Xülasə Tədqiqatın məqsədini çox mürəkkəb təsərrüfat, sosial, təşkilati, elmi-texnoloji



Yüklə 86,84 Kb.

tarix05.04.2018
ölçüsü86,84 Kb.
növüXülasə


65

UOT 330.101:330.837:330.8

Milli iqtisadiyyata nəzəri baxışlar

Xülasə

Tədqiqatın məqsədini - çox mürəkkəb təsərrüfat, sosial, təşkilati, elmi-texnoloji

sistem olan milli iqtisadiyyata nəzəri baxışların araşdırılması və onların özünəməx-

sus xüsusiyyətlərinin əsaslandırılması təşkil edir.

Tədqiqatın metodologiyası - sistemli yanaşma və müqayisəli təhlil metodları.

Tədqiqatın nəticələri - milli iqtisadiyyata dair nəzəriyyənin inkişafı baxımdan

yeni elmi-nəzəri əsaslandırmaların müəyyən edilməsi.



Tədqiqatın məhdudiyyətləri - elmi-nəzəri əsaslar baxımından daha geniş araşdır-

malar tələb olunur.



Tədqiqatın  praktiki  əhəmiyyəti -  milli  iqtisadiyyatların  yeni  inkişaf  konsep-

siyalarının hazırlanmasında elmi mənbə kimi istifadə imkanlığı.



Tədqiqatın orijinallığı və elmi yeniliyi - milli iqtisadiyyat nəzəriyyəsi ilə bağlı

yeni elmi-tədqiqat əsaslandırmalarından biri kimi çıxış etməsi.



Açar sözlər: iqtisadi nəzəriyyə, milli iqtisadiyyat, institusionalizm.

1. Giriş

Hər bir ölkənin milli iqtisadiyyatı çox mürəkkəb təsərrüfat, sosial, təşkilati, elmi-

texnoloji sistemdir. O, ölkə iqtisadiyyatının fəaliyyət prosesində yığılmış potensialın

reallaşması nəticəsində əldə olunan məcmu iqtisadi səmərəyə malikdir. Onların

arasında təbii-resurs, istehsal, əmək, elmi-texniki və digər potensialları ayırmaq

məqsədəuyğundur.

Milli təsərrüfat sisteminin inkişafı milli bazarın yaranmasına və təkmilləşdirilmə-

Həmidova Mehriban Yadulla qızı*

iqtisadiyyat üzrə fəlsəfə doktoru

*Bakı Dövlət Universiteti,  Bakı şəhəri, AZ 1148 Z.Xəlilov 23 

perviz595959@mail.ru

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 10/2011.

İQTİSADİ NƏZƏRİYYƏ

Səh.65-74

PDF processed with CutePDF evaluation edition

www.CutePDF.com




sinə gətirib çıxarır ki, bunun da hüdudlarında onun ayrı-ayrı seqmentləri: əmtəə və

kapital  bazarları,  xidmətlər  bazarı,  əmək  bazarı,  daşınmaz  əmlak  bazarı,  əqli

mülkiyyət bazarı, istehsal vasitələri bazarı və s. formalaşır və fəaliyyət göstərir. Elə

bu məqalə də milli iqtisadiyyatı institusional mövzu səmtində dərk etməyə cəhddir.

Eyni zamanda, vurğulanır ki, tədqiqatın orijinallığını milli iqtisadiyyatın sərbəst sahə

kimi təşəkkülünü hazırlayan, klassik siyasi iqtisadın formalizm və abstraksiyasına

qarşı qəti etiraz olan tarixi məktəbin inkişafı üzrə spesifikliyi ilə fərqlənən elmi-

tədqiqat əsaslandırmalarından biri kimi çıxış etməsi səciyyələndirir.



2. Klassik siyasi iqtisadı tənqid edən tarixi yanaşmalar və 

onların səciyyəvi xüsusiyyətləri

Klassik siyasi iqtisadın ilk tənqidçisi kimi alman iqtisadçısı Fridrix List (1789-



1846) çıxış etmişdir. Özünün “Siyasi iqtisadın milli sistemi” əsərində siyasi iqtisada

universal və ən təkmil sistem kimi yox, tarixi elm kimi yanaşır və millətin iqtisadi

inkişafının beş mərhələsini ayırır. Belə tarixi yanaşma təsadüfü deyildi, axı F.List

ilk  növbədə  öz  ölkəsinin  (Almaniyanın)  inkişaf  xüsusiyyətlərini  əks  etdirmək

istəyirdi.

Tarixin özü ən böyük millilikdir. Ona görə də, A.Smitin kosmopolitik iqtisadiy-

yatını tənqid edərkən, F.List ilk növbədə milli iqtisadçı kimi çıxış edir. “Mübadilə

qiymətliləri siyasi iqtisadı” əsərində istehsal qüvvələrinin milli iqtisadi nəzəriyyəsini

qarşı  qoyur  ki,  bunun  da  mərkəzində  əmək  bölgüsü  yox,  daxili  bazarın  xarici

üzərində prioriteti dayanır. Nisbi üstünlüklərdən əsasən varlı dövlətlərin istifadə edə

biləcəyini, fritriderçiliyin

1

isə, qabaqcıl millətlərə sərfəli olduğunu anlayaraq, o, pro-



teksionist siyasətin pərdəsi altında Almaniyanın kompleks inkişafını müdafiə edir

(fabrik-zavod sənayesinin əkinçiliklə harmonik ahəngi). O, hesab edir ki, protek-

sionist siyasəti nəticəsində qiymətlərin artırılması millətin sənaye tərbiyəsi vasitəsi

olacaq [9].

Məhz F.Listin baxışları milli iqtisadiyyatın sərbəst sahə kimi təşəkkülünü hazır-

layan tarixi məktəbin inkişafını müəyyən etdi. Tarixi məktəb insanı ikinci dərəcəli

detala çevirən klassik siyasi iqtisadın formalizm və abstraksiyasına qarşı qəti etiraz

oldu. O, insan amilinin bəşəriyyətin inkişafında oynadığı rolun artan düşüncəsini

əks etdirdi.

Öz inkişafında tarixi məktəb üç: köhnə (V.Roşer, B.Gildebrand, K.Knis), yeni

(Q.Şmoller, K.Byüher) və ən yeni (V.Zombard, M.Veber) mərhələni keçmişdir [2, 7].

Klassik siyasi iqtisadı tənqid edən alman iqtisadçısı Qustav Şmoller (1838-1917)

faktiki təsərrüfat davranışının dürüst təsvirini təbliğ edir, inkişafın qeyri-iqtisadi

amillərinin, hər şeydən əvvəl, təsərrüfat həyatında mənəvi normaların, etika və

mədəniyyətin rolunu vurğulayırdı [7, 9].

66

M.Həmidova. Milli iqtisadiyyata nəzəri baxışlar 



1

Fritriderçilik - iqtisadi nəzəriyyədə, siyasət və təsərrüfat həyatında azad ticarəti və dövlətin sahibkarlıq fəaliyyətinə müdaxilə 

etməməsini elan edən istiqamət.



67

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 11/2011.

Alman iqtisadçısı Verner Zombard (1863-1946) müasir kapitalizm genezisinə

həyatın özünəməxsus təzahürü kimi baxaraq, iqtisadi quruluşun xüsusi cizgilərinin

formalaşmasında institutların rolunu təhlil edirdi [9].

Alman iqtisadçısı Maks Veber (1864-1920) kapitalizmin müxtəlif: siyasi, impe-

rialist, fiskal, sənaye növlərini göstərmişdi. Amma, yəqin ki, müasirlərinə M.Veberin

“Protestant etikası və kapitalizm mənəviyyatı” və “Legitim idarəetmənin üç xalis

növü” əsərlərində dürüst ifadə olunan fikirləri daha çox təsir etdi. Bazar təsərrüfatının

mənbəyini  avropa  sivilizasiyasının  özünə  xas  xüsusiyyətləri  ilə  birbaşa  olaraq

əlaqələndirən ilk əsər digər ölkələrdə həyatın ənənəsi haqqında məsələni kəskin şə-

kildə qarşıya qoydu, bununla əlaqədar, dünya təsərrüfatının o vaxtkı periferiyasının

sürətli kapitalist modernləşdirilməsinin mümkünsüzlüyü göstərilirdi [3, 8].

M.Veberin apardığı əsas idarəetmə növlərinin təsnifatlandırılması göstərdi ki, on-

ların müxtəlif əsasları var: səmərəli-leqal-qanuniləşdirilmiş səmərəli idarəetmə;

ənənəvi-tarixən formalaşmış normalar; xarizmatik-liderin şəxsiyyətinin sadiqliyi,

onun nadir bacarıqlarına: cəsurluğuna, mənəvi keyfiyyətlərinə və natiqliq istedadına

inam. Bu üç “ideal” hökmranlıq növləri nəinki onların prinsipial fərqlərini açdı, həm

də  iqtisadi  hadisələrin  təhlilinə  daha  adekvat  sivil  yanaşmanın  zəruriliyini

əsaslandırdı.

M.Veber əmin idi ki, iqtisadi inkişaf qanunlarını bilavasitə tarixdən götürmək

olmaz. Real təmayüllərin öyrənilməsi bu və ya digər hadisələrin baş vermə ehtimalını

eyniləşdirməyə imkan verir. Nəzəriyyələrdə mühüm əhəmiyyətə malik olan qiymətli

fikirləri elmi tədqiqatlarla təsdiq etmək çox çətindir. M.Veber inkişafın marksist kon-

struksiyasını inkar etməsə də, hesab edirdi ki, əgər onlar nəzəri cəhətdən doğru ol-

salar belə, daha çox ideal növlərdir [3, 9].

Alman filosofu və iqtisadçısı K.Marksın (1818-1883) tədqiqat mənbəyi maddi,

ictimai-təşkil olunmuş, tarixən müəyyən olunmuş istehsaldır. O, istehsal üsulunu is-

tehsal qüvvələrinin və istehsal münasibətlərinin dialektik vahidliyi kimi, istehsal

qüvvələrinin özünü isə, insanın təbiət üzərində hakimiyyət ölçüsü kimi xarakterizə

edir. K.Marksın nöqteyi-nəzərinə görə, bəşəriyyətin əsas istehsal qüvvəsi istehsal

vasitələri yox, ümumi və peşəkar biliklərə, istehsal təcrübəsinə, əmək vərdişlərinə

malik olan fəhlə, zəhmətkeş, işçi, bacarıq və yaradıcı qüvvəyə malik olan insandır.

K.Marks onların inkişafının keyfiyyətcə müxtəlif mərhələlərini ayırır ki, bunlar da

istehsal münasibətlərinin daxilində və onların vasitəsilə baş verir (təbii istehsal

qüvvələri, ictimai istehsal qüvvələri, ümumi istehsal qüvvələri) [1, IV. s. 168]. Amma

bu mərhələlərin anlaşması ancaq XX əsrin axırlarında mümkün oldu. XX əsrin

əvvəllərində tam başqa təsəvvür hökmranlıq edirdi. Məhz Rusiyanın görkəmli elm

xadimi Q.V.Plexanovun (1856-1918) sayəsində əmək alətlərinə istehsal qüvvələrinin

müəyyənedici vasitəsi baxışı geniş vüsət aldı [9].  

İqtisadi sistemləri bir-birindən ayıran sərhədlər sənaye və elmi-texniki inqilabdır.

Bu sistemlərin hər birinin daxilində daha parçalanmış tipologiya mümkündür ki, bu



da formasiya və sivil yanaşmaların sintezi üçün yolları müəyyənləşdirməyə imkan

verir.


K.Marks və alman filosofu F.Engels (1820-1895) tərəfindən işlənmiş tarixin ma-

terialist anlaşması milli iqtisadiyyatın təhlili üçün yeni metodoloji zəminlər yaratdı

[1, I. s. 47-49].

Milli iqtisadi sistemlərin müasir dövrdə öyrənilməsi əsasən institusional iqtisadi

nəzəriyyə əsasında baş verir. Amerika zəminində formalaşan institusionalizm alman

tarixi məktəbinin, ingilis fabiçilərinin, fransız sosioloji ənənəsinin əksər ideyalarını

özündə cəmlədi. Marksizmin də institusionalizmə təsirini inkar etmək olmaz. Köhnə

institusionalizm XIX əsrin axırlarında yaranmış və XX əsrin 20-30-cu illərində

cərəyan kimi formalaşmışdır. O, ekonomikslə marksizm arasında “orta xətti” tut-

mağa cəhd göstərmişdi.

1898-ci ildə Amerika iqtisadçısı Torsteyn Veblen (1857-1929) alman iqtisadçısı

Q.Şmolleri (1838-1917) həddən artıq empirizmə görə tənqid etdi. İqtisadiyyatın nə

üçün təkamül elmi olmadığı sualına cavab verməyə cəhd göstərərək, o, dar iqtisadi

yanaşma əvəzinə, sosial fəlsəfəni, antropologiyanı və psixologiyanı özündə cəm-

ləyən sahələrarası yanaşmanı təklif edir. Bu iqtisadi nəzəriyyəni sosial problemlərə

çevirmək cəhdi idi [4, 5].



3. İnstitusionalizm ilə bağlı strategiyanın təkmilləşdirilməsinin

elmi əsaslandırmaları

1918-ci ildə “institusionalizm”

2

anlayışı peyda olur. Onu Uilton Hamilton tətbiq



edir. O, institutu “qrupların vərdişlərində və xalqların ənənələrində həkk olunmuş

düşüncə tərzi və hərəkətlər” kimi müəyyən edir. Onun nöqteyi-nəzərinə görə, insti-

tutlar köhnə proseduraları təsbit edir, ümumi razılaşmanı, cəmiyyətdə formalaşan

həmrəyliyi əks etdirir. İnstitut dedikdə, ənənələr, korporasiyalar, həmkarlar ittifaqları,

dövlət və s. başa düşülür. Adətən, ənənəvi institusionalistlərə T.Veblen, Amerika iqti-

sadçısı–institusionalisti U.Kler Mitçell (1874-1948), Amerika iqtisadçısı -institu-

sionalisti C.Kommons (1862-1945), alman iqtisadçısı K.A.Vittfogel (1896-1988),

isveç  iqtisadçısı  Q.Myürdal  (1898-1987),  Amerika  iqtisadçısı–institusionalisti

C.K.Gelbreyt (1908-2006), Amerika iqtisadçısı R.Haylbroner (1919-2005) kimi

məşhur iqtisadçıları aid edirlər [6, 7].

İnstitusionalizm xüsusi cərəyan kimi hələ XX əsrin axırlarında formalaşsa da,

uzun müddət iqtisadi düşüncənin periferiyasında olmuşdur. İqtisadi rifahların hərəkə-

tinin ancaq institusional amillərlə izah olunması çoxlu tərəfdarlara səbəb olmurdu.

“Köhnə” institusionalistlərlə (Torsteyn Veblen, C.Kommons, C.K.Gelbreyt) qeyri-

institusionalistlər  (R.Kouz,  D.Nort  və  ya  C.Byükenen)  arasında  müəyyən  köklü

fərqlər var [6, 7, 9].

2

İnstitusionalizm əsasən cəmiyyətin siyasi təşkilatlarını vətəndaşların müxtəlif birlik kompleksi-institutlar kimi (ailə, partiya, 



həmkarlar ittifaqı və s.) nəzərdən keçirən sosial-iqtisadi tədqiqat istiqamətidir.

M.Həmidova. Milli iqtisadiyyata nəzəri baxışlar 

68



Birincisi, “köhnə” institusionalistlər (məsələn, C.Kommons “Kapitalizmin hüquqi

əsasları haqqında”) iqtisadiyyata hüquq və siyasətdən gəlir, cəmiyyət haqqında digər

elmlərin metodları vasitəsilə müasir iqtisadi nəzəriyyənin problemlərini öyrənməyə

cəhd edirdilər; qeyri-institusionalistlər isə, buna əks olan yolla gedirlər-politologiya

və hüquq problemlərini neoklassik iqtisadi nəzəriyyənin metodları ilə, hər şeydən əvvəl,

müasir mikroiqtisadiyyat aparatı və oyunlar nəzəriyyəsinin tətbiqi ilə öyrənirlər.

İkincisi, ənənəvi institusionalizm əsasən induktiv metoda əsaslanır, xüsusi hal-

lardan ümumiyə doğru getməyə çalışırdı ki, bunun da nəticəsində ümumi institu-

sionalist  nəzəriyyə  formalaşa  bilmədi;  qeyri-institusionalizm  deduktiv  yolla-

neoklassik iqtisadi nəzəriyyənin ümumi prinsiplərindən ictimai həyatın konkret

hadisələrinin izahına doğru gedirdilər.

Üçüncüsü, “köhnə” institusionalizm radikal iqtisadi düşüncə kimi əsas diqqətini

fərdin maraqlarının müdafiəsi üzrə kollektivlərin (əsasən, həmkarlar ittifaqlarının

və hökumətin) fəaliyyətinə yönəldirdi; qeyri-institusionalizm azad fərdi əsas hesab

edir ki, bu da öz iradəsi və öz maraqlarına müvafiq hansı kollektivin üzvü olmasının

ona sərfəli olduğunu həll edir.

Aşağıdakı  “köhnə”  institusionalizmlə  qeyri-institusionalizm  arasında  köklü

fərqləri ifadə edən şəkil verilmişdir:

Şəkil: “Köhnə” institusionalizmlə qeyri-institusionalizm arasında köklü fərqlər

Mənbə: http://www. gallery.economicus.ru.

Son illərdə institusional tədqiqatlara maraq artmışdır. Qismən bu ekonomiks üçün

xarakterik olan bir sıra şərtlərə (tam səmərəlilik, təkmil rəqabət aksiomları, ancaq

qiymət mexanizmi vasitəsilə tarazlığın yaranması və s.) məhdudiyyəti aşmaq və

müasir iqtisadi, sosial və siyasi prosesləri kompleks və hərtərəfli nəzərdən keçirmək

cəhdi ilə, qismən isə, ETT dövründə baş verən halları təhlil etmək cəhdi ilə əlaqə-

dardır, belə ki, bunlara ənənəvi təhqiqat metodlarının tətbiqi arzu olunan nəticəni

vermir. Ona görə də, əvvəlcə neoklassik nəzəriyyənin şərtlərinin onun daxilində necə

inkişaf etdiyinə nəzər salaq.

Qeyri-institusionalistlər üçün ümumi olan aşağıdakı müddəalar var: birincisi,

sosial institutlar əhəmiyyətə malikdir və ikincisi, onlar mikroiqtisadiyyatın standart



Əlamət

«Köhnə» institusionalizm

Qeyri-institusionalizm

Hərəkət


Hüquq və siyasətdən iqtisadiyyata

İqtisadiyyatdan siyasət və hüquqa

Metodologiya

Digər humanitar elmlər (hüquq,



politologiya, sosiologiya və s.)

İqtisadi neoklassik (mikroiqtisadiyyat



metodları və oyunlar nəzəriyyəsi)

Metod


İnduktiv

Deduktiv


Diqqət fokusu

Kollektiv hərəkət

Müstəqil fərd

Təhlil üçün zəmin

Holizm

Metodoloji fərdiyyətçilik



AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 11/2011.

69



70

M.Həmidova. Milli iqtisadiyyata nəzəri baxışlar 

alətlərinin  köməyilə  təhlil  olunurlar.  1960-70-ci  illərdə  Amerika  iqtisadçısı

Q.Bekkerin (1930) “iqtisadi imperializmi” peyda oldu. Məhz bu dövrdə iqtisadi an-

layışlar: maksimallaşma, tarazlıq, səmərəlilik, təhsil, ailə münasibətləri, səhiyyə,

cinayətkarlıq, siyasət və s. kimi iqtisadiyyat üçün qarışıq sahələrdə fəal tətbiq olun-

mağa başladı. Bu ona gətirib çıxartdı ki, neoklassik baza iqtisadi kateqoriyaları daha

dərin interpretasiya və daha geniş sferada tətbiqini tapdı [8, 9].

Müasir nəzəriyyədə institut dedikdə, cəmiyyətdə “oyun qaydaları” və ya “insan

tərəfindən yaradılan” məhdud çərçivələr başa düşülür ki, bunlar da insanlar arasında

qarşılıqlı münasibətləri, həmçinin, onların yerinə yetirilməsini təmin edən tədbirlər

sistemi təşkil edir. Onlar insanları qarşılıqlı fəaliyyətə vadar edən struktur yaradır,

gündəlik həyatı təşkil edərək, qeyri-müəyyənliyi azaldırlar.

Aşağıda cəmiyyət, institutlar və iqtisadiyyat arasınada qarşılıqlı əlaqəlin sxematik

təsviri verilmişdir:

Cəmiyyət         İnstitutlar        İqtisadiyyat

İnstitutlar formal (məs. ABŞ Konstitusiyası) və qeyri-formal (məsələn, sovet «tele-



fon hüququ») kimi təsnifatlandırılır [5, 6]:

Qeyri-formal  institut  dedikdə,  ümumi  qəbul  olunmuş  şərtilik  və  insanların

davranışının etik qaydaları başa düşülür. Bu-adətlər, “qanunlar”, vərdişlər və ya nor-

mativ qaydalardır ki, bunlar da insanların sıx birgə mövcudluğunun nəticəsidir. On-

ların sayəsində insanlar ətrafdakıların nə istədiyini asanlıqla öyrənir və bir-birlərini

yaxşı anlayırlar. Bu davranış kodekslərini mədəniyyət formalaşdırır.

Formal institut dedikdə, xüsusi olaraq buna müvəkkil edilmiş insanlar tərəfindən

(dövlət məmurları) yaradılan və müdafiə olunan qaydalar başa düşülür.

Cəmiyyət inkişaf etdikcə həm formal, həm də qeyri-formal qaydaların, həm də

qayda və məhdudiyyətlərin icra olunmasına məcburiyyətin üsul və səmərəliliyinin

dəyişilməsi mümkündür. Formal qaydalarda dəyişiklər (və ya onlara riayyət olun-

masını təmin edən mexanizmlərdə) adətən kifayət qədər əhəmiyyətli resurs məs-

rəflərini tələb edir.

İqtisadi subyektlər öz istedad və biliklərini həm əsas, həm də aralıq təşkilatların

yaradılması vasitəsilə sərfəli imkanların axtarışına yönəldə bilər, bu da iqtisadi və

siyasi sahələrdə fəaliyyət göstərə bilər. Əsas odur ki, onlar tələb olunan dəyişikləri

formal qaydalarda təmin etsinlər. İqtisadi dəyişikliklər kifayət qədər sürətlə baş verə

bilər (inqilab və ya nailiyyət dövründə olduğu kimi). Qeyri-formal qaydalara gəldikdə

isə, onlar tədricən baş verir. Burada dəyişikliklərin tempi tam başqadır, əsas rolu

mədəniyyət, təsadüf və təbii seçim oynayır.

Yeni və köhnə, formal və qeyri-formal qaydaların toqquşması nəticəsində insti-

tutların yaranmasının müxtəlif variantları mümkündür.

İnstitusionalist dəyişiklərdə təşkilatlar mühüm rol oynayır. Təşkilatlar sözün geniş

mənasında - hər hansı bir məqsədə bir yerdə nail olma səyi ilə birləşmiş insanlar



qrupudur. Gəliri maksimallaşdırmaq məqsədini güdərək, təşkilatlar və onların rəh-

bərləri institusional dəyişikliklərin istiqamətini formalaşdırır. Dəyişikliklərin iki əsas

strategiyası  mövcuddur:  biri  mövcud  məhdudiyyət  yığımı  çərçivəsində  aparılır,

digəri isə, məhdudiyyətlərin özünün dəyişilməsini tələb edir .

Səmərəli  qaydalar,  sözsüz  ki,  uğursuz  hərəkətləri  təcrid  edən  və  uğurluları

müdafiə edənlərdir. məhz onlar iqtisadi artıma səbəb olur.

Amma  təbii  ki,  sual  yaranır:  nə  üçün  qeyri-səmərəli  formalar  saxlanılır?

Fəaliyyətin davamlı aşağı parametrləri ilə iqtisadiyyatların yaşamasını hansı amillər

təmin edir? Yeni təsərrüfat formalarının təcrid olunmasına səbəb nədir? Əvvəlki

inkişafın  trayektoriyasının  rolu  nə  qədərdir? Ancaq  təsadüfü  hadisələrlə  qeyri-

səmərəli texnologiyalar və təsərrüfatçılıq formaları kifayət qədər tərəfdar tapır?

İnstitusional sistem istənilən iqtisadiyyatda təşkilatlar üçün həm məhsuldar, həm

də qeyri-məhsuldar stimullar yaratdığından, milli iqtisadiyyat müxtəlif inkişaf meyl-

lərinin  birləşməsini  əks  etdirir.  Əgər  əks  əlaqə  yarımçıq,  transaksion  xərclər

böyükdürsə, onda inkişafın istiqaməti oyunçuların subyektiv modelləri ilə formalaşa-

caq. Burada müxtəlif institusional məhdudiyyətlər və özünəməxsus institusional

fəndlər müəyyən edilir. Bütün bu sualları Amerika iqtisadçısı Duqlas Nort (1920)

özünün “İnstitutlar, iqtisadiyyatın fəaliyyətinin institusional dəyişiklikləri” əsərində

qarşıya qoyur [6].

Uzunmüddətli iqtisadi dəyişikliklər bir qayda olaraq, siyasi və iqtisadi agentlərin

saysız-hesabsız qısamüddətli qərarlarının yığılması nəticəsidir. Agentlərin seçimi

onların ətraf mühit haqqında subyektiv təsəvvürünü əks etdirir. Ona görə də, nəticə

və niyyət arasında uyğunluq səviyyəsi bu təsəvvürlərin nə qədər düzgün olmasından

asılıdır. Modellər ideyaları, ideologiyanı, əqidəni (bunlar ən yaxşı halda ancaq qis-



mən dəyişikliyə və əks əlaqə vasitəsilə yaxşılığa məruz qala bilər) əks etdirdiyindən,

nəticələr əksər halda nəinki qeyri-müəyyən, həm də gözlənilməz olur.

Geridə qalmış ölkələrin milli iqtisadiyyatının inkişafı problemləri əsasən sol

radikal iqtisadçılar tərəfindən öyrənilib. Onların istehsalın periferiya üsulu konsep-

siyasına institusionalizmin xüsusi növü kimi baxmaq olar. Sol radikalların diqqət

mərkəzində  zərərli,  periferiya,  asılı  inkişaf  nəzəriyyələri  dayanırdı.  Periferiyalı

inkişafın  öyrənilməsi  istehsalın  yox,  beynəlxalq  ticarətin  mübadilə  sferasının

təhlilindən başlayıb.

Ənənəvi  cəmiyyətin  tez bir zamanda  yenidən  qurulmasına cəhddə olan uğur-

suzluq nəinki periferiyalı iqtisadiyyatın daxili problemlərinə diqqət yetirməyə, həm

də uğursuzluqların xarici iqtisadi sahədə səbəblərinin axtarışına gətirib çıxardı. Bir

sıra alimlərin təhqiqat mərkəzində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr

arasında münasibətlərin antoqonizm problemi dayanır.

Sol radikallar əyani surətdə göstərdilər ki, inkişaf etməkdə olan ölkələrin daxili

amilləri xarici amillərin əksi kimi çıxış edir. Asılılıq zəif inkişafdan yarandığı kimi,

zəif  inkişaf  da  asılılığın  yaranmasına  səbəb  olur.  Belə  vəziyyətin  yaranma

71

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 11/2011.




səbəblərinin müəyyən etmək cəhdi onların nəzərini tarixə yönəldir. Onların sırasında

əsasən, alman iqtisadçısı A.Q.Frankın (1929-2005) və Amerika sosioloqu  İ.Valler-

staynın (1930) əsərlərini sadalamaq lazımdır [2, 8, 9].

Assimmetrik qarşılıqlı asılılığın güclənməsi haqqında ideya İmmanuel Valler-

staynın dünya-iqtisadiyyat konsepsiyasında orijinal şərhini tapmışdır.

Dünya-sistemli yanaşma tərəfdarlarının kitablarında XV əsrdən XX əsrə qədər

uzun müddət ərzində kapitalist dünya-iqtisadiyyatının əsas təkamül mərhələləri

göstərilmişdir.  Müstəmləkə  dövrünün  qeyri-müstəmləkə  dövrünə  keçidi  burada

təsvir olunur [9].

Kapitalizmin inkişafının üçüncü eşelondan olan dövlətlərinin geridə qalmasının

əsas günahı “qızıl milyard” ölkələrinin üzərindədir. Birinci eşelondan olan bu yüksək

inkişaf etmiş ölkələr dünya kapitalist təsərrüfatı sisteminə elə rəhbərlik edirlər ki,

geridə  qalmış  ölkələr  sadəcə  geridə  qalmağa  məcburdurlar:  onların  xammal

resurslarını aşağı salınmış qiymətlə alırlar, yüksək texnologiyadan olan məhsulları

isə onlara baha qiymətlə satırlar; onları qabaqcıl texnologiyalara yaxın buraxmırlar;

onların nəinki kapitallarını, həm də “beyinlərini sorub çıxarırlar. Bir sözlə, birinci

eşelondan olan “aristokratlar” nəinki onlara çatmağa çalışanlara əl uzatmaq istəmir-

lər, hətta bu qabaqcıl ekspresin məhəccərindən tutanların “əllərinə vururlar”.

Aralıq vəziyyət (yarıperiferiya) tutan ölkələr də peyda olur. Onlar mərkəzə mü-

nasibətdə periferiya olurlar, amma bu zaman daha zəif ölkələr üçün “mərkəzə”

çevrilirlər.

Beləliklə - institusionalizm ilə bağlı strategiyanın təkmilləşdirilməsinin elmi

əsaslandırmaları təhlil edərkən belə nəticə hasil olunur ki, institutlar insanlar arasında

qarşılıqlı münasibətləri, həmçinin, məhz onların yerinə yetirilməsini təmin edən təd-

birlər sistemi kimi çıxış edirlər. Onlar insanları qarşılıqlı fəaliyyətə vadar edən struk-

tur yaradır, gündəlik həyatı təşkil edərək, qeyri-müəyyənliyi azaldırlar.



4. Nəticə

Milli  iqtisadiyyata  nəzəri  baxışlarla  əlaqədar  aparılan  təhlillə  bağlı  belə  bir

nəticəyə gəlirik ki, milli iqtisadiyyat nəzəriyyələri iqtisadi fikrin əsas axınına alter-

nativ kimi inkişaf etmişdir.

Əgər meynstrim əsasən milli iqtisadiyyatların universal inkişafı nəzəriyyələri ilə

məşğul  olurdusa,  kameralistika,  alman  tarixi  məktəbi,  köhnə  institusionalizm,

postkeynsçilik, sol radikal iqtisadi məktəb və yeni institusional nəzəriyyə milli iqti-

sadiyyatın təhlilinin nəzəri əsaslarını qoydu.

İqtisadi sistemlər-müəyyən vəhdət, cəmiyyətin iqtisadi strukturunu təşkil edən

qarşılıqlı  bağlı  olan  iqtisadi  elementlərin  məcmusudur;  insan  cəmiyyətinin

inkişafının müxtəlif mərhələlərində iqtisadi rifahın istehsalı, bölgüsü, mübadiləsi və

istehlakı xüsusunda formalaşan münasibətlərin vahidliyidir.

72

M.Həmidova. Milli iqtisadiyyata nəzəri baxışlar 




Tarixi aspektdə iqtisadi sistemlərin təhlilinə verilən əsas yanaşmaların təsnifatına

nəzər  yetirərək,  şərti  olaraq  mövcud  yanaşmaları  formasiya  və  sivilizasiyalara

bölmək olar. Sonuncuya bəşəriyyətin inkişafına etnosların məcmusu kimi baxmaq

da  yaxınlaşır.  İnkişaf  nöqteyi-nəzərindən  bir  sıra  tədqiqatçılar  hesab  edir  ki,

bəşəriyyət proqressiv pillələri keçir; digərləri isə hesab edir ki, inkişafı tsikl həyata

keçirir.


Milli iqtisadiyyatın öyrənilməsi aşağıdakı əsas təcrübənin formalaşmasına səbəb

olur: 


milli  iqtisadiyyatın  təşəkkülü,  müasir  vəziyyəti  və  inkişaf  perspektivində

ümumi və xüsusi biliklər;

millətin obyektiv iqtisadi, sosial və siyasi həyat şəraitinin anlaşılması, onların



milli iqtisadi mentallıqda və sosial-iqtisadi normalarda və iqtisadi agentlərin

davranış qaydalarında əks olunması;

milli  iqtisadiyyatın  mikro,  mezo  və  makrosəviyyədə  fəaliyyət  xü-



susiyyətlərinin və sahə və ərazi komplekslərinin inkişaf mexanizmlərinin, milli

iqtisadiyyatın dövlət tənzimləmə sisteminin öyrənilməsi;

zəruri məlumatları əldə etmək, formalaşan vəziyyəti təhlil etmək, mövcud



resurslardan səmərəli istifadə edərək, regionların, sahələrin və bütün xalq təsər-

rüfatı kompleksinin sosial-iqtisadi inkişafını modelləşdirmək bacarığı;

pul-kredit və fiskal siyasətin müasir metodları ilə dövlət tənzimlənməsini hə-



yata keçirmək, qabaqcıl milli layihələrin hazırlanmasında iştirak etmək və re-

allaşdırmaq bacarığı;

müasir iqtisadi-riyazi metodların köməyilə proqnozlar tərtib etmək və strateji



və taktiki planlaşdırma vərdişlərinə malik olmaq bacarığı;

institusional iqtisadiyyat metodlarının və ictimai seçim nəzəriyyəsinin isti-



fadəsi ilə sosial-iqtisadi və siyasi proqramları təhlil etmək bacarığı.

Ədəbiyyat:

1. K.Marks, F.Engels Əsərləri. 2-ci nəşr. 4 сilddə, Bakı: Dövlət nəşriyyatı. 1978-1981.

2. Блауг М. Экономическая мысль в ретроспективе. М.: НП “Журнал вопросы экономики”.

2004. 416 с.

3. Вебер М. Избранные произведения. М.: Прогресс, 1990. 345 c

4. Веблен Т. Теория праздного класса. М.: Прогресс, 1984. 312 с.

5. Носова С.С. Экономическая теория, М.: “ВЛАДОС”, 2007, 272 с.

6. Норт Д. Институты, институциональные изменения и функционирование экономики. М.:

Фонд экономической книги “Начало”, 1997, 180 с.

7. Уильямсон О. Экономические институты капитализма. Санкт-Петербург: Лениздат. 1996.

582 с.

8. Основы экономической теории. Политэкономия. Учебник под редакцией Д.Д.Московина.



М.: Наука. 2000. 576 с.

9. http://www. gallery.economicus.ru (iqtisadçı alimlər qalerayası portalı).

73

AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 11/2011.




Гамидова Мехрибан Ядулла кызы

доцент, доктор философии по экономике, Бакинский Государственный Университет

narqiz@mail.ru

Теоретические взгляды национальной экономики

Аннотация

Цель исследования - исследование теоретических взглядов на национальную экономику,

как на сложное хозяйство, социальную, организационную, научно-технологическую систему

и обоснование своеобразных особенностей.

Методология исследования - системный подход и методы сравнительного анализа.

Результаты исследования - определение новых научно-теоретических обоснований с точки

зрения развития теории по национальной экономике.



Ограничения исследования - с точки зрения научно-теоретических обоснований требуются

более широкие исследования.



Практическая значимость исследования - возможность использования в качестве научного

источника при разработке новых концепций развития национальных экономик.



Оригинальность и научная новизна исследования - выступает как одно из новых научно-

исследовательских обоснований, связанных с теорией национальной экономики.



Ключевые слова: экономическая теория, национальная экономика, институционализм.

Hamidova Mehriban Yadulla qizi

PhD in Economics, Baku State University

narqiz@mail.ru

Theoretical views on the national economy

Abstract

Purpose - study of theoretical views on the national economy, as the difficult economy, social,

organizational, scientific and technological system and the rationale for the peculiar features.



Design/methodology - systematic approach and methods of comparative analysis.

Findings - identification of new scientific and theoretical justification in terms of theory deve-

lopment on the national economy.



Research limitations in terms of scientific and theoretical studies require more extensive research.

Practical implications - ability to use as a research source in the development of new concepts of

national economies.



Originality/value -  stands as one of the new research studies related to the theory of national

economy.


Key words: economics, national economy, institutionalism.

JEL Classification Codes: B13, B14, E13. E21.

Məqalə redaksiyaya daxil olmuşdur: 09.09.11.

Təkrar işləməyə göndərilmişdir: 16.09.11.

Çapa qəbul olunmuşdur: 01.11.11.



74

M.Həmidova. Milli iqtisadiyyata nəzəri baxışlar 





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə