Xülasə Tədqiqatın məqsədi sahibkarlıq fəaliyyətinin tənzimlənməsində iqtisadi



Yüklə 171,28 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix20.10.2017
ölçüsü171,28 Kb.
#5875
növüXülasə
  1   2   3   4   5   6   7


43

UOT 338.486.4:330.16

Sahibkarlığın tənzimlənməsinin 

iqtisadi-psixoloji məsələləri

Xülasə

Tədqiqatın  məqsədi -  sahibkarlıq  fəaliyyətinin  tənzimlənməsində  iqtisadi-

psixoloji amillərin istifadəsi məsələlərinin tədqiqi.



Tədqiqatın metodologiyası - iqtisadi təhlil və ümumiləşdirmə.

Tədqiqatın nəticələri - sahibkarın rasional seçiminin tənzimlənməsində psixoloji,

mədəni, intellektual amillərin istifadəsi və sahibkarın sosial məsuliyyətliliyinin yük-

səldilməsi üzrə müvafiq təkliflər verilmişdir.

Tədqiqatın məhdudiyyətləri - milli mentalitetə uyğun müvafiq psixoloji testlərin

yoxluğu. 



Tədqiqatın praktiki əhəmiyyəti - sahibkarlıq fəaliyyətinin tədqiqi və tənzimlən-

məsi məsələlərinin həllində elmi mənbə kimi isitfadə.



Tədqiqatın orijinallığı və elmi yeniliyi - sahibkarlıq fəaliyyətinin tənzimlənməsi

məsələsinə sahibkarın fərdiliyi ilə sahibkarlığın ictimailiyi arasında yaranan zid-

diyyətlər prizmasından yanaşma.

Açar sözlər: sahibkarlıq,  sahibkarlıq psixologiyası,  rasional  seçim  modeli,

liberalizm, institutionalizm.

1.Giriş

Bu gün dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsi üçün innovasiyalı və

yüksək  texnologiyalara  əsaslanan  iqtisadi  modelin  qurulması  ölkəmizdə  uğurla

aparılmaqda olan iqtisadi siyasətin əsas prioritetlərindən biridir. İqtisadi inkişafın



Seyfullayev İlqar Zülfüqar oğlu*

Vergilər Nazirliyi, iqtisad üzrə fəlsəfə doktoru,

dosent

*AZ1040. Bakı ş. Sabunçu rayonu, Bakıxanov qəs., Ü.Rəcəb küçəsi, 1.



s-ilgar@mail.ru

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 8/2011.



İQTİSADİ PSİXOlOgİYA

Səh.43-62

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com




İ.Seyfullayev. Sahibkarlığın tənzimlənməsinin iqtisadi-psixoloji məsələləri 

44

əsas hərəkətverici qüvvəsi olan sahibkarlığın bu prosesdə rolu böyük əhəmiyyət kəsb



edir. Son 20 ildə əlverişli sahibkarlıq mühitinin formalaşması və sahibkarlar ordusu-

nun yaranması üçün olduqca mühüm işlər görülmüş, fundamental iqtisadi proseslər

üçün çox qısa olan bu dövrdə əhəmiyyətli nəticələr əldə olunmuş, milli sahibkarlar

ordusu yaranmağa başlamışdır. Son illərdə ÜDM-də özəl sektorun payı 80-81 faiz

səviyyəsinədək yüksəlmişdir. Dövlət büdcəsinə vergi daxilolmalarında özəl sektorun

payı da ildən-ilə artmaqdadır [1].

İqtisadi fəaliyyətin xüsusi növü olan sahibkarlığın cəmiyyətdə rolu, inkişafı və

tənzimlənməsi məsələsi iqtisad elminin yaranma dövründən bu günə qədər diqqət

mərkəzindədir. Son dövrlərdə baş vermiş qlobal maliyyə böhranı və digər mənfi

xarakterli sosial-iqtisadi hadisələr sahibkarlığın inkişafı və tənzimlənməsi məsələ-

sinin daha da aktuallaşmasına gətirmiş, tənzimləmə mexanizmlərində sahibkarlıq

psixologiyasının nəzərə alınması probleminin həllinə istiqamətlənmiş tədqiqatlara

xüsusi zərurət yaranmışdır.

2. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsinə iqtisadi baxışlar

İqtisad elmində sahibkarlıq fəaliyyətinin tənzimlənməsinə və sahibkarlara mü-

nasibət birmənalı deyil. İqtisadi inkişafın təmin olunmasında sahibkarlığın rolu, bu

fəaliyyətin cəmiyyətə verdiyi fayda və mənfi nəticələri elmi mübahisələrin daimi

mövzusuna çevrilmişdir.

Hələ XVIII əsrdə Adam Smit (1723-1790) ilk dəfə 1776-cı ildə nəşr olunmuş

“Xalqların sərvəti və onun yaranma səbəblərinin tədqiqi” əsərində insanları olduğu

kimi qəbul etməyi təklif etməklə bərabər qeyd edirdi ki, yalnız fərdi maraqlarını

təmin etməyə can atan sahibkarlar azad bazarın “görünməz əl” mexanizminin təsiri

ilə özləri də bilmədən cəmiyyətin rifahı naminə çalışırlar. Adam Smitə görə, alıcı



və satıcıların qarşılıqlı maraqları rəqabətli mübadilə vasitəsilə təmin olunduğu

halda cəmiyyət inkişaf edir [2, s. 2].

Jan Batist Sey (1767-1832) “Siyasi iqtisad üzrə traktat” (1803) adlı əsərində

sahibkarı sərvətin yaradılmasının mərkəzi fiquru hesab etmişdir. O, sahibkarın əmək,

torpaq və kapitalı (“üç amil” nəzəriyyəsi) istehsala cəlb edərək daha yüksək dəyərin

yaradılmasına yönəldən fərd olduğunu qeyd etmiş, yaranmış sərvətin bölgüsündə

daha çox paya sahib olmaq hüququnu isə daha çox risk etmə, yüksək intellekt, fəallıq

və nizam-intizamlılıqla  əsaslandırmışdır [3, s.12].

David Rikardo (1772-1823) “Siyasi iqtisadın prinsipləri və vergitutma” (1817)

əsərində “görünməz əl”in tənzimləyici perspektivinə bir qədər pessimist yanaşmışdır.

O hesab edirdi ki, iqtisadi sistem “tarazlıq” istiqamətində hərəkət edir. Tarazlıq

mərhələsinə çatan iqtisadi sistemdə isə inkişaf dayanacaq, inhisarların yaranması ilə

bazarın rəqabət mexanizmi pozulacaq və işçilərin əmək haqları minimuma - yalnız

yaşamaq üçün kifayət edən səviyyəyə qədər azalacaq [4, s. 16].



XIX əsrin ikinci yarısında Karl Marks (1818-1883) “Kapital” əsərində (birinci

hissə - “Kapitalın istehsalı prosesi” 1867-ci ildə, ikinci hissə - “Kapitalın dövriyyəsi

prosesi” 1884-cü ildə, üçüncü hissə - “Kapitalist istehsalı prosesi”  1894-cü ildə

ilk dəfə nəşr olunub) sahibkarları (kapital sahiblərini) insanları yalnız istehsal pro-

sesində deyil, istehlak prosesində də istismar edən kapitalistlər kimi təqdim etmişdir.

Azsaylı iri kapital sahibləri mənfəətin əsas mənbəyi olan istehsalın artımına nail

olmaq üçün istehlakın artımını təmin etməli idilər. K.Marks qeyd edirdi ki, kapita-

listlər bazarların coğrafi sərhədlərini genişləndirməyə çalışacaq, çoxsaylı fəhlə sinfini

daha çox məhsulları almağa sövq edəcək, onlara alıcılıq qabiliyyətini dəstəkləmək

üçün gələcək gəlirləri hesabına kreditlər verəcəklər. Elə bir an gələcək ki, istehlak

kreditlərinin ödənilməsi mümkün olmayacaq, burjua bankları və şirkətləri müflis

olaraq dövlət tərəfindən milliləşdiriləcəklər. Nəticədə kapitalizm formasiyası ləğv

olunacaq. K.Marksın təxminən 130 il bundan əvvəl verdiyi proqnozun istehlakçı

cəmiyyətin yaranacağı və iqtisadi sistemlərin dərin böhranlarının olacağı ilə bağlı

hissəsi bugünkü reallıqda öz təsdiqini tapmış, bazar iqtisadiyyatı əsasında qurulmuş

kapitalizmin məhvi ilə bağlı hissəsi isə özünü tam doğrultmamışdır [5].

Yozef Aloiz  Şumpeter  (1883-1950)  sahibkarları  iqtisadi  inkişafın  əsas  hərə-

kətverici qüvvəsi kimi təqdim edərək onları iki qrupa ayırmışdır - yenilikçilər və

“gündəlik dövriyyə” ilə məşğul olanlar. O, məhz yenilikçi sahibkarları iqtisadi sis-

temi tarazlıq vəziyyətindən çıxaran, “istehsal amillərinin yeni kombinasiyası”nı

təşkil etməklə daha yüksək nəticələrə istiqamətlənən və riskli fəaliyyətlə məşğul

olan fərdlər kimi təqdim etmişdir [6].

Beləliklə, iqtisadi nəzəriyyədə sahibkarlığa münasibəti iki qrupda birləşdirmək

olar: 

1. Fərdiyyətçilik və şəxsin məhdudlaşdırılmayan azadlığı prinsiplərinə söykənən



nəzəriyyə - liberalizm.

2. Sahibkarlıq fəaliyyətinin tənzimlənməsini və dövlətin iqtisadi proseslərə mü-

daxiləsinin zərurətini əsaslandıran nəzəriyyə - institutsional iqtisadiyyat.

Dövlətin iqtisadiyyatın tənzimlənməsi prosesində iştirakını labüd sayan hər iki

cərəyanın nümayəndələri arasında fikir ayrılığı əsasən bu müdaxilənin həddləri,

mahiyyəti, məzmun və forması ilə bağlıdır. Qeyd olunan tənzimləmə nəzəriyyələri

iqtisadi fəaliyyətin, o cümlədən sahibkarlığın tənzimlənməsi üçün aşağıdakı iqtisadi

alətləri təklif edir: maliyyə-kredit və pul siyasəti; dövlətin büdcə və vergi siyasəti;

dövlətin büdcə gəlirləri və xərcləri siyasəti; dövlətin idxal-ixrac siyasəti; dövlətin

valyuta siyasəti; kapitalın hərəkəti balansı [7, s. 24-41].

Dövlətin əsas tənzimləmə alətlərindən olan vergilər fiskal, sabitləşdirici, tənzim-

ləyici və birləşdirici funksiyalar vasitəsilə iqtisadi sistemin dayanıqlı inkişafının

təmin olunmasında və cəmiyyətdə mövcud olan sosial ziddiyyətlərin yumşaldıl-

masında mühüm rol oynayır. Hal-hazırda sahibkarlığın inkişafı və tənzimlənməsi

üçün vergi siyasətinin aşağıdakı istiqamətləri prioritet hesab olunur [8, s. 170-197]:

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 8/2011.

45



Yüklə 171,28 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə