Xx əsrin əvvəlindən etibarən elm, bütün dünyada partlayışa oxşar şəkildə inkişaf etmişdir



Yüklə 68,53 Kb.
tarix14.10.2017
ölçüsü68,53 Kb.
#4627

GİRİŞ

XX əsrin əvvəlindən etibarən elm, bütün dünyada partlayışa oxşar şəkildə inkişaf etmişdir. Bir böyük kəşf, digərinin arxasınca düşmüşdür-radio, televiziya, raket texnikası, atom enerjisindən istifadə edilməsi, kosmik uçuşlar, molekulyar biologiya və biokimya, astronomiyada olan kəşflər və s. Lakin bu kəşflər özləri ilə ətraf-mühitə və həyatın özünə yeni “təzyiq formaları” gətirdi. Kəskin sürətdə artan nəqliyyat-bu, şəhərlərin zəhərlənmiş havasıdır. Nəhəng hidroelektrik və istilik elektrik stansiyaları və onlardan uzanan elektrik ötürmə xətləri-bunlar, balıq və quşların kütləvi məhvidir.

Planetimizdə həyat, “noosferin”,-yəni insanın süşüncə sferasının yaranması ilə, onun heyranedici işləri sayəsində kökündən dəyişmişdir.

İnsanların qlobal fəaliyyəti, planetin maddəsinin yenidən paylanmasına səbəb olmuşdur-bir sıra elementlərin hasilatı, digərlərinin isə yayılması. Noosfer sənaye üçün vacib olan çox böyük miqyaslarda əlvan və nadir metalları hasil edir, emal edir və əksinə, kalium (K), fosfor (P), azot (N) və onları müayisə edən elementlərin nəhəng kütlələri gübrə kimi çöllərə səpələnir. Lakin litosferin, hidrosferin və atmosferin maddələrinin belə antropogen (noosfer) yerdəyişməsi aşkar fayda ilə birlikdə mənfi nəticələr gətirir.

İş ondadır ki, Ag, Se, V, Cr, Ni, Pb, As, Sr, Be, F, Mn,Al, Zn, Cd, Cu, S, Co elementləri bir sıra hallarda zəhərli, bir sıra halları isə kansoregen (Zn, Cd) xassələrə malikdir.

Həyat milyardlarla illər bunlardan çəkinmişdir. İndi isə onlar filizlərin işlənilməsi və emalı, həçinin sənaye tullantılarının atıla yerlərində toplanaraq mühiti çirkləndirir, torpaqda, bitkilərdə, qrunt sularında, atmosferdə toplanaraq, mümkün konsentrasiya hədlərini onlarla, yüzlərlə dəfə üstələyən miqdarda toplanırlar.

Dünya əhalisinin sayının artması, onun tələbatlarının qabaqlayıcı yüksəlməsi, lakin ehtiyatlarının istifadəsinin dönmədən genişlənməsi, energetikada, sənayedə, kənd təsərrüfatında, nəqliyyatda yeni texnologiyaların tətbiqi və istehsalın güclənməsi, dünya landşaftlarının antropogen dəyişdirilməsi, millətlərarası təsərrüfat əlaqələrinin mürəkkəbləşməsi və genişlənməsi-bu və bir çox digər amillər ətraf-mühitə, mühit və cəmiyyət arasında qarşılıqlı təsiri gücləndirməkə, antropogen təzyiqin artmasına gətirib çıxarmışdır.

Antropogen təsirin get-gedə yüksələn şəraitində Yerin geosferləri arasında, planetardan lokala kimi, qarşılıqlı təsir məsələləri meydana çıxdı. Bu məsələlərin həlli üçün artan tələbat yeni elmi fənnarası istiqamətin- GEOEKOLOGİYANIN yaranmasına gətirib çıxardı. Bu istiqamətin obyektiv surətdə yaranması universitet təhsilində yeni fənnin açılmasına səbəb oldu.


Geoekologiya - geosferlərin ekoloji problemləri haqqında elmi istiqamət kimi
Geoekologiya – təbii geoloji problemlərin və antropogen (texnogen) fəaliyyətin geoloji mühitə təsirini öyrənən elmi istiqamətdir, “geoloji mühit – insan” sistemi, Yerin – insanın həyat mühiti haqqında bilik sistemidir. Geoekologiyanın predmeti, obyekti bir tərəfdən təbii geoloji mühit, digər tərəfdən təbii antropogen (texnogen) sistemlərdir.

Geoekologiyanın məzmunu müxtəlif cür izah edilir. Bu termin 1939-cu ildə alman alimi K.Troll tərəfindən landşaftların ekologiyası kimi işlədilmişdi.

İ.Dedyu (1989) ekoloji ensiklopediyasında bu termini həmin məzmunda vermişdir.

N.Reymersə (1990) görə geoekologiya – biosfer də daxil olmaqla, geosistemləri öyrənən ekologiya bölməsidir.

V.Osipova görə (1993), geoekologiya – geosferlərin ekologiyasıdır.

“Geoekologiya termini geoloji ədəbiyyatda 1980-cı ilin ikinci yarısından yayılıb. Lakin indiyə qədər bu terminin ümumi qəbul edilmiş təyinatı yoxdur.

Öz inkişafında bu elmi sahə - geologiya , fiziki-coğrafiya, geomorfologiya, geofizika, geokimya, mühəndis geologiyası, dağ-mədən işləri, faydalı qazıntıların axtarışı, kəşfiyyatı və işlənməsi, mineral xammal iqtisadiyyatı və digər elmi sahələrə istinad edir.

İndi “ekologiya” anlayışı kütləvi şüurda möhkəm kök salmışdır. Ekologiya biliklər sistemində müstəqil yer tutmuşdur, o, ümuminsan mədəniyyətinin müasir inkişaf bilgisidir. Biz hazırda ekoloji inqilabı yaşayırıq. Hamıya aydın olmuşdur ki, bütün qlobal problemlər əslində ekoloji xarakter daşıyır. Bu aclıq,energetik, dünya okeanı ehtiyatlaının istifadəsi problemləridir. Milyonlarla illər ərzində formalaşmış ekosistemlər böyük dəyişikliklərə uğrayır, qlobal səviyyəli insan təsirlərinə dayanıqsız olurlar.

Ekoloji böhran nədən yaranmışdır və o nə üçün xx əsrin sonunda baş vermişdir? Bunun əsas səbəbləri əhlinin kəskin artımı və emi-texniki tərəqqidir.

Hələ xx əsrin əvvəlində bəşəriyyət təxminən 1 milyard nəfər idi, xx əsrin sonuna yaxın isə 6 dəfə artdı. Bəzi ekoloq - alimlər hesab edirlər ki, 1-1,5 milyard əhali Yerdə insanların yol verilə bilən miqdarıdır; bu halda təbii ehtiyatlar tükənməz , təbiət isə texnogen fəaliyyətdən doğan zərəri təbii yolla aradan qaldıra bilərdi.

“Ekoloji böhran” anlayışı ilk dəfə 1972-ci ildə Roma klubunun ( müasir qlobal problemləri öyrənən nüfuzlu beynəlxalq bilikdir) birinci məruzəsinin səhifələrində peyda oldu. Amerikalı kibernetik C.Medouzun rəhbərliyi altında müxtəlif kollektivi əhalinin artmasını , kapital qoyuluşunu, təbii ehtiyatlaın istifadə dərəcəsini, biosferin çirklənməsii dəyişən amillər kimi istifadə etməklə, dünyanın proqnozlaşdırılmış modelini qurdu. Məruzənin nəticələri ondan ibarət oldu ki, iqisadiyyatın inkişaf meylinin artma sürətinin saxlanılması şəraitində bəşəriyyət fəlakətə düçar olacaq və 2100-cü ildə məhv olacaq. Bu vaxta qədər əhalinin çox hissəsi aclıqdan öləcək. Təbiətin ehtiyatları vacib maddi nemətlərin istehsalına bəs etməyəcək, çirklənmə üzündən ətraf-mühit insanın yaşaması üçün əlverişsiz olacaq. Beləliklə, bəşəriyyətin məqsədləri ilə təbiətin imkanları arasında ziddiyyət üzə çıxmılş olacaq.

XX əsr bəşəriyyət üçün ən coşqun narahat əsr güclü sosial və ekoloji dəyişiklilərə həsr olunur. Əsrin başlanğıcında 60mlrd dollar həcmində ümumdünya məhsul istehsal edən iqtisadiyyat mövcud idi, əsrin sonunda isə iqtisadiyyat bu qədər məhsulu cəmi bircə gündə yaradıb. Yəni cəmi bir əsr ərzində

İqtisadiyyatın artma sürəti 100 dəfələrlə yüksəlib, eyni zamanda bu əhalinin görünməmiş artımı ilə müşaiət olunmuşdur. Bu yüksəlişin başlıca və yeganə səbəbi və mənbəyi təbii ehtiyyatlar, bioehtiyyatlar və yerin faydalı qazıntılarıdır ki, bunlar da əvəzedilməzdir.

XX əsrin əsas təmayülləri bunlardır:


  1. Ekosistemlərin sahəsini ildə 1% sürətlə azalması. Hazırda yer kürəsində 40% dən artıq olmayan toxunulmayan sahələr olmuşdur

  2. Parnik qazlarının miqdarının bir neçə dəfə artması. Eyni zamanda ozon təbəqəsinin ildə 1-2% azalması və ozon dəliklərinin təzahür edilməsi

  3. Meşə sahələrinin azalması ildə təxminən 200 min km2

  4. Səhraların sahəsinin genişlənməsi. İldə təxminən 60min km2

  5. Torpaqların deqradasiyası yəni şoranlaşma, məhsuldarlığın aşağı düşməsi və s.

  6. Texnogen qəzaların və fəlakətlərin artması. Bu zaman ziyanın və qurbanların miqdarı ildə 5-10% artır.

  7. Bioloji növlərin yox olması. 20mln növdən ildə 5-150min növ yox olur.

  8. Suda, torpaqda, havada zərərli maddələrin artması.

  9. İçməli suyun çoxalması. XX əsrin sonunda 4trilyonm3 çatır.

İqlimin qlobal dəyişməsi, həyat keyfiyyətinin aşağı düşməsi

Kimyalaşdırma və ətraf mühit
Bitki orqonizmlərinin hər hansı məhvində atmosferə külli miqdarda CO2 atılır. Kənd təsərrüfatı dövriyyəsində torpaqlar gübrələrlə zənginləşir. Hazırda kütləvi miqdarda 5000 növ sintez edilən maddə istehsal olunur, 80%- i zəhərlidir. İnsanlar ətraf mühitə böyük miqdarda tullantı atır, bunlar da biosferdə olmadığı üçün təbiət onları həzm edə bilmir. Ən kütləvi tullantılar enerjinin istehsalı və nəqliyyatla əlaqədardır. Yanacağın yandırulması, avtomobillərin hərəkəti havaya CO, azot oksidlaərinin, Kh- ın atılmasına gətirib çıxardır. Atmosferə zərərli maddələrin atılma həcmi çox böyükdür. Hər il 150 mln ton bərk maddə, 400 mln ton karbon oksidləri, 100mln ton azot oksidləri atılır.

Yandırılan yanacağın 25%- i avtomobillərin payına düşür, hər bir avtomobil isə öz mövcudluğu ərzində 10tona qədər CO atır. Ən çox çirklənmə sənaye regionlarındadır.

Şirin su biosferdə cəmi 2%-dir. Onunda 99% buzlaqlardan ibarətdir. Çaylarda və göllərdə 90min km3. Şirin suyun insan tərəfindən işlədilməsi ildə 4000km3 –dir. Hazırda şirin su hər yerdə çirklənib. Beləki, çirkləndiricilərin ümumi kütləsi ildə 15mlrd tondan artıqdır. Ən qorxulu çirkləndiricilər ağır metallar, fenollar, pesdisidlər, səthi fəal maddələr, neft məhsullarıdır. Suların çirklənməsi müxtəlif xəstəliklərin yaranmasına səbəb olur.
İqlimin qlobal dəyişməsi

XX əsrin başlanğıcından atmosferdə karbon qazının miqdarının yüksəlməsi müşahidə olunur və bu istiləşmə meylinin artmasına gətirib çıxardır. Hazırda da bu saxlanılır və proqnozlara görə 50ildən sonra karbon qazının konsentrasiyası 2dəfə artmaqla temp 3dərəcə yüksələcək. Bu isə öz növbəsində qasırğa və daşqınların əmələ gelməsinə gətirib çıxardır.



Bərk və təhlükəli tullantılar.

XX əsrin sonunda planetimizdə ildə 3,5 milyard.ton neft, 5,5milyard ton kömür, 2,5milyard.ton metal 3milyard.m3 istehsal edilib. Əsas istehlakçılar əhalisi cəmi 1milyard olmaqla enerjinin 50%ni və bütün tullantıların 75%ni yaradan inkişaf etmiş ölkələrdir.

Dünyada orta hesabla bir adama düşən tullantı ildə 50tondur. Almaniyada bu 10ton, Yaponiyada 4tondur.Kimyəvi tullantılar gec açılan bombadır. Ildə 500mln ton təhlükəli tullantı yaranır. Bunun 50%i ABŞ - a məxsusdur. İkinci yerdə Rusiya, üçüncü yer Hindistandır. Zərərli tullantılar ağır metallardır. Bunlar da sonradan ınsan orqanizminə düşdükdə qaracıyər, böyrək xəstəliklərinə səbəb olur. Radioaktiv tullantılar daha qorxuludur. İlk atom bombası 1945ci ildə partlayıb, 2000dən çox nüvə partlayışı baş vermişdir. Nəticədə planetin radioaktiv fonu 2% yüksəlmişdir. Hazırda quruda 10mlyn m3- dən artıq radioaktiv tullantı toplanıb (əsasən ABŞ, Rusiya, Kanada). Bu radioaktiv tullantıların basdırılması təhlükəlı, baha və tam təhlükəsizliyə zəmanət verməyən tədbirdir.
Təbii ehtiyatların tükənməsi

Təbii ehtiyatlar tükənməz və tükənməyənlərə bölünür. Tükənməzlərə kosmik mənşəli ehtıyatlar aiddir. Tükənən ehtiyatlar bitki,heyvan,faydalı qazıntılardır. Hesablamalar göstərmişdir ki, bəşəriyyət inkişafının mövcud durumunda 100ildən sonra şirin suyun,atmosferdə oksigenin, ağacların və münbit torpaqların ehtiyatı kəskin azalacaqdır.


Energetik problemlər

Ətraf mühitin vəziyyətinə energetika böyük təsir göstərir. Heç bir texnologiya enerji sərf etmədən reallaşa bilməz. Neftin, qazın, kömürün, bir az əvvəl tükənməz sayılan ehtiyyatları qutarıb gedir. Yeni – yeni yataqların mənimsənilməsi isə get – gedə bahalaşır. Son illər energetikada kömür öz yerini neft məhsullarına, neft isə öz yerini qaza vermişdir.



Nüvə energetikası xüsusilə təhlükəlidir. ABŞ – da trimayaylent və çernobl atom elektrik stansiyalarında baş verən qəzalar bir neçə mlrd dollar bir başa təsir göstərmişdir. Problem yalnız onların effekli basdırılmasında deyildir, başlıcası odur ki, nüvə sənayesində yaranan bir sıra radioaktiv izotoplar sünidir və həyat üçün çox təhlükəlidir. Əm əsası odur ki, biosfer radioaktiv çirklənmə ilə mübarizə apara bilmir. Ən çox nüvə energetikası Yaponiyada və Fransada inkişaf etmişdir. Hazırda isə dünyada 400 – dən atom elektrik stansiyası vardır.

Hidroenergetika xüsusilə Rusiyada, Çində, Braziliyada, ABŞ – da və Türkiyədə inkişaf etmişdir. Mln hektarla ərazilərin su ilə tutulma səbəbindən ətraf mühit flora və fauna dəhşətli ziyan çəkir. Günəş, külək, okean və hidrotermal enerji mənbələri bərpa olunandır. Onlar ekoloji cəhətdən təmiz sayılanlardır. Bununla belə mənfi təsir göstərillər. Ən iri Günəş elektrik stansiyası Kaliforniyada fəaliyyət göstərir eyni zamanda bunlar İspaniyada, İsraildə, Yaponiyada yayılmışlar.

Geotermal elekrik stansiyalar ABŞ – da, Meksikada, külək elektrik generatorları Danimarkada, ABŞ – da, Hollandiyada geniş tətbiq edilmişdir.

Dünya əhalisi geoekoloji amil kimi
İnsan öz bioloji mahiyyəti və ətraf mühitə münasibətdə antibioloji amili arasında kəskin ziddiyət göstərməklə təbiətdə tarazlığın pozulmasına əsas səbəbdir. Müasir insanın daha extremal geoekoloji məkanı şəhərlərdir. Planet əhalisinin 50% - i şəhərlərdə yaşayır. 50 ildə şəhərlərdə əhalinin sayı 3,5 dəfə artır. Əsas yeri iri şəhərlərin böyüməsi təşkil edir. Dünyada əhalisinin sayı 1 mln – dan artıq olan 350 – dən şəhər var. XX əsrdə əhalinin sayının çox sürətlə artmasını demoqrafik partlayış adlandırırlar. Təxminən 100 min il əvvəl dünyada 2mln əhali var idi. 2min il əvvəl 100mln – dan çox əhali yaşayırdı. 1500 – cü ildə 450 mln, 1800 – cü ildə 900 mln, 1900 – cü ildə 1mlrd, 1950 – ci ildə 2,5 mlrd, 1975 – ci ildə 4mlrd, 2000 – ci ildə 6 mlrd – a çatır. Əhalinin sayı cəmiyyaətin qidaya, mənzilə, təhsilə, tibbi xidmətə və s. – ə olan yekun tələbatlarını əvvəlcədən müəyyən edir. Təbii ehtiyyatların get – gedə daha artıq sərfinə və ciddi geoekoloji problemlərə səbəb olur. Beləliklə əhalinin artımı ən ciddi ən mühüm geoekoloji amilə çevrilir.

Görkəmli demoqraf Frenk Noldştayına görə iqtisadi və sosial tərəqqi əhalinin artmasına təsir edərək demoqrafik keçid prosesini təmin edir. Dünya ölkələrindən hər biri keçidin 3 mərhələsindən birindədir.



  1. Həm doğum həm ölüm yüksəkdir, əhalinin sayı yavaş artır ya da heç artmır.

  2. Həyat şəraitinin yaxşılaşması nəticəsində və qismən tibbi xidmətin səviyyəsinin artması ilə ölüm azalır. Doğum isə yüksək səviyyədə qalır və əhalinin sayı tez artır.

  3. Demoqrafik keçidi bitirən prosesdə sosial və iqtisadi uğurlara görə, o cümlədən uşaq xəsdəliklərinin azalması səbəbindən ailələrin sayı artır. Beləliklə doğum və ölüm bərabərləşir. Demoqrafik keçidin ümumdünya prosesi Noldştayn nəzəriyyəsi ilə inkişaf edir. 1990 – cı illərin əvvəllərində avropanın 24 ölkəsində və eyni zamanda Rusiya və Yaponiya da daxil olmaqla, demoqrafik keçid praktiki başa çatır. Bu ölkələrdə əhalinin sayı 0,3% - dən artıq deyil. Yəni əhalinin sayı artıq sabitləşmişdir.

Başqa ölkələr əsasən 2 – ci mərhələnin müxtəlif dövrlərindədir. Bu da əhalinin yüksək artımını əhatə edir. Belə bir təhlükə var ki, bir sıra ölkələrdə mövcud ehtiyyatları ötüb keçsin.bu da geoekoloji böhrana gətirib çıxara bilər. Əhalinin miqrasiyası da geoekoloji təzyiqin formalaşmasında mühüm rol oynayır.
Ərazinin daşıyıcı qabiliyyəti
Hər hansı ekoloji və təbii resurs sisteminin daşıyıcı qabiliyyəti (potensial tutumu) qeyri – müyyən müddət ərzində davamlı, sabit halda mövcud olan hər hansı orqanizm növünün fərdləridir. Məsələn bu göstərici hər m2 – ə düşən fərdlərin sayı ilə ifadə oluna bilər. Dünyanın bir çox ölkələrində həddindən artıq əhali yerleşdirilib. Başqa sözlə bu təzyiq ərazinin daşıyıcı xüsusiyyətini üstlənir. Bununla yanaşı ölkənin təbii ehtiyyatları praktiki olaraq artmır və şübhə yoxdur ki, Keniya əhalisi ərzinin daşıyıcılıq qabiliyyətini arxada qoymuşdur. Uyğun olaraq ekoloji və sosial problemlər, məs: meşələrin azalması, otlaqların pisləşməsi, sosial gərginliyin artması, cinayətkarlığın güclənməsi və s. çoxalır. Afrikanın kiçik ölkələri əhalisinin məhv olması yəni azalması, əhalinin həddən artıq sayının çox olmasıdır.

Davamlı inkişaf anlayışı


Ətraf mühit və inkişaf arasında qarşılıqlı münasibəti müqayisə edərək Bruntlant komisiyası davamlı inkişaf terminini geniş istifadəye saldı. Bu termin əvvələrdə məlum idi, lakin yalnız mütəxəssislər tərəfindən işlədilirdi. Komisiyanın fikrinə görə və verdiyi tərifə görə davamlı inkişaf elə inkişafdır ki, o hazır ki, dövrün tələbatlarını ödəyir. Lakin gələcək nəsillərin öz şəxsi tələbatlarını ödəmək qabiliyyətini təhlükə altına almır. Çox mürəkkəb və kompleks prosesin belə çox yığcam tərifi özündə bir çox anlayışı saxlayır. Bu hər şeydən əvvəl bir neçə nəsillərin marağını və indiki nəslin fəaliyyəti ilə əlaqədar onların ehtiyaclarının təmin edilməsi vacibliyinə əsaslanır. Bu həm də ortaya çıxan məsələlər, təlabatlar və onların ödənilməsi anlayışıdır. BMT Ümumdünya təbiəti mühafizə xidmətinin müştərek proqram sənədindən (Yer haqqında qayğı, Davalı həyat strategiyası) belə bir tərif verilir. Davmlı inkişaf insanların həyat keyfiyyətinin elə yaxşılaşdırılmasıdır ki, o həyatı təmin edən ekoloji sistemlərin potensial tutumunu qoruyub saxlayır. Bu sənədə uyğun olaraq davamlı inkişafın prinsipləri aşağıdakılardan ibarətdir :

  1. İnsanın geosferə ekosferə təsiri, onun potensial tutumununu ötüb keçməməlidir

  2. Təzələnən ehtiyyatların mühafizəsi

  1. Ekosferin əsas proseslərini (biokimyəvi dövrlər, hidrolojı, iqlim sistemləri, torpaqəmələgəlmə prosesləri və s.) qorunması

  2. Bioloji müxtəlifliyin açıqlanması

  1. Təzələnməyən ehtiyyatların əvəedicilərinin yaradılması sürətilə və təzələnməyən ehtiyyatların istifadəsinin sonradan kəsilməsilə əlaqələndirilməsi

  2. Həm ölkədaxilində həm də ölkələr arasında təbiətdən istifadə gəlirlərinin və xərclərinin

  3. Energetikada və digər sahələrdə daha effektli texnologiyaların tətbiqi

  4. Ekoloji dəyərləri nəzərə alan iqtisadi vasitələrin istifadəsi

  5. Təbiətdən istifadənin idarə olunmasının təkmilləşdirilməsi

  6. Mənəvi etik amillərin və prinsiplərin inkişafı

  1. Davamlı inkişaf etikasının formalaşması

  2. Ekoloji təhsili bütün səviyyələrdə təkmilləşdirmək

  3. İctimai ekoloji özünü düşünmə ənənələrinin möhkəmləndirilməsi

Bruntlant və komisiya həmkarları hesab edirdilər ki, dünya əhalisinin təlabatını ödəmək və davamlı inkişaf vəziyyətinə gətirmək üçün yaxın 50ildə iqtisadiyyatın həcmi 10dəfəyə qədər artmalıdır ki, çünki bu illərdə əhalinin sayı da daha 2dəfə artacaq. İndi aydın olur ki, biosferin ehtiyyatlarının məhdud imkanları üzündən iqtisadiyyatı artımı əldə edilə bilməz. Böhran vəziyyətdən çıxmaq üçün daha effektiv yollar axtarılmalıdır. Şübhəsiz ki, davamlı inkişaf strategiyası tamammilə kamil deyil, lakin buna baxmayaraq bu strategiya hazırda sağ qalmaq strategiyasının əsası kimi baxılır.


Təbii antropogen sistemlər və geoloji mühit

Geoloji mühit yerin mənşə etibarilə vahid olan təbəqələridir:



Yer təki (hidrosfer, litosfer, atmosfer), geoekologiyanın əsas obyekti geoloji mühit müxtəlif tədqiqatçılar tərəfindən bir mənalı qarşılanmır. Bəziləri onu yalnız litosferin üst hissəsi ilə məhdudlaşdırır. Digərləri isə bura bütün üç qatı bura aid edirlər. Geosferlər ümumi başlanğıc kosmik maddədən yaranmaqla planetin uzunmüddətli geoloji təkamülü prosesində ayrılmışlar. Lakin bir-biri ilə qarşılıqlı əlaqədə olmaqda davam edirlər. Təbii geoloji proseslər və antropogen təsir həm ayrı-ayrı geosferlərə, həm də planetə ümumilikdə təsir göstərir. Geoekosistemlər geoloji mühitin təbii geoloji prosesləri antropogen fəaliyyətin təsirinə məruz qalan geoekoloji obyekt kimi sayılan mənşə etibarilə ümumi məkanca məhdud komponentidir. Geoloji mühitin komponentləri kontinent və okeanlar, dağ massivləri, vulkanlar, çaylar, su hövzələri və yeraltı sular süxur və minerallardır. Bunlara həm ayrı – ayrılıqda həm də birlikdə təbii geoloji proseslər və antropogen (texnogen) fəaliyyət təsir göstərir. Yer bütövlükdə qlobal geoekosistemdir. Geosferlərə, litosferə, hidrosferə, atmosferə meqaekosistem kimi baxıla bilər. Okeanlar, qitələr, platformalar, dağ qırışıqlıq sistemləri mezoekosistemlərdir. Kənar və daxili dənizlər, göllər və iri çay sistemləri makroekosistemlərdir. Lokal geoekosistemlərə isə antiklinallar, sinklinallar, buzlaqlar, hövzə və yataqlar aiddir. Mikrogeoekosistemlərə isə süxurlar, minərallar aid edilir. Məkan etibarilə məhdud təbii (geoloji mühit) və süni (antropogen) obyektlərin maddi və funksional vəhdəti ilə bağlı olan məcmusu təbii antropogen sistemlər adlanır. İnsan öz təsərrüfat fəaliyyəti prosesində onu əhatə edən təbii maddi dünyaya böyük dəyişikliklər daxil edilir. O təbii geoloji mühit ilə bilavasitə əlaqəli olan müxtəlif süni qurğular məişər, sənaye, suvarma, kənd təsərrüfatı, müdafiə və s. qurğular yaradır. Bütün bunları da təbii antropogen sistemlərə aid etmək olar. Təbii sadə antropogen sistem kimi ibtidai insanların sakin olduğu yerləri göstərə bilərik. Təbii antropogen sistemlərin xüsusi halı texnogen sistemlərdir. Bunun daxilində antropogen obyekt mürəkkəb texniki qurğudur. Bu dağ emal kombinatı, neft – qaz mədəni, elektrik stansiyası, zavod, neft kəməri, su təmizleyici qurğu, airoport, dəniz limanı, yaşayış evləri və s. Geoloji mühitin vəziyyəti yer təkinin hidrosferin, atmosferin fəallığından asılı olduğundan təbii antropogen sistemləri lahiyələndirdikdən potensial ekoloji risk nəzərə alınmalıdır. Təbii amillər (zəlzələlər, qırılmalar, sürüşmələr, sel və s. antropogen amillərlə texnika və texnologiyanın qeyri – mükəmməl olması eyni peşəkar olması və səhlənkarlığı əlaqədə olan geoekoloji sistemlər bir birindən ayrılmalıdır. Atom elektrik stansiyaların dünya təcrübəsi də geoekoloji riskin yüksək mövcudluğundan xəbər verir. Bu risk o səbəbdən güclənir ki, bu stansiyaların qurulması zamanı təbii amillər nəzərə alınmır. Bəzən atom elektrik stansiyası ərəzisi yüksək seysmik fəal zonalarda yer qabığında dərinlik qırılmaları olan sahələrdə qurulur. Bunların mənfi nəticələri isə göz qabağındadır.
Geoekologiyanın xalq təsərrüfatında əhəmiyyəti

Geoekoloji tədqiqatlar nəticəsində əldə olunan elmi biliklərin aşağıdakı məsələlərin həllində mühüm əmühəmiyyəti vardır:



  1. Başqa elmlərlə birlikdə xalq təsərrüfatı və bütövlükdə bütün cəmiyyət üçün ekoloji problemlərin həlli

  2. Təbii antropogen sistemlərin layihələndirilməsində geoekoloji vəziyyətin və potensial riskin qiymətləndirilməsi

  3. Geoloji mühitə və texnogen sistemlərə təbii proseslərin təsir nəticələrini proqnozlaşdırmaq

  4. Geoloji mühitə antropogen fəaliyyətin təsirinin min-a endirilməsi

  5. Kor-təbii hadisələrin və fəlakətlərin nəticələrinin zəiflədilməsi

  6. Geoekoloji fəlakətlərin nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin işlənib, hazırlanması və bu sahədə mütəxəssislərin hazırlanması

  7. Əhalinin ekoloji biliklərinin təkmilləşdirilməsi.

Azərbaycanda geoloji mühit və geoekoloji vəziyyətin təbii amilləri

Təbii geoekoloji baxımdan Aze ərazisinin geoekoloji mühiti özündə Böyük Qafqazın, Kiçik Qafqazın, onları ayıran Kür-Araz çökəkliyinin və dağlıq Talışın xüsusiyyətlərini saxlayır. Mürəkkəb geoloji-tektonik quruluşa malik olan bu ərazi fəal, geodinamik regiondur. Burada hər il yüzlərlə seysmik təkanlar olur. Respublika ərazisində palçıq vulkanları geniş yayılmışdır. Burada dünyanın heç bir geoloji sahəsində rast gəlinmədiyi nisbətən kiçik ərazidə 400-ə qədər palçıq vulkanı cəmlənmişdir. Bunların çoxu dövri olaraq fəaliyyət göstərir və təbii geoekoloji amil kimi böyük təhlükə yaradır. Azərbaycan ərazisində ekzogen geoloji proseslər də geniş inkişaf etmişdir (intensiv aşınma, uçqunlar, sel axınları, sürüşmələr, şoranlaşma, dərə qumlarının hərəkəti, torpaq qruntunun duzlaşması, torpaqlarda subasma və s.). Azərbaycanda yer təki neftlə-qazla, qara və əlvan, nadir və nəcib metallarla, mineral və termal sularla, qeyri-filiz xammalın və inşaat materialların müxtəlif növləri ilə zəngindir. Bu səbəbdən də lokal sahələrdə müxtəlif geokimyəvi və qaz anomaliyalarına rast gəlinir. Hazırda Filizçay, Katex, Karsdağ, Nazımçay, Saqator və s. polimetallik yataqlar potensial geoekoloji təhlükədir. Bundan başqa su ehtiyatlarının məhdudluğu ərazidə vəziyyəti mürəkkəbləşdirən mühüm səbəblərdən biridir. Abşeron yarımadası və sahil zonalarında təbii geoekoloji amillərə ilk növbədə aşağıdakılar aid edilə bilər:


  1. Geomorfoloji coğrafi amillər

  2. Geolojı mühit:

  1. Ərazinin geoloji quruluşu, çöküntülərin litofasial xüsusiyyətləri, layların yatım formaları

2. Hidrogeoloji şəraıtlər – su ehtiyatlatı və onların paylanması, yeraltı suların dəniz tərəfə meylli olması

3. Endogen proseslər, geoaktiv zonalar, seysmiklik, geotektonik proseslərin fəallığı

4. Palçıq vulkanları, onların püskürmə məhsullarının yer səthinə və atmosferə təsiri, geokimyəvi rolu, sualtı püskürmələr və onların hıdrogeoloji nəticələri

5. Yerin dərinliklərindən tektonik qırılmalarla bəzi kimyəvi elementlərin, o cümlədən radioaktiv elementlərin püskürmə zamanı yer səthinə qalxaraq, geokimyəvi və biogeokimyəvi zonaların yaratması

6. Neftli-qazlı layların yer səthina yaxın olduğu ərazilərin mövcudluğu, dənizdə neft-qaz qrifonlarının yaranması, radiaktivlik təzahürləri bütün bunların biosferə, dəniz ekosistemlərinə bioloji ehtiyatlara təsiri.
Yer

Yerin ölçüləri, forması və hərəkəti

Yerin forması, ölçüləri və hərəkəti təkcə onun xarici görünüşünü müəyyən etmir, eyni zamanda bu görünüşü dəyişən proseslərə də öz təsirini göstərir. Yerin forma və ölçüləri haqqında təsəvvürlər birbaşa yaranmayıb. Hələ qədim antik dövrlərdə yerin kürə şəklində olması haqqında təsəvvürlər var idi (Pıfaqor eradan əcüvvəl 5-ci əsrdə). Eramızdan əvvəl 3-cü əsrdə Arestotel Yerin kürə şəklində olduğu fikrin təsdiqlədi. Bunun üçün o, ayın tutulması zamanı yerin ay üzərina düşən kürəşəkilli kölgəsini sübut kimi göstərirdi. 17-18-ci əsrlərdə yerin ölçülərini təyin etmək üçün treanqulyasiya metodunnan istifadə rtməklə müəyyən edildi ki, yer ideal kürə formasında deyil, onun qütb və ekvatorial radiusları fərqlidir. Fərq 21 km təşkil edir. Beləliklə, belə nəticəyə gəlindi ki, yer ellipsoid formasındadır. Sonrakı ölçmələr nəticəsində sübut olundu ki, yer nəinki qütblərdə, həmçinin ekvator boyunca da sıxılmışdır. Belə ki, ekvatorda yerin böyük radiusu ilə kiçik radiusu arasındakı fərq 210 m təşkil edir. Lakin yerin forması daha mürəkkəbdir. Buna səbəb burada olan yüksəkliklər və çökəkliklərdir. Yerin müasir formasına uyğun olan elə fiqurdur ki, bu fiqurun səyhina görə ağırlıq qüvvəsi hər yerdə perpendikulyar istiqamətlənir. Belə fiqur geoid adlanır. Bunun hərfi mənası yalnız yerə məxsus fiqur deməkdir. Yerin aşağıdakı ölçülərini qeyd etmək olar:

Ekvatorial radius – 6378245 m.

Qütb radiusu – 6356863 m.

21000 m fərq eləyir.

Yer səthinin sahəsi təqribən - 510 mln km2

Yerin həcmi - 1012 km3

Meridianın uzunluğu – 40008,6 km

Ekvatorun uzunluğu – 40075,7 km



450 en dairəsində bir dərəcəlik qövsün uzunluğu 111109,7 m təşkil edir. Ekvatorial və qütb radiuslarının fərqi əsasında yerin sıxılması təyin olunur.

= =

Bu radiuslar arasındakı fərq 21.38 km təşkil edir. Yerin ən hündür nöqtəsi Himalay dağında Everest zirvəsidir (8884 m). Ən dərin nöqtəsi isə Sakit okeanda Mariana çökəkliyidir, dərinliyi 11022 m təşkil edir. Yerin ən hündür nöqtəsi ilə ən dərin nöqtəsi arasındakı məsafə 19906 m-dir. Bizim planet həm öz oxu ətrafında, həm də Günəş ətrafında hərəkət edir. Məlumdur ki, yer öz oxu ətrafında təqribən 1 sutka ərzində, daha dəqiq desek 23 saat, 56 dəq, 4 san ərzində fırlanır. Yerin Günəş ətrafında elliptik orbit üzrə fırlanması və yerin oxunun orbitin səthinə görə 23,5 dərəcə vəziyyətində olması yerdə fəsillərin dəyişməsini ve gündüzlə gecenin davam müddətini şərtləndirir. En dairəsindən asılı olaraq gğndüzğn davam müddəti 0-24 saat dəyişir. Yalnız ekvatorda il ərzində gecə ilə gündüzün davam müddəti eyni olur.
Yüklə 68,53 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə