Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə3/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   2   3   4   5   6   7   8   9   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
11 
Regional  sivilizasiyaların  dünya  sivilizasiyalarına  çevrilməsi 
ilə xarakterizə olunan XX əsrin sonunda tərcümə doğrudan da 
xalqların əsl  mənəvi  körpüsünə çevrilir. Xalqlar  bir  – birinin 
ədəbi  nailiyyətlərindən  bəhrələnir,  bir-birinin  ədəbi-mədəni 
dəyərləri ilə zənginləĢirlər. 
Mütəxəsislər  tərcümənin  bir  sənət  kimi  lap  qədimlərdən 
mövcud  olduğunu  çoxdan  sübut  etmiĢlər.  Hələ  ―eramızdan 
əvvəl  III–II  əsrlərdə  Luçiy  Liviy  Andronik  Homerin  məĢhur 
―Odisseya‖  əsərini  latın  dilinə  tərcümə  edərək  dünya 
ədəbiyyatı tarixində bədii tərcümənin bizə məlum nümunəsini 
yaratmıĢdır‖ (71, 555-557). 
Bəlkə  də  bədii  tərcümə  tarixi  daha  qədimlərə  gedib  çıxır. 
Hələlik mütəxəsislər həmin tarixi bu əsərin adı ilə bağlayırlar. 
Lakin  bu  da  həqiqətdir  ki,  əksər  xalqların  ədəbi  fikrinə, 
ədəbiyyatının  formalaĢmasına  və  inkiĢafına  daha  çox  inkiĢaf 
etmiĢ  qonĢu  xalqların  ədəbiyyatından  edilən  müxtəlif  tipli 
iqtibaslar da öz təsirini göstərir və bu iqtibasların özlərini də 
müəyyən mənada bədii tərcümə nümunələri hesab etmək olar. 
Ümumiyyətlə,  ədəbi  əsərlər  bu  və  ya  digər  dilə  tərcümə 
olunaraq həmin xalqın mənəvi sərvətinə çevrilir. 
Getdikcə  Azərbaycan  dünya  siyasətinin  və  dünya 
iqtisadiyyatının  müstəqil  subyektinə  çevrilir.  Əgər  bu 
yaxınlara  qədər  Azərbaycan  ədəbiyyatı  dünya  mədəniyyətinə 
vahid  sovet ədəbiyyatının tərkib  hissəsi  kimi  qovuĢurdusa və 
ideoloji məhduduyyətlər onun bütün potensial imkanlarını üzə 
çıxarmağa qoymurdusa, indi bu ədəbiyyat dünya mədəniyyəti 
ilə  birbaĢa  əlaqədədir.  Bu  cəhətdən  Azərbaycan  ədəbiyyatı 
nümunələrinin  xarici  dillərə  tərcüməsi  və  bu  prosesin  elmi–
metodoloji dərki böyük aktuallıq kəsb edir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
12 
12 
Azərbaycan  ədəbiyyatının  ayrı-ayrı  nümunələrinin  xarici 
dillərə tərcüməsinin bir neçə əsrlik tarixi vardır. 
Hələ 1551-ci ildə fransız səfiri sifəti ilə Ġstanbulda səyahətdə 
olan  Nikolas  Nikoley    Türkiyədə  mövcud  dini  təriqətləri,  o 
cümlədən hürufiliyi xarakterizə edərkən görkəmli Azərbaycan 
Ģairi Nəsimi haqqında da söhbət açmıĢdır (82, 185). 
Qeyd  edək  ki,  səfirin  dini  təriqətlərə  marağı  Nəsimi 
poeziyasının  tam  dərkinə  çevrilməmiĢdir.  Amma  hər  halda 
Nikolas  Nikoleyin  bu  sənətkarın  yaradıcılığı  ilə  tanıĢ  olması 
və  öz  qeydlərində  bundan  söhbət  açması  Qərbdə 
mədəniyyətimizə böyük maraq yaranmasından xəbər verir. 
Füzulinin ingilis ĢərqĢünaslığında öyrənilməsinə dair çoxsaylı 
tədqiqatların  müəllifi  olan  Leyli  Əliyeva    Nikolas  Nikoleyin 
bu  xidmətini  qeyd  etməklə  yanaĢı  Azərbaycan  ədəbiyyatı 
nümunələrinin  Qərbi  Avropa  dillərinə  əhatəli  tərcüməsinin  
XVII, xüsusilə  XVIII  əsrlərə təsadüf etdiyini vurğulamıĢdır: 
―Bu  vaxtdan  etibarən  Xaqani,  Nizami,  Nəsimi,  Füzuli  kimi 
klassiklərin  əsərləri  Avropada  öyrənilməklə  bərabər,  eyni 
zamanda  əcnəbi  xalqların  dillərinə  də  tərcümə  edilməyə 
baĢlanmıĢdır‖ (24, 13). 
Doğrudur, tanınmıĢ tədqiqatçı alim ġahin Xəlilli bu mülahizə 
ilə  razılaĢmır:  ―Klassik  sənət  incilərimizin  ərəb,  yaxud  fars 
dillərində  yazıldığını  nəzərə  alsaq,  ingilis  ĢərqĢünaslığının 
mətnlərində  daha  çox  ərəb,  yaxud  fars  nümunələri  kimi 
tərcümə  edilmiĢ  sənət  varlığımızın  tarixinin  bir  tədqiqatla 
aydınlığının 
yaradılması 
çox 
azdır. 
Bu 
baxımdan 
L.Əliyevanın  göstərdiyi  əsrlərdən  əvvəl  ədəbiyyatımızdan 
edilmiĢ tərcümələrin olmaması həqiqəti ilə heç cür razılaĢmaq 
mümkün deyildir‖ (34, 163). 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
13 
Bu  ehtimalın  yaĢamaq  hüququ  vardır.  Lakin  o  da  həqiqətdir 
ki,  hələlik  daha  qədim  dövrlərə  gedib  çıxan  nümunələr 
olmadığı  üçün  gostərilən  tarixlə  kifayətlənməli  oluruq. 
Beləliklə,  tədqiqatçıların  əksəriyyəti  hələlik  bu  fikirdədir  ki, 
Azərbaycan  ədəbiyyatı  nümunələrinin  Avropa  dillərinə, 
xüsusən  ingilis  dilinə  əhatəli  tərcüməsi  XVII–XVIII  əsrlərə 
təsadüf  edir.  Bu  dövrdə  Avropa  tədqiqatçıları,  habelə 
ingilisdilli  tədqiqatçılar  ayrı-ayrı  Azərbaycan  Ģairlərinin 
əsərlərini öyrənməklə  yanaĢı, onları tərcümə etməyə də meyl 
göstərmiĢlər.  Lakin  Azərbaycan  ədəbiyyatı  nümunələrinin 
tərcüməsi sahəsində XIX əsrdə və XX əsrin əvvəllərində daha 
çox iĢ görülmüĢdür. 
Təbiidir  ki,  bütün  Avropa  ölkələrinin  ədəbiyyatında  olduğu 
kimi  ingilisdilli  ədəbiyyatda  da  Nizami  Gəncəvi  yaradıcılığı 
həm oriyentalistlərin yazdığı tədqiqatlarda, həm də tərcümədə 
əsas yer tutur (37, 35-36). 
1786-cı  ildə  Vilyam  Cons  ―Sirlər  xəzinəsi‖  poemasını  nəsrlə 
ingilis  dilinə  tərcümə  etmiĢ  və  bu  tərcümə  V.Consun 
ölümündən  sonra  –  1804-cü  ildə  Londonda  nəĢr  olunmuĢdur 
(34, 163). 
Ümumiyyətlə,  ingilisdilli  ədəbiyyatda  Nizami  yaradıcılığına 
maraq  olduqca  böyük  olmuĢdur.  Təsadüfi  deyil  ki,  görkəmli 
Azərbaycan  Ģairinin  ingilis  dilində  öyrənilməsi  və  nəĢri 
tarixinə  xüsusi  tədqiqatlar  və  məqalələr  həsr  olunmuĢdur. 
Müxtəlif  illərdə  A.Krımski,  Y.Bertels,  Ə.Seyidzadə, 
Ə.Ağayev,  S.Devek,  V.  Destgerdi,  S.Nəfisi  və  baĢqa 
tədqiqatçı  alimlər  Nizaminin  ingilis  dilində  öyrənilməsi 
tarixindən  söhbət  açmaqla  bərabər  Nizami  əsərlərinin  ingilis 
dilinə  tərcüməsinin  keyfiyyəti  haqqında  da  müəyyən 
mülahizələr yürütmüĢlər. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə