Xülasə Tədqiqatın məqsədi



Yüklə 176 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix02.10.2017
ölçüsü176 Kb.
#2600
növüXülasə
  1   2   3   4   5   6   7


Xülasə

Tədqiqatın  məqsədi  –  müəssisə  və  təşkilatlarda

heyətin idarə edilməsinin aktual problemlərinin tədqiqi.



Tədqiqatın metodologiyası – sistemli yanaşma, mü -

qa yisəli təhlil.



Tədqiqatın  nəticələri  –  müəssisə  və  təşkilatlarda

heyətin idarə edilməsinin aktual problemlərinin- idarəet-

mədə  obyektiv  rəhbərlik  üslubunun  və  psixoloji  təsir

metodlarının tətbiqi, hakimiyyət və təsir problemlərinin

tədqiqi ilə əlaqədar elmi cəhətdən əsaslandırılmış tək-

liflərin verilməsi.



Tədqiqatın məhdudiyyətləri – müəssisə və təşkilat-

larda heyətin idarə edilməsinin aktual problemlərini elmi

alternativlilik baxımdan geniş araşdırmaq və əsaslandır-

maq tələb olunur.



Tədqiqatın praktiki əhəmiyyəti – müəssisə və təşki-

latlarda heyətin idarə edilməsinin aktual problemlərinin,

idarəetmədə obyektiv rəhbərlik üslubunun və psixoloji

təsir metodlarının tətbiqi, hakimiyyət və təsir problem-

lərinin araşdırılması ilə əlaqədar müvafiq tədqiqat mən-

bəyi kimi istifadə.



Tədqiqatın orijinallığı və elmi yeniliyi – müəssisə və

təşkilatlarda heyətin idarə edilməsinin aktual problem-

lərinin,  idarəetmədə  obyektiv  rəhbərlik  üslubunun  və

psixoloji təsir metodlarının tətbiqi, hakimiyyət və təsir

problemlərinin  araşdırılması  və  elmi  cəhətdən

əsaslandırılması.



Açar sözlər: idarəetmənin prinsipləri, peşə orien-

tasiyası  və  adaptasiyası,  işgüzar  karyera,  heyətin

idarəetmə üsulu, motivasiya.



MENECMENT



UoT 338.242:331.108.2

MÜƏSSİSƏ VƏ TƏŞKİLaTLaRDa

HEYƏTİN İDaRƏ EDİLMƏSİNİN 

aKTUaL PROBLEMLƏRİ

səh. 103-122

3(117)/2014

103

Rzayev Pərviz 

qafar oğlu

i.f.d.

Vergilər nazirliyinin Tədris Mərkəzi

AZ5600. Şamaxı rayonu

perviz595959@mail.ru



Rzayev Zahid 

Hüseyn oğlu

i.f.d., dos.

Vergilər nazirliyinin Vergi auditi 

Baş idarəsi

AZ1073. Bakı şəhəri,  

landau küçəsi, 16.

zahidrzayev@hotmail.com

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com




1. giriş

İdarəetmə meydana gəldiyi vaxtdan çağdaş zamana qədər inkişaf yolu kecmiş,

onun məzmunu daim təkmilləşmiş, müasir səciyyə kəsb etmişdir. Bəşər cəmiyyəti

inkişaf etdikcə idarəetmənin mahiyyəti, məzmunu, forması və rolu barədə elmi

baxışlar da formalaşmağa başlamışdır. Müxtəlif elmi baxışlar idarəetməyə elmi

yanaşmaların əsasını qoymuş, idarəetmənin elmi əsaslarının təşəkkül tapmasına öz

təsirini göstərmişdir.

Respublikamızda  təşəkkül  tapmaqda  olan  bazar  mühiti  şəraitində  idarəetmə

elminin müasir problemlərinin tədqiqinin xüsusi əhəmiyyət kəsb etməsini qeyd et-

məliyik. Ümumiyyətlə, ixtiyari sahədə, o cümlədən vergitutma sahəsində də idarə -

etmə  prosesinin  səmərəli  təşkil  edilməsi  üçün,  ilk  növbədə,  onun  elmi-praktik

əsas larının düzgün müəyyənləşdirilməsi zəruridir. Bu baxımdan bir neçə mərhələdən

ibarət olan metodoloji qaydalara effektiv surətdə əməl edilməsi strateji zərurət kimi

çıxış edir. Bu nöqteyi-nəzərdən, müxtəlif sahələrdə idarəetmə ilə bağlı əsaslı təd -

qiqatlar aparan tədqiqatçıların əsərləri aktual olaraq qalmaqdadır. Eyni zamanda

vergi sistemində də rəhbərlik üslubunun formalaşması və heyətin idarə edilməsinin

(personalın idarə olunmasının) inkişaf problemlərinin tədqiqi aktuallıq əhəmiyyəti

kəsb edir.

Qeyd etməliyik ki, respublikamızda tədqiqatlarda idarəetmə elminin aktual və

fundamental problemlərinin kompleks və sistemləşdirilmiş şəkildə izahına az yer

verilmiş, bu sahənin son 30-40 il ərzindəki durumu, inkişaf dinamikası, spesifik xü-

susiyyətləri xronoloji ardıcıllıqla yetərincə araşdırılmamışdır.

Əlbəttə ki, lokal və ya qlobal səviyyəli olmasından asılı olmayaraq idarəetmənin

elmi-praktik əsaslarının düzgün müəyyənləşdirilməsi üçün fundamental araşdırmalar

və analitik materiallar ortaya çıxarmaq, ona müvafiq taktiki və strateji əsaslar forma -

laş dırmaq gərəkdir. Deməli, respublikamızda idarəetmə elminin müasir problemlə -

rinin araşdırılması istiqamətində dəyərli tədqiqat əsərlərinin hazırlanaraq ərsəyə

gə tirilməsinə ehtiyac vardır. Bu sahədə davamlı tədqiqatların aparılması, əldə edilən

ye ni nəticələrin sistemləşdirilməsi tədqiqatçıların qarşısında əhəmiyyətli vəzifə kimi

durur.


2. Müəssisə və təşkilatlarda heyət üzrə idarəetmə fəaliyyətinin mahiyyəti

Ümumiyyətlə, idarəetmə anlayışı özündə müxtəlif  institusional məfhumları və

səviyyələri ehtiva edir. İdarəetmənin səmərəliliyi isə çoxkomponentli olmaq etibarilə

sistemli prosesin qanunauyğun nəticəsi kimi çıxış edir.

Hazırda sosial elmlərin xüsusi tədqiqat obyekti qismində idarəetmənin təşkili və

əsaslarının  öyrənilməsi  çıxış  etməkdədir.  Heyətin  idarə  edilməsnin  elmi-nəzəri



P.Rzayev, Z.Rzayev 

MÜƏSSİSƏ VƏ TƏŞKİlATlArDA HEyƏTİn İDArƏ EDİlMƏSİnİn AKTUAl...



3(117)/2014

104


əsaslarının daha dəqiq müəyyənləşdirilməsi baxımından burada əksini tapmış bir

sıra məsələlərə sistematik surətdə toxunmaq məqbuldur. Bu gün siyasi, iqtisadi,

mədəni, hərbi, sosial və digər sahələrdə idarəetmə ilə bağlı müxtəlif xarakterli əsər-

lər, metodoloji vəsaitlər işıq üzü görməkdədir. Bu əsərlərdə müxtəlif cəmiyyət və

dövlətlərin idarəetmə təcrübəsinin və modellərinin öyrənilməsi ilə yanaşı, konkret

elmi-praktik və nəzəri-metodoloji tövsiyə və təkliflər yer alır ki, bütün bunlar konkret

idarəetmə nümunəsi kontekstində strateji əhəmiyyət kəsb edir. Bu mötəbər mən-

bələrdə idarəetmənin əsasları, başlıca nəzəriyyələri və digər problemlər öz əksini

tapır. Azərbaycan Respublikasında da müxtəlif sahələrdə idarəetmənin təşkili ilə

bağlı elmi-nəzəri və analitik-empirik tədqiqatlar ortaya qoyulur və hər bir araşdırma

nümunəsi yönəldiyi sahədə idarəetmənin təkmilləşdirilməsi üçün fundamental baza

əhəmiyyəti daşıyır.

Ayrı-ayrı işçilər və ya insanlar qrupu şəkilində insan amilindən ibarət hər bir sis-

temin  səmərəli  fəaliyyəti  yalnız  onu  idarə  edən  -  təşkiledici  başlanğıc  olduqda

mümkündür. Respublikamızda sosial-iqtisadi sahələrdə fəaliyyət göstərən qurum-

ların əməkdaşlarının, o cümlədən vergi orqanlarının  bütün əməkdaşlarının səmərəli

hərəkət birliyinə nail olunması bu orqanlarda idarəetmə sisteminin başlıca məqsə-

didir. Deməli, sistem bir istiqamətdə işləməli və qarşısında qoyulmuş vəzifələrin

həllini təmin etməlidir.

Təcrübə göstərir ki, xüsusi idarəçilik biliyi olmadan  idarəetmə əməliyyat xidməti

fəaliyyətində xeyli səhvlərlə nəticələnir, dövlətin iqtisadi təhlükəsizliyinin təmin

edilməsi və onun iqtisadi mənafelərinin qorunması işinə müəyyən ziyan vurur. Azər-

baycan Respublikası vergi orqanlarının üzərinə qoyulmuş vəzifə və funksiyaların

yerinə yetirilməsini optimal təşkil etmək üçün idarəetmənin mahiyyəti və məzmu-

nunu aydınlaşdıran əsas nəzəri-praktiki müddəaları bilmək zəruridir.

İdarəetmə anlayışı elmi ədəbiyyatda müxtəlif təriflərlə səciyyələndirilsə də, ən

müxtəlif yanaşmalarda mahiyyət etibarilə eyni nəticə və qənaətlər əldə edilmək dədir.

İdarəetmə - əməkdaşlara elə fasiləsiz  informasiya təsiri prosesidir ki, idarəçilik

qərar larının qəbul olunması və həyata keçirilməsi vasitəsilə dəyişən xarici və daxili

şəraitdə  onların  məqsədyönlü  davranışını  təmin  edir.  İdarəetmənin  mühüm  xü-

susiyyəti ondan ibarətdir ki, o, əməli fəaliyyətin səmərəliliyinin yüksəldilməsində

yaradıcı rol oynayır [2].

İdarəetmənin əsas məqsədi - təşkilatda iş prosesinin planlaşdırılması, fəaliyyətin

motivi və nəzarətin təşkili vasitəsilə kollektivlərin məqsədinə çatmasını həyata keçir-

məkdir. Məcmu halda idarəetmə subyekti, idarəetmə obyekti və onlar arasındakı

qarşılıqlı  əlaqələr  idarəetmə  sistemini  əmələ  gətirir.  İdarəetmə  subyektlərinə

idarəetmə qərarları qəbul etmək, tabeliyindəki əməkdaşlara və kollektivlərə tapşırıq

vermək  və  onların  icrasını  tələb  etmək  səlahiyyəti  olan  bütün  rəhbərlər  aiddir.

İdarəetmə subyekti idarəetmə obyektinin faktik vəziyyəti və onu əhatə edən xarici

mühit haqqında informasiya alır. 



P.Rzayev, Z.Rzayev 

MÜƏSSİSƏ VƏ TƏŞKİlATlArDA HEyƏTİn İDArƏ EDİlMƏSİnİn AKTUAl...



3(117)/2014

105


Yüklə 176 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə