Xülasələrin təqdimat qaydaları a Xülasə maximum 300 sözdən ibarət olmalıdır b



Yüklə 17,49 Kb.

tarix11.04.2018
ölçüsü17,49 Kb.
növüXülasə


 

 

Elmi-tədqiqat işlərinin təqdim olunması üçün ümumi qaydalar 



 

I.

 

Xülasələrin  təqdimat qaydaları 

 

a)

 



Xülasə maximum 300 sözdən ibarət olmalıdır 

b)

 



Xülasə  qəbul  olunmuş  qaydada,  tədqiqatın  ümumi  məzmunu,  metodologiyası, 

əsas araşdırmanın nəticələri və yekun hissədən ibarət olmalıdır. 

c)

 

Xülasələr ADA Universitetinin “



Xülasələrin təqdimat forma

”sında yazılmalıdır. 

d)

 

Təqdim  olunan  elmi-tədqiqat  işi  və  Təhsilin  İnkişafı  Üzrə  Dövlət  Strategiyası 



arasındakı bağlılıq aydın şəkildə izah olunmalıdır. 

 

II.



 

Yekun  elmi-tədqiqat işinin təqdimat qaydaları   

 

Elmi-tədqiqat  işinin  həcmi  sərlövhə  və  istinad  siyahısı  istisna  olmaqla  3000-4000  söz 

arasında  olmalıdır.  Təqdim  olunan  iş  Microsoft  Word  proqramında  oxuna  bilən  faylda 

tərtib  olunmalıdır.  Məqalənin  mətni  A4  vərəqi  ölçüsünə  uyğun,  1.5  aralıqlı,  12  Times 

New  Roman  şrifti,  2.5  sm  haşiyə  və  sətirlərin  soldan  düz  xətt  sıralaması  ilə  yaddaşda 

saxlanılmalıdır.  Amerika  Psixologiya  Assosasiyasının  (APA)

1

 və  yaxud  Azərbaycan 



Prezidenti  yanında  Ali  Atestasiya  Komitəsinin

2

 təyin  etdiyi  qaydalara  əsasən  tərtib 



olunması  məqsədə  uyğundur.  Təqdim  olunmuş  elmi  tədqiqat  işi  aşağıdakı  hissələrdən 

ibarət olmalıdır: 

 

Müəllif(lər)in adı, soyadı, təmsil etdiyi müəssisə, ünvanı və elektron poçt ünvanı 



 

Tədqiqatın sərlövhəsi   



 

Xülasə 



 

Açar sözlər 



 

Giriş 



 

Əsas hissə 



 

Müvafiq cədvəl və şəkillər 



 

Yekun 



 

Müəllifin qısa bioqrafiyası 



 

Ədəbiyyat siyahısı 



Tədqim olunan işə aid bütün cədvəllər, qrafiklər və şəkillər bir sənədin daxilində əsas 

mətnin içində təqdim olunmalıdır. 

 

Qeyd:  Bütün  işlərin  anonim  yoxlanılması  məqsədi  ilə  təqdim  etdiyiniz  işdə  müəllifin 

kimliyi haqqında məlumatlar daxil etməmək tövsiyyə olunur 

 

                                                        



1

  İngilis dilində təqdim olunan elmi işlər üçün APA istinad qaydaları aşağıdakı kimidir

APA Guidebook

 

2



 Azərbaycan dilində təqdim olunan elmi işlər üçün AAK-ın istinad qaydaları aşağıdakı kimidir (səh.115-

dən başlayaraq) : 

http://aak.gov.az/bulleten/xususi.pdf

 

 




III.

 

Təqdim olunmuş elmi-tədqiqat işlərinin qiymətləndirmə meyarları  

 

a)



 

Əlaqədarlıq:  tədqiqat  işlərinin  konfransın  mövzusuna  və  Təhsil  Strategiyanun 

istiqamətlərinə uyğunluğu 

b)

 

Nəzəriyyə: tədqiqatın möhkəm nəzəri əsaslarının olması. 



c)

 

Təhqiqat: əsaslı tənqidi təhlil və tədqiqat metodologiyası (buraya daxildir ümumi 

yanaşma, məlumatın toplanması və təhlili) 

d)

 



Nəticə: əldə edilmiş nəticənin aydın və səlis təqdim olunması 

e)

 



Tədqiqat  işinin  əhəmiyyəti:  tədqiqatın  aparıldığı  sahədə  mövcud  elmi  biliklərin 

inkişafına töhfəsi və ya yararlılığı (tədqiqat işi xüsusi bir layihə və ya digər növ 



praktiki iş üçün hesabat xarakteri daşıdıqda) 

 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə