Xülasə Tədqiqatın məqsədi vergi stimullaşdırılması sahəsində azad iqtisadi zonaların



Yüklə 92,73 Kb.
Pdf görüntüsü
tarix27.03.2018
ölçüsü92,73 Kb.
#35335
növüXülasə


UOT 338.1 (479.24)

Azad iqtisadi zonalarda 

vergi stimullaşdırılması

Xülasə

Tədqiqatın məqsədi - vergi stimullaşdırılması sahəsində azad iqtisadi zonaların

yaradılması, fəaliyyətində qabaqcıl təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi və

bu təcrübənin Azərbaycanda tətbiqi.

Tədqiqatın metodologiyası - sistemli yanaşma, müqayisəli təhlil, ümumiləşdirmə,

nisbi müşahidə, təsnifat.



Tədqiqatın nəticələri - azad iqtisadi zonalarda vergi stimullaşdırılması üzrə xarici

təcrübənin  sistemləşdirilməsi  və  səmərəli  modelin  yaradılmasından  ötrü  milli

təcrübədə istifadə imkanları.

Təqdiqatın məhdudiyyətləri - Azərbaycanda azad iqtisadi zonaların mövcud ol-

maması və onların yaradılması perspektivləri üzrə informasiyanın qıtlığı.



Tədqiqatın praktiki əhəmiyyəti - Azərbaycanda azad iqtisadi zonaların yaradılması

prosesində burada vergi stimullaşdırılması mexanizminin tətbiqi.



Tədqiqatın orijinallığı və elmi yeniliyi - Azərbaycan Respublikasında azad iqtisadi

zonaların yaradılması və fəaliyyəti prosesində effektiv vergi stimullaşdırılması mexa-

nizminin formalaşmasında tədqiq olunan mövzu perspektiv əhəmiyyətə malikdir.

Açar sözlər: azad iqtisadi zonalar, vergi stimullaşdırılması, imtiyazlar sistemi,

qeyri-neft sektoru, istehsal xarakterli zonalar.

1. Giriş

Dünya təcrübəsi iqtisadiyyatın ayrı-ayrı sahələrinin və ərazirlərin sürətləndirilmiş

inkişaf etdirilməsində azad iqtisadi zonaların (AİZ) yaradılması kimi effektiv təşki-

lati-iqtisadi mexanizmin mövcud olmasını göstərir. Fikrimizcə, Azərbaycanın qeyri-



Muradov Yahya Məmmədhüseyn oğlu*

AMEA-nın İqtisadiyyat İnstitutunun dissertantı

* Bakı şəhəri, AZ1073, Hüseyn Cavid prospekti, 31.

157


AZƏRBAYCANIN VERGİ JURNALI. 2/2012.

VERGİQOYMA

Səh.157-168

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com




Р.Абдуллаев.  Особенности финансовых рисков  в сфере международных экономических...

158


Y.Muradov. Azad iqtisadi zonalarda vergi stimullaşdırılması

neft sektorunun inkişafına məhz AİZ-r kömək edəcək. Qlobal neft və nəqliyyat la-

yihələri (“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yatağlarının genişmiqyaslı istismarı,

“Bakı-Tbilisi-Jeyhan” və “Bakı-Tbilisi-Ərzurum” boru kəmərlərinin istifadəyə ve-

rilməsi) üzrə əsas işlərin tamamlanması və dünya səviyyəsində xarici investisiyaların

həcminin azalmasına olan tendensiyalar milli iqtisadiyyatın qeyri-neft sektorunun

inkişafının sürətləndirilməsilə yanaşı Azərbaycan iqtisadiyyatına əlavə, ilk növbədə

xarici investisiyaların cəlb edilməsinə təkan verəcək.

Azad iqtisadi zonalar iqtisadi inkişafı təmin etmək məqsədilə, sürətli iqtisadi is-

lahatlar aparan ölkələr üçün yeni iqtisadi alət rolunu oynamaqla yanaşı, bu ölkələrin

o  cümlədən  də  Azərbaycanın  dünya  təsərrüfat  sisteminə  inteqrasiyasının

genişləndirilməsinə və ölkələr daxilində inkişafdan geri qalmış ərazilərin sosial iqti-

sadi inkişafının sürətləndidilməsinə əlavə stimullar verə bilir.

2. AİZ-lərin mahiyyəti və funksional cəhətləri

AİZ  nədir?  Gömrük  prosedurlarının  sadələşdirilməsi  və  unifikasiyası  üzrə

beynəlxalq konvensiyaya (Kioto. 18 may 1973-cü il) əsasən azad iqtisadi zona (

ya “zona-franko”) termini altında ölkə ərazisinin bir hissəsi başa düşülür ki, burada

əmtəələr milli gömrük xaricində olan obyektlər kimi qəbul edilir və bu səbəbdən də

adi gömrük nəzarətinə və vergitutmaya cəlb edilmir. Başqa sözlə, AİZ-lar xüsusi re-

jimli ölkə əraziləridir. Bu rejimi ifadə edən və AİZ-da təsərrüfat subyektlərinin

fəaliyyətini tənzimləyən xüsusi qanunvericilik aşağıdakı məsələləri əhatə edir:

gömrük tənzimləməsi;



vergiqoyma; lisenziyalaşdırma;

viza rəsmiləşdirilməsi;



bank fəaliyyəti;

əmlak və girov münasibətləri (o cümlədən torpaq sahibkarlığı hüquqlarına



aid olanlar);

konsesiyyaların verilməsi;



azad zonaların idarəedilməsi.

AİZ-da həmçinin əmək və sosial qanunvericilik aktları da müəyyən spesifikaya

malik ola bilər.

Müasir beynəlxalq iqtisadi təcrübəsində AİZ-ın mahiyyəti daha geniş şərh edilir:

onlar iqtisadi proseslərə dövlət müdaxiləsinin miqyasının azaldılması aləti kimi

müəyyən edilir. AİZ anlayışının bu cür ifadə olunması preferensial (imtiyazlı) təsər-

rüfatçılıq rejiminin fəaliyyətilə bağlı olan təzahürlərin bütün spektorunu əhatə edir.

Bu cür yanaşmada azad iqtisadi zona «yalnız ayrılmış coğrafi ərazi deyil, daha çox

milli iqtisadi məkanın elə hissəsidir ki, burada digər hissələrdə istifadə olunmayan

müəyyən imtiyazlar və stimullar sistemi tətbiq edilərək istifadə olunur» [1, 7].

AİZ-ın səciyyəvi xüsusiyyətlərinə nəzər salaq:




159

AZƏRBAYCANIN VERGİ JURNALI. 2/2012.

a) Müxtəlif imtiyaz və stimulların istifadəsi, o cümlədən:

xarici ticarət (ixrac-idxal rüsumlarının azaldılması və ya ləğvi, xarici ticarət



əməliyyatlarının həyata keçirilməsinin sadələşdirilmiş qaydaları);

fiskal, konkret fəaliyyət növlərinin vergi stimullaşdırılması. İmtiyazlar vergi



bazasına  aid  ola  bilər  (gəlir  və  ya  mənfəət  və  s.),  onun  ayrı-ayrı  kompo-

nentlərinə  (amortizasiya  ayırmaları,  əmək  haqqına,  elmi-tədqiqat  işlərinə,

nəqliyyata məsrəflər), vergi dərəcələrinin səviyyəsinə, vergilərdən daimi və

ya müvəqqəti azad edilməsi məsələlərinə;

maliyyə, müxtəlif formada subsidiyaların verilməsi. Onlar həm müstəqil for-



mada - büdcə vəsaitlərinin və imtiyazlı dövlət kreditlərinin verilməsi, həm də

dolayı formada - kommunal xidmətlərinə aşağı qiymətlərin təyin edilməsi, tor-

paq sahələrindən istifadəyə görə icarə ödənişlərinin azaldılması və s. kimi ve-

rilə bilər;

inzibati,  müəssisələrin  qeydiyyata  alınması  prosedurlarının,  xarici  vətən-



daşların gəlib-getmə rejimlərinin asanlaşdırılması. 

İmtiyazların tətbiqi nəticəsində AİZ-da gəlir norması 30-35% bəzən isə daha çox

təşkil edir: məsələn transmilli şirkətlər Asiyadakı AİZ-dan orta hesabla ildə 40%-ə

qədər gəlir alırlar. İnvestisiyaların özünü ödəmə müddəti əhəmiyyətli dərəcədə (2-3



dəfə) azalır (AİZ-ar üçün bu müddətin 3-3,5 il olması normal sayılır).

b) Geniş iqtisadi spektorda müstəqil qərar qəbul etmək səlahiyyətlərinə malik

olan lokal, nisbətən xüsusiləşdirilmiş idarəetmə zonasının mövcudluğu.

c) Mərkəzi dövlət hakimiyyəti tərəfindən hərtərəfli kömək.

AİZ-ın yaradılması konkret prioritet iqtisadi məsələlərin həlli, strateji proqram

və layihələrin həyata keçirilməsinə yönəldilmiş ayrı-ayrı ərazi və regionların iqti-

sadiyyatının inkişafında təsirli istiqamətdir. Bununla belə, təcrübə göstərir ki, AİZ-

da  müəyyən  edilən  imtiyazlar  sistemi  kifayət  qədər  fərdidir  və  ərazidə  həyata

keçirilən proqramlarla sıx bağlıdır.

3. Xarici təcrübə

Müxtəlif  məlumatlara  əsasən  hal-hazırda  dünyada  400-ən  2000-ə  qədər AİZ

fəaliyyət göstərir. İlk dəfə AİZ-lər ABŞ-da 1934-cü ilin aktına əsasən xarici ticarət

zonaları kimi yaradılmışdır. Onların məqsədi gömrük xərclərinin effektivli azaldıl-

ması  mexanizmlərinin  istifadəsi  vasitəsilə  xarici  ticarət  fəaliyyətinin  ak-

tivləşdirilməsi  olmuşdur.  Bu  zaman  əsasən  avtomobil  istehsalı  üçün  hissə  və

komponentlərə idxal tariflərinin azaldılması nəzərdə tutulurdu. Aeroportlar, doklar,

ambarlar  xarici  ticarət  zonalarına  çevrilmişdilər.  Göstərilən  zonalarda  fəaliyyət

göstərən müəssisələr ABŞ gömrükünün nəzarətindən o şərtlə çıxarılırdı ki, bu zonaya

idxal olunan əmtəələr sonradan üçüncü ölkələrə göndərilsin. Gömrük xərcləri həm

də o zaman aşağı salınırdı ki, sonradan ixrac edilməsi  məqsədilə  ABŞ firmaları



tərəfindən  məhsullarının üzərində zonada əlavə işlər aparılırdı. Əgər məhsullar zo-

nadan ABŞ-a göndərilirdisə, onlar mütləq qaydada ölkə qanunvericiliyində nəzərdə

tutulmuş bütün gömrük prosedurları keçirdi.

AİZ-lərin  müvəffəqiyyətli  variantının  misalı  kimi  1957-ci  ildə  İrlandiyada

mərkəzi “Şennon” aeroportu olmaqla əlverişli şərait zonasının yaradılmasını göstər-

mək olar. Zonanın ərazisi cəmi 15 ha təşkil edirdi. Məqsəd kifayət qədər kiçik idi:

əlavə 300 iş yerlərinin yaradılması. Burada isə məhz o haldır ki, nəticələr göz-

lənildikdən qat-qat yüksək olmuşdur.

Daha bir uğurlu azad iqtisadi zonanın misalı kimi mərkəzi “Doq-Aylend” (İn-

giltərə, 1982-ci il) aeroportunda olan zonanı göstərmək olar. AİZ-nın ərazisi 2000

ha təşkil etmişdir və nəzərdə tutulmuş proqramın həyata keçirilməsi üçün bir milyard

funt sterlinqdən artıq vəsait cəlb edilmişdir.

1967-ci ildə Braziliyada başqa tipli azad iqtisadi zona yaradılmışdır - “Manaus

azad zonanın sənaye mahalı” (Amazoniya). Zona üçün ayrılmış sahə 3,6 milyon

kvadrat kilometr olmuşdur. Məqsədi - sənaye istehsalının inkişafının stimullaşdırıl-

ması, məqsədə nail olunmanın əsas vasitəsi isə vergi imtiyazları olmuşdur. Bu zona

sürətlə inkişaf etdi və bütün Braziliya iqtisadiyyatının sağlamlaşmasına müsbət təsir

göstərdi. AİZ-nın əsasını təxminən 30 xammal və yanacaq-enerji sahəsi təşkil edirdi

ki, onların məhsulu Braziliyanın özündə istehlak olunurdu. Zonanın ixracı istehsalın

yalnız 3-5%-ni təşkil edirdi.

1978-ci ildə Çinin 14 sahilyanı şəhərində azad iqtisadi zonalar yaradıldı. Məqsəd

- xarici ticarətin inkişaf etdirilməsi olmuşdur. Əsas alət kimi isə vergi və gömrük

imtiyazları istifadə olunmuşdur. Yaradılma zamanı zonaların hər bir hektarına ildə

təxminən 15-17 milyon ABŞ dolları sərf olunurdu. Yaradılma zamanından başla-

yaraq  1987-ci  ilə  qədər  Çinin  AİZ-na  cəmi  təxminən  22  milyard  dollar  cəlb

edilmişdir. Ölkənin xarici ticarət dövriyyəsinin 2/3 hissəsi bu zonalardan keçirdi.

1990-cı ildə yalnız Şençcen zonasının ixracı 3 milyard dollar təşkil etmişdir.

AİZ-rın fəaliyyətinin müsbət misalı kimi Birləşmiş Ərəb Əmirliklərdəki azad iqti-

sadi zonaları göstərmək olar. Əmirliklərdə 16 azad iqtisadi zona fəaliyyət göstərir

ki, orada 5 mindən artıq şirkət fəaliyyət göstərir. AİZ-da 100% xarici kapitalı olan

şirkətlərə işləmək icazəsi verilir, onlar vergilərdən, bütün əmtəələr isə rüsumlardan

azad olunur. Onlardan ən irisi ölçülərinə görə dünyada üçüncü olan Dubaydakı Jəbəl

Əli azad iqtisadi zonadır. Rəs-əl-Haymı azad iqtisadi zonasında 2004-cü ilin 7 ayında

rekord sayda yeni açılmış şirkət qeydiyyata alınmışdır - 100. Beləliklə orada artıq

fəaliyyət göstərən şirkətlərin sayı 500-ən çoxdur.

Cənubi Koreya, Malayziya, Sinqapur, Honkonqda yerləşən və əmtəələrin ixracına

səmtləşdirilmiş “nöqtəvi” zonalar inkişaf etməkdə olan ölkələrin ixracının 90%-ni

əhatə edir.

Elmi-texniki zonaların da sürətli inkişafı gedir. 1973-cü ildə ABŞ-da onların sayı

84-ə bərabər idi. Burada 142 min fəhlə və 45 min alim çalışırdı. ABŞ-da ən böyük

Р.Абдуллаев.  Особенности финансовых рисков  в сфере международных экономических...

Y.Muradov. Azad iqtisadi zonalarda vergi stimullaşdırılması

160



elmi-texniki zona - “Silikon-Vells” (Silikon vadisi) adlanır. Burada istehsal olunan

hesablama texnikası və kompyuterlərin miqdarı dünya istehsalının 20%-ni təşkil

edir. Yaxın vaxtlarda ABŞ-da 1000-ə qədər AİZ-nın yaradılması planlaşdırılır. Bu

zaman investisiyaların həcmi 3 milyard dollardan artıq, əlavə iş yerlərinin sayı isə

100 min təşkil edəcək.

Hollandiya və AFR-da 1985-ci ildə müvafiq olaraq 45 və 50 texnopark var idi,

özüdə ki, hər ölkədə daha 100 parkın yaradılması planlaşdırılırdı. Yaponiyada aparıcı

elmi  bölmələrin  əsasında  14  rayonda  18  texnopolis  yaradıldı.  Ən  böyük  olan

“Tsikuba” texnopolisi 145 min insanı işlə təmin edir. İngiltərədə 25-dən artıq zona

və texnopark vardır ki, onların hesabına ümumən 18,4 min iş yeri yaradılmışdır.

Nəhayət, azad zonaların dünyada geniş yayılmış daha bir növünü - offşor zonaları

fərqləndirmək olar. Onlar beynəlxalq maliyyə əməliyyatlarını təmin edən bir növ

“vergi vahə”ləridir. Offşor mərkəzlərinin misalı kimi ilk növbədə ada ərazilərini -

Antil, Baham, Bermud, Vircin, Kayman, Barbados, Qernsi və Cersi, Malta, Madeyra,

həmçinin Honkonq, Qərbi Samoa, İrlandiya, Liberiya, Livan, Lixtenşteyn, Panama,

Sinqapur və bir sıra digərilərini göstərmək olar.

Offşor zonalar onlardan istifadə edən təsərrüfat agentlərinə aşağıdakı üstünlükləri

verir: vergi imtiyazları, valyuta nəzarətinin praktiki olaraq olmaması, rezidentlərlə

aparılan əməliyyatların istənilən xarici valyutada həyata keçirilməsi imkanı, məs-

rəflərin yerindəcə silinməsi, anonimlik, maliyyə əməliyyatlarının məxfiliyi (əsasən,



bir tələb mövcuddur - hakimiyyəti narkobizneslə bağlı olan şübhəli əməliyyatlar

haqqında məlumatlandırmaq). Bu zaman zonanın daxili ssuda kapitalları bazarı rezi-

dentlərin hesablarından ayrılır. İş orasındadır ki, offşorun klassik variantı burada

yalnız qeyri-rezidentlərin maliyyə və təsərrüfat fəaliyyətini nəzərdə tutur.

Öz növbəsində vergi imtiyazları üzrə müxtəlif variantlar mümkündür. İrlandiya,

Liberiyanın offşor zonalarında vergilər tutulmur. Amma İsveçrədə aşağı dərəcələrlə

tutulur. Lixtenşteyn, Antil adaları və Panamanın offşor zonalarında şirkətlər qey-

diyyata alınan zaman onlardan vergi kimi vahid məbləğ tutulur (pouşal vergi). Bu

cür zonalarda adətən illik şirkətlərin qeydiyyat ödəmələri, bank və sığorta lisenziya-

larının verilməsinə görə ödəmələr, trast fəaliyyətinə görə ödəmələr tutulur. Onu da

əlavə etmək lazımdır ki, əgər İrlandiya və İsveçrədə offşor şirkətlərdən yalnız mini-

mal mühasibat uçotu tələb edilirsə, Antil adalarnda, Liberiyada, Panamada, Lixten-

şteyndə hətta bu tələb də yoxdur. Qərbi Samoada mühasibat uçotunun qaydaları

reqlamentləşdirilməyib və şirkət sahibləri tərəfindən seçilir.

Macarıstanın təcrübəsi maraqlıdır: bu ölkədə klassik offşor rejimi həyata keçi-

rilmişdir. Offşor şirkətləri gəlir vergisinə 85% həcmində güzəşt alır və bu verginin

real dərəcəsini 5,4%-ə qədər aşağı salmağa imkan verir. Offşor  şirkətə xarici valyuta

ilə əməliyyat aparmaq, hakimiyyətin xüsusi icazəsi olmadan xarici kredit və borc

almaq, xarici banklarda hesab açmaq (o şərtlə ki, hesabların bir hissəsi Macarıstan



bankında olsun) ixtiyarı verilir.

AZƏRBAYCANIN VERGİ JURNALI. 2/2012.

161



162

Y.Muradov. Azad iqtisadi zonalarda vergi stimullaşdırılması

Mütəxəssislərin müşahidələrinə əsasən AİZ-nın çoxu özünəməxsus yol keçmişdir.

İlk əvvəl anbar və tranzit zona olaraq sonradan ixrac-istehsal zonaya daha sonra isə

kompleks zonaya çevrilmişlər. Dünya təcrübəsi göstərir ki, ixrac zonaları olmadan

ölkənin əmtəə və xidmətlərinin ixracı orta hesabla ildə 7% artırsa, belə zonalar

olduqda artım 20% olur.

Gördüyümüz kimi, dünya təcrübəsində AİZ-ar müəyyən məqsədlərlə yaradılır ki,

həm  zonaların  özündə,  həm  də  bütün  ölkə  ərazisində  rifah  yüksəlsin.  Bu  kimi

məqsədlərə bir qayda olaraq aiddir: xarici ticarət fəaliyyətinin aktivləşdirilməsi, ixrac

həcminin artırılması, əlavə iş yerlərinin yaradılması, sənaye istehsalının stimul-

laşdırılması, ölkəyə xarici investisiyaların cəlb edilməsi, depressiv ərazilərdə iqti-

sadiyyatın yüksəldilməsi, regionlararası fərqlərin aradan qaldırılması. Bu məqsədlərə

nail olmaq üsulları isə çox vaxtı eynidir - vergi və gömrük imtiyazları, müxtəlif

güzəştlər.

Xarici ticarət zonaları hər şeydən əlavə valyuta daxilolmalarını təmin edir, o cüm-

lədən  də  konsiqnasiya  ambarlarının  hesabına,  binaların  icarəyə  verilməsindən,

sərgilərdən, yüklərin boşaldıb yükləməsindən və tranzitindən. 

Rusiyada da xarici ticarət zonaların yaradılması təcrübəsi mövcuddur. Məsələn,

xarici ticarət zonalarına aşağıdakılar aiddir: “Şerri-zon” azad ticarət zonası (“Şereme-



tyevo” aeroportunun yanı), “Moskva Franko-port” (“Vnukovo” aeroportunun yanı),

“Franko-Port-Terminal” (Moskva Qərb çay limanı ərazisində) kimi azad gömrük

zonaları.

Rusiyada xüsusi iqtisadi zonalar (XİZ) haqqında Qanun müzakirə mərhələsin-

dədir.  Qanunun  əsas  ideyası  xüsusi  sənaye-istehsal  və  texniki-tətbiqi  zonaların

yaradılmasıdır. Rusiyanın İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış layihədə

aşağıdakı imtiyazlar nəzərdə tutulur: torpaq və gəlir vergilərinə, əmtəələrin, avadan-

lıqların və komplektləşdirici məhsulların idxal və ixracına, həmçinin torpaq icarəsinə

görə aşağı dərəcələrin təyin edilməsi.

Bununla belə Rusiyanın bəzi regionlarında XİZ-ın yaradılması üzrə layihələr artıq

həyata keçirilir: Niceqorod vilayətində Ümumrusiya nüvə mərkəzinin bazasında pri-

oritet  istiqamətləri  energetika  və    terror  əleyhinə  sahələrində  tədqiqatları  olan

texnoparkın tikintisi aparılır. Layihəyə İntel, Boeinq, AFK “Sistema” kimi qurumlar

maraq göstərir. XİZ-nın yaradılması üzrə analoji iş Kareliyada (Kostomukşa şəhəri)

aparılır. Zonanın ixtisaslaşması: telefon sistemləri və elektrik mühərrikləri üçün elek-

tron içliklər, avtomobillərin elektrik avadanlıqlarıdır. Rusiyada ən güclü XİZ-nın

Kalininqrad vilayətinin bazasında yaradılması planlaşdırılır və zona iştirakçıları üçün

imtiyazlar və tələblər artıq müəyyən edilib. Məsələn, üç il ərzində regionun iqti-

sadiyyatına 150 milyon rubldan az olmayan məbləği sərf edən investorlar üçün 6 il

ərzində sıfır dərəcəli gəlir vergisi müəyyən edilir, sonrakı 6 il ərzində isə dərəcə 50%

olur. Bundan əlavə müəssisə 6 il ərzində əmlak vergisindən də azad olunur. XİZ-nın

“iştirakçısı” statusunu almaq üçün müəyyən tələblər irəli sürülür: müəssisələr məh-




163

AZƏRBAYCANIN VERGİ JURNALI. 2/2012.

sullarının 70%-dən az olmayan hissəsini bilavasitə anklavda istehsal etməli, şirkətin

əmlakının 90%-i region ərazisində olmalı və əməkdaşlarının 50%-dən az olmayan

hissəsinin yerli qeydiyyatı olmalıdır [2].

Rusiyada  xüsusi  iqtisadi  zonaların  fəaliyyətinin  tənzimlənməsi  üçün  XİZ

idarəedilməsi üzrə Federal agentlik fəaliyyət göstərir [3].

XİZ-ın yaradılmasının əlehdarları hesab edirlər ki, burada verilən vergi imtiyazları

büdcəyə daxilolmaları azaldacaq, regiona investisiyaların cəlb olunması isə əsasən

burada dövlət büdcəsi hesabına müasir infrastrukturun yaradılması nəticəsində baş

verəcək. Tənqidçilərin düşüncələrinə əsasən XİZ-nın subyektlərinə verilən imtiyazlar

ayrı-ayrı lobbiçilər qruplaşmalarına gizli verilən maliyyə yardımlarıdır, ilkin kapital

yığımı üsuludur ki, o da sonradan xaricə axıdılır.  

AİZ-ar Qazaxıstanda da mövcuddur. Onların fəaliyyətini tənzimləyən qanun

1996-cı ildə qəbul edilmiş və bir neçə dəfə dəyişikliklərə məruz qalmışdır. Qüvvədə

olan Qanuna əsasən Prezident AİZ-nın yaradılmasını, həmçinin bütün gələcək də-

yişiklikləri özünün Fərmanı ilə təsdiq etməlidir. Hal-hazırda ölkədə dörd AİZ-na

fəaliyyət  göstərir:  “Astana-cana  kala”,  “Aktau  dəniz  limanı”,  “İnformasiya

texnologiyaları parkı”, “Ontustik”. Vergi Məcəlləsində AİZ-da fəaliyyət göstərən

şirkətlər üçün vergi imtiyazları nəzərdə tutulub: korporativ gəlir vergisindən, torpaq

və  əmlak  vergisindən  azad  olunma.  Burada  həmçinin  azad  gömrük  rejimi

qüvvədədir.



4. Azərbaycanda AİZ-lərin təsisatlandırılması özəllikləri

Azərbaycanın müasir iqtisadi tarixi öz arxivində ölkəmizdə AİZ-ın yaradılması

səylərini saxlayır. 1995-ci ildə Azərbaycanda BMT-nın inkişaf Proqramının (UNDP)

nümayəndəsi Sumqayıtda “xüsusi iqtisadi zonanın” yaradılması ideyasını aktiv irəli

sürürdü. Lakin həmin layihə həyata keçirilməmiş qaldı. Sonralar Lənkəranda, Naxçı-

vanda  AİZ-ın,  daha  sonra  Xızı  rayonunda  texnoparkın  yaradılması  haqqında

polemika aparılırdı.

2002-ci  ildə  ölkə  hökuməti Azərbaycanda  azad  iqtisadi  zonanın  yaradılması

məsələsində Dünya Bankı (DB) və Beynəlxəlq valyuta fondu (BVF) ilə razılığa gəldi.

BVF və DB ərazilərin azad ixrac zonaları kimi yaradılmasını təklif edir. BVF və DB

ekspertlərinin məntiqi ondan ibarətdir ki, azad iqtisadi zonaların ənənəvi şəkildə

yaradılması ölkə maraqlarına xidmət etməyəcək, çünki vergi siyasətinin zəifləməsinə

və idarəetmə xarakterli problemlərin yaranmasına gətirə biləcək. Ekspertlər bir və

ya iki azad ixrac zonanın yaradılmasını təklif edir, yəni əmtəələrin idxalı zamanı on-

ların sonrakı ixracı üçün emalını həyata keçirmək (istehsal xarakterli zonalar). Bu

zaman həmin əmtəələrin idxal rüsumlarından azad edilməsi mümkündür. Hal-hazırda

bu zonaların yaradılma mümkünlüyü öyrənilir: onların ölkənin şimalında yaradılması

güman edilir. 




164

Y.Muradov. Azad iqtisadi zonalarda vergi stimullaşdırılması

Bununla belə, qeyd etmək lazımdır ki, AİZ-ın yaradılması və effektivli fəaliyyəti

üçün nəzərdə tutulmuş regionda infrastrukturun mövcudluğu lazımdır - yollar, elek-

trik xətləri, dəniz limanı və digər şərait.

2006-cı  ilin  oktyabr  ayında  Bakıda  “Xüsusi  iqtisadi  zonalar  Azərbaycanın

dayanıqlı iqtisadi inkişafının yeni istiqaməti kimi” mövzusunda beynəlxalq konfrans

keçirildi.  Konfransın  gedişi  zamanı  ölkədə  informasiya-kommunikasiya

texnologiyaları (İKT) sahəsində texnoparkların yaradılmasının əsas istiqamətləri tək-

lif olunaraq müzakirə edilmişdir. Texnoparkların yaradılması İKT sahəsinin idarə

edilməsinin qeyri-mərkəzləşdirilməsi və yerli şirkətlərin inkişafı üçün daha geniş

imkanların  yaradılması  zərurətilə  izah  olunur.  Texnoparkların  yaradılmasını

əsaslandırmaq üçün daxili bazarın və Xəzəryanı regionun bu məhsullara olan tələ-

batını, ölkənin kadr potensialını, xarici investorlar üçün vəsait qoyuluşunun cazibə-

darlığını  və  s.  qiymətləndirmək  lazımdır.  Nəzərə  almaq  lazımdır  ki,  şirkətlərin

qeydiyyatdan keçirilməsi sisteminin sadələşdirilməsi, valyuta tənzimləməsi rejiminin

tətbiqi, vergi və gömrük imtiyazları, imtiyazlı kreditləşdirmə olmadan texnoparkın

effektiv işi mümkün deyil. İKT-rı sahəsində texnoparkın yaradılması ideyasına artıq

bir sıra şirkət maraq göstərmişdir və onların arasında bu sahədə məşhur olan “Jisko

Sistems” kimi şirkətin adı da vardır. “Jisko Sistems” texnopark ərazisində regional

innovasiya mərkəzinin yaradılmasını təklif edir ki, onun çərçivəsində şirkət regionun

ehtiyacları üçün ən yeni texnologiyaların inkişafını planlaşdırır. Nəzərdə tutulmuş

texnoparkın fəaliyyət dairəsini əhatə etmək o şərtlə mümkündür ki, bura səhiyyə və

biotexnologiyalar sahəsində proqram təminatı və avadanlıq üzrə mütəxəssislər cəlb

edilsin.

28 dekabr 2006-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən

təsdiq edilmiş “Azərbycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında” əsas-

namədə göstərilir ki, nazirliyin vəzifələrindən biri ölkədə xüsusi iqtisadi zonaların

yaradılmasıdır (maddə 3.1.32) [4].

Bu konteksdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 mart

2007-ci il tarixdə imzaladığı “Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların

yaradılması haqqında” Fərmanı çox vaxtında olmuş və ölkə iqtisadiyyatının qeyri-

neft sektorunun inkişafına kömək etmişdir [5, 6].

14 aprel 2009-cu il tarixində Milli Məclis “Xüsusi iqtisadi zonalar haqqında”

Qanun qəbul etmiş və 8 iyun 2009-cu ildə həmin qanun qüvvəyə minmişdir. Qa-

nunda XİZ-ın yaradılması və fəaliyyəti qaydaları müəyyən edilir. Bu qanunda is-

tehsal, infrastruktur, innovasiya, azad ticarət və qatışıq zonaların yaradılması nəzərdə

tutulur. 

Bununla belə, XİZ-də spirtli içkilərin və tütün məmulatlarının istehsalı, teleradio

verilişləri, qiymətli metalların istehsalı, həmçinin neftin, neft məhsullarının və təbii

qazın  hasilatı  və  emalı  qadağan  olunur.  Bunlardan  əlavə  sənəd  XİZ-ın

maliyyələşdirilməsi  qaydalarını  və  onların  idarə  edilməsini,  onlar  üçün  torpaq




sahələrinin  ayrılması  qaydalarını,  XİZ-ın  operatorunun  hüquq  və  vəzifələrini

müəyyən edir.

Qanunun məqsədi qabaqcıl sahələrin inkişaf etdirilməsi, Azərbaycan iqtisadiy-

yatına investisiyaların cəlb edilməsidir. Bu kimi zonaların yaradılması regionların

inkişafını balanslaşdırmağa, innovasiyaları tətbiq etməyə imkan verəcək. Hər bir

XİZ-nın özünün müdiriyyəti, həmçinin özəl operatoru olacaq. Dövlət bu zonaların

fəaliyyəti üçün zəruri rejim və bütün lazımi infrastruktur yaratmaq məsuliyyətini

öhdəsinə götürür. Bütün digər məsələlər zonanın müdiriyyəti və operatoru tərəfindən

həll ediləcək. Qanun layihəsi XİZ-da işləyən şirkətlər üçün imtiyazlı vergi və gömrük

rejimlərinin istifadəsini nəzərdə tutur. Məsələn, şirkətlərin ehtiyacları üçün bütün

idxal  olunun  əmtəələr  və  xammal  bütün  növ  gömrük  rüsumların  və  vergilərin

ödənişindən azad ediləcək. Bu zonada müəssisələr 0,5% həcmində dövriyyə vergisi

ödəyəcəklər.

5. Nəticə

Beləliklə, yuxarıda göstərilmiş dünya təcrübəsi, fikrimizcə milli AİZ-nın effektiv

modelini yaratmağa imkan verəcək. Bununla bərabər aşağıdakıları nəzərə almaq

lazımdır:

1.  AİZ-lərin  yaradılması  ayrı-ayrı  ərazilərin  iqtisadiyyatının  və  sahələrin

inkişafının təsirli vasitəsidir. Azad iqtisadi zonaların yaradılması və inkişaf et-

dirilməsi əsasən konkret prioritet iqtisadi məsələlərin həllinə və strateji pro-

qram və layihələrin həyata keçirilməsinə yönəldilmişdir.

2. AİZ-ın  yerləşdirilməsi  üçün  daha  əlverişli  olan  ərazilər  bir  qayda  olaraq

sərhədyanı mövqelərdir və inkişaf etmiş nəqliyyat, istehsal və sosial infra-

struktura malikdir. Bəzi hallarda AİZ-ın yaradılması göstərilən üstünlüklərə

malik olmayan, lakin qiymətli təbii ehtiyatları olan yeni təsərrüfatçılıq rayon-

larında məqsədəuyğun hesab edilir ki, mühüm uzunmüddətli ümumdövlət

məsələlərin həllinə kömək etsin.

Yekunda  qeyd  edək  ki,  iqtisadiyyatın  qeyri-neft  sektorunun  sürətləndirilmiş

inkişafının və iqtisadiyyata yeni investisiyaların cəlb edilməsinin mümkün mexa-

nizmi kimi azad iqtisadi zonadan istifadə edərkən elə şərait yaratmaq lazımdır ki,

AİZ-ın güzəştli rejimləri müəyyən müəssisələrə, sahələrə və ya ərazilərə imtiyazların

paylanması  üçün  istifadə  edilməsin,  sənaye  istehsalının  stimullaşdırılması  və

texnoloji inkişafı təmin edən xarici iqtisadi əlaqələrin inkişafına xidmət etmiş olsun.

Strateji baxımdan haqlı olan digər istiqamət - ölkənin nəqliyyat-coğrafi mövqeyinin

üstünlüklərinin və limanlarətrafı ərazilərin potensialının realizə edilməsidir. Bir neçə

rayonda azad gömrük zonalar şəbəkəsinin yaradılması Azərbaycanın dünya təsərrüfat

əlaqələrinə inteqrasiyasını sürətləndirər, həmçinin hələ ki, digər xarici ölkələrin

analoji zonalarına yönələn nəhəng əmtəə və kapital axınlarını özünə cəlb edə bilərdi.

AZƏRBAYCANIN VERGİ JURNALI. 2/2012.

165



Ədəbiyyat siyahısı:

1. Алиев Ш. Специальные экономические зоны: приоритетные проблемы

использования в условиях глобализации. Баку: “Элм”, 2010, 232 с.

2. Черешнев С. Премьер строит “европейский фасад”. M.: Известия, 18

апреля 2005 г.

3. Шишкунова Е. Правительство закрыло список “зон”. M.: Известия, 7 но-

ября 2005 г.

4. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmil-

ləşdirilməsi ilə bağlı tədbirlər haqqında. Azərbaycan Respublikası Preziden-

tinin Fərmanı (28 dekabr 2006-cı il).

5. Azərbaycan Respublikasında xüsusi iqtisadi zonaların yaradılması haqqında.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı (6 mart 2007-ci il).

6. Xüsusi iqtisadi zonalar haqqında Azərbaycan Respublikasının Qanunu, 14 aprel

2009-cu il.

7. Əliyev Ş.  Xüsusi iqtisadi zonaların təşkili problemləri və inkişaf perspektivləri

(monoqrafiya), Bakı: “Elm”, 2008. 254 s.



Мурадов Яхья Мамедгусейн оглы

диссертант Института Экономики 

Национальной Академии Наук Азербайджана

Налоговое стимулирование в свободных экономических зонах

Аннотация

Цель исследования - изучение и обобщение передового опыта создания и

функционирования свободных экономических зон в области налогового сти-

мулирования, возможностей его применения в условиях Азербайджана.

Методология исследования - системный подход, сравнительный анализ, об-

общение, выборочное наблюдение, классификация.



Выводы исследования - систематизация зарубежного опыта налогового сти-

мулирования в свободных экономических зонах и его использование в отече-

ственной практике для создания эффективной модели СЭЗ.

Ограничения исследования - отсутствие свободных экономических зон в

Азербайджане и дефицит информации о перспективах их создания.

Y.Muradov. Azad iqtisadi zonalarda vergi stimullaşdırılması

166



Практическая значимость исследования - применение механизма налого-

вого стимулирования в свободных экономических зонах в процессе их созда-

ния в Азербайджане.

Оригинальность и научная новизна исследования - исследуемая тема имеет

перспективное значение для формирования эффективного механизма налого-

вого стимулирования в  свободных экономических зонах в процессе их созда-

ния и функционирования в Азербайджанской Республике.



Ключевые слова: свободные экономические зоны, налоговое стимулирова-

ние, система льгот, ненефтяной сектор, зоны производственного характера.

Muradov Yahya Mammadhuseyn oglu

PhD-Student in Institute of Economy in Azerbaijan National Sciences Academy



Tax incentives in free economic zones

Abstract

Purpose - Studying and generalization of the best practices of creation and func-

tioning of free economic zones, in particular in the field of tax incentives, and pos-

sibilities of its application in the conditions of Azerbaijan.

Methodology - A system approach, the comparative analysis, generalization, se-

lective supervision, classification.



Findings - Ordering of foreign experience of tax incentives in free economic

zones and its use in domestic practice for free economic zones effective model cre-

ation.

Limitations - Lack of free economic zones in Azerbaijan and deficiency of infor-

mation on prospects of their creation.

AZƏRBAYCANIN VERGİ JURNALI. 2/2012.

167



Practical importance - Use of the mechanism of tax incentives in free economic

zones in process of their creation in Azerbaijan.



Originality - Studied problem has perspective value for formation of the effective

mechanism of tax incentives in free economic zones in the course of their creation

and functioning in the Azerbaijani Republic.

Keywords: free economic zones, tax incentives, system of benefits, non-oil sector,

industrial zones.

JEL Classification Codes: D86, F13, F21, Н2.

Məqalə redaksiyaya daxil olmuşdur: 06.02.2012.

Təkrar işləməyə göndərilmişdir: 09.02.2012.

Çapa qəbul olunmuşdur: 30.04.2012.



Y.Muradov. Azad iqtisadi zonalarda vergi stimullaşdırılması

168

Yüklə 92,73 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə