Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə14/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   10   11   12   13   14   15   16   17   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
57 
57 
57 
komissiyaları  əmək  miqrantlarının  hüquqlarını  qorumaqla 
səlahiyyətləndirilib.  Xüsusilə,  bütün  fəhlə  mühacirlərin  və 
onların  ailə  üzvlərinin  hüquqlarının  müdafiəsi  haqqında 
beynəlxalq  konvensiyanı qeyd etmək olar: Bu konvensiyanın 
64-cü  maddəsində  yalnız  iş  qüvvəsində  tələbata  və  əmək 
vasitələrinə deyil, lakin müvafiq fəhlə mühacirlərin və onların 
ailə üzvlərinin sosial,  iqtisadi, mədəni  və digər ehtiyaclarına, 
habelə  müvafiq  cəmiyyətlər  üçün  belə  mühacirətin 
nəticələrinə  xüsusi  diqqət  yetirilməsi;  65-ci  maddəsində  isə 
iştirakçı  dövlətlərə  fəhlələrin  və  onların  ailə  üzvlərinin 
beynəlxalq  mühacirəti  ilə  bağlı  məsələlərlə  məşğul  olan 
müvafiq xidmətlərin yaradılması göstərilir: 
Belə  mühacirətə  aid  siyasətlərin  müəyyən  edilməsi  və 
həyata keçirilməsi
Belə  mühacirətə  cəlb  edilmiş  digər  iştirakçı  dövlətlərin 
səlahiyyətli  orqanları  ilə  məlumat  mübadiləsi,  məsləhətləşmə 
və əməkdaşlıq; 
Mühacirətə  və  əməyə  dair  siyasətlər,  qanunlar  və 
qaydalar, digər dövlətlər ilə bağlanmış mühacirətə aid sazişlər 
və  digər  müvafiq  məsələlər  barədə  müvafiq  məlumatların, 
xüsusilə  sahibkarlar,  fəhlələrə  və  onların  təşkilatlarına 
verilməsi; 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
58 
58 
Zəruri  icazə  və  rəsmiyyətlə,  həmçinin  yola  düşmə, 
gediş, gəlmə, qalma, ödənişli fəaliyyət, çıxış və ya qayıtma ilə 
bağlı,  habelə  dövlətində  iş  və  yaşama  şərtləri  və  gömrük 
rüsumları,  pul  vahidi,  vergilər  və  digər  müvafiq  qanunlar  və 
qaydalar  barədə  məlumatın  verilməsi  və  bununla  əlaqədar 
yardımın göstərilməsi
İştirakçı  dövlətlər  fəhlə  mühacirlər  və  onların  ailə 
üzvlərinin  sosial,  mədəni  və  digər  tələblərinin  ödənilməsi 
üçün zəruri məsləhət və digər xidmətləri göstərməlidir [14].  
Qanunvericiliklə  təmin  olunduqdan  sonra  zəka  axını 
prosesinin  həyata  keçirilməsində  maraqlı  olan  şirkətlər  təsis 
olunmağa  başladı.  İlk  belə  şirkətlərdən  biri  1960-cı  ildə  Y. 
Duqlas  tərəfindən  yaradılan  «Corporaited  inkorparaited»  idi. 
Mister  «Brain  Drain»  ləqəbin  daşıyan  Y.  Duqlas  təsis  etdiyi 
şirkət  vasitəsilə  1960-64-cü  illərdə  25  min  zəkalı  insanın 
ABŞ-a  mühacirətini  təşkil  etmişdi.  Düşünən  beyinlər 
«oğrusu»–olan  Duqlas  Amerika  üçün  bu  prosesi  həyata 
keçirməsi  üçün  böyük  strategiya  hazırlamışdı.  Bu  gün  də 
ABŞ-ın  iri  transmilli  şirkətləri  onların  inkişafında  böyük 
dəstək  olan  zəkaların  işə  götürülməsində  Duqlasa 
minnətdarlıq  edirlər.  Duqlasın  müəllifi  olduğu  zəka 
«oğurluğu»  strategiyası  bu  gün  aşağıdakı  ardıcıl  sistem  kimi 
mövcuddur: 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
59 
59 
59 
ABŞ-dan  kənarda  fəaliyyət  göstərən  şirkət  və 
korporasiyalarada öz zəkası və qabiliyyəti ilə seçilən kadrları 
əsas mərkəzə göndərilməsini təşkil etmək; 
Müxtəlif  (elm,  təhsil,  iqtisadi,  biznes,  hüquqi)  şirkətlər 
vasitəsilə düşünən beyinlərin ələ alınmasını; 
Konfrans, seminar,  elmi  görüş və digər bu kimi  səpgili 
tədbirlərə  pulsuz  olaraq  gənc  kadrlar  dəvət  etmək,  onların 
hazırladıqları esse, referat və məqalələri incələmək, seçilənləri 
öz ölkələrinə işləməyə dəvət etmək; 
Qrant  ayrılmaqla  xaricdə  zəkalı  gəncləri  pulsuz  təhsil 
almağa cəlb etmək və sonradan onu işlə təmin etmək
İnternet,  qəzet,  radio,  TV  və  s.  informasiya 
texnologiyaları vasitəsilə ABŞ-da işə dəvət etmək və s. [107, 
57-66] 
Bu sistemdən  göründüyü kimi  zəkaların  «oğurlanması» 
inkişaf  edərək  dünyada  iqtisadi,  hərbi,  sosial,  elmi  cəhətdən 
güclü  olmaq  istəyən  dövlətlər  üçün  olduqca  zəruridir.  Tarixə 
nəzər  salsaq  güclü  dövlətlər  arasında  baş  verən  işğalçı 
müharibələr zamanı qalib tərəf daima əlinə keçirdiyi ərazinin 
zəkalı  insanlarını  əsir  alaraq  öz  ölkəsinə  göndərirdi. 
Teymurləngin, 
Xarəzmşah 
Cəlaləddinin 
və 
digər 
hökmdarların  belə  «siyasəti»  sayəsində  minlərlə  düşünən 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
60 
60 
beyin,  sənətkarlar  öz  doğma  yurd-yuvalarından  didərgin 
düşərək yad məmləkətlərdə mühacir həyatı yaşamalı olublar.  
Xüsusilə,  zəkalı  insanların  «hərbi  qarşıdurmalar 
zamanı»  oğurlanması  özünü  II  Dünya  müharibəsi  zamanı 
aşkar göstərdi. II Dünya müharibəsinin müttəfiqlər tərəfindən 
qalib  gəlməsinin  daha  bir  səbəbi  aşkara  çıxmışdır.  Məlum 
olmuşdur 
ki, 
ABŞ-ın 
kəşfiyyat 
orqanları 
Hitler 
Almaniyasından  zəkalı  «şəxsləri  oğurlamaq»  üçün  məxfi 
qruplar yaratmış, buna görə də faşist Almaniyası yeni ölümcül 
silahlar ixtira edilməsindən mərhum olunmuşdur.  
ABŞ-ın belə xüsusi qruplarından biri olan  «ALSOS»un 
əsas  məqsədi  Almaniyada  yaşayan  və  müxtəlif  elmlər  üzrə 
yüksək  ixtisaslı  mütəxəssislərin  «oğurlanaraq»  Amerikaya 
mühacir  etməsinə  şərait  yaratmaq  idi.  İlk  bir  il  içərisində 
dəqiq  elmlər  və  texnika  sahəsində  çalışan  və  təhsil  alan 
mindən çox alim Almaniyadan gizli yolla çıxarılaraq ABŞ-ın 
müxtəlif  şəhərlərində  yerləşdirilmiş,  yaşayış  şəraiti  və  işlə 
təmin edilmişdir.  
Bioloji  silah,  paketqayırma,  yanacaq  əldə  edilməsi 
sahəsində  ciddi  tədqiqatları  olan  alimlər  «ALSOS»  xüsusi 
missiyası  vasitəsilə  ələ  alınaraq  Amerikanın  güclənməsinə 
cəlb  olunmuşdur.  Bu  istiqamətdə  mütəxəssis  olan  kadrların 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə