   10


УДК 101.1

KBT 87.22 



Ələddin MƏLİKOV

AMEA, Elm Tarixi İnstitutu

Xülasə

Müasir epistemologiyada ağılla iman münasibətlərinə xüsusi şəkildə yer ay-

rılır. Bu mövzu həm qlobal elm adamları, həm də dini düşüncə sahibləri üçün gün-

dəmdə duran fundamental mövzulardan biridir. Ağıl və iman münasibətləri arasın-

da epistemoloji müqayisələr əsasən yeni bir təfəkkürün təməli ola biləcək həqiqəti

tapmaq məqsədi daşıyır. Bunlar bütün oxşar və fərqliliklərə rəğmən tarix boyu bir-

birindən qidalanıb. Bunlar kateqoriya baxımdan bir-birinə oxşar olmasa da, belə

müqayisələr sonunda aydın olur ki, onlar bir həqiqətin ayrı-ayrı təzahürləridir.  

Bu məqalədə bu anlayışlar üç əsas ənənəvi yanaşma yəni; ağıl və iman mü-

nasibətlərindəki; təsdiq, təkzib, nə təsdiq və nə təkzib müstəvisindən fərqli olaraq

yeni epistemoloji nəzəriyyələr araşdırılmışdır. Məqalədə epistemologiyada mövcud 

olan dörd əsas nəzəriyyə; qəti rasionalizm, fideizm, tənqidi rasionalizm və mülayim 

rasionalizm təhlil olunmuşdur.

Açar sözlər: Epistemologiya, Ağıl, İman, Qəti rasionalizm, Fideizm, Tənqidi 

rasionalizm və Mülayim rasionalizm

Giriş

Ağılla imanın bir-birinə münasibətini təhlil etmək üçün ağıl və imanın dəyə-

rinə diqqət etmək lazımdır. Müxtəlif dinlərdə imanın dəyəri bir-birindən fərqlənir. 

Hətta bir dində mövcud olan məzhəblər belə imanın dəyəri barəsində eyni fikirdə

                                                

Fəlsəfə üzrə elmlər doktoru, dosent. aladdin.malikov@mail.ru



Epistemologiyada ağıl 

və iman münasibətlərinin 

təhlili

23



Metafizika – Cild 1, Say 2, 2018 

deyillər. Filosoflar ağılı sırf bir idrak növü kimi istifadə edirlər, lakin bu baxışa da 

mülahizələr mümkündür. Çünki ağlın özü növ deyil. 

Əgər biz ağlı spesifik aydınlaşdırıcı kimi götürsək, bu, imanla bəzi hallarda 

ziddiyyət təşkil edəcəkdir. Eksperimental ağıl, məntiqi ağıl, fəlsəfi ağıl, riyazi ağıl 

və s. kimi aydınlaşdırıcılar nəzərdə tutulur. Ağılla imanın arasında ziddiyyəti qəbul 

edənlərin də  məqsədi, məhz,  bu  ağıllardan  biri  olmuşdur.  Bütün  bunların  hamısı 

ağlın  bir  növü  kimi  qəbul  olunurlar,  amma  ağılın  özü  bunlardan  daha  üstündür.

Başqa ifadə ilə desək, bunlar ağlın növləridir.  

Deməli, xalis ağılla iman arasında tam ziddiyyət yoxdur. Əgər bir şəxs iman-

la  ağlın  qarşıdurmasında  möminlik  edib  imanın  tərəfindən  çıxış  edərsə, bunu da 

ağıl diktə edir.  

Bu halda, hər şeydən öncə, epistemologiya

1

və din fəlsəfəsində ağıl və ima-



nın yeri araşdırılmışdır. Buna görə də, burada epistemologiya, dini epistemologiya 

və epistemologiya ilə din fəlsəfəsinin əlaqəsi izah edilmiş, ağıl və iman terminləri

və onların növləri aydınlaşdırılmış, müxtəlif baxışlara əsasən izah edilərək qiymət-

ləndirilmişdir. Tarix boyu İslam və Qərbdə ağıl və imanın rolu, həmçinin İslam di-

nində  və  Qərbdə müzakirə edilmiş  baxışlar  da  diqqət mərkəzində saxlanılmışdır. 

Sonda bir nəticə ilə fəsli bitirmişik.



Mövzunun epistemoloji tərəfləri

Dünyəvi elmlər bir-birlərindən aslılıqları baxımından müxtəlif dərəcələrə bö-

lünür. Onların bəziləri digər dünyəvi elmlərin əsası və bünövrəsi hesab edilir, yəni 

digər elmlərin etibar və dəyəri həmin elmdən asılıdır. Elə bu baxımdan belə elmləri 

“birinci dərəcəli  elm”  adlandırırlar.  Misal  olaraq,  bütün  praktik  elmlərin  əsasını 

“səbəbiyyət qanunu” əsaslandırır. Bu qanunauyğunluq fəlsəfədə araşdırılır. Deməli, 

fəlsəfə praktik elmlərə nisbətdə birinci dərəcəli elmdir. Məntiq elmi insanın doğru-

düzgün düşünmə metodunu öyrədən elm olduğundan fəlsəfə və hər hansı bir elm-

dən  öndə  və yüksək mərtəbədə dayanır  və digər elmlərə nisbətdə birinci dərəcəli 

elm hesab edilir.  

Epistemologiya  dünyəvi elmlərin, hətta  əsas elmlərin  meyarlarını  araşdıran 

bir elm kimi bütün elmlərə, o cümlədən məntiq elminə nisbətdə də birinci dərəcəli 

                                                

1

Ceyms Friderik Ferrer (1808- 1864) “Metafizika traktatı” (1854) kitabında fəlsəfəsini 



iki  bölməyə epistemologiya və ontologiyaya  bölərək  “Epistemologiya”  terminini  ilk  dəfə

işlətmişdir. 

24



Ələddin Məlikov. Epistemologiyada ağıl və iman münasibətlərinin təhlili, 

s. 23-53


elm hesab edilir. Məntiqlə epistemologiyanın bir çox mövzularda müştərək olmala-

rına baxmayaraq, məntiq düzgün düşünməyi öyrədən elm kimi epistemologiyadan 

sonra gəlir. Zira, bilik nədir? Öyrənmək necə baş verir? Ümumiyyətlə, öyrənmək

olarmı? Və sair bu kimi sualların cavablarını tədqiq edir.  

Tarix boyu epistemologiya bir elm olaraq, İslam və Qərb fəlsəfələrində diq-

qət mərkəzindən kənarda  qalmışdır.  Lakin  Qərb fəlsəfəsində R.Dekartın,

1

İslam 


fəlsəfəsində Əllamə  Təbatəbainin

2

dövründən  epistemologiya  müstəqil  şəkildə öz 



yerini tutmağa başlamışdır. 

Epistemologiya, yaxud idrak nəzəriyyəsi fəlsəfənin bir bölməsi kimi, fəlsəfə-

nin və ya idrakın mahiyyət, mənbə və sərhədlərini öyrənir.  

Məsələn, Corc Papasa

3

görə, epistemologiyanın əsas sualları aşağıdakılardan 



ibarətdir:

- İdrak nədir və biliyin düzgün tərifi hansı anlayışlardan təşkil olunmuşdur?

- Bizim biliyimizin sərhədləri nədir?  

- İdrak hansı sahələrdə mümkündür?  

- İdrak, yaxud elmin başlağıcı nədir və necə əldə edilir? 

- Həqiqi və əsl bilik mövcuddurmu?

- Əsaslandırılmış inam nədir və hansı şəraitdə inam əsaslandırılmış sayılır?

Bu suallar epistemologiya elminin ən ümdə mövzularını özündə ehtiva edir.  

Corc Papas qeyd edir ki, fəlsəfə tarixində epistemologiya Platondan sonra fi-

losofların  diqqətini  çəkmişdir.  Aristotel,  Epikürçülər, Stoiklər və Skeptisistlərdən

tutmuş orta əsr filosoflarına qədər, həmçinin müasir dövr fəlsəfəsində də bilik, id-

rak və onun mahiyyəti məsələlərinə diqqət yetirilmişdir. Amma XX əsr fəlsəfəsin-

də idrakın düzgün və tam tərifi xüsusilə diqqət mərkəzində olmuşdur.

4

Epistemologiyada formalaşmış baxışa əsasən, əlbəttə E.Getyenin



5

üç səhifə-

lik məqaləsində idrakın üçhissəli “əsaslandırılmış həqiqi inam”

6

tərifinə qarşı çıx-



masınadək, idrakı belə tərif edirdilər: “İdrak doğru inamdan ibarətdir”. Lakin təkcə

sırf  doğru  inamlardan  ibarət  deyil.  Çünki  düzgün  güman  və arzulardan  əmələ

                                                

1

Rene Descartes (1596- 1650). İntibah dövrünün böyük Fransız filosofu. 



2

Seyid Məhəmmədhüseyn Təbatəbai (1892- 1981). Azərbaycanın böyük İslam filosofu. 

3

George Sotiros Pappas (1942- …) 



4

Cf: George Pappas, “The History of Epistemology”, from Routledge Encyclopedia of 

Philosophy.

5

Edmund L. Gettier (1927- …).



6

True Justified Blief.

25



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə