Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə3/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   2   3   4   5   6   7   8   9   ...   49


Müxtəlif yaşayış məntəqələrinin funksiya göstərməsi üçün vacib şərtləri sadalayır; onun
əhəmiyyəti barəsində mülahizə yürüdür.

Bu yaşda şagirdlərdə gərək informasiyanı vizual formada (qrafik, cədvəl, rəsm) təsvir
etmək qabiliyyətinin əsası qoyulsun. Şagirdlərin iştirakı ilə yaradılmış əyani vəsaitlərdən
istifadə şagirdlərin motivasiyasını tədris resursuna çevirir.
Simulyasiya
Yuxarıda sadalanan baza anlayışlarının yaxşı qavranılması üçün şagirdlər üçün situasiya və ya
prosesin simulyasiya texnikasından istifadə etmək yetərincə maraqlı və məhsuldar olar.

Müəllimin köməyi ilə sinif yoldaşları ilə birlikdə şagird məşhur dövlət xadimi haqqında
tamaşa qoyurlar; tamaşada “Şamlıq meşəsində kəsilmiş şümşad” verilmiş tarixi faktlar
barəsində (məs., “Balaca Kaxi”) mülahizə yürüdür.

Konkret resursun qeyri-rasional istifadəsinin simulyasiya oyunlarında iştirak edir (məs.,
yeni il yolkaları və s. ilə alver).

Bu cür aktivliklər uşaqlara problemlərin/anlayışların dekonstruksiyasına və növbəti
vahid, analiz edilmiş qavramaya yardım edəcək. Simulyasiya oyunlarının digər növü də
rollu oyunlardır. Rollu oyunlar zamanı şagirdlər müxtəlif situasiyaları oynayırlar ki,
burada da müxtəlif maraqlanan tərəflər və ya şəxslər perspektivdən hadisəni, prosesi və
ya anlayışı təsvir edirlər.
Mülahizə/analiz – bu mərhələ üçün planlaşdırılmış çalışmalar və aktivliklər az-çox artıq
qavranılmış informasiyaya əsaslanmalıdır, məs.:

İdarəçilikdə iştirak edən tarixi şəxslər tərəfindən keçirilmiş dövlət tədbirlərini sadalayır
və xarakterizə edir. Onların nəticələrini müəyyənləşdirir;

Zaman şkalası üzərində onun  fikrincə, qədim dövrdən bu günədək ən mühüm dörd (və
ya beş) gürcü siyasi xadiminin qeyd edir və onları xarakterizə edir;

Müharibələri (özünümüdafiə, işğalçı) və onların nəticələrini xarakterizə edir;

Həlledici döyüşlər, məşhur padşahlar və başqa tanınmış tarixi şəxsiyyətlərin fəaliyyəti
haqqında mülahizə yürüdür.
Şəfqət və mənimsəmə
Keçmişin simulyativ rekonstruksiyası ilə birlikdə gündəlik məişətin, adət-ənənələrin təsviri
zamanı şagirdlərə keçmişdə yaşamış insanların motivasiyalarını, arzularını, xəyallarını nəinki
analiz , həmçinin hiss etmək imkanını verəcək mənimsəmə təlimlərinin daxil edilməsi daha çox
əyləncəli və məhsuldardır. Bu təlimlər onların gözü ilə dünyanı görməyə, başqa dövrün
insanlarının həyatını yaşamağa şərait yaradır.


Şagirdlərin müvafiq təşkilatlandırılması sosial və kommunikasiya qabiliyyət-bacarıqların
çoxtərəfli inkişafının vacib elementidir.
İctimai elmlər müəllimləri sinfi təşkil edərkən, məsələn, qrup şəklində işləyərkən şagirdlərə
qoyulmuş məsələni birgə həll etmək imkanını yaratmalı, müxtəlif rollarda çıxış etməlidirlər:
istənilən şagirdə nümayəndə və ya lider olmaq imkanı verilməlidir. Əgər şagird yaxşı
təqdimatçıdırsa, bu o demək deyil ki, o, həmişə qrupda keçirilən işləri təqdim etsin.
İnsan və cəmiyyət
İnsan və cəmiyyət –istiqamətin nəticələrinə nail olmaq üçün onların şagirdin şəxsi təcrübəsinə
əsaslanaraq müzakirə edilməsi əhəmiyyətlidir. Ailəsinin və ya doğma bölgənin nümunələrini
müzakirə etməklə. Müəllim dərs prosesini elə aparmalıdır ki, şagirdlərdə insan ləyaqətinə,
azadlıq və tarazlığına hörmət inkişaf etsin. Bu, dəyərlərə əsaslanaraq şagirdlərdə etik və
məsuliyyətli davranışın formalaşmasına yardım etməlidir. Dəyərlər insanın, vətəndaşın hüquq-
vəzifələrini öyrənmək yolu ilə formalaşır ki, bu da ölkəmizin mədəni irsinə, ənənələrinə
söykənir. Müəllim vətəndaşlıq dəyərlərinin formalaşdırılması ilə onlarda Vətən sevgisini də
inkişaf etdirməlidir. O, elə bir mənbələrdən istifadə etməlidir ki, şagirdlər aktual məsələlər
üzərində düşünsünlər və onlarda müsbət münasibətlər kök salsın.
Sinifdənkənar iş informasiyanın müxtəlif vasitələrlə axtarıb tapma qabiliyyətinin inkişafına
istiqamətlənib.
Bu yaş qrupu ilə fənnin spesifikasından əlavə, sinifdənkənar işlər də planlaşdırılmalıdır. Bu,
asanlıqla həyata keçirilə bilər, çünki şagirdlərin sıx sosial və təbii mühitinə (ailəsinə,
məhəlləsinə, küçəsinə, məktəbinə, icmasına) toxunur. Məktəbdən kənarda şagirdlərə müşahidə
aparmaq (məs., nəqliyyatın hərəkətini, memarlığı) , müsahibə şəklində lazımi informasiyanı
axtarıb tapmaq, soyad genealogiyası, və ya küçə, şəhərlər haqqında və s. lokal tarixləri toplamaq
və s. marşrutun və yaxud sxemin qurulması üçün ölçülər aparmaq, rəsmlər çəkmək tapşırığı
verilməlidir. Bu cür aktivliklər fənnin öyrənilməsini daha əyləncəli, biliyin əldə edilməsini isə
daha effektiv edir.
Sadalanmış metodik yanaşmalar nəinki əzbər, eləcə də yazılı şəkildə həyata keçirilə bilər.
Baza pilləsi
Baza pilləsində tarixin, coğrafiya və vətəndaşlıq təhsilinin tədrisi şagirdə insan təcrübəsinin
rəngarəngliyini göstərməlidir. Bəşəriyyətin inkişafı fonunda öz ölkəsinin nailiyyətlərini,
əhəmiyyətini.  Şagirdlərə həm Gürcüstanın, eləcə də dünyanın  təbii, siyasi, sosial, iqtisadi,
mədəni, dini və etnik rəngarənglikləri ötürülməlidir. Şagird bu informasiyaya əsaslanaraq keçmiş
və müasir dövrün əhəmiyyətli tarixi və ya coğrafi hadisələrini, proseslərini analiz etməyi və
müxtəlif cəmiyyətlərin inkişafının oxşar-fərqliliklərin görməyi bacarmalıdır.


Tarix
Bu pillədə şagirddə tarixi düşüncə qabiliyyəti formalaşmalıdır: mümkün qədər tarixi hadisələrin
səbəblərini izah etməyi və onun nəticələrini analiz etməyi bacarmalıdır; tarixi prosesə müxtəlif
cəhətdən (siyasi, sosial, iqtisadi, mədəni, dini) baxmaq; tarixi hadisəyə və şəxsiyyətə fərqli
interpretasiyanın mövcudluğu səbəblərini müəyyənləşdirmək, fərqli izah-aydınlaşdırmaları
müqayisə etmək və qiymətləndirmək. Tarixi mənbələri axtarmaq², tarixi materialı (tarixi yazılı
mənbələr, arxeoloji və ya etnoqrafik material, tarixi mövzuda yaradılmış bədii əsərlər, foto-
şəkillər və s.) müqayisə etmək və təhlil; tarixi mövzunu yazmaq³, tarixi mövzuda keçirilən
debatlarda iştirak etmək.
Coğrafiya
Baza pilləsinin sonunadək şagird ümumi coğrafiya anlayışlarını bilməli; lokal, regional və
qlobal səviyyələrdə cərəyan edən təbii, sosial-iqtisadi və siyasi proseslərin məkan aspektlərini
başa düşməli; ərazi bölgüsü prinsiplərini dərk etməli; əhalinin, sənaye və qeyri-sənaye
sahələrinin məkan üzrə bölünmələrini başa düşməlidir. O, həmçinin Gürcüstanın (təbii
şəraitlərinin, resurslarının, məskunlaşmalarının, iqtisadi sahələrinin, sosial sahənin, iqtisadi
şəraitin, regional vahidləri) və başqa ölkənin coğrafi xüsusiyyətlərini müqayisə etməyi və bunun
əsasında oxşarlıq-fərqlərin və əlaqələrin müəyyənləşdirilməsini bacarmalıdır; xəritədən və başqa
coğrafi vasitələrdən aldığı informasiyanı genişləndirməyi və təhlil etməyi bacarmalıdır; sadə
tematik xəritələri tərtib etməyi; coğrafi mövzunu yazmağı; coğrafi problemlərlə əlaqədar
debatlarda iştirak etməyi, bütün yuxarıda sadalananarı öyrənmək şagirdə iqtisadi mədəniyyətin
formalaşdırılmasında kömək göstərməlidir.
Mülki təhsil
Humanitar dəyərlərə əsaslanan mülki təhsil şagirdə cəmiyyət və dövlət qarşısında öz hüquq-
vəzifələrini həyata keçirməkdə və insan hüquqlarının, idarəçiliyin və iqtisadiyyatın inkişaf
_____________________
²
Arzuolunandır ki, tarixi və ya coğrafi materialın əldəedilməsi və işlənilməsi zamanı şagird informasiya
texnologilarından (internet və ya CD-Rom vasitələrindən informasiyanın axtarılmasında, kompüter proqramlarının
köməyi ilə materialın işlənilməsində və elektron poçt vasitəsi ilə informasiyanın mübadiləsində) istifadə etsin.
³     Bu pillədə şagirdə onun keçirdiyi tədqiqat əsasında dəlilləşdirilmiş mövzunu yazmağı öyrətməliyik ki, bu da
aşağıdakılardan ibarətdir: girişdə mövzunun əsas probleminin qısa şərhi və bu problemlərə özünün şəxsi mövqeyini
əks etdirmək; əsas hissədə öz mövqeyini təsdiq etmək üçün dəlillər və misallar gətirmək; nəticədə isə - mövzunun
əsas hissəsində deyilmiş dəlilləri və mülahizələri yekunlaşdırmaq.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə