Xurşidbanu Natəvan



Yüklə 395,29 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix07.07.2018
ölçüsü395,29 Kb.
#53677
növüYazı
1   2   3   4   5   6   7   8

___________Milli Kitabxana_____________ 

33 


 

*** 


Nə oldu bülbülə kim, qıldı gülsitan tərkin  

Unutdu güllərini, etdi aşiyan tərkin.  

  

Kim ilə münis olubdur, kimə salıb meylin?  



Rəvamidir eləmək yari-mehriban tərkin?  

  

Könül ki, xari-cəfadən həmişə nalandır.  



Yaralıdır, eləməz naləvü fəğan tərkin.  

  

Çiraği-rövşəni-bəzmi-umid ikən, ya rəb,  



Səbəb nə oldu, o məh etdi həmzəban tərkin?  

  

Baxarmı qeyrilərə çeşmi piri-Kənanın?  



Edərmi aşiq olan Yusifi-zaman tərkin.  

  

Sənin fəraqinə canımda tabu taqət yox,  



Təni-fusürdə, əziza, edərmi can tərkin?  

  

Cəhanı tərk eləməz kim ki, aşiqi-candır,  



Həyatdan üzüb əl, eyləməz cəhan tərkin.  

  

Qərari-canım idi, kəsdi can təvanəsini  



Üzüldü qüvvəti-can, etdi Natəvan tərkin.  


___________Milli Kitabxana_____________ 

34 


 

*** 


Özün eşq atəşinə vurmağa dilşad pərvanə,  

Bəli, bir dəfə yanmaqdan olur azad pərvanə.  

 

Görür məclislər içrə şəmi hər şəb yar, əğyarə,  



Onunçün yanmağın tərhin qılır bünyad pərvanə.  

 

Sənə, ey şəm, töhmətlər qılır məşuqlər içrə,  



Əgərçi xərməni-ömrün qılır bərbad pərvanə.  

 

Demə məşuqə bipərvadı, şəmə kim məlamətdən  



Verib can sübhədək oldu vəfadən şad pərvanə.  

 

Bilib şəmin vəfasın cismü canın atəşə yaxdı.  



Qəmi-hicran dəmi-vəslətdə etdi yad pərvanə.  

 

Cəfayi-hicridən canə yetib şövqi-vüsal ilə,  



Yanıb şəmin oduna etmədi fəryad pərvanə.  

 

Yanar çün Natəvan xəstə, müdam ol atəşi-qəmdən,  



Səbur ol, eylə adət şiveyi-ustad, pərvanə!  

  



___________Milli Kitabxana_____________ 

35 


 

*** 


Ey güli-susən, səni bir natəvan çəkmiş məgər?  

Bir məhi-ali məqamə bəndivan çəkmiş məgər?  

  

Beylə tarik rəng ilə girmiş o qəsrə bilməyib,  



Sillələr rüxsarınə ol bağban çəkmiş məgər?  

  

Çünki bu gülşəndə sərkərdan gəzənlər çoxdu, çox,  



Ol səbəbdən pasibanlar xoş nişan çəkmiş məgər?  

  

Rəngü buyindən müzəyyəndir büsati-bəzmi-gül,  



Xameyi-nəqqaşi-qüdrət gülsitan çəkmiş məgər?  

  

Bu qədər lütfü nəzakət kim sənin hüsnündədir,  



Lütfi-təbilə səni ol Natəvan çəkmiş məgər?  

  



___________Milli Kitabxana_____________ 

36 


 

*** 


Səninlə, ey büti-məhruy, mehriban mən idim,  

Ənisü-munis idim, yari-mehriban mən idim.  

  

Cəmalının gülünə nişi-xar tapmadı əl  



Ki, hüsn bağına peyvəstə bağban mən idim.  

  

Səriri nazdə sən xabi-naz edən gecələr,  



Səbahədək səri-guyində pasiban mən idim.  

  

Səbəb nə oldu məni hicrə mübtəla qıldın?  



Nisar edən səri-guyində cismü can mən idim.  

  

Rəvadı bunca çəkim dərdi-firqətin, axır,  



Visal günləri, ey dust, kamran mən idim.  

  

Bəla xədənkinə, neylim, məni nişan qıldın,  



Rəqib tənəsinə xatiri-nişan mən idim.  

  

Səlamət əhli nə bilsin nədir məlaməti-eşq?  



El içrə şöhrəti-eşq ilə dastan mən idim.  

  

Driğ, yanmadı yar, görmədi fəraq odunu,  



Neçün güman eləməz eşqdə yanan mən idim.  

  

Həmişə vəslin ilə şadü xürrəm olmuşdum,  



Bu hicr oduna yanan zarü Natəvan mən idim.  

  



___________Milli Kitabxana_____________ 

37 


 

*** 


Yanar canım, oğul, daim sənin nari-fəraqında,  

Necə pərvanələr hər dəm yanar şəmin ayağında.  

  

Guli-ruyün həvasilə çıxar əflakə əfğanım  



Olur bülbül nəvası gül fəraqü iştiyaqında.  

  

Sənin vəslin xəyaliylə gözü könlüm gəzər daim  



Ki, çün Məcnuni-sərgəştə, gəzər Leyla sorağında.  

  

Nəhali-qamətin zikri mənim virdi-zəbanımdır,  



Dəmadəm naleyi-qumri olur sərvin budağında.  

  

O şirin ləblərin şövqü günü-gündən olur əfzun,  



Əgər Fərhad tək yüz il dolansam hicr dağında.  

  

Hərisəm bəs ki, ol şirinzəbanın zikrinə hərdəm,  



Olur xoş nitqli tuti, şakər olsa dəmağında.  

  

Sənin hicrin odu,  Abbas, dəxi,  çıxmaz ki,  canımdan,  



Səməndər tək yanar daim anan nari-fəraqında.  

  

Uçub şəhbaz tək könlüm, gəzərdi vəsl bağında,  



Pərü balını sındırdı fələk, bu pir çağında.  

  

Gözümdə tardır dövran, məhü xurşidi-nurəfşan,  



Məhaq içrə olub pünhan, sanasan çərx tağında.  

  

Sirişkim   birlə   kim,   xali  deyildir   qamətin  gözdən  



Nə tez düşdü təravətdən o sərvin su qırağında.  


___________Milli Kitabxana_____________ 

38 


 

  

Nolaydı  gur   olaydım,  görməyəydim  gül  kimi  cismin,  



Qalıbdır tirə xak içrə, məzarın gün qabağında.  

  

Könüldə  həsrətim   qaldı,   məzarın  heyf  kim,   bir  dəm  



Səni ta görmədim xürrəm, oğul, damad otağında.  

  

Nədəndir intizar ilə, o şəhla göz baxar heyran,  



Gözüm ol gözlərə qurban, baxar ahu sayağında.  

  

Həmişə zarü dilməhzun, tökər gözdən sirişki-xun,  



Pərişan hal ilə daim, qəmü mehnət bucağında.  

  

Qəmi-hicran edib tüğyan, qalıbdır Natəvan suzan,  



Rəvan əşki-bəsər hər yan olan gözlər bulağında.  


Yüklə 395,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə