Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə9/65
tarix18.04.2018
ölçüsü2,89 Kb.
#39402
1   ...   5   6   7   8   9   10   11   12   ...   65

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
29 
Kitabın  giriĢ  sözündə  mütərcimlər  bu  qiymətli  əsərin  ingilis 
dilində  iĢıq  üzü  görməsində  professor  Əhməd  Temirə,  Cahid 
Öztelliyə,  Ġstanbul  Universitetinin  professoru  Velidi  Toqana, 
Kaliforniya 
Universitetinin 
professoru 
Tələt 
Tekinə 
təĢəkkürlərini  bildirir,  onları  məĢhur  qorqudĢünaslar  kimi 
təqdim edirlər. Yazıçı və folklorçu alim Barbara K.Uolkerə də 
təĢəkkür izhar olunmuĢdur. 
Göründüyü  kimi,  kitab  sanballı  bir  kollektivin  müĢtərək 
yaradıcılıq  iĢidir  və  bəlkə  də  buna  görədir  ki,  verilmiĢ  elmi 
izahlar  ən  adi  boĢluqları  belə  doldurmuĢdur.  Ön  sözdən,  16 
səhifəlik  giriĢdən,  proloqdan,  12  boydan,  qeydlər  və 
biblioqrafiyadan ibarət olan bu tərcümə üzərində iĢ 8 il davam 
etmiĢ,  kitab  Texas  Universitetində  hazırlanmıĢ,  qeyd 
olunduğu kimi, 1972-ci ildə çapdan çıxmıĢdır. Axırda verilmiĢ 
biblioqrafiyadan  aydın  görünür  ki,  kitabın  çapına  məsul  olan 
Ģəxslər  dünya  qorqudĢünaslığını  diqqətlə  izləmiĢ,  zəngin 
materiallardan istifadə etmiĢlər. 
Ön  sözdə  deyilir  ki,  tərcümədə  iki  əsr  ərzində  ortaya  çıxmıĢ 
bütün  tədqiqatlara  istinad  olunmuĢdur.  Dastanın  Drezden  və 
Vatikan  nüsxələrinə  baxıldığı,  əvvəlki  tədqiqatçıların 
əməyindən bəhrələnildiyi də vurğulanmıĢdır. 
"Kitabi-Dədə  Qorqud"u  müxtəlif  illərdə  tədqiq  etmiĢ 
F.Köprülünün,  H.Araslının,  Ə.Dəmirçizadənin,  E.Rossinin, 
M.Erkinin  adları  çəkiimiĢ,  dastanın  1958-ci  ildə  Sürixdə 
alman  dilində  nəĢri,  V.Bartoldun  epos  üzərində  iĢi  barədə 
söhbət  açılmıĢdır.  Bütün  bunlar  tərcümə  üzərində  gərgin  iĢ 
aparıldığından  xəbər  verir.  Tərcüməçilər  bu  kitabı  dastanın 
ingiliscəyə ilk tam nəĢri kimi təqdim etmiĢlər. 
Qeyd  etmək  yerinə  düĢər  ki,  1971-ci  ildə  Moskvanın 
"Proqres" nəĢriyyatının ingilis dilində buraxdığı "Azərbaycan 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
30 
30 
poeziyası antalogiyası"nda "Kitabi-Dədə Qorqud" dastanından 
da nümunələr verilmiĢdir (70, 535-539). 
Dastanın  "Müqəddimə"  və  "Qanlı  Qoca  oğlu  Qanturalı 
boyunu  bəyan  edər"  hissələrini  L.Zelikov  bütövlükdə  ingilis 
dilinə  çevirmiĢdir.  Bu  tərcümə  də  tədqiqat  baxımından 
maraqlıdır. 
Dastanın  tam  Ģəkildə  ingilis  dilinə  ikinci  tərcüməsi  Cefri 
Lyuisə məxsusdur. Mütəxəssislərin  rəyinə  görə,  1974-cü ildə 
Londonda  "Penguin  Books"  kompaniyası  tərəfindən  nəĢr 
olunmuĢ tərcümənin orijinalla müqayisəsi göstərir ki, C.Lyuis 
dastanların  dilini  və  üslubunu  diqqətlə  tədqiq  etmiĢ,  əsərdə 
cərəyan  edən  orta  əsrlər  tarixini  öyrənmiĢ,  dastan  haqqında 
elmi-tədqiqat iĢlərinin bir çoxunu gözdən keçirmiĢ və tərcümə 
iĢinə  böyük  məhəbbətlə  giriĢmiĢdir.  Digər  həmkarları  kimi 
C.Lyuis də tərcüməsinə ön söz və izahlar yazmıĢdır (78). 
Azərbaycan-ingilis  ədəbi  əlaqələrini  araĢdıran  tanınmıĢ  alim 
ġahin  Xəlilli  qeyd  etmiĢdir  ki,  C.Lyuisin  ön  sözündə  qədim 
oğuzların mənĢəyi, VIII və IX əsrlərdə bu böyük elatın ictimai 
və  siyasi  həyatında  tarixi  hadisələrə  alim  mövqeyi  fakt 
zənginliyi ilə diqqəti cəlb edir (33, 101). 
Tədqiqatçı  Seyran  Əliyev  "Kitabi-Dədə  Qorqud"  dastanının 
ingilis  dilindəki  hər  iki  mətnini  akademik  H.Araslının  tərtib 
etdiyi 1977-ci il Bakı və Məhərrəm Erkinin tərtib etdiyi 1971-
ci il Istanbul nəĢrləri ilə müqayisə edərək bu qənaətə gəlmiĢdir 
ki,  Lyuisin  tərcüməsi  istər  dəqiqlik,  istərsə  də  dastanın  dilini 
və  ruhunu  saxlamaq  baxımmdan  daha  müvəffəqiyyətli  və 
orijinala daha yaxındır (22). 
Müəllifin yazdığına görə, professor Vaqif Aslanov da dastanın 
ingilis  dilinə  bu  tərcüməsini  öz  bədii  keyfiyyətinə,  fikir  və 
hadisələrin  verilməsinin  dəqiqliyinə  görə  indiyə  qədər  olan 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
ġəhla Nağıyeva. 
 Bədii tərcümə: nəzəriyyə və praktika
 
 
31 
bütün  tərcümələrdən  üstün  hesab  etmiĢdir.  Dastanın  hər  iki 
əlyazmasından məharətlə istifadə edən və özünün dediyi kimi 
daha  "mükəmməl  hesab  etdiyi  hissəni"  həssaslıqla  seçməyə 
çalıĢan  Lyuis  tərcümə  zamanı  nə  ifrat  sərbəstliyə  varmıĢ,  nə 
də  lüğətin  köməyinə  arxalanaraq  quru  bir  tərcüməyə  nail 
olmuĢdur.  Ġngilis  dilinin  zənginliklərinə  arxalanan  tərcüməçi 
xalqımızın  bu  böyük  mənəvi  sərvətini  beynəlxalq  bir  dildə 
böyük  oxucu  auditoriyasına  təqdim  etməklə  əvəzsiz  zəhmət 
çəkmiĢdir. 
C.Lyuisin  tərcüməsinin  uğurlu  alınması  təsadüfi  deyildir. 
Onun  bioqrafiyası  ġərqlə  bağlı  olmuĢdur.  Tədqiqatçı  1920-ci 
ildə  Londonda  anadan  olmuĢ,  Oksford  universitetində  təhsil 
almıĢdır. C.Lyuis təhsilini baĢa vurduqdan sonra bir sıra Ģərq 
ölkələrində  olmuĢ,  Ģərq  xalqlarının  mədəniyyətini,  Ģərq 
dillərinin  öyrənməyə  həvəs  göstərmiĢdir.  O,  Oksforda 
qayıdandan  sonra  ərəb  və  fars  dillərini  daha  mükəmməl 
öyrənməyi  qarĢısına  məqsəd  qoymuĢdur.    "Türkiyə"  (1955), 
"Həqiqətin  müvazinəti"  (1957),  "Türk  qrammatikası"  (1967) 
kimi əsərlər yazmıĢ doktor C.Lyuis türk dilinə və ədəbiyyatına 
yaxından  bələd  olan  erudisiyalı  və  səriĢtəli  türkĢünas  kimi 
tanınmıĢ,  bir  müddət  Oksford  Universitetində  türk  dili  və 
ədəbiyyatı  üzrə  mühazirə  oxumuĢdur.  ġahin  Xəlillinin 
qənaətinə  görə,  "ingilis  C.Lyuisin  poetik  tərcüməsi  F.Sümer, 
A.E.Uysal  və  U.S.Uolkerin  tərcüməsi  ilə  müqayisədə  həm 
fikir,  ideya,  həm  də  orijinal  mətnə  yaxınlıq"  baxımından 
xüsusilə dəyərlidir. O, dastandakı poetik parçaların C.Lyuisin 
tərcüməsində  daha  uğurlu  verildiyini  xüsusi  vurğulamıĢdır 
(32, 135). 
ġ.Xəlilli tarixi həqiqətlərə ―söykənən‖  C.Lyuisin Oğuz tarixi 
və  onların  mövqeyi  haqqındakı  fikirlərini  yüksək 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə