Xx əsin əvvəlində əldə edilən texniki nailiyyətlər



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə8/49
tarix21.07.2018
ölçüsü5,08 Mb.
#57445
1   ...   4   5   6   7   8   9   10   11   ...   49

XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
 
399 
gedir.  Sonrakı  mərhələdə  yalnız  kiçik  konstruktiv  dəyişikliklərə  rast 
gəlinir.  Məsələn,  alətlərdə  soyuducu-yağlayıcı  mayeni  tətbiq  etmək 
üçün  daxili  deşiklərin  nəzərdə  tutulması  buna  misaldır.  Şəkil  2.110-da 
XIX  əsrin  ikinci  yarısında  istehsalatda  tətbiq  olunan  alətlərdən 
nümunələr verilmişdir [2.90].   
 
XIX əsrin sonunda artıq Avropada alətlərin  həndəsələri formalaşmış 
və uzun müddət dəyişməz olaraq qalmışdır. Əl alətləri inkişaf etdirilərək 
maşın istehsalı üçün yararlı formaya salınmışdır.  
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
400 
 
2.6.4.3. Kəsmə qüvvəsinin ölçülməsi 
 
İ
lk  dəfə  olaraq  kəsmə  qüvvəsinin  ölçülməsi  Fransa  və  Belçikada 
aparılmışdır.  Fransız  zabiti  Metriers  Mora  Tuluzda  burğulama 
əməliyyatında yaranan qüvvələrin ölçülməsi ilə məşğul olmuşdur [2.83]. 
Eyni  ilə  1840

41-ci  illərdə  belçikalı  zabit  Emil  Kokila  topların 
deşilməsi  zamanı  yaranan  qüvvələrin  təyini  ilə  məşğul  olur.  Onun 
məqsədi,  tələb  olunan  enerjini  təyin  etməkdən  ibarət  olduğundan,  o, 
burğulama  momentinin  ölçülməsi  üçün  xüsusi  sınaq  qürğusu  düzəldir. 
Bu  qurğuda  yaranan  momentə  qarşı  yük  asılır  və  prosesin  əvvəlində 
tarazlıq  vəziyyətinə  gətirilir.  Sonra  isə  xüsusi  tərəzi  vasitəsilə  alətin 
oxunun  radial  müstəvidə  dönməsinə  nəzarət  edilir.  Əlbəttə,  bu  sınaq 
vasitəsilə  kəsməyə  tələb  olunan  momenti  çox  kobud  təyin  etmək 
mümkün idi.   
   Fransız  artilleriya  zabiti  Klarenval  Parisdə  burğu  dəzgahında  eyni 
sınaqları  aparır.  O  qüvvəni  ölçmək  üçün  fırlanan  dinamometrdən 
istifadə  edir  [2.84].  Klarenvalın  məqsədi  burğulamada  ən  kiçik  ötürmə 
gücünü  yaradan  emal  şəraitini  tapmaqdan  ibarət  idi.  Bunun  üçün  o, 
burğulama  istiqaməti,  materialın  təsiri,  alətin  həndəsəsi,  burğulama 
dərinliyi, alətin  diametri, yağlama və  kəsmə sürətini araşdırır. Bununla, 
Klarenval  spiral  burğunun  başqalarına  nisbətən  daha  az  enerji  tələb 
etdiyini göstərmişdir. 
 
Alman  mühəndisi  Haym  (alm.  Heim)  isə  burğulama  zamanı  veriş 
istiqamətində  yaranan  qüvvəni  ölçməklə  məşğul  olmuşdur  [2.90]. 
Qüvvəni ölçmək üçün o, yaylı tərəzidən istifadə etmişdir.  
 
Kəsmə  qüvvəsinin  torna  əməliyyatında  ölçülməsi  Jozzelin  işlərində 
özünə  geniş  yer  tapmışdır.  1864-cü  ildə  çap  etdirdiyi  işində  o, 
dinamometr  vasitəsilə,  emal  rejimlərinin  kəsmədə  yaranan  gücə  təsirini 
araşdırmaq  üçün  apardığı  sınaqların  nəticələrini  təsvir  etmişdir  [2.85].  
Jozzel  sınaq  qürğusunda,  pəstahı  diyircəklər  üzərində  oturdulmuş 
arabada 
yerləşdirir. 
Kəsmə 
qüvvəsinin 
təsirindən 
arabanın 
yerdəyişməsinə uyğun olaraq, qüvvənin qiyməti təyin olunur. Sınaq  nə- 


XX əsin əvvəlində  əldə edilən texniki nailiyyətlər 
 
 
401 
ticəsində  alətin  optimal  forması  və  yonqar  qatının  qiyməti    təyin  
edilmişdir. Bunun üçün Jozzel vahid çəkiyə düşən enerjini əsas götürür. 
O  həm  də  təyin  etmişdir  ki,  sabit  kəsmə  şəraitində  yonqar  qatının 
qalınlığı  ilə  enerji  proporsional  olaraq  artır.  Burada  döymə  poladı  üçün 
əlverişli kəsmə sürəti kimi 3,3 m/dəq, çuqun üçün 2,4 m/dəq və bürünc 
üçün 3,9 m/dəq tapılmışdır [2.85].  
 
Jozzelin  işlərini  diqqətlə  araşdıran  rus  alimi  Time  kəsmədə  yaranan 
qüvvələri təyin etmək üçün sınaq aparır. Şəkil 2.111-də onun düzəltdiyi 
sınaq  tərtibatın  sxemi  verilmişdir.  Başqalarından  fərqli  olaraq  o, 
kəsmədə  yaranan  təzyiqi  qayışla  bərkidilmiş  qolun  köməyi  ilə  ölçür. 
Time qoldan asılan yükün qiymətini o qədər artırır ki, pəstahdan yonqar 
çıxsın. Bu yolla bir çox metallar üçün təyin  edilmiş qiymətləri o cədvəl 
şəklində vermişdir [2.87].  
 
Sonralar  Drezden  politexnik  məktəbinin  “Mexaniki  texnologiya” 
kafedrasının  professoru  Hartih  (alm.  Hartig)  kəsməyə  lazım  olan  gücü 
təyin  etmək  üçün  Zimmerman  firmasında  69  metalkəsən  dəzgahda 
(torna,  frez,  burğu,  üstyonuş,  pardaq  və  xüsusi)  geniş  sınaqlar  aparır. 
Dəzgahlarda  güc  parametrlərini  təyin  etmək  üçün  o,  dinamometrdən 
istifadə  edir.  Dəzgahın  gücünü  qiymətləndirmək  üçün  Hartih  vahid 
zamanda  çıxarılan  materialın  həcmi  ilə  təyin  olunan  “spesifik  iş 
qiyməti-
ε
”ni  daxil  edir  [2.98].  Dəzgahın  işini  o  iki  hissəyə  bölür:  işçi 
gedişdə görülən iş və faydalı iş. Sınaq nəticəsində Hartig hər bir dəzgah 
üçün 
ε
  ədədini  təyin  edir  və  kəsmə  prosesində  faydalı  iş  əmsalını 
hesablayır.     
 
Hartiqin  işlərinə  kritik  yanaşan  ingilis  professoru  Smit  (ingl.  Smith
kəsmə  qüvvəsinin  kəsmə  dərinliyindən  və  yonqarın  qalınlığından 
asılılığını təyin etmək üçün bir sıra sınaqlar aparır [2.92]. 113 sınaqda o 
kəsmə  rejimlərini  240  dəfə  variasiya  edərək  parametrlər  arasında  əldə 
etdiyi asılılıqları  diaqramlar şəklində verir.  
 
Jozzel, Time, Hartih və Smitin işlərinin məqsədləri dəzgah seçimində 
lazım  olan  gücü  təyin  etməkdən  ibarət  idi.  Qüvvənin  və  momentin 
indiyə qədərki təyin üsulu sistemdə yaranan sürtünmə qüvvələrinin təsi-  


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə