Xülasə Müasir epistemologiyada ağılla iman münasibətlərinə xüsusi şəkildə yer ay



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə7/10
tarix17.11.2018
ölçüsü0,64 Mb.
#80868
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10

Ələddin Məlikov. Epistemologiyada ağıl və iman münasibətlərinin təhlili

s. 23-53


edirdi. Məşhur alman filosofu “İmmanuil Kant” da Allah və din təlimlərinin isbatı-

nın ağlın bacarığından kənarda olduğunu irəli sürürdü. O, özündən sonrakı Sören 

Kyerkeqor

1

, Edmund Husserl



2

və fenomenologiya, ekzistensializm, məntiqi poziti-

vizm və dil fəlsəfəsi kimi fəlsəfi məktəbləri öz təsiri altına salmışdı. 

Bu gün dini inancların rasional qəbulu və isbatının mümkünsüzlüyü məsələsi

Qərb fəlsəfəsinin  danılmaz  qanunlarındandır.  Onlara  görə,  yalnız  dini  təcrübə  və

funksiyalarla dini imanı izah etmək olar. İ.Kant elmi, zehin və xaricin fəaliyyətinin 

qarşılıqlı əlaqəsinin məhsulu kimi qəbul edirdi və tək zehni həqiqətin tamam meya-

rı  kimi qəbul etmirdi.  O, idrak  formalarını  on iki  kateqoriyaya  böldü  və  nəticədə

zehin və idrak sisteminin dərketmə qabiliyyətinin təsirini etiraf etdi. Lakin o, bilik 

və idrakı iki giriş, yəni zaman və  məkanla şərtləndirdı. Bunun nəticəsində zaman 

və məkana sığmayan təbiətdən kənar hadisələrin, o cümlədən Allahın varlığını is-

bat edə bilməyəcəyini iddia etdi. Əlbəttə o, Allahı inkar etmək üçün ağlın gücsüz 

olduğunu da əsaslandırmış oldu. İ.Kant epistemologiyanın bu əhəmiyyətli məsələ-

sinə, yəni onun epistemoloji sisteminin nisbiliklə nəticələnəcəyinə diqqət etməkdən

yayınmışdı. Bu da İ.Kantın nəzəriyyəsinin uçurumuna gətirib çıxarır. Bu fəlsəfi sis-

temdə dinin rasional təhlil metodu öz  yerini dinin psixoloji, sosioloji və fideistcə

təhlillərinə verir.  

Aydındır ki, XVI və XVII əsrlərdə mövcud olan rasionalizm eksperimenta-

lizmlə qarşı-qarşıya idi. Bu mənada tam şəkildə dinin müdafiəçisi və qüvvətləndiri-

cisi kimi tanınırdı. R.Dekart rasionalizmini nümunə üçün qeyd etmək olar. O, Al-

lah inancını fitri (anadangəlmə) anlayış hesab edirdi. Q.V.Leybnits və Nikola Mal-

branşın


3

rasionalizmi isə  hətta  Allahın  isbatı  üçün  rasional  sübutlardan  istifadə

edirdi. XVIII və XIX əsrlərdə isə rasionlalizm imana zidd məqsədlər üçün istifadə

olunurdu, dini və İlahi cərəyanlarla ziddiyyət təşkil edirdi.



Müasir epistemologiyada ağıl və iman münasibətlərindəki mövcud 

nəzəriyyələr 

Ağlın dində xüsusi rola malik olduğuna şübhə yoxdur. Burada mühüm olan 

                                                

1

- Søren Aabye Kierkegaard (1813- 1855). Danimarkalı dini filosof. Ekzistensializmin 



sələfi. 

2

- Edmund Gustav Albrecht Husserl (1859-1938). Alman filosofu. Fenomenoloji 



məktəbin banisi. 

3

- Nicolas Malebranche (1638-1715). Fransız filosofu. Okkazionalizmin tərəfdarı.



39


Metafizika – Cild 1, Say 2, 2018 

onun rolunun müəyyənləşdirilməsi və izahıdır. Bu səbəbdən bütün dindarlar din tə-

limlərində və dini inancların izahında ağıldan faydalanmağa çalışırlar. Ümumiyyət-

lə, imanı başa düşmək üçün belə, ağıldan yararlanmalıyıq. Lakin ağıl elementi ilə

dini inanclar sistemini izah etmək,  əsaslandırmaq  və mötəbər həddə çatdırmaq 

mümkündürmü?  Bu  suala  cavab  vermək  üçün  Qərb  mütəfəkkirləri əhəmiyyətli 

dörd fərqli baxış sərgiləmişlər.

Qəti rasionlalizm

1

Bu  baxışda  bütün  ağıllı  və  məntiqli  şəxsləri qane etmək  baxımından  dini 

inancların doğruluğu ağılla sübut edilməyə çalışılır. 

“U.Kliford”

2

qəti rasionalizmi qısa şəkildə aşağıdakı kimi izah edir: 



“İşin sübutları və qərinələri əsasında həmişə, hər yerdə və hər kəs üçün hər

bir nəsnəyə inanmaq səhv və xətadır. Fərz edin ki, bir şəxs uşaq vaxtı, yaxud ondan 

sonrakı  dövrdə bir  inancı  qəbul  etmişdir  və bu inanc barəsində olan beynindəki 

şübhəni daim uzaqda saxlayır. Ona görə, o inancı silkələyən, yaxud titrədən suallar 

vermək belə kafirlik sayılır. Belə şəxsin həyatı bəşəriyyətin ən böyük günahların-

dan hesab edilir”.

3

U.Kliford nə üçün dini inanclar barədə belə çətin meyarlar irəli sürmüşdür? 



O, bu sualın cavabında mühüm xəbərlərə təkid edir. Onun fikrincə, kifayət qədər

tutarlı sübutları olmayan bir inancın qəbul edilməsi həmin şəxsin və hətta digərləri-

nin problemlərə düçar olmasına səbəb ola bilər.  

“Bir gəminin sahibi öz sərnişin gəmisini dənizə yola salmaq istəyirdi. Birdən

onun beynində bu gəminin dənizdə uzun səfər  üçün  uyğun  olmaması  barəsində

şəkk  yarandı.  Bu  tərəddüd  onun  zehnini  məşğul  edirdi  və narahatçılığına  səbəb

olurdu. Amma gəmi yola düşməzdən öncə bu vəsvəsəedici xülyalı düşüncəyə qələ-

bə çaldı və xeyir-dua ilə rahatca gəminin hərəkətini diqqətlə gözdən keçirtdi. Gəmi 

dənizin ortasında qərq olduğu zaman o, sığortasını aldı və heç bir şikayət etmədən

susdu. Biz onun barəsində hansı  hökmü  verə bilərik?  Şəksiz-şübhəsiz, biz deyə

bilərik ki, o, gəmidə olan insanların ölümünə səbəb olmuşdur. Doğrudur, o əmin idi 

ki, gəmisi möhkəmdir. Amma inancının təmizliyi və saflığı ona heç bir kömək et-

                                                

1

Strong rationalism.



2

William Kingdon Clifford (1845- 1879) İngilis filosof və riyaziyyatçısı. 

3

Maykl Piterson və başqaları, Əql və etiqade dini, mütərcim: Əhməd Nəraqi və İbrahim 



Sultani, səh 72. 

40



Ələddin Məlikov. Epistemologiyada ağıl və iman münasibətlərinin təhlili, 

s. 23-53


mədi. Çünki onun qarşısında duran faktlar əsasında belə inanca sahib olmağa haqqı 

yox idi”.

1

Əgər kimsə bütün  insanların  yaşayış  ehtiyaclarına  və  məşğuliyyətlərinin 



çoxluğuna və azistedadlılıq kimi digər maneələrə əsasən, belə çətin meyarları yeri-

nə yetirməyə vaxt və imkanının olmamasını söyləyərsə, U.Klifordun cavabı belə-

dir: “Belə şəxsin iman gətirməyə vaxtı yoxdur”. U.Klifordun gizli inancı isə budur 

ki, dini inanclar sistemindən heç biri bu çətin meyarları isbat edə bilməz. Buna gö-

rə, heç bir ağıllı şəxs dini inaclara sahib olmamalıdır. Əlbəttə, bu, o demək deyil ki, 

qəti rasionalizm ardıcıllarının hamısı dinə qarşı çıxırlar. 

“Con  Lokk”

2

xristiandir, U.Kliford tərəfindən bəyan  edilmiş  etibarlı  inanc 



haqqında  meyarların  əsasını  qoymuşdur.  O  inanırdı  ki,  bu  meyarlar  düzgün  başa 

düşülər və müdafiə edilərsə, xristianlıq bunu həyata keçirə bilər.  

“Akvinalı  Foma”ın

3

baxışları  müxtəlif cəhətlərdən C.Lokk və U.Klifordun 



baxışlarından fərqlənirdi. Amma dəqiq və ağıla əsaslanan tədqiqat ilə xristianlığın 

həqiqətlərini  qanedici  şəkildə aydınlaşdırmağın  mümkünlüyü  mövzusunda  o  da 

C.Lokkla eyni əqidədə idi. Müasir din filosoflarından Riçard Suinbernin

4

mövqeyi 



qəti rasionalizmə yaxındır. 

Ona  görə, qəti rasionalizmə inanan  şəxs  intuisiya  üzündən iman gətirmir. 

Əksinə, o yalnız imanının düzgünlüyünü və həqiqiliyini isbat edir.

5

Qəti rasionalizmin araşdırılması və tənqidi izahı 

Qəti rasionalizm barədə bir çox iradlar irəli sürülmüşdür. Demək olar ki, hər

kəs öz baxış bucağı və fəlsəfi cərəyanına uyğun bu nəzəriyyənin səhv və problemli 

olduğunu bildirmişdir. Biz burada bir neçə əsas və mühüm irad və səhvlərini qeyd 

edəcəyik: 



Birincisi, bu nəzəriyyəyə irad tutulur ki, ağlın işi asma, sallatma və dayan-

dırmaqdır.  Yəni  bütün  baxış  və  nəzəriyyələrin, həmçinin  bütün  dəlil və faktların 

araşdırılması və tədqiqindən aslıdır. 

İkincisi, ağlın hökmü də təxirə salmaqdır. Bu o mənanı kəsb edir ki, ağıl hə-

                                                

1

Həmin mənbə, səh 73. 



2

John Locke (1632- 1704). İngilis maarifçi filosofu. 

3

Saint Thomas Aquinas (1225- 1274)



4

Richard G. Swinburne (1934- ...). Oksford Universitetinin “din fəlsəfəsi” professoru. 

5

Həmin mənbə, səh 75.



41


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə