Xurşidbanu Natəvan



Yüklə 395,29 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix07.07.2018
ölçüsü395,29 Kb.
#53677
növüYazı
1   2   3   4   5   6   7   8

___________Milli Kitabxana_____________ 

15 


 

 

şeiri, naturadan çəkdiyi təsvirlər və müasirlərinin lirik 



parçaları toplanmışdır.  Şairlərdən M.R.Fana, M.Məmai, 

H.Yüzbaşıyev albomdakı tikmə və şəkillərə mənzumələr həsr 

etmiş  və Xurşidbanunun sənətkarlığını  Şərqin məşhur 

rəssamları, nəqqaşları ilə müqayisədə qiymətləndirmişlər. 

Ömrünün son beş ili Natəvan üçün həm həyatda, həm də 

sənətdə  ağır və böhranlı keçmişdir. Yaşı altmışı haqlayan 

xəstə  şairin ixtiyarındakı  kənd və yaylaqların xeyli hissəsi 

alınıb Xasay xanın uşaqları arasında bölüşdürülmüşdür. 

1891-ci ildə Seyid Hüseyn həyatdan köçmüş, Natəvanın 

ondan olan üç oğlu, iki qızı vərəsəlikdən məhrum edilmişdir. 

Şairin evindən qiymətli  əşyalar yoxa çıxdığından borca 

düsmüş, Mil düzündən çəkdirdiyi su arxı yarımçıq qalmışdır. 

Borcları ödəmək üçün onun qadın zinətləri,  əkin və  xırman 

yerləri satışa qoyulmuşdur. Ruh düşkünlüyü, naxoşluq  şairi 

ədəbiyyat meydanından çəkilməyə vadar etmişdir. Rəhbərsiz 

qalan "Məclisi-üns" davam gətirməyib dağılmışdır. Nəvvaba 

yazdığı son cavab məktubunda Natəvan öz əhvalını belə şərh 

etmişdir: 

 

Qəmü-əyyamidən çox natəvanəm,  



Əliləm, naxoşam, əfsüıdəcanəm.  

Bir təlildən özüm də bədgümanam  

Məgər kııhi-qəma Fərhad oldum. 

 

Xəstəlik günbəgün 



şiddətlənərək Xurşidbanunun 

vəziyyətini ağırlaşdırmış vo o, 1897-ci il oktyabr ayının 1-də 

Şuşada vəfat etmişdir. Şairin ölümü təkcə Azər- 

  



___________Milli Kitabxana_____________ 

16 


 

 

baycanın yox, bütün Qafqazın qabaqcıl, maarifpərvər 



adamlarını  kədərləndirmişdir. Bu münasibətlə "Qafqaz", 

"Tərcüman" və başqa qəzetələrdə nekroloqlar və Natəvanın 

hayat fəaliyyəti haqqında yazılar dərc edilmişdir. 

Xurşidbanunun vəfatı  şairlər tərəfindən "ədəbiyyat aləminə 

üz vermiş  fəlakət", "şeir məclisində günəşin batması" kimi 

obrazlı ifadələrlə qələmə alınmışdır. 

XX  əsirin ilk yarısıda Xurşidbanunun  şeirlər məcmuəsi 

bir neçə  dəfə çapdan çıxmışdır. Respublikamızın paytaxtı 

Bakıda iki yerdə  şairə  əzəmətli heykəl qoyulmuş, vətəni 

Şuşada tunc büstü ucalmışdır. Natəvanın Ağdamda "İmarət" 

deyilən ailəvi qəbiristanlıqdakı  məzarı üzərinə obelisk 

vurulmuşdur. Onun bədii irsi 1937-ci ildən etibarən rus dilinə 

tərcümə olunaraq Moskvada, Leninqradda və Bakıda çıxan 

ədəbi jurnallarda, antologiyalarda işıqlandırılmışdır. 

Əvvəlki nəşrlərdən fərqli olaraq, bu dəfə oxuculara 

təqdim edilən kitabda şairənin əlyazmalarına əsasən üslub və 

ifadə qüsurlarından təmizlənmiş, vəzn pozuntuları, beyt 

çatişmazlıqları nisbətən aradan qaldırılmışdır. Kitaba 

Natəvanın sonradan tapılan mənzumələri də daxil edilmişdir. 

 

 



Bəylər Məmmədov 


___________Milli Kitabxana_____________ 

17 


 

 

 



 

QƏZƏLLƏR 


___________Milli Kitabxana_____________ 

18 


 

Şuri-eşqin başıma axırı sövda gətirir,  

Bu müşəxəssdi ki, eşq aşiqə qovğa gətirir.  

  

Tari-zülfündü məni böylə giriftar eləyib,  



Nə gələ başıma, ol zülfi-mütərra gətirir.  

  

Gül üzün görmək əgər mümkün olaydı bir dəm,  



Hər zaman görmək onu nuri-mücəlla gətirir.  

  

Qaşü göz, novki-mücə fitnə üçün cəm olmuş,  



Ox atıb, tiğ cəkib, hər biri dəva gətirir.  

  

Könlümü qarət edir eylə ki, tari-zülfün,  



Rumə, sanki həbəşi ləşgəri-yəğma gətirir.  

 

Naqənin varmı şüuru bula aşıq guyin,  



Onu Məcnunə tərəf cəzbeyi-Leyla gətirir.  

  

Yusifin sanma, dübarə görə Yəqub üzün,  



Mehr bazarına gör getsə, Züleyxa gətirir.  

  

Yusifi Misrdə gər aldı Züleyxa nəqdə,  



Nəqdi-can, aşiq olan, əldə mühəyya gətirir.  

  

Sidqi-qəlb ilə nisar etmiş idin can nəqdin,  



Natəvan, mücdə bu gün, qətlinə fərman gətirir 


___________Milli Kitabxana_____________ 

19 


 

 

Hicran ilə kim, daməni-qəm dəstrəsimdir,  



Şadəm ki, xəyalın, gözəlim, həmnəfəsimdir.  

  

Gül ayrısı bir bülbuli-bimarü qəminəm,  



Əfğan ilə bu guşeyi-mehnət qəfəsimdir.  

  

Cismimdəki biman könül haləsi, guya,  



Bir qəmzədə məhmildən asılmış cərəsimdir.  

  

Görmək üzünü qayəti-hər fikrü xəyalım,  



Öpmək ayağın maeyi-şövqü həvəsimdir.  

  

Xurşidə yetər başım əgər, çakərin olsam,  



Bu rütbə ilə aləm əra fəxr bəsimdir.  


___________Milli Kitabxana_____________ 

20 


 

Olmuşam dəhri-bəla içrə bu gün divanə mən,  

Varmadım meyxanəyə, sındırmadım peymanə mən.  

 

Əhdlərdən keçmədim, peymanlər sındırmadım,  



Lacərəm bimehrlə tək, olmuşam əfsanə mən.  

 

Tərki-gülzar etmişəm, bülbül kimi mən, ey rəqib,  



Aqibət bir guşə içrə gəlmişəm əfqanə mən.  

 

Eşq rüxsarında bir dəm vəslilə şad olmadım,  



Hər tərəf seyr eylədim, düşdüm əcəb hicranə mən.  

 

Qəm  yükün çəkməkdən, ey dil, bir dəm azad olmadım,  



Hərçi cəhd etdim, nə hasil,  yetmədim cananə mən.  

 

Duş gördüm kim, gəlibsən gülbeyi-ehzanıma,  



Ol zaman nəzr eylədim canü dilim qurbanə mən.  

 

Görməyim düşvardır, vallah, səni, bil, ey rəqib,  



Zülfə bağlı qoy gedim, axır düşüm zindanə mən.  

 

Dövrü dönmüş dövr dövran etmədi kamımca ah!  



Düşmənimdir, bilməzəm kim netmişəm  dövranə mən.  

 

Varü yoxumdan qalan ancaq mənim bir can idi,  



Natəvan, daxi dedim:  sərf eyləyim mehmanə mən.  

  



Yüklə 395,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə