Xülasə Müasir epistemologiyada ağılla iman münasibətlərinə xüsusi şəkildə yer ay



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə10/10
tarix17.11.2018
ölçüsü0,64 Mb.
#80868
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10

Metafizika – Cild 1, Say 2, 2018 

rar olunan) orta həddə ehtiyacı yoxdur. Buna görə, şübhəyə qapılmayan hər bir in-

san anadangəlmə ideyaları təsdiq edir.  

Buraya qədər mülayim rasionalizmlə qəti rasionalizmin baxışı üst-üstə düşür. 

Lakin qəti rasionalizmdə aksiomaların  sayı  30-u  keçmişdir.  Bunlar  ilkin  fərzlər, 

təcrübələr, fitrilər, gümanlar, mütəvatirlər, vicdanla dəyərlənənlər və müşahidələri 

anadangəlmə ideya və bilik kimi, ana mənbə hesab edirlər. Bunlar belə  nəticəyə

varmışlar ki, bütün hökmlər bu anadangəlmə və ilkin fərzlərə əsaslanmalıdır. Onlar 

bir tərəfdən hər növ zənn və gümana istinad edilən hökmləri inkar edir, Digər tərəf-

dən, bütün nəzəri hökmlərin isbat olunma qabiliyyətinə malik olmalarını mümkün 

hesab edirlər. Baxmayaraq ki, mülayim rasionalizm anadangəlmə və ilkin fərzlərin 

mövcudluğunu  qəbul edir və bütün  təsdiqi  hökmlərin  ilkin  hökmlərə istinadını 

mümkün sayır. Amma anadangəlmə ideyalar arasında sadəcə ilkin fərzləri, vicdan-

la dəyərlənənləri və fitriləri məqbul hesab edirlər. Fitrilərin anadangəlmə olmasının 

sirrini, onların ilkin fərzlərdən qaynaqlanması və vicdanla dəyərlənənlər və fitrilə-

rin anadangəlmə olmasını isə onların vasitəsiz elmdən (intuisiyadan) qaynaqlanma-

sı bilirdilər. Mülayim rasionalizmdə anadangəlmələrin dairəsinin kiçilməsinə diq-

qət yetirdikdə aydın olur ki, onların bəzi hökmləri tam yəqini şəkildə ortaya qoyu-

lur. Digər hökmlər isə zənn, yaxud psixoloji yəqinlər həddində qalırlar. Ancaq bü-

tünlülük nəzəriyyəsinə əsasən, demək olar ki, gümana əsaslanan hökmlərdən hansı 

biri digərindən daha üstündür. Bu izahla mülayim rasionalizmlə tənqidi rasionalizm 

və radikal fideizm arasındakı fərq aydınlaşır. 

Sözün özü və qısası budur ki, mülayim rasionalizm köklü və əsas inancların, 

daha dəqiq desək, ilkin fərzlər, vicdanla dəyərlənənlər və fitrilərin vasitəsilə bir sıra 

dini inancların həqiqiliyini şübhə altına qoymadan və irada yol vermədən, eyni za-

manda tənqid edilmədən isbat edirlər. Digər bir sıra dini inanclarda bu isbat olun-

muş müddəaların vasitəsilə öz həqiqiliyini və epistemoloji dəyərini qazanırlar. Bu 

minvalla dini inancların rasionallığı da sübut olunur. 

Güya dini inanclar epistemoloji metoddan və tədqiqdən uzaq olduğuna görə

öncədən  dini  inancların  məntiqsizliyinə hökm  vermişlər. Bu səbəbə görə onların 

doğru, yaxud yalan olduğunu irəli sürmək mümkün deyil. Amma mülayim rasiona-

lizmin sayəsində görürük ki, dini inanclar məntiqliliyi ilə yanaşı, həm də həqiqidir-

lər və bir çox sübut və faktlarla təsdiq oluna bilərlər.

1

                                                



1

Əbdülhüseyn Xosrovpənah, Kəlame cədid, səh 70- 72. 

48



Ələddin Məlikov. Epistemologiyada ağıl və iman münasibətlərinin təhlili, 

s. 23-53


Nəticə  

Aydın oldu ki, ağıl insanın qavramaq, anlamaq və isbatedici dərrakə qüvvə-

sidir, həmçinin bu ağıl, tənqidedici gücə malikdir. Anadangəlmə və fitri ideyalar, 

məntiq və riyaziyyatın ilkin fərziyyələri kimi, ağlın reallıq və faktlarını müşahidə

etmək də ağlın işidir. 

“Ağıl və iman münasibətlərində ağıl üçün altı müxtəlif rol təsəvvür oluna bi-

lər, yəni ağlın altı vəzifəsini qeyd etmək mümkündür: 

1. Dini məsələləri anlamaq vəzifəsi;  

2. Müqəddəs mətnlərdən dini məsələlərin kəşf olunması vəzifəsi;  

3. Onlara nizam-intizam vermə vəzifəsi;

4. Dini məsələlərin təlimi vəzifəsi;

5. Dini məsələlərin sübut etmə vəzifəsi;

6. Dini inancları müdafiə etmə vəzifəsi.  

Həmçinin aydındır ki, cəmiyyət dini məsələlərin başa düşülməsi (1) kəşf (2) 

və təlimi (4) məsələlərində ağıldan faydalanır. Dinə ağlın müdaxiləsi məsələsinə is-

tər müxalif və istərsə də tərəftar olanlar bu üç məsələdə həmfikirdirlər. Ağlın dini 

məsələlərə nizam-intizam vermə (3) vəzifəsində də çoxlu ixtilaf yoxdur. Hətta fi-

deizm tərəftarları və zahirə əsllik verənlər belə, dini məsələlərdə nizamsızlığı qəbul 

etmirlər. Dini hökmlərin toplusunda daxili sistemlilik və uyğunluğun olması məsə-

ləsi o inanc toplusunu qəbul etməyin əsas şərtlərindəndir. Onsuz dini maarifin ni-

zam-intizamı və o dini sistemə bağlılıq mənasızdır. Hətta S.Kyerkeqor kimi radikal 

fideizm tərəfdarları belə iman çərçivəsinə daxil olmağı risk və ziddiyyət təşkil etdi-

yi üçün qəbul etmələrinə baxmayaraq, bu ziddiyyəti həqiqətdə dini imanın qeyri-

dini ağılla ziddiyyəti sayırdılar. Dini mövzular bir-birilə uyğunluq təşkil etməlidir. 

Buna görə, daxili nizam-intizamsızlıq və həmahəngsizliyin mövcudluğu qəbuledil-

məzdir. Belə olduğu təqdirdə iki ziddiyyətli tərəfin hansı birini qəbul edək? Əlbəttə,

qeyd etməliyik ki, fideizm tərəfdarları öz inanclarının toplusunda ziddiyyətin oldu-

ğunu qəbul edirlər. Amma onların fikrincə, dini inancların qeyri-dini inanclarla zid-

diyyət təşkil etməsi dini imana xələl gətirmir. Əksinə, dini imanın əmələ gəlməsinə

şərait yaradır. 

Amma dini məsələlərin isbat (5) və müdafiə (6) rolu barəsində fərqli yanaş-

maların  kökü  bu  suala  fərqli  cavabların  verilməsində gizlənmişdir.  Sual  budur: 

49



Metafizika – Cild 1, Say 2, 2018 

“Dini hökmləri ağıl vasitəsilə isbat etmək lazımdırmı?” və “Onlardan şəkk-şübhə

və iradlar qarşısında ağıl vasitəsilə müdafiə etmək lazımdırmı?” Başqa sözlə, dini 

inancların etibarlılığını təyin etmək üçün onları ağıl qəlibinə salmaq lazımdır? Dini 

inanclar sisteminin inkar və ya təsdiqi qanunları hansı əsasla olmalıdır? Əgər ağıl 

müdaxilə edirsə, o zaman bu müdaxilə hansı həddə olmalıdır? İnkar və ya təsdiqdə

iman və təslimçilik hansı rol oynayır? Dini inanclar sistemi qanunlarının etibarlığı-

nı müəyyənləşdirməkdə ağıl və iman birləşə bilərmi? Əsas fərqliliklər ağıl və ima-

nın bu hissədəki rolundadır. Nəticə etibarilə qeyd edirik ki, söhbət ağıl və iman ara-

sındakı münasibətlərin təhlilindən gedirsə, bu məna (5 və 6) nəzərdə tutulur. Daha 

dəqiq ifadə etsək, ağıl və iman məsələsində beşinci və altıncı məna nəzərdə tutu-

lur”.


1

İman barəsində tədqiq və araşdırmanı iki istiqamətdə aparmaq mümkündür: 

1. Dindaxili;  

2. Dinxarici.  

Bu iki metodun hər  birinin  müxtəlif tərz və izahları  mövcuddur.  Onlardan 

bəzilərini bu tədqiqat mövzusundan uzaq olduğu üçün bəyan etmirik. Dindaxili ba-

xış  dedikdə Malik  ibn  Ənəs

2

və Əhməd ibn Hənbəl



3

kimi  şəxslərin və Əxbarilər

4

cərəyanının qəbul etdikləri sırf mətnçilik, müqəddəs mətnə əsaslanma



5

və məhz za-

hirə riayət etmə

6

nəzərdə tutulur. Bu şəxslər və cərəyanlar sırf hədis və müqəddəs-



lərdən nəql olunanlara əsaslanaraq hər növ bəşər düçüncəsini və dinxarici fikirlərin 

dinə daxil olmasını qadağan hesab etmiş və bunu dini təhrif və dindən uzaqlaşmaq 

kimi qəbul etmişlər.  

Bu baxış qarşısında dinxarici baxış dayanır. Dinxarici araşdırma dedikdə ağıl 

və  fəlsəfi metodlardan istifadə  nəzərdə tutulur.  Tarix  boyu  bir  sıra  alimlər dini 

inancların isbatı üçün ağlın gətirdiyi arqumentlərə əsaslan sübutlardan istifadə et-

miş və fəlsəfi düşüncələrin böyük rola malik olduğunu vurğulamışlar. 

Burada qeyd olunan dindaxili metod dedikdə dini mətnlərin isbatı üçün iki 

                                                

1

- Hadi Sadiqi, Dəramədi bər kəlame cədid, Taha nəşri, birinci çap, səh 30- 31. 



2

- Malik ibn Ənəs (712-795). Maliki məzhəbinin qurucusu. Fəqih.

3

- Əhməd ibn Hənbəl (780- 857). Hənbəli məzhəbinin qurucusu.Fəqih. 



4

- Yalnız Quran və hədislərə (peyğəmbər və imamların dedikləri sözlərə) isnad etməyi 

tələb edən ənənəçilər. Quran və hədisləri dini bilgilərin və dini qanunvericiliyin yeganə

səhih mənbəyi hesab edirlər. 

5

- ﯽﯾاﺮﮕﺼﻧ – Mətnə mühafizəkar meyilli yanaşan təməlçilər. 



6

- ﯽﯾاﺮﮔﺮھﺎظ – Dini və müqəddəs mətnlərin yanlız zahirini əsl tutub ona riayət edənlər, 

mətnin digər mənalarına varmaq belə istəməyən qrup. 

50



Ələddin Məlikov. Epistemologiyada ağıl və iman münasibətlərinin təhlili, 

s. 23-53


ana yol, Quran və hədis kimi iki mötəbər və əsaslı dini qaynaq nəzərdə tutulur. Bu 

səbəbə bu kitabda qeyd edilən “ağıl və iman” münasibətlərində, təbii ki, əxbarilərin 

inandığları mətnçilik, zahirçilik və radikal ənənəçilik (fundamentalizm) kimi cərə-

yanlar və tərzlər nəzərdə tutulmur.  Bunun  qarşısında  dinxarici  baxışdır.  Bu  baxış 

dini iddiaları inkar və ya isbat etmək üçün qeyd edilən iki mənbədən savayı, digər

mənbələrə də istinad etməyi məqbul sayır. Bu mənbə və məxəzlər fəlsəfi ağıl, teo-

logiya qanunları, insan təcrübəsi və müşahidəsi, yaxud dinin praktik fəaliyyətləri-

nin hər biri ola bilər.  

Məqalədən göründüyü kimi, ağılla iman arasında dörd əsas nəzəriyyə möv-

cuddur.  Göstərilən  sübutlara  və verilən izahlara əsasən  dördüncü  nəzəriyyə daha 

uyğun və arqumentləri daha qanedicidir. 

Ədəbiyyat

1.

Dəşti, Məhəmməd, Nəhcül- bəlağə, Üsve nəşriyyatı, ilk çap, 1382 h.ş.



2.

Əhmədi, Babək, Modernite və əndişeye entiqadi, mərkəz nəşri, Tehran, 1373 

h.ş.

3.

Əliyan Rəşidi, Əl- əql ində şiə tul- imamiyyə, səh 221. 



4.

Geivett R.D.&  Sweetman B. (ed) Contemporary Perspective on Religous 



Epistemology, Oxford University Press, 1992 

5.

Xosrovpənah,  Əbdülhüseyn,  Kəlame cədid,  Mərkəze  mütaliat  və



pəjuheşhaye fərhəngiye hövzeye elmiyye, üçüncü çap, 1383 h.ş.

6.

Xosrovpənah, Əbdülhüseyn, Teorihaye sedq, Zehin jurnalı, № 1.  



7.

İan Barbur,  Elm və din, mütərcim: Bəhaoddin Xorrəmşahi, mərkəzin nəşri, 

dördüncü çap, 1384 h.ş.

8.

İbn  Mənzur, Məhəmməd, Lisanul-  ərəb, Ədəbul  hövze  nəşriyyatı,  Qum, 



1363 h.ş.

9.

Jilson, Etyen, Ruhe fəlsəfeye qurune vusta, mütərcim:  Əlimurad  Davudi, 



Elmi və fərhəni nəşriyyat institutu, üçüncü çap, Tehran, 1379 h.ş.

10. Kasiriyer, Ernest, Fəlsəfeye roşəngəri,  Fəlsəfeye  roşəngəri,  mütərcim: 

Yədullah Muqin, Nilufər nəşriyyatı, 1370 h.ş.

11. Kuleyni, Məhəmməd, Üsule Kafi, Məktəbətul- İslamiyyə, Tehran, 1388 h.q. 

12. Məlikov,  Ələddin,  İnanc yoxsa Zəka, Ziya məqalələr toplusu, səh 41 

Mətbuat nəşriyyatı, Bakı, 2010 

51



Metafizika – Cild 1, Say 2, 2018 

13. Məlikov,  Ələddin,  Mərifətşenasiye bavəre dini, Beynəlxalq  əl-Mustafa 

nəşriyyatı, İran, 2011

14. Piterson, Maykl və başqaları, Əql və etiqade dini, mütərcim: Əhməd Nəraqi 

və İbrahim Sultani, İslam  mədəniyyəti və iraşadı nazirliyinin nəşri, üçüncü 

çap, 1379 h.ş.

15. Pol Fulkie, Ümumi fəlsəfə ya metafizika, mütərcim: Yəhya Məhdəvi, Tehran 

universitetinin nəşri, dördüncü çap, 1370 h.ş.

16. Sadiqi, Hadi, Dəramədi bər kəlame cədid, Taha nəşri, birinci çap, 1382 h.ş.

17. Sadiqi, Hadi, Əqlaniyyəte iman, Taha nəşri, birinci çap, 1386 h.ş.

18. Tusi, Nəsirəddin,  Qəvaidul-  əqaid, hazırlayan:  Əli  Rəbbani  Gülpayqani, 

Elmiyyə hövzənin idarə mərkəzinin nəşriyyatı, 1316 h.ş.

19. İsmayıloğlu, Mail, Dinin fəlsəfəsi, Tehran, birinci çap, 2015, səh 51 

Aladdin Malikov 

Analysis of the relation between reason and faith in epistemology 

(abstract) 

In contemporary epistemology, particular attention is paid to the relation 

between reason and faith. It is one of the fundamental issues kept on the agenda by 

scientists and religious leaders globally. Epistemological comparison carried out 

between reason and faith relations mainly aims to find out a reality that would be 

able to serve as a base for a new thinking. Despite differences and similarities 

between these two notions, historically they benefited from each other. As to cate-

gory, they are different, but due to the results of the comparison, it is clarified that 

they are different manifestations of one reality.  

New epistemological theories have been researched in the article not relying 

on the main three tradition approaches, as reason and faith relations; assertion 

and disproof; and neither the assertion nor disproof.  

The four main theories that existed in epistemology strong rationalism, 

fideism, critical rationalism, and moderate rationalism have been analyzed in the 

article.  

Keywords: Epistemology, Reason, Faith, Strong rationalism, Fideism, 

Critical rationalism, Moderate rationalism 

52



Ələddin Məlikov. Epistemologiyada ağıl və iman münasibətlərinin təhlili, 

s. 23-53


Аладдин Меликов

Анализ соотношения разума и веры в эпистемологии

(резюме)

В  современной  эпистемологии особое  место  уделяется  соотношению 

разума и веры. Эта тема является одной из фундаментальных тем первос-

тепенной  важности как  для  учёных,  представляющих  науку  в  глобальном 

смысле, так и для носителей религиозного мировоззрения. Эпистемологичес-

кие  сравнения  в  области  взаимоотношений  разума  и  веры,  в  основном, 

имеют целью нахождение реальности, пригодной стать основой для нового 

мышления. Несмотря на все схожие черты и различия обе эти категории на 

протяжении  истории  всегда  питали  друг  друга.  Хотя,  с  точки  зрения 

категорий, они и не похожи друг на друга, в результате подобных сравнений 

выясняется, что они являются отдельными проявлениями одной реальности.

В настоящей статье эти понятия в отличии от трёх основных тра-

диционных  подходов,  то  есть:  взаимосвязи  разума  и  веры;  утверждения  и 

отрицания; а также не утверждения и не отрицания, рассматриваются в 

свете новых эпистемологических теорий. В статье анализируются сущест-

вующие  четыре  основные  теории  рационализма:  строгий  рационализм,

фидеизм, критический рационализм и умеренный рационализм.

Ключевые  слова: эпистемология,  разум,  вера,  строгий  рационализм, 

фидеизм, критический рационализм, умеренный рационализм

53

Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə