Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə49/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   ...   41   42   43   44   45   46   47   48   49

XII Sinif
Tarix
Standart
İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr:
Ətraf mühit və
iqtisadiyyat
Dövlət idarəçiliyi və
siyasət
İnsan və
cəmiyyət
Din və mədəniyyət
Tar.XII.1.
Şagird
XIX və XX əsrlərdə
dünyada və
Gürcüstanda baş
verən əhəmiyyətli
iqtisadi dəyişiklikləri
təhlil edə bilər
.
Tar.XII.2.
Şagird
iqtisadiyyatın inkişafı
üçün resursların
əhəmiyyətini təhlil
edə bilər.
Tar.XI.3.
Şagird XIX
və XX əsrlərdə
idarəçilik strukturlarında
baş vermiş dəyişiklikləri
təhlil edə bilər.
Tar.XII.4.
Şagird
siyasi tarixin
məsələlərini müzakirə
edə bilər. Dünya tarixi
prosesində Gürcüstanın
yerini müəyyənləşdirə
bilər.
Tar.XII.5.
Şagird
XIX və XX əsrlərdə
sosial strukturların
qarşılıqlı
münasibətlərini
tədqiq edə bilər.
Tar.XII.6.
Şagird
cəmiyyətin həyatına
yeni və ən yeni tarix
dövründə
formalaşmış sosial
strukturların təsiri
barədə mülahizə
yürüdə bilər.
Tar.XII.7.
Şagird
dinin əhəmiyyəti
barədə mülahizə
yürüdə, XIX və XX
əsrlərdə onun dünyaya
və Gürcüstana təsirini
qiymətləndirə bilər.
Tar.XII.8.
Şagird
müxtəlif
mədəniyyətlərin
əlaqələrini tədqiq edə
bilər.


İlin sonunda nail olunası nəticələr və istiqamətlərə əsasən onların indikatorları
İstiqamət: ətraf mühit və iqtisadiyyat
Tar.XII.1.  Şagird XIX və XX əsrlərdə dünyada və Gürcüstanda baş verən
əhəmiyyətli iqtisadi dəyişiklikləri təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

İqtisadiyyatın inkişafı üçün texniki tərəqqinin əhəmiyyəti barədə mülahizə yürüdürsə;

Hər hansı bir münaqişənin (müharibənin) iqtisadi ilkin şərtləri və nəticələri barədə
mülahizə yürüdülən mövzu yaza bilirsə;

Miqrasiya prosesinin səbəbləri və nəticələri;

Müxtəlif dövrdə baş vermiş iki miqrasiya prosesini seçir və onların səbəbləri və
nəticələri barədə mülahizə yürüdürsə;

Bir ölkənin nümunəsində müxtəlif dövrdə ölkələrin iqtisadi münasibətlərinin inkişafında
dövlətin rolunun necə dəyişdiyi barədə yazılı mülahizə yürüdə bilirsə;

Əsas iqtisadi nəzəriyyələri seçir və onların əhəmiyyəti barədə söhbət açırsa;

Müasir dünyada və Gürcüstanda şəhərin və kəndin payına düşən rol barədə mülahizə
yürüdə bilirsə;

Öz ölkəsinin (rayonunun, şəhərinin, kəndinin) nümunəsində iqtisadi inkişafın və
demoqrafik problemlərin qarşılıqlı əlaqəsi barədə mülahizə yürüdürsə; başqa ölkələrlə
paralellər aparırsa;

Gürcüstan iqtisadiyyatının regionun, imperiyanın və dünyanın iqtisadiyyatına
inteqrasiyası barədə mülahizə yürüdə bilirsə (məs.: Gürcüstan və Qafqaz, Gürcüstan və
Sovet İttifaqı, Gürcüstan və dünya).
Tar.XII.2.  Şagird iqtisadiyyatın inkişafı üçün resursların əhəmiyyətini təhlil
edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Bir ölkəni (regionu) seçir və təbii və antropogen dəyişikliklərin onun iqtisadi inkişafına
hansı təsiri göstərdiyi barədə mülahizə yürüdürsə, tarixi misallardan istifadə edirsə,
təsirin miqyaslarını ötən dövrün misalları ilə müqayisə edirsə;

Texnoloji dəyişikliklərin və iqtisadi inkişafın qarşılıqlı təsiri barədə mülahizə yürüdürsə;



Əhalinin sayının və sıxlığının ölkənin iqtisadi inkişafına hansı təsiri göstərdiyi barədə
fikir yürüdürsə;

Hər hansı bir ölkəni seçir və onun ərazisində tapılan xammalın bu ölkənin iqtisadi
prioritetlərinə necə təsir göstərəcəyi (göstərdiyi) barədə mülahizə yürüdə bilirsə.
İstiqamət: dövlət idarəçiliyi və siyasət
Tar.XI.3.  Şagird XIX və XX əsrlərdə idarəçilik strukturlarında baş vermiş
dəyişiklikləri təhlil edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Dövlətin idarəçilik strukturlarında dəyişikliklərin zəruriliyinin mümkün səbəbləri barədə
mülahizə yürüdürsə;

Ölkələrdən birini seçir və qrup halında diskussiya zamanı tarixən onun idarəçilik
strukturlarında baş vermiş dəyişikliklər barədə mülahizə yürüdürsə;

Müxtəlif ölkələrdə mərkəz ilə regionların qarşılıqlı istiqamətlərini müqayisə edirsə;

Qrup halında iş zamanı dövlət idarəçiliyinin müxtəlif modellərini müqayisə edirsə
(monarxiyalı, konstitusiyalı– monarxiyalı, parlament, prezident, avtoritar respublika);
onların hər birinin neqativ və pozitiv cəhətləri barədə öz qiymətini verirsə;

İki relyefi seçir və onların arasında başvermə səbəblərini, davam etmə prosesini və
nəticələrini müqayisə edirsə;

Qrup halında iş zamanı dövlət quruluşunun fərqli sistemlərini müqayisə edirsə (unitar,
federal, konfederasiyalı), onların hər birinin mənfi və müsbət cəhətləri barədə öz
qiymətini verirsə; müasir Gürcüstan üçün hansı sistemin yaxşı olacağı barədə mülahizə
yürüdürsə.
Tar.XII.4.  Şagird siyasi tarixin məsələlərini müzakirə edə bilər. Dünya tarixi
prosesində Gürcüstanın yerini müəyyənləşdirə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Dövlətlərdən birini seçir və hər hansı bir dövrdə onun birləşməsi və parçalanmasını
şərtləndirən xarici və daxili amilləri təhlil edirsə (Almaniya, İtaliya);

Dünyada inkişaf etmiş əhəmiyyətli tarixi hadisələrdən birini seçir və onun Gürcüstana
hansı təsiri göstərdiyi barədə mövzu yazırsa;



Sinif yoldaşlarından ibarət qrupla birlikdə siyasi xadimi seçir və onun tərəfindən seçilmiş
xarici və ya daxili siyasi xəttin nəticələri barədə mülahizə yürüdürsə(məs.: Uinston
Çörçil, Otto-Fon Bismark);

Müxtəlif ölkənin (regionun) iki xadiminin siyasi ideyalarını seçir, onları müqayisə edir və
onlardan hər birinin dünyanın və ya regionun siyasi inkişafına hansı təsiri göstərdiyi
barədə öz mülahizəsini ifadə edə bilirsə;

Qondarma oyun zamanı qloballaşdırmanın tərəfdaşları və antiqlobalistlərin Gürcüstanın
siyasi gücləndirilməsi ilə əlaqədar mövqelərini nümayiş etdirirsə;

Qrup halında diskussiya zamanı Gürcüstanda və dünyada separatizm barədə mülahizə
yürüdürsə və sinif yoldaşları ilə birlikdə bu problemin həllinin şəxsi modelini yaradırsa.
İstiqamət: İnsan və cəmiyyət
Tar.XII.5.  Şagird XIX və XX əsrlərdə sosial strukturların qarşılıqlı
münasibətlərini tədqiq edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Şəxsiyyətin əmlak və sosial vəziyyəti arasında qarşılıqlı münasibətləri haqqında öz
mülahizəsini söyləyə bilirsə;

İki və ya üç ölkənin sosial strukturlarını müqayisə edir və onların fərqlərini və
oxşarlıqlarını göstərirsə;

Müxtəlif ölkənin fərqli sosial təbəqələrinin nümayəndələrini qruplaşdırır və onların sosial
strukturu barədə fikir yürüdürsə;

Gürcüstanın nümunəsində siyasi partiyalar ilə müxtəlif sosial təbəqələr arasında
münasibətləri təhlil edirsə; Avropa ölkələri ilə paralellər aparırsa;

İnqilablardan birini seçir və idarəçilik və sosial strukturlarda onun sayəsində baş vermiş
dəyişikliklər barədə mövzu yazırsa;

Gürcüstanın və ya hər hansı bir başqa ölkənin nümunəsində ölkənin mədəni həyatına
dövlətin qarışması problemlərini tədqiq edirsə.
Tar.XII.6.  Şagird cəmiyyətin həyatına yeni və ən yeni tarix dövründə
formalaşmış sosial strukturların təsiri barədə mülahizə yürüdə bilər.
Nəticə göz önündədir, əgər şagird:



Yeni və ən yeni tarixi dövrdə formalaşmış sosial strukturları sadalayırsa. Onlar arasında
mövcud olan oxşarlıqlar və fərqlər barədə mülahizə yürüdürsə;

Siyasi partiya anlayışını izah edirsə və cəmiyyətin inkişafında onun əhəmiyyəti barədə
mülahizə yürüdürsə;

Hər hansı bir aktual problemi seçirsə (məs.: savad almaq, məşğuliyyət, insan
hüquqlarının pozulması, mülkü mübahisələr, vergi münaqişəsi, sosial təhlükəsizlik,
sağlamlığı və ətraf mühiti mühafizə, siyasi və dini ayrı-seçkilik və s.); tərəflərin
hüquqlarının müdafiəsi və qanuni hərəkətlərin nəzərə alınması ilə əlaqədar informasiya
toplayır, təhlili əsasında konkret problemin həlli planını (mümkün bir neçə variantı)
yazırsa; problemin nizama salınmasına öz rolunu müəyyənləşdirirsə, həmfikirlər toplayır
və plana uyğun olaraq hərəkət edirsə; öz iştirakının səmərəliyini qiymətləndirirsə və
nəticələri sinif yoldaşları ilə bölüşürsə;

Vətəndaşların həyatından hər hansı bir konkret münaqişəli  situasiyanı seçirsə (sosial,
iqtisadi və ya siyasi); yaranmış vəziyyəti, tərəflərin maraqlarını öyrənirsə; sinif yoldaşları
ilə birlikdə qeyd edilən situasiyanı oynayırsa və onun həllinin alternativ variantlarını
tapırsa; bu yolların xeyir-ziyanı barədə mülahizə yürüdürsə və dostları ilə birlikdə
münaqişənin ədalətli həlli planını əks etdirə bilirsə.
İstiqamət: din və mədəniyyət
Tar.XII.7.  Şagird dinin əhəmiyyəti barədə mülahizə yürüdə, XIX və XX
əsrlərdə onun dünyaya və Gürcüstana təsirini qiymətləndirə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Milli və ruhani hakimiyyətləri arasında müxtəlif dövrlərdə və ya ölkələrdə
münasibətlərin necə dəyişdiyi və bu dəyişikliklərin ölkənin mədəni inkişafına necə təsir
göstərdiyi barədə mülahizə yürüdürsə;

Dinin müasir dünyada identliyin vasitələrindən biri kimi əhəmiyyəti barədə mülahizə
yürüdürsə.
Tar.XII.8.  Şagird müxtəlif mədəniyyətlərin əlaqələrini tədqiq edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

XIX və XX əsrlərin dünya mədəniyyətlərinin əsas tendensiyaları barədə fikir yürüdürsə;



Qrup halında və ya fərdi iş zamanı XIX-XX əsrlərin dünya mədəniyyət abidələrini
sadalayırsa (məs.ədəbiyyatda, təsviri incəsənətdə), onları cərəyanlarına əsasən
qruplaşdırırsa;

Sənət adamlarından birini seçir (məs.: Mixail Cavaxişvili, Çarli Çaplin) və onun
tərcümeyi-halına və yaradıcılığına əsaslanmaqla sinifdə sənətkar ilə dövlət arasında
mövcud olan qarşılıqlı münasibətlər barədə fikir yürüdürsə;

Sinifdə diskussiya zamanı Avropa və Şərq mədəniyyətlərinin qarşılıqlı münasibətləri və
hər birinin  XIX-XX əsrlərin gürcü mədəniyyətinə təsiri barədə mülahizə yürüdürsə;

İncəsənətin sahələrindən birini seçir (məs.: ədəbiyyat, rəssamlıq, kino və s.) və onun
inkişaf tendensiyalarını Gürcüstanda və dünyanın hər hansı bir ölkəsində (və yaxud
regionda) müqayisə edirsə.
Proqramın məzmunu
XII sinif üçün məcburi məzmun məsələlərinin siyahısı
(Aşağıda sadalanan məsələlər bu sinif üçün ayrılmış bütün məzmunun 80%-ni təşkil edir).
1. Napoleonun dövrü və Vyana konqresi
2. Avropada inqilablar dövrü
3. İmperializm və müstəmləkəçilik – Gürcüstan Rusiyanın tərkibində (Rusiya tərəfindən
Kartli-Kaxetinin və İmeretinin işğal olunması, Gürcüstanda rus idarəçiliyinin yaranması,
XIX əsrin birinci yarısında çarizmə qarşı üsyanlar, M.Vorontsovun islahatları)
4. XIX əsr dünyasında milli azadlıq hərəkatlarının xarakteri – Terqdaleulların çar
Rusiyasına qarşı mübarizəsi
5. XIX əsrdə “Şərq məsələsi”: Rusiya-Türkiyə - Rusiya-İran müharibələri və Gürcüstan
6. ABŞ-da vətəndaş müharibəsi
7. Dünya XIX əsrin son rübündə:
a) Fransanın üçüncü Respublikası
b) Almaniyanın birləşdirilməsi


c) İtaliyanın birləşdirilməsi
d) Rusiya İmperiyasında İkinci Aleksandrın islahatları
e) Yeni siyasi ideyalar və Gürcüstan
8. Birinci dünya müharibəsinin başçıları
9. Birinci dünya müharibəsi dövründə (1914-1916 illər) hərbi əməliyyatlar
10. Rusiyada inqilablar və Brest sazişi (Gürcüstanla əlaqəli)
11. Gürcüstan Demokratik Respublikası (formalaşması, daxili siyasəti, beynəlxalq
miqyasda tanınmaq uğrunda mübarizə; Rusiya ilə münasibətlər):
a) Qafqazda dünyanın böyük dövlətlərinin qarşıdurmaları
b) Brest sazişindən Moskva və Qars müqavilələrinədək
c) Bolşevik Rusiyası tərəfindən Gürcüstanın anneksiyası
12. Birinci dünya müharibəsinin başa çatması, Paris konfransı (Gürcüstan məsələsi),
Birinci dünya müharibəsinin nəticələri, dünyanın yeni siyasi xəritəsi
13. Dünyada totalitarizm:
a) Stalin-Sovet İttifaqı (Gürcüstan Sovet İttifaqının tərkibində)
b) Hitler, Mussolini, Franko; dünya iqtisadi böhranı; Yaponiya İkinci dünya
müharibəsinin ön mərhələsində
14. XX Əsrin birinci yarısında cəmiyyət və mədəniyyət XX əsrin birinci yarısında
Gürcüstanda  (cəmiyyət və mədəniyyət)
15. Birinci dünya müharibəsinin ön dövrü (Münhen barışığı, Molotov- Ribbentrop
müqaviləsi, Almaniyanın Avropaya təcavüzü, İtaliya Həbəşistanda, Yaponiya Çində,
SSRİ – Finlandiya müharibəsi)
16. İkinci dünya müharibəsinin başlanğıcı –Sovet İttifaqı İkinci dünya müharibəsində,
gürcülər ikinci dünya müharibəsində (hər iki tərəfdə)
17. İkinci dünya müharibəsinin nəticələri, Nürnberq prosesi
18. Beynəlxalq humanist hüququn əsasları (silahlı münaqişələrin qurbanlarını müdafiə,
müharibənin aparılması metodları və vasitələrinin məhdudlaşdırılması); onun
formalaşdırılması və inkişaf etdirilməsi mərhələləri
19. Dünyanın iki düşərgəyə bölünməsi – soyuq müharibənin başlanğıcı (Fultonda Çörçilin
nitqi, Marşal planı, Trümen Doktrinası)
20. NATO və Varşava müqaviləsi
21. Gürcüstan Sovet İttifaqının tərkibində - XX əsrin 20-ci və 70-ci illərində milli azadlıq
hərəkatları
22. Dünya müstəmləkəçilik sisteminin parçalanması
23. Soyuq müharibə dövründə siyasi böhranlar
24. Yenidənqurma. Sovet İttifaqının və sosializm düşərgəsinin dağılması – Müstəqil
Gürcüstan
25. Müasir dünyada cəmiyyət və mədəniyyət: post-sənaye cəmiyyətindən informasiyalı
cəmiyyətədək


Zəruri əyani vasitələr: Tematik tarixi xəritələr
XII Sinif
Mülki müdafiə və təhlükəsizlik
Standart
İstiqamətlərə əsasən ilin sonunda nail olunası nəticələr:
Şəxsi təhlükəsizliyin
təminatı
Fövqəladə şəraitlərdə
təhlükəsiz davranışın
əsasları
Həkiməqədərki
təxirəsalınmaz yardım
Təh.XII.1.  Ş
agird döyüş
vasitələrinin səbəb olduğu
təhlükələri xarakterizə edə
bilər.
Təh.XII.2.
Şagird döyüş
vasitələrinin səbəb olduğu
təhlükələr zamanı davranış
Təh.XII.3.
Şagird
Gürcüstanın müdafiə və
fövqəladə situasiyalarını
idarəetmə sistemlərini
xarakterizə edə bilər.
Təh.XII.4.
Şagird
Təh.XII.5.
Şagird
fövqəladə şəraitdə bədən
xəsarətlərinə müvafiq olaraq
həkiməqədərki təxirəsalınmaz
yardım qaydalarından istifadə
edə bilər.


qaydalarından istifadə edə
bilər
fövqəladə hallarda hərəkət
etmək qaydalarından və
müdafiə vasitələrindən istifadə
edə bilər.
İlin sonunda nail olunası nəticələr və onların indikatorları
İstiqamət: Şəxsi təhlükəsizliyin təminatı
Təh.XII.1.  Şagird döyüş vasitələrinin səbəb olduğu təhlükələri xarakterizə
edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Gürcüstan Silahlı Qüvvələrinin silahlandırılmasının əsas sistemlərini təsvir edirsə;

Silahlanma sistemlərinə əsasən təhlükələri və mümkün ziyanları qruplaşdırırsa.
Təh.XII.2.  Şagird döyüş vasitələrinin səbəb olduğu təhlükələr zamanı
davranış qaydalarından istifadə edə bilər
Nəticə göz önündədir, əgər şagird:

Müasir döyüş vasitələrinin onlardan irəli gələn təhlükələrlə uyğunlaşdırırsa;

Konkret döyüş vasitələrinin əməliyyatları zamanı təhlükəsizliyə əməl etmək qaydalarını
təsvir edirsə.
İstiqamət: Fövqəladə şəraitlərdə təhlükəsiz davranışın əsasları
Təh.XII.3. Şagird Gürcüstanın müdafiə və fövqəladə hallarını idarəetmə
sistemlərini xarakterizə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Gürcüstanın müdafiə sistemlərini və onun fəaliyyətinin əsas prinsiplərini təsvir edirsə;

Gürcüstanda fövqəladə halların idarə olunması sistemini və onun işinin əsas prinsiplərini
təsvir edirsə;



Fövqəladə halların idarə olunması prosesində hərbi-mülki əməkdaşlığın əsas
elementlərini xarakterizə edirsə;

Fövqəladə hallar zamanı əhalinin məlumatlandırılması, evakuasiyası və əhalinin
müdafiəsinin əsas prinsiplərini təsvir edirsə.
Təh.XII.4.  Şagird fövqəladə hallarda hərəkət etmək qaydalarından və
müdafiə vasitələrindən istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Fövqəladə hallar zamanı məktəbin hərəkət planının prinsiplərini xarakterizə edirsə;

Konkret fövqəladə hala müvafiq olaraq məktəb planına müvafiq şəkildə öz hərəkətlərini
sadalayırsa;

Konkret hala müvafiq olaraq kollektiv və fərdi müdafiə vasitələrindən istifadə olunmasını
təsvir edirsə.
İstiqamət: Həkiməqədərki ilk yardım
Təh.XII.5.  Şagird fövqəladə şəraitdə bədən xəsarətlərinə müvafiq olaraq
həkiməqədərki ilk yardım qaydalarından istifadə edə bilər.
Nəticə göz önündədir, əgər şagird:

Konkret fövqəladə hala müvafiq olaraq insan xəsarətlərinin əsas növlərini təsvir edirsə;

İnsanın aldığı xəsarət növlərinin tanınan nümunələrini təsvir edir və müvafiq
təxirəsalınmaz yardım hərəkətlərini təsvir edirsə;

Konkret xəsarətalma halında aşkara çıxarılası təxirəsalınmaz həkiməqədərki yardım
hərəkətlərinin ardıcıllığına və şərtlərinə əməl edirsə.
Proqramın məzmunu
XII sinif üçün məcburi məzmun məsələlərinin siyahısı
(Aşağıda sadalanan məsələlər bu sinif üçün ayrılmış bütün məzmunun 60%-ni təşkil edir).


Adi və ümumi xəsarətlərin döyüş vasitələri
1. Gürcüstan Silahlı Qüvvələrinin silahlanma sistemləri: odlu silah, partlayıcı material,
döyüş maşınları və müşahidə sistemlərinin növləri, onların əsas parametrləri, döyüş
xüsusiyyətləri və xəsarətalma imkanları
2. Silahla işğalın təhlükəsizliyi qaydalarını öyrənmək
3. Müasir döyüş vasitələri və onlardan irəli gələn təhlükələr;
4. Təhlükəsizlik qaydaları, döyüş vasitələrinin nəzarətsiz işə salınması zamanı davranış
qaydaları.
Gürcüstan müdafiə sistemlərinin şərhi.
1. Gürcüstanın müdafiə sistemləri və silahlı qüvvələrinin əsas vəzifələri: strukturla və iş
prinsipləri ilə tanışlıq; NATO təşkilatı, vəzifələri, strukturu və müttəfiq ölkələrlə
əməkdaşlığı
2. Əhalinin və ərazinin müdafiəsinin əsas prinsipləri və metodları; fövqəladə situasiyaların
idarəolunması prosesində hərbi-mülki əməkdaşlıq
3. Əhalinin məlumatlandırılması sistemi; evakuasiya, sığınacaq, fərdi müdafiə vasitələri
4. Fövqəladə hallar zamanı təhsil müəssisələrinin fəaliyyət planı
İlkin yardım.
1. Qanaxma zamanı ilkin yardım
2. Sınıq zamanı əl-ayağın funksiyası, təhlükəsiz mövqe, onurğa sütununun zədələnməsi,
yarımzədələnmə, sarğı texnikası
3. Yarada yad cisim, qarın və döş-qəfəsinin zədələnmələri
4. Zərərçəkənin xərəklə və xərəksiz köçürülməsi, boyunun funksiyası.

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə