Xülasə Müasir epistemologiyada ağılla iman münasibətlərinə xüsusi şəkildə yer ay



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə4/10
tarix17.11.2018
ölçüsü0,64 Mb.
#80868
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10

Metafizika – Cild 1, Say 2, 2018 

yalnız  dinin  müəyyən etdikləri mətnləri qəbul edir və insan  düşüncəsinin  bir  çox 

dini qanunlar və maarifini  anlamaqda  aciz  olduğuna  inanırlar.  Burada  ağıl  və

rasionalizm dedikdə empirizmin əksi  deyil,  ikinci  termin  qarşısındakı  məna 

nəzərdə tutulur.  

“Rationalism” dedikdə “Fideism”, yaxud “İrrationalism”in əks tərəfi olan cə-

rəyan başa düşülür. Bu mənada zehin istiqamətləndirməni bir növ ağıla etibar edir, 

eyni zamanda inamı bəyan edir, həm də inancların, dəyərlərin və s. təyini kürsü-

sündə ağıl məqbul hesab edilir. Burada diqqət edilməlidir ki, rasionalizmdə istifadə

edilən bu anlayış epistemologiyada istifadə edilən həmin anlayışdan fərqlidir. Epis-

temologiyada rasionalizm empirizmin əksi  kimi  işlədilir. Burada məqsəd ondan 

ibarətdir ki, əsas və mühüm  bəşəri həqiqətlər  sırf  ağılla  (təcrübəyə  və duyğulara 

söykənmədən) dərk və isbat edilə bilər.  

Pol  Fulkie  “Ümumi  fəlsəfə”

1

kitabında  ağlın  məna və növlərini  aşağıdakı 



şəkildə izah etmişdir: 

a) Subyektiv  ağıl:

2

Bu termində ağıl  müxtəlif mənalarda istifadə edilən



təfəkkür qüvvəsi mənasındadır: 

1. Ağıl ümumi anlayışları dərk edən mənasında; 

2. Ağıl nəfs və dəlilik mənasının əksi kimi; 

3. Ağıl mütəkəllimlərin işlətdikləri “iman”ın əksi kimi;  

4. İnformasiyaları tənzim etmək;  

5. İnformasiyalar arasında rabitə və yeni biliklər hazırlamaq; 

6. Təsis edən ağıl;

3

7. Təsis olunan ağıl.



4

b) Obyektiv ağıl

5

: Yəni ağıl tanımağa aid olması etibarilə terminoloji cəhət-



dən dəlil mənasında işlədilir. Daha dəqiq desək, hər hansı nəsnənin isbatında vasitə

və bir işin səhih olmasında vasitə mənasında işlədilir. Bu cür ağıl iki növdür: 

1. Nəzəri ağıl;

2. Praktik ağıl.

6

                                                



1

Paul Foulquié, (1893- 1983). “Philosophie generale”.

2

Raison Subjective.



3

Raison Constituante.

4

Raison Constituee.



5

Raison Objective.

6

Pol Fulkie, Ümumi yaxud metafizik fəlsəfə, Yəhya Məhdəvinin tərcüməsi, səh 79- 82. 



32


Ələddin Məlikov. Epistemologiyada ağıl və iman münasibətlərinin təhlili

s. 23-53


Bu mövzunun predmeti olan ağıl

Bildiyimiz kimi ağlın çoxlu tərifləri və növləri mövcuddur. Burada onlardan 

bəzisinə işarə etdik. Lakin qısa və konkret şəkildə ağıl anlayışını belə izah etmək

mümkündür: Ağlın insanı digər heyvanlardan ayıran növ olması barədə heç bir fi-

kir ayrılığı yoxdur. Amma insanın ağıllı varlıq kimi tərifi insanın müəyyən miqdar-

da ağlından istifadə etməsi və onun göstərişlərinə tabe olması aktual insan tərifi de-

yil, potensil insan tərifidir. Buna görə də, ağıl dedikdə sırf ağıl, yəni dərkedici qüv-

və olması kifayət deyil. Bununla yanaşı, aktual olması da şərtdir. Bu səbəbdən daha 

yaxşı  olar  ki,  insanın  təfəkkür  və şüurlu  olmasını  biososial  varlıq  kimi  müqayisə

edək və ona uyğun meyar əsasında izah edək. Təfəkkürün müxtəlif növləri vardır: 

bir tərəfdən, təfəkkürün həqiqətin kəşf olunmasına, digər tərəfdən isə, hüquq və və-

zifələrin müəyyənləşdirilməsinə təkan olduğunu söyləmək olar. Təfəkkürün birinci 

növü nəzəri ağlın təsir, ikinci növü isə praktik ağlın nüfuz obyektidir. 

Gördüyümüz kimi, insan  elə bir varlıqdır ki, həm düşüncə, həm də əməl mə-

qamında xüsusi bir qanunauyğunluğa tabedir, yaxud tabe olmalıdır. Onun rəftar və

davranışları  əxlaqi cəhətdən hər iki sahədə təhlil edilərək dəyərləndirilir.  İnsanın 

əxlaqi keyfiyyətlərə malik olması təkcə cismi rəftarlar və davranışlarla məhdudlaş-

mır, əksinə, insanın zehni, ruhi və psixoloji fəaliyyətlərini də əhatə edir. Təbii ki,

söhbət bu fəaliyyətlərin iradəli və ixtiyarlı olduğu təqdirdən gedir. Sonda qeyd et-

mək lazımdır ki, ağlın vəzifə və rolunu daha yaxşı xarakterizə etmək üçün onu “da-

xili peyğəmbər” kimi də adlandırmışlar.

1

İmanın terminoloji tərifi 

İman ərəb dilində “əmn” sözündən götürülmüş, etiqad, inanc, təsdiq və itaət

mənasındadır.  Deməli,  iman  bir  mövzu,  şəxs, fikir, yaxud bir dinə inanc, etiqad, 

həm də tam və aydın daxili güvəndir”.

2

Hz Əli (ə) imanı izah edərək buyurur:  



İman qəlb ilə tanımaq (etiqad bəsləyərək inanmaq), dil ilə iqrar etmək və (əl, 

ayaq, göz, qulaq, dil və bu kimi) üzvlərlə əməl etməkdir.

3

Qeyd edildiyi kimi, ima-



nın hərfi mənasının əsasını təsdiq və təslimçilik təşkil edir. 

                                                

1

Nəhcül- bəlağə, Məhəmməd Dəştinin tərcüməsi, Hikmətlər 421, səh 522.

2

Əbdul- Hüseyn Xosrovpənah, Kəlame cədid, səh 282. 



3

Nəhcül- bəlağə, Məhəmməd Dəştinin tərcüməsi, Hikmətlər 227, səh 482.

33



Metafizika – Cild 1, Say 2, 2018 

İmanın latın dilində mənası olan “Fideism” imanyönümlülük adlanır ki, əs-

lində “Faith-ism” olmuşdur. Bu söz latın dilində “Fee-day-ism” sözündən götürül-

müşdür. Latın dilində olan “Fides” sözü “Faith”, yəni iman mənasındadır. 

İman da ağıl kimi, terminoloji cəhətdən müxtəlif mənalar daşıyır. İmanın hə-

qiqəti barəsində müxtəlif baxışlar mövcuddur. Burada yalnız beş təriflə kifayətləni-

rik. Bunlar aşağıdakılardır: 

1. İman elmi təsdiqdən və təsbitdən ibarətdir. Bu baxımdan iman idrak kate-

qoriyasına daxildir. 

2. İman qəlbi təsdiqdən və təsbitdən ibarətdir.  

3. İman şəri cəhətdən tələb olunanlara (istər əmr olsun, istər nəhy) əməldən

ibarətdir.  

4. İman qəlbi təsdiqdən və təsbitdən və dillə etiraf etməkdən ibarətdir.  

5. İman qəlbi təsdiq, dillə etiraf və vaciblərə əməldən ibarətdir.

1

İslam mütəkəllimlərinin qəbul etdikləri ən məşhur fikir ikinci nəzəriyyədir.  



Əlbəttə, iman həmişə “tənqidi iman” olmalıdır. Tənqidi iman nədir? Tənqidi 

iman öz sahibinə icazə verir və onu məsuliyyətləndirir ki, ağıl, elm və fəlsəfə cə-

hətdən imana yönələn analiz və təhlillərə diqqətlə nəzər yetirsin və öz imanını elə

mənalandırsın ki, həmişə elm, ağıl və fəlsəfə ilə dialoqda olsun. Bu minvalla da öz 

imanını davam etdirə və gücləndirə bilsin. “Tənqidi iman” ağıl, fəlsəfə və elmdən

götürülmür, lakin o, həmişə elm, ağıl və fəlsəfə ilə dialoqdadır. 



İmanın növləri  

İki növ iman mövcuddur:

1. Ümumi iman (kütlənin imanı);

2. Xüsusi iman (alimin imanı).

Möminlərin  imanını  əsaslandırılmış  inanclar,  yaxud  da  əsaslandırılmamış 

inanclar təşkil edir. Birinci növ alim imanı, ikinci növ kütlə imanı adlanır.

2

Bildiyimiz kimi, iman ən azı iki ünsür: iradə və inancdan təşəkkül tapmışdır. 



Mömin şəxs bir nəsnəyə inanır və ixtiyarı ilə bu inancda qalmaq istəyir və onun tə-

ləblərinə riayət etməyə çalışır. Bu inanc həm idrak, həm də sırf inanc ola bilər. İd-

rakı bineyi-qədimdən “əsaslandırılmış həqiqi inam” kimi tərif etmişlər. Bu səbəbə

                                                

1

Nəsirəddin Tusi, Qəvaidul- əqaid, Çapa hazırlayan: Əli Rəbbani Gülpayiqani, səh 144-



146.

2

Hadi Sadiqi, Dəramədi bər kəlame cədid, səh 6- 65. 



34


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə