Xülasə Tədqiqat işində Azərbaycanın 2001-2012-ci illər üzrə idxal və ixracın tələb və



Yüklə 359,26 Kb.

səhifə1/10
tarix15.08.2018
ölçüsü359,26 Kb.
növüXülasə
  1   2   3   4   5   6   7   8   9   10


Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 



 

N.Ə

L IYE V

,

 

A.Q

AS IMO V

,

 

Ş.A

DIG Ö ZƏL O V

 

İDXAL

 



 

İXRACIN

 

TƏLƏB

 



 

MƏZƏNN Ə

 

ELASTİKLİYİ 

 

Xülasə 

Tədqiqat  işində  Azərbaycanın  2001-2012-ci  illər  üzrə  idxal  və  ixracın  tələb  və 

məzənnə elastikliyi tədqiq edilmişdir. İdxal və ixrac göstəriciləri istehlak, aralıq və 

kapital  məhsulları  qruplarına  bölünərək  ayrı-ayrılıqda  qiymətləndirilmişdir. 

Qiymətləndirmə  üçün  müqayisəli  olaraq  dəyişməyən  effektlər  (fixed  effects),  tam 

modifikasiya  olunmuş  ən  kiçik  kvadratlar  (FMOLS)  və  ümumiləşdirilmiş 

momentlər  metodu  (GMM)  kimi  ekonometrik  modellərindən  istifadə  olunmuşdur. 

Nəticələr göstərir ki, ölkənin ümumi və komponentlər üzrə ixracı xarici tələbə daha 

çox  həssasdır  və  kəmiyyətcə  çox  yüksək  müsbət  elastikliyə  malikdir.  Kapital 

əmtəələrinin  ixracının  artımına  xarici  bazarlarda  tələbin  artması  və    məzənnənin 

möhkəmlənməsi  tempi  əhəmiyyətli  təsir  edir.  İdxalda  xüsusilə  istehlak 

məhsullarının  idxalı  kəmiyyətcə  daha  yüksək  müsbət  məzənnə  elastikliyi  nümayiş 

etdirir. 

Açar sözlər: idxal, ixrac, real ikitərəfli və effektiv məzənnə, daxili və xarici tələb 

JEL təsnifatı: F1, F4 

 

N.Aliyev, A.Gasimov, Sh.Adigozalov 

Demand and exchange rate elasticity of import and export

 

Abstract 

In  this  paper  demand  and  exchange  rate  elasticity  of  import  and  export  has  been 

investigated  over  the  2001-2012  years  in  the  case  of  Azerbaijan.  Estimations  has 

been  done  by  decomposing  import  and  export  on  consumption,  intermediate  and 

capital goods.  Fixed effect model, FMOLS as well as GMM has been employed as 

a  methology  of  this  paper.  Results  shows  that,  export  (total  as  well  as  its 

components)  has  a  higher  positive  foreign  demand  elasticity.  Furthermore,  growth 

of capital export mainly influenced by increase in foreign demand as well as by the 

exchange  rate  appreciation.  Import  of  consumption  goods  also  has  a  higher 

exchange rate elasticity.  



Key  words:  import,  export,  real  bilateral  and  effective  exchange  rate,  domestic  and  foreign 

demand 

JEL təsnifatı: F1, F4 


Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 



 

Giriş

 

Ticarət balansı və makroiqtisadi dinamika arasında əlaqə XX əsrin ikinci yarısından 



etibarən  iqtisadiyyatda  mərkəzi  problemlərdən  birinə  çevrilmişdir.  2000-ci  illərin 

əvvəlləri və sonlarında baş verən maliyyə böhranlarından sonra beynəlxalq ticarətin 

dinamikası  və  onun  digər  makroiqtisadi  göstəricilərlə  əlaqəsi  yenidən  diqqət 

mərkəzinə qayıtmışdır. 

XX  əsrin  sonlarından  etibarən  yenidən  müstəqillik  qazanan  Azərbaycan 

Respublikası  dinamik  inkişaf  edərək  dövrümüzdə  Cənubi  Qafqazın  ən  böyük 

iqtisadiyyatına  çevrilmişdir.  Əldə  olunan  iqtisadi  uğurların  uzunmüddətli 

perspektivdə  dayanıqlılığını  təmin  etmək  üçün  iqtisadiyyatın  şaxələndirilməsi 

prioritet  məsələlərdəndir.  Bu  baxımdan  idxal  və  ixracın  daxili  və  xarici  tələbə, 

həmçinin  məzənnə  dəyişikliklərinə  elastikliyinin  hesablanması  mühüm  vəzifədir. 

İdxal  və  ixracın  daxili  və  xarici  tələbə  və  real  effektiv  məzənnənin  dəyişməsinə 

elastikliyinin  hesablanması  siyasət  qərarlarının  verilməsi  baxımından  da 

əhəmiyyətlidir. 

Bu tədqiqat işində Azərbaycanda idxalın daxili tələbə, ixracın hədəf bazarlarda olan 

xarici tələbə və real məzənnəyə elastikliyi hesablanmışdır. Bu məqsədlə 30-dan çöx 

ölkə  seçilmiş  və  qiymətləndirmə  hər  bir  ölkə  və  mal  qrupları  üzrə  aparılmışdır. 

İdxal ölkələrin sayı 29, ixrac olunan ölkələrin sayı isə 37-dir.  

Daxili  və  xarici  tələb  üçün  uyğun  dəyişənlər  kimi,  müvafiq  olaraq  ölkəmizin  və 

tərəfdaş  ölkələrin  ümumi  daxili  məhsulu  (ÜDM)  götürülmüşdür.  Məzənnəyə 

elastikliyin  hesablanmasında  isə  uyğun  dəyişən  kimi  Azərbaycanın  real  effektiv 

məzənnəsi çıxış edir.  

Tədqiqat  işində  mövcud  ədəbiyyat  xülasəsi,  əmtəələrin  qruplaşdırılması  qaydası,  

istifadə olunmuş metodologiya və qiymətləndirmənin nəticələri verilmişdir. 

Ə

dəbiyyat xülasəsi 

İqtisadi ədəbiyyatda idxal və ixracın daxili və xarici tələbə, həmçinin real məzənnə 

dəyişikliyinə  elastikliyi  barədə  geniş  tədqiqatlar  mövcuddur.  Ticarət  balansının 

makroiqtisadi  göstəricilərlə  əlaqəsini  ilk  dəfə  Houthakker  və  Magee  (1969)  tədqiq 

etmişlər.  Onlar  15  inkişaf  etmiş  ölkənin  timsalında  idxal  və  ixracın  qiymət 

elastikliyi  ilə  yanaşı,  həm  də  tələb  elastikliyini  də  öyrənmişlər.  Müəlliflər  ticarət 

balansının tələbə yüksək elastikliyini tapmışlar. 

1-dən  əhəmiyyətli  dərəcədə  böyük  olan  bu  elastikliklərin  müəyyən  olunması 

iqtisadi  ədəbiyyatda  əvəzlənmənin  sabit  elastikliyi  nəzəriyyəsi  ilə  izah 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə