Xvi mövzu: Hisslər və emosional hallar



Yüklə 62 Kb.
Pdf görüntüsü
tarix20.09.2017
ölçüsü62 Kb.
#624


 



 



XVI  Mövzu:

 

 

Hisslər və emosional hallar

 

 

 

 

 

 

 

PLAN: 

1. 


Emosiya və hisslər haqqında anlayış.

 

2. 



Hisslərin fizioloji əsasları. Onların siqnal, kommunikativ və tənzimetmə 

funksiyaları.

 

3. 


Hisslərin keçirilmə formaları. Emosiyalar. Əhvallar. Affektlər. Stres. 

Frustra


siya halları.

 

4. 



Emosional hallar və onların xarici ifadəsi.

 

5. 



Hisslər və şəxsiyyət. Ali hisslər.

 

 



     

ƏDƏBİYYAT:

 

1. 


Ə.S.Bayramov, Ə.Ə.Əlizadə. Psixologiya. B., “Çinar

-

çap”, 2002. 



 

2. 


Ümumi psixologiya. (A.V.Petrovskinin redaktorluğu ilə). B., “Maarif”, 1982.

 

3. 



Общая  психология.  (Под.  ред.  В.В.  Богословского,  А.  Г.Королева, 

А.А.Степанова) М., «Просвещение, 1981.

 

4. 


Р.С.Немов. Психология. М., «Просвещение», 199

0. 


5. 

R.İ.Əliyev. Psixologiya. Bakı, Nurlan, 2008. səh 251

-254. 

 

 

İnsan  ətraf  xarici  aləmin  cism  və  hadisələrini  qavrayarkən  onlara  qarşı 

passiv  seyrçi  münasibətində  olmur,  həm  də  müəyyən  tərzdə  onlara  öz 

baxışlarını, münasibətini bildirir.

 

Bəzi hadisələr insanda  sevinc, fərəh, digərləri 



nifrət  və  qorxu  və  ya  etinasızlıq  münasibəti  yaradır.  Biz  qarşılaşdığımız    bəzi 

ada


mlara  hörmət və ehtiram bəsləyir,  digərlərinə nifrət bəsləyir,  üçüncü qrup 

insanlara    qarşı  etinasız,  soyuqqanlı  və  laqeyid  münasibət  bəsləyirik.  İnsan 

özünün  bəzi  hərəkətlərinə  görə  qürur  və  ya  iftixar  hissi  keçirir,  başqa 

hərəkətlərinə görə utancaqlıq, vicdan əzabı və ya həya hissi keçirir.

 



 

 



Sevinc,  kədər,  qorxu,  həya,  günah,  məhəbbət,  şübhə  və  s.  bütün  bunlar 

varlıq  və  hadisələrə  insanın    münasibətlərinin,  onun  daxili  yaşantılarının 

inikasıdır. 

 

 



Psixologiyada hissələrə belə bir tərif verilir:

 

 



İnsanın  ətraf  xarici  aləmin  cism  və  hadisələrinə,  başqa  adamlara  və 

özünə münasibətdə əks olunan  emosional vəziyyət

 

hisslər adlanır.

 

 

Gündəlik  həyatda  və  bədii  ədəbiyyatlarda  biz    hiss  sözünə  tez

-tez  rast 

gəlirik.  Bəzən  insanın  duyğularını,  həvəs  və  arzularını,

 

bəzən  isə  dərketmə 



fəaliyyətini hiss adlandırırlar. Əslində isə, “hiss”

 

sözü bir elmi termin kimi canlı 



varlıqların    beynində  təlabatların    ödənilməsinə  münasibəti  əks  etdirən 

emosional  vəziyyətin  inikasıdır.  Duyğular  hissi  idark  forması  olduğu  halda, 

his

slər emosional vəziyyətin, varlığın inikasıdır. 



 

 

Emosiyalar 

nisbətin  bəsit hisslərdir, hisslərin keçirilmə formasıdır. Klakin 

emosiyaları  heç  də  insanın  bəsit  instinktiv 

 

davranış  formaları,    təbii 



təlabatlarının  (aclıq,  susuzluq,  cinsi  həvəs  və  s.)  təzahürləri  ilə    bəsitləşdirmək 

olmaz,  məsələn,  vətənpərvərlik,  övlada,  anaya  məhəbbət,  həya,  şərəf,  namus, 

ləyaqət, borc və s. kimi  yüksək sosial məzmunlu hissləri 

 

emosiyalarla bir sıraya 



qoymaq  mümükün  olmadığı  kimi,  əslində  bədən  insanın    ali  hisslərinin 

 

keçirilməsi zamanı emosiyaların  baş verdiyini də danmaq olmaz. Məsələn, rus 



təbiətşünası  Timiryazev    fotosintez  hadisəsini    kəşf  etdikdən  sonra,  

labaratoriyada sevincindən uşaq kimi atılıb

-

düşmüş, rəqs etmişdir. 



 

A.S.Puşkin, 

“Boris Qodunov”  poemasını yazıb qurtardıqdan  və əlyazmanı oxuduqdan sonra 

gözlərinə inanmamış, “Ay səni Puşkin” deyə qürrələnmişdi.

 

 

Emosiyalar 



oprqanizmin    energetik  imkanlarının  səfərbərliyə  alınmış 

təzahürüdür. Onlar oyun, idrak, yaradıcı, təlim, idman, istehsalat

-

əmək və s. kim



i  

fəaliyyət sahələrində özünü aydın əks etdirir. İdmançının qələbə sevincini buna  

konkret nümunə  göstərmək olar.

 



 

 



Hisslər  ətraf  mühitdə  baş  verən  hadisələrdən  hansının  insan  şəxsiyyəti 

əhəmiyyətin olduğunu bildirən siqnallar sistemidir. 

 

 

Emosiyalar  öz  mənbəyinə  görə  hisslərdən  əvvəl  yaranmışdır.    Onların 



əsasında insanın  üzvi

-

ibtidai tələbatları durur.  Təmin edilmiş təlabatlar insanda  



müsbət  emosional  vəziyyətlər  (razılıq,  məmnunluq,  sevinc),  təmin  edilməmiş 

təlabatlar  isə  mənfi  emosiyalar  (narazılıq,  kədər,  qüssə,  nifrət,  inciklik  və  s.) 

yaradır.  Hisslər  sosial  məzmuna  malikdir.  Onların  əsasında

  bir

gəyaşayış 

zəminində  insanlar  arasında  meydana  çıxan  münasibətlər  ictimai

-sosial 


tələbatlar durur. 

 

 



İnsanın  həyatında  emosiya  və  hisslərin  rolu  və  əhəmiyyəti  olduqca 

böyükdür. Onlar insan ömrünün rəngləridir. Emosiya və hisslər insanı fəaliyyətə 

təhrik edir, təlimdə, əməkdə və yaradıcı fəaliyyətdə meydana çıxan çətinliklərin 

aradan qaldırılmasının təminatçısı rolunda çıxış edir. 

 

 

Emosional cəhətdən həyəcan



 

doğuran hekayə və roman, şer və incəsənət 

əsərləri,  musiqi  insanın  əhvali

-

ruhiyyəsini  yüksəldir,  qavrayış  və  təfəkkürün 



hüdudlarını  genişləndirir.  Darıxdırıcı  və  ya  yorucu,  cansıxıcı  təsirlər  insanda        

apatik  


vəziyyət yaradır, mənfi emosional hallar

 

doğurur. Hisslər həmişə konkret 



bir adamın yaşantıları, daxili halətinin təzahürlərindən ibarətdir. Onlar səbəbsiz 

olmur və ciddi şəkildə determinləşmiş

 

səciyyə daşıyır.



 

 

Hisslər insanın oyanmış, aktuallaşmış tələbatlarını əks etdirir. Məs, qidaya 



olan  tələbatın  ödənilməsi  insanda  razılıq,  bunun  əksi  isə  narazılıq,  inciklik 

hissləri doğurur.

 

 

Emosialar  təsir  qüvvəsinə  görə  fərqlənir.  İnsanı  fəallaşdıran  emosialar 



stenik, 

fəallığını azaldanlar isə 



astenik 

adlanır


.  

 

Hi



sslər  istiqamətinə  görə  əx

laqi 

(cəmiyyətdə  mövcud  olan  əxlaq 

normalarına bəslənən subyektiv münasibət), 

zehni 

(idrak fəaliyyəti ilə bağlı olan, 

onu  ətraf  aləmi  daha  dərindən  və  ətraflı  dərk  etməyə  yönəldən),

  estetik 

(təbiətin, incəsənət əsərlərinin gözəlliyini qavramaq, dərk etmək) olurlar.



 


 



 



İnsanın emosional hallarının əsas keyfiyyətləri bunlardır.

 

1.    


Obyektə ikili münasibəti 

 

bunlara ambivalent hisslər də deyilir. Məsələn 



 

qısqanclıq  zamanı  nifrət  və  məhəbbətin  birləşməsi.  (Sevirəm  və  nifrət 

edirəm, ayrılıq şirin kədərdir, həzz alıram və utanıram) (Polyar hisslər).

 

Onuncu sinifdə oxuyan oğlanın bir qıza ünvanladığı məktubdan:



 

 

“Mən  bilmirəm,  seni  sevirəm,  yoxsa  nifrət  edirəm.  Mənə  elə  gəlir  ki,  bu 



hisslər  məndə  qorxulu  şəkildə  bir

-

birinə  qarışmışdı.  Öz



-

özümə  sual  verirəm: 

“Nəüçün  mən  səni  sevməliyəm?”  Cavab  tapa  bilmirəm.Həm  də  fikirləşirəm  ki, 

nifrət  etmək  üçün  də  əsasım  yoxdur.  Bəlkə,  sənə  qarşı  münasibətdə  qəribə 

vəziyyətə düşməyimin  səbəblərini anlamaqda mənə kömək edəsən? 

 

 2.      



Hisslərin  qeyri

-

müəyyənliyi.  İnsan  yeni  bir  obyekt  gördükdə  

həyacanlanır,  təəccüb  və  nifrətlə  ona  maraq    göstərir.  Son  nəticədə  belə 

bələdləşmə reaksiyası müsbət və ya mənfi hissə çevrilir. 

 

 

Hisslərin  fizioloji  əsasını  baş  beyin  yarımkürələrininqabığı,  qabıqaltı 

mərkəzlər,  qabıqaltı

 

düyünlər  və  lambiq  sistem  təşkil  edir.  Hisslərin 



yaranmasında  sinis  hüceyrələrinin    tərkibindəki  ağ  maddəyə  daxil  olan  boz 

maddə  yığınlarının  xüsusi  rolu  vardır.  ABŞ  tədqiqatçısı Oldz siqnallar  üzərində 

apardığı  təcrübələrlə  beyində    həzz  və  ağrı  mərkəzlərinin  olduğunu  sübut 

etmişdir.

 

 

Hisslərin siqnal  və  tənzimedici  funksiyaları  vardır.  Onların  xarici  təzahürü 



hisslərin  ekspressiyası adlanır. İnsanın xarici görkəmi, baxışları,  səsi, mimikası 

onun daxili yaşantıları, emosional aləmi haqqında məlumat əldə

 

etməyə imkan 



verir.  Psixoloji  müvazinətin  pozulmasını  insanın  xarici  xarici  görünüşündən  

duymaq mümükündür. Bununla belə, bir çox insanlar psixoloji maska geyini, öz 

hisslərini bəzən gizlətməyə çalışırlar. (Dodağı dişini örtmür).

 

 



 

 



 

 



 

İnsanın emosional vəziyyətləri və onların növləri.

 

 

Emosional  vəziyyətlər  nisbətən  davamlı,  psixi  təzahürlərdir.  Bir  çox 



hallarda  onlar  insanın  psixi  və  praktik  fəaliyyətində  ümumi  fon  yaradır. 

Emosional vəziyyətlərə aşağıdakılar aid edilir:

 

 

Hissi ton, əhvallar, affekt, str



ess, ehtiraslar, furusturasiya.  

Hissi  ton 



 

psixi  fəaliyyəti  müşayət  edən  emosional çalardır.  Hissi  ton  o 

qədər  də  aydın  və  kəskin  xaraci  təzahürə  malik  olmur.  Müxtəlif  musiqilər, 

marşlar  insanda  hissi  ton  taradır.  Əmək  təlimi,  idman  və  ta  istirahət,  bayr

am 

zamanı hissi ton dəyişir.



 

Əhvallar –

 

nisbətən zəif cərəyan edən emosional vəziyyətdir. Əhvallar bir 

gündə  bir  neçə  dəfə  fəyişə  bilər.  Bəzən  isə  günlərlə,  həflələrlə  və  aylarla  eyni 

qala bilər. Dərsin canlı və emosional baxımdan təsirli olması, əməklə istirahəsin 

düzgün  növbələşdirilməməsi,  yarışda  uğur  insana  müsbət,  yorucu  dərs, 

yorğunluq,  müvəffəqiyyətsizlik,  yuxusuzluq  isə  mənfi  əhvallar  yaradır.  Xəstə 

adamın  əhvalı  pozulur.  Müəllimin  dərsdəki  əhvalı  çox  vaxt  şagirdlərə  də  təsir 

edir.  Adam  əsəbi  olduqda  ən  adi  bir  qıcıq  (birinin  bərkdən  gülməsi)  ona  mənfi 

təsir  göstərir.  Həyat  şəraiti,  cibxərcliyinin  olub

-

olmaması,  mənzil  şəraitin, 



nəqliyyat, qaz, işığın olub

-

olmaması insanın əhvalına ciddi təsir göstərir.



 

Affektlər  –

  (

latınca  “ruhi  təlatüm,  həyəcanlanma  deməkdir)  coşğun 

surətdə əmələ gəlib, kəskin xarici ifadəyə malik olan  az müddət, lakin qüvvətli, 

partlayış  şəklində  davam  edən  emosional  vəziyyətdir.  Qeyz,  dəhşət,  hədsiz 

şadlıq,  qəzəb  və  s.  buna  misal  ola  bilər.  Belə  hallarda  insan  ümumi,  qəbul 

edilm


iş davranış qaydalarını pozur, qeyri

-

adi hərəkət edir, özünü ələ ala bilmir. 



Onun  şüuru  daralır.  Belə  vəziyyət  keçdikdən  sonra  o,  təəssüf  və  peşmançılıq 

hissi  keçirir.  A.S.Makarenkonun    kaloniyada  Zadorovu  dəmir  parçası  ilə 

döyməsini,  IV  İvan  Qroznunun  öz  oğlunun  başının    yarmasını,  Nadir  şahın  öz 

oğlunun  gözlərinin  çıxarmasını  və  s.  buna  misal  göstərmək  olar.  (Hamletdə 

Otellonun Dezdomonanı boğması).

 



 



Stress 





  (

ingiliscə  “gərginlik”  deməkdir).  İnsanın  gözlənilməz  gərgin 

şəraitlə  rastlaşdığı  zamanı  keçirdiyi

 

psixoloji  halətdir.  O,  nisbətən  zəif  cərəyan 



edir, lakin uzun müddət davam edir. Zəlzələ, kasıblıq, daşqın, epidemiyalar, ailə 

münaqişələri,  ailə  üvzünün  əziz  bir  adamının  qəfil  ölümü  belə  emosional 

vəziyyət doğunun. 

 

Stress  terminini  1936-



cı  ildə  Kanada 

 

fizioloqu  N.Selye  təklif  etmişdir.  O, 



stress (mənfi), sustress (müsbət) və disstress kimi formalarını göstərmişdir. (Əri 

tərəfindən  görülərək  küçəyə  qovulan  qadını  həyətdə  də  it  qapır)  Bu  disstress 

adlanır.  Stressin  fizioloji  və  psixoloji  olmaqla  2  növü  fərqləndirilir.  Belə  halda 

insanın nitqində, hərəkətlərində dəyişmələr ola bilər.

 

Frustrasiya - 

(latınca aldanma, nahaq gözləmə deməkdir).  Bu insanın öz 

məqsədinə çatmasına maneçilik törədən real və ya xayali maneələrlə rastlaşdığı 

zaman  düşdüyü  psixi  vəziyyətdir.  Bu  insanda  qəzəb,  küskünlük,  özünüitirmə 

kimi hallar doğurur. Məsələn, bir neçə dəfə cəhd göstərsə də ali məktəbə qəbul 

oluna  bilməyən  abuturiyentdə  dərsə  gecikən  tələbədə,  əməyinə  qiymət 

verilməyən alim və ya yazıçıda belə hallar yaranır.

 

Ehtiraslar 

 

qüvvətli,  uzun  müddətli  və  dərin  hissdir.  Bu  zaman  insanın 



iradəsi  və  hissləri  birləşir,  insanı  çətinlikdən  xilas  olmaqda  kömək  edir.  Ancaq 

ehtiraslar  insanı  həmişə  fəallaşdıra  bilmir.  Bəzən  nir  obyektə  olan  ehtiraslı 

münasibət  onu  passiv  şəkildə  əzab  çəkməyə  düçar  edə  bilir. 

(Alkaqol, 

narkomaniya, moda düşkünlüyü və s.). Hacı Qaranın  pul ehtirasını buna misal 

göstərmək olar. Bunlar mənfi ehtiraslardır.  Elmə, musiqiyə, incəsənətə, qurub

-

yaratmağa  və  s.  olan  ehtirasları  isə  müsbət  ehtiraslara    misal  göstərmək  olar. 



M.Qorkinin “Oxumaq həvəsi” adlı  hekayəsində bunun bədii ifadəsi  verilmişdir.

 

 



 

 

Ali hisslər.

 

İnsanın hisslər aləmi zəngin və çoxcəhətlidir. Onların içərisində şəxsiyyətin 

sosial-

mənəvi simasını  əks etdirən ali hisslər mühüm yer tutur. İnsanın ictimai, 



mədəni və mənəvi təlabatlarının təmin edilməsi zamanı meydana gələn davamlı 


 

hisslər    ali  hisslər



 

adlanır.  Onlar  bəşəriyyətin  ictimai

-

tarixi  inkişafının  



məhsuludur. Ali hisslərin 4 növü vardır: əxlaqi, intellektual, estetik və praksis 

hisslə

r. 

1. 


Əxlaqi  hisslər  –

 

başqa  adamların,  hərəkət  və  davranışını  və  özünün 

əməllərinin  qiymətləndirilməsi  gedişində  yaranır:  borc,  məsuliyyət, 

vətənpərvərlik, şərəf, ləyaqət, dostluq və s.

 

2. 


İntellektual 

 

hisslər



  - 

əqli  fəaliyyət  prosesində  yaranır.  İnam,  şübhə, 

təəccüb, istehza, yumor və s.

 

3. 


Estetik  hisslər  –

 

gerçəkliyin  esretik  qavranılmasının  inikasıdır.  Zöv, 

estetik heyrət, həyəcan, vəhdə gəlmək və s.

 

4. 



Praksis  hissslər  –

 

insanın  çoxcəhətli  nəzəri  və  praktik  fəaliyyətində 



(əmək, təlim, idman, oyun) təzahür edir. 

 

Yüklə 62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə