Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə5/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   2   3   4   5   6   7   8   9   ...   49

Bu pillədə mülki təhsil şagirdə siyasi, hüquqi və iqtisadi elmlərin əsaslarına yiyələnmək
imkanı verəcək; sosial, əxlaq, vətəndaş məsuliyyətini dərk etmək və ictimai həyatda iştirak
etmək üçün zəruri kompetensiyaların inkişaf etdirilməsində ona kömək göstərəcəkdir.
Mülki təhsilin məcburi və seçimli fənləri şagirdə şəxsi inkişafın, identikliyin elə bir yeni
amillərinin dərk olunmasında kömək göstərəcəkdir ki, bunlar aşağıdakılardan ibarətdir: özünün
və başqasının şəxsi xüsusiyyətlərinin təhlili; özünün və başqalarının ləyaqətlərinin və
nöqsanlarının təhlili; cəmiyyətdə özünün yeri və əhəmiyyətinin müəyyənləşdirilməsi; özünün
gələcəyinin planlaşdırılması; mən-in və bizim-in maraqlarının nəzərə alınması ilə müstəqil
qərarların qəbul olunması; identikliyə nail olmağın əhəmiyyətli pillələrindən biri kimi peşənin və
onun seçilməsi üçün konkret addımların atılması;rəqabət qabiliyyətliliyi, müstəqillik, qərarların
qəbul olunması, dəyər kimi seçim azadlığı və onun inkişafına qayğı;
Mülki təhsil şagirdə kömək göstərəcəkdir: müasir dünyada sabit inkişaf prosesində öz
rolunu görməkdə və müvafiq addımların atılmasında; iqtisadi düşüncəyə və onun əhəmiyyətinin
dərk edilməsində sabit inkişaf kontekstində; intermədəni savadlılıqda və qarşılıqlı
münasibətlərdə; ictimai təhlükəsizliyin əhəmiyyətində və onda özünün rolunun dərk
edilməsində; ictimai fəaliyyətin əhəmiyyətinin dərkində və yerinə yetirilməsində; sağlam həyat
qaydasının əhəmiyyətinin başa düşülməsində fərdi və ictimai səviyyədə. Ona əməl etməyin
müvafiq addımlarının atılmasında; dəyərin və sabit inkişafın ölçüsü kimi peşəkarlığın
müəyyənləşdirilməsində onun əhəmiyyətinin təyinatında; əməkdaşlıq mədəniyyətinin
inkişafında; iqtisadi, siyasi, sosial mənafelərin, münaqişələrin və onların nizama salınması
mexanizmlərinin əsaslarının öyrənilməsində rolundan.
Orta pillədə mülki təhsilin təyinatı şagirdə aşağıdakı köməyi göstərməkdən ibarətdir:
Gürcüstanı çoxmillətli ölkə kimi dərk etmək; özünü Gürcüstanın vətəndaşı kimi dərk etmək;
vətəndaşlıqla şərtlənən hüquqlara, vəzifələrə və məsuliyyətlərə əməl etmək/yerinə yetirmək üçün
konkret hərəkətlərin həyata keçirilməsində; vətəndaş cəmiyyəti üçün özünün və başqasının
hüquqlarını qorumağın əhəmiyyətinin başa düşülməsi və həyata keçirilməsi.
c) Fənlərin tədrisinin təşkili
İbtidai pillə
I, II, III və IV siniflərdə Gürcüstan tarixinin, coğrafiyasının və mülki təhsilin elementləri başqa
tədris fənlərinə (gürcü dili və ədəbiyyatı, təbiətşünaslıq, estetik və əmək tərbiyəsi, riyaziyyat)
daxildir. V-VI siniflərdə Gürcüstan tarixi, coğrafiyası və mülki təhsil inteqrativ şəkildə “Bizim
Gürcüstan” fənnində tədris olunur.


I-IV siniflərdə mülki müdafiə və təhlükəsizlik məsələləri təbiətşünaslıq və fiziki
təlim/idman  (sonradan idman) tədris proqramlarına daxil edilmişdir; lakin, IV sinifdə bir
semestr ərzində, cəm şəklində 12 saat xüsusi olaraq “hərəkətin təhlükəsizliyi”  (tədris ilinin
ikinci semestri üçün tövsiyə olunur) fənninə ayrılmışdır; V-VI siniflərdə qeyd olunan məsələlər
təbiətşünaslıq, ictimai elmləri və idman tədris proqramlarına daxil edilmişdir.
Baza pilləsi
VII sinifdən tarix və coğrafiyanın tədrisi müstəqil fənn kimi başlanır. Mülki təhsilin
tədrisi VII-VIII siniflərdə tarixlə inteqrativ yolla aparılır.
IX sinifdə hər üç fənn – tarix, coğrafiya və mülki təhsil ayrı-ayrılıqda tədris olunur.
VII-IX siniflərdə mülki müdafiə və təhlükəsizlik fənninə daxil olan mövzular biologiya,
fizika, kimya, coğrafiya, tarix, mülki təhsil və idman tədris proqramlarına daxil edilmişdir;
VIII sinifdə bir semestr ərzində bütövlükdə 12 saat xüsusi olaraq “Fövqəladə şəraitdə
təhlükəsizlik” fənni üçün ayrılmışdır (tədris ilinin ikinci semestri üçün tövsiyə olunur);
Orta pillə
Bu pillədə (X-XII) hər üç sinifdə tarix məcburi fənn kimi qalır.
X-XI siniflərdə coğrafiya məcburi fəndir, X-XII siniflərdə isə şagirdlərin əlavə seçimli
fənlər, məs.: coğrafi tədqiqat seçimi etmək imkanı vardır.
Tarix, coğrafiya və ictimai elmlərinin fənn qrupu X sinifdə şagirdə mülki təhsilin
məcburi kursunu, X-XII siniflərdə isə - seçimli fənləri, məs.: dövlət, vətəndaşlıq, sahibkarlığın
əsaslarını, praktiki hüquq və s. təklif edir.
X sinifdə mülki müdafiə və təhlükəsizliyin müəyyən məsələlərinin tədrisi mülki təhsil,
biologiya və idman tədris proqramlarında inteqrativdir. XI sinifdə fənnə daxil olan tematika
fizika və kimya tədris proqramlarına inteqrasiya olunmuşdur. XII sinifdə əlavə şəkildə ayrıca
fənn – Mülki müdafiə və təhlükəsizlik tədris olunur. Ona 14 saat ayrılmalıdır (tədris ilinin birinci
semestrində).
Standartda göstərilən indekslər
Standartın nəticəsinin indeksi vardır. İndeks fənnin, sinfin və nəticənin nömrəsi barədə
informasiya verir. Məs.:


İc. elm. V-VII. 7.-ictimai elm – fənn
V-VI. – sinif
7-nəticənin nömrəsi
İctimai elmlər fənlərinin qısaldılmış indeksləri:
Tar. - tarix
Coğ. – coğrafiya
Mül. – mülki təhsil
Təh. – mülki müdafiə və təhlükəsizlik
ç) Fənlərin tədrisi istiqamətlərinin təsviri
Milli Tədris Planında hər bir sinfin və ya pillənin sonunda tədris prosesinin nəticələri və
şagird tərəfindən onlara nail olunmağın indikatorları müəyyənləşdirilmişdir. Nəticələr
istiqamətlərə əsasən qruplaşdırılmışdır. Hər bir istiqamət fənnin tədrisinin əsas təyinatını əks
etdirir və bir və ya bir neçə komponent sahəsinə əsaslanır. Tarixin X və coğrafiyanın XII
siniflərinin standart istiqamətləri tədqiqi və ya kommunikasiya qabiliyyət-vərdişlərinə uyğun
olaraq müəyyənləşdirilmişdir.
Tədrisin fənlərə və siniflərə əsasən istiqamətləri
İstiqamətlər
Bizim
Gürcüstan
Tarix
Coğrafiya
Mülki
təhsil
Mülki
müdafiə və
təhlükəsizlik
Zaman və məkan
5-6
7,8,9,10
7-11
7-8
Ətraf-mühit və
iqtisadiyyat
5-6
7,8,11,12 7-11
7-8
Dövlət idarəçiliyi və
siyasət
5-6
7-9,11-12
7-8
Mədəniyyət və din
5-6
7-9,11-12
7-8
İnsan və cəmiyyət
5-6
7-9,11, 12
7-8
Ətraf mühit və sosial
sistemlər
7-11
Şəxsiyyətin inkişafı
9-10
Dayanıqlı inkişaf
9-10
Özünüidarə və
9-10


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə