Xxxv fəsil İctimai elmlərdə fənn proqramları Ümumi hissə a Giriş



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/49
tarix15.03.2018
ölçüsü4,8 Kb.
#32231
1   2   3   4   5   6   7   8   9   ...   49

idarəçilik
Tarixi interpretasiya
və tədqiqat
10
Kommunikasiya
10
12
Coğrafi tədqiqat
12
Şəxsi təhlükəsizliyin
təminatı
4,8,12
Fövqəladə
vəziyyətlərdə
təhlükəsiz davranışın
əsasları
4,8,12
Həkiməqədər ilkin
tibbi yardım
12
Zaman və məkan
İctimai elmlərin istiqamətində “Zaman və məkan”ın birləşmiş nəticələri, ilk növbədə,
şagirdə zaman və məkanda istiqamətlənmə qabiliyyətini aşılayır.
Bu istiqamət coğrafiyada nəzərə çarpandır. O, coğrafiya üçün elə bir əhəmiyyətli
mövzuları və qabiliyyət-vərdişləri birləşdirir, hansılar ki, xəritəni oxumaqdan, əyani vəsaitlərin
təhlilindən, interpretasiyasından və yaradılmasından; eləcə də ərazilərin coğrafi yerləşməsinin
müəyyənləşməsindən; coğrafi mühitin, geoloji zamanın, coğrafi hadisələrin, proseslərin və
qanunauyğunluqların yayılması biliyindən ibarətdir.
Tarixə gəldikdə isə şagird aşağıdakılardan ibarət olan fundamental anlayışlara yiyələnir:
zaman vahidləri, ön/gec, keçmiş, indiki, gələcək, xronologiya istilahları (illərin geoxronoloji
hesablanması), illərin hesablanması, dövrilik, əsr, minillik, təqvim, tarixi dövr/mərhələlər,dövr
və region.
Ətraf mühit və iqtisadiyyat
“Ətraf mühit və iqtisadiyyat” istiqamətindən məqsəd şagirdə təbii ətraf mühitin və
iqtisadiyyatın cəmiyyət üçün əhəmiyyətini göstərməkdən ibarətdir. Bu istiqamət təbii ətraf
mühiti, təbii resursları, əhalinin, iqtisadiyyatın sahələrinin dərk edilməsi və öyrənilməsinə
yönəldilmiş nəticələri birləşdirir. Şagirdə coğrafi amillərin qarşılıqlı əlaqələrini və qarşılıqlı
asılılığını dərk etmək imkanı verilir. Elə bu istiqamətdəcə ətraf mühitin mühafizəsi anlayışlarının
formalaşdırılmasına doğru yönəldilmiş nəticələr ətraflı nümayiş etdirilir.


Burada birləşmiş nəticələr şagirdə iqtisadiyyatın və təbii amillərin qarşılıqlı təsirini dərk
etmək, bu əlaqələrin zaman və məkan çərçivələrində dərkinin qanunauyğunluqlarını
mənimsəməyə imkan verir.
Dövlət idarəçiliyi və siyasət
Bu istiqamətdən məqsəd şagirdə dövlətin nə olduğu və funksiyaları barədə bilik
verməkdən, siyasi proseslərin əhəmiyyətini və ümumi qanunauyğunluqları dərk etməkdən
ibarətdir. Eləcə də tarixi faktların ümumiləşdirilməsində şagirdə kömək göstərməkdən ibarətdir.
Mədəniyyət və din
Bu istiqamətdən məqsəd şagirdə yer üzərində insanın yaratdığı mədəni irslərin
rəngarəngliyini göstərməkdən və onun təsnifatında kömək göstərməkdən, ona tarixi dövrləri və
cəhətləri özünəməxsus səciyyəvi etnoqrafik məişət və mədəni nailiyyətlər əsasında
fərqləndirməkdə kömək göstərməkdən , şagirdə dinin nədən ibarət olduğunu və əhəmiyyətini
müəyyənləşdirməkdə kömək göstərməkdən,Yer üzündə mövcud olan dini sistemlərin
rəngarəngliyi barədə təsəvvür yaratmaqdan ibarətdir.
İnsan və cəmiyyət
Bu istiqamətdən məqsəd şagirdə tarixin başlıca yaradıcısının öz hüquqları və cəmiyyət
qarşısında müəyyən vəzifələri olan insanın olmasını göstərməkdən ibarətdir. Cəmiyyət müxtəlif
sosial təbəqələrdən ibarətdir. Şagird bilməlidir ki, müxtəlif tarixi dövrlərdə müxtəlif sosial
təbəqənin insanlarının hüquqi vəziyyəti və ictimai həyata onların cəlb olunması səviyyəsi necə
idi.
Ətraf mühit və sosial sistemlər
“Ətraf mühit və sosial sistemlər” istiqamətində siyasi və sosial cəhətdən əhalinin,
yerləşmənin  coğrafi öyrənilməsinə doğru yönəldilmiş cəmiyyət barəsində nəticələr
birləşdirilmişdir. Bu istiqamətin nəticələri şagirdlərdə ətraf mühit ilə cəmiyyət arasında əlaqələri
möhkəmləndirir.
Tarixi interpretasiya və tədqiqat


Bu istiqamətdən məqsəd şagirdə tarixi tədqiqat qabiliyyəti aşılamaqdan ibarətdir.Ona
tarixi mənbələr və tədqiqat metodlarının rəngarəngliyi barədə informasiya versin, ona öz
mülahizələrini formalaşdıra və onları dəlillərlə müdafiə etməyi öyrədən tarixi mövzunu yazmağı
öyrətsin.
Kommunikasiya
Bu istiqamətdən məqsəd şagirdə xəritələr və başqa coğrafi vasitələrin təhlili və onların
analoqlarını yaratmaq bacarığı verməkdən ibarətdir; tarixi və coğrafi tədqiqatın fərdi və qrup
halında (işin bölünməsi, qrup halında müzakirə və s.) işləmək qabiliyyət-vərdişləri aşılamaqdan;
fərdi iş prosesində yaranmış problemləri dəf etməyə yönəldilmiş məsələlərlə maraqlı
həmyaşıdlarını cəlb etməkdən; tədqiqat prosesində o şəxslərlə və təşkilatlarla əməkdaşlıq
etməkdən ibarətdir, hansılardan ki, arzuolunan informasiya almaq mümkündür. Müxtəlif tip
auditoriya üçün təqdimat hazırlamaq bacarığından ibarətdir.
Şəxsi inkişaf
Fərdi səviyyədə şəxsi inkişaf özünüinkişaf və başqalarının inkişafı prosesidir. O,
aşağıdakı vəzifələrin yerinə yetirilməsinə yönəldilmiş məqsədləri, planları və hərəkətləri əhatə
edir:

Öz-özünü təhlil etməyin inkişafı

Özünün biliyinin inkişafı

İdentikliyin axtarılması, tapılması və ya yeniləşdirilməsi

İmkanların və ya istedadın inkişafı

Potensialın müəyyənləşdirilməsi və inkişafı

İnsan kapitalının inkişafı

Həyat keyfiyyətinin yüksəldilməsi

Şəxsi inkişaf planının müəyyənləşdirilməsi və yerinə yetirilməsi
Sabit inkişaf


Əksər hallarda sabit inkişafı “hazırkı tələbləri o dərəcədə ödəyə bilir ki, gələcək
nəsillərdən tələblərin ödənilməsi imkanlarını almayan bir inkişaf” kimi izah edirlər.
Sabit inkişaf dəyişikliklər prosesindən ibarətdir. Bu dəyişikliklərdə təbii resurslardan
istifadə etmək, investisiyalar, elmi-texniki inkişaf, şəxsiyyətin inkişafı və təsisat dəyişiklikləri
qarşılıqlı razılaşma əsasında baş verir və insanın tələbatlarını və nailiyyətlərini ödəyə bilməsi
üçün lazımi indiki və gələcək potensialı yaradır. Müəyyən mənada, söhbət insanların həyat
səviyyəsinin təminatı barəsində gedir.
Özünüidarə və idarə
Özünüidarəetmə və idarəetmə gözlənilənləri, hakimiyyətin verilməsi və ya fəaliyyətə
nəzarəti müəyyənləşdirən qərarlarla (fərdi, ailə, icma, ölkə səviyyəsində) əlaqədardır. O, fərdi,
yaxud qrup halında və ya ictimai fəaliyyətin idarəetmə proseslərini və liderliyin spesifik hissəsini
əhatə edir.
Coğrafi tədqiqat
Bu istiqamətdən başlıca məqsəd ondan ibarətdir ki, yeniyetmə coğrafiya və coğrafi
biliyin insan fəaliyyətinin müxtəlif sahələri üçün əhəmiyyətini dərk etsin. Coğrafi tədqiqatların
ənənəvi (təsviri, müqayisəli-coğrafi, kartoqrafik) və yeni (riyazi, məsafəli, geo-informasiya)
metodları ilə tanış olsun. Coğrafi proqnozlar və modelləşdirmə məsələlərini öyrənsin. Müvafiq
problemlərlə əlaqədar nəzəri material və mənbələr axtara bilsin; səhra şəraitində informasiya
toplamağı, materialın təşkilini, təhlilini və coğrafi mövzunun strukturunun işlənib-hazırlanmasını
bacarsın.
Mülki müdafiə və təhlükəsizlik təlim tədrisi üç əsas istiqamətdə aparılır:

Gündəlik həyatda şəxsi təhlükəsizliyi təmin etmək;

Fövqəladə şəraitdə təhlükəsizlik davranışının əsasları;

Təxirəsalınmaz həkiməqədər yardım.
__________________________

UnitedNations. 1987. “Report of theWorldCommission on Environment and
Development”GeneralAssemblyResolution 42/187, 11 December 1987. Retrieved : 2007-04-12; Smith, Charles;
Rees, Gareth (1998). EconomicDevelopment, 2nd edition. Basingstoke: Macmillan. ISBN 0333722280


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə