Xülasə Müasir epistemologiyada ağılla iman münasibətlərinə xüsusi şəkildə yer ay



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə6/10
tarix17.11.2018
ölçüsü0,64 Mb.
#80868
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10

Ələddin Məlikov. Epistemologiyada ağıl və iman münasibətlərinin təhlili

s. 23-53


Dildə  təsdiq etmək  imanın mahiyyətindən irəli gəlmir. Bu da əməl kimi, 

imanın nəticələrindən biridir.  



Epistemologiyada ağıl və iman məsələsi

Orta əsr filosofları ağıl və iman münasibətlərində bir həqiqətin iki üzü inan-

cına sahib idilər. Onlara görə, din ağıldan iman tələb edir və vəhy hər an ağıla mü-

raciət edir. Ağıl və onun əsası bütünlüklə Allahın məxluqudur. Buna görə də, ağıl 

və  vəhy  arasında  ziddiyyət yarana bilməz.  Bununla  yanaşı,  orta  əsrlərdə iman və

ağlın uyğunluğu barədə heç bir mənfi fikir yox idi və yalnız ağlın gücünün dərəcəsi, 

bunların bir-birinə nisbətdə üstünlükləri və ağlın imanla uyğunluğunun dərəcəsi ba-

rədə fikir ayrılığı mövcud idi. 

Etyen Jilson

1

öz  kitabında  orta  əsrlərdə mövcud  olan  din  və ağlın  əlaqəsi 



haqqında müxtəlif cərəyanları qeyd etmişdir: Xristianlıqda bəzi qruplar vəhyi bü-

tün bəşəri, təcrübi, əxlaqi və metafizik maarifin varisi hesab edirdi. Onlara görə, xi-

las olmaq və nicat tapmaq üçün lazım olan hər şey müqəddəs kitabda qeyd edilmiş-

dir. Deməli, təkcə şəriətin öyrənilməsi kifayətdir, digər elmlərə, o cümlədən fəlsə-

fəyə ehtiyac yoxdur. Çünki müqəddəs kitabda Allah bizimlə söhbət etmişdir və bu

səbəbə bizə düşünmək lazım deyil. Bu cərəyan inanır ki, Allahın kəlamı və dinə aid 

olan məsələlərə imanla təbii  ağıldan  istifadə etmək  arasında  məntiqi ziddiyyət

mövcuddur.  

Digər qrup, o cümlədən Avqustin

2

müqəddəs Avreli inanırdı ki, həqiqətə çat-



maq yolu ağıldan qeyrisi ilə başlayır və iman yəqin edilən ağılla məhdudlaşmır, ək-

sinə, o yol imanla başlayır və vəhydən ağıla yol tapır. Avqustin deyirdi: 

“Ağıl  imanın  töhfəsidir.  Buna  görə anlayıb  iman  gətirənlərdən olma, iman 

gətir ki, anlayasan”.

3

Anselm Kenterberili



1

isə belə deyirdi:  “Mən onlardan deyiləm  ki,  ilk  başa 

düşüb  sonra  iman  gətirim, mən əvvəl iman gətirib  sonra  başa  düşənlərdənəm və

ona görə iman gətirirəm ki, iman gətirməyib, anlamayanlardan olmayım”. 

                                                

1

Etienne Gilson (1884- 1978). Fransız filosof və tarixçisi. Neotomizm fəlsəfi cərəyanın 



ardıcıllarından olmuşdur. 

2

Saint Augustine of Hippo (354- 430). Xristianlığın  ən  böyük  ilahiyyatçılarından  və



filosoflarından  biri.  Xristian  kilsəsinin  müqəddəs  atası.  395-ci ildən  Hippon  şəhərinin 

yepiskopu. Onun təlimi  bir  neçə yüzillik  ərzində Qərb xristian kilsəsinin  ideologiyasının 

əsasını təşkil etmişdir.

3

Etyen, Jilson, Ruhe fəlsəfeye qurune vustamütərcim: Əlimurad Davudi, səh 9- 13. 



37


Metafizika – Cild 1, Say 2, 2018 

E.Jilson “İbn Rüşdilər”

2

adlı digər cərəyanı da vurğulayır ki, onlar da fəlsə-



fənin nailiyyətləri ilə birlikdə ağıl və iman arasında hər növ ziddiyyəti, yaxud din 

və fəlsəfə arasında təzadı bitmiş hesab edirdilər. Onlar ağıl və vəhyin təlimlərininin 

bir-birinə zidd olduğu halda, mötəbər hesab edirlər. Onlar insanın ilk vəzifəsini Al-

lahın verdiyi ağlı işə salmaq inancında idilər.  

Platondan təsirlənən orta əsr mütəfəkkirləri iki növ ağlı: cüzi və hesablayıcı 

və ümumi  və külli  ağlı  qəbul edirdilər.  Lakin  müasir  dövrdə yalnız  birinci  məna

kəsb edən ağıldan, yəni hesablayıcı ağıldan istifadə edilir. Məhz buna görə, dünya-

nı riyazi görən Q.Qaliley

3

, İ.Nyuton



4

və R.Dekart kimi alimlər qələbə çaldılar.

5

Cüzi və hesablayıcı ağıl o həddə çatdı ki, Allah və ardınca din onun müza-



kirə predmeti belə olmadı. Özünü müstəqil hesab etdi və maarifçilik dövrü

6

adlan-



dırılan dövrdə ağıl qeyd-şərtsiz hakimiyyət əldə etdi. O dövrdə hətta vəhydən qay-

naqlanan dinə nifrət kəskin şəkildə artdı və təbii din sayılan deizm, səmavi,  İlahi 

din və teizmin alternativi oldu.

7

Maarifçilik dövründə, ümumiyyətlə, üç baxış əsas rol oynamışdır: 



Birinci baxış: Bir  sıra  ziyalılar  təbii (natural) və İlahi  dini  qəbul edirdilər. 

Vəhy və təbii qanunlarla Allaha inanmağın mümkün olduğunu hesab edirdilər.  



İkinci baxış: Onlar imanı məzəmmət edən təbii dinin tərəfdarları idilər.  

Üçüncü baxış: Bu baxışda olanlar, ümumiyyətlə, müxtəlif növ təbii və İlahi 

dinləri məzəmmət edirdilər. Elm, din və insan həyatının bütün sahələrində sırf ağ-

lın gücünü qəbul edirdilər. Qeyd etmək lazımdır ki, maarifçilik cərəyanı kilsə tərə-

findən olan reaksiyanı, ədəbiyyatda olan romantizmi, zahid dindarları və bəzi fəlsə-

fi cərəyanları öz qarşısına alırdı.

8

XVIII əsrin ingilis filosofu “Devid Yum” səbəb və nəticənin zəruriliyini in-



kar edirdi. O, həmçinin xristianlığın rasional cəhətdən müdafiəsini səmərəsiz hesab 

                                                                                                                           

1

Anselm of Canterbury (1033- 1109). Orta əsr  dövrünün  teoloq  və filosoflarından  və



erkən sxolastikanın nümayəndəsi sayılır. 

2

İbn Rüşdün Latın ardıcılları.



3

Galileo Galilei (1564- 1642). 

4

Sir Isaac Newton (1643- 1727).



5

Babək Əhmədi, Modernite və əndişeye entiqadi, səh 62 və 64. 

6

XVII- XVIII əsrlərdə Avropa elm və mədəniyyət tarixində mənəvi durumu əhatə edən



dövrə deyilir. 

7

Ayan Barbur (Ian Graeme Barbour 1923- 2013), Elm və din, Bəhaəddin 



Xorrəmşahinin tərcüməsi, səh 71- 80. 

8

Ernest Kasiriyer (Ernst Cassirer), Fəlsəfeye roşəngəri, Yədullah Muqininin tərcüməsi



səh 251. 

38



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə