Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə14/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   10   11   12   13   14   15   16   17   ...   49

Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
420 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.120. Fırlanan təhnə. 
Şəkil  2.121.  Barabanlı  paltaryuyan 
maşın. 
 
yisədə, bu üsul öz üstünlüyünü göstərərək  geniş tətbiq tapır və bu günə 
kimi  də paltaryuyan  maşınların tərkib  hissəsi sayılır (şəkil 2.121). Yeni 
növ  maşınların  əsas  hissələri  tərpənməz  bərkidlimiş  su  qabı  və  onun 
içərisində  paltar  doldurmaq  üçün  nəzərdə  tutulmuş  fırlanan  barabandan 
ibarətdir.  Baraban  ələk  şəklində  hazırlandığından  sabunlu  su  onun 
içərisinə  dolaraq  paltarı  isladır.  Paltarın  yuyulması  fırlanma  zamanı 
onun,  barabanın  daxili  səthinə  sürtünməsi  nəticəsində  baş  verirdi. 
Paltarların  bir  istiqamətdə  fırladılması  zamanı  yaranan  topalanmanın 
qarşısını almaq üçün elektrik mühərrikləri reversiv hərəkətə malik idilər. 
Bu  maşınların,  əl  ilə  paltaryumaya  nisbətən  daha  effektiv  işləməsinə 
baxmayaraq,  50-ci  illərə  qədər  hələ  də  onların  tam  qələbəsindən 
danışmaq olmazdı. Bu maşınları yalnız imkanlı şəxslər ala bilirdilər.         
 
Elektriklə işləyən suqızıdırıcı, sobalar və tavalar ilə bərabər ütülər ən 
çox  yayılmış  qızdırıcı  cihaz  idilər.  Elektrik  mühərriklərinin  geniş 
yayılması başqa məişət maşınlarının yaranmasına təkan vermişdir. 
 
XX  əsrin  əvvəlində  evdarlıq  işlərində  tozların  təmizlənmsi  üçün 
ingilis  Sesil  Buz  (ingl.  Cecil  Booth)  nasosla  işləyən  mexaniki  sorma 
sistemini  təklif  edir.  Nasos  qabın  daxilində  vakuum  yaradaraq  oraya 


Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
421 
xaricdən tozlu havanın sorulmasına imkan verirdi. Tozlu hava  möhkəm 
parçadan  hazırlanmış  torbadan  keçərək  təmizlənir  və  yenidən  xaric 
olunurdu.  Nasosu  işlətmək  üçün    benzin  mühərrikindən  istifadə 
olunurdu.  Bu  böyük  avadanlığı  nəql  etmək  üçün  arabadan  istifadə  
edilirdi. Otağı təmizləmək üçün araba evin yaxınlğında saxlanaraq uzun 
şlanqla  təmizlik  işləri  görülürdü.  Ayrı-ayrı  firmalar  bu  araba  ilə  ev-ev 
gəzərək  öz  xidmətlərini  təklif  edirdilər  (şəkil  2.122).  Böyük  evlərin 
zirzəmisində  belə  qurğular  yerləşdirilirdi.  Ayrı-ayrı  otaqlardan  gələn 
şlanqlar zirzəmidəki tozsoran qurğuya birləşdirilirdi [2.59].     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.122. Tozsoran arabası. 
 
 
1918-ci  ildən  etibarən  tozsoran  maşınlar  daha  da  inkişaf  etdirilərək 
fərdi  tələbat  üçün  uyğunlaşdırılır.  Bu,  vakuum  nasosu  əvəzinə  pərlərlə 
işləyən  mühərriklərin  ixtirasından  sonra  baş  verir.  Bunun  nəticəsində 
kiçik  maşınların  hazırlanması  mümkün  olmuşdur.  Evdarlıq  işlərinin 
aparılması üçün gövdə və dəstəkdən ibarət olan tozsoran maşınlar başqa 


Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
422 
konstruksiyaları  üstələyərək  geniş  tətbiq  olunurlar  (şəkil  2.123).  Bu 
konstruksiya bu gün istifadə olunan maşınların əsasını təşkil edir. 
 
1932-ci ildə Almaniyada tozsoran maşınların yeni növü ixtira edilir. 
Bu  maşınlar  fırçalarla  işləyirdi.  Maşının  alt  tərəfində  yerləşdirilmiş  üç 
ədəd  fırça  fırlanaraq  döşəmədə  olan  tozları  və  iri  ölçülü  qırıntıları  bir 
yerə yığaraq sorurdu. Bu maşınların, hər bir ev əşyası üçün xüsusi fırça 
ilə təmin olunmasına baxmayarq, onlar məişətdə öz geniş tətbiqini tapa 
bilməmişlər.  
 
Tozsoran  maşınlarda  bir  sıra  təkmilləşdirmələri  nəzərə  almaqla 
demək  olar  ki,  onların  inkişafı  əsasən  30-cu  illərin  sonunda  başa  çatır. 
Bundan  sonra  yalnız  yeni  filtir  materialları,  daha  güclü  və  davamlı 
mühərrikləri  və  müx- 
müxtəlif 
başlıqların 
tətbiqi baş verir.   
 
Məişət 
texnika- 
sında  sonrakı  keyfiy- 
yət 
dəyişmələri 
II 
dünya 
müharibə- 
sindən  sonra  elektro- 
nikanın  tətbiqi  ilə  baş 
verir. 
Burada 
da 
sadəcə  olaraq  bəzi 
əməliyyatların  proq- 
qramlaşdırlması  apa- 
rılır.  
 
 
 
 
 
 
 
 
Şəkil 2.123. Tozsoran maşın. 


Mexanikləşdirmədən avtomatlaşdırmaya doğru 
 
423 
2.8.4. Kənd təsərrüfatı maşınlarının inkişafı 
 
K
ənd təsərrüfatında ağır işləri görmək üçün tətbiq edilən maşınların 
tarixi 

  daxili  yanma  mühərrikləri  və  tırtıllı  ötürmənin  yaranması  ilə 
bağlıdır.  Bu sahədə aparıcı Avropa dövlətlərində  edilən  ixtiraların rolu 
böyük  olmuşdur.  Əsasən  rus  mühəndisləri  Saqryajski  və  Binov 
tərəfindən  XIX  əsrdə  ixtira  edilmiş  tırtıllı  ötürmə,  traktorların 
yaranmasının başlanğıcını qoymuşdur [2.57].  
 
XX əsrin əvvəlində traktorların inkişafında ABŞ mühəndisləri böyük 
rol  oynamağa  başlayırlar.  İlkin  vaxtlarda  buxar  maşınları  ilə  hərəkətə 
gətirilən traktorlar düzəldilir. Buna görə də, ilk traktorların çəkisi böyük 
idi. 10 t çəkisində olan traktorun mühərrikinin gücü cəmi 22

45 a.g. idi. 
Lokomobil  adlanan  bu  maşınlar  2,5  m  böyüklükdə  təkərlər  üzərində 
yerləşdirilirdilər  (şəkil  2.124).  Lokomobillərin  aşağı  çevikliyə  malik 
olması  səbəbindən  onlar  yalnız  stasionar  olaraq  güc  ötürücüləri  kimi 
istifadə  olunurdu.  Məsələn,  yer  şumlamasında  onlardan  dartıcı  maşın 
kimi,  agacların  doğranmasında  mişarları  hərəkət  etdrmək  üçün  tətbiq 
edilirdi.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.124. Lokomobillərin tətbiqi. 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə