Xx əSRİN 20-30-cu iLLƏRİNDƏ İBTİDAİ VƏ orta təHSİLİN



Yüklə 57,46 Kb.

tarix11.07.2018
ölçüsü57,46 Kb.


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№3                           Humanitar elmlər seriyası                        2010 

 

 

 

XX ƏSRİN 20-30-CU  İLLƏRİNDƏ İBTİDAİ VƏ ORTA TƏHSİLİN 

İNKİŞAFINDA AZƏRBAYCAN ZİYALILARININ ROLU 

 

S.N.HƏSƏNOVA 

Bakı Dövlət Universiteti 

Həsənova@mail.ru 

 

Məqalədə XX əsrin 20-30-cu illərində təhsil sisteminin inkişafı məsələlərinə toxunul-

muşdur. Əsas diqqət təhsilin inkişafında ziyalıların oynadıgı rola yetirilmişdir. Azərbaycan-

da yeni sovet təhsil sisteminin yaradılması çox ciddi problemlə, pedaqoji kadrların çatışmaz-

lığı problemi ilə üzləşirdi. Müəllim çatışmazlığını aradan qaldırmaq üçün pedaqoji kurslarla 

yanaşı, müəllimlər seminariyalarının fəaliyyətinə  də  məqalədə  xüsusi diqqət yetirilmişdir. 

Azərbaycan ziyalıları təhsilin inkişafı üçün bütün imkanların yaradılmasına çalışırdılar.   

 

Azərbaycan Xalq Cümhuriyyətinin devrilməsindən və Azərbaycanda sovet 

rejiminin bərqərar olmasından sonra təhsilin inkişafı tarixində yeni bir mərhələ 

başlandı. 28 aprel  1920-ci ilə qədər Azərbaycanda mövcud olan təhsil sistemin-

dən   imtina  edən   bolşevik  rejimi  yeni  sovet  təhsil   sisteminin yaradılmasını 

əsas məqsədlərdən biri kimi ön plana çəkdi. Bu istiqamətdə atılan ilk addımlar-

dan biri Azərbaycan SSR Xalq Maarif Komissarlığının yeni, sovet məktəbi ya-

ratmaq haqqındakı 10 may 1920-ci il tarixli dekreti oldu. Dekretə əsasən «köhnə, 

eybəcər burjua məktəbləri» tam professional təhsil verən politexnik məktəblərlə əvəz 

olunmalı idi (1, 13). 26 may 1920-ci il tarixli «Azərbaycan SSR-də vahid əmək 

məktəbləri haqqında  Əsasnamə»yə  görə yeni sovet məktəbləri iki pillədən ibarət 

olmaqla təşkil edilirdi (10, 203). Birinci pillədə 8-13 yaşlı uşaqlar beş illik kurs, ikinci 

pillədə isə 13-17 yaşlı uşaqlar dörd illik kurs əsasında təhsil almalı idilər (4, v. 207). 

Azərbaycanda yeni sovet təhsil sisteminin yaradılması çox ciddi problemlə,  

pedaqoji kadrların çatışmazlığı problemi ilə üzləşirdi. Azərbaycanda ziyalı qıtlığı 

problemi bir sıra köklü  səbəblərlə bağlı idi. İlk növbədə, rus müstəmləkəçiliyi 

dövründə çarizmin milli ucqarlarda təhsilə heç bir qayğı göstərməməsi, cüzi vəsait 

ayırması ilə yanaşı əsrlər boyu mövcud olmuş ənənəvi milli məktəblərimizə (mol-

laxana və mədrəsə) soyuq münasibət XX əsrin əvvəllərində Azərbaycanda kütləvi 

savadsızlığa rəvac vermişdi. Digər tərəfdən AXC-nin qısa müddətli fəaliyyəti 

dövründə  çox ciddi iqtisadi, siyasi çətinliklərə baxmayaraq təhsil sahəsində 

görülən böyük işlərin bolşevik işğalı  nəticəsində yarımçıq qalması da təsirsiz 

ötüşməmişdi. Bununla bərabər sovet rejiminin onsuz da yetərincə olmayan milli 

ziyalılarımıza, xüsusilə də mollaxana və mədrəsə müəllimlərinə «köhnəliyin qalı-

ğı», «burjua tör-töküntüsü», «fanatizm, cəhalət daşıyıcısı» kimi damğa vuraraq 

onlardan imtina etməsi vəziyyəti daha da mürəkkəbləşdirirdi. 

Sovet hakimiyyətinin qurulmasına qədər Azərbaycanda pedaqoqların sayı 

haqqında tarixi ədəbiyyatlarda müxtəlif məlumatlarla rastlaşmaq mümkündür. 

 154



Tədqiqatçı T.Musayevanın hesablamalarına  əsasən 1914-cü ildə Azərbaycanda 

nazirliyin nəzdində  fəaliyyət göstərən 976 ümumtəhsil məktəbi və 240 rus-tatar 

məktəbində 2572, 786 məktəb və mədrəsədə isə 822 nəfər müəllim və molla tədris 

prosesi ilə  məşğul olurdu (16, 26). Xalq Maarif Komissarı D.Bünyadzadənin 

1921-ci ilin mayında Azərbaycanın I Sovetlər qurultayında verdiyi hesabatda 

göstərilən məlumata görə isə sovet hakimiyyəti qurulana qədər Azərbaycanda 

cəmi 2000 müəllim fəaliyyət göstərirdi (16, 70). Təhsil səviyyəsinə  görə onların 

cəmi 3%-i ali, 97%-i isə orta, aşağı və ev təhsilinə malik idi (16, 71). Qeyd olunan 

statistik rəqəmlər arasındakı  kəskin fərqlər bolşevik rejiminin Azərbaycanın 

pedaqoji-ziyalı təbəqəsinin böyük bir qismini qara siyahıya daxil etməsi ilə bağlı 

olmuşdur. Xalq Maarif Komissarlığının din xadimlərinin pedaqoji fəaliyyətlə 

məşğul olmasına qadağa qoymasına baxmayaraq ziyalı kadrlara kəskin ehtiyac 

Azərbaycan hökumətini ilk dövrlərdə molla və qazilərin əməyindən yeni tipli mək-

təblərdə istifadə olunmasına  məcbur edirdi. Bununla yanaşı, müəllim  çatışmaz-

lığını  qısamüddət  ərzində aradan qaldırmaq  üçün Maarif Komissarlığı bir sıra 

təcili tədbirlər həyata keçirdi. Xalq Maarif Komissarlığının 16 oktyabr 1920-ci il 

tarixli qərarı ilə Bakı  şəhərində, Sabunçu rayonunda, Şuşa, Qazax, Nuxa və 

Gəncə qəzalarında qısa müddətli pedaqoji kurslar açıldı (1, 39; 5, v.35). 1921-ci 

ildə Azərbaycanda bu qəbildən olan pedaqoji kursların sayı artıq 40-a çatırdı (6, 

v.3; 16, 72). Bu tip kursları bitirənlər yeni rejim dövrünün ilk pedaqoji kadrlarını 

təşkil edirdilər. Qısamüddətli üç aylıq pedaqoji kurslarla bərabər Maarif Komis-

sarlığı Bakıda bir illik ali pedaqoji kurslar təşkil etmək təşəbbüsü ilə də çıxış etdi. 

Təbiətşünaslıq-coğrafiya, fizika-riyaziyyat və humanitar şöbələrdən ibarət olan 

bir illik pedaqoji kursların təşkilində Abdulla Şaiq, Həbib bəy Mahmudbəyov, 

Fətulla Rzabəyli, Mamed Əfəndiyev, Sadıx Hüseynov, Rəhim Cəfərov və s. kimi 

görkəmli Azərbaycan ziyalılarının mühüm xidmətlərini xüsusi olaraq qeyd etmək 

lazımdır (16, 72). Xalq Maarif Komissarlığı kollegiyasının qərarı ilə 1923-cü ildən 

fəaliyyətə başlayan yay pedaqoji kurslarının yay tətilləri dövründə  müəllimlərin 

təhsil səviyyəsinin artırılması sahəsində böyük xidmətləri olmuşdu (16, 72-73). 

Pedaqoji kurslarla yanaşı, müəllim  çatışmazlığını aradan qaldırmaq  üçün 

görülən tədbirlər içərisində  müəllimlər seminariyalarının fəaliyyətini də qeyd 

etmək vacibdir. Statistik məlumatlara  əsasən 1923-cü ildə Azərbaycanda 2064 

nəfər tələbəsi olan 8 müəllimlər seminariyası fəaliyyət göstərirdi (7, v. 9).

 

Azərbaycan hökuməti böyük maddi və mənəvi çətinliklərə baxmayaraq ali 



və orta pedaqoji təhsil müəssisələrinin açılması istiqamətində də mühüm tədbirlər 

həyata keçirməyə çalışırdı. Məktəblərdə təhsilin keyfiyyətinin birbaşa ali və orta 

təhsilli pedaqoji kadrlardan asılı olduğunu ön plana çəkən Xalq Maarif Komis-

sarı Z.Quliyev Azərbaycan təhsil işçilərinin 1923-cü ilin fevral ayında keçirilən 

qurultayında 1922-ci ildə Azərbaycanda fəaliyyət göstərən müəllimlərin yalnız 61 

nəfərinin ali, 291 nəfərinin orta, qalanlarının isə qısa müddətli pedaqoji kursları 

bitirdiyini (11; 1, 69) vurğulayaraq qeyd edirdi ki, qarşıda duran ən mühüm 

vəzifələrdən biri ali təhsilli müəllimlərin hazırlanmasıdır. Bu sahədə atılan ilk 

addımlardan biri Azərbaycan Xalq Komissarları Sovetinin sədri N.Nərima-

novun Bakıda ilk pedaqoji kişı institutunun açılması haqqında 1921-ci il 26 

avqust tarixli dekreti oldu (10). 

Azərbaycan SSR XKS-nin 1 sentyabr 1921-ci il tarixli qərarında II dərəcəli 

 155



məktəblər üçün müəllimlər hazırlamaq məqsədilə Azərbaycan dövlət kişi institu-

tunun təsis edilməsi nəzərdə tutulurdu (2, 67). 

Xüsusi komissiyanın fəaliyyəti nəticəsində 1921-ci ilin noyabrında fizika-

riyaziyyat, təbiət-kimya və  ədəbiyyat fakültələrindən ibarət Ali kişi pedaqoji 

institutu açıldı  və institutun direktoru görkəmli Azərbaycan ziyalısı  Fətulla 

Rzabəyli təyin edildi (16, 94). 1923-24-cü tədris ilində bu institutu bitirmiş ilk 28 

müəllim müəllimlər seminariyaları arasında bölüşdürüldü. Ali kişi institutu ilə bir 

vaxtda yaradılmış  məktəbəqədər tərbiyə  üzrə qadın institutu 1922-ci ilin no-

yabrında Azərbaycan qadın pedaqoji institutuna çevrildi. A.Makinskayanın 

rəhbərlik etdiyi bu institutda 1923-24-cü  tədris ilində 90 tələbə  təhsil alırdı (15, 

38).

 

Azərbaycan SSR XKS-nin 3 aprel 1923-cü il tarixli qərarı ilə qadın və kişi 



institutları birləşdirildi (16, 95). 

Azərbaycan hökuməti ziyalı kadrların sayının artırılması ilə yanaşı, təhsil 

işçilərinin mənəvi və maddi rifah halının təminatı baxımından da təsirli tədbirlər 

görməyə  çalışırdı. Azərbaycan SSR İnqilab Komitəsinin 9 sentyabr 1920-ci il 

tarixli qərarı ilə müəllimlər, pedaqoji kursların dinləyiciləri və məktəb şagirdləri 

hərbi mükəlləfiyyətdən azad edilirdilər. İnqilab Komitəsinin 17 sentyabr 1920-ci 

il tarixli «Maarif işçilərinin səfərbərliyi haqqında» dekreti ilə maarif işçiləri birin-

ci dərəcəli ərzaq təminatı hüququ əldə edirdilər. Təhsil işçiləri əmək mükəlləfiyyə-

tindən azad edilməklə yanaşı, onların  əmlakının müsadirəsi qadağan edilirdi. 

Dekretə əsasən maarif işçilərinin Xalq Maarif Komissarlığının razılığı olmadan 

həbs edilməsinə, saxlanılmasına, axtarışına icazə verilmirdi (1, 24-25). Doğrudur, 

bir  çox hallarda bunlara əməl olunmasa da,bu dövlətin təhsil işçilərinə  xüsusi 

qayğı ilə yanaşmasının real göstəricilərindən biri kimi az əhəmiyyətli deyildi. 

Təhsil sahəsində  görülən tədbirlər qısa müddət  ərzində  müəyyən kəmiyyət və 

keyfiyyət göstəricilərinin yaranmasına gətirib  çıxarmışdı. Belə ki, Xalq Maarif 

Komissarı M.Z.Quliyevin 7 dekabr 1924-cü il tarixli hesabatında Respublikanın 

birinci dərəcəli 990 məktəbində 90587 şagird və 2987 müəllimin, ikinci dərəcəli 37 

məktəbdə isə 4736 şagird və 307 müəllimin fəaliyyət göstərməsi haqqında məlu-

matı (1, 96) bunu bir daha sübut edir. Azərbaycan XKS-nin sədri Q.M.Musabə-

yovun 11 mart 1925-ci il tarixli məruzəsində verilmiş tam dəqiq olmayan məlu-

matlar da əvvəlki dövrlə müqayisədə Azərbaycanda məktəb və şagirdlərin sayının 

kəskin  şəkildə artdığını  göstərir. Həmin məlumata görə I Dünya müharibəsinə 

qədər Azərbaycanda 728 məktəb 56 min şagird olduğu halda, 1925-ci ildə onların 

sayı müvafiq olaraq 1303 və 129 minə çatmışdı (14, 33). Onu da qeyd etmək la-

zımdır ki, bu artımın hamısını bolşevik rejiminin xidmətinə yazaraq Azərbaycan 

Xalq Cümhuriyyətinin 1918-1920-ci illərdə  təhsil sahəsindəki fəaliyyətini unut-

maq  ən azı tarixi ədalətsizlik olardı. XMK-nın 1928-ci il tarixli məlumatları 

1925-ci illə  müqayisədə  məktəb,  şagird və pedaqoji personalın sayının xeyli 

artdığını göstərirdi. Belə ki, 1928-ci ilin statistik məlumatlarına əsasən Azərbay-

canda I dərəcəli 1378 məktəbdə 139294 şagird, 4161 müəllim, II dərəcəli 35 mək-

təbdə 10222 şagird, 557 müəllim, yeddiyaşlı  uşaqların təhsil aldığı 39 məktəbdə 

14956 şagird, 560 müəllim, doqquzyaşlı uşaqların təhsil aldığı 8 məktəbdə 5749 

şagird, 258 müəllim, kəndli gənclər üçün təşkil edilmiş 14 məktəbdə 642 şagird və 

64 müəllim fəaliyyət göstərirdi.  

XX əsrin 20-ci illərində dövlət büdcəsindən təhsilə ayrılan vəsaitin dinami-

 156



kası da təhsil siyasətinə  xüsusi diqqət verildiyini göstərir. 1924-1925-ci illərdə 

dövlət büdcəsindən təhsilə ayrılan vəsait adambaşına 5 rubl. 46 qəpik təşkil etdiyi 

halda, 1928-1929-cu illərdə bu rəqəm iki dəfədən də  çox artaraq 11 rubl. 39 

qəpiyə bərabər olmuşdu (1, 156-159). 

Respublikamızda ibtidai ümumtəhsilə keçilməsi haqqında qərar Azərbay-

can hökumətinin təhsil sahəsində  mühüm addımlarından biri oldu. Azərbaycan 

MİK-nin 5-ci çağırış III sessiyanın 29 may 1928-ci il tarixli qətnaməsində 1927-

28-ci təhsil ilindən etibarən on il müddətində Azərbaycanda ibtidai ümumtəhsil 

sisteminin tətbiqi nəzərdə tutulurdu (1, 45). 1928-ci ilin avqustunda Bakıda və 

şəhərin fabrik-zavod rayonunda, 1930/31-ci illərdə  Gəncə, Salyan, Zaqatala, 

Nuxa və Şirvan bölgələrində tətbiq edilən ibtidai ümumtəhsil sistemi 1932/33-cü 

təhsil illərində Respublikanın bütün rayonlarında həyata keçirilməyə başladı (16, 

s.150-151).  İbtidai  ümumtəhsilə keçilməsi ciddi çətinliklərlə, xüsusilə  də  məktəb 

binalarının və pedaqoji kadrların çatışmazlığı ilə müşayiət olunurdu.  

XX  əsrin 30-cu illərinin  əvvəllərində  məscid və kilsələrin kütləvi  şəkildə 

məktəb və digər mədəniyyət binalarına  çevrilməsi hərəkatı ciddi narazılıqlara 

səbəb olurdu. Pedaqoji kadr qıtlığının aradan qaldırılması istiqamətində görülən 

tədbirlər nəticəsində I beşillik dövründə müəllimlərin sayı xeyli artmışdı. Statistik 

məlumatlara görə 1928-1929-cu tədris ilində Respublikada 5617 müəllim var 

idisə, 1932-1933-cü illərdə onların sayı artıq 10432 nəfərə qədər artmışdı (13, 24). 

«Azərbaycan SSR-də ümumi ibtidai icbari təhsilin həyata keçirilməsi haq-

qında» Azərbaycan SSR XKS-nin 29 avqust 1930-cu il tarixli qərarı təhsil siya-

sətində yeni bir mərhələnin başlanğıcı oldu. Qərara  əsasən 1930-1931-ci illərdə 

Azərbaycanın bütün  şəhərlərində  və  şəhərtipli yaşayış  məntəqələrində, 1931-

1932-ci illərdə isə bütün rayonlarında 8, 9, 10 yaşlı uşaqlar ümumi ibtidai icbari 

təhsilə  cəlb edilməli idi. XKS-nin qərarında Xalq Maarif Komissarlığına 1930-

1931-ci illərdə 1136, 1931/1932-ci illərdə 1217, 1932/1933-cü illərdə 1451 nəfər 

pedaqoq hazırlanması tapşırığı verilmişdi (12). Qarşıya qoyulan bu mühüm 

vəzifələri həyata keçirmək üçün dövlət büdcəsindən Xalq Maarif Komissarlığına 

1930-1931-ci illərdə 27.254.723 rubl, 1931-1932-ci illərdə 36.160.791 rubl, 1932-

1933-cü illərdə ısə 45.323.406 rubl vəsait ayrılması nəzərdə tutulurdu (1, 193). 

XX  əsrin 30-cu illərində  təhsil sahəsində  həyata keçirilən mühüm 

tədbirlərdən biri də Xalq Maarif Komissarlığının yenidən təşkil edilməsi ilə bağlı 

oldu. Azərbaycan MİK və XKS-nin 25 noyabr 1933-cü il tarixli qətnaməsinə 

əsasən XMK-nin köhnə strukturu ləğv edilirdi. Maarif Komissarlığının yeni 

strukturunun tərkibində yaradılmış beş idarədən biri bilavasitə ibtidai və orta 

məktəblərin, biri isə müəllimlərin hazırlanması məsələləri ilə məşğul olmalı idi (3, 

17-18). Həyata keçirilən tədbirlər pedaqoji kadrların kəmiyyət və keyfiyyət 

göstəricilərində də öz əksini tapırdı. Xalq Maarif Komissarlığının 10 aprel 1936-

cı il tarixli hesabatına  əsasən 1934-35-ci tədris ilində Azərbaycanda 10897 

müəllim fəaliyyət göstərirdi ki, onların 952-si ali, 590-ı natamam ali, 5678-i orta, 

3677-si aşağı  təhsilə malik idi (8, v.3-10). 1935-36-cı  tədris ilinin statistikasına 

görə isə Respublikanın ibtidai və orta məktəblərində  çalışan 11105 müəllimin 

1141 nəfəri ali, 8390-1 orta, 1574 nəfəri isə aşağı təhsil səviyyəsinə malik idi.  

Statistik məlumatların təhlili göstərir ki, I Dünya müharibəsinə qədər Azər-

baycanda fəaliyyət göstərən 976 məktəbin mütləq  əksəriyyətini (943-nü) ibtidai, 

 157



18-ni natamam orta, yalnız 15-ni orta məktəblər təşkil edirdisə, artıq Böyük Və-

tən müharibəsi  ərəfəsində bu mənzərə  kökündən dəyişmişdi. Belə ki, 1940/41-ci 

tədris ilində Azərbaycanda qeydə alınan 3575 məktəbin 1668-i ibtidai, 1240-ı 

natamam orta, 654-ü isə orta məktəblərdən ibarət olmuşdu. 1914-1915-ci illərlə 

müqayisədə Azərbaycanda məktəblərin sayı təqribən dörd dəfəyə qədər artmışdı. 

Bu müddət  ərzində məktəblərdə təhsil alan şagird kontingentinin sayında artım 

isə daha böyük olmuşdu. Statistikaya əsasən 1914/15-ci tədris ilində Azərbaycan 

məktəblərində 73109 şagird təhsil alırdısa, 1940/41-ci tədris ilində isə onların sayı 

təqribən doqquz dəfəyədək artaraq 654902 nəfərə çatmışdı. Çox maraqlı məqam-

lardan biri də ondan ibarətdir ki, I Dünya müharibəsi ərəfəsində, həmçinin sovet 

rejiminin ilk dövründə (1920-1930-cu illər arasında) Azərbaycanın şagird kontin-

gentinin  əksəriyyətini ibtidai məktəblərdə  təhsil alanlar təşkil edirdi. Statistika 

göstərir ki, 1914-1915-ci ildə Azərbaycanda 73109 şagirdin 61949 nəfəri, 1929-30-

cu tədris ilində isə 213047 şagirdin 139753 nəfəri ibtidai məktəblərdə təhsil almış-

dır. 1930/31-ci tədris ilindən başlayaraq bu mənzərə  kəskin  şəkildə  dəyişməyə 

başlamışdı. Belə ki, 1930/31-ci tədris ilindən etibarən  şagirdlər daha çox nata-

mam orta və orta təhsil almağa üstünlük verməyə başlamış və bu meyl sonrakı il-

lərdə daha da güclənmişdi. 

Statistik məlumatlara görə, 1930/31-ci tədris ilində Azərbaycanda qeydə 

alınan 278636 şagirdin 171859 nəfəri ibtidai, 91036 nəfəri natamam orta (yeddiil-

lik), 13791 nəfəri isə orta məktəblərdə təhsil alırdısa, 1940/41-ci tədris ilində qey-

də alınan 654902 şagirdin 102334 nəfəri ibtidai, 229290 nəfəri natamam orta, 

321447 nəfəri, başqa sözlə, təqribən yarısı isə orta məktəblərdə  təhsil alanlardan 

ibarət olmuşdu (9; 13). 1939-cu ilin 1 yanvar tarixinə  görə Respublikanın təhsil 

müəssisələrində ümumilikdə 19 min nəfər müəllti işləyirdi ki, bunun da cəmi 2098 

nəfəri azərbaycanlı idi (17, 309). 30-cu illərin sonunda Azərbaycan iqtisadiyyatında 

çalışan 47800 nəfər ixtisaslı kadrın sadəcə olaraq 8000-i azərbaycanlı idi (18, 667).  

XX əsrin 20-30-cu illərində Azərbaycanda təhsilin kütləvi xarakter alması, 

onun keyfiyyət səviyyəsinin yüksəlməsində Azərbaycan ziyalılarının  əvəzsiz 

xidmətləri olmuşdu. 1914/15-ci tədris ilində Azərbaycanda cəmi 2614 müəllim 

qeydə alınmışdısa, 1940/41-ci tədris ilində onların sayı təqribən on dəfə artaraq 

22016 nəfərə çatmışdı. Görülən tədbirlərə baxmayaraq Böyük Vətən müharibəsi 

ərəfəsində Azərbaycanda pedaqoji kadrlara həm də  böyük ehtiyac var idi, 

mövcud pedaqoji kadrların təhsil səviyyəsi tələblərə cavab vermirdi. Onların 

mühüm bir hissəsi natamam orta, hətta aşağı təhsil səviyyəsinə malik idilər. 

 

ƏDƏBİYYAT 

1.

 



Azərbaycan arxivi. № 1-2. Bakı: 1975 

2.

 



Azərbaycan arxivi. № 1-2. Bakı: 1978 

3.

 



Azərbaycan arxivi. № 1-2. Bakı: 1987 

4.

 



Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA) Fond 57. siy. 1, sənəd. 23 

5.

 



ARDA. Fond 57. siy. 1, sənəd 151  

6.

 



ARDA. Fond 57. siy. 1, sənəd 134 

7.

 



ARDA. Fond 57. siy. 1, sənəd 257 

8.

 



ARDA. Fond 57. siy. 1, sənəd 211 

9.

 



ARDA. Fond 2511 siy. 3, sənəd 94 

10.


 

Азярбайъан тарихи 7 ъилддя. VI ъ., Бакы: Азярняшр, 200, 516. 

 158



11.

 

Газ.«Бакинский рабочий», № 38, 1923, 18 февраля. 



12.

 

Газ. «Бакинский рабочий», № 204, 1930, 1 сентября. 



13.

 

Культурное сотрудничество Азербайджанской ССР/Сб. стат. Баку, 1961, 151-156 с. 



14.

 

Четвертый  всеазербайджанский  съезд  Советов  рабочих,  красноармейских  и  матросских 



депутатов. Стенографический отчет. Баку: 1975, 271 с. 

15.


 

Летопись Высшего педагогического института. Баку, 1924, 104 с. 

16.

 

Мусаева Т.А. Революция и народное образование в Азербайджане. Баку, 1979, 254 с. 



17.

 

Исмайылов Э. Очерки по истории Азербайджана. М.: Просвещение, 2010, 424 с 



18.

 

Türk Kafkazında siyasi ve etnik yapı. Eski çağlardan günümüze Azerbaycan tarihi. 



Prof. Dr. İsmail Mehmetov, İstanbul: 2009, 853 s. 

 

 



РОЛЬ ИНТЕЛЛИГЕНЦИИ В РАЗВИТИИ НАЧАЛЬНОГО И СРЕДНЕГО 

ОБРАЗОВАНИЯ В 20- 30-Х ГОДАХ ХХ ВЕКА 

 

С.Н.ГАСАНОВА 

 

РЕЗЮМЕ 

 

В данной  статье суть заключается в развитии системы образования 20-30-х годах 

ХХ века. Автор в статье описывает основную роль интеллигенции  в развитии образо

-

вания.  Интеллигенция  считала,  что  всю  роль  в  развитии  образования  несут  молодые 



кадры и для этого интеллигенция создавала все возможности для развития образования. 

 

 

THE ROLE OF INTELLIGENTSIA IN THE DEVELOPMENT OF  

ELEMENTARY AND SECONDARY EDUCATION IN 20-30s  

OF THE XX CENTURY 

 

S.N. HASANOVA 

 

SUMMARY 

 

 

The present article elucidates  the development of the education system  in 20-30s  of the 

XX century. The author describes the key role of intelligentsia in the development of education. 

Intelligentsia considered that the whole role in the development of education is vested in young 

specialists, and created all possibilities for the development of education for this purpose.  

 

 159





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə