Xx əsrdə bədii inkişafın xüsusiyyətləri



Yüklə 42,5 Kb.
səhifə1/3
tarix09.01.2022
ölçüsü42,5 Kb.
#82756
  1   2   3
AVANQARDIZM veREALIZM


XX əsrdə bədii inkişafın xüsusiyyətləri

Avanqardizm və realizm. XX əsrdə incəsənətin bədii inkişafı avanqardizm və realizm arasında mövcud olan münasibətlərlə,onların arasındakı rəqabətlə,qarşılıqlı təsirlə müəyyənləşir.Bu istiqamətlər arasındakı münasibətlərin özünəməxsusluğu onunla bağlıdır ki,onlar əvvəlki dövrlərdən fərqli olaraq bir-birini əvəzləmirlər, tarixən paralel şəkildə inkişaf edirlər. Avanqard tipli bədii

cərəyanlar(modernizm öncəsi, modernizm, neomodernizm, postmodernizm) realist tipli bədii cərəyanlarla (tənqidi realizmlə, sosialist realizmlə, neorealizmlə, intellektual realizmlə) eyni dövr mövcud olurlar. Bu tarixin gedişinin sürətlənməsinin bədii fikirdə öz ifadəsini tapması ilə bağlıdır.

Məşhur sənətşünas V.Vamlov yazır: XX əsrdə realizm və avanqardizm mübarizədə və qarşılıqlı inkarda inkişaf etmişlər. Hal-hazırkı onlar yaradıcı yarış və bərabər hüquqlar əsasında mövcuddurlar. Güman etmək olar ki, XXI əsrdə onların qarşılıqlı təsiri güclənəcək. Bu meyl artıq özünü XX əsrdə büruzə vermişdi. XX əsrin böyük avanqardistlərinin təcrübəsi olmadan XXI əsrin sənəti inkişaf edə bilməzdi.

Müəyyən mənada avanqardizm realizmə, realizmində avanqardizmə ehtiyacı olur. Bu gün bədii ədəbiyyatın inkişafında bu iki aparıcı cərəyanın mübarizəsi, qarşılıqlı şəkildə zənginləşməsi prosesindən kənarda təsəvvür etmək mümkün deyil. Totalitar rejimlər daima abstraksionistləri, modernistləri təqib etmişlər. Lakin incəsənət o cümlədən avanqard sənət bütün rejimlərdən daha uzunömürlü olduqlarını sübuta yetirdilər. İncəsənətdə və ədəbiyyatda cərəyanların mübarizəsi təbiidir. Lakin onlar eyni zamanda bir-birinə qarşı dözümlü olmalıdırlar, çünki gələcəkdə bütün görkəmli sənət əsərləri mənən mövcud dünyaya məhkumdurlar. Hal-hazırda realizm və avanqardizm bütün bizim dövrümüzün gerçəkliyinin müxtəlif tərəflərini təcəssüm edirlər. Bir qayda olaraq realizm insan həyatının və mədəniyyətinin sabit dəyərlərini üzə çıxarmağa yönəlmişdir. Realizm belə bir inamdan çıxış edir ki, insan tarixin bütün sarsıntılarından üzüağ çıxmağa qadirdir. Avanqardizm isə dövrümüzün fəlakətlərini dərk etməyə çalışır və bunula bağlı insan şüurunun məruz qaldığı böhranın səbəblərini açıqlayır. Müəyyən mənada bizim mürəkkəb və ziddiyyətli zəmanəmizdə insan hər bir şeyə diqqət yetirməlidir. Müasir ədəbiyyat belə bir geniş görmə bucağından dünyaya baxmağa şərait yaradır.

Avanqardizm bir çox cəhətdən XX əsrin bədii şüurunu zənginləşdirmişdir. Avanqardizm XX əsr insanına bəşəriyyətin zaman-zaman yaşadığı ictimai fəlakətlərin kortəbiiliyini, irrasionallığını və dağıdıcı qüvvələrini sevməyə, dərk etməyə və dəyərləndirməyə imkan yaradır. Dünya ədəbiyyatında XX əsr avanqardizmi ilk növbədə F.Kafka, S.P.Sartr, H.Hesse və s. yazıçıların yaradıcılığında özünü büruzə verdi. Bu sıraya XX əsr realizmi və T.Mann, Q.Qrin yaradıcılığı da aid edilir.


Yüklə 42,5 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə