Xülasə Tədqiqatın məqsədi xarici borcların iqtisadi təhlükəsizlik baxımından qiymətləndirilməsinin tədqiqi



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə1/7
tarix04.06.2022
ölçüsü0,49 Mb.
#88736
növüXülasə
  1   2   3   4   5   6   7
arastirmax-xarici-borclarin-iqtisadi-thluksizlik-baximindan-qiymtlndirilmsi



77
UOT 339.727
Xarici borcların iqtisadi təhlükəsizlik
baxımından qiymətləndirilməsi
Xülasə
Tədqiqatın məqsədi
- xarici borcların iqtisadi təhlükəsizlik baxımından
qiymətləndirilməsinin tədqiqi.
Tədqiqatın metodologiyası
- sistemli yanaşma, müqayisəli təhlil.
Tədqiqatın nəticələri
- xarici borcları ölkənin iqtisadi təhlükəsizliyi baxımından
qiymətləndirmək üçün müəyyən edilmiş göstəricilər əsasında Azərbaycanın xarici
borclarının təhlil edilməsi.
Tədqiqatın məhdudiyyətləri 
- xarici borcları, xüsusən də özəl sektorun xarici
borclarını əks etdirən statistik məlumatların çatışmazlığı.
Tədqiqatın praktiki əhəmiyyəti 
- xarici borcların idarəedilməsi sistemində mənbə
kimi istifadə edilmə imkanı.
Tədqiqatın orijinallığı və elmi yeniliyi
- xüsusi sektorun xarici borcları da daxil
olmaqla müxtəlif göstəricilər əsasında Azərbaycan Respublikasının xarici borcunun
makroiqtisadi təhlili.
Açar sözlər: 
xarici borc, iqtisadi təhlükəsizlik, iqtisadi artım, xarici borcların
idarə edilməsi
1. Giriş
Xarici borc problemi xarici iqtisadi əlaqələr sistemində və onun tənzimlənməsi
mexanizmində xüsusi yer tutur. Dünyanın bir çox ölkələrində xarici borclar daxili
maliyyə mənbələrindən heç də geridə qalmır. Xarici borclar keçmişdə ancaq
Qənbərov Fuad Əlinağı oğlu
*
iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent 
*AMEA-nın İqtisadiyyat İnstitutu. Bakı, AZ 1143. H.Cavid prospekti,31. 
fuadh@rambler.ru
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 12/2011.
Səh.77-86
İQTİSADİ TƏHLÜKƏSİZLİK
PDF processed with CutePDF evaluation edition
www.CutePDF.com


fövqalədə zəruri hallarda cəlb edilirdisə müasir dövrdə ölkələrin iqtisadi inkişafının
maliyyələşdirilməsi üçün əsas mənbə hesab edilir. Dünya praktikası göstərir ki, xarici
borc keçid iqtisadiyyatlı ölkələrin xarici iqtisadi strategiyasının formalaşdırılmasında
mühüm rol oynayır.
Dövlətin xarici borclarının bir sıra səbəbləri var. Əsas səbəb dövlət xərclərinin
daxili mənbələr hesabına qarşılana bilinməməsi, tədiyyə balansındakı kəsir və in-
vestisya layihələrinin maliyyələşdirilməsidir. Qeyd edək ki, büdcə kəsirinin
örtülməsi üçün ən geniş yayılmış vasitələrdən biri də xarici mənbələrdən cəlb edilmiş
birbaşa kreditlərdir. Bu zaman kreditorlar qismində beynəlxalq maliyyə-kredit təş-
kilatları, xarici kommersiya bankları və digər subyektlər çıxış edə bilər. Bu məqsədlə
xarici mənbələrdən cəlb edilmiş kreditlər dövlətin xarici borcu kimi xarakterizə olu-
nur. Bu kreditlər də eyni məqsədlə alınmış əvvəlki kreditlər kimi adətən aşağı faizli
və qısa müddətli olur. Sözü gedən kreditlərin qaytarılması əksər hallarda dövlət büd-
cəsi hesabına həyata keçirilir. Bir çox hallarda bu zəmanət, borc alan dövlətin malik
olduğu büdcə gəlirlərinin müəyyən bir hissəsinin borcların əsas və faiz məbləğlərinin
ödənilməsinə ayrılması formasında mövcud olur. Bu cəhət borcalan dövlətin iqtisadi
müstəqilliyini məhdudlaşdırmaqla yanaşı, dövlət büdcəsini bir sıra çətinliklərlə
üzləşdirir. Çünki büdcədə dövlət borclarının, o cümlədən, xarici borc öhdəliklərinin
təmin edilməsi ilə bağlı xərclər məcburi xarakter daşıyır. Buradan aydın olur ki, hər
hansı bir dövlət cəlb etdiyi xarici borc vəsaitlərini cari xərclərin təmin edilməsi is-
tiqamətində, qeyri-səmərəli şəkildə istifadə edərsə, bu, onun büdcə sistemini çətin
vəziyyətə salmaqla yanaşı ölkə iqtisadiyyatının qeyri-sabitliyinə gətirib çıxara bilər.

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə