Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə7/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   2   3   4   5   6   7   8   9   10   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
23 
haqqında  müxtəlif  elmi  mülahizələr  irəli  sürmüĢlər. 
Azərbaycanda  bu  abidənin  tədqiqinə  ötən  əsrin  30-cu 
illərindən  baĢlanılmıĢdır.  Son  yetmiĢ  ildə  aparılan  elmi 
tədqiqatlar  nəticəsində  sübut  olunmuĢdur  ki,  epos  VII  əsrdə 
Azərbaycanda  baĢ  verən  tarixi  hadisələrlə  səsləĢir  və  həmin 
dövrün  tarixi,  mədəni  abidəsidir.  Dastanın  əldə  olan 
əlyazmalarının  yazıya  bir  neçə  əsr  sonra  köçürüldüyünü  də 
mütəxəssislər elmi araĢdırmalarla təsdiq etmiĢlər. Ona görə də 
ötən  əsrin  sonlarında  Azərbaycanda  "Kitabi-Dədə  Qorqud" 
dastanının  1300  illiyinin  təntənəli  surətdə  qeyd  olunması 
zərurəti  yaranmıĢ,  bu  məsələ  Azərbaycan  dövlətinin  diqqət 
mərkəzində  olmuĢdur.  Təsadüfı  deyildir  ki,  Azərbaycan 
Respublikasının prezidenti Heydər Əliyev eposun Azərbaycan 
mədəniyyəti  tarixində  xüsusi  yer  tutduğunu,  bu  yubileyin 
Azərbaycan xalqının, butün türk dünyasının qədim və zəngin 
mədəniyyət və ədəbiyyatının təbliğinə xidmət edən beynəlxalq 
əhəmiyyətli  hadisə  olduğunu  nəzərə  alaraq  "Kitabi-Dədə 
Qorqud"  dastanının  1300  illiyinin  yüksək  səviyyədə 
keçirilməsi  məqsədilə  20  aprel  1997-ci  il  tarixli  fərman 
imzalamıĢ,  yubileyin  keçirilməsi  üzrə  dövlət  komissiyası 
yaradılmıĢdır.  Komissiya  fəaliyyət  göstərdiyi  bir  neçə  il 
ərzində  dastanın  yubiley  nəĢrlərini  hazırlamıĢ,  dünyanın 
Moskva,  Paris,  Ankara,  Berlin  və  sair  kimi  tanınmıĢ 
mədəniyyət  mərkəzlərində  "Kitabi-Dədə  Qorqud"un  1300 
illiyinə  həsr  olunmuĢ  beynəlxalq  elmi  simpozium  və 
konfranslar təĢkil etmiĢ,  dastanın öyrənilməsi və  təbliği  iĢinə 
yeni təkan vermiĢdir. 
2000-ci  ilin  aprelində  Bakıda  təntənəli  yubiley  tədbirləri 
keçirilmiĢ,  dünyanın  bir  çox  ölkələrindən  gəlmiĢ  ĢərqĢünas 
alim və mütəxəssislər bu qəhrəmanlıq abidəsinin tarixi, elmi, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
24 
24 
ədəbi və bədii məziyyətləri barədə məruzələrlə çıxıĢ etmiĢlər. 
Yubileylə  əlaqədar  dastanın  tarixi,  elmi-ədəbi  və  bədii 
əhəmiyyətinə  dair  yeni  tədqiqatlar  nəĢr  olunmuĢ,  "Kitabi-
Dədə Qorqud"un türk xalqlarının tarix və ədəbiyyatındakı rolu 
hərtərəfli araĢdırılmıĢdır. 
Bütün bunlar qədim abidəmizə marağın heç vaxt azalmadığını 
sübut edir. Bütün bunlar həm də onu sübut edir ki, illər, əsrlər 
keçsə  də  "Kitabi-Dədə  Qorqud"  nəinki  aktuallığını  itirmir, 
əksinə dastanın öyrənilməsi və tədqiqinə maraq daha da artır. 
Dastanın 1300 illiyi ilə  əlaqədar  aparılan tədqiqat  iĢləri, nəĢr 
olunan elmi əsərlər bu fikri bir daha təsdiq edir. 
"Kitabi-Dədə Qorqud" dastanı  haqqında elm aləminə ilk dəfə 
alman  ĢərqĢünası  Fridrix  Fon  Dits  məlumat  vermiĢdir.  O, 
1815-ci  ildə  Drezden  Ģəhərində  dastanın  əlyazmasını  aĢkar 
etmiĢ  və  "Basatın  Təpəgözü  öldürdüyü  boy"unu  almancaya 
tərcüməsi  ilə  nəĢr  etdirmiĢdir.  "Kitabi-Dədə  Qorqud"un 
görkəmli  tədqiqatçılarından  olan  M.H.Təhmasib  yazırdı  ki, 
"Dits  əlyazmasını  yaxĢı  oxuya  bilmədiyi  üçün  tərcümədə  bir 
sıra yanlıĢlıqlara yol vermiĢ, bəzən ayrı-ayrı sözləri, bəzən də 
bütöv cümlələri, fikirləri təhrif etmiĢdi" (65, 5). 
1859-cu  ildə  məĢhur  alman  ĢərqĢünası  Teodor  Neldeki 
əlyazmasının  bütünlüklə  üzünü  köçürmüĢ,  onu  almancaya 
çevirmiĢ, lakin bir sıra çətinliklərlə rastlaĢdığından bu iĢi baĢa 
çatdırıb nəĢr etdirə bilməmiĢdir. 
1892-ci  ildə  daha  bir  tanınmıĢ  ĢərqĢünas  alim  V.V.Bartold 
T.Neldekinin  yarımçıq  qalan  iĢi  ilə  tanıĢ  olmuĢ,  abidə  ilə 
maraqlanmıĢ,  özü  yenidən  əlyazmasının  üzünü köçürmüĢdür. 
1894-cü ildə Bartold əsərin bəzi boylarını rusca tərcüməsi ilə 
birlikdə  nəĢrə  baĢlamıĢdır.  Lakin  o,  bu  iĢi  baĢa  çatdıra 
bilməmiĢdir. Bartold vəfat etdikdən sonra əsərin bütün mətni 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
25 
çapa  hazırlanmıĢ  Ģəkildə  onun  arxivindən  tapılmıĢdır. 
Bartoldun  tərcüməsi  1950-ci  ildə  Bakıda  Nizami  adına 
Ədəbiyyat və Dil Ġnstitutu tərəfindən nəĢr edilmiĢdir. 
1916-cı ildə Kilisli Rifət eposu Drezden nüsxəsi əsasında ərəb 
əlifbası  ilə  Türkiyədə  nəĢr  etdirmiĢdir.  Lakin  naĢir  əsərin  bir 
sıra yerlərini oxuya bilməmiĢ və boĢ saxlamıĢdır. 
1938-ci ildə daha bir türk alimi Orxan ġaiq Kökyay əsəri nəĢr 
etdirmiĢdir.  Həmin  ildə  əsər  görkəmli  alimimiz  Həmid 
Araslının  rəhbərliyi  ilə  Azərbaycanda  latın  əlifbası  ilə  çap 
olunmuĢdur. 
1962-ci  ildə  H.Araslı  dastanı  nisbətən  dürüstləĢdirilmiĢ  və 
təkmilləĢdirilmiĢ Ģəkildə ikinci dəfə nəĢr etdirmiĢdir. 
Göründüyü  kimi  hələ  ötən  əsrin  20-30-cu  illərindən 
baĢlayaraq  türk  dünyasında  dastanın  yazıya  alınmıĢ 
nümunələrinin  oxunması,  nəĢri,  tərcüməsi  və  tədqiqi 
sahəsində ciddi elmi iĢ baĢlanmıĢdır. 
1950-ci ildə Ġtaliya alimi Ettori Rossi Vatikan kitabxanasında 
"Kitabi-Dədə  Qorqud"un  altı  boydan  ibarət  yeni  bir 
əiyazmasını  tapmıĢ,  1952-ci  ildə  onun  italyanca  tərcüməsini 
nəĢr etdirmiĢdir. 
Dastan  sonrakı  illərdə  bir  neçə  dəfə  Türkiyədə  nəĢr 
olunmuĢdur.  Dastanın  öyrənilməsi  və  nəĢri  sahəsində 
görkəmli  türk  alimi  Məhərrəm  Erkinin  xidmətləri  böyükdür. 
"Kitabi-Dədə 
Qorqud"un 
tədqiqinə 
Azərbaycanda 
H.Araslıdan sonra M.H.Təhmasib, Ə.Dəmirçizadə, Ə.Sultanlı, 
M.Seyidov,  F.Zeynalov,  S.ƏIizadə,  ġ.CəmĢidov,  T.Hacıyev, 
P.Xəlilov,  K.Vəliyev,  K.Abdullayev  və  baĢqaları  çox  böyük 
əmək  sərf  etmiĢ,  dastanın  məziyyətləri  barədə  sanballı 
monoqrafiya və məqalələr yazmıĢlar. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə