Xx əsr. I hissə. 1900-1945-ci illər Tarix elmləri doktoru, professor Musa Qasımovun ümumi redaktəsi ilə



Yüklə 1,49 Mb.
səhifə2/13
tarix19.11.2017
ölçüsü1,49 Mb.
#11153
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   13

İKİNCİ BÖLÜM

Birinci dünya müharibəsi illərində

beynəlxalq münasibətlər

1914-1918-ci illərdə beynəlxalq münasibətlərin ümumi səciyyəsini birinci dünya müharibəsinin xarakteri, gedişi, böyük dövlətlərin hərbi-strateji planları, müharibəyə qoşulmaları, məqsədləri, müharibənin nəticələri, imzalanan barışıq sənədləri və sülh müqavilələri, dövlətlər arasında diplomatik-siyasi münasibətlər və başqa məsələlər müəyyənləşdirir.




Birinci dünya müharibəsinin

xarakteri və iştirakçı

dövlətlərin məqsədləri

Birinci dünya müharibəsi bütün iştirakçıları dövlətlər tərəfindən işğalçı, imperialist və ədalətsiz olmaqla dünya ağalığı və onu yenidən bölmək uğrunda müharibə idi.

Müharibədə iştirak edən hər bir dövlətin məqsədləri var idi.

Almaniya dünyanı öz xeyrinə yenidən bölmək uğrunda mübarizə aparırdı. Müharibəyə dair Almaniya proqramı uzun illər boyu işlənilmiş və müxtəlif dəyişikliklərə məruz qalmışdı. Almaniyanın müharibədəki məqsədləri Panalman ittifaqının 1914-cü il 28 avqust tarixli tələblərində qəti olaraq müəyyənləşdirildi: sənayecə inkişaf etmiş Belçikanı işğal etmək və onun Afrikadakı müstəmləkələrinə sahib olmaq; Rusiyanın təbii ehtiyatlar cəhətdən zəngin torpaqlarını tutmaq və münbit torpaqlarda alman yaşayış məntəqələri salmaq; Fransanın Lonqvi və Brie dəmir filizi hövzələrini özünə birləşdirmək, Fransa ilə sərhədi Belfor, Tuliya, Verdendən və Soma çayından qərbə keçirtmək və həmçinin fransız müstəmləkələrinə sahib olmaq; İngiltərənin dəniz hökmranlığına son qoymaq, dünya bazarlarında ingilis rəqabətini zəiflətmək, dəniz dayaq məntəqələri əldə etmək və ingilis müstəmləkələrini tutmaq; məğlub ediləcək dövlətlərdən külli miqdarda pul təzminatı almaq; gələcəkdə “Böyük Almaniyanın” inkişafı üçün heç bir təhlükənin olmamasından ötrü bütün rəqiblərini tamamilə zəiflətmək.

Avstriya-Macarıstanın müharibəyə dair proqramına Balkanlarda hegemonluğa sahib olmaq, Serbistanı, Polşa çarlığını, Podolu və Volını özünə birləşdirmək, qələbə təqdirində ölkədə milli ziddiyyətləri aradan qaldırıb möhkəm dövlət yaratmaq, Avropa işlərində mühüm rol oynamaq və b. daxil idi. Avstriya-Macarıstanın bu proqramı həyata keçirtməsində Almaniya da maraqlı idi. Proqramın yerinə yetirilməsi alman kapitalının Avstriya kapitalı ilə birlikdə Balkanlara, Egey dənizi rayonununa və Türkiyəyə ixracına şərait yaradardı, Üçlər ittifaqı dövlətlərini İran körfəzi ilə ərazi cəhətdən birbaşa birləşdirərdi. Bunun da mühüm hərbi-strateji və iqtisadi əhəmiyyəti olardı.

Rusiyanın işğalçılıq planlarına Almaniyanın qüdrətini məhv etmək, Qalisiyanı, Neman çayının aşağı axarını özünə birləşdirmək, İstanbulu işğal etmək, boğazlara sahib olmaq, Avropada imperialist niyyətlərini həyata keçirtmək və b. idi.

İngiltərə sürətlə inkişaf edən gənc alman rəqibinin iqtisadi və maliyyə qüdrətini zəiflətmək, Almaniyanın hərbi-dəniz və ticarət donanmasını məhv etmək, Mesopotamiyanı işğal etmək, zəngin neft yataqları olan Ərəbistan yarımadasına sahib olmaq və Almaniyanın müstəmləkələrini ələ keçirtmək istəyirdi.

Fransanın məqsədi əsas rəqibi olan Almaniyanın hərbi, iqtisadi və siyasi qüdrətini darmadağın etmək, 1871-ci ildə Fransadan alınan Elzas və Lotaringiyanı geri qaytarmaq, Reyn çayının sol sahilindəki torpaqları almaq, Saar vilayətini özünə birləşdirmək, Suriyanı, Fələstini, digər ərəb ərazilərini və alman müstəmləkələrini işğal etmək idi.


Döyüşən dövlətlərin

hərbi qüvvələri və

hərbi-iqtisadi potensialı

Müharibənin başlanğıcında döyüşən dövlətlərin qüvvələrinin yerləşməsi fərqli olmaqla aşağıdakı kimi idi: bir tərəfdən İngiltərə, Fransa, Rusiya, Serbistan və müharibəyə zorla cəlb edilən Belçika; digər tərəfdən isə Almaniya və Avstriya-Macarıstan.

Hər iki blok dövlətlərinin maddi və insan ehtiyatı eyni cür deyildi. Almaniyanın hərbi hazırlığı Antanta ölkələrindən çox üstün idi. Onun ordusu artilleriya və təlim görmüş çoxlu zabit kadrları sarıdan yaxşı təchiz edilmişdi. Bundan fərqli olaraq Antanta ölkələrinin böyük insan, ərzaq və hərbi xammal ehtiyatı var idi.

Müharibənin ilk günündən Almaniya və Avstriya-Macarıstan Antanta ölkələrini dənizdən blokadaya aldılar. Almaniya bloku ölkələri işğal olunmuş Lüksemburq, Belçika və Şimali Fransa departamentlərinin iqtisadi qüdrətini, 1915-ci ilin ikinci yarısından isə Polşa, Litva, Kurlandiya və Serbistanın sənaye və kənd təsərrüfatını özlərinə cəlb etdilər. Almaniya həmçinin bitərəf dövlətlər olan Rumıniya, Bolqarıstan və Türkiyənin imkanlarından istifadə edirdi.

İngiltərə və Fransa isə öz müstəmləkə və dominionlarının xammal və ərzaq sərvətlərindən istifadə edirdilər. Bundan başqa müharibə ehtiyaclarını ödəmək üçün xammal, sənaye və kənd təsərrüfatı məhsulları ABŞ və Cənubi Amerikadan gətirilirdi. İngiltərə və Fransanın müttəfiqi olan Rusiya müharibənin ilk günlərindən ağır vəziyyətə düşdü. Almaniya Baltik dənizini, Türkiyə isə Qara dənizi Rusiya üçün bağladı və Rusiya öz müttəfiqlərindən ayrı qaldı.


Almaniyanın hərbi- strateji



planları
Almaniyanın müharibəyə dair hərbi - strateji planlarının əsasını Baş qərargah rəisi general-feldmarşal qraf Şliffenin 15 il müddətində işləyib hazırladığı və 1905-ci ildə başa çatdırdığı plan təşkil edirdi. Şliffen planının strateji ideyasına görə Almaniya müharibəni iki cəbhədə aparmalı idi: alman ordularının əsas hissəsi Fransaya, kiçik bir hissəsi isə Rusiyaya qarşı vuruşmalı idi. 1913-cü ildə vəfat edən Şliffenin yerini tutan Kiçik Moltke bu planı qəbul etdi.


Müharibədə iştirak edən

tərəflərin digər dövlətləri

müharibəyə qoşmaq uğrunda

diplomatik-siyasi mübarizəsi
Müharibə başlanan kimi hər iki blok dövlətləri digər ölkələri öz tərəfindən müha-ribəyə cəlb etmək uğrunda gərgin diplomatik-siyasi mü-barizəyə başladılar. Belə mübarizənin getdiyi ölkələrdən biri Yaponiya idi. Müharibənin başlanğıcında Uzaq Şərqdə Yaponiya üçün əlverişli beynəlxalq şərait yarandı. Çini işğal etməkdə Yaponiyanın rəqibləri olan dövlətlər onun bu niyyətlərini həyata keçirməsinə mane ola bilmədilər.Yaranmış əlverişli beynəlxalq vəziyyətdən ictifadə edən Yaponiya avqustun 15-də Almaniyaya ultimatum verərək icarəyə götürdüyü Çinin Szyau-çjou ərazisini guya Çinə qaytarmaq adı altında ona verilməsini tələb etdi. Lakin alman diplomatiyası bu tələbi yerinə yetirməkdən imtina etdikdə avqustun 23-də Yaponiya Almaniyaya müharibə elan etdi.

Sentyabrın əvvəlində Yaponiya və İngiltərənin birlikdə mühasirəyə aldıqları Sindau qalası noyabrın 7-də təslim oldu. Bundan əvvəl isə Yaponiya Okeaniyada Almaniyanın müstəmləkələri olan Marşal, Karolin və Marian adalarını işğal etdi. Bununla da Yaponiyanın birinci dünya müharibəsindəki hərbi əməliyyatlarda iştirakı başa çatdı. Buna baxmayaraq Yaponiya Çinin zəngin Şandun vilayətini işğal etdi, Çin hökuməti üzərində siyasi nəzarətini qurdu, Sakit okeanın qərb hissəsinin hökmranı oldu və Çinlə rəqabətsiz ticarətdə müttəfiqlərinə silah sataraq xeyli dərəcədə varlandı.

Türkiyəni müharibəyə qoşmaq uğrunda diplomatik-siyasi mübarizə daha gərgin idi. 1914-cü il avqustun 2-də İstanbulda Almaniya ilə Türkiyə arasında müttəfiqlik haqqında gizli müqavilə bağlandı. Türkiyə Üçlər ittifaqı tərəfindən müharibədə iştirak etmək haqqında öhdəlik götürdü. Almaniya isə Güney və Quzey Qafqazı, türklərin Balkanlarda və Egey dənizində itirdikləri torpaqları onlara geri qaytarmağı və pul təzminatı verməyi vəd etdi. Türk diplomatiyası paralel olaraq İstanbuldakı rus səfiri ilə danışıqlara başladı. Rusların türklərə təzyiq göstərmək cəhdləri heç bir nəticə vermədi. Avqustun 10-da türk hökuməti Almaniyanın “Heben” və “Breslau” hərb gəmilərini və onlara xidmət edən yardımçı gəmiləri Dardaneldən buraxdı. İngilis, rus və fransız diplomatiyası alman gəmilərini və ekipajını tərksilah etməyi Türkiyədən tələb etdi. Lakin türk hökuməti həmin gəmilərin Türkiyə tərəfindən alındığını bildirdi. Almaniya türk ordusunun müharibəyə hazırlıq işini gücləndirərək, onu hərbi sursatla təmin etdi, türk ordu və donanmasının komandanlığına öz adamlarını yerləşdirdi və boğazların və limanların müdafiəsinə rəhbərlikdə mühüm rol oynamağa başladı.

“Heben” və “Breslau” hərb gəmilərinin türk sularına gəlməsi Qara dənizdə qüvvələr nisbətini Türkiyənin xeyrinə dəyişdi. Bu, Almaniya hökuməti ilə Ənvər paşa başda olmaqla türk hökuməti arasında əməkdaşlığı daha da gücləndirdi. Türkiyə ilə Antanta ölkələri arasında danışıqlar gedən vaxt alman generalı Liman fon Sanders müharibənin türk planını işləyib başa çatdırdı. Bu plana görə türk ordusu Misiri və Qafqazı tutmalı, rusları və ingilisləri İrandan qovmalı idi. Səfərbərliyi başa çatdıran türklər hərbi əməliyyatlara başladılar. 1914-cü il oktyabrın 29-da “Heben” və “Breslau” Feodosiya və Sevastopolu bombardman etdilər, Odessa, Novorossiysk və Kerçdə görünərək bir neçə rus gəmisini batırdılar. Beləliklə, Türkiyə ilə Antanta dövlətləri arasında müharibə başlandı. Hərbi əməliyyatların gedişində yeni cəbhələr- Qafqaz, Mesopotamiya, Fələstin-Suriya cəbhələri yaradıldı.

Müharibənin əvvəlindən Avropa dövlətləri bitərəf olan İtaliya, Rumıniya, Bolqarıstan və Yunanıstanı öz tərəflərinə çəkmək uğrunda gərgin mübarizəyə başladılar. Hər iki koalisiya üçün bu dörd dövlət böyük hərbi-strateji əhəmiyyət daşıyırdı.

İtaliyanın böyük quru və dəniz qüvvələri, insan ehtiyatları var idi. Digər üç dövlət isə həm coğrafi vəziyyətinə, həm də güclü ordusuna görə hər iki blok dövlətlərinə lazım gəlirdi. İtaliya hökuməti 1914-cü il avqustun 3-də müharibədə bitərəf qalacağını bəyan etdi. İtaliya diplomatiyası müharibəyə hansı tərəfdən qoşulmaq barədə “bazarlıq” etməyə başladı. Almanlar Marna və Flandiriyada məğlub edildikdən sonra İtaliya Antanta dövlətlərinə müttəfiqlik haqqında müraciət etdi. Bundan ötrü İtaliya diplomatiyası şərt irəli sürdü: Avstriya -Macarıstandan Trentinonu, Brenner aşırımına qədər Tirolu, Triesti, bütün İstriya və Dalmasiyanı, alban Valonunu almalı, həmçinin bütün Albaniya üzərində öz protektoratlığını qurmalı, Türkiyənin Dodekanes adalarını və Kiçik Asiyada Adaliya rayonunu tutmalı idi.

Uzun danışıqlardan sonra ingilis və fransız diplomatiyası İtaliyanın bütün tələblərini yerinə yetirməyə razılıq verdi. Bundan sonra 1915-ci il aprelin 26-da İtaliya, İngiltərə, Fransa və Rusiya Londonda saziş bağladılar. Sazişə görə İtaliya bir ay sonra Antanta tərəfindən müharibəyə girməli idi. Beləliklə, Üçlər razılığı Dördlər razılığına çevrildi. Mayın 23-də İtaliya Avstriya-Macarıstana müharibə elan etdi. Nəticədə Avropada dördüncü- İtaliya cəbhəsi yarandı.

Bolqarıstanın müharibəyə cəlb edilməsi hər iki koalisiya dövlətlərinin diplomatik-siyasi mübarizəsində xüsusi yer tuturdu. Lakin Bolqarıstan uğrunda mübarizə bərabər şəraitdə aparılmırdı. Çar Ferdinand başda olmaqla bolqar hökuməti müharibənin əvvəlindən Rusiya və Serbistana qarşı müharibə aparmaq haqqında Almaniya və Avstriya-Macarıstanla razılaşdı. Bolqar hökuməti ərazisindən həm Almaniya blokunun, həm də Antanta dövlətlərinin silah və sursatını buraxırdı. Almaniya və onun müttəfiqlərinə kömək edən bolqar hökuməti eyni zamanda Antanta dövlətləri ilə də danışıqlar aparırdı. Bolqarıstanla danışıqlar Antanta diplomatiyası üçün ağır şəraitdə keçirdi. Antanta ölkələri Bolqarıstanın ehtiyaclarını müttəfiqləri olan Serbistanın və potensial müttəfiqləri olan Rumıniya və Yunanıstanın əraziləri hesabına ödəyə bilərdilər. Bu isə Antanta ölkələrinə çox ağır başa gələrdi. Antantadan fərqli olaraq Almaniya bloku dövlətləri Bolqarıstanın tələblərini düşmənləri olan Serbistanın hesabına yerinə yetirə bilərdilər. Ona görə də Almaniya və Avstriya-Macarıstan diplomatiyası bolqar hökumətinə geniş vədlər verirdi.

Rus diplomatiyası Bolqarıstanla apardığı danışıqlarda müharibə nəticəsində Serbistanın Avstriya-Macarıstan hesabına geniş ərazilər alacağını, buna görə də Makedoniyanı Bolqarıstana güzəştə gedəcəyini bildirdi. Lakin Serbistan Makedoniyanı Bolqarıstana güzəştə getməkdən qəti şəkildə imtina etdi. Beləliklə, Bolqarıstanın Antanta dövlətləri ilə danışıqları 1915-ci ilin yayına yaxın kəsildi.

Sentyabrın 6-da isə Avstriya-Macarıstan,Bolqarıstan və Almaniya müttəfiqlik haqqında müqavilə bağladılar. Beləliklə, Türkiyənin də iştirak etdiyi Dördlər ittifaqı yarandı. Oktyabrın 14-də bolqar ordusu hərbi əməliyyatlara başladı.

1915-ci ilin sonunda Yunanıstanın müharibədə iştirakı aktual oldu. Yunanıstan Balkanlarda və Kiçik Asiyada ərazi iddialarını təmin etməyin yolunu Antanta ölkələri ilə müttəfiqlikdə görürdü. Yunanıstan İstanbula və boğazlara sahib olmaq ümidində idi. Yunanıstanın iddiaları Rusiya ilə toqquşduğundan ingilis və fransız diplomatiyası xeyli dərəcədə ehtiyatlı hərəkət edirdi. Almaniya imperatoru II Vilhelmin bacısı ilə evlənən yunan kralı Konstantin Almaniyaya meyl etsə də dövlətinin bitərəf qalmasını müdafiə edirdi. Lakin Venizelosun başçılığı altında yunan hökuməti Antanta ilə müttəfiqliyin tərəfdarı idi. Belə olduqda kral Konstantin 1915-ci ilin martında Venizelosu işdən azad etdi və Baş nazirin tərəfdarlarının çox olduğu parlamenti buraxdı. Bundan sonra Venizelos Antanta dövlətlərinin köməyi ilə Salonikdə öz hökumətini yaratdı. Konstantin istefaya getməyə məcbur oldu. 1917-ci ilin iyulunda fransızlar Konstantini İsveçrəyə apardılar. Onun yerinə kral təyin edilən oğlu Aleksandr müttəfiqlərin iradəsini yerinə yetirməyə başladı. Yunanıstan Venizelos başda olmaqla birləşərək 1917-ci ilin sonunda Antanta tərəfindən rəsmi şəkildə müharibəyə qoşuldu.

Rumıniyanın müharibəyə qoşulması hər iki koalisiya dövlətlərinin diplomatik-siyasi mübarizəsində mühüm yer tuturdu. 1914-cü il oktyabrın 1-də Rumıniya və Rusiya gizli saziş bağladılar. Sazişə görə Rusiya Rumıniyanın ərazi toxunulmazlığına təminat verirdi və Avstriya-Macarıstanın rumınlar yaşayan ərazisini özünə birləşdirmək hüququnu qəbul edirdi.

İngilis və fransız diplomatiyası Rumıniyanın müharibəyə cəlb edilməsini qətiyyətlə tələb edirdi. Onların düşüncəsinə görə, Rumıniyanın müharibəyə girməsi Bolqarıstanın Almaniya blokundan çıxmasına, Yunanıstanın Antanta tərəfinə keçməsinə, Türkiyənin öz müttəfiqlərindən uzaqlaşmasına və Balkan yarımadasının işğalına kömək edərdi.

1916-cı il avqustun 17-də Rumıniya Antanta dövlətləri ilə müqavilə bağladı. Müqaviləyə görə Rumıniyanın Transilvaniyanı, Bukovinanı və Banatı özünə birləşdirmək hüququ qəbul edildi. Nəticədə Rumıniya avqustun 27-də Avstriya-Macarıstana müharibə elan etdi.


Müharibədən sülhə



keçid cəhdləri
Müharibənin üçüncü ilindəki hərbi, iqtisadi və siyasi şərait heç bir koalisiyanın qələbəsinə təminat vermir-di. Bütün döyüşən dövlətlər, xüsusən Almaniya bloku dövlətləri insan və iqtisadi ehtiyatlar sarıdan tükənməkdə idilər. 1916-cı ilin sonunda Antanta dövlətlərinin cəbhədə və arxada ordularının sayı 25 mln. nəfər, Almaniya bloku ölkələri ordularının sayı isə 15 mln. nəfərə yaxın idi. Bu dövrdə döyüşən dövlətlərdən artıq 6 mln. nəfər həlak olmuş, 10 mln. nəfər isə yaralanmış və əlil olmuşdu.

Müharibə iqtisadiyyata, xüsusən kənd təsərrüfatına sarsıdıcı zərbə vurdu. Kənd təsərrüfatı məhsulları istehsalı kəskin şəkildə aşağı düşdü. Enerji böhranı bütün ölkələrin sənaye və nəqliyyatına öldürücü təsir göstərdi.

Döyüşən ölkələrin əhalisi hərbi əməliyyatların aparılmasından cana doymuşdu. Belə vəziyyət hər iki blok dövlətlərini ciddi şəkildə rahatsız edirdi. Ona görə də döyüşən dövlətlərin hökumətləri müharibəyə qarşı hərəkatı zəiflətməkdən ötrü müxtəlif sülh təklifləri ilə çıxış etməyə başladılar. Tərəflərin hər biri müharibənin aparılması üçün məsuliyyəti qarşı tərəfin üzərinə yıxmağa çalışırdı.

İlk “sülh təklifini” Almaniya etdi. 1915-ci ildə alman diplomatiyası Rusiyaya separat sülh bağlamağı təklif etdi. Rusiya diplomatiyası bundan imtina etdikdə Almaniya açıq şəkildə bütün döyüşən dövlətlərə sülh təklifi ilə müraciət etdi.

1916-cı il dekabrın 12-də alman hökuməti öz adından və müttəfiqləri adından Antanta ölkələrinə sülh danışıqlarına başlamaq haqqında müraciət etdi. Təklifdə Antanta ölkələrinin Almaniyaya hücum etməsi, Almaniya və onun müttəfiqlərinin başqa ərazilərdə olmasının qələbə kimi qələmə verilməsi əsas yer tuturdu. Almaniya “mənasız qan tökülməsinin” əleyhinə çıxdığını bildirdi.

1916-cı ilin sonunda bitərəf ölkələr olan ABŞ, İsveçrə, Norveç, Danimarka və İsveç də döyüşən ölkələrə sülh bağlamağı təklif etdilər. Lakin bu təkliflərinin nəticəsi olmadı.

1917-ci ili yanvarın 30-da Antanta hökumətləri Almaniyanın təkliflərinə rədd cavabı verdilər və Almaniyanın tam məğlub edilməsinə qədər sülh bağlamayacaqlarını bildirdilər.


ABŞ-ın müharibəyə

girməsi
ABŞ dünyanın onun iştirakı olmadan yenidən bölüşdürülməsinə razı deyildi. Lakin dünyanın bölüşdürülməsində iştirak etməkdən ötrü mütləq müharibəyə qoşulmaq lazım idi. ABŞ diplomatiyasının müharibəyə kim tərəfindən qoşulmasını obyektiv şərait özü müəyyənləşdirdi. ABŞ və İngiltərə kapitalının çoxdan qurulan iqtisadi, siyasi və maliyyə əlaqələri bu seçimə təsir göstərdi. ABŞ bankirləri və inhisarları müharibənin gedişində onlara borclu olan Antanta dövlətlərinin məğlub olmasını və müflisləşməsini istəmirdilər. Müharibədə Almaniyanın qələbə çalması isə ABŞ-ın dünya planlarının reallaşmasına mane ola bilərdi. ABŞ diplomatiyasının düşüncəsinə görə Almaniya qələbədən sonra Avropanı, Kiçik Asiyanı və Afrikanı özünə tabe etdirib onu hətta Cənubi Amerikadan sıxışdırıb çıxara bilərdi və Yaponiya ilə ittifaq bağlayıb Birləşmiş Ştatlar üçün təhlükə törədərdi. Antanta ölkələri məğlub olardısa, Yaponiya Uzaq Şərqdə hökmran dövlətə çevrilə bilərdi.

ABŞ diplomatiyası 1916-cı ilin dekabrından 1917-ci ilin yanvarınadək hər iki blok dövlətləri ilə danışıqlar apardı. Alman diplomatiyasının ABŞ prezidenti Vudro Vilsona(1912-1920) göndərdiyi sülh təklifləri ABŞ -ın mənafelərinə cavab vermirdi. Alman diplomatiyası Almaniyanın sülh təkliflərini Antantanın rədd etdiyinə görə bitərəf dövlətlərin gəmilərinə qarşı fevralın 1-dən amansız müharibəyə başlayacağını bildirdi. ABŞ Almaniya ilə diplomatik münasibətləri kəsmək üçün bəhanə tapdı. 1917-ci il fevralın 2-də Almaniya ilə diplomatik münasibətləri kəsməsinə baxmayaraq ABŞ ona müharibə elan etmədi. ABŞ -ın Almaniyaya müharibə elan etməsi üçün şərait aprel ayında yarandı. Almaniya ABŞ -ın bir neçə gəmisini batırdı. ABŞ -ın müharibəyə qoşulması üçün bəhanə eyni zamanda Almaniyanın dövlət katibi Simmermanın Meksikadakı alman səfirinə göndərdiyi teleqram oldu. Teleqramda Meksikanın ABŞ-a qarşı müharibəyə başlaması təklif edilirdi. Bu təklif yerinə yetirilərdisə XIX əsrdə ABŞ -ın Meksikadan aldığı sərhəd ştatları ona qaytarılmalı idi. Simmermanın bu teleqramına cavab olaraq ABŞ hökuməti 1917-ci il aprelin 6-da Almaniyaya müharibə elan etdi.


Döyüşən koalisiyalar

arasında ziddiyyətlər
Vahid koalisiyada digərinə qarşı döyüşmələrinə baxmayaraq hər bir düşərgənin daxilində kəskin ziddiy-yətlər var idi. Antanta cəbhəsində ən kəskin ziddiyyət İngiltərə və Rusiya arasında hökm sürürdü. Rusiya və müttəfiqləri arasında ziddiyyətlər əsasən Balkanlarda, Bosfor və Dardanel boğazlarında, Türkiyənin Asiya hissəsində toqquşurdu. İngiltərə və Fransa müharibənin sonunadək Rusiyanın güclü qalmasını istəmirdilər. Güclü Rusiya qənimətin bölüşdürülməsində onlara mane ola bilərdi. Bu dövlətlər rus ordularının Türkiyədə müvəffəqiyyətinə öz mənafelərinə zərbə kimi baxırdılar. Lakin İngiltərə və Fransanın Rusiya qarşısında başqa bir üstünlüyü də var idi. Rusiyanın iqtisadi cəhətdən geri qalması onu ingilis və fransız kapitalından asılı vəziyyətə salmışdı.

Antanta dövlətləri arasında ziddiyyətlər Qərbi Avropada və Yaxın Şərqdə nüfuz dairələri uğurunda də kəskin idi. İngiltərə Elzas və Lotaringiyanın Fransaya birləşdirilməsinin tərəfdarı olsa da Saar vilayətinin və Reynin sol sahilinin ona verilməsinin qəti şəkildə əleyhinə çıxırdı. Bu planların həyata keçirilməsi Fransanı Qərbi Avropada hegemon dövlətə çevirə bilərdi. İngilis diplomatiyası isə buna yol vermək istəmirdi. İngiltərənin maraqları Fransa ilə eyni zamanda Osmanlı imperiyasında da toqquşurdu. Fransızlar zəngin neft ehtiyatları olan Mosul vilayətinə iddia edirdilər. Mosul problemi üstündə ingilis və fransız diplomatiyası arasında kəskin və gizli mübarizə gedirdi. Fransanın iddia etdiyi Fələstin, Suriya və digər ərəb ərazilərinin yaxınlığında ingilislərin uğurlu hərbi əməliyyatlar aparmalarına fransızlar qısqanclıqla yanaşırdılar.

İngilis-fransız ziddiyyətləri Balkanlarda daha kəskin idi. Balkanlarda eyni zamanda İtaliya ilə Fransanın da mənafeyi toqquşurdu. İtaliya Avstriya-Macarıstanı məhv edərək Balkanlarda sahib olmaq istəyirdi. Antanta dövlətləri arasında olan kəskin ziddiyyətlər hərbi əməliyyatların aparılmasının əlaqələndirilməsinə mane olurdu.


Dünyanın ərazicə

bölüşdürülməsi haqqında

Antanta dövlətlərinin

məxfi sazişi
Aralarında olan kəskin ziddiyyətlərə baxmayaraq 1914-cü ilin payızında Antanta dövlətləri Avropanın xəritəsinin dəyişdirilməsi və alman müstəm-ləkələrinin bölüşdürülməsi haqqında prinsipcə razılığa gəldilər. Sentyabrda rus diplomatiyası aşağıdakı təkliflərlə çıxış etdi: Rusiyaya Neman çayının aşağı axarı, Poznan, Sileziya və Qalisiya birləşdirilsin; türk boğazlarından rus gəmilərinin sərbəst keçidi təmin edilsin; Avstriya-Macarıstan imperiyası Avstriya, Çexiya və Macarıstana bölüşdürülsün; Bosna və Herseqovina, Dalmasiya və Albaniyanın şimal hissəsi Serbistana birləşdirilsin; Albaniyanın cənub hissəsi Yunanıstana birləşdirilsin; Almaniya müstəmləkə mülkləri İngiltərə, Fransa və Yaponiya arasında bölüşdürülsün; Avstriya-Macarıstan və Almaniya təzminat ödəsin.

Öz növbəsində İngiltərə və Fransa 1914-cü ilin sentyabr-oktyabr aylarında Avropanın və alman mülklərinin bölüşdürülməsinə dair öz planlarını təklif etdilər. İngilis, rus və fransız planları əsasən bir-birinə uyğun gəlsə də, müttəfiqlər arasında bir sıra fikir ayrılıqları mövcud idi. Almaniya donanmasının ləğv edilməsi tələblərinin yerinə yetirilməsində Rusiya maraqlı deyildi. Eyni zamanda İngiltərə Fransanın Reynin sol sahilini tutması və Saar vilayətini özünə birləşdirməsi ilə razılaşmaq istəmirdi. Rusiyanın Adriatik dənizinin şərq sahillərində İtaliya, Avstriya-Macarıstan və Rumıniyaya qarşı dura biləcək serb-xorvat dövlətinin yaradılmasını təklifinə ingilis və fransız diplomatiyası razı deyildi.


İstanbul və boğazlar

haqqında saziş
Türkiyənin Mərkəz dövlətləri tərə-findən müharibəyə qoşulması Antanta dövlətlərinin diplomatiyası qarşısında bir sıra kəskin məsələlər qoydu. 1914-cü ilin noyabrında Qafqaz və Mesopotamiya, sonra isə Fələstin və Dardanel cəbhələri yaradıldı. Qafqaz cəbhəsi daha çox əhəmiyyət kəsb etdiyindən Türkiyə buraya xeyli qüvvə göndərdi. Türkiyə müharibəyə qoşulduqdan sonra ingilis diplomatiyası noyabrın 14-də “Rusiyanın razılığı ilə boğazlar və İstanbul haqqında məsələni” və bütövlükdə türk məsələsini tamamilə həll etməyi vəd etdi. 1915-ci il martın 12-də İngiltərə Rusiyanın İstanbula olan iddialarını müharibə uğurla başa çatdırılarsa, İngiltərə və Fransanın istəkləri Osmanlı imperiyasında və digər yerlərdə yerinə yetirilərsə qəbul edəcəyini bildirdi.

1915-ci il aprelin 10-da Fransa da İstanbulun və boğazların Rusiyaya keçməsinə eyni şərtlərlə razı olduğunu bildirdi.

1916-cı ilin aprel-mayında ingilis və fransız diplomatları olan Sayks və Pikonun layihəsi əsasında İngiltərə, Fransa və Rusiya arasında Asiya Türkiyəsini bölüşdürmək haqqında ümumi saziş bağlandı. Bu sazişə görə Rusiya “Böyük Ermənistan” adlandırılan ərazini- Ərzurum, Van, Bitlis, Trabzon (Trapezund) və Trabzonun qərbində Qara dəniz sahillərinin xeyli hissəsini almalı idi.

Sazişə görə Fransa Suriya və Kilikiyanı, Rusiyaya keçən vilayətlərin qərbindəki əraziləri, İsgəndərun limanı ilə birlikdə İsgəndəriyyə körfəzini almalı idi. Fələstində beynəlxalq nəzarət altında muxtar vilayət yaradılmalı, Fələstinin iki limanı- Akra və Xayfa İngiltərəyə keçməli idi.

Ərəb dövlətləri federasiyasını təşkil edən Ərəbistan yarımadasını və ona bitişik şimal əraziləri ingilis və fransızlar iki zonaya bölmüşdülər: fransız zonasına- gələcəkdə Fransa mülkləri kimi nəzərdə tutulan Suriya və Kilikiya, Mosul vilayəti ilə birlikdə Şimali Mesopotamiya; ingilis zonasına isə fransız zonasından cənuba İran körfəzinə qədər olan ərazi daxil idi. Beləliklə, gələcək ərəb dövlətləri İngiltərə və Fransanın siyasi, iqtisadi və hərbi asılılığına düşürdülər.

1917-ci il aprelin 19-da İngiltərə və Fransa İtaliyanın Kiçik Asiyanın Aralıq dənizi sahillərindəki fransız mülklərindən şərqə doğru İzmirə qədərki əraziləri tutmaq “hüququnu” tanıdılar. Kiçik Asiya yarımadasının şimal hissəsi isə gələcəkdə yaradılacaq müstəqil Türkiyə dövləti üçün nəzərdə tutulmuşdu.

Rusiyada çarizmin devrilməsinə bir gün qalmış rus və fransız diplomatiyası məxfi saziş imzaladılar. Bu sazişə görə, Fransa Elzas və Lotaringiyanı çıxmaq şərtilə bütün keçmiş Lotaringiya hersoqluğunu, Saar çayı hövzəsindəki daş kömür mədənlərini, Reynin sol sahilindəki ərazini özünə birləşdirməli və burada bitərəf muxtar dövlət yaratmalı idi. Öz növbəsində fransız diplomatiyası Rusiyanın Almaniya və Avstriya-Macarıstanla gələcək sərhədlərini qurmaqda tam sərbəstliyini qəbul etdi.


Uzaq Şərq 1914-



1917-ci illərdə
Avropanın böyük dövlətlərinin Uzaq Şərqdən müvəqqəti çıxdığını görən Yaponiya Çində və Sakit okean hövzəsində öz hökmranlığını qurmaq üçün istifadə etdi. Müharibənin əvvəlindən Yaponiya Çinin Şandun əyalətini və Okeaniyadakı adaları tutub planlarını reallaşdırmağa başladı. 1915-ci il yanvarın 18-də Yaponiya Çinə 21 maddədən ibarət ultimatum verdi. Bu tələblərin yerinə yetirilməsi Çini Yaponiyanın müstəmləkəsinə çevirirdi. Yapon diplomatiyası Çindən Şandun əyaləti üzərində, Cənubi Mancuriyada və Monqolustanda Yaponiyanın iqtisadi və siyasi hökmranlığını qəbul etməyi, bu ərazilərdə yaponların yerləşdirilməsini və onların mülklər almaq hüququnu tanımağı tələb etdi. Tələblərin içərisində Yaponiyanın siyasi və maliyyə müşavirlərinin qəbul edilməsi, Çinin mühüm mərkəzlərində yapon-çin polisinin yaradılması, Çinin yalnız Yaponiyadan silah alması və s. məsələlər var idi. Yaponiyanın tələblərinə tab gətirmək iqtidarında olmayan Çin Yaponiyanın rəqibləri olan Rusiya, İngiltərə, Fransa və ABŞ -dan istifadə etmək istədi. Lakin bu Avropa dövlətlərinin Yaponiyanın planlarının həyata keçirməsinə mane olmaq üçün gücləri yox idi. ABŞ -ın mənəvi-siyasi köməyi də kifayət etmirdi. Çin hökuməti Yaponiyanın tələblərinin əksəriyyətini qəbul etdi. Siyasi tələblərdən isə Yaponiya özü imtina etdi. Yaponiyanın Şandun vilayətini işğal etməsi Çinin digər yerlərində Almaniyanın iqtisadi mövqelərini tam məhv edə bilmədi. Çin ticarətinin xeyli hissəsi alman təbəələrinin əlində idi. Alman bankları və ticarət şirkətləri səmərəli fəaliyyət göstərirdilər. Çin əslində Uzaq Şərqdə siyasi intriqalar mərkəzinə çevrilmişdi.

Antanta dövlətləri Uzaq Şərqdə alman intriqalarından yaxa qurtarmağın ən radikal yolu kimi Çinin Almaniyaya müharibə elan etməsində gördülər. Çin Almaniyanın iqtisadi konsessiyalarını və təbəələrini ölkədən çıxara bilərdi. Almaniyaya müharibə elan etmək Çinin də mənafeyinə uyğun idi. Belə olduqda Çin hüquqi cəhətdən müttəfiqlərlə bərabər vəziyyətə düşürdü, onun siyasi və mənəvi nüfuzu artırdı, Yaponiya ilə bağlanmış qeyri-bərabər hüquqlu müqavilələri gələcəkdə ləğv etmək üçün əlverişli şərait qazanırdı. Lakin Çinin Almaniyaya müharibə elan etməsi Yaponiyanın istəklərinin əleyhinə getməməli idi. Yapon diplomatiyası Uzaq Şərqdə yaranmış əlverişli beynəlxalq şəraitdən öz mənafeləri naminə istifadə etdi. Yaponiya sənayesi və xarici ticarəti sürətlə inkişaf etdi, Avropada müharibə ehtiyaclarını ödəyən çoxlu fabrik və zavodlar tikildi. Yaponiya silah satışından külli miqdarda gəlir götürdü. Çini sülh konfransına buraxmaq istəməyən Yaponiya Çində alman maraqlarının tam ləğvinin də əleyhinə idi. Yaponiya Uzaq Şərqdə gələcək müttəfiqi kimi Almaniyanı görürdü. Yaponiya Çinin Almaniyaya müharibə etməsinə razılıq vermədikdə müttəfiqlər Yaponiya ilə bir sıra müqavilələr bağlayıb onun iddialarını qəbul etdilər. 1917-ci ilin fevralında Antanta dövlətləri sülh konfransında Yaponiyanın Şandun yarımadasına və keçmiş alman ada mülklərinə olan iddialarını müdafiə edəcəkləri barədə öhdəlik götürdülər. Bundan sonra Yaponiya Çinin Almaniyaya qarşı müharibəyə girməsinə etiraz etmədi. 1917-ci il fevralın 14-də Çin Almaniya ilə diplomatik münasibətlərini kəsdi, avqust ayında isə ona müharibə elan etdi. Lakin Yaponiya, İngiltərə, Rusiya və Fransanın bağladıqları məxfi saziş Çinin istəklərinin yerinə yetirilməsini heçə endirdi.

ABŞ diplomatiyasının Yaponiya ilə bağladığı sazişlər də Çinin mənafeyinə zidd idi. 1917-ci il noyabrın 2-də imzalanan İsii-Lansinq sazişinə görə ABŞ hökuməti Çində Yaponiyanın xüsusi hüquqları olduğunu qəbul etdi.


Alman bloku



daxilində ziddiyyətlər

Antanta blokundan fərqli olaraq alman blokuna daxil olan dövlətlər iqtisadi, siyasi, hərbi inkişaf və qüdrət cəhətdən bir-birindən fərqlənirdilər. Almaniya özünün hərbi, iqtisadi, maliyyə, siyasi və texniki qüdrətinə görə digər müttəfiqlərini ötüb keçirdi. Türkiyə, Bolqarıstan və Avstriya-Macarıstan Almaniyadan çox geri qalırdılar. Bu blok daxilindəki ziddiyyətlərin əsas səbəbi müstəmləkələrə sahib olmaq üstündə idi. Fransa, Rusiya, Serbistan və Rumıniyada qələbələr müharibənin nəticəsinə təsir göstərməsə də, Almaniya ilə müttəfiqləri arasında ziddiyyətləri kəskinləşdirdi. Müharibənin ilk günlərindən Almaniya və Avstriya-Macarıstan arasında Polşa çarlığı üstündə ixtilaf yarandı. Bu iki dövlət arasında ziddiyyətlər həmçinin İtaliya və Rumıniyaya münasibətdə də hökm sürürdü. Bolqarıstanla Avstriya-Macarıstan arasında hökm sürən ziddiyyət Serbistana və Balkan yarımadasına münasibətdə də mövcud idi. Müttəfiq dövlətlərin Türkiyədə də mənafeləri toqquşurdu. Müharibəyədək Avstriya-Macarıstan Türkiyə ilə geniş ticarət əlaqələri aparırdı. Almaniya müttəfiqi olan Avstriya-Macarıstanı Türkiyədən vurub çıxarmaq istəyirdi. Bütün bu ziddiyyətlərə baxmayaraq blok ölkələri müttəfiq kimi Almaniyanın ətrafında birləşmişdilər.




Avropanın bölüşdürülməsinə

dair Almaniya və Avstriya-

Macarıstan planı
1916-cı ilin oktyabr-noyabrında Almaniya və Avstriya-Macarıstan höku-mətləri sülh konfransında müdafiə edəcəkləri proqramı işləyib hazırladılar. Bu proqram müharibəyə qədərki ərazilərin Almaniya, Avstriya-Macarıstan və Türkiyəyə qaytarılmasını, təhlükəsizliyi təmin etmək adı altında Belçikanın, Belçika Konqosunun alınmasını, Lüksemburqun, Fransanın Lonqvi və Brie hövzələrinin, Litva və Kurlandiyanın Almaniya imperiyasına birləşdirilməsini, Rusiyadan Polşa çarlığının ayrılmasını, Rusiya, İtaliya, Rumıniya və Serbistan hesabına Avstriya-Macarıstan sərhədlərinin strateji baxımdan yaxşılaşdırılmasını, Qaradağın Avstriya-Macarıstana birləşdirilməsini və Albaniya üzərində protektoratlığının qurulmasını, Serbistan və Rumıniya hesabına Bolqarıstan ərazlərinin genişləndirilməsini, hərbi xərclərə görə külli miqdarda təzminat alınmasını nəzərdə tuturdu.

Rusiyada fevral inqilabı baş verdikdən sonra Almaniya və Avstriya-Macarıstan hökumətləri Kurlandiya, Litva və Polşanın Almaniyaya, Rumıniyanın xeyli hissəsinin, Serbistan, Qaradağ və Albaniyanın isə Avstriya -Macarıstana birləşdirilməsi barədə razılığa gəldilər. 1917-ci ilin noyabrında Almaniyanın Avstriya-Macarıstanla bağladığı məxfi sazişə görə Polşa çarlığı iki hissəyə bölünürdü. Onun böyük bir hissəsi sərhədləri düzəltmək adı altında Almaniyaya, digər hissəsi isə Avstriya-Macarıstana keçməli idi. Litvada böyük knyazlıq, Kurlandiyada böyük hersoqluq yaradılmalı idi. Nəhayət, 1917-ci il dekabrın 18-də Almaniyanın imperiya şurası əraziləri daha da genişləndirmək barədə qərar qəbul etdi.




Rusiyada Oktyabr

çevrişinin beynəlxalq

münasibətlərə təsiri
1917-ci il noyabrın 7-də (25 oktyabr) Petroqradda baş verən oktyabr çevrilişi nəticəsində sovet hökuməti quruldu. Sovet hökuməti noyabrın 8-də sülh və torpaq haqqında dekret verdi. 1918-ci ilin yanvarında yeni hökumət çar və müvəqqəti hökumətlərinin bütün daxili və xarici dövlət istiqrazlarını ləğv etdi. Sovet hökuməti çar Rusiyasının bağladığı gizli müqavilələri elan etdi. Oktyabr çevrilişi və müharibənin aparılmasının əzabları həm döyüşən ölkələrdə, həm də müstəmləkə ölkələrində milli-azadlıq hərəkatına böyük təkan vurdu.

Oktyabr çevrilişindən sonra Rusiyanın keçmiş müttəfiqləri olan İngiltərə və Fransa hökumətləri ABŞ hökumətinin köməyi ilə Rusiyanı nüfuz dairələrinə bölməkdən ötrü hərbi müdaxiləyə başladılar. Rusiya ilə keçmiş müttəfiqləri arasında sülh müqaviləsi bağlamaq mümkün olmadı.


Brest danışıqları

və sülh müqaviləsi
1917-ci il noyabrın 30-da Almaniya və Avstriya-Macarıstan hökumətləri Rusiya ilə sülh danışıqlarına başlamağa razı oldjuğunu bildirdilər. Dekabrın 15-də bolşevik və alman orduları komandanlığı barışıq bağladılar. Dekabrın 22-də isə Brest-Litovskda Rusiya ilə Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstan arasında sülh danışıqlarına başlandı. Bolşevik nümayəndə heyəti aşağıdakı şərtləri irəli sürdü: müharibə dövründə işğal olunmuş ərazilər boşaldılır; müharibə dövründə müstəqilliklərini itirən dövlətlərin müstəqillikləri bərpa edilir; müharibəyə qədər müstəqilliyi olmayan milli qruplar onu özləri müəyyənləşdirirlər; milli azlıqlara mədəni-milli muxtariyyat və ya ərazi müxtariyyatı verilir; müstəmləkə xalqlarının taleyi yuxarıda göstərilən prinsiplər əsasında tənzimlənir; müharibədə iştirak edən bütün tərəflər təzminatdan, iqtisadi müharibədən və iqtisadi baykotdan imtina edirlər. Almaniya bloku ölkələri bu təklifləri danışıqların əsası kimi qəbul edərək müəyyən müddətdən sonra danışıqlara razı olduqlarını bildirdilər. 1918-ci il yanvarın 4-də onlar Brest-Litovskda danışıqlara başladılar. Almaniya komandanlığının nümayəndəsi general Hofman Polşa və Belarusiyanın bir hissəsi, bütün Litvaya və Kurlandiyaya iddialar irəli sürdü. Əks- təqdirdə hərbi əməliyyatlara başlanacağı ilə hədələdi. Almaniya bloku ölkələri Ukraniya mərkəzi radası ilə də danışıqlara başladılar. Danışıqlar 1918-ci il fevralın 9-da sülh müqaviləsini imzalamaqla nəticələndi.

Brest-Litovskda sülh danışıqları zamanı Türkiyə nümayəndə heyəti Güney Qafqaz respublikalarının Rusiyadan ayrılmasını tələb etdi.

Bolşevik nümayəndə heyətinin başçısı Trotski sülh bağlamağın əleyhinə çıxdıqda fevralın 18-də müttəfiq orduları hücuma keçdi. Rusiya 1918-ci ilin martın 3-də Brest-Litovsk sülh müqaviləsini imzalamağa məcbur oldu. Almaniya və Avstriya-Macarıstan Polşanı, Volını və Belarusiyanın bir hissəsini, Litva və Kurlandiyanı, Latviya, Estoniya və Finlandiyanı aldılar.


ABŞ prezidenti

Vudro Vilsonun

14 maddəsi”

Birinci dünya müharibəsi davam edən zaman iştirakçı dövlətlər müxtəlif sülh proqramları ilə çıxış etdilər. Belə proqramlardan birini 1918-ci il yanvarın 18-də ABŞ prezidenti Vudro Vilson irəli sürdü. Proqramda aşağıdakılar nəzərdə tutulmuşdu:



  1. Söëù ìöãàâèëÿëÿðèíèí à÷ûã ìöçàêèðÿñè. Bóíäàí ñîíðà ùå÷ áèð ýèçëè áåéíÿëõàëã ñàçèø îëìàéàúàã, äèïëîìàòèéà èñÿ ùÿìèøÿ à÷ûã-àéäûí âÿ ùàìûíûí ýþçö ãàðøûñûíäà ôÿàëèééÿò ýþñòÿðÿúÿê;

  2. ßðàçè ñóëàðû õàðèúèíäÿ ùÿì ñöëù, ùÿì äÿ ìöùàðèáÿ âàõòû ýÿìè÷èëèéèí äÿíèçëÿðäÿ ìöòëÿã ñÿðáÿñòëèéè;

  1. Ìöìêüí ãÿäÿð áöòöí èãòèñàäè ìàíåÿëÿðèí ëÿüâè;

  1. Äþâëÿò òÿùëöêÿñèçëèéèíÿ óéüóí îëàðàã ñèëàùëàðûí ìöìêöí ãÿäÿð àçàëäûëìàñû ö÷öí ÿäàëÿòëè çÿìàíÿòëÿð;

  2. Ìöñòÿìëÿêÿëÿð öçÿðèíäÿ ñóâåðåíëèêëÿ áàüëû áöòöí ìÿñÿëÿëÿðèí ùÿëëèíäÿ ÿùàëèíèí ìàðàãëàðûíûí ùþêóìÿòëÿðèí ÿäàëÿòëè òÿëÿáëÿðèíÿ íèñáÿòäÿ áÿðàáÿð òóòóëìàñû ïðèíñèïèíÿ ÿñàñëàíàðàã áöòöí ìöñòÿìëÿêÿ ìöáàùèñÿëÿðèíèí ñÿðáÿñò, ñÿìèìè âÿ ìöòëÿã áèòÿðÿôëèê ìþâãåéèíäÿí ùÿëëè;

  3. “Áöòöí ðóñ òîðïàãëàðûíûí àçàä åäèëìÿñè...” Ðóñèéà þç òàëåéèíè þçö ìöÿééÿí åòìÿëè, èñòÿäèéè èäàðÿ ôîðìàñûíû ñå÷ìÿëè âÿ Ìèëëÿòëÿð Úÿìèééÿòèíÿ ãÿáóë åäèëìÿëèäèð;

  4. “Áåë÷èêà... áîøàëäûëìàëû âÿ áÿðïà åäèëìÿëèäèð”;

  5. Ôðàíñà áîøàëäûëìàëû; èøüàëà ìÿðóç ãàëìûø ÿðàçèëÿð áÿðïà åäèëìÿëè; Åëçàñ âÿ Ëîòàðèíýèéà Ôðàíñàéà âåðèëìÿëèäèð;

  6. Èòàëèéàíûí ñÿðùÿäëəðè àéäûí ýþðöíÿí ìèëëè ñÿðùÿäëÿðÿ ýþðÿ äÿéèøäèðèëìÿëèäèð;

  7. Àâñòðèéà-Ìàúàðûñòàí õàëãëàðû... ýåíèø ìóõòàð èíêèøàô èìêàíëàðû ÿëäÿ åòìÿëèäèðëÿð (ñîíðàëàð ìóõòàðèééÿò ïðèíñèïè òàì ìöñòÿãèëëèêëÿ ÿâÿç åäèëäè);

  8. Ðóìûíèéà-Ñåðáèéà âÿ Qaradağ áîøàëäûëìàëûäûð;

  9. Îñìàíëû èìïåðèéàñûíûí òöðê ùèññÿñè... òÿìèíàòëû âə ìþùêÿì ñöâåðåíëèê àëìàëûäûð; òàáå åäèëìèø ìèëëÿòëÿðÿ òÿùëöêÿñèçëèê âÿ “ìóõòàð èíêèøàôûí ìöòëÿã ïîçóëìàç øÿðòëÿðè” òÿìèí åäèëìÿëèäèð;

  1. Ìöñòÿãèë Ïîëøà äþâëÿòè éàðàdılìàëûäûð;

  1. Õöñóñè ìöãàâèëÿëÿð ÿñàñûíäà öìóìè ìèëëÿòëÿð áèðëèéè (Ìèëëÿòëÿð Cəmiyyəti) éàðàäûëìàëûäûð.

Ñîíðàëàð, 1918-úè èëèí ôåâðàëûíäà Âèëñîí 14 ìaääÿéə äàùà 4 ïðèíñèï ÿëàâÿ åòäè. Îíëàðûí ãûñà ìÿçìóíó áåëÿ idi:

  1. Ñöëù ïðîñåñè ãåéä-øÿðòñèç olaraq ÿäàëÿòÿ ÿñàñëàíìàëûäûð;

  2. Õàëãëàð âÿ âèëàéÿòëÿð äþâëÿòëÿð àðàñûíäà øàùìàò îéóíóíäàêû ïèéàäà êèìè ìöáàäèëÿ âàñèòÿñèíÿ ÷åâðèëìÿməëèäèð;

  3. Ùÿð áèð ÿðàçè ìÿñÿëÿñè àèäèééÿòè öçðÿ éåðëè ÿùàëèíèí ìàðàãëàðûíà óéüóí îëàðàã ùÿëë åäèëìÿëèäèð;

  1. Þç òàëåéèíè ãÿòè ìöÿééÿí åòìèø áöòöí ìèëëè åëåìåíòëÿðèí òÿëÿáëÿðè þäÿíilìÿëèäèð.

Ïðåçèäåíò Âèëñîí òÿðÿôèíäÿí áÿéàí åäèëìèø ïðèíñèïëÿðäÿí éàðàðëàíìàã èñòÿéÿí âÿ èñòèãëàëûíûí òàíûíìàñûíû òÿëÿá åäÿí õàëã àøàüûäàêû øÿðòëÿðÿ úàâàá âåðìÿëè èäè:

  1. Ùÿð áèð ìèëëÿò õàðàêòåðèíäÿêè müəyyən èíòåëlåêòóàë âÿ ìÿíÿâè-äèíè õöñóñèééÿòëÿðèíÿ ýþðÿ ñå÷èëìÿëèäèð.

  2. Ùÿð áèð ìèëëÿò þç òàëåéèíè ìöÿééÿí åòìÿéÿ ãàäèð îëóüóíó ýþñòÿðìÿëèäèð.

  3. Î, þç õÿðúëÿðèíè þäÿìÿê ö÷öí èãòèñàäè, òÿáèè âÿ ìàëèééÿ âàñèòÿëÿðèíÿ ìàëèê îëìàëûäûð.

  4. Î, þçöíö õàðèúè òÿúàâöäÿí ãîðóéà áèëìÿëèäèð.

O, tabe olduğu ölkənin hökumətinin zülmündən əziyyət çəkmiş olmalıdır.

Bu proqram müharibədən sonrakı dövrdə həm dünya quruluşunu, həm də ABŞ-ın xarici siyasət məqsədlərini müəyyənləşdirməyi güdürdü.


Rumıniyanın təslim

olması. Buxarest sülhü
1918-ci il mayın 7-də Buxarestdə Rumıniya ilə Almaniya bloku ölkə-ləri arasında sülh müqaviləsi və bir sıra iqtisadi sazişlər bağlandı. Bu sazişlər Rumıniyanın bütün təbii sərvətləri və ehtiyatlarından istifadə edilməsində Almaniya inhisarlarına müstəsna hüquq verirdi. Buxarest sülh müqaviləsinə görə Rumıniya 15 min km.-lik strateji cəhətdən mühüm və meşələrlə zəngin olan dağlıq sərhəd zolağını Avstriya-Macarıstana güzəştə gedirdi, Cənubi Dobrucanı Bolqarıstana qaytarırdı, Dobrucanın qalan hissəsini Köstəncə limanı ilə birlikdə Almaniya bloku ölkələrinin istifadəsinə verirdi. İndiyədək istifadə olunmayan neft mədənləri 90 il müddətinə Almaniya kompaniyalarına verilirdi. Buxarest sülhü Rumıniyanın Bessarabiyanı özünə birləşdirməsini tanıdı.


1918-ci ilin əvvəlində

döyüşən ölkələr arasında

qüvvələr nisbəti
Almaniya Avropanın şərqində uğurlu hərbi əməliyyatlar apar-dıqdan və geniş ərazilər tutduq-dan sonra müharibənin artıq başa çatdığını və düşmən ölkələrə öz sülh şərtlərini qəbul etdirəcəyini güman edirdi. 1918-ci il martın ortalarında Qərb cəbhəsində Almaniyanın 181 piyada diviziyası və 3 əlahiddə briqadası var idi. Həlledici döyüşlərin gedişində Almaniya diviziyalarının sayı qərb cəbhəsində başqa cəbhələrdən gətirilənlərin hesabına 205-ə çatdı. Almaniyanın düşmənlərinin isə 171 piyada diviziyası var idi. Lakin almanların 34 diviziyasının çox olması məsələləri həll etmirdi.

Almaniya bloku ölkələrinin beynəlxalq vəziyyətinə onların təsərrüfat-iqtisadi həyatı ciddi təsir göstərirdi. Əhali aclıq çəkirdi. Orduda lazım olan şeylər çatışmırdı. Almaniya iqtisadi cəhətdən tükənmişdi. Əmək məhsuldarlığı aşağı düşmüşdü. Yanacaq və xammal ehtiyatları çatışmırdı. Nəqliyyat bərbad hala düşmüşdü və insan ehtiyatı tükənmişdi. Xalq müharibədən usanmışdı.

Avstriya-Macarıstan ordusunun əsgərləri aclıq çəkirdilər və döyüş qabiliyyətini itirmişdilər. Xalqların milli azadlıq mübarizəsi müharibəni davam etdirməyə mane olurdu.

Türkiyə və Bolqarıstan da çətin vəziyyətə düşmüşdü. Alman bloku ölkələri içərisində yalnız Almaniya ordusu hələ döyüş qabiliyyətini saxlayırdı.

İngiltərə, Fransa və İtaliyanın da iqtisadi və ərzaq vəziyyəti asan deyildi. Lakin onların tükənməyinə hələ çox var idi. Bu ölkələr içərisində İtaliyanın vəziyyəti daha fəlakətli idi. İngiltərə və Fransanın strateji xammal, ərzaq, işçi qüvvəsi və əsgər aldığı müstəmləkələrlə əlaqəsi Almaniyanın apardığı sualtı müharibə ucbatından çətinləşmişdi.

Hərbi texnika sarıdan İngiltərə, Fransa və ABŞ Almaniya blokunu üstələyirdi. ABŞ-ın yardımı müharibədə mühüm rol oynayırdı. 1918-ci ilin yayında Almaniya ordusu döyüş qabiliyyətini itirdi. Sentyabr ayında alman ordusunun ali baş komandanlığı, xüsusən Lüdendorf və Hindenburq alman ordusunun daha müqavimət göstərə bilməyəcəyini etiraf etdilər. Sentyabrın 30-da Almaniyada liberal Maks Badenskinin başçılığı ilə yeni hökumət yaradıldı. Bu hökumət oktyabrın 4-də ABŞ prezidenti Vilsona nota göndərərək “14 maddə” şərtlərinə uyğun olaraq sülh bağlamağa razı olduğunu bildirdi. Berlinlə Vaşinqton arasında notalar mübadiləsi bir ay çəkdi. Vilson öz notalarında Almaniyada II Vilhelm hakimiyyətdən getməyənədək və alman ali komandanlığı siyasi hakimiyyətə tabe etdirilməyənədək müttəfiqlərin heç bir rəsmi danışıqlar aparmayacağını açıq şəkildə bildirdi. Oktyabrın 26-da Lüdendorf vəzifədən uzaqlaşdırıldı. Özünü paytaxtda təhlükəsiz hiss etməyən II Vilhelm qərargaha, Hindenburqun yanına getdi. Alman ordularının hərbi əməliyyatlar aparmaq iqtidarında olmadığını görən müttəfiqlər növbəti döyüş planlarını hazırlamaqdan imtina etdilər.




Bolqarıstanın təslim

olması və barışığın

imzalanması
Barışıq haqqında danışıqlar davam edərkən Almaniyanın müttəfiqləri bir-bir hərbi əməliyyatlardan çıxırdılar. 1918-ci ilin ikinci yarısında Bolqarıs-tanı kəskin iqtisadi və siyasi böhran bürüdü. Ölkə iqtisadiyyatı tamamilə dağıldı. Xalq və ordu aclıq çəkirdi. Almaniya Bolqarıstanı silah, hərbi sursat və geyimlə təhciz etməyi dayandırdı. Sentyabrın 15-də Antanta ölkələrinin qüvvələri Dobro çölü rayonunda bolqar ordusunu darmadağın etdilər. Sentyabrın 29-da müttəfiq komandanlığı Almaniyaya barışıq şərtlərini diktə etdi. Barışığın şərtlərinə görə Bolqarıstan Serbistanın, Yunanıstanın və Rumıniyanın işğal etdiyi əraziləri azad etməyi öz öhdəsinə götürürdü və bolqar yolları müttəfiq ordularının əlinə keçirdi. Belə vəziyyət dağılmaqda olan Avstriya-Macarıstanın məğlubiyyətini sürətləndirdi.


Türkiyənin məğlub olması



və barışığın imzalanması
Bolqarıstanın məğlubiyyəti Türkiyənin məğlub olmasını yaxınlaşdırdı. 1918-ci ilin oktyabrında türk ordusu Fələstində və Suriyada məğlubiyyətə uğradı. Oktyabrın 30-da Hüseyn Rauf bəy Türkiyənin adından ingilis komandanı Kaltorpla barışıq sazişi imzaladı. Kaltorpun Aralıq dənizindəki Saqqız (Lemnos) adasında Mudros limanında müttəfiqlər adından imzaladığı barışıq müqaviləsinin şərtlərinə görə boğazlar müttəfiqlər tərəfindən işğal edilirdi; Osmanlı sularındakı bütün sualtı silahlar və silahlı mövqelər haqqında müttəfiqlərə məlumat verilməli və onların zərərsizləşdirilməsi üçün yardım edilməli idi; müttəfiqlərin hərbi əsirləri İstanbula gətirilərək müvafiq ölkəyə təslim edilməli idi; Osmanlı hökuməti daxili nizam -intizamı və sərhədləri qorumaq üçün lazım olacaq hərbi qüvvələrdən başqa qüvvə saxlamaq hüququndan məhrum edilirdi; ölkənin daxilində asayişi qorumaq üçün lazım olacaq qüvvələrin sayı müttəfiqlər tərəfindən müzakirə edildikdən sonra müəyyən olunmalı idi; Osmanlı sularında üzən hərbi gəmilər müttəfiqlərə təslim edilməli idi; əgər müttəfiqlər öz mövqelərinə qarşı təhlükə hiss edərdilərsə, onda imperiyanın istənilən strateji hissəsinin işğal etmək hüququna malik idilər; Osmanlı limanlarından Türkiyənin müttəfiqlərinin istifadə etmələri qadağan edilirdi.

Mudros barışığının şərtlərinə əsasən Osmanlı hərbi birləşmələri İranın şimal-qərbini dərhal tərk etməli, onlar tərəfindən nəzarətə alınmış Qafqaz ərazisinin müttəfiqlərin nəzarətinə keçməsinə heç bir etiraz etməməli idi. Müttəfiqlərin nəzarəti altına keçən ərazilər sırasında Qafqaz dövlətləri də var idi. Qalib dövlətlər Batumu və Bakını da işğal edirdilər. Barışıq şərtinə görə Almaniya və Avstriyanın bütün məmurları bir ay ərzində Osmanlı ərazilərini tərk etməli idilər; Hicaz, Yəmən, Suriya və Mesopotomiyadakı türk qarnizonları müttəfiqlərə verilməli idi; Tripolitaniyada və Kirenaikdəki türk emissar zabitləri İtaliya qarnizonuna tabe etdirilməli idi; hər hansı hərbi əmlakın məhv edilməsi qadağan edilirdi; Osmanlı hərbi əsirləri müttəfiqlərin nəzarəti altında mühafizə olunmalı idi.

Mudros barışığı Türkiyəni müttəfiqlərdən asılı vəziyyətə saldı.


Avstriya-Macarıstanın

parçalanması və təslim

edilməsi
1918-ci ilin oktyabrına yaxın daxili sinfi və milli ziddiyyətlərin, müha-ribənin törətdiyi nəticələrin ucbatın-dan Avstriya-Macarıstan dağılmağa başladı. Təsərrüfat dağınıqlığı, aclıq, cəbhələrdə məğlubiyyət milli-azadlıq hərəkatını gücləndirdi. Avstriya-Macarıstanda yaşayan müxtəlif xalqlar müstəqil siyasi həyata qədəm qoydular. Oktyabrın 21-də avstriyalı deputatlar özlərini müvəqqəti Avstriya milli məclisi elan etdilər. Oktyabrın 28-də isə çex milli şurası Praqada Çexoslovakiyanın müstəqilliyini bəyan etdi. Oktyabrın sonunda Macarıstanda inqilab qalib gəldi. İmperator Karlın imperiyanı islahatlar yolu ilə saxlamaq cəhdləri heç bir nəticə vermədi. Oktyabrın 28-də Avstriya-Macarıstan ordusunun komandanlığı müharibəni dayandırmaq haqqında İtaliyaya xahişlə müraciət etdi.

1918-ci il noyabrın 3-də Avstriya-Macarıstan komandanlığı təslim olmaq haqqında akt imzaladı. Barışığın şərtlərinə görə müttəfiqlər ölkə təsərrüfatına tam sahib oldular. Bundan sonra ingilis, fransız, italiyan orduları Almaniyanı cənub və cənub-şərqdən təhlükəyə saldılar.


Almaniyanın təslim

olması. Kompyen barışığı
Müttəfiqlərinin məğlub olmasına baxmayaraq Almaniya hərbi əməliyyatları aparmaqda davam edirdi. Oktyabrın 30-da alman hərbi komandanlığı Kil şəhərində ingilislərlə açıq dəniz döyüşünə girmək haqqında əmr verdi. Bu mənasız döyüşə cavab olaraq matroslar üsyana başladılar. II Vilhelm Hollandiyaya qaçdı. Noyabrın 6-da Maks Badenski hökuməti barışıq bağlamaq üçün müttəfiq orduları komandanlığı yanına öz nümayəndə heyətini göndərdi. 1918-ci il noyabrın 11-də Fransada Kompyen meşəsində Retond stansiyasında marşal Foş müttəfiqlər adından Almaniya nümayəndə heyətinə barışıq şərtlərini diktə etdi. Bu şərtlərə görə Almaniya 15 gün müddətində Fransanın işğal edilmiş departamentlərini, Belçikanı, Lüksemburqu, Reynin sol sahilindəki vilayətləri azad etməli, öz ordularını Türkiyədən, Rumıniyadan, Avstriya-Macarıstandan və həmçinin Afrikadakı müstəmləkələrindən çıxarmalı idi. Almaniya müttəfiqlərə özünün silahlı qüvvələrinin bir hissəsini, 5 min paravozunu, 150 min vaqonunu, 5 min yük vaqonunu və b. verməli idi.


Almaniya blokunun

müharibədə məğlub

olmasının səbəbləri
Almaniyanın və onun müttəfiqlərinin birinci dünya müharibəsində məğlubiy-yətinin əsas səbəbləri aşağıdakılardan ibarət idi:

Birincisi, Antanta tərəfindən müharibədə döyüşən dövlətlərin iqtisadi və insan ehtiyatları Almaniya, Avstriya-Macarıstan, Türkiyə və Bolqarıstandan üstün idi. Bunu görə də üzücü müharibədə Almaniya blokunun tükənməsi tez baş verdi.

İkincisi, hərbi qüvvələrin nisbəti Antanta ölkələrinin xeyrinə idi. Belə ki, Antana ölkələrinin 48355 min. əsgər və zabiti və ya 525 diviziyası var idi. Almaniya bloku ölkələri isə orduya 25160 min. əsgər və zabit çağıraraq 372 diviziya yaratmışdılar. Müharibə dövründə Antanta ölkələri 9 mindən çox tank istehsal etmişdilər. Almaniya bloku ölkələrində isə tanklar yox idi. Antanta ölkələri aviasiya sarıdan iki dəfə, hərbi-dəniz donanması sarıdan daha çox üstün idi. Beləliklə, Antanta blokunun hərbi cəhətdən üstünlüyü müharibədə qələbəni təmin edən əsas amillərdən biri oldu.

Üçüncüsü, Almaniyanın siyasi üstqurumu müharibə dövründə böhran vəziyyətinə düşdü. Alman hakim dairələri və onun müttəfiqləri bu böhrandan çıxa bilmədilər.

Dördüncüsü, alman bloku ölkələrinin hərbi nəzəriyyəsi, strategiyası və taktikası rəqiblərindən zəif idi. Onlar öz qüvvələrini şişirdərək rəqibin qüvvələrini lazımınca qiymətləndirmirdilər, iki cəbhədə- Qərbdə Fransaya, Şərqdə Rusiyaya qarşı ildırım sürətli müharibədə qələbəyə ümid edirdilər. Alman siyasi rəhbərliyi və hərbi komandanlığı XX əsrdə müharibə aparılması şərtlərinə cavab verməyən Şliffen planın əsiri oldu. Bu plan Almaniyanın mövcud iqtisadi, siyasi və hərbi imkanlarına cavab vermirdi.


Müharibənin beynəlxalq

siyasi nəticələri və beynəlxalq

iqtisadi əlaqələrə təsiri
Kompyen barışığının imza-lanması ilə əhalisi 1 mlrd. nəfərdən çox olan 34 ölkə-nin və səfərbərliyə alınmış 74 mln. nəfərin iştirak etdiyi birinci dünya müharibəsi başa çatdı. Bu müharibədə 10 mln. nəfər öldürüldü və 20 mln. nəfər yaralandı. Müharibə külli miqdarda xərclərə səbəb oldu. Müharibədəki birbaşa hərbi xərclər 208 mlrd. dollar təşkil etdi.

Müharibə nəticəsində dünyanın siyasi xəritəsində ciddi dəyişikliklər oldu. Avstriya-Macarıstan və Osmanlı imperiyaları parçalandı. Rusiya imperiyası dağıldı və yeni müstəqil dövlətlər meydana gəldi.

Müharibə bütün dövlətlərin iqtisadiyyatına dərin təsir göstərdi, onların iqtisadi və siyasi cəhətdən qeyri-bərabər inkişafını sürətləndirdi. O, bir sıra ölkələrin iqtisadiyyatını dağıdaraq on illərlə geriyə atdı, digər ölkələrin isə yüksək inkişafına və varlanmasına şərait yaratdı.

1916-cı ilin sonunda sənayecə inkişaf etmiş bütün dövlətlər fəal hərbi əməliyyatlarda iştirak edirdilər. Əmək qabiliyyətli əhali iqtisadiyyatın müxtəlif sahələrində çalışırdı. Avropa və Yaxın Şərq dövlətlərinin əksəriyyətinin xalqlarının əməyi məhv edildi. Müharibə bütün döyüşən dövlətlərin iqtisadiyyatına böyük maddi ziyan vurdu. Müharibə nəticəsində iki dövlət - ABŞ və Yaponiya varlandı. 1914-cü ilə qədər dünya bankirləri hesab olunan və maliyyə zəncirini öz əllərində saxlayan İngiltərə, Fransa və Almaniya müharibə illərində xarici kapitallarının xeyli hissəsini itirdilər.

Müharibə başlanana qədər Avropa ölkələrinə borclu olan ABŞ müharibənin gedişində İngiltərə, Fransa, İtaliya və digər Avropa dövlətlərinə külli miqdarda borc verərək dünyanın maliyyə mərkəzinə çevrildi.

Müharibənin ilk günündən Almaniya bloku dövlətlərini blokadaya alan ingilis donanması onları dünyanın xammal və ərzaq mənbələrindən məhrum etdi. Öz növbəsində Almaniya sualtı müharibənin köməyi ilə Antanta ölkələrini blokadaya almağa və onların müstəmləkələrlə əlaqələrini kəsməyə çalışırdı. Avropa dövlətləri ilə digər qitələr arasında təsərrüfat mübadiləsinin zorla kəsilməsi əsrlər boyu formalaşan iqtisadi əlaqələri qırdı və dünya bazarını dağıtdı.

Dünya müharibəsi müstəmləkə və yarımmüstəmləkə dövlətlərinin iqtisadiyyatında mühüm dəyişikliklər etdi. Müharibə ehtiyaclarının ödənilməsinə xidmət edən Avropa dövlətlərinin müstəmləkələrə və yarımmüstəmləkələrə sənaye malları ixrac etməsi xeyli azaldı. Bunun əvəzində metropoliyalar öz hərbi qüdrətlərinin artırılması üçün müstəmləkə və yarımmüstəmləkələrdə emal və yüngül sənaye sahələrinin qurulmasına şərait yaratdılar. Fabrik və zavodların tikilməsi müstəmləkə və yarımmüstəmləkələrdə kapitalizmin inkişafına təkan verdi.


Yüklə 1,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə