Xülasə Uşaqlar portağalı əldə etmək üçün yarışırlar və münaqişələrin necə həll olunmasını müzakirə edirlər



Yüklə 22,29 Kb.
tarix21.04.2018
ölçüsü22,29 Kb.
#39616
növüXülasə

Portağal uğrunda savaş

Hər iki tərəf qalib ola bilərmi?



Fəslin mövzusu 

Sülh

Çətinlik dərəcəsi 

II dərəcə 

Yaş həddi 

8 – 13 yaş 

Tələb olunan vaxt 

30 dəqiqə 

İştirakçı sayı 

4 – 24 uşaq 

Oyunun növü 

Qrup yarışı və müzakirə 

Xülasə 

Uşaqlar portağalı əldə etmək üçün yarışırlar və münaqişələrin necə həll olunmasını müzakirə edirlər

Vəzifələr 

  • Münaqişə vəziyyətində ünsiyyət qurmaq zərurətinin müzakirəsi

  • Münaqişənin həlli üçün strategiyalar üzərində düşünmək

Hazırlıq 

Yoxdur

Materiallar 


Təlimat 


  1. İzah edin ki, sinif “portağal oyunu” oynayacaq. Uşaqları iki qrupa bölün. “A” qrupundan xahiş edin ki, dəhlizə çıxıb gözləsin. “B” qrupuna deyin ki, bu oyunda onların məqsədi portağal şirəsini düzəltmək üçün portağalı qazanmaqdır.

  2. Dəhlizə çıxıb “A” qrupuna deyin ki, bu oyunda onların məqsədi portağal keksinə qatılacaq portağal qabığı rəndəsi əldə etmək üçün portağala sahib olmaqdır.

  3. Hər iki qrupu bir yerə toplayın və iki sırada üz-üzə oturmağı xahiş edin.

  4. Qruplara istədiklərinə nail olmaq üçün 3 dəqiqə vaxt verin. Vurğulayın ki, güc tətbiq etməməlidirlər. Sonra portağalı iki qrupun arasına qoyub deyin: “Başlayın”.


Adətən kimsə qəflətən portağalı götürür və onu qazanan bir qrup olur. Sonra isə qruplar bu vəziyyətdən çıxmaq üçün müxtəlif, bəzən gözlənilməyən çıxış yolları tapırlar. Bəzən onlar portağalı yarı bölməyə sözləşirlər. Bəzən isə ümumiyyətlə danışıqlar aparmırlar. Digər hallarda isə onlar vəziyyəti aydınlaşdırmağa başlayıb anlayırlar ki, onlara portağalın müxtəlif hissələri gərəkdir: kimsə portağalın qabığını çıxarıb lazım olan şəkildə böləcək. Əsas odur ki, siz müdaxilə etməyin.


  1. Üç dəqiqə keçəndən sonra “Stop” və ya “Vaxt bitdi” deyin.


Təhlil və qiymətləndirmə 


  1. Aşağıdakı sualların köməyi ilə oyunu təhlil edin: 

  1. Üç dəqiqə bitdikdən sonra qrupunuz istədiyinə nail oldumu?

  2. Qrupunuzun məqsədi nə idi?

  3. Portağal münaqişəsinin nəticəsi nə oldu?

  4. Bu nəticəyə çatmaq üçün siz nə etdiniz?

  5. Niyə münaqişənin həlli üçün ünsiyyət qurmaq belə vacibdir?

  6. Münaqişə tərəfləri həmişə ünsiyyət qururmu? Niyə “hə” və ya niyə “yox”?

  7. Münaqişə zamanı insanlar eyni şeyimi istəyirlər?

  8. Siz bu cür situasiyalarla qarşılaşıbsınızmı? Nəticəsi necə olub?

  1. Aşağıdakı sualları verməklə oyunu insan hüquqları ilə əlaqələndirin:

  1. Münaqişə zamanı insanın hansı hüquqları pozulur?


Davamı üçün təkliflər

  • “Zorakılığın qarşısını necə almaq olar” oyunu da münaqişələrin həllinə həsr olunub.

  • Bir neçə oyun danışıqların aparılması vərdişlərinin formalaşmasına həsr olunub: «Qəsri fəth et», «Yekəpər biskvit», «Görünməz adamlar gəlir».

Fəaliyyət üçün ideyalar 

Qrupdaxili münaqişənin həlli barədə fikirləşin. Həmin ideyaları cədvəldə qeyd edin və otağın bir yerində asın.



Aparıcılara məsləhətlər

  • Təhlildən yayınmamaq üçün 3 dəqiqə keçəndən sonra portağalı və ya onun qalıqlarını yığışdırın.

  • Münaqişə zamanı Siz nəticələrə təsir göstərməyə cəhd etməməlisiniz, lakin istədiklərini əldə etmək üçün gücdən istifadənin yolverilməzliyini vurğulayın.

Uyğunlaşdırma

Böyük qruplar üçün uyğunlaşdırma: İki qrupun yerinə dörd qrup formalaşdırın və bu zaman iki “portağal uğrunda savaş” keçirdin. Bunun üçün iştirakçıları 2 “A” qrupu və 2 “B” qrupuna bölün, yuxarıda göstərilən eyni təlimatları verin. 1-ci “A” qrupu 1-ci “B” qrupun qarşısında, 2-ci “A” qrupu isə 2-ci “B” qrupun qarşısında otursun. Yaranmış hər cütlüyün arasında 1 portağal qoyun. Hər cütlük arasında keçirilən oyunu eyni vaxtda başlayıb eyni vaxtda da bitirin. Baş verən müxtəlif prosesləri və hər “savaşın” nəticələrini müzakirə etmək maraqlı olacaq.
Yüklə 22,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə