Xurşidbanu Natəvan



Yüklə 395,29 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix07.07.2018
ölçüsü395,29 Kb.
#53677
növüYazı
1   2   3   4   5   6   7   8

___________Milli Kitabxana_____________ 

27 


 

*** 


Yıxıb bu könlüm evin, eyləyib viran, getmə,  

Yoxumdu tabü-təvan firqətə, cavan, getmə!  

 

Fəda olum sənə mən, səndən ayrıla bilməm,  



Yəqin fəraqın edər qəddimi kaman, getmə.  

 

Səninlə roşən idi qəlbim, ey gözüm nuri, .  



Güman ki, təng ola canimə bu cahan, getmə!  

 

Boyun bəlasın alım, sərv tək yıxılma, oğul,  



Doyunca görməmişəm, getmə, bir zaman, getmə!  

 

Çıxaydı kaş gözüm, görməyəydi hicranın  



Ölüncə bil edərəm naləvü fəğan, getmə!  

 

Səbahə dək oturub çəkmişəm cəfalarını,  



Boyum bərabərisən indi əlaman, getmə!  

 

Yəqin əl çəkəcək dustu aşinalərdən,  



Divanə tək düşəcək çöllərə anan, getmə!  

 

Səninlə kim açılıb qəlbimin şükufələri  



Mürüvvət eylə, əzizim, edüb xəzan, getmə!  

 

Tərəhhüm eylə mənə, dərdü möhnətim çoxdur,  



Qoyub bu hicr bəla içrə Natəvan, getmə!  

 

Di yumma gözlərini, qoy görüm doyunca barı,  



Gözümdə cari edib əşk həm rəvan, getmə.  


___________Milli Kitabxana_____________ 

28 


 

*** 


Əgərçi xoşdu mənə ətri, həm səfası gülün,  

Cəfası çoxdu, nə hasil ki, yox vəfası gülün.  

  

Cəfayi-xarı görüb köçdü bağdən bülbül,  



Görən kim oldu bir gülşəndə aşinası gülün?  

  

Xəzanə meyl elədi, almadı vəfa nəzərə,  



Yetişdi bülbülə çox-çox qəmü cəfası gülün.  

  

Tökər sirişk əvəzində gözüm üzə al qan,  



Olubdu çünkü könül zarü mübtəlası gülün.  

  

Yazılsa nöqtəbənöqtə, deyilsə hərfbəhərf,  



Qutarmaz həşrə qədər halü macərası gülün. .  

  

Üzari-alinə baxdıqca qan olur dillər,  



İlahi, həddən aşır möhnətü bəlası gülün.  

  

Xəta yoluna düşüb bülbülə cəfa qıldı,  



Xətaya saldı özün aqibət xətası gülün.  

  

Cahanda zərrə qədər olmaz, ey könül, xəndan  



Ki, xuni-bülbül əgər olmasa ğəzası gülün.  

  

Tutardı xuni-cigərdən olaydı gər sirab  



Günəş tək hər tərəfi, Natəvan, ziyası-gülün.  


___________Milli Kitabxana_____________ 

29 


 

 *** 


 

Firiştətələtü məhruyü xoşliqa, getmə!  

Cəmalı qəlbimə daim verən ziya, getmə!  

  

Məsih tək, nəfəsi mürdəni edən ehya,  



Dəhanı içrə olan çeşmeyi-bahə getmə!  

  

Əsiri-danə olub, dami-zülfə düşdü könül  



O növ silsilədən kim edər rəha, getmə!  

  

Mərizi-eşq olana neyləsin təbibi-zaman?  



Səvayi-şəhdi-ləbin yoxdu bir dəva, getmə!  

  

Kəmali-şövqlə qoy eyləyim Xəlilasa  



O xaki-məqdəminə canımı fəda, getmə!  

  

Əgər fəraqını görsəm, görən gözüm çıxsın!  



Gözümdə xaki-rəhin eyni-tutiya, getmə!  

  

Təvafi-kuydə səyim necə olur hasil?  



Ona ki, zikri-ləbin verməsə səfa, getmə?  

  

Xəzinə gövhəri tək olmusan nəhan gözdən,  



Vücudunu eləyib məhz kimiya, getmə!  

  

Rəqib tənəsi, hicran qəmi olur müşgül,  



Bu  Natəvanə görüb onları rəva, getmə!  


___________Milli Kitabxana_____________ 

30 


 

*** 


 

Nədir murad, fələu etməz imtahan tərkin?  

Güli-füsürdə qılır cövri-gulsitan tərkin.  

  

Necə qərinə keçib, çəkməz əl cəfasından,  



Budur məramı, qıla sərv busitan tərkin.  

  

Fəraqə düşmüşəm, olmuş müdam işim əfğan,  



Məgər gül olmazsa, bulbül edər fəğan tərkin?  

  

Cahanı tərk edərəm, cümlə dövlətü varın,  



Mahaldır eləmək böylə nocavan tərkin.  

  

Çəkib fəraq, olalı dərdü qəm giriftarı,  



Sirişkimin, olumu eyləmək rəvan tərkin?  

  

Nə oldu, gənci-rüxün eylədi nəhan gözdən!  



Xəzinə sahibi eylərmi pasiban tərkin?  

  

Qədim rəsmdi kim, mülki-dil olur viran,  



O dəm ki, məmləkətin qılsa xosrovan tərkin.  

  

Nə bais oldu ki, tez kəsdi məndən ünsiyyət,  



Qərarü səbrü təvan etdi Natəvan tərkin.  


___________Milli Kitabxana_____________ 

31 


 

*** 


Ey dust, yararmı böylə iqrar?  

Yar olduğum idi, oldum əğyar,  

  

Sən qeyrilər ilə üns tutdun,  



Bilməm niyə yarını unutdun?  

  

Sən qeyr ilə həmzəbanü yekdil,  



Əmma, mənə ruzgar müşkil.  

  

Bəsdir mənə verdiyin bu xiffət  



Əğyar arasında, bimürüvvət!  

  

Birəhmlik etdiyin yamandır,  



Bir rəhm elə kim, aman, amandır!  

  

Bax bir fələkə, gör indi, zinhar,  



Gör kimlər ilə edibdir iqrar?  

  

Əfsus ki, keçdi ruzigarım,  



Ahım sənə çatmaz, ey nigarım!  

  

Biganəlik etmə, aşinayəm,  



Dərgahinə kəmtərin gədayəm.  

 

Hər an ki, məni bu halə salmış,  



İndi belə qeylü-qalə salmış.  

  

Gəl rəhm qıl indi, padşahım!  



Əflakə yetişdi dudi-ahım.  


___________Milli Kitabxana_____________ 

32 


 

  

Sən yar ilə zövqdə, səfadə,  



Mən burda bu cevr ilə cəfadə.  

  

Vaxtında səi aşinalıq eqdin  



Döndün belə bivəfalıq etdin.  

 

Təqsir kimin oldu padşahım?  



Bildir ki, mənə nədir gunahım?  

  

Bəs neyləsin, indi bu dili-zar?  



Gör kimlər ilə çəkərdim azar.  

  

Sən nazin ilə ol indi xürrəm.  



Əğyar ilə qəm çəkim dəmadəm.  

  

Sən eyşdə əyləş indi xoşdil,  



Mən hicridə, həm məlulu müşgül.  

  

Öldür məni, olsun əllərin var,  



Səbr eylə, gözüm, nə təqsirim var.  

  

Qəhr ilə çəkərdim ah candan,  



Ah çəkməyir ad bu Natəvandan.  

  



Yüklə 395,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə