Xülasə Tədqiqatın məqsədi davamlı innovasiyalı inki şafın təmin edilməsinin vergitutma xüsusiyyət



Yüklə 116,32 Kb.
Pdf görüntüsü
tarix25.11.2017
ölçüsü116,32 Kb.
#12228
növüXülasə


UoT 330.341:336.22 (479.24)

DAVAMlI İNNOVAsİyAlI İNKİŞAFIN

tƏMİN EDİlMƏsİNİN 

VERgİtutMA XÜsusİyyƏtlƏRİ

Xülasə

Tədqiqatın məqsədi – davamlı innovasiyalı inki -

şafın  təmin  edilməsinin  vergitutma  xüsusiyyət -

lərinin tədqiqi.

Tədqiqatın metodologiyası – sistemli yanaşma,

müqayisəli təhlil.



Tədqiqatın  nəticələri – davamlı  innovasiyalı

inkişafın  təmin  edilməsinin  vergitutma  xü-

susiyyətlərinin  müəyyən  edilməsi  istiqamətində

elmi cəhətdən əsaslandırılmış təkliflərin verilməsi.



Tədqiqatın məhdudiyyətləri – davamlı innova -

siyalı inkişafın təmin edilməsinin vergitutma xü-

susiyyətlərini elmi alternativlilik baxımdan geniş

araşdırmaq və əsaslandırmaq tələbliliyi.



Tədqiqatın praktiki əhəmiyyəti – davamlı inno-

vasiyalı inkişafın təmin edilməsinin vergitutma xü-

susiyyətlərinin  müəyyən  edilməsində  müvafiq

tədqiqat mənbəyi kimi istifadə.



Tədqiqatın orijinallığı və elmi yeniliyi – davamlı

innovasiyalı inkişafın təmin edilməsinin vergitutma

xüsusiyyətlərinin müəyyən olunması və elmi cəhət-

dən əsaslandırılması.



Açar  sözlər: davamlı  inkişaf,  innovativ  iqti-

sadiyyat, aktiv vergi siyasəti, vergi dərəcələrinin op-

timallaşdırılması.

səh. 61-74

Rzayev Pərviz 

qafar oğlu

i.f.d.

Azərbaycan Respublikası 

Vergilər Nazirliyinin Tədris Mərkəzi

AZ 5600. Şamaxı rayonu

perviz595959@mail.ru

4(124)/2015



VERgİQOyMA



61

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com



4(124)/2015

P.Rzayev

DAVAMLI İNNOVASİYALI İNKİŞAFIN TƏMİN EDİLMƏSİNİN VERGİTUTMA...



62

1. Giriş

Azərbaycan Respublikasında son illər iqtisadi artım tempinin yüksəlməsi, iqti-

sadiyyatın davamlı inkişafının təmin edilməsi məqsədi ilə biçimli kurs götürülmüş

və bu istiqamətdə uğurlu tədbirlər həyata keçirilir. Eyni zamanda, bu işlərin davamlı

və səmərəli reallaşması iqtisadiyyatın rəqabətqabiliyyətinin yüksəldilməsini, ölkənin

sosial-iqtisadi göstəricilərinin təkmilləşdirilməsi kimi vəzifələri də qarşıya qoyur.

Burada, həmçinin regionların tarazlı inkişafını təmin edilməsi kimi məsələlərin para-

lel həllinin də zəruriliyini yaradır. Qeyd olunmalıdır ki, bu gün Respublikada diqqət

innovativ  iqtisadiyyatın  yaradılmasına  yönəlmişdir.  Bu  məqsədə  çatmaq  üçün

qarşıya qoyulmuş vəzifələr də öz növbəsində vergi sisteminin bundan sonra da tək-

milləşdirilməsi zəruriliyini ön plana çəkir. Deməli, davamlı inkişafın, eyni zamanda

istehsalın və xidmətin çevik vergitutma modelinin işlənməsi aktual bir məsələdir.



2. Davamlı inkişaf iqtisadiyyatının mahiyyəti

Davamlı inkişaf hazırki dövrdə bütün tələbatları ödəməklə yanaşı gələcək nəsil-

lərin də öz tələbatlarını ödəmək qabiliyyəti və istəyini də təhlükə altında qoymur.

Davamlı inkişaf termini semantik baxımdan müxtəlif dillərdə özündə bir çox məna

kəsb edir. Bundan başqa, bəzi müəlliflərin qeyd etdiyi kimi, davamlılıq tarazlığı

nəzərdə tutur, inkişaf isə sistemin yalnız tarazlıq vəziyyətindən kənara çıxmaları

şəraitində mümkündür. Tarazlığın, balansın pozulmadığı situasiyalarda başqa hal-

lardan fərqli olaraq, tarazlığın bərpası istiqamətində axtarış fəaliyyəti yoxdur.

Davamlı inkişaf iqtisadiyyatını məhdud təbii resurslar şəraitində insanların və

təşkilatların davranışını öyrənən elm sahəsi kimi müəyyən etmək olar. Davamlılıq,

iqtisadi sistemin xarici təsirlər zamanı cari vəziyyətini saxlaya və neqativ təzahürlərə

müqavimət göstərə bilmək bacarığıdır. Davamlı inkişaf bir-birilə sıx bağlı olan iki

mühüm anlayışı özündə ehtiva edir [5].

 Tələbat anlayışı (bu əhalinin yoxsul təbəqəsinin mövcudluğu üçün olduqca



zəruridir).

 Məhdudlaşdırma anlayışı (bu texnologiyanın vəziyyəti və cəmiyyətin təşkili ilə



şərtlənir)

Davamlı inkişafın əsas vəzifəsi insanın tələbat və istəklərinin ödənilməsi ilə ifadə

olunur. Qeyd etmək lazımdır ki, davamlı inkişaf bütün insanların bərabər səviyyədə

ən zəruri tələbatlarının ödənilməsini tələb edir.

Davamlı inkişaf bazar və dövlət tənzimləməsi arasında müəyyən balansın yaran-

ması halında mümkündür. Bazar, heç də həmişə səmərəli fəaliyyət göstərmir və

taraz lıq vəziyyətində olmur. Dövlətin müdaxiləsi bazarın mənfi nəticələrinin aradan

qaldırılması üçün qaçılmaz və zəruri bir alət kimi qəbul edilir. Davamlı inkişaf kri-




4(124)/2015

P.Rzayev

DAVAMLI İNNOVASİYALI İNKİŞAFIN TƏMİN EDİLMƏSİNİN VERGİTUTMA...



63

teriyası iqtisadi artım və iqtisadi səmərəlilik ilə müqayisədə az əhəmiyyət kəsb etmir.

Davamlı inkişafın dəstəklənməsində dövlətin rolu yüksəkdir.

Davamlı inkişaf iqtisadiyyatını, məhdud təbii resurslar şəraitində insanların və

təşkilatların davranışını öyrənən elm sahəsi kimi müəyyən etmək olar. Davamlılıq,

iqtisadi sistemin xarici təsirlər zamanı cari vəziyyətini saxlaya və neqativ təzahürlərə

müqavimət göstərə bilmək bacarığıdır.

Hər bir sistem (iqtisadi, maliyyə, büdcə, vergi) özünün davamlılıq və sabitlik me-

yarlarına malikdir. Prinsip etibarı ilə bu zaman iqtisadi göstəricilərin artımından

(ümumi  daxili  məhsul,  milli  gəlir,  mənfəət  və  s.)  və  ya  iqtisadiyyatın  və  onun

sahələrinin inkişafından söhbət gedir [6, s. 9].

Bu problem elmi ədəbiyyatlarda geniş müzakirə olunsa da, davamlı inkişafın

həvəsləndirilməsi üçün vergi mexanizmlərinin işlənib hazırlanmasına kifayət qədər

diqqət ayrılmamışdır. Nəzərə almalıyıq ki, vergitutma ölkənin iqtisadi təhlükəsizlik

və davamlı inkişaf siyasətinin bir alətidir. İqtisadiyyatın inkişafı üçün yeni konsep-

siyaların və nəzəriyyələrin meydana çıxdığı bir şəraitdə bu problem böyük aktuallıq

əhəmiyyəti daşıyır.

Azərbaycan  Respublikası  da  yeni  inkişaf  mərhələsinə  qədəm  qoymuş  və  bu

mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın

formalaşdırılmasıdır. Bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2012-ci

il  29  dekabr  tarixli  800  saylı  Fərmanı  ilə  təsdiq  olunmuş“  Azərbaycan  2020:

Gələcəyə baxış” İnkişaf Konsepsiyası böyük əhəmiyyətə malik bir strateji sənəd

kimi qiymətləndirilməlidir. Bu Konsepsiyasını davamlı inkişafın yol xəritəsi hesab

etmək  olar.  Çünki  bu  sənəd  qarşıdakı  illər  ərzində Azərbaycan  iqtisadiyyatının

rəqabət qabiliyyətinin artırılması, bölgələrin tarazlı inkişafı, informasiya cəmiyyətinə

keçidin təmin olunması, insan kapitalının inkişafı, səmərəli sosial müdafiə sisteminin

qurulması, institusional islahatların davam etdirilməsi məsələlərini geniş şəkildə

əhatə  edir.  Respublikada  ilk  növbədə  qeyri-neft  sektorunun  genişləndirilməsi

hesabına davamlı iqtisadi inkişafa nail olunmasını, ölkənin ümumi daxili məhsulu-

nun  tərkibində  və  dövlət  büdcəsinin  formalaşmasında  təbii  ehtiyatlar  amilinin

azaldılmasını və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsini qarşısına məqsəd

qoymuşdur. Qarşıdakı illərdə aktiv vergi siyasətinə keçidi təmin etməklə qeyri-neft

sektorunun,  özəl  bölmənin,  sahibkarlığın  hərtərəfli  inkişafı,  ən  müasir  texnolo -

giyaları tətbiq etməklə iqtisadiyyatın modernləşdirilməsi prioritet məsələlər kimi

qoyulur. Qeyd edək ki, ölkədə çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiy -

yatın formalaşdırılması “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının

başlıca hədəflərindən biridir. Konsepsiyada sosial-iqtisadi həyatın bütün sahələrinin,

o  cümlədən  iqtisadiyyatın  ayrılmaz  tərkib  hissəsi  olan  vergi  sisteminin  təkmil-

ləşdirilməsi tədbirləri də əksini tapmışdır. Hazırkı mərhələdə qarşıda duran əsas vəzi -

fə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən

asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini gələcək illərdə də



4(124)/2015

P.Rzayev

DAVAMLI İNNOVASİYALI İNKİŞAFIN TƏMİN EDİLMƏSİNİN VERGİTUTMA...



64

qoruyub saxlamaq və onun ixrac imkanlarını genişləndirməkdən ibarətdir.

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında ixrac yönümlü iqti-

sadi model əsas götürülmüş və nəzərdə tutulur ki, bu iqtisadiyyatın rəqabət qabiliyyə-

tinin yüksəldilməsi və strukturunun təkmilləşdirilməsi qeyri-neft ixracının artımına

səbəb  olacaqdır.  Qeyri-neft  sənayesinin  sürətli  inkişafı  ilə  yanaşı,  innovasiya

fəaliyyətinin təşviqi və genişləndirilməsi ölkədə biliyə əsaslanan iqtisadiyyatın for-

malaşması üçün əlverişli zəmin yaradacaqdır [3].

İqtisadi inkişafın təmin olunmasında mühüm məsələlərdən biri qeyri-neft sek-

torunun  inkişaf  etdirilməsi,  beynəlxalq  bazarlara  çıxış  və  müasir  texnoloji  xid-

mətlərdən istifadə etməklə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasıdır. XXI

əsrin ilk illərindən başlayaraq sürətlə inkişaf edən və yayılan informasiya və kom-

munikasiya texnologiyaları, bununla bağlı yeni vüsət almış qloballaşma prosesləri

ölkələrin sosial-iqtisadi həyatına ciddi şəkildə təsir etməkdədir [8].



3. İnnovasiya iqtisadiyyatı davamlı sosial-iqtisadi inkişafın əsası kimi

Qloballaşma  şəraitində  innovasiya  fəaliyyətinin  keyfiyyətcə  yeni  müstəvidə

genişlənməsi ilə bütün dünyada iqtisadi və təsərrüfat proseslərinin dəyişmə tempi,

innovativ yeniliklərin yayılması, onların istehsal və xidmət sahələrində tətbiqi nəzərə

çarpacaq dərəcədə sürətlənir.

İnnovasiya ölkənin davamlı iqtisadi inkişafının əsas amilidir. Qloballaşmanın fak-

torlarından və eyni zamanda nəticələrindən biri informasiyanın, intellektual məh-

sulların və ideyaların sərbəst hərəkətidir. İnnovasiyalı strategiyanın qəbul edilməsinə

üstünlük verilən Azərbaycan Respublikasında da ölkənin bütün potensialı davamlı

və dinamik inkişafa səfərbər olunmuşdur.

Uzunmüddətli davamlı iqtisadi inkişafı təmin etmək, “bilik iqtisadiyyatı”nı for-

malaşdırmaq,  elmtutumlu  texnologiya,  məhsul  (işlər,  xidmətlər)  yaradılmasını

sürətləndirmək məqsədi ilə innovasiya fəaliyyətinin genişləndirilməsi qarşıda duran

əsas istiqamətlərdən birini təşkil etməlidir. Ölkədə innovativ iqtisadiyyatın yaradıl-

ması məqsədi ilə elm və istehsal arasındakı əlaqələr gücləndirilməli, tətbiqi elmi

araşdırmaların  bazarın  tələbatına  müvafiq  aparılması  üçün  zəruri  mexanizmlər

yaradılmalıdır. Elmin innovativ məcrada daha səmərəli inkişafında informasiya və

kommunukasiya texnologiyaları həlledici rola malikdir.

Azərbaycan Respublikası beynəlxalq rəqabət qabiliyyətini təmin etmək üçün in-

novasiyalı inkişaf yoluna qədəm qoymuşdur. İnnovasiya siyasətinin uğuru ölkənin

iqtisadiyyatının rəqabətqabiliyyətindən və qlobal iqtisadiyyatda tutduğu yerindən

asılıdır. Qeyd edək ki, “Dünya rəqabət qabiliyyətliliyi 2014-2015” hesabatında Azər-

baycan 144 ölkə arasında 38-ci yerdə olmuş və artıq 6 ildir ki, MDB ölkələri arasında

birinci yerdədir [10].




4(124)/2015

P.Rzayev

DAVAMLI İNNOVASİYALI İNKİŞAFIN TƏMİN EDİLMƏSİNİN VERGİTUTMA...



65

Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanan son 10 ildə ÜDM istehsalı

3 dəfə, onun adam başına düşən həcmi 2,6 dəfə, sənaye 3,6 dəfə artmışdır. Qeyri-

neft iqtisadiyyatı son 10 ildə 2,5 dəfə artmış, vergi daxilolmaları isə bu dövrdə 5

dəfə artmışdır. ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisinin artması, başqa sözlə,

iqtisadiyyatın strukturundakı bu müsbət dinamika davam edir, qeyri-neft sənayesi

inkişaf edir. 2014-cü ildə Azərbaycanda 59,0 milyard manatlıq (75,2 milyard dollar)

və ya 2013-cü illə müqayisədə 2,8% çox ümumi daxili məhsul istehsal olunmuşdur.

Qeyri-neft sektoru üzrə ÜDM 7,0% artmış, onun ÜDM-də xüsusi çəkisi 61,0% ol-

muşdur. 2014-cü il ərzində iqtisadiyyatda yaradılan əlavə dəyərin artımı tamamilə

qeyri-neft sektorunun hesabına baş vermişdir.

Ümumilikdə, görülən işlər nəticəsində hazırkı vaxtadək iqtisadiyyata 200 milyard

ABŞ  dolları  həcmində  investisiya  qoyulmuşdur  ki,  bunun  yarısı  xarici  in-

vestisiyalardır. Təkcə 2014-cü ildə investisiya qoyuluşunun həcmi 27,7 mlrd.dollar

olmuşdur ki, onun da 11,5 milyard dolları xarici investisiyalardır [10].

Sənayesinin inkişafı, elm və texnologiya sahəsində geriliyin aradan qaldırılması

ölkənin  milli  iqtisadi  təhlükəsizliyi  strategiyasının  əsas  məqsədlərindən  biridir.

Struktur siyasətinin strateji prioriteti qismində istehsal sektorunu, bu istiqamətdə

elm tutumlu sahələri seçən ölkələrin yaxın gələcəkdə uğurla inkişaf etməsi və daha

dayanıqlı iqtisadiyyat qurması istisna edilmir.

Azərbaycanın potensial müqayisəli üstünlük sahələrini istehsal və qismən də xid-

mət sektorunda axtarmaq lazımdır. Ölkənin mövcud potensial imkanlarından aydın

olduğu kimi, müasir dövrdə istehsal və həm də xidmət sahələrində iqtisadi fəaliyyət

prioritet əhəmiyyət kəsb edir.

Azərbaycanda  yüksək  iqtisadi  artım  dinamikasının  davamlı  olması  ölkədə

texnoloji innovasiya siyasətinin həyata keçirilməsi ilə də sıx bağlıdır. Bu səbəbdən

də, respublikada texnologiya biznesinin stimullaşdırılması və texnologiya bazarında

lazımi şəraitin yaradılması məqsədilə bir sıra tədbirlər həyata keçirir. Ölkədə inno-

vasiyalı iqtisadiyyat formalaşdırmaq məqsədilə bilik istehsalçıları, bilik transfer

agentləri və bilik istifadəçiləri arasında əlaqələrin və əməkdaşlıqların genişləndiril -

məsini stimullaşdırmaq lazımdır.

Elm sahələri bilik xəzinələri kimi yeni biliyin yaradılmasında, biliklərin yeni

texnologiyaya çevrilməsində və tətbiq sahələrinin tapılmasında mühüm rola ma-

likdirlər. Müasir dövrdə elmi müəssisələr-sənaye-dövlət arasında birgə fəaliyyət

texnologiya və biliklərin inkişafında ən əhəmiyyətli zərurətə çevrilmişdir. Ölkənin

müasir inkişafının strateji vəzifəsi iqtisadiyyatı şaxələləndirmək yolu ilə rəqabətə-

davamlılıq xüsusiyyəti və davamlı iqtisadiyyatın xarici amillərinə iqtisadi artım

tempinin yüksəldilməsinə maksimum nail olmaqdan ibarətdir.

Respublikanın müasir inkişafının strateji vəzifəsi müxtəlif rəqabətin və davamlı

xarici iqtisadi amillərin yaradılması vasitəsilə iqtisadi artımın ən yüksək dərəcəsinə

nail olmaqdır. Sənayedən post-sənaye sisteminə, iqtisadiyyatına keçidin zəruriliyi,



həmçinin  ölkənin  sosial-iqtisadi  inkişafının  diferensiasiyasının  güclü  məkan

fərqlərinin aradan qaldırılması ölkə qarşısında duran vəzifələrin həllinin prinsipial

xüsusiyyətləridir. Ölkə təsərrüfatının modernləşməsi üçün adekvat şəraitin formalaş-

ması, xarici iqtisadi əlaqələrin liberallaşdırılması, istehsal amillərindən istifadə ef-

fektinin yüksəldilməsi, iqtisadiyyatın innovasiyalı inkişafının stimullaşdırılması,

struktur dəyişiklikləri nəticəsində yaradılan, ziddiyyətlərin müasir həlli bu artımın

zəruri şərtidir [8].

İnnovasiya  fəallığının  yüksəldilməsi  yolu  ilə  rəqabətqabiliyyətli  məhsul  is-

tehsalının stimullaşdırılması, innovasiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri

mexanizmlərin qurulması, innovasiya potensialının səmərəli istifadəsi və inkişafının

təmin edilməsi məqsədi ilə dövlət dəstəyi tədbirləri həyata keçirilməli və müvafiq

qanunvericilik bazası təkmilləşdirilməlidir. İnnovasiya iqtisadiyyatının əsası olan

rəqabətqabiliyyətli  texnologiyalar  öz-özündən  yaranmır.  Bu,  elmi  tədqiqatın

mürəkkəb və məsrəfli eksperimentlərindən və nəhayət, alimlərin ideya ruhundan

qaynaqlanan çox çətin başa gələn məhsuludur [6].

Fikirimizcə, dövlətin  innovasiya siyasətinin əsas məqsədləri aşağıdakıları əhatə

etməlidir:

 innovasiya fəaliyyəti üçün iqtisadi, hüquqi və təşkilati şəraitin yaradılması;

 əsas və təkmilləşdirilmiş innovasiyaların yaradılması və genişləndirilməsi

əsasında istehsalın səmərəliliyinin və yerli istehsalçıların istehsal etdikləri

məhsulların rəqabətə davamlılığının yüksəldilməsi;

 innovasiya sferasında bazar münasibətlərinin və sahibkarlığın inkişafı, inno-

vasiya fəaliyyətinin aktivliyinin təşviqi;

 innovasiya fəaliyyətinin inkişafı istiqamətində dövlət resurslarından istifadənin

səmərəliliyinin  yüksəldilməsi,  innovasiya  fəaliyyətinə  dövlət  dəstəyinin

genişləndirilməsi;

 innovasiya  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  subyektlərinin  qarşılıqlı

fəaliyyətinin genişləndirilməsinin təşviqi;

 beynəlxalq bazara çıxışı və ixrac potensialının inkişafı məqsədilə yerli inno-

vasiyalı məhsulların dəstəklənməsi tədbirlərinin həyata keçirilməsi.

Bu xüsusiyyətlər iqtisadi artımın ən mühüm xarakterini müəyyən edir. Bu, birin-

cisi, uzunmüddətli və davamlı olmalıdır, ikincisi, yüksək keyfiyyəti ilə fərqlənmə-

lidir,  üçüncüsü,  bütün  ərazi  üzrə  bərabər  nisbətdə  olmalı,  dördüncüsü,  rəqabət

xüsusiyyətli, rəqabətədavamlı olmalı, beşincisi, bütün əhalinin həyat səviyyəsinin

yüksəldilməsinin təmin edilməsi yönümlü olmalıdır.

Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tu-

tulmalıdır:

 ölkənin iqtisadiyyatında sənayesinin davamlı inkişafının təmin edilməsi ilə

əlaqədar əsas nəzəri məsələlərin sistemləşdirilməsi və ümumiləşdirilməsi;

 sənayenin mövcud vəziyyətinin, eləcə də onun elmi potensialının araşdırılması;



66

P.Rzayev

DAVAMLI İNNOVASİYALI İNKİŞAFIN TƏMİN EDİLMƏSİNİN VERGİTUTMA...



4(124)/2015


 ölkə sənayesində iqtisadi artımın dövlət tənzimlənməsinin səmərəli üsullarına

baxılması;

 milli  innovasiya  sisteminin  formalaşmasının  əsas  istiqamətlərinin  və

zəruriliyinin göstərilməsi;

 sənayenin  davamlı  iqtisadi  inkişafı  üçün  prioritetlərin  və  amillərin  aşkar

edilməsi.

Davamlı iqtisadi artıma nail olunmasında ölkənin ixrac potensialının tam real-

laşması və diversifikasiya başlıca vasitədir. Bunun əsas şərtləri birbaşa xarici in-

vestisiyaların həcminin artırılması, kapital bazarının dərinləşməsi, institutların və

insan kapitalının inkişafıdır.

Sənaye  müəssisələrində  innovasiya  yönümlü  texnologiyaların  tətbiqi  stimul-

laşdırılmalı, ixtisaslaşmış və ümumi təyinatlı sənaye sahələri yaradılmalıdır.

Müasir dünya təcrübəsi göstərir ki, hər hansı bir ölkənin iqtisadiyyatının davamlı

inkişafı bazarı yüksək texnologiya və biliklə təchiz etmək bacarığı ilə mümkün olur.

Müasir  Azərbaycanın  sosial-iqtisadi  inkişaf  modelinin  başlıca  hədəfi  ölkənin

davamlı, dayanıqlı, hərtərəfli inkişafını təmin etməkdir.

İqtisadi inkişafın Azərbaycan modelinin xüsusiyyətlərini aşağıdakı kimi xarak-

terizə edilməlidir:

 inflyasiya və məzənnənin optimal nisbətinin təmin edilməsi;

 iqtisadi islahatların sosial nəticəsinin nəzarətdə saxlanılması;

 işsizlik və yoxsulluq səviyyəsinin minimum həddə olması;

 əmək haqqı və pul gəlirlərinin daimi artması;

 neft gəlirlərindən səmərəli istifadə;

 dövlət xərclərinin davamlı azaldılması;

 istehsal və xidmət infrastrukturunun yaradılması;

 vergi yükünün müntəzəm azaldılması və istehsaldan istehlaka keçirilməsi

sahəsində aktiv vergi siyasətinin həyata keçirilməsi.

Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsi innovativ iqtisadiyyatın yaradıl-

masına kömək etməlidir. Vergi sistemində ən müasir informasiya texnologiyaları tət-

biq edilməlidir. Bunlar da öz növbəsində  büdcə gəlirlərinin formalaşdırılmasında

əhəmiyyətli rol oynayan vergi ödəmələrinin vaxtlı-vaxtında yığılmasına imkan yarat-

malıdır. 



4. Vergitutma davamlı inkişaf siyasətinin aləti kimi

Təbii ki, davamlı inkişaf  istiqamətdə seçilmiş hədəflərə nail olmaqda mühüm

təsiredici amillərdən biri də vergi məsələləri ilə bağlıdır. Aydındır ki, ölkənin davamlı

inkişafının təmin edilməsi vergilər vasitəsilə tənzimlənir. Bu baxımdan da, istehsal

və xidmət sahələrinin davamlı inkişafında vergi amili olduqca mühüm əhəmiyyət

67

P.Rzayev

DAVAMLI İNNOVASİYALI İNKİŞAFIN TƏMİN EDİLMƏSİNİN VERGİTUTMA...



4(124)/2015


4(124)/2015

P.Rzayev

DAVAMLI İNNOVASİYALI İNKİŞAFIN TƏMİN EDİLMƏSİNİN VERGİTUTMA...



68

kəsb edir. Nəzərə alsaq ki, iqtisadiyyatın tənzimlənməsində və iqtisadi fəaliyyət

növlərinin stimullaşdırılmasında vergi dövlətin əsas dayağıdır, onda istehsal və xid-

mət sahələrinin davamlı inkişafının təmin olunmasında vergi siyasətinin də üzərinə

müəyyən vəzifələrin düşdüyü aydın olar. 

Fiskal siyasət iqtisadi artım və sosial inkişafa müxtəlif yollarla təsir göstərə bilər.

Bu həm makroiqtisadi, həm də mikroiqtisadi səviyyəni əhatə edir. Makroiqtisadi

baxımdan inkişaf etməkdə olan ölkələrdə ehtiyatlı büdcə siyasəti, yəni büdcə kəsrinin

və dövlət borcunun aşağı səviyyədə saxlanması iqtisadi artımın əsas vasitələrindən

hesab edilir. Fiskal siyasət vergilərin səviyyəsi və strukturu, dövlət xərclərinin həcmi

və strukuturu və dövlət kəsrinin səviyyəsi vasitəsilə bazarlarda tarazlığa və ölkədə

iqtisadi artıma təsir göstərən əsas amillərdən biridir. Təbii ki, vergi siyasəti və qa-

nunvericiliyi də büdcəyə ödənişlərin vaxtlı-vaxtında aparılmasını təmin etməklə

yanaşı, milli iqtisadiyyatın prioritet sahələrinin inkişafını da dəstəkləməlidir.

Beynəlxalq təcrübədən, eləcə də Azərbaycan Respublikasının mövcud potensial

imkanlarından aydın olduğu kimi, müasir dövrdə xidmət sahələrində də iqtisadi

fəaliyyət prioritet əhəmiyyət kəsb edir. Xidmət sektorunun bazar payının artması əs-

lində iqtisadiyyatın şaxələnməsini və sahələr üzrə ixtisaslaşmasını da təmin edir.

Klassik iqtisadiyyatda sənayeləşmə, fiziki məhsul istehsalı iqtisadiyyatın əsası, is-

tehsal edilən əmtəəyə sahib olmaq zənginlik əlaməti sayılırdısa, müasir iqtisadiy -

yatda eyni fikirlər xidmət sektoru haqqında da deyilir. Dövrümüzdə xidmət sektoru

perspektiv vəd edən sahə kimi tanınır və dünya iqtisadiyyatının gəlirli sahəsi kimi

böyük cəlbediciliyə malikdir. Bu istiqamətdə də vergi tənzimlənməsinin stimul-

laşdırıcı rolunun artırılması, həm də praktiki tövsiyələrin hazırlanması zəruridir.

Respublikada vergi sisteminin qarşısında bir sıra vəzifələr durur ki, bunları da

aşağıdakı kimi səciyyələndirmək olar:

 rasional və səmərəli vergi siyasətinin həyata keçirilməsi;

 yeni qlobal çağırışlara cavab verə biləcək vergi sisteminin formalaşdırılması;

 ölkənin uzunmüddətli strateji inkişaf planlarının uğurla reallaşdırılmasının əsas

şərtlərindən biri olan vergi sisteminin sabitliyinin və proqnozlaşdırıla bilən ol-

masının təmin edilməsi; 

 vergi inzibatçılığının biznesin iştirakçıları üçün maksimum rahat və əlverişli

olması;

 iqtisadiyyatın strukturunun formalaşmasında, innovasiyaların dəstəklənməsi



siyasətində vergi sisteminin stimullaşdırıcı rolunun artırılması;

 Azərbaycanın vergi sistemi və inzibatçılığının rəqabətqabiliyyətli olması;

 vergi sisteminin sabit və proqnozlaşdırılan olması;

 vergi sisteminin stimullaşdırıcı rolunun artırılması.

Bütün  qeyd  olunanlar  həm  respublika  vergi  sisteminin  optimallaşdırılması,

mütərəqqi vergi sisteminin formalaşması, iqtisadiyyatın vergi tənzimlənməsinin

stimullaşdırıcı  rolunun  artırılması,  vergi  siyasətinin  səmərəliliyinin  qiymətlən -



4(124)/2015

P.Rzayev

DAVAMLI İNNOVASİYALI İNKİŞAFIN TƏMİN EDİLMƏSİNİN VERGİTUTMA...



69

dirilməsi, həm də praktiki tövsiyələrin hazırlanması ilə əlaqədar olan məsələlərə xü-

susi aktuallıq verir.

Bu gün innovasiya prosesi regionların iqtisadi inkişafının ən əhəmiyyətli amili

hesab olunur. Bu şəraitdə (şərtlərdə) regionların iqtisadiyyatının davamlı inkişafının

təminatı  strateji  əhəmiyyətə  malik  bir  məsələdir.  Biznes  mühitinin  daha  da

yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi, bu sahəyə dövlət dəstəyi tədbir-

lərinin genişləndirilməsi siyasətinə uyğun olaraq, səmərəli vergi siyasəti və vergi

dərəcələrinin optimallaşdırılması nəzərdə tutulmalı, iqtisadi sahələr üzrə mənfəət

vergisinin optimallaşdırılması tədqiq edilməli, mənfəət vergisinin faiz dərəcələri və

büdcə daxilolmaları arasında asılılıqlar əsasında mənfəət vergisinin optimal dərəcəsi

araşdırılmalıdır. Bundan başqa, iqtisadi sahə üzrə istehsal faktorlarından asılı olaraq,

mənfəət vergisinin optimal səviyyəsinin müəyyən edilməsi üçün yeni üsulun tətbiqi

baxımından əsaslandırmalar aparılmalı, müvafiq təklif və tövsiyələr hazırlanmalıdır.

İnstitusional yanaşma baxımından vergi sistemi özündə əsas elementlərin və alt

sistemlərinin qarşılıqlı fəaliyyət mexanizmlərini əks etdirir. Vergi sistemi iqtisadi

quruluşun ən mühüm institutlarından biridir. Dövlətin yüksək həyat qabiliyyəti üçün

vergilər də fasiləsiz olaraq təkmilləşdirilmişdir. Alimlər tərəfindən (C.M.Keyns,



K.Marks və digərləri) sübut edilmişdir ki, özünütənzimləməyə yönələn bazar iqti-

sadiyyatı mexanizmləri müxtəlif resurs növlərindən sərfəli istifadəni və böhransız

artımı təmin etmək bacarığına malik deyillər. Ona görə də, iqtisadiyyatın mərkəz -

ləşdirilmiş tənzimlənməsi və bu prosesdə vergilərin, dövlətin vergi siyasətinin fəal

roluna böyük əhəmiyyət verilirdi. Ölkənin təbii resurslarla zənginliyi innovasiyalı

inkişaf yolunun seçilməsi amili kimi istifadə edilməyə başlandı [4, 7].

Sənayenin innovasiyalı inkişafının sürətləndirilməsində “Azərbaycan - 2020:

gələcəyə baxış” İnkişaf Konsepsiyasına müvafiq olaraq əsas hədəflərdən biri kimi

ölkədə sənaye sahəsində texnoparkların yaradılması və inkişaf etdirilməsi götürülür.

Sumqayıt şəhərində Kimya Sənaye Parkı, Yüksək Texnologiyalar Parkı və Balaxanı

Sənaye Parkının yaradılması bu istiqamətdə atılmış ilk addımlardandır. Bu baxımdan

orta və uzunmüddətli perspektivdə texnoparkların inkişafını stimullaşdırmaq üçün

ölkənin vergi qanunvericiliyində sənaye və texnologiyalar parklarında çalışan fiziki

və hüquqi şəxslərə, eləcə də parkların idarəedici təşkilat və operatorlarına gəlir, mən-

fəət, ƏDV, əmlak və torpaq vergiləri üzrə 7 illik vergi güzəştləri nəzərdə tutulmuşdur

ki, bu da öz növbəsində iqtisadiyyatın inkişafına müsbət təsir göstərəcək, yüksək

texnologiyalar əsasında rəqabət qabiliyyətli məhsul istehsalının təşkilində və yeni

iş yerlərinin yaradılmasına geniş imkanlar yaradacaqdır [1, 3].

Azərbaycanın neft amilindən asılılığının azaldılması və qeyri-neft sektorunun

inkişafının təmin olunması istiqamətində uğurlu tədbirlər davam edir. Vergi Məcəl-

ləsinə edilən dəyişikliklər və vergi qanunvericiliyinin daha da təkmilləşdirilməsi

vergi ödəyicilərinin mənafelərinin qorunmasına, onların hüquqlarının genişləndiril -

məsinə, həm də vergidən yayınma risklərinin minimallaşdırılmasına əhəmiyyətli



4(124)/2015

P.Rzayev

DAVAMLI İNNOVASİYALI İNKİŞAFIN TƏMİN EDİLMƏSİNİN VERGİTUTMA...



70

dərəcədə öz təsirini göstərir. Bütün bunlar yaxın gələcəkdə ölkə iqtisadiyyatının in-

novasiyalı inkişafının təmin olunmasında stimullaşdırıcı rol oynayacaqdır. 

5. Aktiv vergi siyasətinin formalaşdırılması

Vergi Məcəlləsinə edilən son dəyişikliklər göstərir ki, sahibkarlıq subyektlərinin

fəaliyyətinə əhəmiyyətli dərəcədə vergi güzəştlərinin tətbiq edilməsi əlverişli vergi

mühitini formalaşdırmışdır. Məlumdur ki, vergilər maliyyə sisteminin bir hissəsi

olaraq dövlətin iqtisadi tənzimlənmə alətlərindən biridir və dövlət vergi ödəyicilərinə

vergi güzəştlərini tətbiq etməklə öz tənzimləyici rolu ilə ölkədə gedən iqtisadi pro -

seslərə təsirini göstərir. 

Dövlət iqtisadi resursların yerləşməsi və gəlirlərin yenidən bölgüsünə büdcə-vergi

siyasəti vasitəsilə təsir göstərir. Vergilər istehsal xərclərini formalaşdıran amil kimi

iqtisadi resursların ayrı-ayrı sahələrdə istifadə səviyyəsinə təsir göstərir. Büdcə xərc -

ləri isə bilavasitə yenidən bölgü mexanizmi kimi çıxış edir. Doğrudur vegiqoymanın

əhalinin gəlirlərinə bölüşdürücü təsiri iqtisadi səmərəlilik baxımından xərclərin

yaranmasına səbəb olsa da, ədalətlik və bərabərlik məsələlərinin nəzərə alınması

zəruriliyi meydana çıxır. 

Vergi sistemi yüksək gəlir qazananları daha yüksək vergiyə cəlb etməklə yanaşı,

gəlirləri yüksək səviyyədə saxlamaq üçün zəruri stimulu da təmin etməlidir. Bu

zaman vergilərin həcmi məcmu tələbə və məcmu təklifə təsir göstərir. Vergilərin

səviyyəsi, onların strukturu iqtisadi subyektlərin davranışlarına təsir edən əsas amil-

lərdən biri olur. Belə ki, dövlət vergilərin strukturunu dəyişməklə məcmu tələbin və

investisiya xərclərinin həcminə təsir göstərir [2]. 

Deməli, rasional və səmərəli vergi siyasətinin həyata keçirilməsi üçün vergi sis-

teminin qarşısında duran yuxarıda qeyd edilən vəzifələrin (mühüm vəzifələr) yerinə

yetirilməsi məqsədəmüvafiqdir (nəzərə alınmalıdır):

Qeyd olunanlar həm vergi sisteminin optimallaşdırılması, iqtisadiyyatın vergi

tənzimlənməsinin stimullaşdırıcı rolunun və vergi siyasətinin səmərəliliyinin artırıl-

ması, həm də praktiki tövsiyələrin hazırlanması ilə əlaqədar olan məsələlərə xüsusi

aktuallıq  verir.  Son  illərdə  dövlət  hakimiyyəti  orqanları  vergi  münasibətlərinin

hüquqi  tənzimlənməsinin  təkmilləşdiriməsini  ictimai  proseslərin  dövlət  idarə -

edilməsi üsullarından biri kimi, yəni müəyyən edilmiş fəaliyyət kimi qəbul edir.

Lakin bu fəaliyyət hələlik sistemli xarakter daşımır, istənilən nəticə verməsi baxımın-

dan kifayət qədər elmi əsasa malik deyildir.

Azərbaycanın vergi sistemi son illər ölkənin inkişaf sürətinə uyğun təkmilləşmə

və tərəqqi yolu keçərək tam institusional quruma çevrilmişdir. “Azərbaycan 2020:

gələcəyə  baxış”  İnkişaf  Konsepsiyasının  hazırlanması  zamanı  isə  institusional,

texnoloji və sosial modernləşməyə xüsusi diqqət yetirilmişdir. İnstitusional modern-



4(124)/2015

P.Rzayev

DAVAMLI İNNOVASİYALI İNKİŞAFIN TƏMİN EDİLMƏSİNİN VERGİTUTMA...



71

ləşmədə məqsəd mülkiyyət hüququnu, rəqabət müqavilələrini qorumaqla bazar mü-

nasibətlərinə dəstək verməkdir. Texnoloji modernləşdirmə intensiv investisiya qoyu-

luşlarını, innovasiyaları və s. təmin etməklə iqtisadi inkişafa şərait yaradır. Sosial

modernləşmə isə informasiya yayımını təmin etməklə, biznes iştirakçıları arasında

partnyorluq münasibətlərini möhkəmləndirməklə, fərdi davranışı ümumi sərvətə çe-

virməklə, resursları səfərbər etməklə cəmiyyətin ümumi məqsədlərinə xidmət edir.

İnstitusional, texnoloji və sosial modernləşmənin məqsədi aktiv vergi siyasətinin

formalaşdırılmasıdır. 

Özəl sektorda resursların yerləşdirilməsinə dövlətin müdaxiləsinin minimallaşdır-

masını  nəzərdə  tutan  vergi  siyasəti  passiv  vergi  siyasətidir.  Bu  çərçivədə  vergi

güzəştlərinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması nominal vergi dərəcələrinin

müəyyən qədər azaldılmasını nəzərdə tutur. 

Aktiv  vergi  siyasəti  vergi  siyasətinə  yeni  yanaşma  olub,  təkrar  istehsalın

genişləndirilməsini, müasir texnologiyalardan istifadəni, innovativ layihələrin real-

laşdırılmasını, kapitalın və əmək resurslarının məhsuldarlığının yüksəldilməsini,

biznes mühitinin daha da sağlamlaşdırılmasını təmin etməlidir. 

Aktiv vergi siyasətinin reallaşdırılması yolu ilə iqtisadi inkişafın təmin edilməsi

və həyat səviyyəsinin yüksəldilməsi, sosial partnyorluq prinsipinin formalaşdırıl-

ması, cəmiyyətin modern inkişaf mərhələsinə keçidinin təmin olunması nəzərdə tu-

tulur. Aktiv  vergi  siyasəti  vergi  siyasətinə  yeni  yanaşma  olub,  təkrar  istehsalın

genişləndirilməsini, müasir texnologiyalardan istifadəni, innovativ layihələrin real-

laşdırılmasını, kapitalın və əmək resurslarının məhsuldarlığının yüksəldilməsini,

biznes mühitinin daha da sağlamlaşdırılmasını təmin etməlidir. Vergi yükünün təd -

ricən istehsaldan istehlaka keçirilməsində məqsəd sahibkarlıq subyektləri üçün daha

əlverişli mühitin, eləcə də sabit və ədalətli vergi sisteminin yaradılmasıdır [3, s. 178].

Deməli, vergi qanunvericiliyinə dəyişikliklər edilərkən bir tərəfdən qlobal iqti-

sadiyyata inteqrasiyanın təmin olunması, digər tərəfdən isə ölkənin ortamüddətli

hədəflərinə  istiqamətlənmiş  məqsədlərə  xidmət  etməklə  beynəlxalq  normalara

uyğunlaşdırılması məqsədəmüvafiqdir. 



6. Nəticə

Müasir dünya təcrübəsi göstərir ki, hər hansı bir ölkənin iqtisadiyyatının davamlı

inkişafı onun yalnız yüksək məhsuldarlıqlı istehsal sahələrinə istiqamətlənməsi ilə

deyil, daha artıq dərəcədə ölkə və dünya bazarını yüksək texnologiya və biliklə təchiz

etmək bacarığı ilə mümkün olur. Çünki hazırkı şəraitdə bilik iqtisadiyyatı istehsalın

öncül bir sahəsinə, bilik və ona əsaslanan texnologiya isə ən çox tələb olunan məh-

sula çevrilməkdədir.

Bu gün qarşıda duran əsas vəzifə iqtisadiyyatın şaxələndirilməsini sürətləndirmək,

neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf



4(124)/2015

P.Rzayev

DAVAMLI İNNOVASİYALI İNKİŞAFIN TƏMİN EDİLMƏSİNİN VERGİTUTMA...



72

tempini  gələcək  illərdə  də  qoruyub  saxlamaq  və  onun  ixrac  imkanlarını  geniş -

ləndirməkdir.

İnnovasiya  fəallığının  yüksəldilməsi  yolu  ilə  rəqabətqabiliyyətli  məhsul  is-

tehsalının stimullaşdırılması, innovasiya fəaliyyətinin həyata keçirilməsi üçün zəruri

mexanizmlərin qurulması, innovasiya potensialının səmərəli istifadəsi və inkişafının

təmin edilməsi məqsədi ilə dövlət dəstəyi tədbirləri reallaşdırılmalı və müvafiq qa-

nunvericilik bazası daha da təkmilləşdirilməlidir.

Təbii ki, bu istiqamətdə seçilmiş hədəflərə, yəni davamlı inkişafa nail olmaq üçün

mühüm təsiredici amillərdən biri də vergi məsələləri ilə bağlıdır. Bu baxımdan da,

istehsal  və  xidmət  sahələrinin  davamlı  inkişafında  vergi  amili  olduqca  mühüm

əhəmiyyət kəsb edir. Nəzərə alsaq ki, iqtisadiyyatın tənzimlənməsində və iqtisadi

fəaliyyət növlərinin stimullaşdırılmasında vergi dövlətin əsas dayağıdır, onda iqti-

sadiyyatın  davamlı  inkişafının  təmin  olunmasında  vergi  siyasətinin  də  üzərinə

müəyyən vəzifələrin düşdüyü aydın olar. Qeyd etməliyik ki, strateji baxımdan vergi

siyasəti müqayisəli üstünlük sahələrinin inkişafına hədəflənməlidir. Bununla yanaşı,

vergi dərəcələrinin və onun strukturunun optimallaşdırılması istiqamətində həyata

keçiriləcək tədbirlər sahibkarlıq fəaliyyəti üçün əlverişli mühitin yaradılmasına şərait

yaradacaqdır.

Ədəbiyyat siyahısı

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi.

2. Kəlbiyev Y.A. (2012). Vergi siyasətinin konseptual əsasları və praktiki aspektləri.

Bakı: “Elm”, 488 s.

3. Rzayev P.Q. (2013). İqtisadiyyatın vergi tənzimlənməsi mexanizminin stimul-

laşdırıcı rolunun artırılması istiqamətləri. Monoqrafiya. Bakı: “İqtisad Univer-

siteti” Nəşriyyatı, 392 s.

4. Aнишенко A.В. (2009). Оптимизация налогов. Moсква. Изд-вo Бухгалтер-

ский учет, 128 с. (Anişenko A.V. (2009). Vergilərin optimallaşdırılması. Moskva.

Mühasibat uçotu Nəşriyyatı, 128 s.)

5. Бобылев С. Н. И др. (2011). Устойчивое развитие: методология и методики

измерения. М: Экономика. 358 с. (Bobılev S.N. və b. (2011). Davamlı inkişaf:

metodologiya və ölçü  üsulları. M: İqtisadiyyat, 358 s.

6. Делия В.П. (2011). Инновационная экономика и устойчивое развитие. Бала-

шиха: Де-По,  256 с. (Deliya V.P.(2011). İnnovasiya iqtisadiyyatı və davamlı

inkişaf. Balaşixa: De-Po. 256 s.)

7. Погорлецкий А.И. (2010). Налоговое регулирование в условиях глобального

экономического кризиса // Налоговые реформы. Теория и практика / М.:



4(124)/2015

P.Rzayev

DAVAMLI İNNOVASİYALI İNKİŞAFIN TƏMİN EDİLMƏSİNİN VERGİTUTMA...



73

ЮНИТИ-ДАНА,  463  с.  (Poqorleçkiy  A.İ.  (2010).  Qlobal  iqtisadi  böhran



şəraitində vergi tənzimlənməsi. Vergi islahatları. Nəzəriyyə və praktika. M.: YU-

NİTİ-DANA, 463 s.)

8. Самедзаде З.А (2004). «Этапы большого пути - экономика Азербайджана за

полвека,  её  новые  реалии  и  перспективы»,  Баку:  «НУРЛАР»,  936  с.

(Səmədzadə Z.A.(2004) «Böyük yolun mərhələləri: yarım əsr ərzində Azərbaycan



iqtisadiyyatı, onun gerçəklikləri və perspektivləri», Bakı: «NURLAR», 936 s.)

9. Шалмуев А.А. (2006). Теоретико-методологические основы устойчивого

развития региона // Инновация,  № 3 - с.28-32 (Şalmuyev A.A.(2006). Regionun

davamlı inkişafının nəzəri metodoloji əsasları. İnnovasiya. №3, 28-32 s.)

10. www.taxes.gov.az - Azərbaycan Respublikasının Vergilər Nazirliyi.



Рзаев Парвиз Гафар оглы

д. ф. э., Учебный Центр Министерства Налогов Азербайджанской Республики



Особенности налогообложения обеспечения 

устойчивого инновационного развития

Аннотация

Цель исследования – исследованы особенности налогообложения для обес-

печения устойчивого инновационного развития



Методология исследования – системный подход и сравнительный анализ.

Результаты исследования – даны научно-обоснованные предложения по

направлению определения особенностей налогообложения для обеспечения

устойчивого инновационного развития 

Ограничения исследования – требуется более широкая научно-обоснованная

разработка с точки зрения альтернативности особенностей налогообложения

для обеспечения устойчивого инновационного развития.

Практическая значимость исследования – использование в качестве на-

учного источника при определении особенностей налогообложения для обес-

печения устойчивого инновационного развития 

Оригинальность и научная новизна исследования – определены и научно 

обоснованы некоторые особенности налогообложения для обеспечения устой-

чивого инновационного развития 

Ключевые слова: устойчивое развитие, инновационная экономика, актив-

ная налоговая политика, оптимизация налоговых ставок.



rzayev Parviz Gafar oglu

Ass. Prof., Training Center of Ministry of Taxes of the Republic of Azerbaijan 



features of taxation for ensuring sustainable innovative development

Abstract

Purpose – study of features of taxation for ensuring sustainable innovative de-

velopment.



Design/methodology – systematic approach, comparative analysis.

Findings – the paper has some science-based recommendations to identify the

features of taxation for ensuring sustainable innovative development.



Research limitations – it requires a wide-range research about peculiarities of tax-

ation for ensuring sustainable innovative development.



Practical implications – using as a scientific source in determining of features of

taxation for provision sustainable innovative development.



Originality/value – determining and science-based substantiating of features of

taxation for ensuring sustainable innovative development.



Keywords: sustainable development, innovative economy, active tax policy, op-

timization of tax rates.

Jel Classification Codes: B22, E6, E62, H21

Məqalə redaksiyaya daxil olmuşdur: 27.07.15.

Təkrar işləməyə göndərilmişdir: 03.08.15.

Çapa qəbul olunmuşdur: 31.08.15



74

P.Rzayev

DAVAMLI İNNOVASİYALI İNKİŞAFIN TƏMİN EDİLMƏSİNİN VERGİTUTMA...



4(124)/2015

Yüklə 116,32 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə