Xülasə Tədqiqatın məqsədi


Dövlət Proqramı və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası



Yüklə 349,41 Kb.
səhifə5/5
tarix26.01.2018
ölçüsü349,41 Kb.
#22485
növüXülasə
1   2   3   4   5

15.Dövlət Proqramı və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası

Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin inkişafı daim dövlət qayğısı və tənzimlənməsi əsasında həyata keçirilir. Ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə malik olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf etdirilməsini, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə olan tələbatlarının ödənilməsini, daşımaların təhlükəsizliyini, onun infrastrukturunun yeniləşdirilməsini, ərazidən keçən nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsini, tranzit daşımaların həcminin artırılmasını, dəmir yolu sahəsi üçün kadrların hazırlanmasını təmin etmək məqsədilə hazırda “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” reallaşdırılır. Bu barədə Azərbaycan Respublikası Prezidentinin 6 iyul 2010-cu il qərarında qeyd olunur ki, müasir tələblərə uyğun ölkənin nəqliyyat sektorunun modernləşdirilməsində böyük uğurla gerçəkləşdirilən milli neft strategiyası əhəmiyyətli rol oynamışdır. İndi burada daha geniş infrastruktur modernizasiyanın aparılmasına zərurət yaranmışdır. Bundan irəli gələrək Dövlət Proqramının əsas məqsədini əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə artan tələbatının və dövlətin müdafiə ehtiyaclarının ödənilməsi, Azərbaycanın tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin və yük daşımalarında nəqliyyat xərclərinin azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində daha fəal iştirakının təmin olunması təşkil edir. Burada Azərbaycan dəmir yolu nəqliyyatının sürətli inkişafını təmin edən məqamlar, vaqon və lokomotv parkının yeniləşdirilməsi, yol, elektrik təchizatı, işarəvermə və rabitə və s. təsərrüfatların əsaslı təmiri, sabit cərəyandan dəyişən cərəyana keçid, texniki vasitələrin modernləşdirilməsi və digər mühüm vəzifələr öz əksini tapmışdır. Əsas maliyyə mənbələri olaraq “Azərbaycan Dəmir Yolları” QSC-nin vəsaitləri, daxili və xarici investisiyalar, texniki yardımlar və qrantlar, qanunvericiliyə zidd olmayan digər mənbələrin vəsaitləri nəzərdə tutulur. Bütün işlər Dövlət Proqramının həyata keçirilməsi üçün təsdiq edilən tədbirlər planı çərçivəsində aparılacaqdır [8].

Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin inkişafı yalnız bu proqram hüdudları ilə məhdudlaşmır. Belə ki, 2012-ci ilin sonunda qəbul edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində bu sahədə daha uzaq hədəfləri nişan alan mühüm fəaliyyətlərin göstərilməsi də nəzərdə tutulur. Bu konsepsiyaya görə Azərbaycanın rəqabət qabiliyyətinin artırılması məqsədi ilə ölkə ərazisində Avropa-Qafqaz-Asiya və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərində daşıma xərclərinin azaldılması, idxal, ixrac əməliyyatları və tranzit daşımaları üçün sərf edilən vaxtın qısaldılması və sərhəd-keçid prosedurlarının sadələşdirilməsi üçün tədbirlər görüləcəkdir. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi fəaliyyətə başlayacaq, dəniz donanması yeniləşdiriləcək, nəqliyyat-logistika mərkəzləri yaradılacaq, Bakı-Böyük Kəsik, Bakı-Astara və Bakı-Yalama dəmir yolu xətləri yenidən qurulacaq və modernləşdiriləcəkdir. Dəmir yolu şəbəkəsinin diversifikasiyası siyasətinə uyğun olaraq Bakı-Tbilisi-Qars dəmir yolu xəttində istifadə genişlənəcək və bu marşrut üzrə səmərəlilik daha da artacaqdır. Eyni zamanda, dəmir yolu nəqliyyatının baş yollarında zəruri yenidənqurma işləri aparılacaq, daşıma parkı yenilənəcək, bütün yollarda dəyişən cərəyanlı dartı sisteminə keçid təmin olunacaq, işarəvermə və siqnalizasiya sistemi müasirləşdiriləcəkdir.

Göründüyü kimi, bütün bu strateji hədəfli tədbirlər nəticəsində Azərbaycanın dəmir yolu sisteminin yenidən qurulması və modernləşdirilməsi yeni mərhələyə qədəm qoyacaqdır. Bu iştiqamətdə isə əsas funksionallığı Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin səmərəli fəaliyyəti təmin edəcəkdir. Azərbaycan Respublikası üçün böyük siyasi və iqtisadi əhəmiyyət kəsb edən bu layihənin həyata keçirilməsi Avrasiya məkanına daha səmərəli çıxışları təmin etməklə, region ölkələri arasında birbaşa dəmir yolu nəqliyyatı əlaqələrinin yeni müstəvidə qurulmasına və ölkənin tranzit potensialının daha da artırılmasına zəmin olacaqdır.


16.Nəticə

Nəqliyyat sistemyaradıcı amil kimi aktiv olaraq ölkənin iqtisadi, siyasi, hərbi və digər təhlükəsizlik sferalarındakı vəziyyətlərinə təsir edir. Bu baxımdan daha üstün əhəmiyyətliliyi ilə seçilən mühüm nəqliyyat sistemi dəmir yolu və onun inkişafı daim dövlətin diqqət mərkəzində dayanır. Azərbaycanın genişlənən inteqrasiya əlaqələri, yüksələn iqtisadi ixrac potensialı, ölkə ərazisindən keçən tranzit xətlərlə daşınmaların artması dəmir yolunun inkişafına daha strateji ahəng verir. Diversifikasiya olunan neft-qaz və yeni yaradılan sənaye sahələri mallarının, kənd təsərrüfatı məhsullarının dünya bazarlarına daşınmasında ölkənin dəmir yolu fərqli əhəmiyyət kəsb edir. Bu istiqamətdə səmərəliliyi artırmaq, tranzit potensialdan daha dolğun bəhrələnmək və başlıca olaraq da Azərbaycanın dünya okeanına birbaşa çıxış məhdudluğu amilini mülayimləşdirmək üçün bütün dəmir yolu infrastrukturunda sistem dəyişiklikləri yaradan layihələrin həyata keçirilməsi zərurəti yaranmışdır. Müasir məqamda belə strateji hədəflərin önündə Bakı-Tbilisi-Qars dəmir yolu xətti layıhəsi dayanır. Bu layıhənin reallaşmasında Azərbaycanın mənfəətləri olduqca əvəzsizdir. Burada ilk növbədə Sovetlər İttifaqının dağılması və Ermənistanın təcavüzü nəticəsində itirilən və sərtləşən nəqliyyat kommunikasiyarına alternativliklərin təmin edilməsi, qardaş Türkiyə ilə genişlənən iqtisadi əlaqələrin möhkəmləndirilməsi və çox strateji əhəmiyyət kəsb edən Azərbaycandan ərzaicə ayrı düşmüş Naxçıvan Muxtar Respublikası ilə yeni və əlverişli bağlantıya nail olunması strategiyası dayanır. Bu layihənin əhəmiyyətinə yaxın zamanlarda Bosfor boğazı altı keçəcək dəmir yolu tuneli - “Mərməray” layihəsi daha bir effektivlik qatacaqdır. Bununla da, Asiyanın ən ucqar şərqindən dəmir relslər üzərindən Avropanın bütün nöqtələrinə yetişəcək tarixi bir nəqliyyat marşrutu gerçəkliyə cevriləcəkdir.

Elə bütün bunlara görə də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası Azərbaycan üçün həm siyasi, həm iqtisadi, həm də strateji əhəmiyyət daşıyır. Bu layıhənin reallaşması nəticəsində Azərbaycan dəmir yolu vasitəsi ilə həm də beynəlxalq nəqliyyat dəhlizlərinə birbaşa çıxış əldə edərək tranzit daşımaların mühüm mərkəzinə çevriləcək və regionda siyasi gücü daha da artacaqdır. Ona görə də, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tezliklə istismara verilməsi istiqamətində zəruri tədbirlər görülməlidir. İstismar sonrası faydaları təmin etmək üçün optimal marketinq strategiyası formalaşdırılmalı, müvafiq təşviqat və reklam işləri aparılmalıdır. Eyni zamanda Xəzər dənizi ilə bərə daşımalarında Aktau və Türkmənbaşı limanlarında mövcud olan problemlər aradan qaldırılmalı, burada modernizasiya işləri daha çevik xarakter almalı, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi”nin inşası sürətləndirilməli, “Mərməray” layihəsinin tam gücdə reallaşması təmin olunmalıdır. Görüləcək işlər daxilində həmçinin Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və Türkmənistanın gömrük və sərhəd təşkilatları arasında sərhəd-gömrük keçidlərində prosedurların sadələşdirilməsi ilə əlaqədar birgə fəaliyyət göstərilməsi və sərhəd stansiyalarında qatarların mübadiləsi haqqında Gürcüstan və Türkiyə arasında sazişlər imzalanmalı, yük daşımalarının həcminin, eləcə də sərnişin və yük daşıma tariflərinin müəyyən edilməsi mexanizmi yaradılmalıdır. Şərnişin daşınmalarda vaxt itkisini azaltmaq üçün sərhəd keçidlərində dəmir yolu izinin dəyişdirilməsi hərəkətdə olmaqla özü dəyişən «Talgo» sistemli qatar və vaqonların tətbiqi ilə reallaşdırılmalıdır. Bundan başqa dəmir yolu sistemində bütün qlobal prinsiplərdən bəhrələnmək məqsədi ilə Azərbaycanın OTİF-ə üzvlüyü tam təmin olunmalı, “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” və “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq Azərbaycan dəmir yolu sisteminin modernizasiyası, nəqlayat parkının yenilşməsi başa çatdırılmalıdır. Eyni zamanda yükdaşımanın ardıcıllığını və intensivliyini təmin etmək üçün Azərbycanın dəniz donanmasının bazası Beynəlxalq Dəniz Təşkilatının tələblərinə uyğun olaraq müasir tipli gəmi-bərələrin, tankerlərin və quru yük daşıyan gəmilərin alınmasını ilə yeniləşdirməlidir.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın milli lideri Heydər Əliyevin bir millət iki dövlət prinsipindən irəli gələn bitməyən inteqrasiyanı daha da möhkəmləndirəcək, Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilənin reallaşması istiqamətində yeni əyani bir təzahürü olacaqdır.


Ədəbiyyat siyahısı

1.Hacızadə E.M. (2006), Sosiallaşan iqtisadiyyat. Bakı: Elm, 509 s.

2.“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti rəqəmlərdə (2014). Bakı: s. 40.

3.Аксенов И.Я. (2000), Транспорт: история, современность, перспективы, проблемы. М.: ТЕИС, 216 с.

4.Бжезинский З. (2004), Выбор: Мировое господство или глобальное лидерство. М.: Международные отношения, 288 с.

5.Большая энциклопедия транспорта. В 8 томах / под ред. В.П.Калявина; Академия транспорта. М.-Спб. - Вост. банк. комм. инф.

6.Социально-экономическая география зарубежного мира. (2003) / под редакцией члена корреспондента РАН заслуженного профессора МГУ В.В.Волжского М.: Дрофа, 190 с.

7.Транспортная логистика (2002), Учебник для транспортных вузов. / Под общей редакцией Л.Б. Миротина. М.: Изд-во «Экзамен», 512 с.

8.http://www.president.az - Azərbaycan Respublikası Prezidentinin rəsmi saytı.

9.http://addy.gov.az - Azərbaycan Dəmir Yolları» QSC-nin saytı.

10.www.worldmetro.org.ua - Dünya nəqliyyat ensiklopediyası və yenilikləri saytı.

11.http://www.mot.gov.az - Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin saytı.



12.www.ukzhd.am/ru.html - “Cənubi-Qafqaz dəmir yolları” QSC-nin saytı.

13.http://iformatsiya.ru/tabl/732-zheleznye-dorogi-protyazhennost-zheleznyh-dorog-stran-mira-2010.html - Dünya ölkələri - statistik sayt.

14.www.europa.eu.int - EU - Avropa İttifaqının saytı.

15.www.zdmira.com - Dünya dəmir yolları jurnalının saytı.

16.TRACECA - sayt.

17.http://www.transpexplore.ru/texps-735-1.html - Nəqliyyat tədqiqatları saytı.

18.www.elshanhajizadeh.com - prof. Elşən Hacızadənin saytı.

Гаджизаде Эльшан Махмуд оглы

Д.э.н., проф., Азербайджанский Государственный Экономический Университет


Аннотация
Роль проекта железнодорожной линии Баку-Тбилиси-Карс в усовершенствовании региональной транспортной инфраструктуры
Цель исследования: состоит в обосновании социально-экономической эффективности и оценке потенциальных возможностей проекта железнодорожной линии Баку-Тбилиси-Карс в расширении торговых связей Евроазиатского региона и усовершенствовании транспортной инфраструктуры вдоль маршрута «Большого Шелкового пути».

Методология исследования: факторный и сравнительные методы анализа.

Результаты исследования: на основе оценки потенциальных возможностей проекта железнодорожной линии Баку-Тбилиси-Карс обоснованы ее социально-экономическая эффективность и особая логистическая значимость в углублении ее макрорегиональной экономической интеграции.

Ограничения исследования: отсуствие в широком информационном обороте сведений о проводимой региональной политике между различными странами в направлении расширения экономических связей и планах по совершенствованию транспортной инфраструктуры в сфере международных перевозок или ограниченность в доступе к ним.

Практическая значимость исследования: информационное назначение логистической мощности и экономическая эффективность выбора маршрута железнодорожной линии Баку-Тбилиси-Карс в перевозках в Евроазиатском регионе, а также возможность использования в качестве соответствующего альтернативного источника в научных исследованиях.

Оригинальность и научная новизна исследования: впервые в научной плоскости в рамках основных маршрутов между Европой и Азией оценены потенциальные возможности проекта перевозок по железнодорожной линии Баку-Тбилиси-Карс, обоснованы ее главные социально-экономические эффективности в углублении макрорегиональной экономической интеграции.
Ключевые слова: экономика транспорта, экономическая интеграция, проект железнодорожной линии Баку-Тбилиси-Карс, TRACECA, логистика.

Hajizadeh Elshan Mahmud oglu

Prof. Dr., Azerbaijan State Economic University


Abstract
The role of the project of the Baku-Tbilisi-Kars Railway to improve regional transport infrastructure
Purpose - is to establish the socio-economic efficiency and to assess the potential of the project of the Baku-Tbilisi-Kars in expanding trade relations and Asian region and improvement of transport infrastructure along the route of the “Big Silk Road.”

Design/methodology - factorial analysis and comparative methods.

Findings - based on an assessment of potential project opportunities of the Baku-Tbilisi-Kars justified its socio-economic benefits and the special importance of logistics in deepening its macro-regional economic integration.

Research limitations - absence in wide circulation of information about the information carried out by the regional policy between the various countries in the direction of expansion of economic ties and plans to improve transport infrastructure in international transport or limited access to them.

Practical implications - informational purposes only logistic capacity and economic efficiency of the route selection of the Baku-Tbilisi-Kars to transport in the Eurasian region, as well as the possibility of using as an appropriate alternative source in research.

Originality/value - for the first time in the scientific plane within the main routes between Europe and Asia to assess the potential of the project traffic on the railway line Baku-Tbilisi-Kars and the deepening of the macro-regional economic integration justified its main socio-economic efficiency.
Keywords: transport economics, economic integration, the project of the Baku-Tbilisi-Kars, TRACECA, logistics
JEL Classification Codes: F5, L92, N7, O18, R41

190.Regional nəqliyyat infrastrukturunun təkmilləşdirilməsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsinin rolu. Azərbaycanın vergi jurnalı. Bakı: № 3, 2014. 2,0 ç.v.



1Avropa İttifaqının Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin təşkili proqramı. 1993-cü ildə təsis edilmişdir. 13 üzv dövləti: Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Ukrayna, Moldova, Rumınya, Bolqarıstan, Gürcüstan, Ermənistan təmsil edir. Qərarğahı Bakı şəhərində yerləşir.


Yüklə 349,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə