Xurşidbanu Natəvan



Yüklə 395,29 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix07.07.2018
ölçüsü395,29 Kb.
#53677
növüYazı
1   2   3   4   5   6   7   8

___________Milli Kitabxana_____________ 

11 


 

 

iştirak etmışdir. Bu illərdə o, əsas diqqəti 18 kənddən, bir 



neçə yaylaq və zavoddan ibarət təsərrüfatı nizama salmaq və 

onu yeni qaydada idarə etmək işinə yönəltmiş, yollar 

çəkilməsinə, körpülər salınmasına, məktəb binası tikilməsinə 

illik gəlirdən xüsusi fond ayırmışdır. "Qafqaz" qəzeti 

Şamaxıda təsis olunan "Svyataya Nina" qızlar məktəbinə 

Xurşidbanunun min manat yardım göstərdiyini xəbər 

vermişdir. 

İncəsənətin bütün növlərinə  bələd olması Natəvanı 

dövrünün görkəmli sənətkarları ilə yaxınlaşdırmışdır. Onun 

düzəltdiyi ziyafətlərin, söhbət məclislərinin iştirakçıları çox 

vaxt müxtəlif sənəti təmsil edən ziyalılar olmuşdur. Uzaq 

şəhərlərdə oxuyan azərbaycanlı tələbələr, yoxsul alim, şair və 

sənətkarlar Xurşidbanudan yardım almışlar. "Qarabağla 

birlikdə bütün Zaqafqaziyanın sənət sahibləri onun 

himayəsinə sığınırdı" ("Kaspi" qəzeti, 1911;№l46). 

Həyatını dövrün tələbləri səviyyəsində qurmağa adət 

edən Natəvanın vətənində yaratdığı yeniliklərin, zövq və 

həvəslə gördüyü işlərin sədası uzaq ellərə yayılmışdır. Onun 

bəslədiyi Qarabağ cinsli köhlənlər 1867-ci ildə Parisdə, 

Əlcəzairdə, 1869-cu ildə isə Moskvada Dünya sərgisində 

birincilik qazanmış, qızıl medala, fəxri fərmana layiq 

görülmüşdür. Tiflisdə  təşkil edilən ölkə  kənd təsərrüfatı 

sərgisində  şairin  əl işləri, becərdiyi buğda, arpa və  dən 

sortları  ən yaxşi eksponat kimi münsiflər heyətinin 

təriflənməsini almışdır. 

Natəvanı Qarabağın abadlaşdırılması,  Şuşanın mədəni 

görkəm alması  məsələsi ciddi düşündürmüşdür. O, 1873-cü 

ildə yüz min manat sərf edərək, yeddi kilo- 




___________Milli Kitabxana_____________ 

12 


 

metrlik məsafədən sıldırım qayaların döşü ilə  Şuşaya içməli 

su çəkdirmişdir.  Şəhər  əhalisi bunu asl fədakarlıq, 

vətənpərvərlik nümunəsi kimi alqışlamışdır. Yüksək 

ideallarla, pak niyyətlərlə yaşayan bu qeyrətli qadın,  şəhər 

sakinlərinin yüz illik arzusunu həyata keçirdikdən sonra 

bulaq çəkdirmişdilər su ambarı, hamam, buzxana tikdirmiş və 

park saldırıb camaatın istifadəsinə vermişdir.  Əsl mənada 

Natəvan vətənin rifahı naminə canını, varını  əsirgəməyən, 

xalq yolunda ürəyini məşəl edən el anası olmuşdur. 

Natəvan yavadıcılığının coşqun çağları Qarabağ  ədəbi 

məclislərinin fəaliyyət göstərdiyi dövrlə  sıx bağlıdır. 

F.Köçərli bu dövrü "XIX əsr ədəbiyyatının xoşbəxt zamanı" 

adlandırmışdır. 1872-ci ildə Xurşidbanunun təşəbbüsü və 

maddi yardımı ilə əsası qoyulan "Məclisi-üns" ədəbi məclisi 

öz  ətrafına otuza yaxın  şair toplamışdır. "Məclisi-üns" 

üzvlərinin sayına və  tərkibinə görə sonradan təşkil edilən 

"Beyti-Fəramuşan" (Şuşa), "Macməüşşüara" (Bakı) və 

"Beytüssəfa" (Şamaxı) məclislərindən fərqlənmişdir. 

F.Köçərli  Şuşa  ədəbi məclislərinin ümumən  şerimizin 

inkişafındakı rolundan danışarkən qeyd etmişdir: "Xüsusən 

Qarabağ şairləri nəhəng qartallar kimi Şuşa dağlarının poetik 

zirvəsində  məskən salaraq, öz fövqlərindən poeziyaya ton 

vermişlər". 

Natəvanın 20 ilə qədər rəhbərlik etdiyi "Məclisi-üns" də 

Azərbaycan, fars dilləri ilə yanaşı, cığatay dilində də qiymətli 

mənzumələr yaranmışdır. Məclisdə klassiklərdən tərcümələr 

edilmiş, Xaqani, Nizami və Füzuli kimi qüdrətli qələm 

sahiblərinin  əsərlərinə  nəzirələr yazılmışdır.  Şeirlərin bir 

qismi də məşğələ zamanı məclis üzvlə- 

  



___________Milli Kitabxana_____________ 

13 


 

 

 



rinin bədahətən söylədikləri beyt və ya düzəlmişdir. 

Aşağıdakı mənzum parça buna yaxşı nümunə ola bilər: 

 

Natəvan. Kaş əzəldən gəlməyəydim, ey fələk, dünyaya mən, 



Kiminə, Gəldiyim gündən əsirəm bir quru sevdayə mən.  

Fənn. Vermişəm dü, bağlayıb bel bir vəfasız dilbərə,  

Nävrəs. Salmışam billah, bəlasız başımı qovğayə  mən. 

Hasən. Əhli-aləmdə, könül, nə sidq vardır, nə səfa,  

Məxfi. Mehrisizdirlər sərasər, kimsədə yoxdur vəfa.  

Təhib. İndi ki, var dustaqlarda hiyləvü kizbi-riya,  

Afiq. Nə gorəydim hiyləni, həm nə düşəydim vayə mən, 

 

Qarabağ  şairləri Azərbaycanın bir çox şəhərləri ilə 



birlikdə, Tiflis, Orenburq, Həştərxan, Buxara, Mərv, 

Bombey, Kəlkotə  və Bağdad  şəhərləri ilə  də  ədəbi  əlaqə 

saxlamışlar. Bu məclislərdə adlı-sanlı  şair, musiqiçi və 

rəssamların sənətkarlığı izlənmiş, onların incəsənətə 

gətirdikləri yenilik müzakirə edilmişdir. Bu zaman 

Xurşidbanunun ilhamla qələmə aldığı "Eylar", "Gətirir", 

"Mən idim", "Sən idin", "Bənzətdim" və "Ölürəm" rədifli 

ürəyəyatan qəzəlləri Azərbaycan 

şairləri arasında 

şeirləşmələrə  səbəb olmuşdur. Qarabağ,  Şəki,  Şirvan, Bakı, 

Quba, Gəncə, Naxçıvan, Ordubad şairləri Natavan 

əsərlərindəki yüksək sənətkarlıqdan təsirlənərək, onlarca 

nazirə və təxmis yazmışlar. 

Natəvan yaradıcılığının bir hissəsini da şairin  şəxsi 

faciəsi ilə əlaqadər olaraq 1885-1886-ci illərdə yazdığı silsilə 

şeirləri təşkil edir. Bu əsərlərdə oğlunun ölümü ilə 

  



___________Milli Kitabxana_____________ 

14 


 

ağır matəmə batan, mənəvi sarsıntılara məruz qalan və göz 

yaşları içərisində boğulan bədbəxt ananın ah-naləsi eşidilir. 

Xurşidbanunun iztirabları,  əzabları çoxaldıqca,  şəxsi kədər 

dairəsindən kənara çıxıb, çox analara məxsus olan ələm və 

qüssə  həddinə çatmışdır. Üz vermiş  fəlakət bəzən də talesiz 

aşiqlərin başına gələn müsibətlər timsalında təzahür etmişdir: 

 

Nə hicrli yarə təqatü halinı vəfa edər,  



Nə vəslə çatmaz əl, edibən dad, ağlaram. 

 

Şair, bəzən də  çəkilməz dərdlərini bəşəri faciə 



səviyyəsinə qaldırır: 

 

Düşəydı çərx gərdişdən, olaydı dəhri-dun viran,  



Bəşər tab eyləməz hərgiz, zəminü asiman ağlar. 

 

Xurşidbanu başına gələn bədbəxtliyin səbəbini yenə  də 



cinayətkar mühitdə,  şər qüvvələr içərisində axtarmış, 

fənalıqlara bais olanlara nifrət yağdırmışdır; 

 

Hicrani-yar səbəb oldu ağlamağıma,  



Ya rəb, görüm həmişə səbəbkarı ağlasın. 

 

Xurşidbanunun bu mövzuda yazdığı  şeirlərində 



analarımızın ağır dərdlərə dözmək, bəlalara sinə  gərmək 

bacarığı böyük ustalıqla nümayiş etdirilir. 

Natəvanın 1886-cı ildə  tərtib etdiyi və hal-hazırda 

Respublika  Əlyazmaları fondunda saxlanılan 227 səhifədən 

ibarət "Gül dəftəri" adlı məşhur albomunda on üç 

  



Yüklə 395,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə