Xülasə Müasir epistemologiyada ağılla iman münasibətlərinə xüsusi şəkildə yer ay



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə5/10
tarix17.11.2018
ölçüsü0,64 Mb.
#80868
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10

Ələddin Məlikov. Epistemologiyada ağıl və iman münasibətlərinin təhlili

s. 23-53


hər inanc idrak deyildir, lakin hər idrak inancdır. Əsaslandırılmış inanclar idrak sa-

yıla bilərlər. Amma qəbul edilməsi üçün heç bir əsas və izahı olmayan inanclar id-

rak sayılmırlar. 

İslam mütəfəkkürləri və müasir epistemologiyada ağıl və iman nəzəriyyələri-

ni  ayrı-ayrılıqda  araşdırmaq  lazımdır  ki, bu iki terminin tarixi əlaqəsi  daha  yaxşı 

aydın olsun: 



İslam dünyasında “ağıl və iman” mövzusunda üç ənənəvi nəzəriyyə  

İslam təlimlərinin, xüsusilə Qurani-Kərim və din öncüllərinin rəvayətlərinin 

üzərində düşünməklə ağlın əhəmiyyət və yeri aydınlaşır. İslam dinində “düşüncə” 

imanın əsasını təşkil edir. Quran həmişə insanı təfəkkür və düşüncəyə dəvət edir və

kor-koranə təqliddən çəkinməyə çağırır. Çirkinliyi təfəkkür əhli olmayanlarda gö-

rür. Ağıl rəvayətlərdə Allahın ən sevimli məxluqu, insanın mükafat və cəzalandırıl-

ma  meyarı  və höcəti,  “daxili  peyğəmbər”  hesab edilir.  Amma  İslam  mədəniyyəti

çərçivəsində ağıl  və iman məsələsi  düşündürücü,  eyni  zamanda  valehedici  tarixi 

eniş-yoxuşa malikdir. İslam mütəfəkkirlərindən bəzi qruplar, yəni filosof, mütəkəl-

lim, arif, fəqih, hədis alimləri, əxbarilər və... həmçinin onların müxtəlif qolları, mə-

sələn, peripatetizm, işraqilik  və hikmətül-mütəaliyə, mötəzilə, əşairə və şiə mütə-

kəllimləri bu sahədə müxtəlif fikirlər, nəzəriyyələr irəli  sürmüş  və  müxtəlif elmi 

cərəyanlar yaratmışlar. 

İmanın tərifində müsəlman və xristian filosof, mütəkəllim və ilahiyyatçıları 

arasında  ciddi  fikir  ayrılıqları  vardır.  Bu  fərqliliklərin  başında  imanın  tərifinə üç 

predmetin daxil edilməsi durur: elm, iradə, əməl. Bir çox şiə filosof və mütəkəllim-

ləri imanı həmin (yəqin və sabit) elm hesab edirlər. Bəzi şiə və bir çox əşərilər və

mürciələr

1

imanın əsasını iradi və ixtiyari əməl, yəni təsdiq hesab edirlər və hətta 



mürciədən bəziləri onun əsasını  dillə etirafla kafi hesab edirlər. Xaricilər

2

əməli 



                                                

1

Mürciələr «ﺔﺌﺟﺮﻤﻟا». İslamın ilk dönəmlərində ortaya çıxıb mülayim və uzlaşan fikirləri 



ilə tanınan etiqadı və siyasi cərəyan. 

VIII əsrin I yarısında mürciə inancının əsası qoyuldu. Onun əsasını məşhur ilahiyyatçı 

Qaylan əl- Diməşqi (təx. 742- ci ildə edam olunub), Cəhm ibn Səfvan (745- ci ildə Mərvdə

edam edilib) və Müqatil ibn Süleyman (vəf. 767) qoymuşlar. 

2

İslam  dinində cərəyan; Xəlifəyə valinin  tabe  olmaması  nəticəsində,  Hz  Əli  ibn  Əbu 



Talib ilə Şam (Suriya) valisi Müaviyə ibn Əbu Süfyan arasında gedən mübarizə prosesində

VII əsrdə yaranmışdır. Suffeyn kəndi yaxınlığında Hz Əli (ə) və Müaviyə qoşunları arasın-

da  döyüş  zamanı  hərbi  üstünlüyə malik olan xəlifə Hz  Əli  (ə)  döyüşçülərin  bir  çoxunun 

35



Metafizika – Cild 1, Say 2, 2018 

imanın tərkib hissəsi hesab edirlər və məhz bu səbəbdən fasiqin

1

imanı olmadığını 



vurğulayırlar. 

Ağıl və imanın qarşılıqlı münasibətlərinə dair üç nərziyyə olub: 

1. Dini həqiqətlər ağıl tərəfindən təsdiqlənir, 

2. Dini həqiqətlər ağıl tərəfindən rədd edilir, 

3. Dini həqiqətlər ağıl tərəfindən nə təsdiq, nə də rədd edilir.  

Ağıl  və iman  münasibətləri  müsəlman  dünyasında  üç  müxtəlif  müstəvidə

cərəyan edib.  

“Bunlar aşağıdakılardır:

a) Dini əqidə və ayinlər ağıl tərəfindən qəbul edilir. Yəni bu məfhumlar ağıl 

və təfəkkürə təqdim olunan zaman ağıl onları təsdiqləyir.  

b) Əql dini- ilahi dəyərlər və həqiqətləri təkzib edir. Yəni bu həqiqətlər əql 

və təfəkkürlə tam ziddiyyətdə olur.  

c) Dini  əqidə  və  dəyərlər əql tərəfindən nə  təsdiq, nə  də  təkzib olunur. 

Başqa  sözlə, bu qanunlar əqlə zidd deyil, əqlin  fövqündə dayanır  və əql onlar 

barədə mühakimə yürütmək iqtidarında deyil.”

2

Belə görünür  ki,  iman  elmdən  daha  üstündür.  Xarici  əməlin  ona  heç  bir 



aidiyyatı yoxdur. İman insanın ixtiyar və iradəsi, elm və inancının ardınca yaranan 

qəlbi təsdiq və təsbitidir. Əməl (istər xarici olsun, istərsə də batini) imanın mahiy-

yətindən deyil, nəticələrindəndir.  

                                                                                                                           

təkidi ilə gözlənilmədən döyüşü saxlamış, məcburi şəkildə qələbənin və hakimiyyətin mü-

qəddəratının münsiflər (tretey) məhkəməsi tərəfindən həll edilməsinə razılıq vermiş və bir 

çox avam döyüşçülərin bəsirətsizliyi nəticəsində məğlubiyyətə uğramışdır. 12 min bəsirət-

siz döyüşçü Xəlifə Hz Əli (ə)-nın bu hərəkətindən hiddətlənib düşərgəni tərk edərək hərurə

kəndinə çəkilmişlər. Xəlifə və zamanın imamını döyüş meydanında tək qoyub meydandan 

xaric olduqları üçün onlar “xaricilər” adlandırılmışlar. 

Xaricilər uzun  müddət hər iki tərəfə (Hz  Əli (ə) və müaviyəyə) qarşı silahlı  mübarizə

aparmış,  onların  casusları  Hz  Əli  (ə)-ı  şəhid  etmiş,  Müaviyəni isə yaralamışlar.  Təriqət-

çiliyə aludə olan xaricilər  öz  rəhbərlərinin  adını  daşıyan,  bir-birilə  rəqabət aparan dini-

siyasi qruplara bölünmüşlər. İbadilik, Əzraqilik, Sufrilik və s. Xaricilər özlərini İslamın saf-

lığı uğrunda fəal mübarizlər hesab edirdilər. Dini ehkamlara ciddi əməl edilməsini müsəl-

manların  ən zəruri  işi  sayırdılar.  Onlar  həmçinin  bütpərəstləri,  xüsusilə politeizm tərəf-

darlarını, İslama qarşı çıxanları amansızcasına cəzalandırmağı tələb edirdilər.  

1

“Fasiq” (ﻖﺳﺎﻓ) Ərəb dilindən tərcümədə kök şəklində “fsq” (ﻖﺴﻓ) "çıxmaq, sıçramaq" 



deməkdir. Dini termin olaraq, fasiq - böyük günah sayılan əməlləri yerinə yetirən və ya ki-

çik günahları ardıcıl təkrar edən şəxsə deyilir. Çünki bu halda insan Allaha itaətdən çıxmış 

olur. Fasiq anlayışı çox genişdir, günahın bütün növlərini və dərəcələrini edən şəxsə deyilir.

2

- Mail İsmayıloğlu, Dinin fəlsəfəsi, Tehran, birinci çap, 2015, səh 51



36


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə