Xurşidbanu Natəvan



Yüklə 395,29 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix07.07.2018
ölçüsü395,29 Kb.
#53677
növüYazı
1   2   3   4   5   6   7   8

___________Milli Kitabxana_____________ 

39 


 

*** 


Hicrin edibdi könlümü bərbad, ağlaram,  

Çoxlar tutar bu halıma irad, ağlaram.  

  

Könlüm evi xərabtər oldu fəraqdən,  



Vəslin bu mülkü etmədi abad, ağlaram.  

  

Dami-fəraqdəkən, çox ilahü labələr  



Etdim, nə sud, etmədi azad, ağlaram.  

  

Nə hicri-yarə taqətü halım vəfa edər,  



Nə vəslə çatmaz əl, edibən dad ağlaram.  

  

Çəkdikcə cövri-hicrini könlüm fərəh tapar,  



Şadam bu əmrə, bəs niyə naşad ağlaram?  

  

Guyində məhrəm etdi rəqibi, səfa ilə  



Qəhr ilə etmədi məni həm yad, ağlaram.  

  

Hicrində xoşdur ağlamaq ahü fəğan ilə,  



Səs verməsə bu naləvü fəryad, ağlaram.  

  

Çün Natəvani-zarü zəifəm fəraqdən,  



Bu gündə yar etməsə imdad, ağlaram.  


___________Milli Kitabxana_____________ 

40 


 

Ey əhli-dil, Fənanı qoyun barı ağlasın,  

Əğyarə çünki yar olub yarı, ağlasın  

 

Mən etmək aşiqi, nə rəva, ahü zardan?  



Çox dərdi var, qoyun ki, sizi tarı, ağlasın.  

  

Gizlin xəyalı var ki, belə ahü zar edər,  



Öz halinə qoyun bu diləfkarı, ağlasın!  

  

Bülbül nəvası bisəbəb olmaz bu bağdə,  



Gördükcə, hər zaman, gül ilə xarı, ağlasın.  

  

Hicrani-yar oldu səbəb ağlamağına,  



Ya rəb, görüm, həmişə səbəbkarı ağlasın!  

  

Vursun əlilə başına hər şam, ta səhər,  



Yarə qəm içrə olmadı qəmxarı, ağlasın.  

  

Şami-fəraqdə qalıban zarü xəstəhal,  



Saldıqca yadə ol məhi-rüxsarı, ağlasın.  

  

Səsləndi Natəvanə ki, ərbabi-qəm tamam  



Hali-Fənayə cəm olub elcarı ağlasın!  

   



___________Milli Kitabxana_____________ 

41 


 

*** 


Səhərgəh nagahan gördüm dili-zarım nihan ağlar,  

Sirişgi-alilə hərdəm çəgər ahü fəğan ağlar.  

 

Sual etdim nə baisdir çıxıb əflakə əfqanın?  



Tökər  xuni-cigər  ceşmin,   axar hər yan rəvan  ağlar?  

 

Könül  huşyar  imiş  məndən,  dedi:   Badi-səbadan  sor!  



Sərasimə qalıb heyran, çəkər ah, əlaman, ağlar.  

 

Səbadan sordum əhvalı ki, ey hər haldan agah,  



Nə vaqedir, səni tarı, olub dil natəvan ağlar?  

 

Dəxi badi-səba, gördüm, bəsi   dilkiru nalandır,  



Təkəllüm yox bəyan etsin, qalıbdır bizəban, ağlar.  

 

Tutulmuş nitq güftarı, dedi: Ey Natəvan xəstə,  



Necə şərh eyləyim halı ki, cümlə insü can ağlar.  

 

Gəzirdim bağu səhranı, pərişan halilə, gördüm  



Dəyib badi-xəzan sərvə qurumuş, bağban ağlar.  

 

Zəban sözdən qalıb xali, tərəhhüm etdim əhvalı,  



Gözümə tar olub dünya, dəmadəm cismü can ağlar.  

 

Bəli, gər gül budağına toxunsa tünd badi-dəhr,  



Pərişan olsa gül bərki, edər bülbül fəğan, ağlar,  

 

Pozuldu rövnəqi-gülşən, dağıldı zinəti bağın,  



Düşüb tabu təravətdən, gül ağlar, gulsitan ağlar.  


___________Milli Kitabxana_____________ 

42 


 

 

Düşəydi çərx gərdişdən, olaydı dəhri-dün viran,  



Bəşər tab eyləməz hərgiz, zəminü asiman ağlar.  

 

İlahi, görməsin gözlər, yaman gündür belə günlər,  



Aman verməz qəmü möhnət, hamı pirü cavan ağlar.  

 

Firavandır qəmim, şərhin bəyan etmək deyil mümkün,  



Yaz, ey müstovfiyi-aləm, mudam əhli-cahan ağlar.  

 

Midad olsa əgər dərya, qələm olsa əgər əşcar,  



Başa  yetməz  qəmim şərhi,  qələm  hər ləhzə qan ağlar.  

 

Tənim rəncur, dil xəstə, dəxi bir qəmkusarım yox,  



Kimə şərh eyləyim dərdim, gedər tabü tavan ağlar.  

 

Bəli, cün kövkəbi-tale vəbal etsə fələk içrə,  



Nühusətlə qiran eylər, olur gün gər yaman ağlar.  

 

Bu divani-qəzavətdir, müqəddər ruzi-əzzəldən !  



Ki, hər dəm növbənöv qəmlər yetər, bu Natəvan ağlar.  

 

Kəsilmiş taqətü-tabım, başımdan əql məhv olmuş,  



Gözüm əşki rəvan zahir, könül daim nihan ağlar.  

 

Dəvasız dərdi-bidərman, qalıb məhzunu sərgərdan,  



Ərəstu ilə həm Loğman, Fəlatuni-zaman ağlar.  

 

Təmamən dərdü qəmlərdən fəraqın dərdi əfzundur,  



Onunçun Natəvan hər dəm olub nalan, qan ağlar.  


___________Milli Kitabxana_____________ 

43 


 

*** 


Nədəndir səndə əylənməz güli-dövran, xuda hafiz.  

Mənə həm gəldi getmək növbəti, yaran, xuda hafiz!  

 

Cahanda olmadı bir də görəydim mah rüxsarın,  



Nə qədri cəhd qıldım, olmadı imkan, xuda hafiz!  

 

Neçin sən tərki-mehr etdin, vəfadən əl çəkərlərmi?  



Məgər əhdi vəfa etməz məhi-xuban, xuda hafiz!  

 

Rəqiblər qoymadı yetsin əlim bir daməni-vəslə,  



Xəyalilə keçirdim ömrümü nalan, xuda hafiz!  

 

Nə səbrü taqətim qaldı, nə əqlü huş bilmərrə,  



Onunçün çeşmi-pürxunum olur giryan xuda hafiz!  

 

O gün kim məhşəri-kübra olur, vəhm et o gündən ki  



Tutub dərmanını dildən çəkim əfqan, xuda hafiz!  

 

Üzüb əl Natəvan candan ki, ta ümmidi-vəsl etməz,  



Dili  qəmgin,  cigər  pürxun,   olub  suzan,   xuda   hafiz!  


___________Milli Kitabxana_____________ 

44 


 

 

*** 



Kəcrəvişdir bu asiman, əfsus!  

Bivəfadır cahanü can, əfsus!  

  

Nə yaman dağ imiş oğul dağı,  



Mənə üz verdi imtahan, əfsus!  

  

Göz evin qoydu nagəhan xali,  



Oldu ol mərdümün nəhan, əfsus!  

  

Mehrini kəsdi mən bəlakeşdən,  



Oldu xak ilə mehriban, əfsus!  

  

Ey gözüm nuri, hasili-canim,  



Çəkərəm sənsiz əlaman, əfsus!  

  

Sərv qəddin düşübdü xak üzrə,  



Sənə bid oldu sayəban, əfsus!  

  

Səni ləbtəşnə yad edəndə olur  



Göz yaşım cuy tək rəvan, əfsus!  

  

 




___________Milli Kitabxana_____________ 

45 


 

 

 



İzzətü cahü dövlət icrə səni  

Görmədim bircə kamran, əfsus!  

  

Arizuvu həvəs xəcil səndən,  



Olmadın hic şadman, əfsus!  

  

Səni ağuşə çəkdi xaki-siyah,  



Əşkdən bağrım oldu qan, əfsus!  

  

İtirib bu şüküftə qönçəsini,  



Qaldı sərkəştə Natəvan, əfsus!  


___________Milli Kitabxana_____________ 

46 


 

*** 


Mənə bədtərdi düzəxdən, əzizim, gülsitan sənsiz!  

Odur hər sünbülü susən gözümdə bir tikan sənsiz!  

  

Vəfasız dəhri-dun içrə əgər şəkkər qəzam olsa,  



Olur zəhri-həlahil, tutiyi-şirinzəban sənsiz!  

  

Səbəb noldu ki, məndən mehr.kəsdin, mehriban bülbül!  



Olub qumri kimi ku-ku yenə virdi-zəban sənsiz!  

  

Xoş ol günlər ki, vəslindən edərdim kami-dil hasil,  



Olunca mübtəla hicrə, çıxaydı kaş can sənsiz!  

  

Əlif tək sərv qəddin, can içində getdi, qəmxarim,  



Necə  aram  tutsun,   bilməzəm,   cism  içrə  can  sənsiz?  

  

Çıxar sübhü məsa əflakə dudi-şöleyi ahim,  



Zəbani-halimə kiryan olur kərrubiyan, sənsiz.  

  

Nəzər qıl, qönçeyi-lalə misalı bir-biri üstən  



Çəkilmiş sinəmə, gör kim, necə daği-nəhan sənsiz!  


___________Milli Kitabxana_____________ 

47 


 

 

*** 



Nə mən olaydım, ilahi, nə də bu aləm olaydı,  

Nə də bu aləm ara dil müqəyyədi-qəm olaydı.  

  

Nə hicr atəşinə odlanıb yanaydı dilim,  



Nə eşqin içrə könül böylə şad xürrəm olaydı.  

  

Nə sərv qəddin olaydı, nə həsrətilə gözüm gur  



Nə ruzgar fəraqində qamətim xəm olaydı.  

  

Nə bəhr olaydı, nə ümman, nə böylə göz  yaşı cari,  



Nə gül üzündə, ilahi, bu növi şəbnəm olaydı.  

  

Nə gül olaydı, nə gülzari-gülşənin dəxi seyri,  



Nə xar möhnəti, bülbül, səninlə möhkəm olaydı.  

  

Nə cah olaydı, nə zindan, nə karivan güzəri,  



Nə Yusifi bu bəladə görən bir adəm olaydı.  

  

Nə bəzm,  olaydı,  nə bazari Yusif əhvalı.  



Nə rəhgüzərdə Züleyxa qəm ilə həmdəm olaydı.  

  

Nə ah olaydı, nə əfsus, nə parə-parə könül,  



Nə Natəvanın,  ilahi, həvəsı dərhəm olaydı

!  



___________Milli Kitabxana_____________ 

48 


 

*** 


Qoyubdur intizarında, neçin gəlməz, neçin gəlməz?  

Həmişə ahü zarında, neçin gəlməz, neçin gəlməz?  

  

Üzüldüm karivanımdan, əl üzdüm xanimanımdan,  



Fələk incir fəqanımdan, neçin gəlməz, neçin gəlməz?  

  

Gedibdir qafilə salar, olubdur gözlərim xunbar,  



Nə bir yarü, nə bir qəmxar, neçin gəlməz, neçin gəlməz?  

  

Könüldə ahü zarım var, səbrü nə qərarım var,  



Deməz bir dilfikarım var, neçin gəlməz, neçin gəlməz?  

  

O zülfü nərgisi-məstə, könül çoxdandı pabəstə,  



Məni hicran edib xəstə,  neçin gəlməz,  neçin gəlməz?  

  

Səri-kuyin gəzən könlüm gülü-ruyin sevər könlüm,  



Vüsalın çox dilər könlüm, neçin gəlməz, neçin gəlməz?  

  

Alıbdır canımı hicran, olubdur gözlərim giryan,  



O məhvəş, nazənin canan, neçin gəlməz, neçin gəlməz?  

  

Mənə   hicran   məşəqqətdir,   fəraqın   dərdi   möhnətdir,  



Nigarım xeyli müddətdir neçin gəlməz, neçin gəlməz?  

  

Əzizim,   göz   yaşım   qandır,   işim   fəryadü   əfqandır,  



O yarım harda mehmandır, neçin gəlməz, neçin gəlməz?  

  

Yanar canım fərağından, tutar könlüm sorağından  



Ki, çıxsın yar otağından, neçin gəlməz, neçin gəlməz?  


___________Milli Kitabxana_____________ 

49 


 

  

 



Əlimdə ixtiyarım yox, gedib, səbrü-qərarım yox,  

Yanımda gül-üzarım  yox,  neçin gəlməz,  neçin gəlməz?  

  

Səba, ol məhliqa dilbər, alıbdır canımı yeksər,  



Könül  ancaq  onu   istər,   neçin   gəlməz,   neçin  gəlməz?  

  

Yetibdür ərş üzə dadım, tutub dünyanı fəryadım,  



Mənim   ol   sərvi-azadım   neçin   gəlməz,   neçin   gəlməz?.  

  

Qalıbdır Natəvan nalan, gecə-gündüz olur giryan,  



Onun yox dərdinə dərman, neçin gəlməz, neçin gəlməz?  

  



___________Milli Kitabxana_____________ 

50 


 

*** 


Bilən bu dərdimi yoxdur bu halətdə, bu halətdə.  

Tutubdur könlümü mehnət bu  firqətdə, bu  firqətdə.  

  

Neçün əhvalımı bilməz o mahi-mehriban, ya rəb?!  



Nədən  heç  dadıma  yetməz bu  müddətdə, bu  müddətdə?  

  

Gedibdir taqətim  dizdən, tükənmiş nur həm gözdən,  



Neçün   ülfət   kəsib   bizdən   bu   qürbətdə, bu qürbətdə.  

  

Deyin yari-vəfadarə, o, çox uymasın əğyarə,  



Kərəm   qılsın   məni-zarə bu  xiffətdə, bu  xiffətdə.  

  

Ataram sərü samanı, dağıdaram bu viranı,  



Yolunda qoymuşam canı bu mehnətdə, bu mehnətdə.  

  

Özümdə intizarım var, dilimdə iztirabım var,  



Rəqiblər yar, mən əğyar bu qəflətdə, bu qəflətdə.  

  

Vətəndən   ayrılıb   getdim,   rəhi-eşq içrə seyr etdim,  



Mən hicrində cana   yetdim  bu həsrətdə,  bu həsrətdə.  

  

Məni qoydu fəraqında, həmişə iştiyaqında,  



Həyatın songu cağında, bu üsrətdə, bu üsrətdə.  

  

Dolandım hicr dağında, əyildim qəm otağında,  



Xəyal hüsnün sorağında bu saətdə, bu saətdə.  

  

Xəyalım  yar  ilə getmiş,  dilim  hicr  ilə odlanmış,  



Cəsəd həm Natəvan qalmış bu  zillətdə, bu  zillətdə.  


___________Milli Kitabxana_____________ 

51 


 

*** 


Varımdı sinədə dərdü qəmi-nihan, ölürəm,  

Fəda olum sənə, gəl eylə imtahan, ölürəm!  

 

Fəraqdan gecələr yatmaram sabaha kimi  



Xəyali-zülfünə bağlı gedibdi can, ölürəm.  

 

Bahari-hüsnün ara gör necə xəzanəm mən,  



Bahar laləsi tək bağrım oldu qan ölürəm.  

 

Vərəq-vərəq dilü can hicrin içrə odlandı,  



Misali gəncafə səd parə oldu can, ölürəm.  

 

O xaki-payini mən aşiyanə etmiş idim,  



Vətəndən ayrı düşüb, indi laməkan ölürəm.  

 

Dedin ki, çək əlini damənimdən, - əl çəkdim.  



Tərəhhüm eyləmədin axır, ey  cavan, ölürəm.  

 

Çəkərdim həsrətini, görmədim xudahafiz,  



Olubdu indi işim naləvü fəğan ölürəm.  

 

Fəda o qəmətinə kim, qəza nə xoş çəkmiş,  



Kədər büküb belimi, eyləyib kaman, ölürəm.  

 

Lud  Fəraqdan tügənib tabü taqətim, billah,  



Vüsalə yetməz əlim, zarü Natəvan ölürəm.  

  

  



 


___________Milli Kitabxana_____________ 

52 


 

 

 



*** 

Keçibdi mövsimi-gül, getdi növbahar, əfsus!  

Qalıbdı bülbüli-biçarə xarü zar, əfsus!  

  

Riyazi-izzü şərafətdə bir gül açmışdı,  



Qopardı ol gülü gülçini-ruzigar, əfsus!  

  

O gül ki, qibtə edərdi ona behişti-çəmən  



Tutubdu indi yer altında o, qərar, əfsus!  

  

O gülbədən ki, ipək köynək incidərdi onu,  



Olubdur indi o, torpaqla xakisar, əfsus!  

  

Sən allah, ey qara torpaq, onu əziz saxla!  



Odur mənim gözümün nuru, ey məzar, əfsus!  

  

O taza ay hələ bədr olmamış tamamü-kamal  



Batırdı ol ayı bu çərxi-ruzigar, əfsus!  

  

O pak olan uca göylərdə bürci-Xurşiddən  



Parıldadı uca bir ulduz, oldu tar, əfsus!  


___________Milli Kitabxana_____________ 

53 


 

*** 


Nə ev xayalı, nə də fikri-aşiyanə mənə  

Ki, bəsdir unsi-fərağət misalı lanə mənə.  

  

Səni görəndə şadam, görməyəndə zar oluram,  



Visalın ilə sevindi, demə bəhanə mənə!  

  

Ölüncə qəlbimə dağdır məhəbbətin fikri  



Ki, yadigar kimi qalsın bu dağ nişanə mənə.  

  

Bu ruzigardə mən zaru binəva qaldım,  



Qəribədir, verir üz mehnəti-zəmanə mənə.  

  

Pənahgahıdı çox Natəvani-qəmzədənin,  



İlahi, qalsın həmişə bu asitanə mənə!  


___________Milli Kitabxana_____________ 

54 


 

*** 


Ey dust, yararmı böylə iqrar?  

Yar olduğum idi, oldum əğyar,  

  

Sən qeyrilər ilə üns tutdun,  



Bilməm niyə yarını unutdun?  

  

Sən qeyr ilə həmzəbanü yekdil,  



Əmma, mənə ruzgar müşkil.  

  

Bəsdir mənə verdiyin bu xiffət  



Əğyar arasında, bimürüvvət!  

  

Birəhmlik etdiyin yamandır,  



Bir rəhm elə kim, aman, amandır!  

  

Bax bir fələkə, gör indi, zinhar,  



Gör kimlər ilə edibdir iqrar?  

  

Əfsus ki, keçdi ruzigarım,  



Ahım sənə çatmaz, ey nigarım!  

  

Biganəlik etmə, aşinayəm,  



Dərgahinə kəmtərin gədayəm.  

 Hər an ki, məni bu halə salmış,  

İndi belə qeylü-qalə salmış.  

  

Gəl rəhm qıl indi, padşahım!  



Əflakə yetişdi dudi-ahım.  

  



___________Milli Kitabxana_____________ 

55 


 

Sən yar ilə zövqdə, səfadə,  

Mən burda bu cevr ilə cəfadə.  

  

Vaxtında səi aşinalıq eqdin  



Döndün belə bivəfalıq etdin.  

 

Təqsir kimin oldu padşahım?  



Bildir ki, mənə nədir gunahım?  

  

Bəs neyləsin, indi bu dili-zar?  



Gör kimlər ilə çəkərdim azar.  

  

Sən nazin ilə ol indi xürrəm.  



Əğyar ilə qəm çəkim dəmadəm.  

  

Sən eyşdə əyləş indi xoşdil,  



Mən hicridə, həm məlulu müşgül.  

  

Öldür məni, olsun əllərin var,  



Səbr eylə, gözüm, nə təqsirim var.  

  

Qəhr ilə çəkərdim ah candan,  



Ah çəkməyir ad bu Natəvandan.  

  



___________Milli Kitabxana_____________ 

56 


 

 

 



  

Buraxılışa məsul:  



Əziz Güləliyev 

Texniki redaktor.   



Rövşən Ağayev 

Tərtibatçı-rəssam:  



Nərgiz Əliyeva 

Kompyuter səhifələyicisi: 



Aslan Almasov 

Korrektorlar:  



Sadiq Hüseynov 

Ceyran Abbasova 

 

 



 

 

 



 

Yığılmağa verilmişdir 05.08.2004. 

Çapa imzalanmışdır 19.11.2004. 

Format 60x90

1

/

32



 Fiziki çap vərəqi 2,75. 

Ofset çap üsulu. Tirajı 25000. Sifariş 185. 

Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur. Bakı, 

Aşıq Ələsgər küç., 17. 



Yüklə 395,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə