Xülasə Tədqiqat işində manatın məzənnəsinin real sektorun ayrı-ayrı sahələrinə təsiri tədqiq



Yüklə 113,01 Kb.
Pdf görüntüsü
tarix01.04.2018
ölçüsü113,01 Kb.
#35581
növüXülasə


133 

 

 



 

 

 



 

 

 



Mübadilə məzənnəsinin real 

sektorun sahələrinə təsiri

 

 



 

 

Asif Qasımov, Xəqani Kərimov

 



134 

 

Xülasə 

 

Tədqiqat  işində  manatın  məzənnəsinin  real  sektorun  ayrı-ayrı  sahələrinə  təsiri  tədqiq 



edilmişdir.  Bu  təsirin  müxtəlif  sahəvi  effektivliyə  malik  olmasını  nəzərə  alaraq,  real  sektorun 

sahələrinin  funksional  təsnifat  metodologiyası  işlənmişdir.  Hər  bir  sahənin  cari  rəqabət 

qabiliyyətinin  mövcud  vəziyyətini  qiymətləndirmək  üçün  sahəvi  real  effektiv  məzənnə 

hesablanmışdır.  Sahələrin  rəqabət  qabiliyyətinin  determinantlarını  müəyyən  etmək  üçün  2002- 

2009-cu  illəri  və  15  tərəfdaş  ölkənin  müvafiq  məlumatlarını  əhatə  edən  panel  reqressiyası 

qiymətləndirməsi tətbiq olunmuşdur. 

 

 

 



Abstract 

 

Recent  paper  investigates  the  effects  of  the  exchange  rate  on  subsectors  of  the  real 



economy. Taking into account the various effects of exchange rate on different subsectors of real 

economy  the  latter  has  been  functionally  classified.  To  estimate  the  current  competitiveness  of 

eacj  subsector,  sectoral  real  effective  exchange  rates  have  been  calculated.  To  find  out 

determinants of the sectoral competitiveness panel regression has  been used covering data of  15 

partner countries and te period of 2002-2009. 

 

 



Açar sözlər: rəqabət qabiliyyəti, məzənnənin ötürücülüyü 

Key words: competetivenes, exchange rate pass-through 

 

 



 

Müəlliflərin e-mail ünvanları: 

khagani_karimov@cbar.az

asif_qasimov@cbar.az 




135 

 

Mündəricat

 

Giriş

............................................................................................................................ 136 

 

1. Metodologiya



............................................................................................................ 136 

 

1.1 Məzənnənin təsir kanallarının müəyyən edilməsi ....................................................... 136 



 

1.2 Təsnifatın metodologiyası............................................................................................ 137 

 

1.3 Sahəvi REM rəqabət qabiliyyətinin güzgüsü kimi ...................................................... 138 



 

1.4 Qravitasiya modeli ....................................................................................................... 139 

 

2. Qiymətləndirmə 

....................................................................................................... 140 

 

2.1. Sektorial təsnifat ......................................................................................................... 140 



 

2.2. Sahəvi REM-in hesablanması ..................................................................................... 141 

 

2.3 Emprik qiymətləndirmələr ........................................................................................... 142 



 

3. 

Nəticə 

..................................................................................................................... 142 

 

Müzakirələr



................................................................................................................. 143 

 

Ə



dəbiyyat 

.................................................................................................................... 144 


136 

 

Giriş

 

 

 



Azərbaycanda   məzənnənin   real   sektorun   aqreqat   göstəricilərinə   (ÜDM,   inflyasiya, 

məşğulluq  səviyyəsi,  idxal,  ixrac  və  s.)  təsirinin  araşdırılması  göstərir  ki,  məzənnənin   ayrı-ayrı 

göstəricilərə  və  sektorlara  təsiri  müxtəlifdir.  Eyni  zamanda  bu  təsirin  transmissiya  kanalı  və 

müddəti bütün sektorlar üçün eyni deyil. 

Başqa  sözlə,  aqreqat  göstəricilərin  ayrı-ayrı  komponentləri  bir  çox  hallarda  məzənnədən 

fərqli təsirlənmə  xüsusiyyətlərinə  malik  olur. Bu  isə transmissiyanın  ümumiləşmiş göstəricilərdə 

birmənalı olaraq öz əksini tapmasında metodoloji problemlər yaradır. 

Cari  tədqiqat  işinin  əsas  metodoloji  xüsusiyyəti  məzənnənin  real  sektorun  ayrı-ayrı 

sahələrinə  təsirinin  araşdırılmasıdır.  Bu  sahələrin  müəyyən  edilməsində  istifadə  olunmuş  başlıca 

meyar məhz transmissiyanın effektivlik dərəcəsidir. 

Tətbiq  edilmiş  təsnifləşdirmə  sektorial  real  effektiv  məzənnənin  (REM)  alternativ  üsulla 

hesablanmasında və sektorial panel reqressiya modellərinin qurulmasında istifadə edilmişdir. 

Tədqiqat  işinin  birinci  hissəsində  tətbiq  olunmuş  metodologiya  əks  olunmuş,  ikinci 

hissəsində  isə  rəqabət  qabiliyyətliyin  qiymətləndirilməsi,  təsnifləşdirmə  və  ekonometrik 

qiymətləndirmə həyata keçirilmişdir. 

 

 



1.   Metodologiya

 

1.1 Məzənnənin təsir kanallarının müəyyən edilməsi

 

Məzənnə  iqtisadiyyatın  rəqabət  qabiliyyətinin  başlıca  deteriminantı  kimi  mühüm  siyasət 



alətidir.  Məzənnə  real  sektora  müxtəlif  kanallar  vasitəsi  ilə  həm  müsbət,  həm  də  mənfi  təsir 

göstərə  bilər.  Belə  ki,  məzənnənin  möhkəmlənməsi  bir  tərəfdən  yerli  istehsalçıların  həm  daxili, 

həm  də  xarici  bazarda  rəqabət  qabiliyyətini  zəiflədir.  Digər  tərəfdən,  yerli  istehsalı  xarici 

komponentlərə  (idxal  edilmiş  aralıq  istehlak  malları,  xarici  kapital  və  əmək  resursları  və  s.) 

əsaslanan sektorlar bundan fayda əldə etmiş olurlar. 

Məzənnənin real sektora potensial təsir mexanizmi Sxem1-də göstərilmişdir. 

 

Sxem 4. Məzənnənin real sektora təsir kanalları

 

 



 


137 

 

Sxemdə məzənnənin üç kanal vasitəsi ilə real sektora təsiri əks olunmuşdur: 



 

a)   əmtəə idxalı-ixracı 

b)   xidmətlərin idxalı-ixracı 

c)   maliyyə sabitliyi 

 

Əmtəə  idxalı  transmisiya  kanalına  görə  məzənnənin  dəyişməsi  həm  hazır  məhsullar 



(daxili bazarda sıxışdırma effekti), həm də aralıq  istehlak malları (istehsal  xərcləri effekti) idxalı 

ilə  ticari  sektora  təsir  göstərir.  İxrac  kanalı  vasitəsi  ilə  məzənnənin  dəyişməsi  isə  xarici  bazarda 

sıxışdırma effekti ilə real sektora ötürülür. 

Sxemdən göründüyü kimi,  xidmətlərin  idxal-ixracı  və  maliyyə  sabitliyi kanalları tədqiqat 

işində  araşdırılmamışdır.  Bunun  əsas  səbəblərindən  biri  tədqiqatın əhatə  dairəsinin  həddən artıq 

genişlənməsi  ilə  bağlıdır.  Eyni  zamanda  tədqiqat  işində  transmisiya  obyekti  kimi  yalnız  ticari 

sektor seçilmişdir. 

 

1.2 Təsnifatın metodologiyası

 

 

Tədqiqat işinin ilkin məqsədi real  sektorun funksional təsnifat metodologiyasının müəyyən 



edilməsindən ibarət olmuşdur. Bu məqsədlə sahə təsnifatına istinad edilmişdir. 

 

Sahə təsnifatı dedikdə, Dövlət Statistika Komitəsi (DSK) tərəfindən müntəzəm dərc edilən 

PRODCOM  təsnifat  sisteminin  2  rəqəmli  kodlaşdırması  nəzərdə  tutulur.  2  rəqəmli  kodlar 

(məsələn,  ərzaq  sənayesi)  isə  öz  növbəsində  6  rəqəmli  kodların  (məsələn,  ət  məhsulları,  bitki 

yağlarının  istehsalı  və  s.)  cəmindən  ibarətdir.  Bu  təsnifat  əsasında  istehsalın  həcmi,  qiymət 

dinamikası,  məşğulluğun  strukturu  və  s.  kimi  statistik  göstəricilər  DSK  tərəfindən  aylıq  əsasda 

dərc etdirilir. 

Funksional   təsnifat   –   sahə   təsnifatı   əsasında   bir   neçə   funksional   meyarı   özündə 

birləşdirən  sektorları  müəyyən  etmək  üçün  aparılmış  təsnifatdır  (məs:  yerli  məhsula  əsaslanan 

ixracyönümlü  sektor,  gətirilmə  xammala  əsaslanan  idxalla  rəqabət  aparan  sektor  və  s.).Tədqiqat 

işinin obyekti olaraq “real sektorun sahələri” kimi məhz bu təsnifat əsas götürülmüş və aşağıdakı 

meyarlar əsasında sahə təsnifatı qruplarının ümumiləşdirilməsinə əsaslanmışdır. 

 

 



Sxem 5. İqtisadiyyatın sektorlarının funksional təsnifat matrisi və məzənnənin təsiri

 

 



 

 

İ



XRAC OLUNUR 

 

İ



XRAC OLUNMUR 

 

YERLİ İSTEHSALI OLAN MALLAR 

 

İ

DXAL OLUNMUR 

 

ixrac sektoru (təsir var) 



 

yerli istehsal sektoru (təsir yoxdur) 

 

 

 



İ

DXAL 

OLUNUR 

 

son istehlak 

ixracyönümlü/idxalla rəqabət 

aparan sektor (təsir var) 

 

idxalla rəqabət aparan sektor (təsir var) 



 

aralıq 

istehlak 

 

gətirilmə məhsula əsaslanan ixrac 



yönümlü sektor (zəif təsir) 

 

gətirilmə məhsula əsaslanan və yerli 



bazara istiqamətlənən istehsal sektoru 

(zəif təsir) 

 

YERLİ ISTEHSALI OLMAYAN MALLAR 

İ

DXAL OLUNMUR 



 

İ

DXAL OLUNUR 

 

təkrar ixrac sektoru (təsir yoxdur) 



 

idxal sektoru (rəqabət qabiliyyəti 

prizmasından təsir yoxdur) 



138 

 

Göründüyü  kimi,  qeyd  edilmiş  metodologiya  əsasında  8  funksional  təsnifat  sektoru 



müəyyən olunmuşdur ki,  onlardan  yalnız 6-nın  məzənnədən  təsirlənməsi  mümkün  hesab olunur. 

Bu zaman 2 amil diqqət mərkəzində saxlanmışdır: 

 

     


mövcud sektorun  idxal  və ixracının  həcmi.        Başqa    sözlə,    sektorun    xarici    açıqlıq 

dərəcəsi  nə  qədər  yüksək  olarsa,  məzənnənin  bu  sektorda  rəqabət  qabiliyyəti  ilə  tərs 

mütənasib əlaqəsi bir o qədər güclü olar. 

     


mövcud sektorun aralıq və kapital yönümlü məhsul idxalının həcmi.  Kapital  yönümlü  və 

aralıq  məhsul  təyinatlı  idxalın  çox  olması  məzənnənin  möhkəmlənməsinin  neqativ 

effektlərini yumşaldır. 

Təsnifləşdirmə  meyarlarının  müəyyən  olunması  zamanı  ABŞ-ın  Milli  iqtisadi  tədqiqatlar 

bürosu  tərəfindən  irəli  sürülmüş  (Bradford  &  Branson,  1987,  s.  316)  və  2010-cu  ildə  həmçinin 

Rusiya timsalında qiymətləndirilmiş (С.Смирнов, 2010) metodologiyaya istinad edilmişdir: 



a.   İstehlakda yerli malların payı 3 səviyyədə müəyyən olunmuşdur: 

>90% - yerli istehsal sektoru  (idxalı olmayan) 

90%>>10% - idxalla rəqabət aparan sektor 

<10% - idxal sektoru 

b.   Yerli istehsalın ixrac olunan hissəsi 3 səviyyədə müəyyən olunmuşdur: 

>90% - ixrac sektoru 

90>>10% - ixracyönümlü sektor 

<10% - yerli istehsal sektoru (ixracı olmayan) 

c.   Sektorun   aralıq   idxalı   2   səviyyədə   müəyyən   olunmuşdur.   İdxal   olunmuş   aralıq 

istehlakın (aralıq və kapital yönümlü məhsullar) cəmi aralıq istehlakda xüsusi çəkisi: 

>50% - gətirilmə məhsula əsaslanan sektor 

<50% - yerli məhsula əsaslanan sektor 

 

 



 

1.3 Sahəvi REM rəqabət qabiliyyətinin güzgüsü kimi

 

 



Sektorların  rəqabət  qabiliyyətinin  mövcud  vəziyyətini  müəyyən  etmək  məqsədilə  sektorial 

real effektiv məzənnə (REM) hesablanmışdır. 

 

 

 



 

Burada,  NEM  –  nominal  effektiv  məzənnə, 

–  Azərbaycanda  istehsalçı  qiymətləri 

indeksi (sənaye və kənd təsərrüfatı istehsalçılarının qiymət indekslərinin kombinasiyası), 

– tərəfdaş ölkələrdə idxal və ixrac qiymətləri indeksidir. Tərəfdaş ölkələrin idxal qiymətləri ixrac 

çəkili  REM-in  hesablanması  zamanı,  ixrac  qiymətləri  isə  idxal  çəkili  REM-in  hesablanması 

zamanı istifadə edilmişdir. 

Sahəvi  REM  metodoloji  baxımdan  ənənəvi  REM-lə  müqayisədə  aşağıdakı  üstünlüklərə 

malikdir: 

Azərbaycan üçün İQİ əvəzinə İsQİ-dən istifadə olunması: 

• 

məhz  Azərbaycanda  istehsal  olunmuş  malların  qiymət  dəyişməsini  əhatə  edir.  İQİ  isə 



yerli  istehsalı olmayan  idxal  mallarını da özündə  ehtiva edir. Məsələn, tropik  meyvələrin 

daxili  bazarda  bahalaşmasını  heç  bir  halda  Azərbaycan  iqtisadiyyatının  rəqabət 

qabiliyyətinin azalması kimi izah etmək olmaz; 



 

• 

yalnız ticari sektoru əhatə edir. İQİ-nin mühüm hissəsi isə qeyri-ticari sektordan ibarətdir. 



Düzdür,  qeyri-ticari  sektorda  qiymətlərin  bahalaşması  da  iqtisadiyyatın  rəqabət 

qabiliyyətinə  təsir  edir.  Lakin,  rəqabət  qabiliyyətinin  azalması  istənilən  halda  t+1 

zamanında  ticari  sektorun  qiymətlərində  təcəssüm  edir.  Bu  baxımdan  İQİ  qeyri-ticari 

sektorda qiymətlərin dəyişməsini ikiqat nəzərə almış olur; 

• 

təkcə  istehlak  təyinatlı  mallarla  məhdudlaşmır.  İQİ  yalnız  istehlak  sferasında  rəqabət 



qabiliyyətini  qiymətləndirmək  üçün  istifadə  oluna  bilər.  Halbuki,  qeyri-istehlak  təyinatlı 

mallarının  istehsalı  qeyri-ticari  sektorun  əsas  hissəsini  təşkil  edir  və  bu  sferanın  rəqabət 

qabiliyyəti də diqqətdən kənarda saxlana bilməz; 

• 

təkcə  daxili  bazar  üçün  istehsal  olunmuş  mallarla  məhdudlaşmır.Bəzi  istehlak  təyinatlı 



mallar  mövcuddur  ki,  yerli  istehsalçılar  onu  yalnız  xarici  bazarlar  üçün  istehsal  edirlər. 

İQİ səbəti bu kimi məhsulları da özündə əks etdirmir. 



Tərəfdaş ölkələr üçün İQİ əvəzinə XMPİ-dən istifadə olunması: 

• 

Tərəfdaş  ölkələrin  ixrac  qiymətləri  indeksi  hesablanarkən  (idxal  çəkili  REM  üçün)  məhz 



Azərbaycanın  idxal  etdyi  məhsulların  qiymət  dəyişməsi  götürülmüşdür. Tərəfdaş  ölkənin 

İQİ səbətində olan malların hamısını isə Azərbaycan idxal etmir; 

• 

Tərəfdaş ölkələrin idxal qiymətləri indeksi hesablanarkən (ixrac çəkili REM üçün) həmin 



ölkənin  bazarında  məhz  Azərbaycanın  ixrac  etdyi  məhsulların  qiymət  dəyişməsi 

götürülmüşdür.  Azərbaycanın  ixrac  mallarının  çeşidini  nəzərə  alaraq  İQİ  səbətinin 

götürülməsi ənənəvi metodologiyada xətaları daha da artırır. 

Xüsusi çəki 

• 

tərəfdaş   ölkələrdə   idxal   (ixrac)   qiymətləri   indeksi   hesablanarkən   ayrı-ayrı   malların 



Azərbaycanın ixracında (idxalında) xüsusi çəkisi əsas götürülmüşdür; 

•   


“zəncir   indeksi”ndən   fərqli   olaraq   “Törnqvist   indeksi”   istifadə   edilmişdir.Qiymət 

indeksləri  nəzəriyyəsinə  əsasən  simmetrik  indeks  hesab  olunan  Törnqvist  indeksi  daha 

çox  aksiomatik  və  stoxastik  meyarlara  cavab  verir  (IMF,  Manual  for  the  Export  and 

Import Price Indices, 2010). 

Bunlarla yanaşı mövcud metod aşağıdakı əsas çatışmazlığa malikdir: 

• 

ixrac   çəkili   REM   tərəfdaş   ölkənin   bazarında   yalnız   III   ölkələrdən   idxalla   rəqabət 



qabiliyyətini  göstərir.  Bu  problemin  aradan  qaldırılması  üçün  tərəfdaş  ölkələrin  idxal 

qiymətləri  ilə  istehsalçı  qiymətlərinin  kombinasiyasının  götürülməsinə  ehtiyac  vardır. 

Lakin, bütün tərəfdaş ölkələr üzrə istehsalçı qiymətlərinin  strukturuna dair  informasiyalar 

əldə edilə bilmədiyindən tədqiqat işində nəzərə alınmamışdır. 

 

 

 



1.4 Qravitasiya modeli

 

Məzənnənin   təsirinin   istehsalın   həcmində   necə   əks   olunduğunu   müəyyən   etmək 



məqsədilə  qravitasiya  modeli  qurulmuşdur.  Qravitasiya  modeli  xarici  ticarətdə  15  əsas  tərəfdaş 

 

 



 

 

 



 

 

 



Sektorun idxalı və ya ixracı = f 

Məzənnə – müvafiq sektor üzrə ikitərəfli real məzənnə 

Ticarət   sazişi– 

xarici   ticarət   üzrə   ikitərəfli   sazişin 

bağlanmış olduğu ölkələri əks etdirən dəyişən 

Nisbi  gəlir  səviyyəsi  –  Azərbaycan  və  tərəfdaş  ölkələr 

arasında iqtisadi artım fərqi 



Coğrafi   məsafə   –   Azərbaycan   və   tərəfdaş   ölkələr 

arasında  çoğrafi məsafə 



Oonşuluq- ticarət partnyoru ilə orta sərhəddin olması 

Yığı

m - investisiya balansı 

 

 



 

 

 



(1) 

 

 



 

 

139 




140 

 

ölkənin statistik məlumatlarını əhatə edən panel reqressiya metoduna əsaslanır. 



Məlumdur  ki,  istehsalın  həcminə  məzənnənin  əsas  təsir  kanalı  həmin  sektorun  idxal  və 

ixracıdır. Bu baxımdan məzənnənin ilk növbədə idxal-ixraca təsiri qiymətləndirilmişdir. 

 

 

2. Qiymətləndirmə



 

2.1. Sektorial təsnifat

 

Sxem 2 əsasında Azərbaycan üçün qiymətləndirmə aşağıdakı nəticələrin əldə olunmasına 



imkan vermişdir: 

 

Cədvəl 6. Sektorial təsnifat martisi və onun parametrləri

 

 

Aralıq idxalın 



 

 

Ixracın xüsusi 

 

 

FUNKSİONAL 



TƏSNİFAT 

Real  sektorun  sahələri 

(PRODCOM 

təsnifat 

sisteminin     2     rəqəmli 

Yerli 

malların 

istehlakd 

nisbəti 

 

yerli 



 

 

 



yerli 

çəkisi 

tərəfdaş 

ölkələrin 

kodlaşdırması) 

a xüsusi  ixraca  istehsal  istehsald 

idxalında 



çəkisi 



(×1000) 

Cəmi qeyri-neft sektoru 

47% 

1.29 

0.19 

16% 

12% 

1. 

ixracyönümlü/idxalla 

rəqabət aparan sektor 

14% 

1.22 

0.67 

55% 

18%

 

yerli məhsula əsaslanan 



kimya 

25% 


0.71 

0.41 


43% 

12% 


gətirilmə 

məhsula 


əsaslanan 

2.  idxalla  rəqabət  aparan 

sektor 

mebel, 


plastik 

və 


rezin, metallurgiya 

 

11% 



1.35 

0.96 


73% 

21% 


 

 

74% 



1.40 

0.11 

9% 

37% 

 

yerli məhsula əsaslanan 



bitkiçilik,  qeyri-metal 

mineralmaddələr 

 

77% 


0.90 

0.06 


8% 

54% 


gətirilmə 

məhsula 


əsaslanan 

ərzaq,   içkilər,   tütün, 

nəşriyyat məhsulları 

71% 


1.87 

0.17 


10% 

28%


 

 

3. yerli istehsal sektoru 

heyvandarlıq 

99% 

156 

0.13 

0.3% 

2% 

 

toxuculuq,   dəri,   ağac, 



4. idxal sektoru 

maş.-ma,  elektrik  avad, 

nəqliyyat vasitələri 

6% 

0.80 

0.44 

62% 

3% 

mənbə: AzDSK və Trademap məlumatları əsasında müəllif hesablamaları 

 

Real  sektorun  sahələri  funksional  olaraq  4  sektora  bölünmüşdür  (Cədvəl  1).  Hər  bir 



sektor  Miroudot,  Lanz,  &  Ragoussis,  (2009)  tərəfindən  təklif  olunmuş  metodologiya  əsasında 

müəyyənləşdirilmişdir.  Belə  ki,  əvvəldə  qeyd  olunmuş  metodologiyaya  əsasən  yerli  məhsulların 

istehlakda  xüsusi  çəkisi  90%-dən  artıq  olan  sektorlar  –  yerli  istehsal  sektoru  kimi  müəyyən 

olunmuşdur   və   bu   sektora   yalnız   heyvandarlıq   sektoru   aid   edilmişdir.   Yerli   məhsulların 

istehlakda  xüsusi  çəkisi  10%-dən  aşağı  olan  sektorlar  isə  idxal  sektoru  kimi  təsnifləşdirmişdir. 

Bu  sektora  isə  toxuculuq,  dəri  məmulatları,  ağac  emalı,  maşınqayırma,  elektrik  avadanlıqları  və 

nəqliyyat vasitləri kimi sahələr aid edilmişdir. 

 

Müəyyən  olunmuş  digər  iki  sektora  isə  uyğun  olaraq   yerli  məhsulların  istehlakda 



payının  10-90%  aralıqda  olan  real  sektorun  sahələri  aid  edilmişdir  və  hər  bir  sektor  –  yerli 


141 

 

məhsula  və  gətirilmə  məhsula  əsaslanan  sektorlar  adı  altında  təsnifləşdirilmişdir.  Miroudot, 



Lanz,  &  Ragoussis,  (2009)-un  müəyyən  etdiyi  metodologiya  əsasında  sektorların 

ixracyönümlüyünü  müəyyən  etmək  məqsədi  ilə  təsnifləşdirilmə  aparılmışdır.  Nəticədə      - 



ixracyönümlü/idxalla  rəqabət  aparan  sektor  və  idxalla  rəqabət  aparan  sektor  adı  altında 

funksional təsnifləşdirilmə müəyyənləşdirilmişdir (Cədvəl 1). 

Bundan  əlavə,  sektorial  təsnifatın  aparılması  daxili  istehlakın  idxal  komponentlərinin 

hesablanmasına da imkan vermişdir. 

 

(2) 


 

Lakin, ənənəvi praktikaya əsasən yerli istehlakda idxalın payı aşağıdakı kimi hesablanır: 

 

 

(3) 



 

 

Başqa sözlə, yerli istehlakı ifadə edən göstərici kimi PƏD götürülür. Lakin, burada kəsrin 



surəti istehsalçı qiymətlərinə, məxrəci isə istehlakçı qiymətlərinə əsaslandığından xəta baş verir: 

 

 



(4)

 

Təklif  edilən   yanaşmanın  metodoloji  üstünlüyü  ondan  ibarətdir  ki,   yerli  istehlak  da 



istehsalçı  qiymətlərinə  əsaslanır.  Hesablama  nəticəsində  müəyyən  olunmuşdur  ki,  istehlakda 

idxal mallarının payı baxılan dövrdə azalmışdır

33



 



 

2.2. Sahəvi REM-in hesablanması

 

 



Baxılan  dövr  ərzində  (2004-2009-cu  illər)  REM  bahalaşsa  da,  xarici  bazarlarda 

Azərbaycanın  qeyri-neft  ixracının  payı  əksinə,  artmışdır.  Bu  fakt  rəqabət  qabiliyyətinin 

ölçülməsinə yeni metodoloji prizmadan yanaşılmasını zəruri etmişdir. 

Tədqiqat  işi  çərçivəsində  alternativ  üsulla  hesablanan  sahəvi  REM  bu  məqamı  qismən 

aydınlaşdırmağa  imkan  vermişdir.  Hesablamalar  rəqabət  qabiliyyətinin  nisbi  sabit  qaldığını 

göstərmişdir.  Belə  ki,  baxılan  dövr  ərzində  ənənəvi  REM-lə  müqayisədə  ixracyönümlü  sektor 

üzrə hesablanmış  REM  26  faiz  bəndi,  idxalla rəqabət  aparan  sektor  üzrə  REM  isə 21  faiz  bəndi 

aşağı olmuşdur

34



 



İdxalla  rəqabət  aparan  sektorun  rəqabət  qabiliyyəti  qlobal  böhrana  qədərki  dövrdə  daha 

stabil  dinamikaya  malik  olmuşdur.  Bunun  başlıca  səbəbi  dünya  ərzaq  məhsulları  bazarlarında 

davamlı   bahalaşma   meyli   olmuşdur.   Bu   bahalaşma   revalvasiyanı   kompensasiya   etmiş   və 

nəticədə rəqabət qabiliyyəti sabit qalmışdır. 

Sahəvi  REM-in  trendinin  formalaşmasında  daxili  və  xarici  bazarlarda  qiymət  nisbəti 

əhəmiyyətli  rol  oynasa  da,  dispersiyanın  dekompozisiyası  göstərmişdir  ki,  sahəvi  REM-in 

dinamikasında  volatilliyin  başlıca  mənbəyi  nominal  effektiv  məzənnədir.  Digər  bir  mühüm 

məqam  ondan  ibarətdir  ki,  REM-in  yaratdığı  volatillik  effekti  ənənəvi  REM-lə  müqayisədə 

sahəvi REM-də daha böyükdür. 

İqtisadi  ədəbiyyatda  rəqabət  qabiliyyətinin  volatilliyinin  məcmu  buraxılışa  mənfi  təsiri 

haqqında birmənalı mövqe vardır (Bagellaa, Becchettia, & Hassan, 2004), (Boar, 2010), (Varela, 

 

 



33

Bu xüsusi çəkilər inflyasiyanın xarici amillərinin hesablanması zamanı mühüm əhəmiyyət kəsb edir. 

34

Tədqiqat  işi  çərçivəsində  yalnız ixracyönümlü  və idxalla rəqabət  aparan sektorlar  üzrə ayrılıqda sahəvi REM hesablanmışdır. 



Məzənnənin təsirinin az olduğunu nəzərə alaraq digər sektorlar üzrə REM göstərilməmişdir. 


142 

 

2007),  (Benhima,  2008).  Bu  hal  ticari  istehsalın  REM-in  volatilliyindən  daha  çox  təsirləndiyini 



göstərir. 

 

 



2.3 Emprik qiymətləndirmələr

 

Qiymətləndirmə  zamanı  panel  statistik  bazadan  istifadə  olunmuşdur.  Baza  2002-2009  cu 



illərdə 15 əsas ticarət tərəfdaşı üzrə idxal-ixrac, iqtisadi artım, məzənnə və s. məlumatları özündə 

cəmləşdirmişdir.  Asılı  dəyişən  kimi  modelə  ayrı-ayrı  tərəfdaş  ölkələri  ilə  idxal  və  ixracın  həcmi 

götürülmüşdür.  Hər  bir  dəyişən  həmin  sektor  üzrə  mövcud  qiymət  indeksi  vasitəsi  ilə  real 

ifadəyə gətirilmişdir. 

Qiymətləndirmə

35 


zamanı  müəyyən  olunmuşdur  ki,  idxalla  rəqabət  aparan  sektorda 

revalvasiya ilə idxalın artması arasında birbaşa əlaqə kifayət səviyyədədir (cədvəl 2). 

 

 

Cədvəl 7. Modelin nəticələri



 

 

dəyişənlər 



ə

msal- 

lar 

sərbəst dəyişən: idxalla rəqabət aparan sektor 

t-statistika 

95% 

etibarlıq intervalı 

 

sabit 

-10.67*** 

-2.73 


[-18.5  -2.8] 

real effektiv məzənnə 

1.55* 


1.88 

[-0.1 


3.2] 

qonşuluq 

2.93*** 


2.54 

[0.6 


5.2] 

R

0.26 


.99 

 

** *p<0.01, **p<0.05, *p<0.10 



 

İxracyönümlü    sektorda    isə    məzənnənin    təsiri    cüzi    olmuşdur.    Bunun    mümkün 

səbəblərindən  biri  bu  sektorun  getdikcə  daha  çox  gətirilmə  xammala  əsaslanmasıdır.  Başqa 

sözlə, bu sektor məzənnənin bahalaşdırıcı təsirlərini xarici xammala yönəlməklə aradan qaldırır. 

 

 

3. Nəticə



 

Məzənnənin  təsirinin  effektivliyinin  düzgün  qiymətləndirilməsi  üçün  real  sektorun 

funksional  təsnifatı  metodologiyasının  tətbiqi  daha  məqsədəuyğundur.  Bu  təsnifat  əsasında 

müəyyən olunmuşdur ki, yerli istehsalın məzənnəyə həssaslığı kifayət səviyyədədir. 

Son  illərdə  məzənnənin  dəyişim  dinamikası   aralıq  idxalın  (aralıq  və  kapital  təyinatlı 

mallar)  ucuzlaşmasına  şərait  yaradaraq  ixracyönümlü  sektorun  rəqabət  qabiliyyətinin 

qorunmasına təsir etmişdir. 

Ənənəvi  REM  ticari  sektorda  cari  rəqabət  qabiliyyətinin  dəyişməsi   haqqında  dolğun 

təəssürat  yaratmır.  Alternativ  metodologiya  ticari  REM-in  əhəmiyyətli  dərəcədə  aşağı  templə 

dəyişməsini göstərir. 

 

 

 



 

 

 



 

35 


Hausman (1978) testi vasitəsilə panel qiymətləndimə zamanı təsadüfi effektlərin nəzərə alınması münasib olduğu 

müəyyən olunmuşdur. 




143 

 

5.   Müzakirələr

 

Tədqiqat  işinin  aparılması  zamanı  müəyyən  olunmuş  çərçivədən  kənara  çıxan,  lakin 



gələcəkdə  araşdırılması  məqsədəuyğun  olan  bir  çox  mövzular  aşkarlanmışdır.  Bunlardan  biri 

məzənnənin qeyri-ticari sektora təsirinin qiymətləndirilməsindən ibarətdir. 

Bundan  başqa,  tədqiqat  işi  çərçivəsində  sektorial  bölgü  işinin  statistik  yükünü  nəzərə 

alaraq  PRODCOM  təsnifat  sistemi  2-rəqəmli  kodlaşdırma  əsasında  aparılmışdır.  Bu  bölgünün 

daha  geniş  təsnifatda,  başqa  sözlə  6-10  rəqəmli  kodlaşdırma  əsasında  aparılması  məqsədəuyğun 

olardı. 


Panel  modelləşdirmə  ilə  yanaşı  dinamik  sıralar  əsasında  reqressiya  modellərinin 

qurulması  və  nəticələrin  müqayisə  edilməsi  məqsədəuyğun  olardı.  Bu  məqsədlə  daha 

qısamüddətli zaman tezliyində (aylıq və ya rüblük) statistik sıralardan istifadə zəruridir. 

Funksional  təsnifatla  yanaşı  real  sektoru  kapital  və  əməktutumlu  sektorlar  olmaqla 

təsnifləşdirmək  və  məzənnənin  bu  sektorlara  təsirini  ayrıca  tədqiq  etmək  maraqlı  nəticələr  əldə 

etməyə  imkan  verərdi.  Bu  sektorların  məzənnəyə  müxtəlif  cür  adaptasiyası  haqqında  iqtisadi 

ədəbiyyatda müvafiq nəzəri müddəalar vardır. 

 

 

Ə



dəbiyyat

 

1.   Bagellaa, M., Becchettia, L., & Hassan, I. (2004). The anticipated and concurring effects 



of the EMU: exchange rate volatility, institutions and growth. Discussion paper of the 

Bank of Finland. 

 

2.   Benhima, K. (2008). Exchange Rate Volatility and Productivity Growth: the Role of 



Original Sin . 

 

3.   Boar, C. (2010). Exchange rate volatility and growth in Emerging Europe . 



 

4.   Bradford, C., & Branson, W. (1987). Trade and structural change in Pacific Asia. 

Chicago: National Bureau of Economic Research. 

 

5.   Hausman, J. A. (1978). Specification tests in Econometrics. Econometrica , 1251-1271. 



 

6.   IMF. (2010). Manual for the Export and Import Price Indices. IMF statistic manual . 

 

7.   Miroudot, S., Lanz, R., & Ragoussis, A. (2009). Trade in Intermediate Goods and 



Services. OECD Working Paper . 

 

8.   Varela, G. (2007). Real Exchange Rate Volatility and Output: A Sectoral Analysis 



 

9.   С.Смирнов, Е. Л. (2010). Курсовая политика как фактор изменения структуры 



российской экономики. Вопросы Экономики , 63-81. 

Yüklə 113,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə