Xülasə
Tədqiqatın məqsədi – Azərbaycanda gəlirlərin
bərabərsizliyinin qiymətləndirilməsi və bu əsasda
vergilərin onun azaldılmasına təsir istiqamətlərinin
müəyyən edilməsi.
Tədqiqatın metodologiyası – statistik təhlil, mən-
tiqi ümumiləşdirmə və Lorens əyrisi.
Tədqiqatın nəticələri – Azərbaycanda gəlirlərin
bərabərsizliyi qiymətləndirilmiş, onun daha da azal -
dılması üçün vergitutma ilə bağlı təkliflər veril -
mişdir.
Tədqiqatın məhdudiyyətləri – gəlirlərin bərabər-
sizliyi və vergitutma arasında əlaqələrin müəyyən
edilməsi üçün metodoloji və informasiya çatışmaz -
lığı.
Tədqiqatın praktiki əhəmiyyəti – gəlirlərin
bərabərsizliyinin azaldılmasına yönəlmiş vergitutma
tədbirlərinin hazırlanmasında elmi mənbə kimi isti-
fadəsinin mümkünlüyü.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – gəlirlərin
bərabərsizliyinin təhlili və qiymətləndirilməsi
əsasında vergitutma üzrə müvafiq təkliflər irəli
sürülmüşdür.
Açar sözlər: gəlirlərin bərabərsizliyi, Cini əm-
salı, vergi siyasəti.
n
VErGİTUTmA
UoT 336.2:336.22 (479.24)
GƏLİrLƏrİN bƏrAbƏrSİZLİYİ
VƏ ONUN AZALDILmASININ
VErGİTUTmA AmİLLƏrİ
Seyfullayev İlqar
Zülfüqar oğlu
i.f.d., dos.
Vergilər Nazirliyinin Tədris Mərkəzi
e-mail: s-ilgar@mail.ru
Rəcəbov bala Əli
Əli oğlu
f.-r. f.d., dos.
Vergilər Nazirliyinin Tədris Mərkəzi
e-mail: balaali@adanet.az
Rəsulova Gülnaz
baba qızı
Vergilər Nazirliyinin Tədris Mərkəzi
e-mail: rg_1965@mail.ru
səh. 63-82
6/2013
63
PDF processed with CutePDF evaluation edition
www.CutePDF.com
1. giriş
gəlirlərin bərabərsizliyi əhalinin rifahının əsas göstəricilərindən biri kimi qəbul
olunur və rifahın digər göstəriciləri ilə sistemli qaydada istifadə edilir. Bu göstəri-
cilərin qiymətləndirilməsi üçün istifadə olunan metodologiyalar mühüm analitik va-
sitə olaraq dövlət siyasətinin perspektiv prioritetlərini müəyyən etməyə, ölkənin
sosial-iqtisadi inkişafının cari səviyyəsinin təhlilini həyata keçirməyə və müvafiq
nəticələrin çıxarılmasına imkan verir.
Dövlətin vergi siyasəti iqtisadi sistemin mühüm tənzimləmə vasitəsi olaraq sosial
məsələlərin də həllində geniş istifadə olunur. Əhalinin həm gəlirlərinə, həm də xərc -
lərinə bilavasitə və dolayı üsullarla təsir göstərən vergilər gəlirlərin bərabərsizliyinin
azaldılmasında mühüm rol oynayır.
Ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı əhalinin rifahında, o cümlədən həyat
səviyyəsinin yüksəlməsində də təzahür olunmaqdadır. Əhalinin gəlirləri artır, maddi
təminat səviyyəsi yüksəlir, təhsil və səhiyyə xidmətlərindən istifadə imkanları yük-
səlir.
İnkişaf etmiş ölkələrin sosial-iqtisadi inkişaf tarixindən məlumdur ki, iqtisadi
göstəricilərin artımı heç də əhalinin rifahının yüksəlməsinə gətirmir. Məhz gəlirlərin
bərabərsizliyi və ekoloji problemlərin artması belə paradoksun əsas səbəbi kimi
qəbul edilir. Deməli, gəlirlərin bölgüsü və sosial vəziyyətlə bağlı səmərəli dövlət
siyasəti aparılmadıqda, iqtisadi artımın məsrəfləri bu artım nəticəsində yaranan rifaha
nisbətən daha böyük sürətlə arta bilər. Digər tərəfdən, ölkəmizdə neft kapitalının
yüksək inkişaflı insan kapitalına çevrilməsi aparılmaqda olan uğurlu sosial-iqtisadi
siyasətin əsas prioritetlərindən biri kimi qəbul edilmişdir. Rifah nəzəriyyəsindən
məlumdur ki, gəlirlərin bərabərsizliyinin yüksək olduğu cəmiyyətlərdə insan kapi-
talının dayanıqlı inkişafının təmin edilməsi kifayət qədər ciddi maneələrlə qarşılaşır.
Qeyd olunanlar iqtisadi qüdrəti durmadan yüksələn Azərbaycanda gəlirlərin bərabər-
sizliyinin təhlili, qiymətləndirilməsi və azaldılması üçün aparılan tədqiqatların ak-
tuallığını şərtləndirir.
Bu baxımdan, ölkəmizdə gəlirlərin bərabərsizliyinin qiymətləndirilməsi, onun di-
namikasının müəyyən edilməsi, digər ölkələrlə müvafiq müqayisənin aparılması və
bu əsasda bərabərsizliyin azaldılmasının vergitutma istiqamətlərinin müəyyən
edilməsi məqalənin məqsədi kimi qəbul olunmuşdur.
2.gəlirlərin bərabərsizliyi göstəricisinin rifahın qiymətləndirilməsində yeri
Ölkədə nail olunmuş rifah səviyyəsinin qiymətləndirilməsi müvafiq meyarlar və
göstəricilər sistemi əsasında həyata keçirilir. Rifah meyarlarının müəyyən edilməsi
hər bir meyar üçün müvafiq göstəricilər toplusunun hazırlanmasının əsasında
dayanır. Rifah anlayışının mürəkkəbliyi və çoxcəhətliliyi müvafiq meyarlar siste -
İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova
GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...
6/2013
64
minin yaradılmasını mürəkkəbləşdirir. Buna görə də, elmdə rifahın qiymət -
ləndirilməsi üçün qəbul oluna bilən ümumi göstərici hələ də müəyyən edilməmişdir.
Praktikada rifahın nail olunmuş səviyyəsinin qiymətləndirilməsi üçün iki metodoloji
yanaşmadan daha çox istifadə olunur.
Subyektiv hesab oluna biləcək birinci yanaşmada rifah səviyyəsi insanların hə -
yatlarından məmnunluq dərəcəsi kimi qiymətləndirilir. Hər bir fərdin öz həyatının
bu və ya digər meyarlara görə nə dərəcədə yaxşı və ya pis olması barədə şəxsi fikir-
ləri ola bilər. Buna görə də, fərdin rifahı haqqında təsəvvürünü sosioloji tədqiqatların
nəticələri əsasında öyrənirlər [1].
Rifahın qiymətləndirilməsinin belə üsulu geniş tətbiq olunur. Sorğu zamanı təklif
olunan sualların (məsələlərin) siyahısı dəyişə bilər. Bu siyahıların ümumi xüsusiyyəti
ondan ibarətdir ki, onlar dövlət siyasətinin təsir edə biləcəyi komponentləri əhatə
edir. Belə sosioloji tədqiqatın nəticəsi insanların dəyərlər sistemindən və mənsub
olduğu mədəniyyətin xüsusiyyətlərindən, eləcə də onların məqsədlərindən, arzu-
larından, təsəvvürlərindən və qayğılarından asılı olaraq həyatdakı vəziyyətlərini necə
qiymətləndirmələrini əks etdirir. Tətbiq edilən meyarların keyfiyyətcə müxtəlifliyi,
eləcə də hər bir fərdin onu əhatə edən şərait barədə təsəvvürünün dəyişkənliyi alınan
nəticələrin müqayisə bazası kimi əhəmiyyətini azaldır.
Əhalinin rifahının qiymətləndirilməsinə ikinci yanaşma aşağıdakı xüsusiyyətləri
ilə seçilir:
əhalinin rifahının bilavasitə müəyyən edilmiş normativlər vasitəsilə qiymətlən -
dirilməsinin nisbi obyektivliyi;
əhalinin rifahının keçmiş və cari dövr üçün göstəricilərinin müqayisə
edilməsinin mümkünlüyü;
müxtəlif ölkələrin və regionların əhalisinin rifah göstəricilərinin müqayisə -
liliyi;
rifah göstəricilərinin universallığı.
Bu halda rifah fərdin subyektiv məmnunluğu ilə deyil, etibarlı informasiyaya və
zəruri peşəkarlığa malik olan ekspertlərin hesablamaları əsasında qiymətləndirilir.
Belə yanaşma əhalinin rifah səviyyəsini tam əhatə edə bilən göstəricilər və ya sosial-
iqtisadi indikatorlar sisteminin qurulmasını, rifahın formalaşmasının faktiki
şərtlərinin müqayisəsi üçün zəruri olan normativlərin və ya sosial standartların
müəyyən edilməsini nəzərdə tutur.
Bir sıra beynəlxalq və hökumətlərarası təşkilatlar əhalinin rifahını xarakterizə
edən göstəricilər sistemlərinin hazırlanması ilə məşğul olur. Onlardan hər biri öz
maraqlarına və səriştələrinə uyğun gələn göstəriciləri hazırlayır. Belə ki, Ümum -
dünya Səhiyyə Təşkilatı sağlamlığın vəziyyəti və sağlamlığın qorunması ilə bağlı
xidmətlərdən istifadə etmək imkanı ilə əlaqədar suallara, YUNESKO təhsil və
mədəniyyət göstəricilərinə, Beynəlxalq Əmək Təşkilatı əmək münasibətlərinin,
məşğulluğun və işsizliyin xarakteristikasına daha çox diqqət yetirir. BMT-nin
İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova
GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...
6/2013
65
İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova
GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...
tövsiyəsinə görə əhalinin həyat səviyyəsi istehlak olunan nemətlərin (maddi və
mənəvi) miqdarı və keyfiyyəti ilə qiymətləndirilir və bunun üçün əsasən aşağıdakı
göstərici qruplarından istifadə olunur [2]:
1. Əhalinin demoqrafik xarakteristikaları (doğum sayı, ölüm faizi, xəstələnmə,
ömrün uzunluğu).
2. Sanitar-gigiyenik şərait.
3. Ərzaq mallarının istehlakı.
4. Mənzil şəraiti (şərtləri) və uzun müddətli istehlak malları ilə təmin olunma
(avtomobil, soyuducu, televizor və s.).
5. Təhsil (yaranma) və mədəniyyət.
6. İş şəraiti və məşğulluq.
7. Əhalinin gəlirləri və xərcləri.
8. Yaşayış dəyəri və istehlak qiymətləri.
9. Nəqliyyat vasitələri.
10. İstirahətin təşkili, bədən tərbiyəsi və idman.
11. Sosial təminat.
12. İnsan azadlığı.
BMT-nin statistika komissiyası rifahın keyfiyyət baxımından qiymətləndirilməsi
üçün zəruri olan, amma ekspertlərin fikrincə əsas xüsusiyyətlərinə aid olmayan
göstəriciləri əlahiddə qrupda birləşdirir. Qeyd olunan göstəricilərə aşağıdakılar aid
edilir:
milli gəlir, əhalinin bir nəfərinə düşən ÜDM və onun orta illik artım əmsalı;
sosial xidmətlərin həcmi və növləri;
əhalinin şəxsi istehlakına çəkilən xərclər və onların strukturu;
əhalinin sıxlığı;
əhaliyə nəqliyyat xidməti;
rabitə vasitələrinin işi, KİV və s.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında rifahın formalaşması mühitinin key-
fiyyət göstəricilərini əks etdirən sosial indikatorların siyahısı tərtib olunmuşdur. Belə
göstəricilər sistemləri ABŞ və Fransa kimi ölkələrdə geniş tətbiq edilir. Qeyd olunan
sosial indikatorlara sağlamlıq, təhsil və təlim, məşğulluq və əmək fəaliyyətinin key-
fiyyəti, asudə vaxt və istirahət, malların və xidmətlərin əldə edilməsinin mümkün-
lüyü, fiziki mühit, sosial mühit və şəxsi təhlükəsizlik kimi göstəricilər qrupu aid
edilir [3].
Beynəlxalq təşkilatların həyat səviyyəsinin qiymətləndirilməsi üçün istifadə et-
dikləri meyarları üç qrupda birləşdirmək olar [4]:
əhalinin gəlirlər üzrə diferensiasiyası (Cini və fond əmsalları, gəlir səviyyəsinə
görə paylanma);
minimal gəlir səviyyəsi (yaşayış minimumu, yoxsul əhalinin sayı, yoxsulluğun
kəskinliyi və s.);
6/2013
66
İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova
GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...
əhalinin gəlir və xərclərinin balansı (əhalinin pul gəlirləri, orta əməkhaqqı,
orta pensiyanın miqdarı, pul gəlirlərinin alıcılıq qabiliyyəti, əhalinin xərcləri
və əmanətləri, ev təsərrüfatlarının istehlakı).
Birinci qrupa daxil olan göstəricilər əhalinin gəlirlər üzrə təbəqələşməsini,
adambaşına düşən orta pul gəlirlərinin səviyyəsinə görə qruplara ayrılmasını və
diferensiasiyasını əks etdirir.
Fond əmsalı (gəlirlərin diferensiasiyası əmsalı) cəmiyyətdə sosial təbəqələşməni
xarakterizə edən göstəricidir. Fond əmsalı əhalinin desil (10%-lik) və kvintil (20%-
lik) qrupları üzrə hesablanır:
1. Diferensiasiyanın desil əmsalı – a aşağıdakı düsturla hesablanır:
, (1)
Burada:
b – əhalinin ən yüksək gəlirli desil qrupunun (10%-nin) gəlirlərinin ümumi gəlirdə
xüsusi çəkisi;
c – əhalinin ən aşağı gəlirli desil qrupunun (10%-nin) gəlirlərinin ümumi gəlirdə
xüsusi çəkisi.
2. Diferensiasiyanın kvintil əmsalları – d aşağıdakı düsturla hesablanır:
,
(2)
Burada:
k – əhalinin ən yüksək gəlirli kventil qrupunun ( 20%-nin) gəlirlərinin ümumi
gəlirdə xüsusi çəkisi;
n – əhalinin ən aşağı gəlirli kventil qrupunun ( 20%-nin) gəlirlərinin ümumi
gəlirdə xüsusi çəkisi.
3. Əhalinin gəlirlərinin konsentrasiyası əmsalı (Cini əmsalı) – G
Cini əmsalının müəyyən edilməsi üçün tətbiq olunan statistik model italiyalı de-
moqraf Korrado Cini (1884-1965) tərəfindən 1912-ci ildə nəşr olunmuş “Əlamətin
variativliyi və dəyişkənliyi” əsərində təklif olunmuşdur. Bu makroiqtisadi
göstəricinin mütləq qiyməti Cini əmsalı, faizlə ifadəsi isə Cini indeksi adlanır.
Cini əmsalı əhalinin pul gəlirlərinin faktiki bölgüsünün bərabər bölgüdən kə-
narlaşmasını göstərir. Bu əmsalın qiyməti 0;1 intervalında yerləşir. Cini əmsalının
qiymətinin kiçikliyi gəlirlərin bölgüsündə bərabərsizliyin azlığını göstərir. g=0 halı
gəlirlərin bölgüsündə mütləq bərabərliyi, G=1 halı isə bütün gəlirlərin bir nəfərin
əlində cəmləşdiyini göstərir.
Cini əmsalını K.Cininin təklif etdiyi düsturla və onun təkmilləşmiş forması olan
Braun düsturu ilə hesablamaq olar [2]:
6/2013
67
İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova
GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...
, (3)
Burada:
G – Cini əmsalı;
n – ev təsərrüfatlarının sayı;
y
i
, y
j
– ev təsərrüfatının ümumi gəlirdə payı;
y – ev təsərrüfatlarının gəlirlərdəki orta payını göstərir.
Braun düsturu:
,
(4)
Burada:
X
k
– əhalinin kumulyativ qrupları (əhali əvvəlcədən gəlirlərinin artımına görə
sıralanır və ümumi saydan müəyyən faiz intervalları ilə qruplara ayrılır, nümunə
üçün 20%; 40%; 60%; 80% və 100%);
Y
k
– əhalinin X
k
hissəsinin gəlirdəki payı;
n – əhalinin kumulyativ qruplarının sayı.
Müəyyən qrup üçün hesablanan Cini əmsalı hesablama şərtlərindən asılı olaraq
müxtəlif qiymətlər ala bilər. Qrupların sayı çoxaldıqca, Cini əmsalının qiyməti də
yüksəlir. Cini əmsalının rifahın qiymətləndirilməsi üçün üstünlüklərinə aşağıdakılar
aid edilir:
rifahın qiymətləndirilməsi üçün istifadə olunan Ümumi Daxili Məhsul və
əhalinin bir nəfərinə düşən ÜDM göstəricilərini tamamlayır, ÜDM-in böl-
güsünün daha yaxşı təsvirini verir;
ölkələri, ölkənin region və yaşayış məntəqələrini iqtisadi miqyasından və
əhalinin sayından asılı olmayaraq gəlirlərin bölgüsü üzrə müqayisə etməyə
imkan verir.
əhalinin müxtəlif qrupları arasında gəlirlərin bölgüsünü müqayisə etməyə
imkan verir;
gəlirlərin bölgüsündə bərabərsizliyin dinamikasını izləməyə imkan verir.
konkret olaraq kimin nə qədər gəlir əldə etdiyini göstərmədiyi üçün şəxslərə
münasibətdə neytrallığı ilə seçilir.
Cini əmsalının çatışmayan cəhətlərinə aşağıdakıları aid etmək olar:
Cini əmsallarının ədədi qiymətləri onun əhalinin hansı qrupları (5%-lik, 10%-
lik, 20%-lik və s.) üzrə hesablanması barədə məlumat vermir. Halbuki, qrup -
ların sayı Cini əmsalının qiymətinə təsir göstərir;
gəlirin mənbəyini əks etdirmir. Hansısa ölkədə Cini əmsalı çox aşağı ola bilər.
Lakin bu ölkədə əhalinin bir qismi gəlirlərini çox gərgin və ağır işə görə, digər
6/2013
68
İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova
GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...
qismi isə zəhmət çəkmədən, mülkiyyətin icarəsindən, səhmlərə və ya paylara
görə dividendlərdən əldə edə bilər.
gəlirlərin bərabərsizliyinin tədqiqi üçün yalnız pul gəlirlərini nəzərə alır.
Məlumdur ki, bir çox müəssisələr işçilərinə əməkhaqqını və ya mükafatı ərzaq
və digər məhsullarla da ödəyə bilirlər. Praktikada işçilərə əmək haqqı əvəzinə
şirkətin səhmlərini almaq hüququ verən opsionların verilməsi də geniş
yayılmışdır.
Cini əmsalının hesablanması üçün tələb olunan statistik məlumatların toplan-
ması üsullarındakı müxtəliflik bu göstəricinin müqayisə bazası kimi istifadə
olunmasını məhdudlaşdırır.
gəlirlərin bölgüsündə bərabərsizliyin səviyyəsini qiymətləndirmək və Cini əm-
salını hesablamaq üçün “Lorens əyrisi” modelindən də istifadə edirlər.
“Lorens əyrisi” modeli alman filosofu və iqtisadçısı, sosial dövlət ideyasının
müəllifi Lorens fon Şteyn (1815-1890) tərəfindən tərtib olunmuşdur. O, gəlirlərin
bölgüsü problemini tədqiq edərək bu prosesdə nə mütləq bərabərliyin, nə də mütləq
bərabərsizliyin olduğunu müəyyən etmişdir. Lorens əyrisi 1 saylı qrafikdə təsvir
olunmuşdur. Belə kvadratik diaqramın üfüqi oxunda əhalinin faizlə kumulyativ
qrupları, şaquli oxunda isə müvafiq əhali qruplarının ümumi gəlirdə faizlə payı
göstərilir [5].
Qrafik 1. lorens əyrisi
Bu qrafik əhalinin desil, kvintil və istənilən bərabər intervallı qrupları üçün tərtib
oluna bilər. Qrafikin qurulması üçün kvintil (20%) qrupları üzrə göstəricilər alı-
narkən ev təsərrüfatlarının adambaşına sərəncamda qalan gəlirləri artan qaydada
düzülərək ev təsərrüfatlarının sayına görə 5 bərabər 20%-lik qrup yaradılır. Bu zaman
6/2013
69
İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova
GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...
birinci kvintilə ən az gəlirləri olanlar, beşinci kvintilə isə ən çox gəlirləri olan ev
təsərrüfatları düşür. Desil (10%) qrupları eyni qayda ilə düzülərək 10 bərabər hissəyə
bölünür. Təhlil və müqayisə üçün eyni göstəricilər istehlak xərclərinə görə də alınır.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsində bu göstəricilər yüksək
analitik keyfiyyətə malik olan SPSS proqram paketindən istifadə əsasında işlənir və
yekun cədvəllər tərtib olunur. Tədqiqatda bütün seçmə müşahidələrə xas olan bəzi
göstəricilərin baş məcmudan orta məntiqi kənarlaşması mövcuddur. Eyni zamanda,
bəzi göstəricilərin statistik cəhətdən çatışmamazlığı halları mövcuddur [6].
Əgər gəlirlər bərabər bölünsəydi, onda əhalinin 10%-i gəlirlərin onda birinə, 20%-
i gəlirlərin beşdə birinə, 50%-i yarısına və s. malik olardı. Onda belə bölgü xətti
tərəfləri 0 və 100% olan kvadratın diaqonalı üzrə olardı (mütləq bərabərlik xətti).
Cini əmsalı mütləq bərabərlik xətti ilə Lorens əyrisinin yaratdıqları fiqurun
sahəsinin mütləq bərabərlik xətti və ordinat oxlarının yaratdığı üçbucağın sahəsinə
nisbəti kimi müəyyən edilə bilər.
İkinci qrupa daxil olan göstəricilərin əsasında yaşayış minimumunun kəmiyyəti
dayanır. Azərbaycanda yaşayış minimumu mütəmadi olaraq qəbul olunan qanunlarla
tənzimlənir. 2013-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respub-
likasının Qanununa görə yaşayış minimumu ölkə üzrə 116 manat, əmək qabiliyyətli
əhali üçün 125 manat, pensiyaçılar üçün 94 manat, uşaqlar üçün 93 manat məblə -
ğində müəyyən edilmişdir.
İstehlak büdcəsi insan üçün zəruri olan nemətlərin istehlak normaları və onların
qiymətləri əsasında hesablanır. Ərzaq və qeyri-ərzaq mallarının, xidmətlərin minimal
istehlak normaları isə həyatın təmin edilməsi üçün qeyd olunan nemətlər üzrə zəruri
olan istehlak həcmlərinin elmi əsaslandırılması ilə müəyyən edilir. Yaşayış minimu-
munun müəyyən edilməsi zamanı, az təminatlı ailələrin faktiki istehlakı və dövlətin
maliyyə imkanları da nəzərə alınır.
Üçüncü qrup göstəricilər isə ev təsərrüfatlarının gəlir və xərclərini əks etdirirlər.
Azərbaycanın Statistika Komitəsinin istifadə etdiyi metodikada ev təsərrüfat-
larının pul gəlirlərinə əmək gəlirləri, pensiyalar, müavinətlər, təqaüdlər və digər
sosial transfertlər, kənd təsərrüfatı məhsullarının satışından əldə olunan gəlirlər,
mülkiyyətdən əldə olunan gəlirlər, qiymətli kağızların faizləri, dividendlər, sahibkar-
lıq fəaliyyəti ilə məşğul olan şəxslərin gəlirləri, xarici valyutaların satışından əldə
olunan gəlirlər və ailə üzvlərinin digər gəlirləri daxildir. Natura şəklində daxil olmuş
ərzaq məhsullarının, yardım və güzəştlərin pulla ifadəsi də pul gəlirlərinə aid edilir.
Ev təsərrüfatlarının sərəncamda qalan gəlirləri - ev təsərrüfatında xərcləri təmin
etmək və əmanətlər yaratmaq üçün pul vəsaitlərinin, eləcə də natura şəklində daxil
olmuş ərzaq məhsullarının, yardım və güzəştlərin dəyərinin cəmindən ibarətdir.
Ssuda və kreditlərin, əvvəl yığılmış pul kütləsinin və ev təsərrüfatlarının ümumi
gəlirinin cəmi kimi hesablanır (tədqiqat müddətində ev təsərrüfatının təmin olunmuş
xərcləri ölçüsündə).
6/2013
70
İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova
GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...
Ev təsərrüfatlarının istehlak xərcləri ərzağa, qeyri-ərzaq məhsullarına, alkoqollu
içkilərin alınmasına, xidmətlərin ödənilməsinə çəkilən xərcləri əhatə edir. Ev təsər-
rüfatlarının vergi, rüsum, ödəmə, borc, aliment, qohumlara yardım, cərimə, kredit -
lərin ödənilməsi və s. istehlaka aid olmayan xərclər istehlak xərclərinə aid edilmir.
Əhalinin pul gəlirlərinin və xərclərinin real qiymətləri inflyasiyanın nəzərə alın-
ması ilə, yəni ümumi pul gəlirlərinin “istehlak qiymətləri indeksinə” bölünməsi va-
sitəsi ilə hesablanır. Belə qiymətləndirmə böyük dövrlər üzrə müqayisənin aparılması
üçün zəruridir.
Praktikada rifah səviyyəsinin xüsusi göstəricilərdən başqa ümumiləşdirici və ya
inteqral göstəricilər də tətbiq edilir: yaşayış dəyəri və adambaşına düşən ÜMM.
Yaşayış dəyəri istehlak səbətinə daxil olan nemətlərin real qiymətləri əsasında
müəyyən edilir. Yaşayış dəyərinin qiyməti ilə gəlirlərin nisbəti gəlirlərin alıcılıq qa-
biliyyəti haqqında fikir söyləməyə əsas verir.
Rifahın ümumiləşdirilmiş göstəricisi kimi tətbiq edilən adambaşına düşən
ümummilli məhsul əhatəli göstərici funksiyasını yerinə yetirə bilmir. Belə ki, rifaha
təsir göstərən səs-küy, ətraf mühitin çirklənməsi, əhalinin sıxlığı ilə yaranan çətin-
liklər, özünəxidmət, qeyri-qanuni və ya vergidən yayındırılan gəlirlər kimi amillər
bu göstəricidə nəzərə alınmır.
Rifahın ümumiləşdirici göstəricisi kimi müxtəlif dövrlərdə ev təsərrüfatlarının
gəlirlərində qida xərclərinin xüsusi çəkisi, əhalinin orta ömrü, asudə vaxt kimi
göstəricilər də istifadə olunur.
Amerikalı iqtisadçı Uilyam Nordhaus (1941) və 1981-ci ildə Nobel mükafatı lau-
reatı almış Ceyms Tobin (1918-2002) xalis iqtisadi rifahın (net economic welfare,
NEW) yeni göstəricisini təklif etmişlər. Bu göstərici adambaşına orta ümummilli
məhsul göstəricisinin mənfi təsirli amillərin çıxılması, qeyri-bazar fəaliyyətindən
gəlirlərin əlavə edilməsi və asudə vaxtın nəzərə alınması vasitəsilə yenidən hesablan-
ması ilə müəyyən edilir [7].
Ötən əsrin 80-ci illərindən başlayaraq “real inkişaf indeksi” və “iqtisadi rifah in-
deksi” kimi göstəricilər rifahın qiymətləndirilməsində geniş istifadə olunur.
Adambaşına ÜMM göstəricisindən real inkişaf indeksinə (bu göstərici “dayanıqlı
iqtisadi rifah” kimi də adlandırılır) keçmək üçün müəyyən müsbət və mənfi
düzəlişlər etmək, saysız-hesabsız ev xidmətlərini (məsələn, ailə üzvlərinin biri-birinə
göstərdikləri pulsuz xidmətləri), xarici borcun artmasını, gəlirlərin təmərküzləşməsi
nəticəsində rifah halının azalmasını (hər əlavə 1 manatın faydalılıq həddi kasıb insan
üçün varlıya nisbətən çox yüksək olur), ətraf mühitin çirklənməsini nəzərə almaq
lazımdır. Bu indeks iqtisadçı-ekoloqlar tərəfindən daha çox istifadə olunur.
İqtisadi rifah indeksinin müəllifləri kanadalı alim Lars Osberq və Böyük Bri-
taniyalı statistik Pirson Eqon Şarp (Eqin Pearson Sharpe) (1895-1980) qeyd etmişlər
ki, iqtisadi rifah sosial amilləri nəzərə almır. Deməli, ümumi rifah iqtisadi rifaha nis-
bətən daha geniş anlayışdır.
6/2013
71
Ən ümumi formada bu indeks aşağıdakı komponentləri əhatə edir [8, 9]:
istehlak;
gəlirlərin bölgüsündə bərabərsizlik;
iqtisadi təhlükəsizlik.
Bu komponentlər bir sıra elementlərdən ibarət olmaqla aqreqat göstəricilər kimi
müəyyən olunurlar. Tədqiqatlar göstərir ki, 1950-1990-cu illəri əhatə edən dövrdə
Böyük Britaniyada ÜMM-un 230%-ədək yüksəlməsinə baxmayaraq iqtisadi rifahın
artım həddi 3% olmuşdur. Həmin illərdə stabil iqtisadi inkişafın olmasına və vətən-
daşlarının maddi imkanlarının (pul gəlirlərinin) artmasına baxmayaraq, əhalinin rifah
səviyyəsi azalmışdır. Ekoloji problemlərin və gəlirlərin bərabərsizliyinin artması
belə vəziyyətin əsas səbəbi kimi qeyd olunur. Oxşar nəticələr ABŞ, Avstriya, Al-
maniya və İsveç üçün də alınmışdır. Başqa sözlə, bu ölkələrdə ətraf mühitin çirk-
lənməsi və gəlirlərin bərabərsizliyi kimi mənfi amillərin rifaha təsiri malların və
xidmətlərin istehsalına nisbətən daha sürətlə artmışdır [8, 9, 10].
BMT-nin İnkişaf Proqramının mütəxəssisləri tərəfindən ölkənin sosial-iqtisadi
inkişafının səviyyəsinin qiymətləndirilməsi üçün daha kompleks göstərici - insan
potensialının inkişafı indeksi (İPİİ) hazırlanmışdır [11].
İPİİ ölkənin insan resurslarının inkişafı sahəsindəki nailiyyətlərini əks etdirir. Bu
göstərici hər bir insanın və ümumilikdə xalqın rifahının ümumi qəbul edilmiş me-
yarlara uyğunluğunu, insanların uzun və sağlam ömür imkanlarını, təhsil almaq
imkanlarını və ləyaqətli maddi təminat məsələlərini əks etdirir.
İPİİ həyat səviyyəsinin üç sosial indikatoru üzrə hesabı orta kimi gəlirlərin
bərabərsizliyi nəzərə alınmaqla hesablanır:
ömürün gözlənilən uzunluğu indeksi;
əhalinin təhsil səviyyəsi indeksi;
adambaşına düşən real ÜDM indeksi (müxtəlif ölkələrin valyutalarının alıcılıq
qabiliyyəti paritetinin nəzərə alınması ilə hesablanır).
İPİİ-nin qiyməti 0-dan 1-ə qədər dəyişə bilər.
Ölkələrin iqtisadi inkişaf səviyyəsindən asılı olmayaraq insan potensialı üzrə təs-
nifatı İPİİ-nin aşağıdakı qiymətlərinə görə aparılır [11]:
İPİİ > 0,8 - çox yüksək səviyyə;
0,71 < İPİİ < 0,8 – yüksək səviyyə;
0,535 < İPİİ < 0,71 - orta səviyyə;
İPİİ < 0,535 - aşağı səviyyə.
BMT-nin İnkişaf Proqramının 2013-cü il üçün hazırladığı insan inkişafı barədə
Hesabatına görə Azərbaycan 0,734-ə bərabər olan indekslə yüksək inkişaf səviyyəli
ölkələr sırasına daxil edilmişdir. Qeyd etmək lazımdır ki, ölkəmiz bu siyahıda
Braziliya, Türkiyə, Çin, Misir, İndoneziya, Hindistan kimi inkişaf etməkdə olan və
çox böyük iqtisadi potensiala malik olan ölkələri qabaqlayır.
Əhalinin rifahının qiymətləndirilməsi metodologiyalarının qısa icmalı göstərir
İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova
GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...
6/2013
72
İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova
GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...
ki, gəlirlərin bərabərsizliyi göstəricisi bu üsulların əsas komponenti kimi qəbul
olunur.
Onu da qeyd etmək lazımdır ki, rifahın kompleks qiymətləndirilməsi xalis iqtisadi
analizin sərhədlərini aşır və sosial-psixoloji faktrları əks etdirən indikatorlar siste -
minin tətbiqini zərurətə çevirir. Axı şəxsiyyətin hərtərəfli inkişafı yalnız maddi ri-
fahın səviyyəsi ilə deyil, mənəvi, sağlamlıq, təhsil, asudə vaxt və digər sosial
faktorlarla da müəyyən edilir.
3. Azərbaycanda gəlirlərin bərabərsizliyinin qiymətləndirilməsi
gəlirlərin bərabərsizliyinin qiymətləndirilməsi üçün Cini və fond əmsallarından
istifadə edilməsi qəbul olunmuşdur. Cini əmsalının hesablanması üçün Cini düstu-
runun tətbiqi informasiya təminatının mürəkkəbliyi səbəbindən kifayət qədər çətin-
liklər törədir. Qeyd olunanları və istifadə edəcəyimiz informasiya bazasının
xüsusiyyətlərini nəzərə alaraq ölkəmizdə gəlirlərin bərabərsizliyinin qiymətlən -
dirilməsi üçün “Lorens əyrisi” modelindən və Braun düsturundan istifadəni daha
məqsədəuyğun hesab edirik.
Tədqiqat üçün ilkin verilənlər kimi Azərbaycan Respublikası Dövlət Statistika
Komitəsinin saytında yerləşdirilmiş və 2011-2012-ci illər üçün əhalinin pul gəlir-
lərinin desil və kvintil qrupları üzrə bölgüsünə dair məlumatlar istifadə olunmuşdur.
Cədvəl 1. Əhalinin desil qrupları üzrə gəlirləri (ayda adambaşına, manatla)
Mənbə: www.azstat.gov.az
Cədvəl 2. Əhalinin kvintil qrupları üzrə gəlirləri (ayda adambaşına, manatla)
Mənbə: www.azstat.gov.az
6/2013
73
İllər
desil qruplar
1
2
3
4
5
6
7
8
9
10
2011
109,2 119,3 128,0 136,3 145,5 156,4 168,6 185,7 213,3 297,4
2012
127,4 139,9 150,4 160,5 170,7 181,2 193,9 212,2 241,8 330,5
İllər
Kvintil qruplar
1
2
3
4
5
2011
114,2
132,1
150,9
177,2
255,4
2012
133,7
155,4
176,0
203,1
286,2
İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova
GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...
İlk növbədə, bu cədvəllərin əsasında əhali qruplarının gəlirlərinin ümumi gəlirdə
xüsusi çəkilərini müəyyən etmək lazımdır.
Cədvəl 3. gəlirlərin əhalinin kumulyativ desil qrupları üzrə bölgüsü
Mənbə: Müəlliflərin hesablamaları
Cədvəl 4. gəlirlərin əhalinin kvintil qrupları üzrə bölgüsü
Mənbə: Müəlliflərin hesablamaları
3 saylı cədvəldə göstərilən bölgünün təhlili göstərir ki, əhalinin azgəlirli
təbəqələrinin ümumi gəlirdə xüsusi çəkisi 2012-ci ildə 2011-ci ilə nisbətən (müvafiq
olaraq 0,22% və 0,45%) artmışdır. Əhalinin 40, 50, 60 və 90%-lik qruplarının mü-
vafiq göstəricilərində xüsusilə böyük artım müşahidə edilir. 50 və 60%-lik qrupların
gəlirləri müvafiq olaraq 1,35% və 1,36% artmışdır. Artımların kiçik rəqəmlə ifadə
olunması heç də onların əhəmiyyətini azaltmır. Belə ki, gəlirlərin bölgüsündə belə
artım kifayət qədər yüksək nəticə hesab olunur.
6/2013
74
Əhalinin
desil qrupları (%-lə)
desil qrupunun gəlirinin ümumi
gəlirdə xüsusi çəkisi (%-lə)
Əvvəlki ilə
nisbətən artım,
%-lə
2011
2012
10
3,67
3,85
0,22
20
8,02
8,47
0,45
30
12,91
13,65
0,74
40
18,33
19,43
1,10
50
24,46
25,82
1,36
60
31,55
32,90
1,35
70
39,68
41,07
0,39
80
49,95
51,36
0,41
90
64,55
65,85
1,30
100
100,00
100,00
Əhalinin
kvintil qrupları
(%-lə)
Kvintil qrupun gəlirinin ümumi
gəlirdə xüsusi çəkisi (%-lə)
Əvvəlki ilə
nisbətən artım,
%-lə
2011
2012
20
8,94
9,34
+0,40
40
20,69
21,72
+1,03
60
35,45
36,90
+1,45
80
55,51
56,77
+1,16
100
100,00
100,00
İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova
GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...
Cədvəldən görünür ki, ən yüksək gəlirli (sonuncu) desil qrupunun ümumi gəlirdə
payı 2011-ci ildə 35,4 %, 2012-ci ildə isə 34,1% olmuşdur, yəni bu qrupun ümumi
gəlirdə payı 1,3 % azalmışdır.
Kventil qrupları üzrə bölgünün dinamikasında da belə müsbət meyillər müşahidə
olunur. Burada ən böyük artım 60 və 80%-lik qruplara (müvafiq olaraq 1,45 və
1,16%) aiddir. Ən yüksək gəlirli kventil qrupunun ümumi gəlirdə payı 2011-ci ildə
44,5%, 2012-ci ildə isə 43,2% , yəni əvvəlki ilə nisbətən 1,3% az olmuşdur.
Ən yüksək gəlirli qrupların ümumi gəlirdə payının azalması, əhalinin 50-80%-
lik qrupları üzrə isə artımın daha çox olması ölkədə orta gəlirli təbəqənin formalaş-
ması və inkişafı barədə fikirləri səsləndirməyə əsas verir. Yüksək gəlirli təbəqənin
ümumi gəlirdə payının azalmasına rəğmən ən az gəlirli qrupların da payının artması
faktı ölkəmizdə sosial ədalətin təmin edilməsi üzrə aparılmaqda olan dövlət siyasə-
tinin uğurlarından biri kimi qəbul edilə bilər.
3 və 4 saylı cədvəllərdə verilən məlumatlar əsasında desil və kventil qruplar üçün
“Lorens əyrisi”ni göstərən qrafikləri tərtib etmək olar.
Qrafik 2. Əhalinin desil qrupları üzrə “lorens əyrisi” (2012-ci il)
Mənbə: Müəlliflərin hesablamaları əsasında tərtib olunub.
6/2013
75
İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova
GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...
Qrafik 3. Əhalinin kvintil qrupları üzrə lorens əyrisi (2012-ci il).
Mənbə: Müəlliflərin hesablamaları əsasında tərtib olunub.
Fond əmsalları və Cini əmsalı üzrə aparılan hesablamaların yekun nəticələri 5
saylı cədvəldə təqdim olunmuşdur.
Cədvəl 5. Əhalinin gəlirlərə görə diferensiasiyası əmsalları və Cini əmsalı
Mənbə: Müəlliflərin hesablamalarının nəticələri
Alınan nəticələr və göstəricilərin dinamikası ölkəmizdə gəlirlərin bərabərsiz -
liyinin azalması barədə mülahizələri bir daha sübut edir.
Cini əmsalı iqtisadi miqyasından və sistemindən asılı olmayaraq ölkələr arasında
müqayisə aparmağa imkan verdiyi üçün Azərbaycanın gəlirlərin bərabərsizlik
səviyyəsinə görə başqa ölkələrlə müqayisədə necə görünməsi xüsusi maraq doğurur.
6/2013
76
Əhalinin gəlirlərinin bərabərsizliyinin
göstəriciləri
2011
2012
Azalma
Diferensiasiyanın desil əmsalı
9,655
8,860
0,795
Diferensiasiyanın kvintil əmsalı
4,975
4,627
0,348
Cini əmsalı (desillər üçün)
0,394
0,375
0,19
Cini əmsalı (kvintillər üçün)
0,318
0,301
0,17
İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova
GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...
İƏİT-in təsnifatına görə Cini əmsalının ədədi qiyməti gəlirlər üzrə bərabərsizliyi
aşağıdakı kimi xarakterizə edir [4]:
Cədvəl 6. Ölkələrin və ya regionların gəlirlərin bərabərsizliyi səviyyəsinin
Cini əmsalına görə təsnifatı
Mənbə: [4]
Bu meyarlara görə ölkəmiz bərabərsizliyi orta səviyyədə olan ölkələr qrupuna
daxil edilə bilər. Əgər ölkəmizdə gəlirlərin bərabərsizliyinin azalma templəri
saxlanılarsa, onda biz çox yaxın gələcəkdə Azərbaycanın ölkələrin “aşağı bərabər-
sizlik” qrupuna daxil olmasının şahidi ola bilərik.
Forex Trading Portalının (Foreks Ticarət Portalı) Çin Xalq Respublikasının sta-
tistika xidmətinin başçısı Ma Tszyantana istinadən verdiyi məlumata görə Cini in-
deksi bu ölkədə 2000-ci ildə 41,2%, 2012-ci ildə isə 47,4% səviyyəsində olmuşdur.
Məlumatda qeyd edilir ki, Çində son 10 ildə Cini əmsalının maksimal qiyməti 2008-
ci ildə 49,1% olmuş, 2011-ci ildə isə 47,7%-ə qədər azalmışdır. Tədqiqatçıların
fikrincə, Cini indeksinin 40%-dən yüksək olması cəmiyyətin inkişafı və sosial prob-
lemlərin həllində ciddi maneələrin mövcudluğunu göstərir [12].
Rusiya Federasiyasının Dövlət Federal Statistika Xidmətinin verdiyi məlumata
görə, bu ölkədə əhalinin gəlirlərinin diferensiasiya göstəriciləri aşağıdakı kimidir
[13]:
Cədvəl 7. rusiya federasiyasında 2011-ci ildə əhalinin gəlirlərinin
bərabərsizliyi göstəriciləri
Mənbə: www.gks.ru
Əgər Azərbaycanın və Rusiyanın 2011-ci il üzrə müvafiq göstəricilərini müqayisə
etsək, görə bilərik ki, Azərbaycanda əhalinin gəlirlər üzrə diferensiasiyası qonşu ölkə
ilə müqayisədə xeyli aşağıdır. Belə ki, Rusiya ilə müqayisədə diferensiasiyanın desil
əmsalı 1,7 dəfə, kvintil əmsalı 1,84 dəfə, Cini əmsalı isə 1,31 dəfə azdır.
6/2013
77
Cini əmsalının ədədi qiyməti
gəlirlər üzrə bərabərsizliyin səviyyəsi
g < 0,220
çox aşağı
0,240 < g < 0,260
aşağı
0,260
orta
0,330 < g < 0,350
yüksək
g > 0,350
çox yüksək
Əhalinin gəlirlərinin bərabərsizliyinin göstəriciləri
2011
Diferensiasiyanın desil əmsalı
16,2
Diferensiasiyanın kvintil əmsalı
9,1
Cini əmsalı (kvintillər üçün)
0,41
İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova
GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...
Beynəlxalq tədqiqat təşkilatlarının hesablamalarına görə dünyada ən aşağı Cini
əmsalı Skandinaviya ölkələrində müşahidə olunur. Azərbaycanın 2001-ci il üçün
hesablanmış Cini əmsalı 0,365 olmuşdur. Məlum olur ki, ölkəmiz gəlirlərin bərabər-
sizliyi səviyyəsi üzrə hazırki göstəricisinə görə Amerika Birləşmiş Ştatları, Çin Xalq
Respublikası, Rusiya Federasiyası, Hindistan, Braziliya, Argentina, Meksika,
Türkiyə, İran kimi böyük ölkələrlə müqayisədə daha üstün mövqedədir. gətirilən
faktlar ölkəmizdə gəlirlərin bərabərsizliyi üzrə müsbət dinamikanın davamlı
olduğunu deməyə əsas verir [14].
4. Vergi sisteminin gəlirlərin bərabərsizliyinə təsir istiqamətləri
Azərbaycanın vergi sistemində aparılmaqda olan islahatlar vergi sisteminin
səmərəliliyini və çevikliyini yüksəltməklə yanaşı, vergi inzibatçılığı və vergidən
yayınma hallarının qarşısının alınması istiqamətində də əhəmiyyətli uğurlara nail
olmuşdur. Təsadüfi deyil ki, Dünya Bankının 2013-cü il üçün hazırladığı Doing
Buisness adlı hesabatda vergi islahatlarının səviyyəsinə görə ölkəmiz dünya ölkələri
arasında 5-ci yerdə qərarlaşmışdır. Vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin
keyfiyyətinin və miqdarının artırılması vergi sistemində şəffaflığın təmin edilməsinə
və ödəyicilərin vergitutma ilə bağlı məsrəflərinin xeyli azalmasına şərait yaratmışdır.
Əvvəlki bölmədə aparılan hesablamalardan məlum olur ki, əhalinin gəlirlərə görə
bərabərsizliyi 2012-ci ildə 2011-ci ilə nisbətən azalmışdır. Bu illər ərzində vergitut-
manın heç bir elementində, o cümlədən vergi güzəştlərində dəyişikliklərin ol-
madığını nəzərə alsaq, onda vergi sisteminin gəlirlərin bərabərsizliyinə təsirini məhz
vergi xidmətlərinin yaxşılaşdırılması və vergidən yayınma hallarının daha da azal-
ması ilə əlaqələndirə bilərik.
Fikrimizcə, vergi sisteminin gəlirlərin bərabərsizliyinə təsir istiqamətlərinə aşağı-
dakıları aid etmək olar:
fiziki şəxslərin gəlirlərinin vergiyə cəlb edilməsində çoxdərəcəli şkalanın tət-
biqi;
azgəlirli və sosial baxımdan daha zəif mövqedə olan şəxslərə (əlillər, ailədə
üç və daha çox uşağın olması, əmək qabiliyyətini qismən və ya tam itirmiş in-
sanlar, müharibə və əmək veteranları, adam başına düşən gəlirləri yaşayış
minimumundan az olan ev təsərrüfatları və s.) verilən vergi güzəştlərinin daha
da gücləndirilməsi və ya yeni güzəştlərin tətbiqi;
fiziki şəxslərin gəlirlərinin bütün növləri üzrə (sahibkarlıq fəaliyyətindən gəlir-
lər istisna olmaqla) vergi dərəcələrinin gəlirlərin miqdarına görə diferensi-
asiyasının təmin edilməsi;
fiziki şəxslərin gəlir vergisi üzrə vergi güzəştlərinin səmərəliliyinin və ünvan-
lılığının təmin edilməsi üçün bu güzəştlərdən istifadənin uçotu üzrə müvafiq
sistemin qurulması;
6/2013
78
İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova
GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...
əmlak, torpaq və yol vergisinin tətbiqində diferensial yanaşmanın daha da güc -
ləndirilməsi;
zinyət əşyalarının, dəbdəbəli malikanələrin, bahalı avtomobil və digər
nəqliyyat vasitələrinə tətbiq edilən ƏDV və aksiz vergisinin yüksəldilməsi;
əhalinin gəlir mənbələrinin artması üçün investisiyaların vergilər vasitəsilə
stimullaşdırılmasının daha da gücləndirilməsi;
gəlirlərin vergidən yayındırılması hallarının tamamilə aradan qaldırılması üçün
vergi inzibatçılığının imkanlarının artırılması və səmərəli istifadəsi və s.
5. Nəticə
Hesablamaların nəticələrinə görə Azərbaycanda gəlirlərin konsentrasiyası əmsalı
(Cini əmsalı) 2012-ci ildə əhalinin desil qrupları üzrə 0,375, kvintil qrupları üzrə
isə 0,301 səviyyəsində olmuşdur. Müstəqilliyinin və bazar prinsipləri üzərində qu-
rulmuş iqtisadi sisteminin cəmi 22 yaşı olmasına baxmayaraq, Azərbaycan bu
göstərici üzrə iqtisadi potensialına və miqyasına görə xeyli güclü olan ölkələrlə
müqayisədə daha yaxşı mövqedədir.
Əhalinin gəlirlərə görə diferensiasiyanın desil əmsalı 8,860, kvintil əmsalı isə
4,627 olmuşdur. Ölkəmizin bu göstəriciləri qonşu Rusiyanın müvafiq göstəriciləri
ilə müqayisədə müvafiq olaraq 1,7 və 1,8 dəfə aşağıdır. Cini və fond əmsallarının
2011 və 2012-ci illər üzrə alınan qiymətlərinin müqayisəsi gəlirlərin bərabərsiz -
liyinin və diferensiasiyasının azalmasını göstərməklə yanaşı, ölkəmizdə aparılmaqda
olan sosial-iqtisadi siyasətin səmərəli olması barədə fikir söyləməyə əsas verir. Bu
illər ərzində əhalinin 50-80 %-lik qruplarının ümumi gəlirdə paylarının daha çox
artması ölkəmizdə orta təbəqənin formalaşması və inkişafı barədə fikirləri səs-
ləndirməyə imkan verir. Digər tərəfdən, əhalinin ən az təminatlı qrupunun ümumi
gəlirdə payının artması, ən təminatlı qrupun müvafiq göstəricisinin isə azalması ic-
timai rifahın yüksəlməsini göstərir. Belə ki, əlavə 1 manatın faydalılıq həddi yox-
sulluq həddində yaşayan insanlar üçün varlı insanlara nisbətən çox böyükdür.
Avropa Birliyinin bir sıra inkişaf etmiş ölkələrində Cini və diferensiasiya əmsal-
larının daha aşağı olması faktı ölkəmizdə də həmin göstəricilərin azalması poten-
sialının olduğunu göstərir.
gəlirlərin bərabərsizliyinin azaldılması üzrə vergitutma amillərini iki qrupda bir-
ləşdirmək olar: fiziki şəxslərin bütün gəlirlərinin (sahibkarlıq fəaliyyətindən gəlirlər
istisna olmaqla) proqressiv qaydada vergiyə cəlb edilməsi və vergidən yayınma hal-
larının aradan qaldırılması. Fikrimizcə, birinci istiqamət üzrə aparılan tədqiqatların
əsas vəzifəsi gəlirin səviyyəsindən asılı olaraq vergi dərəcələrinin diferensiallaşdırıl-
masının müəyyən edilməsi ola bilər. Fiziki şəxslərin əmlak, torpaq və yol vegiləri
üzrə, o cümlədən aksizlər üzrə də müvafiq tədqiqatların aparılmasına zərurət var.
6/2013
79
Ədəbiyyat siyahısı
1. Подузов А.А., Кукушкин Д.К. (2004). Индивидуальное благосостояние и его изме-
рение // Журналь проблемы прогнозирования, №2, 119 с. (A.A.Poduzov,
D.K.Kukuşkin. (2004). Fərdi rifah və onun ölçülməsi // Proqnozlaşdırma problemləri
jur nalı. №2, 119 s.)
2. Гальперин В.М. (2004). 50 лекций по микроэкономике. Лекция 44 «Перераc-пре-
деления доходов» http://50.economicus.ru/index.php?ch=5&le=44&r =2 &z=1
(Qalperin V.M. (2004). Mikroiqtisadiyyat üzrə 50 mühazirə. 44-cü mühazirə “Gəlirlərin
təkrar bölgüsü”)
3. Феоктистов Д.В. (2002). Методология оценки уровня и качества жизни населения
// Налоги. Инвестиции. Капитал. №3-4, с. 21 (Feoktistiv D.V. (2002). Əhalinin həyat
səviyyəsinin qiymətləndirilməsi metodologiyası // Vergilər. İnvestisiyalar. Kapital. №3-
4, s.21)
4. Предложения по совершенствованию модельного набора социальных индикаторов
для оценки уровня жизни населения. (2003). // Вопросы статистики. №7. с.36-37
(Əhalinin həyat səviyyəsinin qiymətləndirilməsi üçün sosial indikatorların model toplusu-
nun təkmilləşdirilməsi üzrə təkliflər. (2003). // Statistikanın sualları. №7. s. 36-37)
5. Долан Э.Дж., Линдсей Д. (1992). Рынок: микроэкономический модель // Пер. с англ.
В.Лукашевича и др.; Под общ. ред. Б.Лисовика и В.Лукашевича. С.-Пб., 596 с., с.
448-454 (Dolan E.C., Lindsey D. (1992). Bazar: mikroiqtisadi model // V.Lukaşeviçin
və başqalarının ingilis dilindən tərcüməsi; B.Lisovik və V.Lukaşeviçin ümumi redaktəsi
ilə. S-Pb., 596 s., s. 448-454)
6. www.azstat.gov.az – Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin saytı.
7. Фишер С. (1995). Экономика: Пер. с англ. cо 2-го изд. // С.Фишер, Р.Дронбуш,
Р.Шмалензи. Москва: Дело ЛТД, 864 с., с. 445-446, 665, (Fişer S.(1995). İqtisadiyyat.
İngilis dilində 2-ci nəşrdən tərcümə // S.Fişer, R.Dronbuş, R.Şmalenzi. Moskva:Delo Ltd,
864 s., s.445-446, 665)
8. Болезни роста? Индекс устойчивого экономического благосостояния для Соеди-
ненного Королевства 1950-1990 годы. (1995). // Вестник «Зеленое спасение». Вы-
пуск 3. Устойчивое развитие: к истории концепции. Алматы, с.66-72 (Artım
xəstəliyi? 1950-1990-cı illərdə Birləşmiş Krallıq üçün dayanıqlı iqtisadi rifah indeksi.
(1995). // “Yaşıl qurtuluş” 3-cü buraxılış. Dayanıqlı inkişaf: konsepsiyanın tarixi. Al-
maatı, s. 66-72)
9. Иванов Ю.Н. (2003). О показателях экономического благосостояния.// «Вопросы
экономики», №2, с.95-101 (İvanov Y.N. (2003). İqtisadi rifah göstəriciləri barədə //
“İqtisadiyyatın sualları”, №2, s. 95-101)
10.Дейли Г. (2005). Мир тесен! // В мире науки (экономика) [электронный ресурс].
Москва:
В
мире
науки
РосНОУ,
№12.
Режим
доступа:
http://www.sciam.ru/2005/12/economical.shtml (Deyli Q. (2005). Dünya dardır!// Elm
dünyasında (iqtisadiyyat) [elektron material]. Moskva: Rusiyanın Yeni Universitetinin
Elm dünyası jurnalı. №12)
İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova
GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...
6/2013
80
11.http://hdr.undp.org/en/media/HDR_2013_summary_RU.pdf - BMT-nin İnkişaf Pro-
qramının saytından.
12.http://www.mt5.com/ru/prime_news/fullview/527- Forex Trading Portal – Foreks Ticarət
Portalının saytı.
13.www/gks.ru/free_doc/new_site/population/urow/urow_32ghtm – Rusiya Federasiyasının
Dövlət Federal Statistika Xidmətinin saytı
14.http://www.nationmaster.com/graph/eco_dis_of_fam_inc_gin_ind-distribution-family-
income-gini-index.
Сейфуллаев Ильгар Зульфигар оглы
д. ф.э.н, доц., Учебный Центр Министерства Налогов
Раджабов Бала Али Али оглы
д.ф.ф.-м.н., старший научный сотрудник, Учебный Центр Министерства Налогов
Расулова Гюльназ Баба гызы
научный сотрудник, Учебный Центр Министерства Налогов
Неравенство доходов и налоговые факторы его уменьшения
Аннотация
Цель исследования – оценка неравенства доходов в Азербайджане и на этой
основе определение направлений влияния налогообложения на его уменьше-
ние.
Методология исследования – статистический анализ, логическое обобщение
и кривая Лоренца.
Результаты исследования – оценено неравенство доходов в Азербайджане,
даны предложения для его большего уменьшения, связанные с налогообло-
жением.
Ограничения исследования – недостаточность информационного и методо-
логического обеспечения для выявления связей между налогообложением и
неравенством доходов.
Практическая значимость исследования – возможность использования в
качестве научного источника при определении налоговых мероприятий, нап -
равленных на уменьшение неравенства доходов.
Оригинальность и научная новизна исследования – на основе анализа и
оценки неравенства доходов выдвинуты соответствующие предложения по на-
логообложению.
Ключевые слова: неравенство доходов, коэффициент Джини, налоговая
политика.
81
İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova
GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...
6/2013
Seyfullayev ılgar zulfigar oglu
ass. prof., Training Center of Ministry of Taxes of the Republic of Azerbaijan
rajabov Bala Ali Ali oglu
ass. prof., Training Center of Ministry of Taxes of the Republic of Azerbaijan
rasulova gulnaz Baba oglu
Training Center of Ministry of Taxes of the Republic of Azerbaijan
An inequality of the income and taxes factors for its reduction
Abstract
Purpose – assessment of an inequality of the income in Azerbaijan and definition
of the influence directions of the taxation on its reduction.
Design/methodology – statistical analysis, logical generalization and Lorentz's
curve.
Findings – the inequality of the income in Azerbaijan is estimated, offers for its
reduction connected with the taxation are given.
Research limitations – insufficiency of information and methodological support
for identification of relations between the taxation and an inequality of the income.
Practical implications – possibility of use as a scientific source for definition of
the tax actions directed on reduction of an inequality of the income.
Originality/value – on the basis of the analysis and an assessment of an inequality
of the income the relevant proposals on the taxation are put forward.
Keywords: inequality of the income, Gini coefficient, tax policy
JEl Classification Codes: D31, H2, H71
Məqalə redaksiyaya daxil olmuşdur: 11.10.13.
Təkrar işlənməyə göndərilmişdir: 18.10.13.
Çapa qəbul olunmuşdur: 12.12.13.
82
İ.Seyfullayev, b.Rəcəbov, G.Rəsulova
GƏLİRLƏRİN BƏRABƏRSİZLİYİ vƏ oNUN AZALDILMASININ vERGİTUTMA ...
6/2013
Dostları ilə paylaş: |