Xülasə Tədqiqat işinin əsas məqsədi bank böhranlarının əvvəlcədən müəyyən edilməsi və



Yüklə 150,83 Kb.
Pdf görüntüsü
tarix23.11.2017
ölçüsü150,83 Kb.
#12160
növüXülasə


81 

 

 



 

 

 



Bank böhranları: qiymətləndirmə 

metododologiyaları

 

 



 

 

 



Asim Zülfüqarov, Orxan İsmayılov

 



82 

 

Xülasə 

 

Tədqiqat  işinin  əsas  məqsədi  bank  böhranlarının  əvvəlcədən  müəyyən  edilməsi  və 



qiymətləndirilməsi  məqsədi  ilə  istifadə  edilən  indekslərin  nəzəri  və  təcrübi  aspektlərinin 

araşdırılmasından  ibarətdir.  Tədqiqat  işində  beynəlxalq  təcrübədə  geniş  istifadə  edilən  dörd 

indeks  nəzərdən  keçirilmiş,  Azərbaycan  bank  sistemi  iki  indeks  vasitəsilə  qiymətləndirilmişdir. 

İndekslər  həm  standartlaşdırma,  həm də klassik  çəki  metodları  ilə  hesablanmışdır. Əldə edilmiş 

nəticələr Azərbaycan bank sisteminin stabil inkişaf mərhələsində olduğunu göstərir. 

 

 



 

Abstract 

 

The main purpose of this paper is to analyze theoretical and practical aspects of different 



indexes  used  as  banking  crisis  indicators.  Four  indexes  widely  used  in  international  experience 

have been reviewed  in this research paper. Two of these indexes have been implemented  for the 

purpose  of  risk  estimation  in  Azerbaijan  banking  system.  Indexes  ha  ve  been  valued  by 

standardization  and  classical  weight  methods.  Findings  show  that  Azerbaijan  banking  system  is 

in the stage of stable development. 

 

 



 

Açar sözlər:böhran, maliyyə sabitliyi, maliyyə dayanıqlılığı 

 

Key words: crisis, financial stability, financial sustainability 

 

 

 



 

 

Müəlliflərin e-maili: 



Asim_Zulfugarov@cbar.az 

Orkhan_Ismayilov@cbar.az

 



83 

 

Mündəricat

 

 

Giriş 



............................................................................................................................. 84 

 

1. Böhranlar və onların təsnifatı



...................................................................................... 85 

 

2. Bank böhranın əvvələcədən müəyyən edilməsi və qiymətləndirilməsi indeksləri 



.............. 86 

 

2.1. 



Maliyyə sağlamlığı indeksi ....................................................................................... 87 

 

2.2. 



Bank sektorunda stress indeksi ................................................................................. 88 

 

2.3. 



Bank sektorunun kövrəklik indeksi........................................................................... 89 

 

2.4. 



Bank sektorunun maliyyə dayanıqlığı indeksi .......................................................... 90 

 

3. Azərbaycan üçün bank böhranı indekslərinin qiymətləndirilməsi 



.................................. 91 

 

3.1. Azərbaycan bank sisteminin kövrəklik indeksi (BSKİ) ................................................ 91 



 

3.2. Azərbaycan bank sisteminin maliyyə dayanıqlılığı indeksi (BSMDİ).......................... 93 

 

4. 

Nəticə

........................................................................................................................ 94 

 

Ə



dəbiyyat

...................................................................................................................... 94 


84 

 

 



Giriş

 

 



 

Maliyyə  sabitliyinin  qorunması  və  idarə  olunması  hazırda  dünyada  ən  çox  müzakirə 

olunan  məsələlərdəndir.  Son  qlobal  iqtisadi  böhran  bank  sektorunun  dayanıqlığının 

qiymətləndirilməsinə xüsusi zərurətin olduğunu bir daha təsdiq etdi. 

 

Bir  çox  inkişaf  etməkdə  olan  ölkələrin  maliyyə  sektorlarının  dünya  maliyyə  sisteminə 



inteqrasiyası  onların  iqtisadi  inkişafına  mühüm  töhfələr  vermişdir.  Bununa  belə,  maliyyə 

risklərinin  idarə  olunmasında  boşluqlar  bəzi  ölkələrdə  dərin  bank  böhranına  və  son  nəticədə 

resessiyaya gətirib  çıxarmışdır. 

 

Bir  sıra  tədqiqatlar  müxtəlif  ölkələrdə  baş  vermiş  böhranların  ortaq  elementlərə  malik 



olmasını  göstərir.  XX  əsrin  sonlarından  etibarən  potensial  böhranların  mümkün  səbəblərini 

aradan  qaldırmaq  məqsədilə  böhranları  öncədən  müəyyən  etməyə  imkan  verən  modellər  və 

indekslər iqtisadi ədəbiyyatda geniş yayılmağa başladı. 

 

Cari   tədqiqat   işinin   əsas   məqsədi   də   məhz   bu   indekslərin   Azərbaycan   timsalında 



qiymətləndirilməsindən ibarətdir. 

 

Sənədin   strukturu   aşağıdakı   kimidir:   birinci   fəsildə   böhranların   nəzəri   əsasları 



verilmişdir.  İkinci  fəsildə  bank  böhranlarının  əvvəlcədən  müəyyən  edilməsinə  imkan  verən  və 

iqtisadi  ədəbiyyatda  geniş  yayılmış  4  indeksin  xarakteristikası  öz  əksini  tapmışdır.  Üçüncü 

fəsildə  isə  bu  indekslər  içərisində  ən  münasib  olan  2  indeks  Azərbaycan  bank  sisteminin 

timsalında qiymətləndirilmişdir. 




85 

 

 



1. Böhranlar və onların təsnifatı

 

 



XX əsrin sonlarında informasiya texnologiyalarının inkişaf etməsi ilə məlumatların daha 

sürətli və ucuz şəkildə ötürülməsi dövrü başlandı. Bu dövr məlumatların daha səmərəli istifadəsi, 

maliyyə   bazarlarında   yeni   alətlərin   yaranması,   ölkələr   arasında   maliyyə   inteqrasiyasının 

artmasını  dəstəkləmişdir.  Xüsusi  qeyd  etmək  lazımdır  ki,  XX  əsrin  son  iyirmi  ilində  maliyyə 

alətlərinin  çeşidləri,  maliyyə  bazarları  iştirakçılarının  sayı  əhəmiyyətli  artmışdır.      Maliyyə 

bazarlarının  həcmi  isə  nəzərə  çarpacaq  dərəcədə  artaraq  qlobal  ÜDM-i  üstələmişdir.  Bütün  növ 

məlumatları  gün  ərzində  24  saat  əldə  etmək  imkanı  olan,  mərkəzləri  məhdud  saylı  ölkədə 

cəmləşmiş qlobal maliyyə sistemi yaranmışdır. 

 

XX  əsrin  sonlarında  dünya   iqtisadiyatına   ciddi  təsir  edən   böhranlar  sırasında  1992- 



1993-cu illərdə Avropada valyuta böhranı, 1994-1995-ci illərdə Meksikada, 1997-1998-ci illərdə 

Şərqi  Asiya  ölkələrində,  1998-ci    ildə    Rusiyada,  1999-cu    ildə    isə    Braziliyada  baş  vermiş 

böhranları  qeyd etmək olar. 

 

2000-ci   illərdən   başlayaraq,   maliyyə   sistemi   və  dünya  iqtisadiyyatının   inkişafında 



yüksək  artım  templəri  müşahidə  olunurdu.  Lakin,  ABŞ-da  baş  vermiş  ipoteka  böhranı  surətlə 

vüsət  alaraq  ilk  növbədə  iqtisadiyyatı  inkişaf  etmiş  ölkələrin  maliyyə  sistemlərinə  ciddi  zərbə 

vurdu  və  iqtisadi  tənəzzülə  nəticələndi.    Böhran  demək  olar  ki,  bütün  dünya  bazarlarına  təsir 

etmişdir.  ABŞ-da  baş  vermiş  və  bütün  dünyanı  təsir  dairəsinə  alan  ipoteka  böhranı  XX  əsrin 

sonlarında baş vermiş digər böhranlardan daha güclü və daha uzunmüddətli olmuşdur (Şəkil 1). 

 

Şə



kil 1.Böhranın davametmə müddəti, rüblərlə

 

 



12 

 

10 



 

 



4,1 




 

 



 

 

 



6,6 


 

 

 



 

 

5,1 



 

 



 

 

 



 

 

 



1,3 


 

 

 



 

4,1 



 

10   9,5 



Black Monday 

(1987) 

Junk Bond 

(1989-1990) 

Meksika 

(1994-1995) 

Asiya, Rusiya 

(1997-1999) 

Internet şirkətləri 

(2000-2001) 

İ

poteka böhranı 

(2007-2009) 

 

Böhrandan əvvəlki səviyyədə gəlirlərin əldə edilməsinə qədər böhranın davam etməsi 



Böhranın ümumi davam etməsi 

 

 



Mənbə: М.Ершов, «Кризис 2008 года: момент истины для глобальной экономики и новые 

возможности для России», “Вопросы экономики», N 12, 2008, Институт экономики РАН; 

 

Qeyd: İpoteka Böhranının 2009-cu ilin ortalarına qədər davam etdiyi ehtimal edilmişdir. 



 

ABŞ  banklarından  sonra  Avropa  banklarında  da  problemlər   yaranmağa  başlamışdır. 

Fortis,  Hypo  Real  Estate,  Bradford&Bingley  və  digər  maliyyə  təşkilatları  Böyük  Britaniya, 



86 

 

Almaniya,  Belçika,  Hollandiya  və  s.  ölkələrdə  problemlərlə  üzləşmişdir.  Nəticədə  banklar  ya 



milliləşdirilmiş,  ya da onlara iri həcmli dövlət yardımları verilmişdir. 

 

Böhran  maliyyə  vasitəçiləri  və  maliyyə  bazarlarının  həssaslığının,  onların  risk 



zonalarının  qabaqcadan  müəyyən  olunması  və preventiv  tədbirlərin  görülməsi  məsələlərini  ciddi 

şəkildə  aktuallaşdırmışdır.  Bank  böhranının  əvvəlcədən  müəyyən  edilməsi  metodologiyası 

sırasında Kaminsky, Lizondo və Reinhart  (Kaminsky, 1999) tədqiqatını xüsusi qeyd etmək olar. 

Tədqiqat  işində 26 ölkənin 10 illik zaman sıraları əsasında böhranı əvvəlcədən müəyyən etməyə 

imkan  verən  siqnallar  metodu  təklif  edilmiş  və  qiymətləndirilmişdir.  Bu  təqdiqatda  M2/valyuta 

ehtiyatları, dövlət borcu/ÜDM, cari hesab defisiti/ÜDM nisbətlərindən və s. istifadə edilmişdir. 

 

Beynəlxalq  təcrübədə  geniş  nüfuza  malik  olan  digər  tədiqiqat  işi  Bussiere  və  Fratzscher 



(Bussière  Matthieu,  2004)  tərəfindən  aparılmışdır.  Tədqiqat  nəticəsində  böhranın  müəyyən 

edilməsində  real  effektiv  məzənnənin  xətti  trendindən  kənarlaşması,  özəl  sektora  kreditlərin 

ÜDM-də   payının   artması,   M2/valyuta   ehtiyatları   nisbəti   və   ixracın   artım   tempi   kimi 

göstəricilərin böhranın baş verməsində rolu qiymətləndirilmişdir. 

 

Ümumi  baxdıqda  isə  iqtisadi  ədəbiyyatda  böhranların  təsnifləşdirilməsi  aşağıdakı   kimi 



verilir: 

 

 



1)   Valyuta  böhranı. Ölkənin  milli  valyutasının  məzənnəsinin  kəskin  ucuzlaşması və 

beynəlxalq  valyuta  ehtiyatlarının  milli  valyutanın  məzənnəsinin      qorunması  üçün 

istifadəsi  fonunda  baş  verən  böhranlar  valyuta  böhranlarına  aid  edilir; 

2)   Bank  böhranları  bank  sisteminə  olan  inamın  azalması  fonunda  fiziki  və  hüquqi 

şəxslər  tərəfindən  kommersiya  banklarında  olan  depozitlərin  kütləvi  şəkildə 

çıxarılması   nəticəsində   likvidlik   probleminin  yaranması  ilə  müşayiət   olunur.  Bu 

zaman   dövlət   bank   sisteminin   vəziyyətinin bir qədər   yaxşılaşdırmaq   üçün   böyük 

məsrəflər   hesabına   iri   həcmli   müdaxilələr   etmək  məcbüriyyətində  qalır.  Zəruri 

anda   dövlət   tərəfindən   bank   böhranın      qarşısının      alınması      üçün      tədbirlər 

görülməzsə,   bu,  ölkənin   maliyyə   sistemi   üçün   daha   ağır   fəsadlarla   nəticələnə 

bilər; 


3)   Ödəmə sisteminin  fəaliyyətinin  hər  hansı  bir səbəbdən  iflic olmasından  irəli gələn və 

maliyyə  bazarlarında  pozulmalarla  xarakterizə  olunan  böhranlar  -  sistem    maliyyə 



böhranlarına  aid  edilir; 

 

4)   Ölkə  xarici  borclarını  ödəmək  iqtidarında  olmadığı  halda  yaranan  böhranlar   xarici 



borc  böhranlarına  aid  edilir. 

 

Məqalədə  əsasən  bank  böhranının  əvvəlcədən  müəyyən  edilməsi  və  qiymətləndirilməsi 



məsələləri müzakirə olunacaqdır. 

 

 



 

2. Bank böhranın əvvələcədən müəyyən edilməsi və qiymətləndirilməsi indeksləri

 

 



Bank böhranının müəyyən edilməsi məqsədilə ilk növbədə bank böhranını yarada biləcək 

risklər müəyyən edilməlidir (Şəkil 2). Şəkil 2-dən göründüyü kimi, bank böhranının baş verməsi 




87 

 

əsasən  üç  risk  faktorunun  (kredit  riski,  likvidlik  riski,  bazar  riski)  baş  verməsi  nəticəsində 



yaranır.  ABŞ-da  baş  vermiş  və  sonralar  bütün  maliyyə  bazarlarına  yayılmış  ipoteka  böhranı  hər 

üç  risk  amilinin  eyni  səviyyədə  əhəmiyyətli  olduğunu  bir  daha  sübut  etdi.  Bu  üç  risk  amilinə 

əlavə olaraq əməliyyat riskini də qeyd etmək olar. 

 

Şə



kil 2. Bank böhranını yarada biləcək risklər

 

 



 

 

Bank böhranı, 



öhdəliklərin yerinə 

yetirilməməsi, 

zərərlər 

 

 



 

 

Bazar riski 



Likvidlik riski 

Kredit riski 

 

 

 



 

Milli valyutanın 

dəyərdən düşməsi 

 

Xarici valyutada 



öhdəliklərin artımı 

 

Faizlərin artması, 



faiz marjının 

kəskin azalması 

 

Bankların səhm 



indeksində və bank 

istiqrazları üzrə 

spredin dəyişməsi 

 

Bankdan depozit 



qaçışı 

Kreditlərin kəskin 

atımı, 

konsentrasiyası və 



ya qeyri- işlək 

kreditlərin artımı 

 

 

 



Mənbə: müəllif tərəfindən hazırlanmışdır 

 

 



 

2.1.  Maliyyə sağlamlığı indeksi

 

 



Bank  böhranının  müəyyən  edilməsi  məqsədilə  bəzi  ölkələrdə  (məs.  Türkiyə  və  İsveçrə) 

bank  sisteminin  dayanıqlığını   və  sağlamlığını   müəyyən  edən   indekslərdən  istifadə  olunur. 

Türkiyə  Mərkəzi  Bankı  tərəfindən  istifadə  olunan  maliyyə  sağlamlığı  indeksi    (TCMB,  2007) 

(MSİ)  bank  sisteminin  sağlamlığını  müəyyən  etmək  üçün  istifadə  olunur.  Bu  məqsədlə  bank 

sisteminin qarşılaşdığı riskləri və zəif nöqtələri müəyyən etmək üçün müvafiq əmsallar müəyyən 

olunur və hər bir əmsalın çəkisi nəzərə alınmaqda indeks hesablanır. 

 

İndeksin  hesablanması  zamanı  aktivlərin  keyfiyyəti,  likvidlik,  məzənnə,  faiz  riskləri, 



mənfəətlilik  və  kapital  adekvatlığını  əks  etdirən   altı  alt  indeksdən  istifadə  olunur  (cədvəl  2). 

MSİ bu altı alt indeksin orta qiyməti olaraq müəyyən edilir. 

 

Cədvəl 1. Maliyyə sağlamlığı indeksinin dəyişənləri

 

 



 

Maliyyə sağlamlıq göstəricisi 

İndeksə

 təsiri 

Çəki 

 

Aktivlərin 



keyfiyyəti 

Qeyri işlək kreditlər/cəmi kredit 

neqativ 

0.33 


Qeyri işlək kreditlər/kapital 

neqativ 


0.33 

Sabit aktivlər

17

/cəmi aktivlər 



neqativ 

0.33 


Lİkvidlik 

Likvid aktivlərin

18

/cəmi aktivlərə nisbəti 



pozitiv 

0.40 


 

 

17 



Sabit  aktivlər (fixed assets) -  İnvestisiyalar, qiymətli dəyərlər və qeyri-işlək kreditlər. 

18 


Likvid aktivlər – Nağd vəsaitlər, mərkəzi banka olan tələblər və əks repo aktivləri ifadə edir. 


88 

 

 



 

3  aydan  yuxarı  aktivlər/  3  aydan  yuxarı 

passivlər 

pozitiv 


0.60 

 

Məzənnə riski 

Balans   daxili   açıq   valyuta   mövqeyi   / 

kapital


19

 

neqativ 



0.50 

Cəmi açıq valyuta mövqeyi / kapital 

neqativ 

0.50 


 

 

 



 

Faiz riski 

(1    aya    qədər    faizə    həssas    manatla 

aktivlər   –   1   aya   qədər   faizə   həssas 

manatla passivlər) / kapital 

neqativ 

0.50 


(1 aya qədər faizə həssas xarici valyutada 

aktivlər – 1 aya qədər faizə həssas xarici 

valyutada passivlər) / kapital 

neqativ 


0.50 

 

Mənfəətlilik 

ROA 

pozitiv 


0.50 

ROE 


pozitiv 

0.50 


Kapital 

adekvatlılığı 

Sərbəst kapital

20 

/ cəmi aktivlər 



pozitiv 

0.50 


Kapital adekvatlıq əmsalı 

pozitiv 


0.50 

Mənbə: Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı, maliyyə sabitliyi hesabatı, 2007 

 

 

 



2.2. Bank sektorunda stress indeksi

 

 



İsveçrə  Mərkəzi  Bankı  (Swiss  National  Bank,  2007)  tərəfindən  istifadə  olunan  indeks 

bank  sektorunda  stress  indeksi  adlandırılır.  Bu  indeks  hər  hansı  bir  tarixə  bank  sistemində  olan 

stress  səviyyəsini  müəyyən  edir.  BSSİ  indeksi  bazar  və  balans  məlumatlarının,  nəzarət  orqanı 

məlumatlarına  əsasən  hesablanır.  İndeks  aşağıdakı  stress  simptomları  nəzərə  almaqla   müəyyən 

edilir: 

 

-  bankların səhm indeksində azalma; 



-  bank istiqrazları üzrə spredin dəyişməsi; 

-  banklararası depozitlərdə azalma; 

-  bankların mənfəətliyinin azalması; 

-  bank kapitalının azalması; 

-  bankların  aktivlər  üzrə  potensial   itkiləri  qarşılamaq   məqsədilə   yaradılan  ehtiyatların 

həcminin artması; 

-  tənzimləyici  orqanının  nəzarətində  olan  bank  aktivlərinin  payı  (qeyri-işlək,  problemli 

kreditlər və s.); 

-  bank filiallarının sayının azalması. 

 

Hər hansı  bir stress  simptomunun  intensivliyi stress  indeksinin səviyyəsini  artırır.  İndeks 



tarixi  orta  qiymətdən  standart  kənarlaşmasının  hesablanması  metodu  ilə  müəyyən  edilir.  Hər bir 

simptom  indeksə  müvafiq  çəkin  nəzərə alınmaqla  daxil  edilir.  İndeksin  pozitiv  (neqativ) olması 

stresin tarixi orta qiymətdən yüksək (aşağı) olmasını göstərir. 

 

 



 

19

Kapital – Məcmu kapitalı ifadə edir. 



20 

Sərbəst kapital – Kapital məbləğindən sabit aktivlərin (fixed assets) çıxılması ilə hesablanır. 




89 

 

2.3. 



Bank sektorunun kövrəklik indeksi

 

 



Bank  sektorunun  kövrəklik  indeksi  (BSKİ)  bankın  qarşılaşdığı  risklərə qarşı  həssaslığını 

qiymətləndirmək,  bankın  kövrəklik  dərəcəsini  müəyyən  etmək  məqsədilə  istifadə  olunur 

(Kibritçioğlu,  2003).  Bunun  üçün  ilk  öncə  risklərin  artmasını  stimullaşdıran  indikatorlar  təyin 

edilir.  İndeksin    hesablanmasında    qeyd  olunmuş  risklərə  birbaşa  təsir  edən  3  indikatordan 

istifadə olunur: 

 

bank depozitləri; 



ev təsərrüfatlarına verilmiş kreditlər; 

bankların xarici borcu. 

 

Bu  3  indikator  müvafiq  olaraq  likvidlik,  kredit  və  məzənnə  risklərinin  dəyişməsini  əks 



etdirir.  Başqa  sözlə,  bu  indikatorların  kəskin  dəyişməsi  istənilən  ölkənin  bank  sektorunun 

kövrəkliyinə  dəlalət  edir.  İqtisadi  risklər  nəzərə  alınaraq  bankların  böhrana  qarşı  kövrəkliyini 

ölçən BSKİ indeksinin düsturu aşağıdakı kimidir: 

 

 



 

 

 



 

 

Burada, 



 

BSF3 - bank sektorunun kövrəklik indeksi, mütləq ifadədə; 

LCPS – özəl sektora kreditlər, mütləq ifadədə; 

LFL – xarici borc üzrə öhdəliklər, mütləq ifadədə; 

LDEP – əhalinin əmanətləri, mütləq ifadədə; 

CPS – özəl sektora kreditlərin illik dəyişməsi, %; 

 

FL – xarici borc üzrə öhdəliklərin illik dəyişməsi,%; 



 

DEP – əhalinin əmanətləri göstəricilərin illik dəyişməsi, %; 

 

μ və σ – göstəricilərin müvafiq olaraq orta riyazi qiyməti və standart 



kənarlaşmasıdır. 


90 

 

(2),  (3)  və  (4)  düstürlarında  indikatorlar  12  aylıq  nisbi  (faiz)  dəyişmə  ilə   göstərilir.  12 



aylıq  faiz  dəyişməsinin    istifadəsi  hesablama  zamanı  bir  sıra  mənfi  təsirlərdən  kənarlaşmaq 

imkanı verir: 

 

   


mövsümi yayınmaların qeyri-adekvat təsirlərinin kənarlaşdırılması; 

 

     



aylıq  dəyişmənin  istifadə  edilməsi  halında  yarana  biləcək  səhv  interpretasiyalardan 

uzaqlaşmaq.  Belə  ki,  bank  böhranları  orta  və  uzunmüddətli  proseslər  nəticəsində 

yaranır  və  dəyişənlərin  aylıq  dəyişməsinin  hər  hansı  bir  siqnal  verə  bilməsi  ehtimalı 

azdır. 


 

BSKİ  indeksi  bank  sistemindəki  yüksəlmə  və  enmə  dövrlərini  müşahidə  etmək  üçün 

istifadə olunur.  Onun  müəyyən  olunmuş  dövr üçün  orta  qiyməti  0-a bərabərdir.  BSKİ-nin  0-dan 

əhəmiyyətli dərəcədə kənarlaşması  baş  verməyənədək   bank sistemində qısamüddətli dövr üçün 

hər  hansı  bir  böhranın  baş  verəcəyi  ehtimal  olunmur.  Kövrəklik  indeksində  baş  verən  enmələr 

heç  də  həmişə  bank  sistemində  böhranın  baş  verməsi  demək  deyil.   Bu  səbəbdən  indeks  üçün 

orta və yüksək kövrəklik həddləri müəyyən olunmuşdur. BSKİ-nin: 

 

   



(-0.5; 0) intervalında  dəyişməsi bank sistemi orta kövrəklik; 

 

   



(0;  0,5)  intervalında  dəyişməsi  bank  sisteminin  yüksək  artım  tempi  ilə  inkişaf  etməsi  və 

potensial risklərin akkumulyasiyası; 

 

   


[0.5;  və  yuxarı)  intervalında  dəyişməsi  bank  sistemində  hərarətlənmə  və  köpüklərin 

yaranması; 

 

   


[-0.5;  və  aşağı)  intervalında  dəyişməsi  yüksək  kövrəklik  və  risklərin  reallaşmasının 

ehtimalının yüksək olması deməkdir. 

 

 

 



2.4. Bank sektorunun maliyyə dayanıqlığı indeksi

 

 



Bank  sektorunun  maliyyə  dayanıqlığı  indeksi  (BSMDİ)  əsasında  bank  sektorunda 

monitorinqi  aparılır  (Центральный  Банк  Казахстана,  2008).  İndeksin  hesablanması  üçün  bank 

sisteminin  cari  vəziyyətini  əks  etdirən  göstəricilər  istifadə  olunur.  Hesablama  zamanı  bank 

sisteminin  daha  çox  həssas  olduğu  risklər nəzərə  alınır.  İstifadə  edilən  göstəricilər  aşağıda qeyd 

olunmuş qruplara bölünür: 

 

   



Kapital   səviyyəsini   əks   etdirən   göstəricilər   –  bank   kapitalının   adekvatlıq   səviyyəsi. 

Kapital üzrə normativ tələblərə riayət olunması qiymətləndirilir; 

 

   


Likvidlik risklərini əks etdirən göstəricilər – müştərilər qarşısında cari öhdəliklərin yerinə 

yetirilməsi məqsədi ilə bankda likvid aktivlərin səviyyəsi qiymətləndirilir; 

 

   


Rentabellik  göstəriciləri  –  rentabellik  göstəricilərini  təhlil  edərək  bankın  mənfəətliyi 

qiymətləndirilir; 




91 

 

   



Aktivlərin  keyfiyyətini  əks  etdirən  göstəricilər  -  bankın  fəaliyyətində  kreditləşmə  bankın 

əsas  gəlir  mənbəyidir  və  kredit  portfelinin  pisləşməsi  bankın  sabit  artımına  mənfi  təsir 

edir; 

 

   



Bazar riskləri üzrə göstəricilər – valyuta məzənnəsinin və faiz dərəcələrinin dəyişməsinin 

təsirinin qiymətləndirilməsi. 

İndeksin    dəyişənlərinin    (simptomların)    təsiri    standartlaşdırılma

21       

üsulu    ilə 

qiymətləndirilir. Hər dəyişən standartlaşdırıldıqdan sonra indeks əsasən çəkisiz olaraq hesablanır 

(Acar, 2007). 

 

Göstəricilərə   dair   kritik   həddlər   statistik   üsüllara   və   beynəlxalq   təcrübəyə   əsasən 



müəyyən olunur və verilmiş limitlərdən kənarlaşmalar risklərin azalıb və ya artmasını əks etdirir. 

Hər qrup  üzrə ümumiləşdirilmiş  nəticə  göstəricilərin orta ölçülmüş  qiyməti  əsasında  hesablanır. 

İndeks indikator qruplarının orta riyazi qiyməti kimi hesablanır. 

 

Ümumi indeks aşağıdakı intervallarda dəyişir: 



  (1; 1.5) intervalında – sabit; 

   


[1.5; 2)  – normal (orta risk səviyyəsi); 

 

   



[2; 2.5) qənaətbəxş (risklərin artımı müşahidə olunur); 

 

   



[2.5; 3) - qənaətbəxş (risklərin yüksək səviyyədə olması müşahidə olunur); 

  [3; 3.5) - qeyri-sabit; 

   

[3.5; və yuxarı)  bank sisteminin vəziyyəti təhlükəli kimi qiymətləndirilir. 



 

 

 



3. Azərbaycan üçün bank böhranı indekslərinin qiymətləndirilməsi

 

 



3.1. Azərbaycan bank sisteminin kövrəklik indeksi (BSKİ)

 

 



Tədqiqat zamanı Azərbaycan bank  sistemi üçün BSKİ hesablanmış və qiymətləndirmələr 

aparılmışdır  (Şəkil  3).  Qlobal  böhranın  təsirlərinin  nəzərə  almaq  məqsədi  ilə  indeksin 

qiymətləndirməsi    2007-ci    ilin    əvvəllərindən    aparılmışdır.    İndeksin    qurulması    zamanı 

Azərbaycan  bank  sisteminin  aktivlərinin  75%-ni  təşkil  edən  bankların  göstəricilərindən  istifadə 

edilmişdir. 

 

 



 

 

 



 

 

 



 

 

 



21

Standartlaşdırma - hər bir dəyişənin orta qiymətindən fərqinin dəyişmələrin standart kənarlaşmasına bölünməsi ilə hesablanır. 




92 

 



III 


IV 



Şə



kil 3. Azərbaycan bank sisteminin kövrəklik indeksi

 

 



0,6 

 

0,5 

 

0,4 

 

0,3 

 

0,2 

 

0,1 

 

-1E-15 

 

-0,1 

 

-0,2 

 

-0,3 

 

-0,4 

 

-0,5 

 

-0,6 

 

Mənbə: müəlliflər tərəfindən hazırlanmışdır. 

 

 

Qiymətləndirilmiş BSKİ əsasən Azərbaycan  bank sisteminin  inkişafını 5  fazaya   bölmək 



mümkündür: 

I faza - Yüksək templi inkişaf və risk potensialının formalaşması; 

II faza - Orta səviyyəli templə inkişaf və potensial risklərin yenidən 

qiymətləndirilməsi; 

III faza – Qlobal böhranın banklara psixoloji təsiri, xarici borclanmanın 

məhdudlaşması və banklar tərəfindən inkişaf strategiyalarının yenidən nəzərdən keçirilməsi; 

IV faza - Risklərin  çevik  tənzimlənməsi; 

V faza -Maliyyə dayanıqlığı. 

I-ci fazada (2007-ci il və əvvəlki dövrlər) Azərbaycan iqtisadiyyatı  yüksək templə inkişaf 

etmiş,   həm  neft,  həm də qeyri-neft sektorunda ikirəqəmli artım templəri  müşahidə olunmuşdur. 

Ölkənin  xarici  mövqeyi  yaxşılaşmış,  tədiyyə  balansının  cari  hesabında  profisit  yaranmışdır. 

Əhalinin pul gəlirləri və məşğulluq səviyyəsində də əhəmiyyətli artım müşahidə olunmuşdur. 

Sürətlə inkişaf edən  iqtisadiyyat bank sektorunun  maliyyə  vasitəçiliyinin genişlənməsinə, 

bank  xidmətlərinə çıxış  imkanlarının  və  xidmətlərdən istifadənin artmasına  imkan vermişdir. Bu 

illərdə  bank  sektorunun  daxili  və  xarici  resurs  bazası  artmış,  iqtisadiyyatın  real  sektorunun 

kreditləşməsində  yüksək  artım  templəri  müşahidə  olunmuşdur.  2007-ci  ilin  sonlarından 

başlayaraq isə banklar potensial risklərdən uzaqlaşmaq mövqeyinə üstünlük verməyə başladılar. 

II-ci  fazada,  artıq  2008-ci  ilin  əvvəllərindən  dünya  maliyyə  bazarlarında  baş  vermiş 

böhran dünyada investorların “risk iştahasının” dəyişməsinə  səbəb olmuşdur. Bu şəraitdə   xarici 

mənbələrdən 

vəsaitlərin 

cəlb 


edilməsi 

imkanları 

məhdudlaşmışdır. 

Bu, 


banklarda 

yenidənmaliyyələşdirmə  və  likvidlik  risklərini  aktuallaşdırmışdır.  Nəticədə  bank  sistemi  riskləri 

yenidən qiymətləndirmiş və orta səviyyəli templə inkişaf zonasına daxil olmuşdur. 



93 

 

III-cü  fazada,  bankların  qlobal  böhrandan  psixoloji  təsirlənmə  prosesi  ilə  xarakterizə 



olunur.  Bu  dövrdə kredit  portfelinin  artımında  yumşalma olsa da,  kredit  portfelində  ciddi  mənfi 

dəyişikliklər  baş   verməmiş   və  indeks  kritik  həddi  (-0,5)  aşmamışdır.  Burada  Azərbaycan 

Mərkəzi Bankı (AMB) tərəfindən həyata keçirilən prudensial siyasətin xüsusi rolunu qeyd etmək 

lazımdır. 

Qlobal böhranın iqtisadiyyata və bank sisteminə mənfi təsirlərini  yumşaltmaq üçün AMB 

uçot  dərəcəsini  və  məcburi  ehtiyat  normasını  azaltmış,  bankların  xarici  öhdəliklərini  məcburi 

ehtiyat  normasından  azad  etmişdir.  Nəticədə  əhalinin  banklara   etimadı  qorunub  saxlanılmış  və 

kredit portfelinin keyfiyyətin pisləşməsi müşahidə olunmamışdır. Banklar bu dövrdə  yeni inkişaf 

strategiyalarını nəzərdən keçirmiş və artım templərini bərpa etməyə başlamışlar. 

 

IV-cü  fazada,  banklar  əsas  səylərini  AMB-in  həyata  keçirdiyi  tədbirlər  və  tövsiyyələri 



əsasında      risklərin   çevik    tənzimlənməsinə  və    potensial    risklərə   qarşı    maliyyə   buferinin 

möhkəmləndirilməsinə  yönəltmişlər.  III-cü  və  IV-cü  fazada  mümkün    itkilər  üzrə    bankların 

maliyyə   ehtiyatlanması   artırılmış,  AMB  tərəfindən  sistem  əhəmiyyətli   və   ayrı-ayrı   banklar 

üzrə  fərdi  stabilləşdirmə  proqramları  hazırlanmış və uğurla həyata  keçirilmişdir. 

 

V-ci fazada, qlobal böhran fonunda bank   sistemi   yüksək  maliyyə dayanıqlılığı nümayiş 



etdirərək öz inkişafını davam etdirmişdir. Artıq bu dövrdə bank sektorunun   likvidlik   və kapital 

adekvatlığı göstəriciləri   tələb olunan normanı üstələmişdir.   Bank   aktivləri, iqtisadiyyata kredit 

qoyuluşları və əhalinin əmanətlərinin artım templərində yüksəlmə müşahidə olunmuşdur. 

Beləliklə,  BSKİ  göstərir  ki,  qlobal  böhranın  pik  dövründə  belə,  Azərbaycan  banklarının 

kövrəkliyi qəbul olunmuş normalar çərçivəsində olmuşdur. 

 

 



3.2. Azərbaycan bank sisteminin maliyyə dayanıqlılığı indeksi (BSMDİ)

 

 



Tədqiqat  zamanı  Azərbaycan  bank  sistemi  üçün  hesablanan  ikinci  indeks  BSMDİ-dir. 

Şəkil 4-dən göründüyü kimi, qlobal böhran dövründə indeks 1.5-2.0 arasında olmuşdur. İndeksin 

2.0 həddini  aşması  baş  versə idi  belə,  bank sisteminin  maliyyə  dayanıqlılığı  yenə də qənaətbəxş 

olardı, baxmyaraq ki, bu zaman potensial risklər artmış hesab olunur.  Beləliklə, bu indeks qlobal 

böhran zamanı Azərbaycan  bank  sisteminin dayanıqlı olmasını nümayiş etdirir. 



94 

 

3



1

/1

2/

2

 

 



2

9

/0

2/

2

 

 



3

0

/0

4/

2

 

 



3

0

/0

6/

2

 

 



3

1

/0

8/

2

 

 



3

1

/1

0/

2

 

 



3

1

/1

2/

2

 

 



2

9

/0

2/

2

 

 



3

0

/0

4/

2

 

 



3

0

/0

6/

2

 

 



3

1

/0

8/

2

 

 



3

1

/1

0/

2

 

 



3

1

/1

2/

2

 

 



2

8

/0

2/

2

 

 



3

0

/0

4/

2

 

 



3

0

/0

6/

2

 

 



3

1

/0

8/

2

 

 



3

1

.1

0

.2

0

 

 



3

1

.1

2

.2

0

 

 



2

8

.0

2

.2

0

 

 



3

0

/0

4/

2

 

 



3

0

/0

6/

2

 

 



3

1

/0

8/

2

 

 



3

1

.1

0

.2

0

 

Şə



kil 4. Azərbaycanda bank sistemi maliyyə dayanıqlığı indeksinin dinamikası

 

 



4 

 

3,5 

 

3 

 

2,5 

 

2 

 

1,5 

 

1 

 

0,5 

 

0 

 

 



 

 

 



Mənbə: müəlliflər tərəfindən hazırlanmışdır. 

 

 



 

4. Nəticə

 

Tədqiqat  zamanı  Azərbaycan  bank  sisteminin  inkişaf  mərhələlərinə  ayrı-ayrılıqda 



baxılmış,  riskləri  qiymətləndirmək  üçün  BSMDİ  və  BSKİ  hesablanmış  və  qiymətləndirmələr 

aparılmışdır. 

 

Qiymətləndirmə  göstərmişdir  ki,  qlobal  böhran  dövründə  Azərbaycan  bankları  kifayət 



qədər  maliyyə  buferinə  və  risklərini  absorbsiya  etmək  qabliyyətində  olmuşlar.  Burada  Mərkəzi 

Bankın preventiv prudensial siyasəti mühüm rol oynamışdır. 

 

 

Ə



dəbiyyat

 

1.   Azərbaycan Respublikası Mərkəzi Bankı. (2007). İllik hesabat. Bakı: Azərbaycan 



Respublikası Mərkəzi Bankı. 

 

2.   Acar, M. U. (2007). Bankacılık Sektöründe Yüksek Risk Alımı ve Baskı İndeksleri. 



Finans Politik & Ekonomik Yorumlar , 6-7. 

 

3.   Azərbaycan Respubliksı Mərkəzi Bankı. (2009). İllik hesabat. Bakı: Azərbaycan 



Respubliksı Mərkəzi Bankı. 

 

4.   BDDK, B. D. (2008, August 3). ABD Mortgage Krizi. Çalışma Tebliği , pp. 15-18. 



 

5.   Bussière Matthieu, M. W. (2004, May 14). Currency Mismatch, Uncertainty and Debt 

Structure. European Central Bank, European University Institute , pp. 5-10. 



95 

 

6.   Hurriyet qəzeti. (2008, 14 October). Küresel Kriz. İstanbul, Türkiye: Dogan Yayin 



Holding. 

 

7.   Kaminsky, G. (1999). The twin crises:The causes of banking and balance of payments 



problems. Munich Personal RePEc Archive , 16-20. 

 

8.   Kibritçioğlu, A. (2003). Monitoring Banking Sector Fragility . The Arab Bank Review , 



1-16. 

 

9.   Swiss National Bank. (2007). Financial Stability Report. Zurich: Swiss National Bank. 



 

10. TCMB, C. B. (2007). Financial Stability Report. Ankara: Türkiyə Mərkəzi Bankı. 

 

11. М.Ершов. (2008, N 12). «Кризис 2008 года: момент истины для глобальной 



экономики и новые возможности для россии». “Вопросы экономики», Институт 

экономики РАН , 6-7. 



 

12. Центральный Банк Казахстана . (2008). Отчет о Финансовой Стабильности 



Казахстана. Астана: Центральный Банк Казахстана . 

Yüklə 150,83 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə