Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə2/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   2   3   4   5   6   7   8   9   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 

inandırıcı  idi  ki,  onun  seçdiyi  sahənin  bacarıqlı  tədqiqatçısı-
alimi olduğuna heç kimdə Ģübhə qalmamıĢdı. 
O  vaxtdan  bəri  çox  sular  axıb,  çox  illər  keçib.  Bu  müddətdə 
ġəhla  Nağıyeva  neçə-neçə  ingilis  və  Amerika  Ģairinin  poetik 
dünyasından  seçmə  nümunələri  mətbuatda,  onun  böyük  bir 
hissəsini  isə  Xəzər  Universitetinin  buraxdığı  ―Poetik 
tərcümələr‖ toplusunda nəĢr etdirmiĢdir. Bir vacib məqamı da 
qeyd etmək yerinə düĢər ki, ġəhla xanım həm də Azərbaycan 
Ģairlərinin  Ģeirlərini  ingilis  dilinə  tərcümə  etmək  sahəsində  
xeyli  iĢ  görmüĢdür.  Poeziyamızın  uzaq  ünvanlarda,  xüsusilə 
Amerika  BirləĢmiĢ  ġtatlarında  tanınması  iĢində  onun 
xidmətlərini  yalnız  alqıĢlamaq  olar.  ġəhla  xanım  bir  neçə  il 
əvvəl  ABġ-ın  ġimali  Karolina  Ģtatındakı  ġərqi  Karolina 
Universitetində  uzunmüddətli  elmi  ezamiyyətdə  olmuĢ, 
poeziya  tərcüməsi  sahəsində  tədqiqat  aparmıĢ,  amerikalı 
həmkarları ilə əməkdaĢlıq təcrübəsi keçmiĢdir. 
Bütün  yuxarıda  qeyd  olunanlar  ġ.Nağıyevanın  bədii 
tərcümənin,  xüsusən  poeziya  tərcüməsinin  ayrı-ayrı 
problemlərinə həsr olunan bu kitabında öz əksini tapmıĢ, onun 
bu sahədə nəzəri və praktik bilgilərinin toplusuna çevrilmiĢdir. 
Sözdən  sözə,  yazıdan  yazıya  püxtələĢən,  tədqiqatçı  alim 
axtarıĢının  sorağında  Azərbaycan  bədii  söz  sənətinin  ingilis 
dilinə  tərcümələri  haqqında  tənqidi  düĢüncələrini,  xüsusilə 
nəzəri ədəbiyyat əsasında tərcümə məsələlərinə, nəzəriyyəsinə 
və praktik tərcümə materiallarına dair elmi ümumiləĢdirmələr 
aparan  müəllifin  kitabı  bu  sahədə  uğurlu  addım  sayıla  bilər. 
Doğrudur, kitabda müəyyən mübahisə və müzakirə doğuracaq 
fikir və mülahizələr də var. Arzu edirik ki, ġəhla xanım onun 
yazılarına, yaxud indi uğurla yola çıxan yeni kitabındakı bəzi 
müddəlara  müəyyən  iradların  tutulacağından  çəkinməsin. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 


Bunu bir də ona görə deyirəm ki, bizim tədqiqatçı həmkarımız 
poeziyanın, Ģeirin özü qədər zərif, kövrəkdir. Unutmaq olmaz 
ki,  deyilən  hər  söz,  hər  təklif  gələcəkdə  bu  iĢin  daha  böyük 
uğuruna yardımçı ola bilər. 
Ürəyimdən  keçən  bir  fikri  də  burada  qeyd  etməyi  lazım 
bildim.  Bu  yazını  yazanda  mənə  elə  gəldi  ki,  doğma 
Azərbaycan  türkcəsi  qədər  ingilis  dilinin  gizlinlərinə, 
zənginliklərinə  bələd  olmaq  üçün  çox  mütaliə  etmək  ġəhla 
xanımın  alnına  yazılmıĢdır.  O,  sözün  incə  çalarlarını  sevə-
sevə  öyrənib  onlardan  nəinki  elmi  axtarıĢ  və  tərcümələrində, 
həm də tələbələr qarĢısında oxuduğu mühazirələrdə səxavətlə 
istifadə edir və mən bunun da Ģahidiyəm. Bu keyfiyyəti onun 
nəĢrə  məsləhət  bildiyim  bu  kitabında  da  açıq-aydın  görmək 
mümkündür. 
Deyirlər ki, adekvat tərcümə, orijinal mətnə uyğun, yaxud ona 
bərabər 
kontekstin, 
ideya-bədii 
fikir 
yükünün 
―köçürülməsi‖nə  bənzəyir.  Və  belə  bir  tərcümədə  mütərcim 
tərcümə  etdiyi  dildə  idiomların,  sinonomikanın,  söz 
oyununun, mətnaltı mənanın, onun axıcılığının, bu və ya digər 
dövrdə  yazılan  əsərin  üslub  və  ahənginin,  orijinal  mətn 
müəllifinin  yaradıcılıq  dəst-xəttinin  və  məqsədinin  qorunub 
saxlanılmasında  ―əsgəri  xidmət  borcu‖nu  yerinə  yetirməlidir. 
Kitabın müəllifi istər praktik tərcümələrində, istərsə də nəzəri 
mülahizələrində bu borcu ləyaqətlə yerinə yetirməyə çalıĢır və 
buna nail olur. 
Tərcümə  iĢinin  nə  qədər  ağır,  məsuliyyətli  və  usandırıcı 
olduğunu  nəzərə  alsaq,  belə  bir  iĢin  poeziyanın  peĢəkarları 
üçün  ən  böyük  əyləncə  və  ürək  ―rahatlığı‖  olduğunu  da 
söyləmək  kiməsə  qəribə  görünə  bilər.  Üstəlik,  poeziyanı 
tərcümə edə-edə onun haqqında kitab yazmaq isə bir ömürdə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 

iki ömrü yaĢamağa bərabərdir. Ona görə də tərcümə etməkdən 
və  tərcümənin  problemlərinə  dair  elmi  axtarıĢlar  apararkən 
rahatlıqla  narahatlığın  qoĢa  yolunda  cəsarətə  daha  çox 
güvənən  ġəhla  xanım  Nağıyevaya  yeni  yaradıcılıq  uğurları 
diləyirəm. 
  
Şahin Xəlilli, 
filologiya elmləri doktoru 
  
    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
10 
10 
 
Giriş 
  
Biz  bəĢər  tarixində  misli  görünməmiĢ  bir  fenomenin  – 
ümumdünya sivilizasiyasının təĢəkkül tapdığı və formalaĢdığı 
bir dövrdə  yaĢayırıq. Bu və ya digər xalqın həyatında az-çox 
əhəmiyyətə  malik  elə  bir  hadisə  yoxdur  ki,  onun  əks-sədası 
bütün  dünyada  səslənməsin.  Dünya  xalqlarının  bu  cür 
yaxınlaĢmasının  ilkin  Ģərti  və  hərəkətverici  qüvvəsi  xalqlar 
arasında həmiĢə mövcud olmuĢ, bu gün həyatımızın ən vacib 
atributlarından birinə çevrilmiĢ mədəni əlaqələrdir. Paradoksal 
hal  olsa  da,  lakin  bu  da  bir  həqiqətdir  ki,  hər  bir  xalq  öz 
varlığını,  özümlülüyünü  yalnız  baĢqa  xalqlarla  qarĢılıqlı 
əlaqələrdə,  qarĢılıqlı  mədəni  təsirlərin  fonunda  və 
kontekstində  təsdiq  edir.  Xalqların  ədəbi  əlaqələrinin  baĢlıca 
forması  tərcümədir.  Məsələ  burasındadır  ki,  digər  incəsənət 
növləri arasında ən zəngin ifadə vasitələrinə malik, deməli, bu 
və  ya  digər  Ģəxs  və  ya  xalqla  bağlı  məlumatı  və  həqiqəti 
hərtərəfli təcəssüm etməyə qadir olan ədəbiyyat – söz sənəti – 
eyni zamanda ən qapalı incəsənət növüdür. Belə ki, musiqinin
rəngkarlığın,  rəqsin,  arxitekturanın  dili  bütün  xalqlar  üçün 
eynidir, amma ədəbi nümunə digər dilə çevrilməsə, onun ifadə 
etdiyi  estetik  dəyərləri  həmin  dilin  daĢıyıcısı  olan  oxucuya 
çatdırmaq mümkün deyil. 
Təsadüfi  deyil  ki,  müxtəlif  dövrlərdə,  müxtəlif  alim  və 
filosoflar  tərcümə  iĢinə  yüksək  qiymət  vermiĢ,  mədəni 
əlaqələrin  inkiĢafında  onun  əvəzsiz  rolunu  qeyd  etmiĢlər.  Bu 
manada  tərcüməni  ―bəĢəriyyət  tarixində  xalqları  bir  –  birinə 
bağlayan mənəvi körpü‖  adlandıranlar yanılmırlar(37). 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə