Xülasə Tədqiqatın məqsədi Azərbaycanda informasiya iqtisadiyyatı quruculuğunun tarixi aspektdən tədqiq



Yüklə 165,64 Kb.
Pdf görüntüsü
səhifə1/6
tarix08.10.2017
ölçüsü165,64 Kb.
#3671
növüXülasə
  1   2   3   4   5   6


139



İNFORMAsİyA İQtİsADİyyAtI



4(130)/2016

Xülasə

Tədqiqatın məqsədi – Azərbaycanda informasiya

iqtisadiyyatı quruculuğunun tarixi aspektdən tədqiq

olunması,  bu  sahədə  mövcud  vəziyyət  qiymət -

ləndirilməsi və onun inkişafının başlıca meyilləri

əsaslandırılması.

Tədqiqatın metodologiyası – sistemli yanaşma,

amili və müqayisəli təhlil.



Tədqiqatın  nəticələri  – Azərbaycanda  infor-

masiya iqtisadiyyatı və informasiya cəmiyyəti qu-

ruculuğu retrospektiv və perspektiv təhlil edilmiş və

qiymətləndirilmişdir.



Tədqiqatın  məhdudiyyətləri  – məhdudiyyətlər

nə zərdə tutulmamışdır.



Tədqiqatın praktiki əhəmiyyəti – Azərbaycanda

informasiya  kommunikasiya  texnologiyaları  və

yüksək  texnologiyalar  sahəsində  araşdırmalar  və

işləmələrdə tətbiq imkanlığı.



Tədqiqatın orijinallığı və elmi yeniliyi – Azər-

baycanda informasiya kommunikasiya texnologi -

yaları və yüksək texnologiyalar qarşılıqlı əlaqədə

təhlili və qiymətləndirilməsi.



Açar  sözlər: informasiya  iqtisadiyyatı,  infor-

masiya  kommunikasiya  texnologiyaları,  yüksək

texnologiyalar, elektron hökumət.

UOT 330:004 (479.24)

AZƏRBAyCANDA İNFORMAsİyA

İQtİsADİyyAtI QuRuCuluĞu:

tARİXİ AsPEKt, MÖVCuD VƏZİyyƏt

VƏ İNKİŞAF MEyİllƏRİ

səh. 139-158

Hacızadə Mahmud 

Elşən oğlu

dissertant

Azərbaycan Respublikası 

İqtisadiyyat Nazirliyi,

İqtisadi İslahatlar Elmi Tədqiqat 

İnstitutu

AZ 1073, İnşaatçılar prospekti, 4.

mahmud@hajizada.com

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com



1. Giriş

Müasir dünyada cərəyan edən siyasi-iqtisadi proseslər və texnoloji irəliləyişlər

göstərir ki, ölkələrin gələcək perspektivləri informasiya və yüksək texnologiyaların

inkişaf səviyyəsi ilə xarakterizə olunacaqdır. Bunun üçün də müasir iqtisadi inkişafı

özünün  strateji  hədəf  seçən  hər  bir  ölkə  bu  texnologiyaların  tətbiqinin  geniş -

ləndirilməsini daim diqqətdə saxlayır və informasiya iqtisadiyyatı, həmçinin infor-

masiya  cəmiyyəti  quruculuğunda  irəliləyişləri  təmin  edir.  Azərbaycanda  da

informasiya iqtisadiyyatı quruculuğu istiqamətində mühüm işlər görülür. Bu baxım-

dan ölkədə informasiya iqtisadiyyatının təşəkkülünün səciyyəvi cəhətlərini və inkişaf

xüsusiyyətlərini elmi aspektdən xarakterizə etmək mühüm əhəmiyyət kəsb edir. Bu

hər şeydən əvvəl həm də ondan irəli gəlir ki, informasiya iqtisadiyyatının təşəkkülü

yeni iqtisadi münasibətləri formalaşdırır və iqtisadi inkişafa təkan verir. İnformasiya

iqtisadiyyatı həm də aparıcı elmi tədqiqat sahələrindən biri olaraq daim təkmilləşir

və inkişaf edir. Araşdırmalar göstərir ki, gənclik cağlarını yaşamasına baxmayaraq,

informasiya iqtisadiyyatı sahəsində çox mühüm tədqiqatlar yerinə yetirilmiş və

sahənin konseptual bazası xeyli genişləndirilmişdir. Bütün bunları nəzərə alaraq

məqalədə Azərbaycanda informasiya iqtisadiyyatı quruculuğu tarixi aspektdən tədqiq

olunur  onun  mövcud  vəziyyəti  qiymətləndirilir  və  inkişafının  başlıca  meyilləri

əsaslandırılır.

2. İnformasiya iqtisadiyyatı quruculuğu: tarixi aspekt

Azərbaycanda informasiya iqtisadiyyatının formalaşması tarixi bazar iqtisadiyyatı

inkişaf etmiş ölkələrlə müqayisədə nisbətən gəncdir. Lakin bu o demək deyil ki,

Azərbaycan ötən əsrin 60-70-ci illərində qlobal dünyada gedən müvafiq proseslərdən

xəbərsiz qalmışdı. Tarixə nəzər saldıqda görərik ki, elektron-hesablayıcı maşınlarla

bağlı elmi işləmələr, onların təhsil sistemində tədrisi və hətta istehsalı üzrə təcrübə

müvafiq dövrdə Azərbaycanda da təşəkkül tapmışdır. Belə ki, həmin zamanlarda

res publikada idarəetmə prosesinin ümumi qanunauyğunluqları, informasiyaların

müxtəlif sistemlərə - maşınlara, canlı orqanizmlərə və ya cəmiyyətə ötürülməsini

tədqiq edən elm - kibernetika sahəsində əməli tədqiqatlar və institusional tədbirlər

həyata keçirilmişdir. Kibernetika sahəsində Azərbaycanda bu ilk tədqiqatlar 1952-

ci  ildə  Azərbaycan  Elmlər  Akademiyasının  (indiki  AMEA)  Neft  ekspedisiyası

nəzdində Elektromodelləşdirmə laboratoriyasında başlanmışdır. O, illərdə həmin

laboratoriyada quraşdırılmış şəbəkə modellər maşını neft laylarındakı müxtəlif pros-

eslərin modelləşdirilməsi, süzülmə nəzəriyyəsi və neft yataqlarının əlverişli işlən-

məsi məsələlərinin həllinə yönəldilmişdi. Sonralar neft ekspedisiyasının yenidən

təşkili ilə əlaqədar bu laboratoriya 1956-ci ildə AMEA-nın Fizika və Riyaziyyat,

1958-ci ildə isə Riyaziyyat və Mexanika İnstitutunun tərkibinə daxil edilmiş və



140

M.Hacızadə

AZƏRBAYCANDA İNFORMASİYA İQTİSADİYYATI QURUCULUĞU: TARİXİ...



4(130)/2016


Hesablama mərkəzi adlandırılmışdı. 1959-1960-cı illərdə Azərbaycana ilk universal

rəqəmli elektron maşınları - “Ural-1” və “BESM-2” gətirildikdən sonra isə ədədi

üsullar, proqramlaşdırma, alqoritmlər yaradılması və ümumiyyətlə xalq təsərrüfat

əhə miyyətli səciyyəvi məsələlərin həlli sahəsində geniş fəaliyyət başlanmış və tez-

liklə  bu  işlər  daha  da  vüsətlənmişdir.  1960-cı  ildə  həmin  Hesablama  Mərkəzi

müstəqil təşkilat kimi təsdiq edilmiş və 1965-ci ildən isə onun əsasında Kibernetika

İnstitutu  yaradılmışdır.  Bu  institut  2014-cü  ildən Akademik  Ə.Hüseynov  adına

İdarəetmə Sistemləri İnstitutu olaraq fəaliyyət göstərir. Bundan başqa SSRİ Nazirlər

Sovetinin qərarı ilə yaradılmış və tikintisi 1972-1986-cı illərdə aparılmış Elektron

Hesablayıcı Maşınlar zavodunu da o zaman Azərbaycanda iqtisadiyyatın ilk İKT

sektoru olaraq adlandırıla bilər. Belə ki, zavod yaradıldığı zaman vahid seriyalı (EC-

1010-1061) elektron-rəqəm hesablama maşınlarının tərkibinə daxil olan elektron və

elektrome xaniki qurğuların hazırlanması üzrə ixtisaslaşmış, burada elektron aparat

və qurğuların, elektromexaniki, elektrotexniki elektrik və bu kimi İKT mənsublu

məhsulların istehsalı təşkil olunmuşdu. Həmin zavod 2006-cı ildən Azərbaycan Res -

publikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir [7, 11].

Azərbaycanda Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra isə ölkədə

informasiya iqtisadiyyatının quruculuğu sahəsində daha böyük işlərə start verildi.

İKT respublikanın davamlı inkişafının təmin edilməsi, intellektual potensialının güc -

ləndirilməsi, biznesin irəliləməsi, cəmiyyətdə şəffaflığın və demokratiyanın güc -

ləndirilməsi üçün əlverişli vasitə olaraq qəbul olundu. Bütün bunlar ümummilli lider

Heydər Əliyev tərəfindən İKT-dən geniş istifadə olunmaqla ölkənin demokratik

inkişafına təkan vermək və informasiya cəmiyyətinə keçidi təmin etmək məqsədi

daşıyan 2003-cü ildə qəbul olunan Azərbaycan Respublikasının inkişafı naminə İKT-

informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiyadan (2003-2012-



ci  illər)  başlanğıc  alır.  Prezident  İlham  Əliyevin  İKT  istiqamətində  apardığı

məqsədyönlü siyasət nəticəsində isə respublikada informasiya cəmiyyətinə keçid

yeni mərhələyə qədəm qoymuşdur. Ölkə prezidentinin Azərbaycan Respublikasında

rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci və 2010-2012-

ci illər üçün Dövlət Proqramlarının (Elektron Azərbaycan) təsdiq edilməsi haqqında

sərəncamları ilə respublikada İKT sahəsində mühüm və əhəmiyyətli infrastruktur

formalaşdırılmışdır. Bundan sonra sektorun fəaliyyət səmərəliliyinin artırılması üçün

ölkə prezidentinin fərman və sərəncamları ilə RYTN – Rabitə və Yüksək Texno -

logiyalar Nazirliyinin tabeliyində  ETM – Elektron Təhlükəsizlik Mərkəzi, İTİDF-

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, Yüksək Texnologiyalar Parkı

və  həmçinin  “ADA”  Universitetinin  nəzdində  Mühəndislik  və  İnformasiya

Texnologiyaları İnstitutu təsis olunmuş, nüvə texnologiyalarından dinc məqsədlərlə

istifadə üçün “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC yaradılmışdır. İKT sektoru

həm də özünün böyük dəstəyini “Azərbaycan Respublikasında kosmik sənayenin

yaradılması və inkişafı üzrə Dövlət Proqramı”ndan almışdır. Qeyd olunmalıdır ki,

141

M.Hacızadə

AZƏRBAYCANDA İNFORMASİYA İQTİSADİYYATI QURUCULUĞU: TARİXİ...



4(130)/2016


Yüklə 165,64 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə