Xurşidbanu Natəvan



Yüklə 395,29 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix07.07.2018
ölçüsü395,29 Kb.
#53677
növüYazı
1   2   3   4   5   6   7   8

___________Milli Kitabxana_____________ 

 



 

lığın tamamilə ləğvi firavan həyat sürməyə adət etmiş ailənin 

müqəddəratı uçün qorxu törətmişdir. Natəvan on üç yaşında 

ikən Mehdiqulu xan ölmüş, ailə başsız qalmışdır. Fürsətdən 

islifadə edən  şöhrətpərəst xan və  bəylər tezcə bu ailə ilə 

qohum olmaq xəyalına düşmüş, fasiləsiz təklif və 

məsləhətləri ilə Xurşidbanunu çıxılmaz vəziyyətdə 

qoymuşlar. Xan qızının nişanlanması  tədbiri geldikcə 

ciddiləşmiş, bir müddət Qarabağ nücəbaları ilə  rəsmi dövlət 

dairələri arasında siyasi çəkişmələrə  gətirib çıxarmışdır. 

Mürtəce zadəgan və ruhani qruplaşmaları Xurşidbanunu 

nücabə  nəslindən birinə nişanlamaqla kübar ailələr arasında 

birlik yaratmaq və xanlığı yenidən bərpa etmək məqsədi 

güdmüşlər. Çarizm isə  əksinə, xan ailələrinin qohumlaşmaq 

cəhdinə mane olmağa çalışmışdır. Nəticədə Qafqaz canişini 

Vorontsov iqtisadi təzyiq göstərmək, hədə-qorxu gəlmək 

yolu ilə Xurşidbanunu çarın etibar etdiyi dağıstanlı knyaz 

Xasay xan Usmiyevlə evlənmək məcburiyyətində 

qoymuşdur. Beləliklə, Natəvanın xoşbəxt ailə qurmaq arzusu 

da puça çıxmışdır. Natəvan insan ləyaqətinin alçaldılmasına, 

şəxsi arzuların buxovlanmasına etirazını bilidrərkən, öz 

şeirlərində taleyindən acı-acı  şikayətlənmiş, dövrünü 

vəfasızlıqda, xəyanətdə ittiham etmişdir: 

 

Dövrü dönmüş dövr dövran etmədi kamimcə, ah! 



Düşmənimdir, bilməzəm kim, nə etmişəm dövranə mən! 

 

Xurşidbanu geniş  qəlbinin muqabilində ona verilmiş 



miskin və darısqal həyatla heç cürə uyuşa bilməmişdir. O, 

sevmədiyi, xoşlamadığı çar generalının evində də sıxın- 




___________Milli Kitabxana_____________ 

 



tıdan, laqeydlikdən, etinasızlıqdan və kobudluqdan başqa 

özgə bir şey görməmişdir. Xasay xan iki övlad atası olduqdan 

sonra da kef məclislərindən  əl çəkməmişdir. Ailə üzvlərinə 

can yandırmaması, təsərrüfata biganə münasibət bəsləməsi 

onsuz da Natəvanda onun səmimiliyinə inam yeri 

qoymamışdır. Yalnız 1864-cü ildə Xasay xanın ailəsini atıb 

getməsi və Knyaz Loris-Melikovla münaqişə  nəticəsində 

sürgünə göndərilərək, 1866-cı ildə orada özünü öldürməsi

Xurşidbanuya boşanmaq üçün qanuni əsas vermişdir. Amma 

zəmanə ilə onun arasında ki, "ideya mübarizəsi" bununla 

bitməmişdir. Qarşıda  şairi  əzab-əziyyətli günlər gözləyirdi. 

Xurşidbanu özü də bunu duymuş və bir şeirində "Neçə qərinə 

keçib çəkməz  əl cəfasından", deyə ixtilafın davam etdiyinə 

işarə vurmuşdur. 

Natəvan bir qədər asudə olmaq istədikdə anası 

Bədircahan bəyim vəfat etmiş, ailənin, evin qayğısı, 

təsərrüfatın ağırlığı onun üzərinə düşmüşdür. Xan qızının 

köməksiz, arxasız qalması düşmənləri fəallaşdırmışdır. Onlar 

Natəvanın hər addımına göz qoymuş, mədəni təşəbbüslərinə, 

xeyirxah tədbirlərinə riya donu geydirmişlər.  Şairin camaat 

arasına uzüaçıq çıxması,  şeirə, rəsmə  və musiqiyə  həvəs 

göstərməsi ruhani başçılarının xoşuna gəlməmişdir. O, ərsiz 

qaldığına görə  xəbis və nadan adamlardan ünvanına tikanlı 

sözlər eşitmişdir. Xurşidbanu tənnə  və  məzəmmətlərə son 

qoymaq üçün 1869-cu ildə Seyid Hüseyn Ağamirov adlı bir 

şuşalı ilə ailə qurmaq qərarına gəlmişdir. Lakin bununla 

Xurşidbanu başını  bəlayə salmış, köhnə adət-ənənəni pozub 

rəiyyət oğluna getdiyi 

  



___________Milli Kitabxana_____________ 

 



 

üçün hakim sinifləri qəzəbləndirmişdir. O, ömrünün sonuna 

qədər təqib və  təhdidlərdən yaxa qurtara bilməmişdir. 

Düşmənləri Natəvanın ailə üzvləri arasında təfriqə salıb, 

böyük oğlu Mehdiqulu xanın evdən baş götürərək, uzaq 

vilayətlərə getməsinə müvəffəq olmuşdular. Oğlundan uzaq 

düşməsi ananı  fəraq oduna yandırmış, intizarda qoymuşdur. 

Natəvanın məşhur "Ölürəm" və "Ey dust" rədifli 

mənzumələri də  məhz bu ayrılığın təsiri altında yazılmışdır. 

Aşağıdakı beytlərdə  şair, ona yamanlıq edən düşmənlərini 

haqqın divanına çəkmişdir: 

 

Rəqib töhməti etdi məni cüda, ey dust! 



Bu zülmü gördü rəva, görməsin səfa, ey dust! 

Çağırram Allahımı, hal-Natəvan ilə 

Məgər ki, tez verə həq düşmənə cəza, ey dust! 

 

Bunun ardınca 16 yaşlı  oğlu Mir Abbasın ölümü 



Xurşidbanunu intəhasız dərdlərə, məşəqqəllərə düçar 

etmişdir. Oğul dağına tablaşmadığından Natəvanın səhhəti 

pozulmuş, bir ilə qədər xəstə yatmışdır. Sağalandan sonra da 

ruhi iztirablar, üzüntülər Xurşidbanunu rahat buraxmamışdır. 

Ağlamaqdan gözlərinin nuru getmiş, ayaqları taqətdən 

düşmüşdür.  Şairin "Könlüm" qəzəlinin mətlə beyti onun 

faciəli günləri, kədərli həyatı ilə çox yaxından səsləşir: 

 

Baxın bu Natavan zara, günü bəxtim kimi qarə Gazər 



Məcnun tək avara, mənim naşad olan könlüm. 

 

Bir sənətkar kimi Natəvanın yetişməsində  mənsub 




___________Milli Kitabxana_____________ 

10 


 

olduğu ədəbi mühitin rolu az olmamışdır. Xasay xanın qul- 

 luğu ilə  əlaqədar olaraq, Xurşidbanunun dörd-beş ilə yaxın 

Tiflisdə yaşaması, onun şair və rəssam kimi formalaşmasına 

böyük təsir göstərmişdir. Tiflis mühiti Xan qızına Qafqazın 

çoxmillətli mədəniyyəti ilə tanış olmaq və ondan 

bəhrələnmək imkanı yaratmışdır. Natəvan bu şəhərdə rus, 

gürcü mədəni cəmiyyətlərinə qoşulmuş, özü də milli ənənəsi, 

kübarlara məxsus davranışı və üç dildə sərbəst danışması ilə 

bu cəmiyyətlərdə maraq oyatmışdır. 

Bir sıra vilayət və  şəhərlərə  səyahətə  çıxması 

Xurşidbanunun təffəkkür dairəsinin genişlənməsinə, 

dünyagörmüşünün artmasına təkan vermişdir. Vladiqafqaza, 

Dağıstana,  Şirvana, Bakıya, Gəncəyə  və Naxçıvana səfər 

zamanı o, çarizmin ucqarlarda yeritdiyi müstəmləkə 

siyasətinin  şahidi olmuş, yüksək rütbəli dövlət qulluqçuları, 

yazıçı, alim və  səyyahlarla görüşmüşdür.  1858-ci ildə 

xoşbəxt bir təsadüf Bakıda məşhur fransiz yazıçısı A.Düma 

ilə Xurşidbanunu rastlaşdırmışdır. Xasay xanın fransız 

dilimdə  "əsl parisli kimi" danışması qonaqların heyrət və 

sevincinə səbəb olmuş, aralarında dostluq telləri yaratmışdır. 

Onlar Abşeronda birgə gəzintiyə çıxmış, ayrılarkən bir-birinə 

qiymətli hədiyyələr təqdim etmişlər. Natəvanın Bakıdan  Şıx 

kəndinə daş yol çəkdirməsi haqqında ilk məlumatı da 

A.Düma özünün "Qafqaza səyahət" kitabında vermişdir. 

Təbiidir ki, Natəvan kimi istedad və bacarıq sahibi yalnız 

bir sahədə inkişaf edib qala bilməzdi. Artıq 1870-1880-ci 

illərdə onun hayatında və yaradıcılığında yeni mərhələ 

başlamışdır. Şair maarifin, mədəniyyətin yayılmasına kömək 

göstərmiş, ictimai-mədəni tədbirlərdə fəal 

  



Yüklə 395,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə