n
İQTİSADİ NƏZƏRİYYƏ
1(133) /2017
77
UOT 330.101.2:330.3:330.82
SİYASİ İQTİSAD VƏ EKONOMİKS
DİSKUSSİYALAR MÜSTƏVİSİNDƏ
Xülasə
Tədqiqatın məqsədi – iqtisadi nəzəriyyənin tərkib
hissələri olan siyasi iqtisadla ekonomiks arasındakı
mühüm fərqlərin təhlili.
Tədqiqatın metodologiyası – dialektik və subyek-
tiv yanaşma.
Tədqiqatın nəticələri – əmək-dəyər nəzəriyyəsi
və son faydalılıq həddi nəzəriyyəsi istər nəzəri
əsaslarına görə, istərsə də metodologiyalarına görə
bir-birinə ziddir və bu səbəbdən də onları sintez -
ləşdirmək olmaz. Buna baxmayaraq, real həyatda
iqtisadi proseslərin bütün müxtəlifliyini izah etmək
üçün hər iki təlimdən istifadə olunmalıdır.
Tədqiqatın məhdudiyyətləri – siyasi iqtisadla
eko nomiks arasındakı fərqlərin daha dərindən təd -
qiq edilməsinə ehtiyac vardır.
Tədqiqatın praktiki əhəmiyyəti – tədqiqatdan əldə
edilmiş nəticələr və irəli sürülən təkliflər iqtisadi
nəzəriyyə fənninin tədrisi prosesində istifadə edilə
bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – müasir
iqtisadi nəzəriyyənin əsas struktur hissələri olan
siyasi iqtisadla ekonomiks arasındakı fərqlər ve -
rilmişdir.
Açar sözlər: siyasi iqtisad, ekonomiks, klassik
və neoklassik iqtisadi nəzəriyyə, əmək-dəyər və son
faydalılıq həddi nəzəriyyəsi
səh. 77-88
Babayev Əlican
Pirican oğlu
i.e.d., prof.
Azərbaycan Dövlət İqtisad
universiteti - uNEc
Az.1001, Bakı ş., İstiqlaliyyət küç., 6.
ababayev@rambler.ru
PDF processed with CutePDF evaluation edition
www.CutePDF.com
1. Giriş
Siyasi iqtisadla ekonomiks arasındakı mühüm fərqlər iqtisadi hadisə və prose s -
lərin öyrənilməsində, müxtəlif metodlardan istifadə edilməsində, onların metodoloji
yanaşmalarının uyğun gəlməməsində öz əksini tapmışdır.
Təsərrüfat fəaliyyətinin öyrənilməsi metodlarını iki hissəyə – ümumfəlsəfi və xü-
susi metodlara bölmək olar. Ümumfəlsəfi metodlar dialektik-materializm prinsip -
lərinə söykənərək bütün iqtisadi hadisə və prosesləri ziddiyyətli və daimi hərəkətdə
götürür. Bu metod öyrənilən iqtisadi proseslərin mahiyyətini aşkar etməyi nəzərdə
tutur. Elmi idrakın xüsusi metodlarına - müşahidə, sintez və təhlil, induksiya və de-
duksiya, eksperimentlərin aparılması, qrafiklərdən, riyazi formalardan geniş istifadə
edilməsi aiddir.
Xüsusi metodlar qarşısına iqtisadi kateqoriyaların və qanunların mahiyyətinə
nüfuz etmək vəzifəsi deyil, əksinə təsərrüfat həyatını təsvir, təhlil və izah etmək və -
zifəsi qoyulur.
Siyasi iqtisad üçün istər ümumi, istərsə də xüsusi metodlardan istifadə səciyyəvi
olduğu halda, ekonomiks xüsusi metodlardan istifadə edilməsinə üstünlük verir.
Siyasi iqtisad qarşısına insanın dünyanı dərk etməsində dünyanın mahiyyətinə var-
maq vəzifəsi qoyulur və heç də zahiri təzahürlərin təhlil edilməsi ilə kifayətlənmir.
Ekonomiks mahiyyətcə yanaşmadan yan keçərək, iqtisadiyyatı izah etməkdənsə,
onu mürəkkəb riyazi hesablamalar, qrafiklər, formullar, statistik modellər və
müşahidələr, son hədd kəmiyyətləri və s. şəklində kəmiyyətcə göstərir. Siyasi iqti-
sadın metodu daha artıq dərəcədə fəlsəfi-mahiyyət metodu olduğu halda, ekonomiks
başlıca olaraq riyazi və statistik metodlara əsaslanır.
Deyilənlərlə yanaşı, yerindəcə qeyd edək ki, müasirlik baxımından nəzərdən
keçirilən iqtisadi fikir özünün geniş əhatəliliyi ilə vahid iqtisadiyyat elmləri adlanan
nəhəng bir ağacın gövdəsinin qol-budaqlı şaxələri olmaqla ondan yüksəlsə də, on-
ların hamısının ağacın gövdəsinə eyni dərəcədə tam uyğun gəlməsindən qəti surətdə
danışmaq olmaz. Bu fikri iqtisadi nəzəriyyənin neoklassik istiqamətinə daha artıq
dərəcədə aid etmək olar. Belə ki, bu istiqamət heç vaxt öz mühakimələrində ciddi
fəlsəfi düşüncəyə əsaslanmamış, ona müraciət də etməmişdir. Onun fəlsəfi
(metodoloji) bilik ehtiyatı və istinadgahı XX əsrin birinci yarısındakı neopozitivizm
və karteziançılıq (R.Dekartın dualist fəlsəfəsi) fəlsəfəsinin bəzi müddəalarından o
yana keçməmişdir. Başlanğıcını Aristoteldən götürən, klassik fəlsəfə dövründə
V.Hegel tərəfindən əxz edilən və irəliyə doğru inkişaf etdirilən “hisslərdə və
təcrübədə olmayan şey təfəkkürdə də yoxdur” və “duyğularda olmayan şey intellekt -
də də yoxdur” kimi qədim ideyalar onun üçün yad, anlaşılmaz və ya naməlum bir
Qalaktika olmuşdur. Həmin ideyaları isə dünyanı passiv seyrçilik mövqeyindən
deyil, praktiki – fəal dəyişdirici istiqamətdə qavramaq mövqeyindən başa düşərək
qəbul etmək mümkündür. Bu cür mövqe isə V.Hegel, K.Marks, habelə Amerika praq-
78
Ə.Babayev
sİyAsİ İQTİsAD VƏ EKONOmİKs DİsKussİyAlAR mÜsTƏVİsİNDƏ
1(133) /2017
matizminin baniləri və nümayəndələri olan U.Ceyms, Ç.Pirs və C.Dyunin nəzəri
baxışları üçün səciyyəvi olmuşdur.
Neoklassik istiqamətin (cərəyanın) aprior ilkin çıxış şərti ilkin (zəmini) olan «iqti-
sadi insan» isə işin əslində alqı-satqı (mübadilə) prosesinə daxil edilən adi, gerçək,
fəaliyyətdə olan insandan başqa bir şey deyildir. Bu prosesin özü isə özlüyündə
aprior olmadığından, neoklassiklər bu mənada iqtisadi reallığın müəyyən bir
hissəsini təhlil etmiş olurdular. Lakin onların bu prosesə yanaşmalarının məhdud-
luqları və nöqsanı ondan irəli gəlir ki, onlar mübadilə prosesində mübadilə situa -
siyasına və insanın davranışlarına insan fəaliyyətində yeganə mümkün olan
xarakterli hal kimi yanaşmaqla işin əslində bazar mübadiləsini cəmiyyətin bütün
iqtisadi həyatını müəyyən edən universal, həlledici amilə çevirmiş olurlar. Ona görə
də neoklassik təhlil özünün bütün fikir və müddəaları ilə bazar iqtisadiyyatının
nəzəriyyəsi kimi qarşıya çıxır və bu cür iqtisadi nəzəriyyədə mübadilədən, alqı-satqı-
dan savayı heç bir yeni şey yoxdur.
2. Siyasi iqtisad və ekonomiks arasındakı fərqlər
İqtisadi nəzəriyyənin siyasi iqtisad və ekonomiks istiqamətləri arasındakı fərqləri
ümumiləşdirərək aşağıdakı nəticələrə gəlmək olar:
Birincisi, siyasi iqtisad istehsalda köklü səbəb-nəticə əlaqələrini öyrənərək onun
mahiyyət xarakterini açıqlayır. Ekonomiks səthi, üzdə olan münasibətləri öyrənir və
istehlak seçimini səmərələşdirmək prinsipi əsasında funksional asılılıqları təsvir edir.
Siyasi iqtisad istehsal münasibətlərinin həlledici məğzini üzə çıxarmaq üçün dialek-
tik və tarixi metodlara əsaslanır və onun məntiqi strukturunda səbəb-nəticə
əlaqələrini göstərir, ekonomiks pozitivizmə əsaslanır və funksional asılılığın ax-
tarışına xidmət edir.
Beləliklə, siyasi iqtisadın metodologiyası iqtisadi qanunları məhz hadisələrin
mahiyyəti, mahiyyətlər arasında münasibətlər səviyyəsində öyrənir və ümumiyyətlə
mahiyyəti təzahürdən fərqləndirir, ekonomiksin metodologiyası isə iqtisadi qanun-
ların mahiyyətinə varmadan zahiri iqtisadi formaları və onların funksional
asılılıqlarının araşdırılması ilə kifayətlənir. Ona görə də bütün Ekonomiks dərslik-
lərində pulun, qiymətin, kapitalın, istehsal xərclərinin, mənfəətin, rentanın və bazar
iqtisadiyyatının digər kateqoriyalarının mahiyyəti açılmadığına görə onların elmi
tərifləri verilmir.
İkincisi, nəzərdən keçirilən elmlərdə tədqiqat obyekti müxtəlifdir. Ekonomiksin
tədqiqat obyekti bilavasitə mübadilə sahəsidir, onun başlanğıc nöqtəsi nə istehsal və
təklif, nə də onların istehlak və tələblə qarşılıqlı əlaqəsidir, başlanğıc nöqtəsi istehlak
və tələb, daha doğrusu, tələb əyrisidir. Siyasi iqtisad, ekonomiksdən fərqli olaraq,
ictimai təkrar istehsal prosesində istehlakın və tələbin deyil, bilavasitə istehsalın və
79
Ə.Babayev
sİyAsİ İQTİsAD VƏ EKONOmİKs DİsKussİyAlAR mÜsTƏVİsİNDƏ
1(133) /2017
Ə.Babayev
sİyAsİ İQTİsAD VƏ EKONOmİKs DİsKussİyAlAR mÜsTƏVİsİNDƏ
1(133) /2017
80
təklifin ilkin və aparıcı rolunu göstərir. İstehsalın ilkin və aparıcı olmasını siyasi iqti-
sad elmi aşağıdakılarla əsaslandırır:
1) Hər hansı bir məhsul bölüşdürülüb, mübadilə edilib və istehlak olunmazdan
əvvəl istehsal olunmalıdır. Bu baxımdan demək olar ki, təkrar istehsal prosesi
həmişə bilavasitə istehsalla başlayır.
2) Bölgü, mübadilə və istehlak təsisatlarının maddi əsasını məhz istehsal üsulu,
hər şeydən əvvəl, onun texnika və texnologiyası təşkil edir.
3) Bölgü, mübadilə və istehlakın xarakteri ilk növbədə istehsalın sosial-iqtisadi
forması ilə müəyyən olunur.
Üçüncüsü, siyasi iqtisad tədqiqatları məcmu milli məhsulun hərəkətini
mərhələlər-istehsal, bölgü, mübadilə və istehlak üzrə əks etdirən bütövlükdə
götürülmüş ictimai təkrar istehsal prinsiplərinə əsaslanır. Ekonomiks dərsliklərində
tədqiqat obyekti əsasən iki - mikro və makroiqtisadiyyat səviyyəsində aparılır.
Dördüncüsü, siyasi iqtisadda təhlilin məntiqi çıxış nöqtəsi kimi bütövlükdə icti-
mai istehsal, milli iqtisadiyyat və ya iqtisadi subyektlərdən ibarət olan cəmiyyət,
ümumiyyətlə, tam halda götürülür. Ekonomiksdə isə təhlilin məntiqi çıxış nöqtəsi
cəmiyyətdə və ya ictimai istehsalda müstəqil fəaliyyət göstərən, ayrıca götürülmüş
fərdi iqtisadi subyektlərdən ibarətdir. Eyni tədqiqat obyekti müxtəlif nöqteyi-
nəzərdən - ictimai baxımdan və ya fərdi baxımdan araşdırılır.
Beləliklə, iqtisadi problemlərin təhlilində müasir iqtisadi nəzəriyyənin iki is-
tiqaməti arasında müəyyən fərqlər mövcuddur. Praktikadan uzaq olan və daha çox
ümumi-nəzəri xarakter daşıyan siyasi iqtisaddan fərqli olaraq, ekonomiks daha artıq
tətbiqi xarakter daşıması ilə fərqlənir. Siyasi iqtisad və ekonomiks eyni predmetə
malik olsalar da, iqtisadi sistemləri bir-birindən prinsip etibarilə fərqli olan
metodologiya əsasında öyrənirlər, müxtəlif məqsəd və vəzifələri qarşıya qoyurlar.
Siyasi iqtisad əmək-dəyər nəzəriyyəsinə, ekonomiks isə son faydalılıq nəzəriyyəsinə
əsaslanır.
3. İqtisadi nəzəriyyənin klassik və neoklassik istiqamətlərinin
ümumi cəhətləri
İqtisadi nəzəriyyənin klassik və neoklassik istiqamətlərinin müqayisəli təhlili
onlar arasında nəinki fərqlərin, eyni zamanda ümumi cəhətlərin olmasını göstərir.
Ümumi cəhət, hər şeydən əvvəl, onların hər ikisinin həm tədqiqat obyektinin, insan-
ların iqtisadi fəaliyyət sahəsinin təhlil edilməsi, həm də tədqiqat predmetinin, iqtisadi
münasibətlərin təhlil edilməsinin eyni olmasıdır. Siyasi iqtisadın və ekonomiksin
tərəfdarları iqtisadi münasibətlərin substansiyasını eyni cür görürlər. Bu substansiya
iqtisadi münasibətlərin əşya münasibətləri olması ilə və bu əşya münasibətlərinin
insanın təbiətə dəyişdirici təsiri nəticəsində baş verməsi ilə xarakterizə olunur. İqti-
sadi nəzəriyyənin hər iki istiqaməti real fəaliyyət göstərən və inkişaf edən müasir
Ə.Babayev
sİyAsİ İQTİsAD VƏ EKONOmİKs DİsKussİyAlAR mÜsTƏVİsİNDƏ
1(133) /2017
81
bazar iqtisadiyyatını ümumnəzəri cəhətdən əks etdirməyi qarşısına məqsəd qoyur.
Hər ikisi maddi istehsalı cəmiyyətin əsası və aparıcı sahəsi olması fikrini qəbul edir.
İstehsalın əsas amilləri barəsində də onlar arasında elə bir fərq mövcud deyil.
Mübahisə əsasən amillər üzrə gəlirlərin mənbəyi məsələsindədir. Hər iki istiqamət
hüdudsuz tələbatlar və məhdud resurslar arasında ziddiyyətin olmasını qəbul edir.
Siyasi iqtisad bu ziddiyyətin həll olunması vasitəsini texniki tərəqqidə görür.
Ekonomiksdə bu problem qısamüddətli dövrdə əvəzləmə normasını azaltmaq va-
sitəsilə resursların səmərəli yerləşdirilməsi ilə, uzunmüddətli dövrdə isə texniki
tərəqqiyə uyğun olaraq, yeni texnologiyadan istifadə etməklə həll olunur.
4. Siyasi iqtisadla ekonomiksin sintezi mümkündürmü?
Hazırda siyasi iqtisadla ekonomiksin, əmək-dəyər nəzəriyyəsi ilə son faydalılıq
həddi nəzəriyyəsinin birləşdirilməsinin, sintezinin mümkünlüyü və ya mümkünsüz -
lüyü problemi araşdırılır. Bu nəzəriyyələrin sintezləşdirilməsinə marjinalizmin mey-
dana gəldiyi vaxtdan səylər göstərilməyə başlanılmışdır. İqtisadi nəzəriyyənin iki
cərəyanının birləşdirilməsi istiqamətində A.Marşall, M.İ.Tuqan-Baranovski kimi bir
sıra iqtisadçılar cəhdlər göstərmişlər. Lakin bu sahədə sintezə nail olmaq cəhdləri
təəssüflər olsun ki, hələ indiyə qədər lazımi səmərə verməyib.
İqtisadi nəzəriyyədə dualizm istər elmi baxımdan, istərsə də tədris cəhətdən qə-
naətbəxş hesab edilə bilməz. Klassik siyasi iqtisadın və ekonomiksin uzun bir müd-
dət yanaşı fəaliyyət göstərməsi bazar iqtisadi sisteminin nəzəri təhlilinin birmənalı
nəticəsinin olmadığını göstərir, onların paralel və ya ardıcıl şəkildə tədrisi isə
tələbələrdə çaşqınlıq və anlaşılmazlıq yaradır.
Klassik və neoklassik iqtisadi nəzəriyyəni sintezləşdirməyin həm tərəfdarları,
həm də əleyhdarları vardır. İqtisadi ədəbiyyatda bu sintezin bir neçə səbəbə görə
mümkünlüyü fikri irəli sürülür.
Birinci səbəb ondan ibarətdir ki, siyasi iqtisadın və ekonomiksin həm tədqiqat
predmeti, həm də tədqiqat metodu eynidir, hər ikisi orta və son hədd
kəmiyyətlərindən (xərclərindən) istifadə edir, hər ikisində sosial problemlərin
həllinə, yəni iqtisadiyyatın “sosiallaşmasına” kifayət qədər diqqət yetirilir [1, s. 81-
81; 2, s. 108-109].
İkinci səbəb əmtəənin ictimai dəyərinin formalaşması prosesində nəinki is-
tehsalçıların, eləcə də istehlakçıların iştirak etməsindən ibarətdir. Əmtəə dəyərini
formalaşdıran ictimai zəruri əməyin təşəkkülü zamanı alıcıların (istehlakçıların) ro -
luna əmək-dəyər nəzəriyyəsində kifayət qədər diqqət yetirilməmişdir. Əgər satıcılarla
alıcıların rəqabətini nəzərdən keçirsək, görərik ki, ictimai zəruri əməyin formalaş-
ması zənginləşəcəkdir. Əmtəələrin ictimai dəyərinin formalaşması prosesində is-
tehlakçıların əmtəə istehsalçıları ilə birlikdə iştirak etdiyini iki istiqamətdə
Ə.Babayev
sİyAsİ İQTİsAD VƏ EKONOmİKs DİsKussİyAlAR mÜsTƏVİsİNDƏ
1(133) /2017
82
fərqləndirmək olar. Əvvəla, alıcıların rəqabəti olmadan eyni əmtəənin müxtəlif fərdi
qiymətləri (dəyərləri) belə əmtəələrin ictimai dəyərini ifadə edən vahid bazar qiymə -
tinə çevrilmir. İkincisi, əmtəə istehsalçılarının məhz hansı əmək məsrəflərinin ictimai
zəruri məsrəflər (əmtəələrin ictimai dəyəri) rolunda çıxış etdiyini tələblə təklifin nis-
bəti müəyyənləşdirir. Beləliklə, ictimai zəruri əməyin formalaşması prosesi ikilidir.
Bu, o deməkdir ki, əmək-dəyər və son faydalılıq həddi nəzəriyyələri bir-birilə təkcə
ideoloji deyil, həm də nəzəri cəhətdən rəqabət aparan bu konsepsiyalar mahiyyətcə,
faktiki olaraq, bir-birini tamamlayır və onlar dəyər qanunu mexanizminin, eləcə də
bazar qiymətəmələgəlmə prosesinin yalnız birlikdə, öz şərhləri məcmu şəkildə
götürüldükdə kifayət qədər tam mənzərəsini verə bilər [3, s. 104-111].
Üçüncü səbəb klassiklərin faydalılığın, o cümlədən də qiymətin əmələ gəlməsində
faydalılığın mühüm rol oynadığını vurğulamalarından, neoklassiklərin isə elə həmin
prosesdə məhz əmək məsrəflərinin mühüm rolunun nəzərə alınmasının göstəril -
məsindən ibarətdir. Klassik və neoklassik cərəyanların sintezi dəyər kateqoriyasının
marjinal yönümlü müxtəlif nəzəriyyələrə nüfuz etməsi, marjinal metodların klassik
nəzəriyyədə geniş surətdə istifadə olunmasında öz əksini tapır. Hər iki nəzəriyyənin
metodlarının, əsas elementlərinin bir-birinə nüfuz etməsi nəticəsində əsas məqsədə,
yəni daha yüksək səviyyəli yeni iqtisadi nəzəriyyənin yaradılmasına nail olmaq olar.
Məsələn, klassik siyasi iqtisad üçün faydalılıq qiyməti formalaşdırmağın həmişə
zəruri keyfiyyət şərti olmuşdur. İstehlak dəyəri (faydalılıq) dəyərin mütləq
daşıyıcısıdır. Birinci olmasa, ikinci də ola bilməz. Klassik siyasi iqtisada görə
qiymətin forması onun dəyərlə uyğun gəlməməsini, ondan kənarlaşmasını nəzərdə
tutur. Bu kənarlaşma isə məhz faydalılıq amili hesabına baş verir. Neoklassik
nəzəriyyə öz növbəsində qiymətin yalnız tələblə (faydalılıqla) müəyyən olunmasını
qəbul etmir. Uzunmüddətli dövrdə qiymətin müəyyənləşdirici funksiyası əmək məs-
rəflərinə, istehsal xərclərinə keçir. Neoklassik nəzəriyyəyə görə qiymətin tarazlığı
tələblə təklif uyğun gəldikdə mümkündür. Lakin təklifin dəyişməsi qiymətə təsir
göstərərək, onu aşağı salır və ya yuxarı qaldırır. Bu nəzəriyyə sabit, dəyişən, ümumi,
orta, son hədd istehsal xərclərinin təhlilinə geniş yer verərək, mikrosəviyyədə iqtisadi
fəaliyyətin səmərəli aparılmasını istehsal xərclərinin kəmiyyəti ilə bağlayır. Qiymətin
formalaşması prosesində marjinalistlərin bitərəf mövqeyini zəiflətmək məqsədilə
A.Marşall qayçının tiyələrini nümunə kimi göstərir. Bu nümunəyə görə, qiymət eyni
zamanda həm tələblə (faydalılıqla), həm də təkliflə (əmək məsrəfləri ilə) müəyyən
edilir [ 4, s. 86-88].
Dördüncü səbəb klassik (marksist) iqtisadi təhlilin metodologiyası və nəzəriyyəsi
ilə ekonomiks arasında bir növ kompromis variantın axtarılmasıdır. Marksizmin və
ekonomiksin metodlarının sintezi nəticəsində, yəni ekonomiksdə dialektik metoda
və marksizmdə mexaniki metoda keçid, bir istiqamətin metodunun çatışmayan ele-
mentlərini digər istiqamətin metodoloji ehtiyatından götürüb tamamlamaqla ümumi,
vahid metoda çatmaq və bunun əsasında nəzəriyyəni eyniləşdirməklə monizmə nail
Ə.Babayev
sİyAsİ İQTİsAD VƏ EKONOmİKs DİsKussİyAlAR mÜsTƏVİsİNDƏ
1(133) /2017
83
olmaq mümkündür. Öz tədqiqatlarını mahiyyət iqtisadi qanunlarının (dəyər qanunu,
izafi dəyər qanunu, orta mənfəət norması qanunu və s.) araşdırılmasına yönəldən
klassik siyasi iqtisaddan fərqli olaraq, neoklassiklər öz tədqiqatlarını zahiri funk-
sional iqtisadi kəmiyyət asılılıqlarının, necə dəyərlər, iqtisadi forma qanunlarının
(tələb qanunu, təklif qanunu) araşdırılmasına yönəltmişlər. Lakin mahiyyət iqtisadi
qanunları və iqtisadi forma qanunları obyektiv iqtisadi qanunların fəaliyyət mexa -
nizminin müxtəlif kəsikləri, bir növ, səviyyələridir. Nəticədə bu səviyyələr iqtisadi
nəzəriyyənin klassik və neoklassik istiqamətlərində süni surətdə bir-birindən
ayrılmışdır, bu da onların tam, sistemli şəkildə öyrənilməsinə imkan verməmişdir.
Bu səbəbdən bəzi iqtisadçılar iqtisadi kateqoriyaların mahiyyətcə nəzərdən keçi -
rilməsini marksist nəzəriyyənin, iqtisadi münasibətlərin zahiri formaları arasındakı
funksional asılılıqların isə ekonomiksin metodologiyası əsasında işıqlandırılması
haqqında fikirləri irəli sürürlər.
Lakin iqtisadi nəzəriyyənin hər iki qolunun sintezinin qeyri-mümkünlüyünü sübut
edən arqumentlər var. Siyasi iqtisadın və ekonomiksin sintezinin qeyri-mümkünlüyü
ilk növbədə onların başlanğıc kateqoriyalarına əsaslanır. Siyasi iqtisadın mühüm
kateqoriyası dəyərdir. Mahiyyətin axtarılmasını qarşısına məqsəd qoyan siyasi iqti-
sadda dəyər sərf edilmiş ictimai zəruri əməyin nəticəsi kimi ilkin, qiymət isə
əmtəənin pul ilə ifadə olunan dəyəri kimi ikincidir. Ekonomiks üçün mühüm kate-
qoriya qiymətdir. Mahiyyət haqqında elm olmayan ekonomiks dəyərlə maraqlanmır.
Ekonomiksin məntiqi sisteminin mərkəzində dəyər deyil, məhz qiymət durur.
Ekonomiksdə qiymət əmək məsrəfləri ilə deyil, məhz əmtəənin faydalılığı ilə
müəyyən edilir. Deməli, əgər siyasi iqtisad qiymətin arxasında dəyəri də görürsə,
ekonomiks qiymətlə kifayətlənərək, ona bazarda alıcıların və satıcıların subyektiv
hərəkətləri ilə müəyyənləşdirilən son nəticə kimi baxır. Əmək-dəyər nəzəriyyəsi fay-
dalılığı və tələbi əmtəə və qiymət amili kimi qəbul edir, neoklassiklər istehsal xərcləri
və təklifi qiymətə təsir göstərən amillərdən biri kimi görürlər, lakin dəyəri qiymətin
daxili substansiyası kimi inkar edirlər. Bu baxımdan əmək-dəyər nəzəriyyəsini
(siyasi iqtisad) son faydalılıq həddi nəzəriyyəsi (ekonomiks) ilə sintezləşdirmək
mümkün deyil. V.N.Çerkovets inandırıcı şəkildə sübut etmişdir ki, siyasi iqtisadın
və ekonomiksın bilavasitə sintezi, müxtəlif nəzəriyyələrin başlıca nəticələrinin vahid
nəzəriyyəyə üzvi surətdə daxil olunması mənasında, qeyri-mümkündür [5, s. 70].
Göstərilən istiqamətlərin barışmazlığını başqa müəlliflərin də əsərlərində müşa -
yiət etmək olar. Əmək-dəyər nəzəriyyəsi və son faydalılıq həddi nəzəriyyəsi istər
nəzəri əsaslarına görə, istərsə də metodologiyalarına görə bir-birinə ziddir və bu
səbəbdən də onları sintezləşdirmək olmaz. Buna baxmayaraq, real həyatda iqtisadi
proseslərin bütün müxtəlifliyini izah etmək üçün hər iki təlimdən istifadə olun-
malıdır. Real həyatda qiymətin formalaşması prosesinə müraciət etsək, görərik ki,
qiymətlər iqtisadi nəzəriyyənin hər iki istiqaməti mövqeyindən izah edilə bilər.
Müasir şəraitdə biz hər an əmtəələrin subyektiv qiymətləri ilə qarşılaşırıq. Məsələn,
Ə.Babayev
sİyAsİ İQTİsAD VƏ EKONOmİKs DİsKussİyAlAR mÜsTƏVİsİNDƏ
1(133) /2017
84
sevimli futbol klubunun iştirakı ilə keçirilən final görüşünə kassada bilet yoxdur,
amma əldə satılır. Ancaq futbol görüşünə baxmaq arzusu subyekti biletləri normal
dəyərindən qat-qat baha olan qiymətə almağa məcbur edəcəkdir. Deməli, subyektiv
qiymət əmtəənin və ya xidmətin qiymətini bir çox cəhətdən qabaqcadan müəyyən
edəcəkdir. Əgər məhsul kifayət miqdardadırsa, onda məhsulun subyektiv qiymət -
lərinin əmtəənin qiymətlərinin təyin edilməsinə dəxli yoxdur. Əmtəə qıtlığı, real
məhsul məhdudluğu olmadığı şəraitdə subyektiv qiymətin məhsulun qiymətinə heç
bir aidiyyəti yoxdur. Sərbəst kütləvi istehsal və bazar şəraitində əmək-dəyər
nəzəriyyəsi qiymətin əsasını kifayət qədər inandırıcı və ziddiyyətsiz şəkildə izah
edir. Resursların məhdudluğu, nemətlərin qıtlığı şəraitində əmək-dəyər nəzəriyyəsi
öz funksiyasını yerinə yetirə bilmir, buna görə də qiymətlərin təyin edilməsi son fay-
dalılıq həddi nəzəriyyəsi mövqeyindən daha yaxşı verilə bilər [6].
Beləliklə, bir-biri ilə rəqabət aparan nəzəriyyələr kimi, əmək-dəyər və son fay-
dalılıq həddi nəzəriyyələrinin sintez olunmaması əsasında klassik siyasi iqtisadın və
ekonomiksin sintez olunmaması nəticəsinə gəlirlər. Bu halda sintez probleminin
qoyuluşu, ümumiyyətlə, hər hansı bir müstəvidə irəli sürülməsi qeyri-mümkün hesab
edilir. Bununla belə, iqtisadi nəzəriyyənin hər iki istiqamətinin sintezi məsələsinin
mümkünsüzlüyü onların nəticələrinin müasir iqtisadi nəzəriyyədə istifadə olunma-
ması demək olmazdı. Ümumilikdə götürdükdə, məqsəd siyasi iqtisadın və ekono -
miksin çıxış kateqoriyalarına xələl gətirmədən, ekonomiksin tədqiqat predmeti
saydığı problemlərin həllini siyasi-iqtisad təhlili ilə uyğunlaşdırmaq və əlaqələn -
dirmək lazımdır.
İqtisadi nəzəriyyənin klassik (siyasi iqtisad) və neoklassik (ekonomiks) is-
tiqamətləri XIX əsrdə kapitalizm sisteminin ziddiyyətlərinin kəskinləşməsini
özünəməxsus tərzdə şərh edir. İqtisadi nəzəriyyənin birinci istiqamətinin diqqət
mərkəzində sosial münasibətlərin təhlilinə əgər üstünlük verilirdisə, onun digər is-
tiqaməti sosial-iqtisadi nəzəriyyədən imtina edərək sosial münasibətlərə deyil, bazar
münasibətləri sisteminin fəaliyyətinə, məhdud ehtiyatlardan səmərəli istifadə
edilməsinin təhlilinə geniş yer verir. İqtisadi nəzəriyyənin hər iki istiqamətinin həmin
elmin inkişafında, onun nəzəri cəhətdən zənginləşməsində müsbət rolu olmuşdur.
Neoklassik istiqamət, özünün tədqiqat predmetində sosial-sinfi münasibətlərə
daha geniş yer verən marksist iqtisadi nəzəriyyəsinə tənqidi reaksiya kimi meydana
gəlmişdir. Bu istiqamət azad rəqabəti tərənnüm edərək XX əsrin 30-cu illərinə qədər
hökmran mövqe tutmuşdur. Lakin 1929-1933-cü illərin iqtisadi böhranı və dərin
dep ressiyası göstərdi ki, dövlətin iqtisadiyyata müdaxiləsi olmadan, azad rəqabət
vasitəsilə cəmiyyətdə mövcud olan ziddiyyətləri, sosial-iqtisadi problemləri həll
etmək mümkün deyildir. Bununla əlaqədar iqtisadi nəzəriyyədə dövlətin iqtisadiy -
yata müdaxiləsini nəzəri cəhətdən əsaslandıran keynsçilik nəzəriyyəsi meydana
gəlmişdir. İqtisadi nəzəriyyə A.Smit tərəfindən ifadə edilmiş ümumi vahid paradiqma
ilə bağlı olaraq (onun elementləri: “iqtisadi insan”, “görünməyən əllər”, iqtisadi
münasibətlərin obyekti kimi “sərvət”) tarixən xarici amillərin və daxili ziddiyyətlərin
təsiri altında daima təkmilləşmiş və zənginləşmişdir. Klassik istiqamətin inkişafı,
sonradan neoklassikanın üstünlük təşkil etməsi, sonuncunun keynsçilik nəzəriyyəsi
ilə zənginləşməsi, xüsusi konsepsiyaların ayrılması (monetarizm, təklif iqtisadiyyatı,
səmərəli gözləmə və s.) - belə yeniliyin bariz nümunələridir.
5. Müasir dövrdə iqtisadi nəzəriyyənin yeniləşməsi
XX əsrin sonu və XXI əsrin başlancığı iqtisadi nəzəriyyənin qarşısında çox kəskin
formada yeniləşmə (genişlənmə) problemi qoymuşdur. Həmin yeniləşmə iqtisadi
münasibətlərin bir tipinin (sisteminin) digərilə əvəzlənməsi nəticəsində iqtisadi
nəzəriyyənin predmetinin real məzmununun keyfiyyətcə dəyişməsi hesabına baş
verir, çünki iqtisadi münasibətlərin hər bir sonrakı sistemi əvvəlki ilə müqayisədə
nəinki müxtəlif tiplidir, həm də zəngin, məzmunlu, çoxsəpkili və mürəkkəbdir. Bu,
onunla bağlıdır ki, iqtisadi münasibətlərin yeni tipinə keyfiyyət keçidi, köhnə tipin
dialektik inkarı yolu ilə, yəni müsbət cəhətlərin aşkar edilməsi, saxlanması və artırıl-
ması, yeni və öyrənilməmiş iqtisadi hadisələrin və proseslərin getdikcə daha çox
tədqiqata cəlb olunması yolu ilə baş verir. Azərbaycanda və postsosialist ölkələrində
planlı iqtisadi sistemdən bazar sisteminə genişmiqyaslı keçidi sözlərimizə misal
göstərə bilərik. Lakin keçid iqtisadiyyatının nəinki spesifik, həm də ümumi cəhətləri
vardır. Məsələn, Azərbaycanda keçid iqtisadiyyatının özünəməxsus fərdi xüsusiy -
yətləri ilə yanaşı, Mərkəzi və Şərqi Avropanın postsosialist ölkələrində həyata keçi -
rilən keçid iqtisadiyyatının ümumi əlamətləri də mövcuddur. Postsosialist ölkələrində
transformasiya proseslərinin tarixi təcrübəsi, keçid dəyişikliklərinin nəinki mürəkkəb
və spesifik, həm də uzunmüddətli xarakter alması bu aktual problemin hərtərəfli
araşdırılması və öyrənilməsini obyektiv zərurətə çevirir. Bununla əlaqədar, ən azı
aşağıdakı iki mühüm məsələ iqtisadi nəzəriyyənin predmetinin genişlənməsini, onun
yeni məzmun kəsb etməsini göstərir:
1) Müxtəlif ölkələrdə bazar iqtisadiyyatına keçidin ümumi və xüsusi cəhətləri;
2) Keçid iqtisadiyyatı nəzəriyyəsinin predmeti və məzmunu, onun ümumi iqtisadi
nəzəriyyə kursunun strukturunda yeri.
İqtisadi nəzəriyyə təkmilləşdirilməsinin əsas istiqamətlərindən biri də institusional
nəzəriyyənin inkişafı ilə əlaqədar olaraq onun predmetinin genişləndirilməsindən
ibarətdir. İqtisadi nəzəriyyə predmetinin genişləndirilməsi, bir tərəfdən, “institut”
kateqoriyasının özünü, habelə müxtəlif sosial-mədəni amilləri təhlildə tətbiq etmək
hesabına, digər tərəfdən isə, institutların dəyişdirilməsi üzrə fəaliyyətin xüsusi
tədqiqi, yəni şüurlu-psixoloji fəaliyyət formaları hesabına baş verir.
İqtisadi nəzəriyyə predmetinin genişləndirilməsinin digər istiqaməti təhlil metod-
larının təkmilləşdirilməsi (yeniləşdirilməsi) hesabına baş verir. Bir tərəfdən, elm
85
Ə.Babayev
sİyAsİ İQTİsAD VƏ EKONOmİKs DİsKussİyAlAR mÜsTƏVİsİNDƏ
1(133) /2017
86
Ə.Babayev
sİyAsİ İQTİsAD VƏ EKONOmİKs DİsKussİyAlAR mÜsTƏVİsİNDƏ
1(133) /2017
olaraq iqtisadi nəzəriyyə inkişaf etdikcə və digər tərəfdən isə onun həm iqtisad elm-
ləri ilə, həm də digər elmi sistemlərlə - sosial-humanitar, təbiət, mexanika elmləri
ilə inteqrasiya prosesləri gücləndikcə, müxtəlif elmlərin metodlarının bir-birinə
qarşılıqlı nüfuz etməsi prosesi də baş verir. Beləliklə, iqtisadi nəzəriyyənin digər
fənlərin və elmi məktəblərin ümumfəlsəfi, ümumelmi, kompleks elmi, xüsusi - elmi
metodlarından, məsələn, relyativist, təkamül, eksperimental, sinergetik və başqa
metodlardan istifadə etmək imkanı genişlənir. Təfəkkür üsulu və tərzi də dəyişir,
tədqiqatçı iqtisadçıların araşdırmalarında predmetlərarası, fənlərarası, kompleks, sin-
tetik, sinergetik yanaşmalar adlandırılan metodların formalaşması və onlardan isti-
fadə üçün şərait və vasitələr də yaradılır. Bütün bunlar yaradıcılıqla tətbiq edildikdə
daha çox yeni biliklər, öyrənilən konkret obyektin, yəni nəzəri-iqtisadi obyektin
təbiətinə adekvat olan biliklər əldə olunmasına gətirib çıxarmaya bilməz. Bu, nəzəri
iqtisadın özünün predmetinin genişlənməsi və həmin predmetin daha dərindən başa
düşülməsi demək olardı.
İqtisadi nəzəriyyə predmetinin genişlənməsi sosial xidmət sahələrinin nəzəri iqti-
sadın tədqiqat orbitinə cəlb edilməsi ilə də əlaqədardır. İqtisadi cəhətdən inkişaf
etmiş ölkələrin innovasiyalı inkişaf mərhələsinə keçməsi, onların “texniki-iqtisadi
sahələrində” baş verən real dəyişikliklər, cəmiyyətin formalaşmaqda olan key-
fiyyətcə yeni vəziyyətinin bir sıra xüsusiyyətlərini (əlamətlərini) səciyyələndirməyə
əsas verir. İnnovasiyalı inkişaf mərhələsinə keçidin belə əlamətlərindən biri əmtəə
(maddi nemətlər) istehsalından xidmətlər istehsalına keçid, digəri isə elmi biliklərin,
informasiyanın, mənəvi sərvətlərin ön sıraya çıxmasıdır. İnformasiya cəmiyyətinə
keçid sosial xidmət sahələrində işləyənlərin sayının nisbətən artması və maddi is-
tehsalda çalışanların azalması, habelə ümumi daxili məhsulda xidmətlərin payının
çoxalması və maddi istehsal məhsullarının payının müvafiq surətdə azalması ilə
ölçülür, elm bilavasitə məhsuldar qüvvəyə çevrilir. Əşya formasında olan məhsullar
deyil, məhz elmi biliklər, informasiya, mənəvi sərvətlər getdikcə daha çox məhsulun
əsas növlərinə çevrilir. Maddi və qeyri-maddi istehsal sahələri, onların nəticələri
arasındakı nisbət sonuncunun xeyrinə dəyişir. Beləliklə, informasiya cəmiyyətində
sosial sahəsinin maddi istehsal sahəsinə nisbətən üstün artması qanunauyğun bir
haldır və inkişaf etmiş sivil ölkələrin hamısında özünü büruzə verir. Bütün bunlar
sosial xidmətlər sahəsinin iqtisadi nəzəriyyə (siyasi iqtisad) baxımından tədqiq
edilməsinin zəruriliyini artırır və aktuallaşdırır.
İqtisadi nəzəriyyənin yeniləşdirilməsinin zəruriliyi bir sıra konkret ziddiyyətlərlə
də bağlıdır. Bu, metodoloji baxımdan iqtisadi tarazlıq prinsipi əsasında qurulmuş
neoklassik nəzəriyyənin müasir qeyri-tarazlıq (keçid) vəziyyəti üçün səciyyəvi olan
prosesləri izah edə bilməməsinə aiddir. Bununla əlaqədar bir çox ortodoksal model-
lərin izah edilməsində qarşıya çətinliklər çıxır. Buna misal olaraq, postsovet
ölkələrinin keçid iqtisadiyyatındakı inflyasiya fenomenlərini, tənəzzüllə işsizliyin
qarşılıqlı əlaqəsini göstərmək olar [6].
6. Nəticə
Beləliklə, müasir iqtisadi nəzəriyyənin məzmunu, məntiqi və strukturunu,
postsovet ölkələrində bazar iqtisadi sisteminə keçidlə əlaqədar iqtisadi nəzəriyyənin
əhəmiyyətinin artmasını, iqtisadi nəzəriyyənin iqtisad elmləri sistemində yeri və ro -
lunu, iqtisadi nəzəriyyənin klassik (siyasi iqtisad) və neoklassik (ekonomiks) is-
tiqamətlərinin oxşar və fərqli cəhətlərini, iqtisadi nəzəriyyə predmetinin
genişlənməsinin (yeniləşməsinin) bir sıra potensial və aktual mənbələrini, onun
həmin elmin kateqoriyalar və qanunlar sistemində nəzəri-məntiqi əksini tapmasının
zərurililiyini nəzərdən keçirdik.
Ədəbiyyat siyahısı
1. Хубиев К.A. Экономикс: О методолого-теорeтическом содержании и возможности син-
теза политэкономической традицией // Российский экономический журнал. (1999). №
7. С. 81-82. (Ekonomiks:metodoloji-nəzəri məzmunu və siyasi iqtisad ənənələrinə sintez
imkanları).
2. Хубиев К.A. Еще раз об “экономикс”: не сотвори себe кумира! // Российский экономи-
ческий журнал. (2000). № 5-6. c. 108-109. (Bir daha “ekonomiks” haqqında: özun üçün
kumir yaratma!).
3. Афанасьев В.С. Вклад австрийской школы в развитие трудовой теории стоимости //
Вопросы экономики. (2002). № 2. c. 104-111. (Avstriya məktəbinin əmək-dəyər
nəzəriyyəsinin inkişafına tövhəsi).
4. Радаев В.В. Классика и неoклассика в политической экономии // “Капитал” и Эконо-
микс. Вопросы методологии, теории, преподавания / Под ред. В.Н.Черковца М.: ТЕИС,
(1998). С.86-88. (Siyasi iqtisadda klassika və neoklassika).
5. Черковец В.Н. Политическая экономия как наука: историческая тенденция и социаль-
ная востребованность // Российский экономический журнал. (1996). № 3. С.70. (Siyasi
iqtisad bir elm kimi:tarixi meyillər və sosial tələb).
6. Дунаев Э.П. К вопросу о синтезе трудовой теории стоимости и теории предельной по-
лезности // Вестник Московского университета. Сер. 6. Экономика. (2002). № 4. (Əmək-
dəyər nəzəriyyəsi və son hədd faydalılığı nəzəriyyəsinin sintezi haqqında məsələyə dair.).
Бабаев Алиджан Пириджан оглы
д.э.н., проф. Азербайджанский Государственный экономический университет - UNEC
Аннотация
Политическая экономия и экономикс на плоскости дискуссий
Цель исследования – анализируются важнейшие различия между политической эконо-
мией и экономиксом, как составной части экономической теории.
Методология исследования – диалектический и субъективистский подход.
Результаты исследования – трудовая теория стоимости и теория предельной полез-
ности противоречат друг друга как по своим теоретическим основам, так и по методоло-
87
Ə.Babayev
sİyAsİ İQTİsAD VƏ EKONOmİKs DİsKussİyAlAR mÜsTƏVİsİNDƏ
1(133) /2017
гиям, и по этой причине их невозможно синтезировать. Несмотря на это, для объяснения
всего разнообразия экономических процессов в реальной жизни следует использовать оба
учения.
Ограничении исследования – различия между политической экономией и экономиксом
нуждаются в еще большем исследовании.
Практическая значимость исследования – полученные результаты исследования и
выдвинутые предложения могут быть использованы в процессе преподавания экономи-
ческой теории.
Оргинальность и научная новизна исследования – даны различия между политической
экономией и экономиксом, как основной структурной части современной экономической
теории.
Ключевые слова: политическая экономия, экономикс, классическая и неоклассическая
экономическая теория, трудовая теория стоимости, теория предельной полезности.
Babayev Alijan Pirijan oglu
Prof., Dr., Azerbaijan State University of Economics - UNEC
Abstract
Political economy and economics in the discussion flatness
Purpose – analysis of the significant differences between the economic theory constituents
economics and political economy.
Design/methodology – dialectical and subjective approach.
Research results – labor-value theory and end usefulness limitation theory are contradicted
by the theoretical and methodical principles and that’s why it’s impossible to synthesize them.
Nevertheless it’s necessary to use the both instruction for the explanation of the major differences
of the economic process in the real life.
Research limitations – it’s necessary to investigate deeply the differences between economic
theory and economics.
Practical implications – the results of the investigation and the suggested purposes may be
useful in the teaching process of economic theory.
Originality/value – the major differences between economics and political economy as the
main contituents of the economic theory are worked out in the investigation.
Keywords: political economy, economics, classic and neoclassic economic theory, labor-
value theory, end usefulness limitation theory.
JEL Classification Codes: A11, B4, E0
Məqalə redaksiyaya daxil olmuşdur: 12.01.17.
Təkrar işləməyə göndərilmişdir: 17.01.17.
Çapa qəbul olunmuşdur: 10.03.17.
88
Ə.Babayev
sİyAsİ İQTİsAD VƏ EKONOmİKs DİsKussİyAlAR mÜsTƏVİsİNDƏ
1(133) /2017
Dostları ilə paylaş: |