Xurşidbanu Natəvan



Yüklə 395,29 Kb.
Pdf görüntüsü
səhifə1/8
tarix07.07.2018
ölçüsü395,29 Kb.
#53677
növüYazı
  1   2   3   4   5   6   7   8


___________Milli Kitabxana_____________ 

 



 


___________Milli Kitabxana_____________ 

 



Bu kitub "Xurşidbanu Natəvan. Əsərləri" (Bakı, Yazıçı, 

1984) naşri əsasında təkrar nəşri huzırlanmışıdır 

Tərtib edəni və  

ön sözün niüəllifi: Bəylər Məmmədov 

894.3611 -dc21  

 

AZE 



Natəvan Xurşidbanu. Əsərləri. Bakı, "Lider nəşriyyat", 2004, 

88 səh. 


 

      XIX  əsrdə yaşayıb-yaratmış istedadlı qadın  şairəmiz 

Xurşidbanu Natəvan (Xan qızı) 

ədəbiyyat və 

mədəniyyətimizin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. 

Füzuli poeziyasından bəhrələnən  şairin qəzəllərindəki incə 

lirizm, dərin məzmun, yüksək emosiya onu bir sənatkar kimı 

zamanın yaddaşından silinməyə qoymamış, Natəvan lirikası 

öz təravətini saxlamışdır. 

 

ISBN 9952-417-13-4 



 

© "LİDER NƏŞRİYYAT", 2004 




___________Milli Kitabxana_____________ 

 



 


___________Milli Kitabxana_____________ 

 



 

ÖN SÖZ 

 

Azərbaycan xalqının  ədəbiyyatımıza bəxş etdiyi nadir 



şəxsiyyətlərdən biri də paeziyamızın iftixarı Xurşidbanu 

Natəvandır. Xurşidbanu Azərbaycan mədəniyyəti tarixində 

lirik şair və rəssam kimi şöhrət tapmışdır. 

Nizami, Füzuli və  Nəvai kimi nəhəng sənətkarların 

yüksək poetik ənənəsindən tərbiyə alıb böyüyən Natəvan

ötən yüzillikdə Azərbaycanda yazıb-yaradan qadın şairələrin 

ən istedadlı nümayəndəsi olmuşdıır. O, yüksək  şeir 

mədəniyyəti, orijinal yaradıcılığı ilə M.F.Axundov, Q.Zakir 

və S.Ə.Şirvani kimi görkəmli ədəbi simaların nəzər-diqqətini 

cəlb etmişdir. Klassik irsə  dərindən yiyələnən Xurşidbanu 

Azərbaycan  şeirinin gözəl xüsusiyyətlərini ləyaqətlə davam 

etdirmiş  və qüvvətli rübabı ilə poeziyamıza təsir 

göstərmişdir. 

Natəvan yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən 

başlamışdır.  İlk vaxtlar onun "Xurşid" imzası ilə yazdığı 

şeirlərin aksəriyyətı itib-batmiş, yalnız cüzi bir hissəsi bizə 

gəlib çatmışdır. 1870-ci ildan etibarən  şair özünə "Natəvan" 

(köməksiz, zəif, xəstə) təxəllüsü götürərək, dərin məzmunlu 

qəzəllərini yaratmışdır. Onun şeirləri hələ sağlığında dildən-

dilə düşmüş, müasirləri arasında  əlyazması  şəklində 

yayılmışdır. 

Təxəllüsündən bəlli olduğü kimi, Xurşidbanu  şeirimizə 

narahat bir ilhamla, şikayətçı bir ruhla gəlmişdir. Füzulidə 

olduğu kimi, onun lirikasında da sevinclə kədər 

  



___________Milli Kitabxana_____________ 

 



 

birləşərək vəhdət yaratmışdır.  Şair bu təzadların arxasında 

dayanaraq, ictimai ziddiyyəilərin dərin fəlsəfi mənasını 

axtarmış,  ədalatlə haqsızlığı, səadəllə  bədbəxtliyi törədən 

səbəblərin mahiyyətini açmağa çalışmışdır. Arzuları ilə həyat 

həqiqətləri arasında boyük uçurum olduğunu dərk edən 

Natəvan, nə cəmiyyət və təbiət qanunları ilə, nə də yaradılışla 

barışa bilməmişdir: 

Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı! Nə də bıı 

aləm əra dil müqəyyədi-qəm olaydı! 

Şair burada insanlara zindan kəsilən feodal dünyasının 

ədalətsiz qanunlarına öz narazılığını bildirmişdir. 

Lakin, Xurşidbanu  şeirlərində romantik boyalara, 

sentimental  əhvali-ruhiyyələrə üstünlük versə  də, real 

zəmindən uzaqlaşmamış, həyata, varlığa biganə qalmamışdır. 

Onun  əsərlərindən həyat gözəlliklərinə canatma, ülviyyətə 

qovuşma meyli olduqca güclü və təsirli çıxmışdır. 

Nikbinlik, hayalilik kimi məziyyətlərə Xurşidbanunun 

təbiət gözəlliklərinə həsr etdiyi şeirlərində də rast gəlirik. 

Natəvanın mənalı ömrü, hadisələr, ziddiyyətlər və 

sarsıntılarla dolu həyatı ona zəngin ədəbi material vermişdir. 

Necə deyərlər,  şair özündən mövzu uydurmağa ehtiyac 

duymamışdır. Onun qəzəlləri əsasən ya baş vermiş hər hansı 

bir  əhvalatla  əlaqədar yaranmış, ya da unudulmaz 

təəssüratların, xoş  təsadüflərin və ya poetik müşahidələrin 

məhsulu olmuşdur. 

Xurşidbanunun  şeirlərini məzmun cəhətdən  şərti olaraq 

dörd qismə ayırmaq mümkündür: aşiqanə  şeirlər; təbiət 

gözəlliklərinə həsr edilmiş şeirlər; müasirlərinə yaz- 

  



___________Milli Kitabxana_____________ 

 



dığı  mənzumələr. Bu əsərlərin hansı konkret ictimai-tarixi 

şəraitlə, real zəminlə bağlı meydana gəldiyini araşdırmaq 

baxımından Natəvanın həyat və yaradıcılığı ən yaxşı tədqiqat 

obyektidir. 

Xurşidbanu 1832-ci il avqustun 15-də musiqiçilər və 

şairlər vətəni  Şuşada, Qarabağın son hakimi Mehdiqulu xan 

Cavanşirin ailəsində dünyaya gəlmişdir. Ailədə "Dürrü 

yekta", xalq arasında isə "Xan qızı" ləqəbi ilə çağırılmışdır. 

Natəvan saray tərbiyəsi gormüş, dövrün tanınmış alim və 

sənətkarlarından dərs almışdır. Müstəsna hafizəyə malik olan 

Xurşidbanu mütaliə yolu ilə məlumatını dərinləşdirmişdir. 

Natəvan xan qızı olsa da şəxsi həyalından, taleyindən 

razı qalmamışdır. O, hələ 

uşaqlıqdan bir sıra 

məhrumiyyətlərin, uğursuzluqların acısını dadmalı olmuşdur. 

Xurşidbanunun uşaqlığı xanlığın iflası ilə bir vaxta 

düşdüyündən, ailədə hökm sürən məyusluq, pərişanlıq və 

əsəbilik ona da təsir etmişdir. Göz açıb sarayın yeknəsəq, 

cansıxıcı  həyatını görən xan qızı, ailədəki təklikdən və quru 

ayinlərin icrasından zinhara gəlmişdir. Odur ki, o, bədəncə 

sağlam olmamış, zəif, cılız bir uşaq kimi böyümüşdür. 

Xurşidbanunun gəncliyi də  fərəhsiz keçmişdir. Çünki onu 

əhatə edən mürəkkəb ictimai şərait, yaşadığı qaranlıq mühit 

hər cür qanunsuzluqlara haqq qazandırmış,  ədalətsizliyə, 

özbaşınalığa imkan yaratmışdır. Natəvan oz hüquqsuzluğunu 

çox erkən dərk etmiş  və  ətrafında cərəyan edən hadisələrə 

laqeyd baxa bilməmişdir. Atası Mehdiqulu xanın get-gedə 

hakimiyyətdən uzaqlaşdırılması, istər-istəməz, Xurşidbanunu 

da bədbinləşdirmişdir. Xan- 

  

 




Yüklə 395,29 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə