Xülasə Tədqiqat işində Azərbaycanın 2001-2012-ci illər üzrə idxal və ixracın tələb və


Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014



Yüklə 370,17 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix15.08.2018
ölçüsü370,17 Kb.
#62960
növüXülasə
1   2   3   4   5   6   7   8   9   10

Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 



 

edilmədiyindən,  Houthakker  və  Magee  “tapmacası”  kimi  qeyd  olunur.  Sonrakı 

aparılan  tədqiqatların  böyük  əksəriyyətində  idxal  və  ixracın  tələbə  olan  yüksək 

elastikliyi təsdiq edilmişdir.  

Real  məzənnə  dəyişikliklərinin  ticarət  balansına  təsiri  də  müasir  iqtisadi 

ədəbiyyatda  aktual  mövzulardandır.  Bu  sahədə  iqtisadçıların  əldə  etdiyi  nəticələri 

iki qrupa bölmək olar. Bir qrup tədqiqatçılar real məzənnənin ucuzlaşmasının ticarət 

balansını  yaxşılaşdırdığını  sübut  etməyə  çalışsalar  da,  digər  qrup  iqtisadçılar  real 

məzənnənin ticarət balansının determinantı olmadığı fikrindədirlər. 

Buna  misal  olaraq,  Rose  (1990,  1991),  Rose  və  Ostri  (1992)  məzənnənin 

devalvasiyasının  real  olaraq  ticarət  balansına  təsir  etmədiyini  müəyyən  etmişlər. 

Marquez və MkNeilli (1988), Reinhart (1995) bunun əksinə olaraq, devalvasiyanın 

ticarət  balansını  yaxşılaşdırdığını  aşkarlamışlar.  Öz  tədqiqatlarında  Helkie  və 

Hooper  (1987),  Kruqman  və  Baldvin  (1987)  Amerika  Birləşmiş  Ştatlarının  (ABŞ) 

ticarət  kəsirinin  əsas  səbəblərindən  biri  kimi  dolların  möhkəmlənməsini 

göstərmişdilər.  Digər  qrup  alimlər  isə,  Bersten  və  Kline  (1985),  Mundell  (1987) 

ABŞ-da  sözügedən  kəsirin  real  məzənnə  dəyişikliklərindən  deyil,  ölkədə  yığım  və 

investisiya  arasında  olan  fərqdən  yarandığını  qeyd  etmişlər.  Sukar  (1998)  ABŞ 

iqtisadiyyatında  real  effektiv  məzənnə  ilə  ixrac  arasında  olan  qısamüddətli  və 

uzunmüddətli əlaqələri araşdırmışdır. O, dəyişənlər arasında kointeqrasiya əlaqələri 

və  statistik  əhəmiyyətli  nəticələr  almış  və  göstərmişdir  ki,  ixracın  xarici  tələbə 

elastikliyi  müsbət,  real  effektiv  məzənnəyə  isə  mənfidir.  Həmçinin,  real  effektiv 

məzənnə ilə ixrac səviyyəsi arasında əlaqə qısamüddətli dövrdə statistik əhəmiyyətli 

deyil.  


Nəzəri  olaraq  milli  valyutanın  ucuzlaşması  ixracı  ucuzlaşdırır,  idxalı  isə 

bahalaşdırır.  Qısa  müddətdə  bahalaşan  idxal  “qiymət  effekti”  ilə  ticarət  balansına 

mənfi təsir edir. Lakin, uzunmüddətli dövrdə artan ixracın “kəmiyyət effekti” ticarət 

balansını  yaxşılaşdırır.  Qeyd  edilən  iqtisadi  fenomen  Marşalın  tələbin  qiymət 

elastikliyi  nəzəriyyəsinin  genişləndirilmiş  variantı  olduğundan,  Marşal-Lerner  şərti 

adlanır. Ticarət balansının qısa müddətdə pisləşməsi və sonra uzunmüddətli dövrdə 

yaxşılaşması  J-ə  oxşar  xətt  olduğundan,  iqtisadi  ədəbiyyatda  J-əyrisi  adlanır.  J-

əyrisinə bənzər nəticəni Magee 1973-cü ildə öz tədqiqatında aşkarlamış və Dornbuş 

və  Kruqman  (1976)  öz  məqalələrində  Marşal-Lerner  şərtinin  ödəndiyini  qeyd 

etmişlər.  Cəmilov  (2011)  Azərbaycanın  əsas  ticarət  tərəfdaşı  olan  Avropa  ilə 

ümumi və qeyri-neft ticarət balansını tədqiq etmiş və hər iki  model üçün J-əyrisinə 

bənzər  dinamika  aşkarlamışdır.  Onun  nəticələrinə  görə,  yerli  məzənnənin 

ucuzlaşması qısamüddətli dövrdə ticarət balansına mənfi təsir etsə də, uzunmüddətli 



Mərkəzi Bank və İqtisadiyyat – N2, 2014 

 



 

dövrdə  ixracın  artımı  hesabına  balans  yaxşılaşır.  Rodrik  (2009)  real  məzənnənin 

bahalaşmasının  iqtisadi  artımı  stimullaşdırdığını  müəyyən  etmişdir.  O,  bu 

stimullaşdırıcı  təsirin  ticarət  balansı  kanalı  ilə  baş  verdiyini  vurğulamışdır. 

Eiçenqrin  və  Qupta  (2013)  qeyd  edirlər  ki,  real  məzənnənin  dəyişməsi  əmtəə  və 

xidmət sektorunda ənənəvi xidmətlərin ixracını daha çox sürətləndirir.  

Senhadji  və  Monteneqro  (1999)  bir  şox  inkişaf  etməkdə  olan  və  qabaqcıl  ölkələr 

üçün  ixracın  tələb  və  qiymət  elastikliyini  müvafiq  olaraq  1.5  və  -1 

qiymətləndirmişlər. Onlar müxtəlif regionlarda fərqli elastikliklərin (Afrikada aşağı, 

Asiyada isə yuxarı) olduğunu aşkarlamışlar. Kee, Nikita və Olarreaqa (2008) əksər 

ölkələr  üçün  idxal  tələbinin  qiymətə  elastikliyini  və  ticarət  baryeri  indeksini 

hesablamışlar.  Bu  tədqiqat  işi  qiymətləndirmələrin  həcminə  görə  ən  böyük 

tədqiqatlardan  biri  hesab  olunur.  Onlar  117  ölkə  üçün  4900  məhsul  növü  üzrə 

təxminən  370000  tənlik  qiymətləndiriblər.  Bütün  ölkələr  və  məhsullar  üzrə  orta 

elastiklik -3.12 olmuşdur. Stefen Tokarik (2010) bir çox aşağı, orta və yuxarı gəlirli 

ölkələr üçün idxalın tələb və ixracın təklif elastikliyini hesablamışdır. Metodologiya 

kimi,  beynəlxalq  ticarət  nəzəriyyəsindən  standart  ümumi  tarazlıq  modelindən 

istifadə  edilmişdir.  Şərqi  Asiya  ölkələri  üçün  Villem  Thorbeke  (2010)  idxalın 

valyuta  məzənnəsinə  nəzərən  elastikliyinə  baxmışdır.  Bu  region  ölkələrinin  bir 

çoxunda  idxal  olunan  məhsullar  təkrar  ixrac  üçün  istehsal  prosesinin  bir  hissəsini 

təşkil  edir.  Məzənnənin  bahalaşması  ixracı  azaldır,  bu  isə  aralıq  məhsulların 

idxalına  tələbin  azalmasını  şərtləndirir.  Bu  meyilliyi  aradan  qaldırmaq  üçün  idxal 

olunan  istehlak  mallarının  elastikliyinə  baxılmışdır.  Çünki,  bu  məhsullar  birbaşa 

olaraq  daxili  bazar  üçün  nəzərdə  tutulmuşdur.  Bir  neçə  spesifikasiya  üzrə  əldə 

olunmuş  nəticələr    məzənnəsinin  bahalaşmasının  və  gəlirin  artımının  istehlak 

mallarının idxalını əhəmiyyətli artırdığını müəyyən etmişdir. 



Ə

mtəələrin təsnifatı 

Tədqiqat  işində  2001-2012-ci  illər  üçün  Azərbaycanın  ixrac  sektorunda  37,    idxal 

sektorunda    isə  29  ölkə  ilə  əməliyyatları  araşdırılmışdır.  İxrac  sektoru  göstəriciləri 

qeyri-neft  sektorunun  ixracını  əks  etdirir.  İdxal  və  ixrac  sektorunda  əmtəələr  həm 

aqreqat,  həm  də  istehlak,  aralıq  və  kapital  əmtəələri  kimi  qruplaşdırılmışdır.  Milli 

hesablar sistemində əks olunduğu kimi, istehlak malları birbaşa olaraq son istehlaka 

yönələn,  aralıq  məhsullar  son  istehlakla  yanaşı,  həm  də  sonrakı  istehsalda  istifadə 

olunan,  kapital əmtəələri isə  birbaşa istehsal prosesində istifadə olunan məhsulları 

əhatə edir. 

Əmtəələrin bu cür qruplaşdırılması ticarət balansının qeyd etdiyimiz əmtəə qrupları 

üzrə də elastikliklərinin hesablanmasına imkan verəcək.  



Yüklə 370,17 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə