Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə2/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   2   3   4   5   6   7   8   9   ...   49

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
 
375 
Mütəxəssilərin  fikrincə,  alman  dəzgahqayırması  əvvəllər  ingilis 
dəzgahlarına  oxşar  məmulların  hazırlanması  ilə  məşğul  idisə,    70-ci 
illərin  sonu  o  güclü  Amerika  texnikasının  təsiri  altında  idi.  Amerika 
təsirini  əsasən  yüngül  gövdələrin  hazırlanması,  uzlaşdırılmış  ötürmə 
sistemi,  tipik  hissələrin  emalı  üzrə  ixtisaslaşma,  yüksək  avtomatlaşma 
dərəcəsi,  dəqiq  alətlər,  o  cümlədən  frezlərin  tətbiqi  və  hələ  o  dövrdə 
məlum olmayan alman dəqiqliyində görmək olurdu [2.7].  
Sərgi  bülletenində  Löve  firmasının  universal  torna,  dəzgahı  və 
Sentker firmasının elektrik mühərriki ilə təchiz olunmuş supporta malik 
torna,  “Maks  Haze  und  Co.”  firmasının  universal  revolver  torna  və 
G.Kreqer  firmasının  revolver  torna  dəzgahları  xüsusi  ilə  qeyd 
olunmuşdurlar (şəkillər 2.93

2.95).  
Bu  dövrdə  Sentker  firması  əsasən  metal  emal  edən  dəzgahların 
hazırlanması  ilə  məşğul  idi.  Sərgi  xəbərlərinə  görə  onun  dəzgahları 
“əla” 
keyfiyyətə 
malik 
idilər. 
Əsasən  torna  dəzgahlarının 
konstruksiyaları, frez və üfüqi burğu dəzgahları və  həmçinin  lokomotiv 
qazanlarının  hazırlanması  üçün  kombinə  edilmiş  şaquli  torna  və  burğu 
dəzgahı böyük  maraq kəsb edirdi. Alman dəzgahqayırma firmaları həm 
də  onunla  fərqlənirdilər  ki,  bu  dəzgahlarda  dəqiq  və  mürəkkəb  həndəsi 
formaya malik hissələri bir yerləşmədə müxtəlif alətlərin tətbiqi ilə emal 
etmək  olurdu.  Digər  tərəfdən  elektrik  mühərriklərinin  sürətlə  yayılması 
nəticəsində,  onlardan  dəzgah  ötürmələrində  istifadə  olunması  ilə  alman 
müəssisələri  emal  prosesinin  məhsuldarlığını  artırmağa  cəhd  edirdilər. 
Bu  baxımdan  Maks  Haze  və  Qeorq  Kreger  firmaları  qabaqcıl  idilər. 
Haze  firmasının  dəzgahları  daxildə  və  xaricdə  armatur,  silah  və 
patronların  istehsalı  ilə  məşğul  olan  müəssisələrə  göndərilirdi  [2.72, 
2.73].  Kreger  firmasının  məhsulları  presizion  burğu,  frez,  yonma  və 
xüsusi dəzgahları əhatə edirdi. 
1900-cü  ildə  Parisdə  keçirilən  sərgidə  alman  dəzgahlarına 
Çikaqodakından artıq maraq göstərilmişdir. Sərgidə iştirak edən Fransa, 
Belçika,  Böyük  Britaniya,  Avstriya,  Rusiya,  İsveç  dövlətləri  arasında 
Amerika və Almaniya daha güclü çıxış etmişdilər. Parisdə ilk  dəfə  ola- 


XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
376 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                        Şəkil 2.93. Torna dəzgahı, Löve firması, 1896. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
            Şəkil 2.94. Elektrik ötürməli torna dəzgahı, Sentker firması, 1896. 


XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
 
377 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 2.95. Revolver torna dəzgahı, Kreger firması, 1896. 
 
raq  amerikalı  alim  Teylor  (ingl.  Taylor)  volframlı,  legirli  tezkəsən  alət 
poladını  nümayiş  etdirir.  Dəzgah  və  alət  arasında  yarışda  yeni  kəsmə 
materialı  ilə  alətlər  ön  plana  çıxır.  Bu  alətlər  möhkəm  və  stabil 
konstruksiyaya  malik  dəzgahlar  tələb  edirdi  ki,  məhz  yüksək 
möhkəmliyə  malik  alman  dəzgahları  buna  cavab  verə  bilirdilər. 
Dəzgahlarda elektrik ötürməsi tətbiq edilmişdir [2.72].  
Paris sərgisi bir daha belə böyük tədbirin əhəmiyyətini göstərmişdir. 
Burada  göstərilən  dəzgahlarla  bərabər  Flohr  firmasının  (Berlin)  böyük 
kranı,    Şukert  firmasının  böyük  işıq  projektoru,  MAN  firmasının  beş 
metr hündürlüyündəki altı rəngli fırlanan pressi, Volf və Lanç tərəfindən 
hazırlanmış lokomobillər də eksponatlar arasında idilər.  
1890
÷
1914-cü  illər,  ümumiyyətlə  maşınqayırmanın  inkişafında  çox 
məhsuldar  bir  dövr  olmuşdur.  Bir  çox  başqa  texniki  nailiyyətlərlə 
bərabər,  dəzgahqayırma  və  texnoloji  proseslərin  inkişafında  da 
irəliləyişlər əldə edilmişdir. Bu baxımdan Teylorun  ixtira  etdiyi  tezkə- 


XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
378 
 
sən  alət  poladı  nəinki  texnologiyada,  həmçinin  dəzgahqayırmada 
inkişafı  stimullaşdırmışdır.  Teylorun  bu  ixtirası  o  dövrdə  polad 
istehsalında  əldə  edilmiş  bir  çox  yeniliklər  ilə  bağlı  idi.  Tədqiqatlar 
nəticəsində,  volfram  və  başqa  legirləyici  elementlərin  poladın 
keyfiyyətinə  təsiri  aydın  olmuşdur.  Hələ  1850-ci  ildə  ingilis  mühəndisi 
Robert  Muşetin  (ingl.  Robert  Mushet,  1792-1847)  volfram,  manqan, 
silisium  və  xromla  az  miqdarda  legirlənmiş  polad  ilə  emalda  kəsmə 
sürətini 50% artırmaq mümkün olmuşdur [2.7]    
Teylor  və  Vite  (ingl.  Vhite)  öz  ixtiraları  ilə  kəsmə  sürətini  3  dəfə 
artıraraq  25  m/dəq  -ə  çatdırmağa  nail  olurlar.  Bu  alət  poladı  tezliklə 
bütün  sənayeni  bürüyür.  Artıq  1901-ci  ildə  Almaniyada  ən  yaxşı  alət 
poladını  təyin  etmək  üçün  tədqiqatlar  aparılır.  Yüksək  kəsmə  sürətləri 
ilə mövcud dəzgahların texniki imkanları aydın olur. O dövrdə ən stabil 
sayılan Löve firmasının dəzgahlarında aparılan sınaqlar göstərmişdir ki, 
yüksək  sürətlərdə  aparılan  emal  4  həftədən  sonra  dəzgahın  sıradan 
çıxmasına səbəb olurdu. Çarxlardakı paz və vallar boşalır, dişli çarxların 
dişləri sınır, aparan val burulmaya yüklənmənin təsirindən əyilirdi [2.7]. 
Yaranmaqda  olan  yüksək  sürətləri  praktikada  reallaşdırmaq  üçün 
dəzgahlarda  konstruktiv  dəyişikliklər  aparılırdı.  Belə  ki,  şpindellərdə 
qayışla  işləyən  çoxpilləli  qasnaqlardan  istifadə  olunurdu.    İndiyə  qədər 
ötürmə  sistemində  istifadə  olunan  dişli  çarxlar  çuqun  əvəzinə 
poladlardan  hazırlanmağa  başlayır.  Dişli  çarxlarda  yeyilmənin  qarşısını 
almaq üçün yaxşılaşdırılmış yağlamadan istifadə olunur. Mazut  əvəzinə 
maye  yağlardan  istifadə  edilir.  Sonralar  isə  çarxlar  bütünlüklə  yağ 
qutusunda oturdulur.  
80-ci  illərin  sonunda  ən  mühüm  texnoloji  nailiyyətlərdən  biri  də, 
çoxşpindelli  torna  dəzgahlarının  tətbiqi  idi.  Bu  dəzgahın  formalaşması 
prosesi  bir  çox  müxtəlif  məqsədli  ixtiraların  birgə  tətbiqi  nəticəsində 
mümkün  olmuşdur.  Bu  istiqamətdə  ən  vacib  addım  1879-cu  ildə 
Karvenin  (ingl.  Carver)  ixtira  etdiyi  çoxşpindelli  vint  maşını  idi.    Bu 
maşında indiyə qədər məlum torna dəzgahlarından fərqli olaraq pəstahla 
alət arasında dəyişən hərəkət mövcud idi. Bu hərəkət pəstah bərkidilmiş 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə